Məhkəmə qərarları › İş №1(011)-112/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-112/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-112/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi, ev 32də yaşayan və qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 7,950 qram çəkidə narkotik vasitə heroin və 0,920 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, əynindəki şalvarının sağ yan cibində saxlayaraq daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Z.Yusifov küçəsində Xətai RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamasında şübhəli olduğu üçün hənin gün saat 04 radələrində ünvan 1 saylı ünvanda yerləşən Xatai rayon polis idarəsinin 37-ci polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli şalvarının sağ cibindən 01 ədəd «Kent» siqaret qutusunun içərisində yuxarıda qeyd olunan külli miqdarda 7,950 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,920 qram çəkidə psixotrop maddə metamfetamin 02 (iki) ədəd ağ selofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məkum olunmamış, lakin təxminən 10-15 ildir ki, ağır xəstəliyi səbəbindən narkotik vasitələrdən istifadə edir. Belə ki, tutulmamışdan bir neçə gün əvvəl o, bədənində ağrıları olduğundan, narkotik vasitə əldə etmək istəmiş və özünə məxsus instagram sosial şəbəkəsində narkotik vasitələrin «online» satışını həyata keçirən bir səhifə tapmışdır. O, həmin səhifədən istifadə edən tanımadığı şəxslə instagram sosial şəbəkəsində mesajlaşaraq danışmış və həmin şəxs onun üçün 150 manat müqabilində müəyyən qədər nakrotik vasitə «Kakos» və psixotrop maddə “metamfetamin” təşkil edə biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmış və həmin şəxs ona hazırda dəqiq xatırlamadığı kart hesab nömrəsi göndərmiş və pulu həmin kart hesabına yükləməsini və pulu yüklədikdən sonra, narkotik vasitə və psixotrop maddəni «Şamaxinka» adlanan ərazidə olan YDM-nin yaxınlığında ağacın altından götürə biləcəyini demişdir. O da həmin hesaba 150 manat pulu “Milliön” terminalı vasitəsi ilə köçürmüş və həmin şəxsin izahı ilə «Şamaxinka» adlanan yerdə YDM-nin yanxmlığında ağacın altından bir ədəd «Kent» siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə «Kakos» və 1 ədəd sellofan bükümdə «metamfetamini» götürüb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında tanıdığı taksi sürücüsü Rövşənə zəng vuraraq onu Bakı şəhərinə aparmasını xahiş etmiş və Rövşən də etiraz etməyərək, onu yaşadığı evdən götürüb, Bakı şəhərinə Mir Mövsüm Ağa ziyarətgahına gətirmişdir. O, həmin ziyarətgahda bir müddət özü üçün dualar etdikdən sonra, yenidən Rövşənin idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Rövşəndən bir qədər şəhər ətrafında gəzməyi xahiş etmiş və Rövşən də taksi kimi onu gəzdirməyə razılaşmışdır. Artıq xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 03:30 radələrində onlar Rövşənin idarə etdiyi avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində olarkən Rövşən avtomobili işıqlarını yandırmadan sürdüyünə görə, onun bu hərəkəti post patrul əməkdaşlarında şübhə yaratdığından, onlar saxlatmışlar və həmin vaxt o, üzərində bir neçə gün əvvəl əldə etdiyi və şalvarının cibində saxladığı narkotik vasitələr olduğundan, bir qədər həyəcan keçirməyə başlamış və polis əməkdaşları onlarla sorğu apardıqlarında o, özünü narahat hiss edərək, onlarda daha da şübhə yaratmışdır. Bundan sonra, polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olmasından şübhələndiklərindən Rövşəni və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Daha sonra isə polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı özünə məxsus «Kent» siqaret qutusunun içərisində saxladığı 1 ədəd sellofan bükümdə olan «Kakos» adlanan narkotik vasitəni və 1 ədəd sellofan bükümdəki «metamfetamin»i masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin siqaret qutusunda olan 1 ədəd sellofan bükümdə olan «Kakos» adlanan narkotik vasitəni və 1 ədəd sellofan bükümdəki «metamfetamin»ə baxış keçirilərək çəkiləri ölçülmüş və daha sonra ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun üzərinə keçirilmiş axtarışla bağlı protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, onun və eləcə də, digər iştirakçılar tərəfindən doğruluğu imzalanmışdır. Narkotik vasitələri hər dəfə tapa bilmədiyindən, 150 manat müqabilində bir qədər çox əldə etmişdir ki, özü sonradan istifadə edə bilməsi üçün narkotik vasitəsi olsun və ağrıları olduğunda, narkotik vasitəsiz qalmasın. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ağır xəstə olduğunu, səmimi etirafını, ilk məhkumluğunu, bir azyaşlı qızının olmasını qeyd edərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 03:30 radələrində o, Xətai RPİ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Şahid1 ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində xidmət apararkən, Z.Yusifov küçəsi ilə bir «Daewoo Nexia» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarının söndürülmüş vəziyyətdə hərəkət etdiyini görüb, həmin avtomobil onlarda şübhə yaratdığından, həmin avtomobili saxlayaraq, sürücüyə yaxınlaşmışlar. Belə ki, sürücüdən özünə və avtomobilə dair sənədləri təqdim etməsini xahiş edib, söhbət edərkən avtomobildə bir nəfər sərnişin olduğunu və həmin sərnişinin isə onları gördükdə özünü şübhəli aparmasını və narkotik təsiri altında olan şəxs kimi hiss edildiyindən, həmin sürücünü və sərnişini Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Belə ki, polis şöbəsinə gəldikdən sonra həmin sürücünün xx.xx.1998-ci il təvəllüdlü İsayev Rövşən Nazim oğlu, sərnişinin isə xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmaları müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçinı vəkil dəvət edildikdən somu, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli şalvarının sağ cibindən 1 ədəd qara rəngli «Keııtl» markalı siqaret qutusunu təqdim edərək onun içində olan 1 ədəd sellofana biikülmüş spesifik iyə malik, qəhvəyi rəngli maddənin narkotik vasitə «kakos», digər 1 ədəd sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə «metamfetamin» olduğunu bildirib təqdim edərək, həmin narkotik vasitə və psixotrop maddəni internet resursları vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 150 manata onlayn ödəniş edərək, «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxs tərəfindən ona deyilən yerdən götürdüyünü və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir, bununla ələqadar olaraq, həmin bükümlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi şahid X2 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibindən bir ədəd qara rəngli “KENT 1” markalı saqaret qutusunun içində olan bir ədəd selofana bükülmüş spesifik iyə məxsus qəhvəyi rəngli maddənin narkotik vasitə “kokos”, digər bir ədəd selofana bükülmüş ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə “metamfetamin” olmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə bir ədəd “CD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1704 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «...(imza) Təqsirləndirilən şəxs....» və s. qeydlər olan zərfdəki “Kent” siqaret qutusunda olan bir ədəd bükümdə təmiz çəkisi – 7,950 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin qutudakı 1 ədəd bükümdəki təmiz çəkisi – 0,920 qram ağ rəngli kristallik maddə isə psixotrop maddəmetamfetamindir. Heroinin təmiz çəkisi 7,950 qramdır, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 7,9 qram qalmışdır. Metamfetaminin təmiz çəkisi 0,920 qramdır, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,870 qram qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3353 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,950 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,920 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 7,900 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,870 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X4 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlu X3 adlı bir azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xroniki hepatit C xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik və psixotrop vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması,xəstəlikdən əziyyət çəkməsi, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət törətməsi kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,900 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,870 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitə qurudulmuş marixuananın üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,900 qram narkotik vasitə heroin və 0,870 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar