Məhkəmə qərarları › İş №1(011)-111/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-111/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-111/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs1, müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2, müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı ildə Masallı rayonu, Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Xırmandalı ərazi dairəsi, Ərəb kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 “Vaz 2107” markalı avtomobili oğurladıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin avtomobili satıb əldə edilmiş pulu aralarında bölmək barədə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs1 26 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2005-ci il buraxılışı ağ rəngli, üzərində 30 manat dəyərində 10-OZ- 676 dövlət qeydiyyat nişanı olmuş 4500 manat dəyərində “Vaz 21074 Minik” markalı avtomobilinin qabaq sol qapısının kilidini sındırıb qapını açıb avtomobilə daxil olub avtomobilin üzərində olan açarla mühərriki işə salıb gizli olaraq talayıb Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsindən olan küçələrdən birində saxlamış, sonra Təqsirləndirilən şəxs1 avtomobilin üzərində olan 01 ədəd 120 manat dəyərində “Pioneer Latin” markalı, “DEH-S1250UB” model maqnitolanı və 01 cüt 80 manat dəyərində “Pioneer” markalı, “TS-6975 V3” model səsgücləndiricini talayaraq istintaqa məlum olmayan naməlum şəxsə satmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3la birlikdə “Vaz 21074 Minik” markalı avtomobili saxladığı yerdən sürüb Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində yerləşən “Socar” YDMnin yaxınlığına aparıb avtomobili Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun tanışı Şahid 500 manata satıb aralarında bölməklə Zərərçəkmiş şəxs 4730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 “Vaz 2107” markalı avtomobili oğurladıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin avtomobili satıb əldə edilmiş pulu aralarında bölmək barədə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs1 26 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2005-ci il buraxılışlı ağ rəngli, üzərində 30 manat dəyərində İO-OZ- 676 dövlət qeydiyyat nişanı olmuş 4500 manat dəyərində “Vaz 21074 Minik” markalı avtomobilinin qabaq sol qapısının kilidini sındırıb qapını açmaqla avtomobilə daxil olub avtomobilin üzərində olan açarla mühərriki işə salıb aparmaqla gizli olaraq talayıb Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsindən olan küçələrdən birində saxlamış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə “Vaz 21074 Minik” markalı avtomobili saxladığı yerdən sürüb Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində yerləşən “Socar” YDMnin yaxınlığına aparıb avtomobili Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun tanışı Şahid 500 manata satıb aralarında bölməklə Zərərçəkmiş şəxs 4530 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 “Vaz 2107” markalı avtomobili oğurladıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin avtomobili satıb əldə edilmiş pulu aralarında bölmək barədə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs1 26 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2005-ci il buraxılışlı ağ rəngli, üzərində 30 manat dəyərində **-OZ-*** dövlət qeydiyyat nişanı olmuş 4500 manat dəyərində “Vaz 21074 Minik” markalı avtomobilinin qabaq sol qapısının kilidini sındırıb qapını açmaqla avtomobilə daxil olub avtomobilin üzərində olan açarla mühərriki işə salıb aparmaqla gizli olaraq talayıb Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsindən olan küçələrdən birində saxlamış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə “Vaz 21074 Minik” markalı avtomobili saxladığı yerdən sürüb Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində yerləşən “Socar” YDM-nin yaxınlığına aparıb avtomobili Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun tanışı Şahid 500 manata satıb aralarında bölməklə Zərərçəkmiş şəxs 4530 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, uzun müddət müxtəlif avtomobil sexlərində usta işləmişdir. Təxminən bir il olmuşdur ki, Elşad adlı şəxsi tanımışdır. Təxminən 10 gün olardı ki, Elşadın “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən icarə olaraq işlətdiyi avto yuma məntəqəsində Elşadla birlikdə işləyirdi. Elşadla onun tanışlığı ortaq dostlarının hesabına olmuşdur. Günlərinin əksər hissəsi demək olar ki, birlikdə keçirirdilər. Həmin avtoyuma məntəqəsində onunla birlikdə Təqsirləndirilən şəxs3 da işləyirdi. İlk dəfə Yusiflə birlikdə etdiyi oğurluq cinayətinə görə məhkum olunub. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 03 radələrində işlədiyi avtoyuyucudan çıxmışdır, Elşadla Yusif isə avtoyuma məntəqəsində qalmışlar. Gəzə-gəzə işlədiyi avtoyuyucunun yaxınlığında yerləşən binaların həyətinə tərəf getmişdir. İlk növbədə həmin binanın həyətində dayanmış ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomobili görmüşdür. Avtomobili oğurlamaq qərarına gəlmişdir. Avtomobilə yaxınlaşıb təhlükəsizlik siqnalizasiyasının olubolmamasını araşdırmışdır. Avtomobildə təhlükəsizlik siqnalizasiyasının olmamasını müəyyən etmişdir. Ətrafda heç kəsin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin qabaq sərnişin tərəfdən olan qapısını sındıraraq avtomobilə qabaq sağ qapıdan daxil olub içərisində əyləşmişdir. Avtomobilə əyləşən zaman avtomobilin açarlarının avtomobilin içərisində olduğunu görmüşdür. Həmin avtomobilin üzərində olan açar vasitəsi ilə mühərriki işə salmış və tez bir zamanda avtomobili Kənd Əhmədli qəsəbəsində dəmir yolu reysləri yaxınlığındakı küçələrin birində saxlamışdır. Daha sonra Elşadla əlaqə saxlayaraq icarə avtomobilini banka borcu olduğuna görə satmaq istədiyini bildirmiş və ondan tanış tapmasını istəmişdir. Elşad və Yusifə avtomobilin oğurluq olduğunu bildirməmişdir. Elşad Buzovna qəsəbəsində tanışının olduğunu demişdir və o, yolu tanımadığına görə Yusifdən onunla Buzovna qəsəbəsinə getməsini istəmişdir. Elşad özü də ora yaxınlaşmışdır. Onları çatdıqdan təxminən 5 dəqiqə sonra Pərviz adlı şəxs onlara yaxınlaşmışdır. Bundan sonra Pərvizlə Elşad söhbətləşməyə başlamışlar. Elşadla bir az söhbətləşdikdən sonra Pərviz “VAZ 2107” markalı avtomobili Elşaddan alacağını bildirmişdir. Elşad Pərvizə avtomobilin dostuna məxsus olduğunu, avtomobilin bankda kreditdə olmasını və dostu avtomobilin kreditini ödəyə bilmədiyi üçün avtomobili satmaq istədiyini bildirmişdir. Elşad Pərvizdən ilkin olaraq beh kimi 500 manat almış, qalan 1000 manatı isə avtomobilin sənədlərini təqdim edəndə alacağı barədə razılaşmışlar. Pərviz də razılaşaraq 500 manat pulu Elşada vermişdir. Elşad pulu Pərvizdən aldıqdan sonra Pərvizlə sağollaşmış onlar avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Pulu aralarında bölmüşlər. Avtomobili Elşad və Yusiflə birlikdə Buzova qəsəbəsinə satmağa apararkən Buzovna qəsəbəsinə çatmamış avtomobilin dövlət qeydiyyat nişanlarını çıxardaraq xatırlamadığı yerdə yol kənarına atmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, Elşad adlı şəxsi tanıyır. Elşadla tanışlığı ortaq dostlarının hesabına olmuşdur. Həmin avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs3 da işləyirdi. Yusif də onun kimi təxminən 10 gün olar ki, avtoyuma məntəqəsində işləyirdi və onunla qonşuluqda yaşayırdı. O, ilk dəfə Yusiflə birlikdə etdiyi oğurluq cinayətinə görə məhkum olunmuşdur. Yusif onunla qonşuluqda yaşayır və onunla bir neçə dəfə mübahisəsi olmuşdur, lakin ondan qorxduğuna görə onunla çox mübahisə etmirdi. Qeyd edir ki, Elşad fiziki cəhətdən çox güclü idi. O isə ondan zəif olduğundan çəkinirdi. Elşad öz gücü hesabına onunla acı danışırdı və o, qorxduğu üçün ona cavab qaytara bilmirdi. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Elşadla birlikdə həmin avto yuyuma məntəqsində olarkən Elşad borcunun çox olduğunu və həmin borcu ödəyə bilmədiyini ona bilirdi. Elşad ona əsəbi halda avtomobil oğurlamağı və oğurladığı avtomobili ona verməyi, həmin avtomobili isə sataraq borcunu ödəyəcəyini ona bildirdi və bu məsələ üzərinində ona təziq etməyə başladı. Elşadla birlikdə Yusif də ona təzyiq edərək avtomobil oğurlamağını istədi və onun da pula ehtiyacı olduğunu bildirdi. O, onlardan qorxduğundan onlarla razılaşaraq avtomobil oğurlayaraq onlara verəcəyini bildirmişdir. Əlavə olaraq Yusif ona bildirmişdir ki, oğurlayacağı avtomobili Elşadın tanışlarına satacaqlar və ona görə də heç bir problem olmayacaq. Elşad ona bildirdi ki, dəqiq olaraq “Yaz 2107” markalı avtomobil oğurlasın, çünki həmin avtomobili rahat sata biləcək. Onlar oğurladığı avtomobili Kənd Əhmədli qəsəbəsində dəmir yolu reysləri yaxınlığındakı hər hansı küçələrin birində saxlamağı ona tapşırdı və onu avtomoyuma məntəqəsindən çıxardaraq həmin dəqiqələrdə avtomobili oğurlayaraq geri qayıtmağını istədi. Həmin gün havanın daha da qaralmağını birlikdə gözlədilər. xx.xx.2022-ci il tarixdə saat təxminən gecə 03 radələrində işlədiyi avtoyuyucudan çıxmışdır, Elşadla Yusif isə avtoyuma məntəqəsində qaldılar. Piyada gəzərək razılaşmalarına görə həmin avtomobilin axtarışına çıxdılar. Gəzə-gəzə işlədiyi avtoyuyucunun yaxınlığında yerləşən binaların həyətinə gəlmişdir. İlk növbədə həmin binanın həyətində dayanmış ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomobili gördü. Avtomobilə yaxınlaşıb təhlükəsizlik siqnalizasiyasının olub-olmamasına baxmışdır. Avtomobildə təhlükəsizlik siqnalizasiyasının olmamasını müəyyən etmişdir. Ətrafda heç kəsin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin qabaq sərnişin tərəfdən olan qapısını sındıraraq avtomobilə qabaq sağ qapıdan daxil olub içərisində əyləşmişdir. Avtomobilə əyləşən zaman avtomobilin açarlarının avtomobilin içərisində olduğunu görmüşdür. Daha sonra sükan arxasına keçmişdir. Tez bir zamanda avtomobili razılaşmalarına əsasən Kənd Əhmədli qəsəbəsində dəmir yolu reysləri yaxınlığındakı hər hansı küçələrin birində saxlamışdır. Razılaşmalarına əsasən Elşad və Yusif onu avtoyuma məntəqəsində gözləyəcəkdi. Avtomobili saxladığı yerdən piyada saat təxminən 05 radələrində işlədiyi avtoyuyucu məntəqəsinə gəlmişdir. Elşad və Yusif orada yox idi. Avtoyuma məntəqəsi bağlı idi. Mobil telefon istifadə etmədiyi üçün avtoyuyucunun yanından hər hansı şəxsin keçməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra orta yaşlı bir nəfər kişinin gəldiyini görmüşdür. Ondan telefonu ilə danışmaq üçün xahiş etmişdir. Həmin şəxs ona öz mobil telefonundan istifadə etməyə icazə vermişdir. O, Elşad və Yusiflə əlaqə saxlamışdır. Elşada avtomobili götürdüyünü, qeyd olunan yerdə saxladığını və özünün də avtoyuyucunun yanında olduğunu bildirmişdir. O, onu orada gözləməyi bildirdi. Təxminən 15 dəqiqə sonra Elşad özünə məxsus olan "Toyota Prius” markalı avtomobillə avtoyuma məntəqəsinə gəldi. Bir neçə dəqiqə sonra Yusif də avtoyuma məntəqəsinə gəldi. O, Yusiflə birlikdə Elşadın idarə etdiyi avtomobilə əyləşdi. Avtomobili saxladığı yerə tərəf yola düşdülər. Həmin yerə çatdıqda ona “Vaz 2107” markalı avtomobili idarə edib onların arxası ilə gəlməyi bildirdilər. O, həmin avtomobili işə salıb onların ardı ilə yola düşmüşdür. Elşad Xətai rayonu, Babək prospektində yerləşən “Göyçə” marketin yaxınlığında dayanmışdır. O, avtomobildən enərək ona yaxınlaşmışdır. Elşad avtomobili orada saxlamalı olduğunu bildirmişdir. Oğurladığı avtomobili həmin yerdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində birlikdə avtoyuma məntəqəsini bağlamışlar. Bundan sonra Yusiflə birlikdə Elşadın idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşdilər. Elşad avtomobili idarə edərək oğurladığı “Vaz 2107” markalı avtomobili saxladıqları Babək prospektində yerləşən “Göyçə” marketin qarşısına getmişlər. Elşad avtomobili Göyçə marketin qarşısında saxlamışdır. Ona bildirmişdir ki, “Vaz 2107” markalı avtomobili idarə edərək Buzovna qəsəbəsinə getsin, o da onun arxası ilə başqa yoldan gələcəkdir. Onun başqa yolla Buzovna qəsəbəsinə gəlməkdə məqsədi polisin onları birlikdə tutmaq ehtimalının olması idi. Bundan sonra o sərnişin oturacağında əyləşmiş Yusiflə birlikdə “Vaz 2107” markalı avtomobili idarə edərək saat təxminən 04 radələrində Buzovan qsəbəsinə çatmışdır. Orada kök bədən quruluşlu bir şəxs onlara yaxınlaşdı. Həmin şəxs özünü Pərviz deyə təqdim edərək onlarla görüşdü. Bundan sonra Elşadla söhbətləşməyə başladı. Elşadla bir az söhbətləşdikdən sonra Pərviz “VAZ 2107” markalı avtomobili Elşaddan alacağını bildirdi. Elşad Pərvizə bildirdi ki, avtomobil onun dostuna məxsusdur, avtomobil bankda kreditdədir və dostu avtomobilin kreditini ödəyə bilmədiyi üçün avtomobili satmaq istəyir. Pərvizdən ilkin olaraq beh kimi 500 manat alacaq və qalan 1000 manatı isə dostu gələn zaman sənədləri ona təqdim edəndə alacaqdır. Pərviz də razılaşaraq 500 manat pulu Elşada verdi. Avtomobildə olan zaman Elşad 500 manatdan 150 manatını ona, 150 manatını Yusifə verdi və 200 manatı isə özü götürdü. (Cild 2, i.v. 43-49). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, təxminən bir ildir Zəki adlı şəxslə tanışdır. Zəki ilə ortaq dostları hesabına tanış olmuşdur. Zəki ona zəng edərək, borcunun olduğunu və icarədə olan avtomobili satmaq istədiyini bildirmişdir. Bunun üçün ondan kömək istəmişdir. O, Buzovna qəsəbəsində Pərviz adlı şəxsi tanımış və Zəkidən maşını Buzovna qəsəbəsinə gətirməsini istəmişdir. Zəki yolu tanımadığına görə Yusif ilə birlikdə Buzovna qəsəbəsinə gəlmişdir. O, özü də ora yaxınlaşmışdır. Təxminən 5 dəqiqə sonra Pərviz adlı şəxs onlara yaxınlaşmışdır. Bundan sonra o, “VAZ 2107” markalı avtomobilin dostuna məxsus olduğunu, avtomobilin bankda kreditdə olmasını və dostu avtomobilin kreditini ödəyə bilmədiyi üçün avtomobili satmaq istədiyini bildirmişdir. Pərviz avtomobili alacağını bildirmişdir. Pərvizdən ilkin olaraq beh kimi 500 manat almışdır və qalan 1000 manatı dostu gələn zaman sənədləri təqdim edəndə almalı idi. Pərviz də razılaşaraq 500 manat pulu ona vermişdir. O, pulu Pərvizdən aldıqdan sonra aralarında bölümüşlər. O, avtomobilin oğurluq olduğunu bilməmiş, heç kimlə oğurluq etməmiş və əlbir olmamışdır. Özünü sadəcə avtomobilin satışında təqsirli bilir. İbtidai istintaqda ona fiziki təzyiq olduğu üçün etiraf edici ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 05 ildir ki, tanıyır. Zəki əvəllər avtomobil ustası olmuş və özünə məxsus avtomobilləri Zəki təmir etmişdi. Təqsirləndirilən şəxs3 01 ildir ki, tanıyır. Yusif də taksi fəaliyyəti ilə məşğul olur. O, bir neçə dəfə onun idarə etdiyi avtomobildən taksi kimi istifadə edib. Təxminən bir neçə ay bundan əvvəl Xətai rayonu, H.Aslanov metro stansiyasının yaxınlığında avtoyuma mənəqəsi işlədirdi. 2022-ci ilin sentyabr ayının əvəllərində Zəki ona yaxınlaşaraq işinin olmadığını, onun icarə əsasında işlətdiyi avtoyuma məmtəqəsində işləmək istədiyini bildirmişdi. Onunla razlaşaraq icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində işləyə biləcəyini bildirmişdir. Bundan əlavə Yusif də eyni qaydada 2022-ci ilin sentyabr ayının əvəllərində avtoyuma məntəqəsinə gələrək işinin olmadığını, onun icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində işləmək istədiyini bildirmişdir. Onunla da razılaşaraq avtoyuma məntəqəsində işləyə biləcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında maddi cəhətdən sıxıntıları yaranmağa başlamışdır. Borclarının çoxaldığından Zəkiyə avomobil oğurlamasını və oğurladığı avtomobili ona verməsini bildirdi. O, cüssəli olduğundan Zəkinin ondan qorxduğunu bilirdi və qolunun gücünə ona təziq edərək ondan avtomobil oğurlamasını təkidlə tələb etməyə başladı. Yusif də onunla birlikdə Zəkiyə təzyiq edərək borcları olduğundan avtomobil oğurlamasını təkid edirdi. Bundan sonra Zəki məcbur olaraq onunla razılaşdı. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Zəki və Yusif avtomoyuma məntəqəsində idilər. O, Yusiflə birlikdə Zəkiyə bildirdi ki, avtomobil oğurlasın və oğurladığı avtomobili sataraq qazanc əldə etsinlər. O, isə həmin qazancla öz borclarını bağlayar. Zəki məcbur olub onlarla razılaşdı. Bundan əlavə Zəkiyə bildirdi ki, “Vaz” markalı avtomobilləri oğurlasın çünki həm onda “Vaz” markalı avtomobilə məxsus açar var həm də həmin avtomobilləri oğurlmaq asandır. Bundan əlavə oğurladığı avtomobili Əhmədli qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında aparsın ki, orada müşahidə kameraları olmadığından avtomobili heç kim tapa bilməyəcək. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zəki avtoyuma məntəqəsindən çıxaraq “Vaz” markalı avtomobili oğurlamaq üçün axtarmağa başladı. O isə Yusiflə birlikdə onu avtoyuma məntəqəsində gözləməyə başladılar. Təxminən 3-4 saatdan sonra Zəki avtoyuma məntəqəsinə gəldi. Zəki avtoyuma məntəqəsinə gəldikdən sonra bildirdi ki, yaxınlıqda, M.Hadi küçəsi 63A ünvanının qarşısından “Vaz 2107” markalı avtomobil oğurlamışdır və həmin oğurladığı avtomobili Əhmədli qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında saxlamışdır. Bundan sonra o, idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşmişdir, Zəki və Yusif də onun idarə etdiyi avtomobilə əyləşmişlər. Birlikdə avtomobillə Xətai rayonu, Əhmədli qəsəbəsi, dəmiryol keçidinin yanma getmişlər. Orada Zəki oğurladığı “Vaz 2107” markalı avtomobilin sükanı arxasına əyləşmişdir və birlikdə Xətai rayonu, Babək prospektində yerləşən “Göyçə” marketin qarşısına getmişlər. Avtomobili alqı- satqısı ilə məşğul olan Pərvizlə əlaqə saxlamışdır. Pərvizə bildirmişdir ki, dostunun “Vaz 2107” markalı avtomobili var və avtomobilə görə banka kredit ödəyir. Bir neçə aydır ki, krediti ödəyə bilmədiyi üçün bankın işçiləri avtomobili axtarışa vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, Zəki və Yusif birlikdə Babək prospektində yerləşən Göyçə marketin qarşısına getdilər. Marketin qarşısında Zəki və Yusif onun idarə etdiyi avtomobildən düşdülər və oğurluq olan “Vaz 2107” markalı avtomobilə əyləşdilər. Zəki Buzovna qəsəbəsini tanımadığından Yusif “Vaz 2107” markalı avtomobilin sərnişin oturacağında əyləşdi, Zəki isə “Vaz 2107” markalı avtomobilin sükanı arxasında əyləşdi və avtomobili idarə etməyə başladı. O, Sabunçu qəsəbəsinə qədər onların arxası ilə gəlməyə başladı. Sabunçu qəsəbəsində tutulmaqdan ehtiyat etdiyi üçün yolunu dəyişərək Zabrat qəsəbəsi ilə Buzovna qəsəbəsinə getdi. Buzovna qəsəbəsinə çatdıqda gördü ki, Yusiflə Zəki “Vaz 2107” markalı avtomobilin dövlət nömrə nişanını yolda çıxardaraq tullamışlar. Onlardan nə üçün belə etdiklərini soruşan zaman onlar tutulmamaq üçün bu cür etdiklərini bildirdilər. Bundan sonra Buzovna qəsəbəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin qarşısında təxminən 10- 15 dəqiqə gözlədikdən sonra Pərviz onların yanına gəldi. O, bir daha Pərvizə bildirdi ki, avtomobil bankda kreditdədir və dostu avtomobilin kreditini ödəyə bilmədiyi üçün satır. Pərviz də avtomobilə baxdıqdan sonra avtomobili alacağını bildirdi. Avtomobili ümumilikdə 1500 manata satmağa razılaşdılar. Pərviz üzərində 500 manat pulunun olmasını, qalan pulu isə avtomobilin sənədlərini ona çatdırdıqdan sonra verəcəyini bildirdi. Bundan sonra Pərvizlə razılaşdı və 500 manat pulu Pərvizdən alaraq “Vaz 2107” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ona verdi. 500 manat pulu Pərvizdən aldıqdan sonra idarə etdiyi avtomobilə əyləşdi. Avtomobildə olan zaman 500 manat puldan 200 manatını özünə götürdü və qalan 300 manatdan 150 manatını Zəkiyə və 150 manatını isə Yusifə verdi. Ordan kənarlaşdıqdan sonra öz yaşadığı ünvana getdi. Bundan sonra Zəkinin tutulduğunu eşitdi və özünün də tutulacağımdan ehtiyat etdiyi üçün gizlənməyə başladı. xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxladılar və Xətai RPİ-nə gətirdilər. (Cild 2, i.v. 62-66). Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Elşadla avtoyuma yerində işləmişdir. Dəqiq tarixini xatırlamadığı gün Zəki ona maşın satmaq istədiyini və maşını Buzovna qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. Özü yolu tanımadığına görə ondan kömək istəmişdir. O, Zəkinin yanında maşında oturub, ona yolu göstərmişdir. Onlar Buzovnaya çatanda Elşad orada olmuş, avtomobili Elşadın tanışına 500 manata satmışdılar. İbtidai istintaqda ona fiziki təzyiq olduğu üçün etiraf edici ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşad adlı şəxsi taxminən 2-3 ay olar ki, tanıyır. Elşadı ortaq tanışları vasitəsilə tanıyıb və aralarında səmimi münasibət yaranıb. X14 metro stansiyasının yaxınlığında icarə əsasında avtoyuma məntəqəsi işlədir. Təxminən 10 gün bundan əvvəl Elşadın icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsində Elşadla görüşüb söhbətləşən zaman ona həmin avtoyuma məntəqəsində işləmək istədiyini bildirdi. Elşad da heç bir etiraz etmədən avtoyuma məntəqəsində işləyə biləcəyini dedi. Həmin avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs1 da işləyirdi. 2022-ci ilin sentyabr ayının sonlarında maddi cəhətdən sıxıntıları yaranmağa başlamışdır. Borcları çoxaldığından Zəkiyə avomobil oğurlamasını və oğurladığı avtomobili ona verməsini bildirmişdir. Cüssəli olduğundan Zəkinin ondan qorxduğunu bilirdi və ona təzyiq edərək ondan avtomobil oğurlamasını təkidlə tələb etməyə başladı. Elşad da onunla birlikdə Zəkiyə təzyiq edərək borcları olduğundan avtomobil oğurlamasını təkid edirdi. Bundan sonra Zəki məcbur olaraq razılaşdı. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Zəki və Elşad avtomoyuma məntəqəsində idilər. O, Elşadla birlikdə Zəkiyə bildirdilər ki, avtomobil oğurlasın və oğurladığı avtomobili sataraq qazanc əldə etsinlər. Zəkinin qorxduğunu hiss etdi və o, məcbur olub onlarla razılaşdı. Bundan əlavə Elşad Zəkiyə bildirdi ki, “Vaz” markalı avtomobilləri oğurlasın çünki Elşadda “Vaz” markalı avtomobilə məxsus açar var həm də həmin avtomobilləri oğurlmaq asandır. Bundan əlavə Elşad ona bildirdi ki, oğurladığı avtomobili Əhmədli qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığına aparsın ki, orada müşahidə kameraları olmadığından avtomobili heç kim tapa bilməyəcək. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zəki avtoyuma məntəqəsindən çıxaraq “Vaz” markalı avtomobil oğurlamaq üçün axtarmağa başladı. O isə Elşadla birlikdə onu avtoyuma məntəqəsində gözləməyə başladı. Təxminən 3-4 saatdan sonra Zəki avtoyuma məntəqəsinə gəldi. Zəki avtoyuma məntəqəsinə gəldikdən sonra bildirdi ki, yaxınlıqda, M.Hadi küçəsi 63A ünvanının qarşısından “Vaz 2107” markalı avtomobil oğurlamışdır və həmin oğurladığı avtomobili Əhmədli qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında saxlamışdır. Bundan sonra Elşad idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşdi, Zəki də onunla birlikdə Elşadın idarə etdiyi avtomobilə əyləşdilər. Birlikdə avtomobillə Xətai rayonu, Əhmədli qəsəbəsi, dəmiryol keçidinin yanma gəldilər. Orada Zəki oğurladığı “Vaz 2107” markalı avtomobilin sükanı arxasına əyləşdi və o isə Elşadın idarə etdiyi avtomobildə qaldı. Birlikdə Xətai rayonu, Babək prospektində yerləşən “Göyçə” marketin qarşısına gəldilər. Avtomobilə alıcı tapmaq üçün iki gün avtomobili Göyçə marketin qarşısında saxladılar, iki gün sonra Elşadla birlikdə olan zaman Elşadın tanışı, avtomobili alqı-satqısı ilə məşğul olan Pərvizlə əlaqə saxladılar. Pərvizə telefonda bildirdi ki, dostunun “Vaz 2107” markalı avtomobili var və dostu avtomobilə görə banka kredit ödəyir. Bir neçə aydır ki, krediti ödəyə bilmədiyi üçün bankın işçiləri avtomobili axtarışa vermişdir. Ona görə də avtomobili satmaq istəyir. Pərviz də həmin avtomobili ala biləcəyini bildirdi. Bundan sonra 29.09.*2022-ci il tarixdə Zəki, o və Elşad birlikdə Babək prospektində yerləşən Göyçə marketin qarşısına getdilər. Marketin qarşısında o və Zəki Elşadın idarə etdiyi avtomobildən düşüb oğurluq olan “Vaz 2107” markalı avtomobilə əyləşdilər. Zəki Buzovna qəsəbəsini tanımadığından o, “Vaz 2107” markalı avtomobilin sərnişin oturacağında ona yolu göstərmək üçün əyləşdi, Zəki isə “Vaz 2107” markalı avtomobilin sükanı arxasında əyləşdi və avtomobili idarə etməyə başladı. Elşad da Sabunçu qəsəbəsinə qədər onların arxası ilə gəlməyə başladı. Sabunçu qəsəbəsində Elşad tutulmaqdan ehtiyyat etdiyi üçün yolumu dəyişərək Zabrat qəsəbəsi ilə Buzovna qəsəbəsinə gəldi. Buzova qəsəbəsinə çatan zaman Zəki avtomobili saxladı və avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq yaxınlıqdakı yerə tulladı. Zəkidən nə üçün belə etdiyini soruşan zaman ona bildirdi ki, avtomobilin dövlət qeydiyyat nişanı ilə tutula bilər ona görə də dövlət qeydiyyat nişanlarını açaraq tullayır. Bundan əlavə avtomobilin maqnitofonunun da yerində olmadığını gördü. Zəkidən maqnitofonu nə etdiyini soruşan zaman o, bildirdi ki, maqnitofonu və iki ədəd maqnitofona məxsus səsgüclədiricini tanımadığı şəxsə satmışdır. Bundan sonra Buzovna qəsəbəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin qarşısında təxminən 10- 15 dəqiqə gözlədikdən sonra elşadın tanışı Pərviz adlı şəxs yanlarına gəldi. Elşad Pərvizlə söhbət edən zaman ona bildirdi ki, avtomobil bankda kreditdədir və dostu avtomobilin kreditini ödəyə bilmədiyi üçün avtomobili satır. Pərviz də avtomobilə baxdıqdan sonra avtomobili alacağını bildirdi. Avtomobili ümumilikdə 1500 manatu satmağa razılaşdılar. Pərviz üzərində 500 manat pulunun olmasını, qalan pulu isə avtomobilin sənədlərinin ona çatdırdıqdan sonra verəcəyini bildirdi. Elşad Pərvizlə razılaşdı və 500 manat pulu Pərvizdən alaraq “Vaz 2107” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ona verdi. Elşad 500 manat pulu Pərvizdən aldıqdan sonra öz idarə etdiyi avtomobilə əyləşdi. Avtomobildə olan zaman 500 manat puldan 200 manatını özünə götürdü və qalan 300 manatdan 150 manatını Zəkiyə və 150 manatını isə ona verdi. Ordan kənarlaşdıqdan sonra öz yaşadığı ünvana getdilər. (Cild 2, i.v. 79-83) Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “Vaz 2107” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili xx.xx.2022ci il tarixdə 3500 manata almışdır. Yaşadığı evə qayıdan zaman avtomobili yaşadığı ünvan 3 ünvanının qarşısında saxlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı ünvana getmişdir. İdarə etdiyi avtomobili yaşadığı ünvanın qarşısında saxlayaraq evinə qalxmışdır. Saat 12 radələrində yaşadığı evin eyvanında siqaret çəkərkən, həyətə baxan zaman avtomobilini saxladığı yerdə olmadığını görmüş, dərhal həyətə çıxaraq avtomobilini axtarmış və avtomobilinin yerində olmadığını görmüşdür. Həmin vaxt ona aydın olmuşdur ki, avtomobilini oğurlamışlar. Ona görə də baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan Elşad tərəfindən ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2ı tanıyır. Elşad bir dəfə internet vasitəsi ilə ondan maşın almışdır və aralarında heç bir problem olmamışdır. Elşad ona zəng edib demişdir ki, “VAZ 2107” markalı bank maşını satılır, “çalış gör kimə sata bilərsən”. O, maşın alveri ilə məşqul olduğu üçün Elşadla görüşməyi və maşına baxmaq istəmişdir. Onlar görüşmüşlər. Elşadın yanında iki nəfər olmuş, lakin o həmin şəxsləri tanımaışdır. Elşad ona həmin maşını 2000 manata təklif etmiş, maşının nömrə nişanları üzərində olmamış, Elşad bildirmişdir ki, maşının sahibi olan dostu banka krediti ödəyə bilmədiyi üçün bankın işçiləri gəlib maşının nömrə nişanını söküb aparmışlar. Elşadla həmin avtomaşını alacağı barədə razılaşmış və ilkin olaraq Elşada 500 manat vermişdir. Daha sonra maşının sənədləri gələndən sonra 1000 manat da verəcəyinə söz vermişdir. Daha sonra Xətai Rayon Polis İdarəsindən zəng gəldi ki, həmin “VAZ 2107” markalı nəqliyyat vasitəsi oğurluqdur və maşını polislər gəlib apardılar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri öz ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmaq və icraata götürmək barədə 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (Cild 1, i.v. 01); HK-1-2140 nömrəli, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, vətəndaş X1 rayonu, M.Hadi 63 ünvanında yaşadığı binanın qarşısında saxladığı ağ rəngli “VAZ 2107” markalı 10OZ676 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə qaçırılmasını qeyd etmişdir. (Cild 1, i.v. 5); 30 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v.53) Hadisə yerinə baxış keçirilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru Qabil Hüseynovun, hal şahidləri X10 soğlunun və X4 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 8-10); Şübhəli şəxsin tutulması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 21:00-da tutulmuşdur (Cild 1,i.v. 34); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 73); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-511/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəlinin 29 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild 1,i.v. 97- 101); Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə barədə” barədə protokoldan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona satmış olduğu “Vaz 2107” markalı avtomobili istintaqa təqdim etmişdir. (Cild 1, i.v. 67); Şübhəli şəxsin tutulması haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə Xətai RPİ-nin inzibati binasında saat 18:00-da tutulmuşdur (Cild 1, i.v.125); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 142); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 21 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, i.v. 165-166); Məcburi gətirilmə haqqında 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 ilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün onun məcburi olaraq Xətai RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. Qərarın icrası Xətai RPİ-nin 36-cı PB-nə tapşırlmışdır. (Cild 1, i.v.167); Şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmiş və Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin MSY-nə təqdim olunması qərara alınmışdır.(Cild 1, i.v.169- 170) Axtarışda olan şəxsin tutulması haqqında 16 noyabr 2022-ci tarixli protokoldan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda saxlanılmışdır. (Cild 1, i.v.189) Təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 1, i.v. 213-214) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 01 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, i.v. 236-239); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2,1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə təyin edilmiş cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. (Cild 1, i.v. 172-173) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il tarixdə Qazax Hərbi Məhkəməsi tərəfindən 322.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, i.v 174- 175) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2016-cı il tarixdə Nizami rayon Məhkəməsi tərəfindən 185.1, 177.2.1, 177.2.2, 29,177.2,1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (Cild 1, i.v. 246-247). İş materiallarında olan İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2022-ci il tarixli 9/7389 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 2005-ci il buraxılışlı “Vaz 2107” markalı avtomobilin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 4500,0 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə, dövlət qeydiyyat təkrar verilməsinə görə 30,00 manat rüsum müəyyən edilir.Qərarda göstərilən, tədqiqata təqdim edilməyən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilir: 1) 01 ədəd “Pioneer Latin” markalı, “DEH-S1250UB” model maqnitola - 120,0 manat; 2) 01 cüt “Pioneer” markalı, “TS-6975 V3” model səsgücləndirici - 80,0 manat. (Cild 1, i.v. 244-245); Sübutların qiymətləndirilməsi haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2022-ci il tarixli 9/7389 saylı rəyi sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Vaz 2107” markalı avtomobil maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. (Cild 2, i.v. 1-16); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmunu əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 30-31); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmunu əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (Cild 2, i.v. 50-51); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamın məzmunu əlavələr edilərək Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 67-68); İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısından oğurlanmış 01 ədəd “VAZ 21074 Minik” nəqliyyat vasitəsi saz və işlək X5 təhvil verilmişdir. (cild 2, i.v. 92); İş materiallarına əlavə edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)- 274/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 177.2.1, 177.2.2, 29; 177.2.1, 29; 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29; 177.2.1, 29; 177.2.2-ci maddələri təqsirli bilinərək Təqsirləndirilən şəxs3 üzərində 2.500 manat miqdarında cərimə cəzası saxlanılmışdır, Təqsirləndirilən şəxs1 üzərində 2.000 manat cərimə cəzası saxlanılmışdır. Yuxarıda göstərilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, həmin 2.000 manat cərimə cəzası ödənilmişdir. Nizami Rayon Məhkəməsinin 1(007)-274/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmünün icrası barədə Masallı Rayon icra və Probasiya şöbəsinə ünvanlanmış məhkəmə sorğusuna 10 mart 2023-cü il tarixli 102/2023 saylı cavabdan görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)- 274/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmü ilə 2500 (iki min beş yüz) manat cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 tərəfindən həmin cərimə cəzasını ödənilməmişdir və onun barəsində amnistiya tətbiq olunmamışdır. (Cild 1, i.v. 182-188) İş üzrə zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə oğurluq etmədikləri ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şahid qismində ifadəsi alınmışdır. (cild 1, i.v. 18-23). Bundan başqa onun xx.xx.2022-ci il tarixdə şübhəli şəxs statusunda ifadəsi (cild 1, i.v. 44-50), xx.xx.2022-ci il tarixdə (cild 1, i.v. 84-90) təqsirləndirilən şəxs statusunda və xx.xx.2022-ci il tarixində (cild 2, i.v. 43-49) təqsirləndirilən şəxs statusunda ifadələri alınmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs statusunda ifadəsi (cild 1, i.v. 135-140), xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs statusunda (cild 1, i.v. 154-158) və xx.xx.2022-ci il tarixində (cild 2, i.v. 62-66) təqsirləndirilən şəxs statusunda ifadəsi alınmışdır. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs statusunda ifadəsi (cild 1, i.v. 207-212), xx.xx.2022-ci il tarixdə (cild 1, i.v. 225-229) təqsirləndirilən şəxs statusunda və xx.xx.2022-ci il tarixində (cild 2, i.v. 79-83) təqsirləndirilən şəxs statusunda ifadəsi alınmışdır. Təqsirləndirilən şəxs1 şahid qismində dindirilərkən, o cümlədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs və təqsirləndirilən şəxs statuslarında fərqli tarixlərdə müdafiəçilərin iştirakı ilə dindirilərkən özlərini təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, ittihamın məzmununa uyğun ifadələr vermişlər. Təqsirləndirilən şəxslərin onlara ibtidai istintaq zamanı fiziki təsir olunmaları ilə bağlı ifadələri ilə əlaqədar məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 17/38 630 saylı məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. O, həbs olunan zaman xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman xəsarət aşkar olunmamış, sol saidin ön səthində köhnə çapıq toxumalar müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilərkən hər iki saidin ön və bayır səthində, boyunun sağ tərəfində sıyrılmış yaralar müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuşdur. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilərkən hər iki çiyin nahiyəsində sarımtıl-yaşı! qançırlar, sol kürək nahiyəsində cızılmış-sıyrılmış yaralar müşahidə olunmuşdur. Həmin xəsarətlərin istintaq dövründə təqsirləndirilən şəxslərə tətbiq edilmiş təzyiqin göstəricisi olması və buna görə də qeyd edilmiş şəxslərin ifadələrinin etibarsız olması barədə müdafiə tərəfinin mövqeyinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs3 üzərində xəsarətlərin aşkar edilməməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərildiyi qaydada hər biri ayrı-ayrılıqda fərqli tarixlərdə şübhəli şəxs və təqsirləndirilən şəxs statusunda ittihamın məzmununa uyğun olan ifadələr vermişlər. Onların verdiyi ifadələrində göstərdikləri xüsusatlar bədəni üzərində xəsarətlər aşkarlanmayan Təqsirləndirilən şəxs3 ifadələri ilə də öz təsdiqini tapır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülmələri və işgəncələrə məruz qalmaları barədə ibtidai istintaqın gedişində istintaq orqanına müraciət etməmiş, barələrində qətimkan tədbiqinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclaslarında istintaq orqanı tərəfindən onlara qarşı hər hansı təzyiqin tətbiq ediməsi barədə məlumat verməmişlər. Qeyd olunanlar nəzərə alınaraq, adları qeyd edilmiş şəxslərin verdikləri ifadələrin etibarsızlığına dəlaət edən halların mövcudluğu məhkəmə istintaqı müddətində müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli 15 saylı Qərarın 25 və 26-ci bəndlərində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ibtidai istintaq və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi ifadə verməsini, əməlindən peşman olmasını (CM – 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini (CM-59.1.12) nəzərə alır və onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixlərdən hesablanmalı, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 274/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmü üzrə 2.500 manat cərimə cəzasını ödəmədiyinə görə məhkumluğunun olması nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)- 274/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası hazırkı hökm üzrə təyin edələcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməlidir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixlərdən hesablanmalı, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – ünvan 3 ünvanının qarşısından oğurlanmış 01 ədəd “VAZ 21074 Minik” nəqliyyat vasitəsi saz və işlək X5 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 39 (otuz doqquz) saat üçün nəzərdə tutulan 234 (iki yüz otuz dörd) manat, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 24 (iyirmi dörd) saat üçün nəzərdə tutulan 144 (bir yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarda cərimə və 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Vaz 2107” markalı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 39 (otuz doqquz) saat üçün nəzərdə tutulan 234 (iki yüz otuz dörd) manat pul ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 24 (iyirmi dörd) saat üçün nəzərdə tutulan 144 (bir yüz qırx dörd) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar