Məhkəmə qərarları › İş №1(011)-110/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-110/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-110/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, İİİ qrup əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - 0.827 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla, daşımış saat 16:30 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 7 saylı binanın qarşısında saxlanılıb ünvan 2 saylı ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək üzərinə keçirilən şəxsi-axtarış zaman, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə günorta vaxtlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 7 saylı binanın qarşısında bir az durduqdan evə qalxıb çay içmiş, sonra isə yenidən həyata düşərək binanın qarşısında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq onun əlindən tutaraq Xətai RPİ-nin 35-ci polis bölməsinə aparmışlar Polis əməkdaşlarına evdəkilər xəbər vermişlər ki, o evdən çıxır. Polis bölməsində ona polis əməkdaşları fiziki zor tətbiq etdikdən sonra, polis əməkdaşlarından bir əlini onun cibinə atıb onun cibindən siqaret bükümünə bükülmüş narkotik vasitə qoymuşdur. O, isə onun üzərində heç bir narkotik vasitə olmadığını bildirdikdə, polis əməkdaşı ona fiziki zor tətbiq edərək onu vurmuşlar və ona məcbur edib narkotik vasitəsinin ona aid olması barədə izahat yazmağı bildirmişdir. Əgər o, etiraf etməsə idi, ona külli miqdarda narkotik vasitələrin saxlanması ilə ittiham edəcəkdilər. O, da qorxduğundan məcbur olub həmin narkotik vasitəsinin ona aid olduğuna razılıq verərək video çəkiliş vasitəsi ilə narkotik vasitəsinin ona aid olduğunu bildirmişdir. O narkomaniyadan dispanserdə mualicə almışdır. Tutulan vaxtıda narkotik vasitələrdən istifadə etməmişdir. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onun yaşadığı evdə problemlər olduğundan, onun ev payını mənimsəmək istədidiklərinə görə evdəkilər ondan polisə şikayət etmişlər. Onun heç bir günahı yoxdur. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməlinin törədilməsində onun təqsirinin olması iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, Xətai rayonunun inzibati ərazisində, İ.İsmayılov küçəsində yaşayan Teymur adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixində Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsinə yollanıblar. Həmin gün saat 16:30 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim ediblər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 35-ci PB-nə dəvət ediblər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq verib və birlikdə polis bölməsinə yollanıblar. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunub. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngdə iç kağızma bükülmüş bükülü aşkar olunub. Həmin bükülünün içərisinə baxdıqda içərisindən toz halında olan maddə aşkar olunub. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddə narkotik vasitə təxminən bir qram heroindir və həmin heroini öz istifadəsi üçün İ.İsmayılov küçəsində yaşadığı evin yaxınlığından tanımadığı şəxsdən 25 manata alıb və istifadə etmək üçün üzərində gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırılıb. Daha sonra bu barədə protokol təıtib olunub və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənib. Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadə verərək göstərmişdir ki, Xətai rayonunun inzibati ərazisində, İ.İsmayılov küçəsində yaşayan Teymur adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsinə yollanmışlar. Həmin gün saat 16:30 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 35-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermişlər və birlikdə polis bölməsinə yollanmışlar. Polis bölməsinin inzibatii binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngdə iç kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən toz halında olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddə narkotik vasitə təxminən bir qram heroindir və həmin heroini öz istifadəsi üçün İ.İsmayılov küçəsində yaşadığı evin yaxınlığından tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alıb istifadə etmək üçün üzərində gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqləndi. Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində operator vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadə verərək göstərmişdir ki, o, polis bölməsinin inzibati binasında olan zaman əməliyyat müvəkkilləri Teymur və Vüqar bir nəfər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə birlikdə polis bölməsinə gəldilər. Polis bölməsinin baş təhqiqatçısı İlahi Heydərov ona yaxınlaşaraq bir nəfərin üzərinə baxış keçirmək lazım olduğunu və onu operator kimi həmin baxışda iştirak etməyini istəmişdir. O, da razılıq verdikdən sonra polis bölməsinin inzibati otaqlarından birinə daxil olmuşdular. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngdə iç kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən toz halında olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddə narkotik vasitə təxminən bir qram heroindir və həmin heroini öz istifadəsi üçün İ.İsmayılov küçəsində yaşadığı evin yaxınlığından tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alıb istifadə etmək üçün üzərində gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-83-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 6/2126 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm...” və s. qeydlər olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0.827 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertizaya təqdim etmə zamanı heroinin təmiz çəkisi 0,827 qram, 0,050 qramı sərf edilmişdir, ekspertizadan sonra qalıq çəki 0,777 qram təşkil edir. Cinayət işinin 113-119-сu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,827 qram olan narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq çəkisi 0,777 qram olan narkotik vasitə - heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstünə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də keçirilmiş baxış zamanı qeydə alınmış video görüntü olan 01 (bir) ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxs Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 3141 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə dücar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-90-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Şaumyan Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1989-cu il tarixli hökmünə əsasən, Azərbaycan SSRespublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 38-ci maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx xxxx 1990-cı il tarixli hökmünə əsasən, Azərbaycan SSRespublikası Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 39-cu maddəsinə əsasən 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin xx xxxxx 1992-ci il tarixli qərarına əsasən 02 (iki) il 01 (bir) ay müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; 3) Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx xxx 1994-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 39-cu maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli qərarına əsasən 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; 4) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2002-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 5) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 6) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir; 7) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli qərarına əsasən 04 (dörd) ay 17 (on yeddi) gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; 8) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən 04 (dörd) ay 19 (on doqquz) gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 100-103-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(011)-174/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(011)-61/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 7(003)-913/2018 saylı qərarı ilə 04 (dörd) ay 17 (on yeddi) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərarı üzrə çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində, qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlaması cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəni cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsiniin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə tətbiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən onun İİİ qrup əlil olması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin etməyi məqsədəmüvafiq hesab etmir. Lakin, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,777 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,777 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar