Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-11/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyytada olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 09 fevral 2022-ci il tarixdə saat 09 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus və yaşadığı ünvan 1 ünvanında qonaq qismində olan zaman mənzilin yataq otağında heç kimin olmamağından istifadə edib saxlanc yeri hesab olunan dolabın içərisindəki qutudan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1000 manat dəyərində çəkisi 4 qram olan dördkünc formalı üzərində brilliant qaşı olan qızıl üzüyü, 1 cüt 1850 manat dəyərində çəkisi 13 qram olan "S" formalı qızıl sırğanı, 1 ədəd 150 manat dəyərində çəkisi 2 qram olan "S" formalı qızıl boyunbağını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmədə dindirmə aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra ailəsinin yanına Şəmkir rayonu, Qaracəmirli kəndinə atasının evinə qayıtmış təxminən 4 aya yaxın müddət ərzində rayonda yaşadıqları evin həyətində olan kiçik taxta sexində dülgər fəaliyyəti ilə məşğul olmuşdur. Maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq yeni iş tapmaq məqsədi ilə rayondan 2021-ci ilin dekabr ayında Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayaraq həmçinin günəmuzd şəkildə çalışaraq dolanmışdır. Lakin bir müddət sonra heç bir yerdə iş tapa bilməmiş və yenidən maddi çətinliklərlə üzləşmişdir. 2022-ci ilin fevral ayında mobil telefonda "Tik-tok" sosial şəbəkəsinə daxil olub orda vaxt keçirmək üçün müxtəlif şəxslərlə "semkirlihekim" profili ilə danışmışdır. 2022-ci ilin fevral ayında "Tik-tok" sosial şəbəkəsində həmin profil ilə canlı yayımlanan söhbətlərə qoşulan zaman orada "seadet218" profilinin sahibi olan Zərərçəkmiş şəxs ilə ünsiyyət qurmuş onunla tanış olmaq məqsədi ilə apardığı söhbət zamanı Zərərçəkmiş şəxs 93-95-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığını öyrəndiyi üçün ona yalan danışaraq guya onunla 93-95-ci illərdə eyni birləşmədə təhsil aldığını və onu oradan tanıdığımı bildirmişdir. Bir müddət onunla danışdıqdan sonra 2022-ci ilin fevral ayının 7-də Səadətlə Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında olan restoranların birində görüşmüşdür. Səadətə özünü Eminli Emin kimi təqdim etmiş və ona 93-95-ci illərdə Azərbaycan X1 eyni birləşmədə təhsil aldığını, ailəsinin başına bədbəxt hadisə gəldiyini, hal-hazırda ticarətlə məşğul olduğu üçün çoxlu sayda tanışlarının olduğunu buna görə də Səadətə və onun oğluna maddi cəhətdən kömək edə biləcəyini və oğlunu işə düzəldə biləcəyini bildirmiş və Səadəti özünə inandırmaq məqsədi ilə hətta ona yeni bir avtomobil də alacağını bildirmişdir. Zərərçəkmiş şəxs vədlərina inandığı üçün xx.xx.2022-ci il tarixdə onu öz yaşadığı ünvan 1 ünvanına dəvət etmiş o da həmin dəvəti qəbul edib Səadətin mənzilinə getmişdir. Orada Səadətin oğlu olan Şahid ilə tanış olmuş və onun üçün iş tapa biləcəyini həmçinin Səadətə yeni avtomobil ala biləcəyini bildirmişdir Həmin gecəni orada Şahid ilə birlikdə Səadətin otağında gecələmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Kamil oyanıb digər otağa keçdikdan sonra o həmin otağı axtarmış orada olan dolaba baxan zaman dolabın içərisində olan qırmızı rəngli qutuda qızıl zinət əşyalarının olmasını aşkar etmişdir. Həmin qutunun içərisindən 1 ədəd dördkünc formalı üstü brilinat qaşlı olan qızıl üzüyü oğurlamış, ona verilmiş ittihamda qeyd olunan digər qızıl zinət əşyalarını isə götürməmişdir. Üzüyü 270 manata tanımadığı bir nəfər qadına Səbayil rayonu, S.Vurğun bağının yaxınlığında satmışdır. Digər qızıl zinət əşyaları orada olmuş, o onlara toxunmamışdır. Məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...1 ədəd dördkünc formalı üstü brilinat qaşlı olan qızıl üzüyü, 1cüt "S" şəkilli olan qızıl sırğanı və 1 ədəd "S" yazısı klonlu olan qızıl nazik boyunbağını tələsik şəkildə cibina qoymuş ve dolabın qapısını bağlayıb onların yanına keçmişdir. Daha sonra Kamil və Səadətlə danışdıqdan sonra ona yeni avtomobil almaq məqsədi ilə Kamillə birlikdə Yasamal rayonuna gedəcəyini bildirmiş lakin yola çıxdıqdan sonra Nizami kinoteatrinin qarşısına çatdıqda Kamilə orada onu gözləməsini bildirmişdir. Kamili aldadaraq oradan uzaqlaşmış onu tapa bilməmələri üçün mobil telefonunu söndürmüşdür Həmin 1 ədəd dördkünc formalı üstü briliant qaşlı olan qızıl üzüyü 270 manata, 1cüt "S" şəkilli olan qızıl sırğanı həmin gün axşam saatlarında 300 manata tanımadığı bir nəfər qadına Səbayil rayonu, S.Vurğun bağının yaxınlığında satmışdır. 1 ədəd "S" yazısı klonlu olan qızıl nazik boyunbağını isə orada olan zaman tanımadığı başqa bir qadına 50 manata satmışdır....”(i.v 94-97) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 aya yaxındır ki, "tik-tok" sosial şəbəkəsində "Seadet218" profili ilə daxil olaraq orada müəyyən vaxtlarda canlı paylaşım açırmış, həmin müddət ərzində canlı paylaşıma müxtəlif şəxslər daxil olaraq orada onunla söhbət edirmiş. Həmin müddət ərzində orada ki, "semkirlihekim" profili ilə daxil olan şəxslə tanış olmuş və onunla söhbətlər aparmağa başlamışdır. Bu zaman profilin sahibi ona Azərbaycan X1 birlikdə 93-95-ci illərdə eyni birləşmədə oxuduğunu söyləmiş profilin sahibini tanımamasına baxmayaraq həmin şəxs, onu tanıdığını bildirmişdir. Profilin sahibi ilə ümumi tanışlığı yarandıqdan sonra həmin şəxs onunla görüşmək istədiyini hətta rayondan onun üçün pay gətirəcəyini söyləmişdir. Profilin sahibi ilə mobil telefonla əlaqə saxladıqdan bir müddət sonra yəni xx.xx.2022-ci il tarixdə onunla Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında olan restoranların birində görüşmüşdür. Həmin görüş zamanı profilin sahibi özünü Eminli Elman kimi təqdim edərək ailəsinin başına bədxət hadisə gəldiyini onu Azərbaycan Dölət Neft Akademiyasında 93- 95-ci illərdə təhsil alan zaman eyni birləşmədə olduğunu həmin günlərdən tanıdığını söyləmiş o da Elman Eminlini dəqiq xatırlamasa da onunla ünsiyyətdə olmuşdur. Ona inanmağına əsas səbəb də onun özünün ailəsi haqqında vermiş olduğu məlumatlara görə imiş. Həmin məlumatlarda Elman Eminli özünü çox həssas aparmış və ona özünü inandırmağı bacarmışdır. Elman Eminli ilə apardığı söhbət zamanı Səadətə maddi məsələlərlə bağlı köməklik edəcəyinə, övladını işə düzəldəcəyinə həmçinin onu yeni avtomobillə təmin edəcəyinə söz vermişdir. O, Elman Eminlinin vədlərinə inanaraq onu yaşadığı ünvana dəvət etmişdir. Elman Eminli onun ünvanına xx.xx.2022-ci il tarixdə gəlmiş, bir gecə onun ünvanında qalmışdır. Onun ünvanında qalan gecə o öz yataq otağında oğlu Şahid ilə onun yatması üçün şərait yaradaraq digər otaqda yatmışdır. Səadətə məxsus olan qızıl zinyət əşyaları da həmin otaqda dolabın içərisində olan qırmızı qutuda olmuşdur. xx.xx.2022-ci il tarixdə X4 Kamillə yaşadığı mənzildən çıxmış Səadətə yeni avtomobil almaq adı ilə getmişdir. Elman Eminli oğlundan Yasamal rayonu ərazisində ayrılmışıdır. Bu barədə oğlu Şahid ona zəng vurmuş onu hal-hazırda Nizami kinoteatrının yaxınlığında gözlədiyini lakin həmin şəxsin gəlmədiyini söyləmişdir. Bu zaman Səadət onun hərəkətlərindən şübhə duyduğu üçün dərhal onun yatdığı otağa keçmiş və qızıllarının yerində olub olmadığını yoxlamağa başlamışdır. Bu zaman ona məlum olmuşdur ki, təxminən ümumi dəyəri 3000 manat olan qızıl zinyət əşyalarının yerində olmadığını onun tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin qızıl zinyət əşyaları 1 ədəd çəkisi 4 qram 1000 manat dəyərində dördkünc formali üstü briliant qaşlı qızıl üzük, 1 cüt çəkisi 13 qram 1850 manat dəyərində "S" formalı olan qızıl sırğa, 1 ədəd qızıl boyunbağı təxmini çəkisi 2 gram 150 manat dəyərində "S" yazısı klonlu olan qızıl nazik boyunbağı imiş. O, oğurluq hadisəsini aşkar etdikdan sonra dərhal həmin şəxsin istifadəsində olan ***-***-**-** va ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlamış lakin həmin şəxs telefon zənglərinə cavab verməmiş, həmin zaman ona məlum olmuşdur ki, o oğurluq etmək üçün ona yalandan vədlər vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərər ödənilməmişdir. Azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlarndırılmış Şahid məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Tərəflər şahidin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( i.v. 01); xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən 36-cı polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, yaşadığı ünvan 3 ünvanından oğurluq edilməsi ilə əlaqədar olaraq sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v 4) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən hadisə yeri olan mənzilə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir.;(i.v 7-9) 29 aprel 2022-ci il tarixli tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 27-28) Axtarışda olan şəxsin saxlanılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30-da saxlanılmışdır(i.v 51) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə saat 14:20-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən, azadlığının faktiki məhdudlaşdırıldığı saat 13:30-dan hesablanmışdır.(i.v 61) 18 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v72-74) 18 may 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir.(i.v 75) 18 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 77-78) )(təqsrirləndirilən şəxsin dindirilməsi başlanır saat 13:40, bitir 14:50-də) 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun Xətai RPİ MSY-dən azad olunması qərara alınmışdır.(i.v90-91) Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 177.3.3 və 178.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməlləri cinayət məcəlləsinin 177.3.3-cü maddəsindən 177.2.2-ci maddəsinə, həmin məcəllənin 178.3.3-cü maddəsindən həmin məcəllənin 178.2.2-cü maddəsinə tövsif edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v 98-100) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə 08 il müddətinə, həmin məcəllənin 178.3.3-cü maddəsinə əsasən 08 il müddətinə, CM-nin 66.3-cü maddəsinə əsasən 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur.(i.v101-113) 26 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına verilməsi qətimkan tədbiri nəzərə alınmaqla qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, işdə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmədə dindirmə aparılması, ifadələrin yerində yoxlanılması hadisə yerinə baxış keçirilməsi protokolları sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 114-118) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müdddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Sabunçu RPİ tərəfindən saxlanılmış, xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, şahid qismində verdiyi ifadəsini təsdiq edir, ifadəsinə əlavəsi yoxdur. İşinə görə məhkəməyə gələ bilmir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ona dəymiş zərər ödənilməmişdir. Onunla barışmamışdır. Şikayətçidir. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi,ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə təqsirləndirilən şəxsin yalnız qızıl üzüyü oğurlaması və digər qızıl-zinət əşyalarını isə oğurlamaması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və onun bu ifadəsini məsuliyyətdən azad olmaq cəhdi kimi qiymətləndirilir. Belə ki, cinayət işi materillarından görünür ki, təqsirləndirilən şəxs ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu tarixdən 02 il müddət keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən olunmuşdur.(Nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun Bakı Ağır Cinayətləri Məhkəməsinin hökmü ilə məhkum olunduğu cinayət əməlləri ağır cinayətdən az ağır cinayətə tövsif edilmişdir) Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi(az ağır cinayət) ilə cinayət işinin istintaqının aparılmasını və həmin cinayət işi üzrə də barəsində həbs qətimkan tədbirinin seçilməsini, əvvəllər məhkum olunması və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3.). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X3 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 02(iki) il 08(səkkiz ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X3 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-11/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-11/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver