Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-109/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, müdafiəçi –“Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ənzil 64-də yaşayan, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya məxsus ünvan 3 ünvanında fərdi yaşayış evinin ikinci mərtəbəsini tikilməsi üçün müvafiq orqanlardan icazə alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hans işin görülməsi marağında olmadan bu məqsədlə 31 avqust 2023-c il tarixdə Bakı şəhəri, Yasamal rayon, A.Salamzadə küçəsində Zərərçəkmiş şəxs 1.700 manat və 01 sentyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında X1 Həsən Mehman oğlunun 5239-1515- 1156-9493 nömrəli ‘Kapital bank" kart hesabından onun təqdim etdiyi istintaqla müəyən edilməyən bank kart hesabına köçürülmüş 500 manat, cəmi 2.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan liyyətiə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2.200 (iki min iki yüz) manat maddi ziyar vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xatırlamadığı bir nəfər şəxsin vasitəsilə tanımış, həmin şəxs Şəlalənin yaşadığı birmərtəbəli evi iki mərtəbəli evə çevirmək stədiyini, bunun üçün İcra Hakimiyyətindən kiminləsə danışdığını və ona razılıq üçün 5.000 manat deyildiyini, daha sonra isə 10.000 manata bu işi həll etmək mümkün olmasını bildirmişdir. Həmin vaxt Şəlalə deyilən məbləğə gücü çatmadığından tikinti işlərini apara billməmiş, bunu bildikdə "Topaz" və "Misli" oyunlarında iştirak etdiyindən Şəlaləyə tikintisini davam etdirməsi üçün köməklik göstərəcəyini bildirib aldadaraq ondan müəyyən məbləğdə pul alıb oynamaq qərarına gəlmiş və oyunlarda qailb gəldikdən sonra Şəlalənin pulunu qaytaracağını fikirləşmiş, bu mənqsədlə 31 avqust 2023-ci il tarixdə təxminən saat 12 radələrində Şəlaləyə zəng edərək evinin tikinti işinin həlli üçün Yasamal RPİ-də işləyən Elton adlı şəxslə danışmasını və onun vasitəsilə köməklik edə biləcəyini, lakin bu işin həlli üçün 1.700 manat pul verməli olduğunu bildirmiş, həmin vaxt şəlalə razılaşdığından Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən "Bravo" marketin yanında görüş təyin etmiş, Şəlalə oğlu ilə gəlib onunla görüşmüş və 1.700 manat pulu vermiş, sonra Şəlaləyə gedib rahatlıqla evinin ikinci mərtəbəsinin inşasına başlamasını bildirmişdir. Daha sonra Şəlaləni aldadıb ələ keçirdiyi 1.700 manat pulu "Topaz" və "Misli" oyunlarına qoymuş, lakin pulun hamısını uduzmuş, səhəri günü yenidən Şəlaləyə zəng edərək verdiyi 1.700 manat pulun az olmasını və əlavə olaraq 500 manat da verməli olduğunu bildirmiş və artıq məsələni etdiyini demiş, bu dəfə də Şəlalə onunla razılaşaraq oğluna məxsus bank kartından istifadəsidə olan hazırda xatrlamadığı bank kartına 500 manat göndərmiş, beləliklə də Zərərçəkmiş şəxs ümumilikdə 2.200 manat almış, sonuncu aldığı 500 manat pulu da 'Topaz" və "Misli" oyunlarında uduzmuş, sonradan isə Şəlalə onu aldatmasını başa düşərək tikinti işlərini apara bılmədikdə pulunu qaytarmasını tələb etdiyinə gorpə pul tapıb qaytara bilməmiş və başqa yol tapa bilmədiyi üçün onun telefonlarına cavab verməyərək gizlənmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən iki il bundan əvvəl qeydiyyatda olduğu rəsmi sənədləri olan yaşayış evinin ikinci mərtəbəsini artırmaq üçün Xətai rayon İcra Hakimiyyətinə və digər qurumlara müraciət etmiş, lakin icra hakimiyyəti araşdırılacağını bildirərək tikintiyə, icazə verməmiş, belə olan halda tanışları vasitəsi ilə işini həll etmək istəmiş, bu məqsədlə tanışlarından və qohumlarından kömək göstərməsini xahiş etmişdir. 31 avqust 2023-ci il tarixdə saat 11-12 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə özünü Elnur kimi təqdim edən şəxs 055- 333 -00- 04 nömrədən zəng vuraraq hansısa bir tanışının ona köməklik göstərməsi barədə xahiş etməsini bildirmiş və kiminləsə danışıb tikinti işlərini davam etdirməsi barədə 1.700 manat müqabilində razılıq əldə etməsini demiş. Elnurun zənginə sevinərək onunla razılaşmış və həmin vaxt böyük oğlu Şahid ilə birlikdə taksi ilə Yasamal rayon polis icarəsinin yaxınlığına gecib Elnurla görüşmüş və istədiyi 1.700 manatı vermişdir. Daha sonra Elnur «siz gözləməyin, özüm Yasamal rayon polis idarəsində işləyən Eltun adlı tanışımla danışmışam pulu çatdıracam ona. «Allah xeyir versin» gedin evinizin üstünü bağlayın» demiş, bundan sonra oğlu ilə birlikdə yaşadığı ünvana qayıtmış, bundan bir gün sonra Elnur zəng vuraraq pulun az olmasını və əlavə olaraq 500 manat da verməli olduğunu bildirmişdir. Bu dəfə də Elnura inanaraq 01 sentyabr 2023-cü il tarixdə saat 13.59-da Xətai rayonu. Kənd Əhmədlidə kirayə yaşadığı ünvanda olarkən oğlu Həsənə məxsus "xxxx"a məxsus kart hesabından 500 manat pulu Elnurun verdiyi hazırla xatırlamadığı kart hesabına göndərmiş, sonra Elnur ona «zəngimi gözlə» demiş, ancaq Elnur zəng vurmamış və təkrar Elnura zəng vurduqda isə cavab verməmişdir. Hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Barışmışdır, dəymiş zərər tam ödənilmişdir. Məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şənəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 1 dc qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır, təxminən iki il əvvəl yaşadığı evin 2-ci mərtəbəsini artırmaq üçün valideynləri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyəti buna icazə verməmiş, bundan sonra anası Şəlalə tanışlarına və qohumlarına «tikinti işlərini davam etmələri üçün tanış tapıb kömək etmələri» barədə müraciət etmişdir. 31 avqust 2023-cü il tarixdə saat 12 radələrində anası Şəlaləyə məxsus mobil telefonuna özünü Elnur kimi təqdim edən şəxs zəng vuraraq “sizi mənə tapşırıblar, mən sizə ev məsələsində köməklik edəcəm" demiş və bunun üçün 1.700 manat pul istəmiş, sonra həmin Elnur adlı şəxs Yasamal RPİ-nin yanında gözlədiyi və görüşmək istədiyini bildirdiyinə görə taksi tutub anası Şəlalə ilə birlikdə Yasamal RPl-nın yaxınlığına getmiş yol boyu isə Elnur anasına zəng vurmuş, Yasamal RPİ-nin qarşısına çatdıqda Elnur əli ilə işarə etmiş, Elnura yaxınlaşaraq söhbət etdikdə tikinti işini Yasamal RPİ-də işləyən Elton adlı polisin vasitəsilə həll edəcəyini bildirmiş, bu zaman anası Şəlalə Elnur adlı şəxsə inanaraq 1.700 manat pulu sayıb onun iştirakı ilə Elnura vermiş, Elnur adlı şəxs isə pulu götürərək "Allah xeyir versin gedin tikinti aparın’ demişdir. Bundan sonra anası Şəlalə ilə birlikdə evə qayıtmış, bir gün sonra Elnur anasına zəng vuraraq əlavə olaraq 500 manat da lazım olduğunu bildirmiş, həmin vaxtı ailə üzvləri ilə birkıdə kirayə yaşadıqları Xətai rayonu, Hadır Mahmudov 99 ünvanında olan zaman özünə məxsus 5239-1515-1156-9493 saylı "Карital bank” kart hesabından Elnur adlı şəxsin verdiyi kart hesabına 500 manat göndərmiş, Elnur adlı şəxs «zəngimi gözləyin» desə də müxtəlif bahanələr gətirək onları aldadıb gizlənmiş və anasının zənglərinə cavab verməmişdir. Elnur adlı şəxsə kart hesabından göndərdiyi 500 manat anası Zərərçəkmiş şəxs məxsus olmuş və Elnur adlı şəxs anasına məxsus cəmi 2.200 manat pulu ələ keçirərək maddi ziyan vurmuş, sadəcə anası pulu verilən zaman yanında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v.1) - "xxxx" ASC “Birbank” hesabından ödəniş qəbzinin surətindən görünür ki, 523915******9439 nömrəli kart hesabından 500 manat məbləğində pul ödənilmişdir. (i.v.16) - cinayət işi başlanılmasının rədd edilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v.18) - cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin 34-cü PŞ-də toplanmış 2371/23 nömrəli material üzrə şöbənin baş təhqiqatçısı, polis kapitanı Aqşin Abdullayevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 28 dekabr 2023-cü il tarixli qərar ləğv edilmişdir. (i.v.25-26) - cinayət işinin icraata qəbul edilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (i.v.33) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.42- 44) - Şahid ilə Təqsirləndirilən şəxs “Whatsapp” üzərindən yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs oğlu Şahid iş alınmadığı üçün Təqsirləndirilən şəxs 2.200 (iki min iki yüz) manat pulu geri tələb edir. (i.v.53-60) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: Hərbi prokurorluq ACDİÜ tərəfindən Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə başlanılmış 300077 nömrəli cinayət işinə xx.xx.2015-ci il tarixdə AR CPM 40.2.3-ci maddəsinə əsasən xitam verilmişdir. (i.v.67-68) - "xxxx" ASC-də Şahid məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 01 sentyabr 2023-cü il tarixdə 500 manat məbləğində pul 523915******9439 nömrəli bank kartından məxaric edilmişdir. (i.v.69) - ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan olunması üçün axtarış elan edilmişdir. (i.v.73) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v.75) - Bakı şəhər Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq elə həmin tarixdə Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.78) - axtarışda olan şəxsin tutulması haqqında 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da saxlanılmışdır. (i.v.79) - cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.80) - təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.102-103) - təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSYdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.122-124) - Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonunda məcburi köçkündür. Hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, fəhlə yataqxanasında yaşayır. (i.v.128) - Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı hüquq pozuntusuna yol verməsi barədə Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məlumat daxil olmamışdır. (i.v.129) - doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var: xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5. (i.v.130-133) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəsətəxanası” publik hüquqi şəxsinin 17 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v.135) - toplanmış sübutların qiymətləndirilməsi barədə 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən xx.xx.2023-cü il tarixli 500 manat ödəmə qəbzi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 08 vərəqdən ibarət “Whatsapp” danışıqları və "xxxx" ASC-nin təqdim etdiyi 01 vərəqədən ibarət xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarış maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.136-140) - Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu ərazisində yaxalanaraq saxlanılmış və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. - təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həsb qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Yaşar İsgəndərovun 06 mart 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs dərhal Səbail RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 10 mart 025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Abşeron RPİ-nin X3 Elnur Əziz oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Barışmışdır, dəymiş zərər tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, habelə onun hazırkı əməlini törədənə qədər Cinayət Məcəlləsinin 72, 73, 73-1, 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan xx.xx.2023-cü il tarixli 500 manat ödəmə qəbzi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 08 vərəqdən ibarət “Whatsapp” danışıqları və "xxxx" ASC-nin təqdim etdiyi 01 vərəqədən ibarət xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarış saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saat iş saatına görə 450 (dörd yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan xx.xx.2023-cü il tarixli 500 manat ödəmə qəbzi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 08 vərəqdən ibarət “Whatsapp” danışıqları və "xxxx" ASC-nin təqdim etdiyi 01 vərəqədən ibarət xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarış saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 (dörd yüz əlli) manat ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-109/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-109/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver