Məhkəmə qərarları › İş №1(011)-11/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-11/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-11/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X1, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X9, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili X15 iştirakları ilə, 29 avqust 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, X10 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, 29 sentyabr 2021-ci ildə Barsukova Victoria “Facebook” sosial şəbəkəsində Sophie Sophie ləqəbi altında olan qızı aferizmdə günahlandırdığı bir yazı yazmışdır. Eyni yazıda, bir neçə şərhdən sonra, Facebook istifadəçisi Nigar Ağayeva yazmağa başlamışdır ki, "bir insanı yalnız sübut təqdim etmədən deyil, nə olduğunu izah etmədən də fırıldaqçılıqda günahlandırmaq olmaz. Hər kəs dürüst bir insanı belə günahlandıra bilər..." X22 Ağayevaya müraciət edərək ona bir neçə sual verdi: "Nigar Ağayeva, YYelena Simakini ittiham edəndə hansı dəliliniz var idi? Köpək qutusunda sığınacaq təşkil edən və atəşi dayandıran kimdir? Onun (Shimakina Yelena) skoşenizmi nə idi?" Cavab Barsukova V.: "kimə inanırsınız? Barsukova Victoria, AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ona böhtan atmışdır, onun haqqında aşağıdakıları yazmışdır: Marina Buroxova ... va onun skoshenizmi nə idi, o, həmişə olduğu kimi heyvan hüquqları uğrunda mübarizə aparmağa başladı, gördüklərimə inanıram." Barsukovanın cavabı: "cəsədlərin şəklində sübuta ehtiyacınız varmı? Simakina haqqında susun, vicdanına diri-diri yandırılmış İtlər" Marina Buroxova və bunun Lenanın işi olduğuna dair dəlillər haradadır? Sizdə varmı?" Barsukovanın cavabı:" Marina boş yerə günahlandırılmır, ümumiyyətlə heyvanlara yazığı gəlmir, ürəksiz bir məxluqdur, Marina Buroxovun "... Yaxşı, görəsən Lena Simakinanın günahı ilə itlərin öldüyünü şəxsən kim gördü?.."Barsukova Viktoriyanın cavabı:" Marina... və sübut haradadır ki, bunu etməyib... guya sığınacağından mənə itlər gətirildi, hansı vəziyyətdə olduqlarını görərdiniz, dəhşət", Marina Buroxova: "Lenayı studiyaya dəvət etmək istəyirsiniz və maraqlandığınız bütün suallara şəxsən cavab versin. Gəlin?"Barsukovanın cavabı:" Marina həmişə olduğu kimi aradan qalxacaq " aydan əliyeva: "Siz simakina nəyi xatırladınız, Sofi haqqında nə deyirsiniz? Barsukovanın cavabı." Simakina və onun kimi insanlar heyvanlara kömək üçün qışqırırlar, inanmıram, onları mərhəmət yox, qazanc idarə edir..." , Barsukova S: "Yelena Shimakina mən səni çox yaxşı tanıyıram və fırıldaqçılığınız da, heyvanlarla necə davrandığınızı və onları sobaya necə atdığınızı da bilirəm", "Yelena Simakina hansı koddan danışırsınız? Guya iynə vurmaq mümkün olmayan bir iti unutmusunuz... dişləyir? Nə qədər yazmışam... Siz buna əhəmiyyət vermədiniz... nəticədə bədbəxt it sepsisdən öldü.... Və nanələrinizi kəsdiniz sizə daha çox nümunə verimmi? Evimdən pişiyi necə götürdün?? Yenə nənələr kəsildi va pişik evtanizasiya edildi? Victoria Barsukova: "Marina heyvanlara kömək edirsən?.. shimakina bu villani tikdi və eşşəyin altında bir cip və hamısı bədbəxtlərin hesabına..." Barsukova Viktoriyanın bütün bu açıqlamaları yalandır və nüfuzuna və xeyriyyəçilik fəaliyyətinə böhtan atır va Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkəmə tərəfindən qiymətləndirilməlidir. Victoria Barsukova səhifəsindən 1-6 ekran görüntüləri sübut kimi əlavə edir. Sübut olaraq, Victoria Barsukova' nin facebook səhifasindən hazırlanan xüsusi Ashampoo_ Snap proqramının video yazısı olan bir disk əlavə edir. X7 aşağıdakı sözlərlə günahlandırmışdır: itləri yandırdı, itləri diri-diri sobaya atdı, onu heyvanlara kömək yox, qazanc idarə edir o fırıldaqçıdır, bir iti sespisdan öldü, amma müalicə etmədi, amma topladığı pulu mənimsədi, itləri Sığınacağından Porsuqova gətirildi va dəhşətli vəziyyətdə idilər, pişiyi ondan götürdü, pul yığdı, pişiyi satdı va pulu mənimsədi, cip itlərin hesabına alınıb, villa itlərin hesabina tikilib. Barsukova Victoria da onun ünvanına ürəksiz bir məxluq kimi təhqiramiz ifadələr işlətmişdir. Bu sözlər təhqirdir və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən qəbul edilməlidir. Onun ümumi məlumatları bilərəkdən yalan və təhqiramizdir, şərəfini, ləyaqətini ləkələyir, nüfuzunu pozur. Onlar 29 sentyabr 2021-ci ilde Facebook sosial şəbəkəsində bütün şəbəkə istifadəçiləri üçün açıq şəkildə paylaşılmışdır. Barsukovanın bilərəkdən yalan danışması, ümumi məlumatlar Youtube kanalındakı videoları, habelə daxilolmalar və xərclənən çeklər tərəfindən təkzib olunur. Bu hərəkətlərlə Barsukovun vətəndaşı Viktoriya Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək həmin maddələrin sanksiyaları həddində an ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Yelena onun qızına söyüş söyüb. O da, ərizədə qeyd olunan sözləri yazmışdır. O hesab edir ki, həmin sözlər təhqir və böhtan deyil. Simakina illər əvvəl onun yanına baxmaq üçün pişik gətirmişdir. Həmin pişiyin baxımı ilə əlaqədar məbləğ ilə bağlı sahibi ilə razılaşmamışdır. Bununla əlaqədar aralarında narazılıq yaranmışdır. Özünü təqsirli bilmir. Məhkəmə iclasında xüsusi ititham qaydasında şikayət vermiş şəxs X16 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını və daha ciddi cəzaya məhkum edilməsini xahiş etmişdir. Həmçinin vermiş olduğu mülki iddianın təmin edilməsini və ona vurulmuş 2000 manat mənəvi zərər, 2000 manatda maddi ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 1 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1590 saylı rəyindən görünür ki, sosial şəbəkədə paylaşılmış “tvar ona besserdeçnaya” ifadəsində xüsusi ittihamçı X16 şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumat mövcuddur.

2. “Tvar” və “besserdeçnaya” sözləri rus dilində əks etdirdiyi mənaya görə təhqiredici xarakterə malikdir.

3. Qeyd olunan sözlərdə(cümlədə) neqativ xarakterli məlumatlar mövcuddur və təsdiq formasında ifadə olunmuşdur.(ekspertiza xərci 60 manat) Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən vəsatət əlavə edilmiş 02 ədəd diskə baxış keçirilən zaman həmin disklərdən birinə baxmaq mümkün olmamış, digər diskdə isə itlərin saxlandığı məntəqədə dizinfeksiya işlərinin aparılması müəyyən edilmişdi. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsaslı olmaqla, X4 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci-ci maddəsinin tərkibinin olması sübuta yetirilmişdir. Viktoriya Mixaylovnanın “Facebook” sosial şəbəkəsində yazmış olduğu şərhlərdə işlətdiyi itləri yandırdı, itləri diri-diri sobaya atdı, onu heyvanlara kömək yox, qazanc idarə edir, o fırıldaqçıdır, bir iti sespisdən öldü, amma müalicə etmədi, amma topladığı pulu mənimsədi, itləri sığınacağından Porsuqova gətirildi va dəhşətli vəziyyətdə idilər, pişiyi ondan götürdü, pul yığdı, pişiyi satdı va pulu mənimsədi, cip itlərin hesabına alınıb, villa itlərin hesabina tikilib kimi sözlər böhtan hesab edilməli, “Tvar” və “besserdeçnaya” sözləri isə təhqir hesab edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X4 “Facebook" sosial şəbəkəsində olan şərhələri(kommentləri) kütləvi çıxış olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azırbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində böhtan cinayətinin tərkibi vardır, cinayət əməlininin X10 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tam əhatə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 X11 29 sentyabr 2021-ci il tarixində “Facebook” sosial şəbəkəsində təhqir etməklə ona böhtan atmış, artıq cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Məlum olduğu kimi, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və X18 haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən, hal-hazırdək ikiildən artıq müddət keçmişdir, bu müddətdə isə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bundan başqa, məlum olduğu kimi, məhkəmə baxışı zamanı X16 tərəfindən təqsirləndirilən şəxs Viktoriya Mixaylovna qarşı mülki iddia verilmiş, vurulmuş maddi zərərin və əldən çıxmış faydanın mülki cavabdeh kimi ondan tutularaq, mülki iddiaçı X12 ödənilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 2000 manat mənəvi zərərin əvəzi olaraq ödənilməli olan pul X5 tutularaq X12 ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq qərar əsasında dəvət olunmuş vəkilin iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İşin məhkəmə icraatı dövründə isə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X17 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul dövlət hesabına pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ümumilikdə 02 ədəd CD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X4 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs X2 2000 manat mənəvi zərər, 2000 manat maddi zərərin tutularaq X13 ödənilməsi barədə vermiş olduğu mülki iddia qismən təmin edilsin və X2 2000 manat mənəvi zərərin əvəzi olaraq pul tutularaq X13 ödənilsin. Məhkəmə ekspertizasının xərci 60(altmış manat) pul X6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. 13 saylı Vəkil bürosunun vəkili X17 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar