Məhkəmə qərarları › İş №1(011)-109/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-109/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-109/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızının müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Biləsuvar rayonu, Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 saylı qətnaməsini qərəzəli olaraq icra etməmişdir. Belə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10 yanvar 2011-ci il təvəllüdlü Nuran Orucəliyevin və 20 iyul 2017-ci il təvəllüdlü Nuray Orucəliyevanın saxlanması üçün 05 iyun 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 85,00 manat, yəni minimum aylıq Əmək haqqı məbləğinin 0,34 misli miqdarında, cəmi 170,00 manat sabit pul məbləğində aliment alınıb Əliyeva (Orucəliyeva) Xanımnisə Şölət qızınının xeyrinə tutulmasına dair Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 06 sentyabr 2021-ci il tarixdə 500,00 manat inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək zərərçəkmiş şəxs Əliyeva (Orucəliyeva) Xanımnisə Şölət qızına 4080,00 manat məbləğində aliment borcunu ödəmǝyǝrǝk sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Əliyeva (Orucəliyeva) Xanımnisə Şölət qızı ilə 2009-cu ildə evlənmişdir. 05 aprel 2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgǝ nikadan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Xanımnisə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Xanımnisə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi 10 yanvar 2011-ci il təvəllüdlü Nuran Orucəliyev və 20 iyul 2017-ci təvəllüdlü Nuray Orucəliyevanın saxlanması üçün hər ay hər uşağa görə 85,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,34 misli miqdarında, cəmi 170,00 manat sabit pul məbləğində aliment tutularaq OrucZərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə aliment borcundan ödəniş etməmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 500,00 manat inzibati qaydada cərimə olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Zərər çəkmiş şəxs 2200 manat pulu ibtidai istintaq zamanı, 2000 manatı pulu məhkəmə istintaqı zamanı ödəmişdir. Hazırda qətnaməni tam olaraq icra edilməsini nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənmişdir. 05 aprel 2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikadan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Ceyhun uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 10 yanvar 2011-ci il təvəllüdlü Nuran Orucəliyev və 20 iyul 2017-ci təvəllüdlü Nuray Orucəliyevanın saxlanması üçün hər ay hər uşağa görə 85.00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,34 misli miqdarında, cəmi 170,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs müxtəlif işlərdə işləyir, qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati qaydada cərimə olunmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmiş, bu barədə məlumat bildirməmişlər. Məhkəmə həmin şahidlərin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, ibtidai istintaqın aparılması üçün icraata götürülməsi və cinayət işi üzrə Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızının zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 1); Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 saylı qətnaməsindən görünür ki, 10 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 və 20 iyul 2017ci il tarixdə anadan olmuş X1 üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 85 manat, cəmi 170 manat sabit pul məbləğində OrucZərərçəkmiş şəxs xeyrinə aliment tutulması, alimentin tutulması 05 iyun 2020-ci il tarixdən X6 və X4 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir.(i.v 8-12) Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 saylı icra vərəqəsindən görünür ki, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.(i.v 15) 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 saylı icra sənədi üzrə Biləsuvar rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından borclunun axtarışı elan edilmişdir ( i.v.16-23); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-202/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tədbiq edilmişdir(i.v 30- 32) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat va Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 94) xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır(i.v 110-111) xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 17:00-da tutulmuşdur(i.v 119) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 141) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v 143) Sübuların qiymətləndirilməsi barədə 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)- 612/2020 nömrəli qətnaməsini qərəzli olaraq icra etməməsi tam sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxslər, digər şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi iymətləndirilməsi qərara alınmışdır.(i.v. 145-147) xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 1000 manat pul zərər çəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızına ödənilmişdir.(i.v 148) xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 1000 manat pul zərər çəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızına ödənilmişdir.(i.v 149) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızına 100 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızına 100 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Əliyeva(Orucəliyeva) Xanımnisə Şölət qızına 2000 manat pul ödənilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-109/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, iş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin xx.xx.20230-cü il tarixli, 3/2-3066 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaxalanaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam məbləğdə ödəmişdir. Hazırda bu iş üzrə ondan heç bir tələb və şikayəti yoxdur. Onun haqqında olan cinayət işinin xitam olunmasına heç bir etirazı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(022)-612/2020 saylı qətnaməsini tam olaraq icra etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar