Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-110/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yeni inşa olunmuş nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsi tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sərmayə olaraq ona verəcəyi nağd pul vəsaitləri vasitəsilə topdan satış qiymətinə dəftərxana ləvazimatları alıb onları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən digər tanışına məxsus mətbəəyə satmaqla davamlı olaraq həmin fəaliyyətlə məşğul olacağı təqdirdə yaxşı qazanc əldə edəcəyinə dair yalan vədlər verməklə aldadıb 10 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzildə Zərərçəkmiş şəxs məxsus 5.800 (beş min səkkiz yüz) manat, 11 avqust 2024-cü il tarixdə saat 21:02-də eyni niyyətlə adına olan «Leobank»a aid 4098 5844 7805 4356 nömrəli kart hesabına Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzildən mobil telefonuna yüklənmiş “Birbank” mobil tətbiqi vasitəsilə sonuncunun adına olan “Kapital Bank”a aid 4169 7388 6701 9212 nömrəli kart hesabının balansından köçürülmüş 300 (üç yüz) manat, 17 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzildə eyni niyyətlə Zərərçəkmiş şəxs məxsus 5.400 (beş min dörd yüz) manat, 19 avqust 2024-cü il tarixdə saat 14:44-də eyni niyyətlə adına olan «Leobank»a aid 4098 5844 7805 4356 nömrəli kart hesabına Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzildən “Birbank” mobil tətbiqi vasitəsilə adına olan “Kapital Bank”a aid 4169 7388 7805 4356 nömrəli kart hesabının balansından köçürülmüş 1.100 (bir min yüz) manat - cəmi 12.600 (on iki min altı yüz) manat məbləğində nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 12.600 (on iki min altı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin iyul ayının əvvəllərindən etibarən tanışının vasitəsilə tanımışdır. Həmin vaxt Zərərçəkmiş şəxs digər mənzillə bağlı olan probleminin həllinə köməklik göstərmişdir. Sonradan onunla ünsiyyətləri daha da sıxlaşmış və aralarında yaxın münasibət yaranmışdır. Buna görə də Türanənin yaşadığı ünvan 2 ünvanda yerləşən evinə getməyə başlamışdır. Türanənin yaşadığı evə gedərkən onun ailə vəziyyəti ilə tanış olmuş, mənzildə yaşlı anası və 4 yaşlı oğlu ilə yaşamasını görmüşdür. Türanə ilə aralarında olan söhbətlərdə o hər hansı bir yerdə işləmədiyinə görə ailə vəziyyətinin və maddi durumunun qənaətbəxş olmadığını bildirmişdir. Türanə həmçinin ona çətin günləri üçün müəyyən məbləğdə pul toplamasını və həmin pulla müəyyən iş qurmaq niyyətində olmasını demişdir. O da Türanəyə yaxın tanışının işlətdiyi mətbəənin olmasını, həmin mətbəəyə mütəmadi olaraq dəftərxana ləvazimatları alındığını və dəftərxana ləvazimatlarının topdan və pərakəndə satıldığı satış məntəqələri ilə münasibətinin olduğunu deyib həmin satış məntəqələrindən dəftərxana ləvazimatlarını topdan qiymətə alıb həmin mətbəəyə bir qədər baha qiymətə satmaqla qazanc əldə edilməsinin mümkünlüyünü bildirmişdir. Türanəyə həmin işləri özünün həyata keçirəcəyini və nəzarət edəcəyini deyib narahat olmamasını demişdir. Türanə də həmin mətbəəni görmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Bir neçə gün sonra hoqiqətən də Türanə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ünvanını dəqiq bilmədiyi mətbəəyə getmişlər. Türanə ilə birlikdə mətbəənin içərisinə daxil olmuşlar. Türanəyə alacağı dəftərxana ləvazimatlarını həmin mətbəəyə satacağını bildirmişdir. Türanə də mətbəənin şəraiti ilə tanış olub onun təklifinə razılığını bildirmişdir. Bundan sonra Türanəni yola salıb işlərinə davam etmişdir. 10 avqust 2024-cü il tarixdə Türanənin yaşadığı ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzilə gəlmişdir. Mənzildə olarkən Türanə dəftərxana ləvazimatlarının alınması üçün 5.800 manat məbləğində pulu ona təqdim etmiş, o da pulu sayıb qəbul etmişdir. Türanəyə də həmin pulla dəftərxana ləvazimatları alacağını demişdir. Bundan sonra mənzili tərk etmişdir. 5.800 manat məbləğində pulla özünə məxsus «Vaz 21214» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələrin bir qismini ödəmişdir. Lakin Türanəni həqiqətən də dəftərxana ləvazimatları aldığına inandırmaq üçün ona ümumi məbləği 5.800 manat olan qaimə-faktura yazdırmışdır. Qaimə-fakturanın üzərində olan digər rekvizitləri isə tanışına öz xətti ilə doldurtdurmuşdur. Bundan sonra həmin qaimə-fakturanın fotoşəklini «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə Türanəyə göndərmişdir. 11 avqust 2024-cü il tarixdə Türanə ilə telefon əlaqəsi saxlayıb ona dəftərxana ləvazimatlarının alınması üçün 300 manat məbləğində pula ehtiyac olmasını bildirmişdir. Türanə də etiraz etməmişdir. Bundan sonra Türanəyə yaşadığı ünvana gələ bilmədiyinə görə «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə istifadəsində olan özünə məxsus «Leobank»a aid 4098 5844 9235 4442 nömrəli kart hesabını göndərmişdir. Bir neçə dəqiqədən sonra «Leobank»a aid kart hesabının balansına 300 manat məbləğində pul gəlmişdir. Həmin an Türanə onunla telefon əlaqəsi saxlayıb göndərmiş olduğu kart hesabına 300 manat məbləğində pul göndərməsini bildirmiş və pulun hesabına gəlib-gəlməməsini soruşmuşdur. O da 300 manat məbləğində pulun hesabına gəlməsini demişdir. 17 avqust 2024-cü il tarixdə Türanə ilə telefon əlaqəsi saxlayıb dəftərxana ləvazimatlarının alınması üçün pul vəsaitinə ehtiyac olmasını bildirmişdir. Türanə də yaşadığı mənzildə olduğunu bildirmişdir. Bir neçə saat sonra Türanənin yaşadığı ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzilə gəlmişdir. Mənzildə olarkən Türanə dəftərxana ləvazimatlarının alınması üçün 5.400 manat məbləğində pulu ona təqdim etmiş, o da pulu sayıb qəbul etmişdir. Türanəyə də həmin pulla dəftərxana ləvazimatları alacağını demişdir. Bundan sonra mənzili tərk etmişdir. Türanədən aldığı 5.400 manat məbləğində pulla bir neçə nəfər şəxsə olan əl borclarını bağlamışdır. Qalan pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. 19 avqust 2024-cü il tarixdə Türanə ilə telefon əlaqəsi saxlayıb ona dəftərxana ləvazimatlarının alınması üçün müəyyən məbləğdə pula ehtiyac olmasını bildirmişdir. Türanə isə evdə yalnız 1.100 manat məbləğində pul olmasını bildirmişdir. O, Türanəyə yaşadığı ünvana gələ bilmədiyinə görə «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə istifadəsində olan özünə məxsus «Leobank»a aid 4098 5844 9235 4442 nömrəli kart hesabını göndərmişdir. Bir neçə dəqiqədən sonra «Lcobank»a aid kart hesabının balansına 1.100 manat məbləğində pul gəlmişdir. Həmin an Türanə onunla telefon əlaqəsi saxlayıb göndərmiş olduğu kart hesabına 1.100 manat məbləğində pul göndərməsini bildirmiş və pulun hesabına gəlib-gəlməməsini soruşmuşdur. O da 1.100 manat məbləğində pulun hesabına gəlməsini demişdir. Türanənin ona göndərdiyi 1.100 manat məbləğində pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Türanəyə hər dəfəsində ondan almış olduğu müxtəlif məbləğlərdə pul vəsaitləri ilə dəftərxana ləvazimatları aldığını, həmin dəftərxana ləvazimatlarını mətbəəyə satdığını, lakin mətbəənin müdiriyyəti tərəfindən ödənişlərin olunmadığını bildirmişdir. Bir neçə gün sonra Türanə onunla telefon əlaqəsi saxlayıb ödənişlərin olub-olmaması ilə maraqlandıqda Turaııəni bir qədər yubatmaq məqsədilə mətbəə tərəfindən ödənişlərin ən geci 2-3 gün ərzində olacağını demişdir. 2-3 gündən sonra Türanə yenidən istifadəsində olan mobil nömrəyə zənglər etdikdə onun telefon zənglərinə cavab verməməyə və ondan yayınmağa başlamışdır. Türanədən mətbəəyə satmaq üçün dəftərxana ləvazimatları almaq məqsədilə 4 dəfəyə olmaqla cəmi 12.600 manat məbləğində pul almışdır. Beləliklə o, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam olaraq ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin iyul ayının əvvəllərindən etibarən adına olan digər mənzilin alqı-satqısı ilə bağlı yaranmış problemin həlli ilə məşğul olarkən yaxın rəfiqəsinin biri vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü ona polis əməkdaşı kimi təqdim etmişdir. Lakin onun konkret olaraq hansı polis orqanında və hansı vəzifədə işləməsini dəqiq bilmir. Eldəniz özü də bu barədə ona əlavə məlumat verməmişdir. Təqsirləndirilən şəxslə tanış olduqdan sonra onunla yaxın münasibət qurmuş və ona inandığına görə ailə vəziyyəti ilə bağlı bəzi hallar barədə danışmışdır. Bu baxımdan da Eldəniz himayəsində 4 yaşlı xəstə övladının olmasından məlumatlı olduğuna görə uşağının müalicəsini təmin etmək üçün ona dəftərxana ləvazimatlarının istifadə olunduğu yaxın tanışının işlətdiyi mətbəəyə dəftərxana ləvazimatlarının lazım olduğunu bildirərək həmin mətbəəyə lazım olan dəftərxana ləvazimatlarını topdan qiymətə alıb sonradan həmin ləvazimatları sözünü etdiyi mətbəəyə satışını təşkil etməklə gəlir əldə etməyin mümkünlüyünü izah etmişdir. O da Eldənizin təklifinin ağlabatan olmasını düşünüb onun demiş olduğu mətbəə ilə tanış olduqdan sonra təklifini düşünə biləcəyini bildirmişdir. Eldəniz də onu həmin mətbəəyə aparacağını və mətbəənin şəraiti ilə tanış edəcəyini bildirmişdir. Bir neçə gün sonra Eldənizlə birlikdə həqiqətən də həmin mətbəəyə getmişlər. Mətbəə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ünvanını dəqiq bilmədiyi böyük həcmli həyətin içərisində yerləşmişdir. Eldəniz həmin mətbəənin içərisi və şəraiti ilə onu tanış edib alacaqları dəftərxana ləvazimatlarını məhz həmin mətbəəyə satacaqlarını bildirmişdir. Eldəniz həmin mətbəənin müdirinin onunla yaxın münasibətinin olduğunu və onun xahişi ilə dəftərxana ləvazimatlarını almağa razılaşacağını demişdir. Mətbəənin şəraiti ilə tanış olduqdan sonra həqiqətən də Eldənizə inanıb onun təklifinə razılıq vermişdir. 10 avqust 2024-cü il tarixdə səhər saatlarında Eldəniz yaşadığı ünvan 2 ünvanda yerləşən 328 nömrəli mənzilə gəlmişdir. Həmin vaxt o, mənzildə saxladığı, özünə məxsus 5.800 manat məbləğində pulu dəftərxana ləvazimatlarının alınması üçün sayıb Eldənizə vermişdir. Eldəniz də pulu sayıb qəbul etmiş və həmin pulla artıq sifarişini verdiyi dəftərxana ləvazimatlarının ödənişini edəcəyini demişdir. Bundan sonra Eldəniz 5.800 manat məbləğində pulu da götürüb mənzili tərk etmişdir. Bir neçə saat sonra Eldənizdən ondan almış olduğu pulu nə etdiyini soruşduqda Eldəniz istifadəsində olan mobil telefonun «Whatsapp» mesaj mübadilə sisteminə dəftərxana ləvazimatlarını aldığı "xxxx" MMC-yə məxsus qaimə-fakturan;n fotoşəklini göndərmişdir. Həmin qaimə-faktura möhürlə təsdiq edilməmişdir. Həmin fotoşəklə baxdıqdan sonra Eldənizin ona verdiyi pulun müqabilində həqiqətən də dəftərxana ləvazimatları aldığına əmin olmuşdur. Növbəti gün, yəni 11 avqust 2024-cü il tarixdə Eldəniz onunla telefon əlaqəsi saxlayıb dəftərxana ləvazimatlarının alınması üçün 300 manat məbləğində pula ehtiyacı olmasını bildirmişdir. Eldəniz onun yaşadığı mənzilə gələ bilmədiyini bildirib «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə mobil telefonuna özünə məxsus «Leobank»a aid 4098 5844 9235 4442 nömrəli kartın fotoşəklini göndərərək 300 manat məbləğində pulu həmin kartın hesabına göndərməyini xahiş etmişdir. O da Eldənizin istəyinə uyğun olaraq yaşadığı mənzildə olarkən özünə məxsus «Kapital Bank»a aid 4169 7388 6701 9212 nömrəli kartın balansından Eldənizin adına olan «Leobank»a aid 4098 5844 9235 4442 nömrəli kartın balansına 300 manat məbləğində pul göndərmişdir. 17 avqust 2024-cü il tarixdə Eldəniz yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt Eldəniz yenə də dəftərxana ləvazimatlarının alınması üçün 5.400 manat məbləğində pula ehtiyac olmasını bildirmişdir. O da Eldənizin istəyinə əsasən mənzildə saxladığı 5.400 manat məbləğində pulu ona təqdim etmişdir. Eldəniz də pulu sayıb qəbul etmiş və mənzili tərk etmişdir. 19 avqust 2024-cü il tarixrlə Eldəniz yenə də onunla telefon əlaqəsi saxlayaraq dəftərxana ləvazimatlarının alınması üçün 1.100 manat məbləğində pul lazım olmasını bildirmişdir. Bundan sonra özünə məxsus «Kapital Bank»a aid 4169 7388 7805 4356 nömrəli kartın balansından Eldənizin adma olan «Leobank»a aid 4098 5844 9235 4442 nömrəli kartın balansına 1.100 manat məbləğində pul göndərmişdir. Eldəniz dəftərxana ləvazimatlarını satdığı mətbəədən ödənişlərin 01 sentyabr 2024-cü il tarixədək ödəniləcəyini bildirmişdir. 01 sentyabr 2024-cü il tarixi gəlib çatdıqda Eldənizlə telefon əlaqəsi saxlayarkən o, ödənişin bir neçə gün gecikəcəyini demişdir. O da Eldənizlə razılaşıb bir neçə gün yenə gözləmək qərarına gəlmişdir. Təxminən 2-3 gün sonra yenidən Eldənizlə telefon əlaqəsi saxladıqda o, yenə də müxtəlif bəhanələr gətirməklə ödənişi ala bilmədiyini bildirmişdir. Artıq Eldənizin onu aldatmasını müəyyən edib 05 sentyabr 2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Məhərrəm oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun ona olan etibarından sui istifadə edərək dəftərxana ləvazimatlarını topdan-satış qiymətinə alıb, onun tanışının Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən tanışına məxsus mətbəəyə davamlı olaraq satmaqla qazanc əldə edəcəklərini vəd etmişdir. 10 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixə kimi olan dövrdə ona cəmi 12600 manat pul vermişdir. Tez bir zamanda başa düşmüşdür ki, o, onu aldatmışdır. Ümumilikdə o, ona 12600 manat pul vermiş, 2024-cü ilin dekabr ayında onun ev dustaqlığına buraxılması məsələsi həll edilərkən ona 3000 manat ödəmişdir. Hazırda ödənilməmiş 9600 manat qalır, həmin məbləği ondan tələb edir. Qanunvericiliyin tələbindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanın əvəzini ödəməyə borcludur və hazırki vəziyyətdə həmin pulu ondan tələb etmək qanuni hüququdur. Daha sonra o, məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddia ilə bağlı tələbindən imtina etdiyini və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); sənədlərin təqdim edilməsi və götürülməsi haqqında 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus 4098 5844 9235 4442 nömrəli kart hesabına müvafiq olaraq 11 avqust və 19 avqust 2024-cü il tarixlərdə göndərdiyi 300 və 1100 manatlıq pul məbləğlərinin qəbzlərini və Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərdiyi "xxxx" MMC-yə məxsus 5808 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən qəbzi istintaq orqanına təqdim etmiş, həmin sənədlər iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən götürülərək materiala əlavə edilmişdir (i.v. 9-10); cinayət işinin icraata qəbul edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir (i.v. 22); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəriməni ödəmişdir; barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi başlanmış cinayət işinin icraatına xx.xx.2016-cı ildə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində CM-in 128-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir; barəsində Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi başlanmış cinayət işinin icraatına xx.xx.2019-cu ildə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir; barəsində CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 46-48); axtarışda olan şəxsin tutulması haqqında 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədə CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə barəsində qəbul edilmiş axtarışa qərarına əsasən qismində tutulmuşdur (i.v. 63); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 88-89); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-700/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 01 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 106-110); sənədlərin təqdim edilməsi və götürülməsi haqqında 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus 4098 5844 9235 4442 nömrəli kart hesabına müvafiq olaraq 11 avqust və 19 avqust 2024-cü il tarixlərdə göndərdiyi 300 və 1100 manatlıq pul məbləğlərinə dair “Kapital Bank”a aid özünə məxsus 4169 7388 6701 9212 və 4169 7388 7805 4356 nömrəli ödəniş kartları üzrə 02 vərəqədən ibarət çıxarışları istintaq istintaq orqanına təqdim etmiş, həmin sənədlər iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 118- 120); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, sənədlərin təqdim edilməsi və götürülməsi haqqında protokollar iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 127-134); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-768/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixində və 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 10 fevral 2025-ci il tarixdən hesablanması hökm edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 1(103)-887/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; elektron çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 vardır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim edtiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddia ilə bağlı tələbindən imtina edir və həmin hissədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12- 59.1.3), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmləri üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. İş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün 15 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həmçinin CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 20 may 2024-cü il tarixində və 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 9600 (doqquz min altı yüz) manat məbləğində pulun tutulmasını xahiş etsə də, daha sonra ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsi, zərərçəkmiş şəxsin məhkəmədən mülki iddia üzrə icraata xitam verilməsini xahiş etməsi nəzərə alınmaqla, mülki iddiadan imtina etmə kimi qiymətləndirilməli və ərizəsi təmin edilərək mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixində və 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-110/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-110/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver