Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-112/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Xələfli Ərazi Dairəsi, Xələfli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, icarəyə götürdüyü və yol vərəqəsi əsasında idarə etdiyi “Opel” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsində) hərəkətdə olarkən avtomobilin sağ yan güzgüsü ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, **-EP-*** markalı avtomobilin sol yan güzgüsünə toxunmuş, lakin buna əhəmiyyət verməyərək digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona güzgüyə toxunmasını bildirməsindən sonra sonuncuya idarə etdiyi avtomobildə sərnişinlərin olmasını, onları düşürüb güzgüyə görə hesablaşmasına işarə edib onu izləməsini birdirmiş, lakin o, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində arxasınca gələn Zərərçəkmiş şəxs yayınmağa cəhd edərkən sonuncunun onu təqib etməsini cüzi bəhanə edərək avtomobili dayandırmış və özgənin əmlakının zədələnməsi ilə müşaiyət edilən hərəkətləri ilə avtomobildən düşmədən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin 453 manat dəyərində sağ yan güzgüsünü yumruqla vurub sındıraraq oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs bir daha onun arxasınca gəldiyini görüb Xətai rayonu, Gəncə prospekti 783 ünvanı yaxınlığında yerləşən Zığ yolu dairəsində avtomobili qəflətən saxladıqda sonuncu idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin arxa hissəsinə hər hansı bir ziyan vurmadan dayandırmış və saat 11:36-da o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sərnişin hissəsindən avtomobilin salonuna daxil olub əlindəki silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı açıq vəziyyətdə ümumi uzunluğu 165 mm, tiyəsinin uzunluğu 73 mm olan, lakin soyuq silah hesab edilməyən və istifadəyə yararlı turist bıçağı ilə bir neçə dəfə sonuncunun baş, çənə və əl nahiyələrindən vuraraq ona sol çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sağ əlin səthi kəsilmiş yarası, boyunun geniş qançırı, sağ saidin sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Azneft” dairəsi istiqamətində avtomobilində müştəri ilə hərəkətdə olarkən avtomobilinin sağ tərəfində hərəkətdə olan “Opel” markalı avtomobilin sol yan güzgüsünə öz sağ güzgüsü ilə dəyərək güzgüsünü qırmışdır. O güzgüsünü endirərək digər avtomobilə onun arxasınca gəlməsini bildirmişdir. O , “8 Noyabr” prospekti tərəfə sürməyə başlamışdır. Bundan sonra “8 Noyabr” prospektində hərəkət edən zaman avtomobilini saxlamış, digər avtomobil onun yanına sürmüş, siqnal vermiş o isə əsəbləşərək dighər avtomobilin sağ yan güzgüsünü də qırmışdır. Avtomobilində bir nəfər xanım sərnişin və azyaşlı uşaq olmuşdur. O güzgünü qırdıqdan sonra sürüb getmiş, Xətai rayonunda yerləşən “Naxçıvanski” dairəsi yaxınlığına çatmış, dairədə olan zaman əyləcə basdıqda arxadan digər avtomobil onu vurmuş və avtomobilini onun yanına sürmüşdür. O, daha da əsəbləşərək maşından düşmüşdür. Maşından düşdükdə avtomobilində saxladığı bıçağı da götürmüşdür. Avtomobildən düşdükdən sonra digər avtomobilin sərnişin tərəfdən olan qapısını açmış və salona daxil olaraq bir dəfə bıçaqla zərərçəkmişi vurmuşdur. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş maddi ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, ittiham orqanı tərəfindən onun bir neçə dəfə zərərçəkmiş şəxsə xəsarət yetirməsi göstərilsə də, tərəfindən yalnız bir bıçaq zərbəsi yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cti il tarixdə anası X1 adına qeydiyyatda olmaqla etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Ağ şəhər” bulvarına gəzinti məqsədi ilə gedərkən “Azneft” dairəsi yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxs “Opel” markalı avtomobili ilə idarə etdiyi avtomobilin sol hissəsindən yaxınlaşaraq toqquşub sol güzgüsünü qırmışdır. Bundan sonra həmin şəxs pəncərədən əli ilə işarə edərək onun arxası ilə gəlməyini bildirmişdir. Müvafiq olaraq o da onu vuran avtomobilin arxası ilə sürməyə başlamışdır. “8 Noyabr” prospektinə çatdıqda avtomobilini təqsirləndirilən şəxsin avtomobilinin yanına sürərək hara getdiklərini soruşmuş, təqsirləndirilən şəxs isə yumruqla vuraraq onun avtomobilinin digər yan güzgüsünü qırmışdır. Təqsirləndirilən şəxsin avtomobilində qadın və uşaq olmuşdur. Həmin tarixdə saat 11:30 radələrində Xətai rayonu, Zığ yolunda yerləşən “Naxçıvanski” dairəsində olan zaman həmin şəxs anidən əyləci sıxdığı üçün arxadan yavaş şəkildə maşına toxunmuşdur. Bu anda maşını idarə edən şəxs anidən aşağı enərək əlində bıçaqla avtomobilinin qabaq sərnişin tərəfindən qapını açaraq avtomobilinin salonuna daxil olmuş, bundan sonra heç nə deməyərək əlində olan bıçaqla baş, çənə nahiyələrinə zərbələr endirməyə başlamış, əli vasitəsi ilə mane olmağa çalışan zaman əlindən xəsarət almışdır. Bu zaman təsadüfən hadisə yerində olan polis əməkdaşları qaçaraq onların avtomobilinə yaxınlaşmışlar və təqsirləndirilən şəxsi zərərsizləşdirmişlər. Hadisə vaxtı onların ətrafında çoxlu adam olmuş, avtomobillərin hərəkəti dayanmışdır. Cinayət hadisəsi nəticəsində ona ümumilikdə 403 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında azyaşlı övladı ilə birlikdə “Uber” proqramı vasitəsi ilə taksi sifariş vermiş, taksi onları ünvan 2 ünvanında yerləşən yaşayış ünvanına çatdırmalı olmuş, daha sonra metallik rəngli, **-KL-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil gəlmiş, mobil tətbiqdə avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğu göstərilmişdir. Oğlu ilə birlikdə həmin avtomobilə əyləşmişlər, Səbail rayonunda yerləşən “Parlament” prospektində olarkən əyləşdiyi taksinin sürücüsü idarə etdiyi avtomobil ilə hərəkətdə olan başqa “Opel” markalı avtomobilin sol yan güzgüsünü qırmış, lakin taksi sürücüsü etdiyi hərəkətə adi qaydada yanaşaraq heç bir şey olmamış kimi yoluna davam etmişdir. Sürücünün qeyri-adekvat hərəkətlər etdiyini görmüş, bundan sonra digər avtomobilin sürücüsü avtomobilə yaxınlaşaraq pəncərəni aşağı endirib güzgüsünün qırılması barədə irad bildirsədə taksi sürücüsü hərəkətə davam etmişdir. “Azneft” dairəsinə çatan zaman digər avtomobilin sürücüsü avtomobilin hərəkətini dayandırıb söhbət etməyi təklif etsədə taksi sürücüsü 15 dəqiqəlik yol intervalının olmasını arxasınca sürməsini demiş, yolda əyləşdiyi taksi sürücüsü “8 Noyabr” prospektinə çıxarkən hərəkət surətini artırmış, buna səbəb isə digər avtomobilin sürücüsündən qaçaraq məsuliyyətdən yayınmaq istəyinin olması olmuşdur. Bu barədə irad bildirsədə o, buna məhəl qoymadan hərəkətinə davam etmiş, “8 Noyabr” prospektində hərəkətdə olan zaman digər “Opel” markalı avtomobilin sürücüsü yenidən avtomobilə yaxınlaşaraq nə üçün qaçması barədə irad bildirdikdə əyləşdiyi taksinin sürücüsü yaxşı etdiyini bildirərək əsəbi halda əlini çıxardıb, yumruqla digər avtomobilin sağ yan güzgüsünü də sındırmışdır. Daha sonra yenidən hərəkətini davam etdirmiş, saat təxminən 11 radələrində “Naxçıvanski” dairəsinə çatan zaman avtomobilin sürücüsü dairəyə daxil olması səbəbindən hərəkətini dayandırmışdır. Bu zaman arxadan avtomobilə başqa avtomobil yavaşca dəymiş, bundan sonra avtomobil sol tərəfdən avtomobilə yaxınlaşan zaman həmin avtomobil taksi sürücüsünün güzgüsünü qırdığı sürücü olması məlum olmuşdur. Bundan sonra taksi sürücüsü əsəbi halda avtomobilindən bıçaq götürərək aşağı enmiş, dərhal digər avtomobilin qabaq sağ yan qapısını açaraq avtomobilin salonuna daxil olmuş, bundan sonra əlində olan bıçaqla “Opel” markalı avtomobilin sürücüsünü vurduğunu görmüşdür. Dərhal avtomobildən aşağı enərək kənarda olan şəxslərin baş verən hadisədən xəbərdar olmaları üçün qışqırmağa başlamışdır. Bundan sonra kənarda olan 3 nəfər polis əməkdaşı yaxınlaşaraq hadisəyə müdaxilə etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Opel Astra” markalı avtomobil ilə “8 Noyabr” prospekti ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət etmiş, həmin vaxtı avtomobildə başqa şəxs olmamış, “8 Noyabr” prospekti istiqamətində hərəkətdə olan zaman 2 ədəd “Opel” markalı avtomobilin yan-yana dayanaraq sürücülərinin aralarında mübahisə etdiklərini görmüş, bu zaman həmin avtomobillərdən birinin sağ yan şüşəsinin qırıq olmasını, yerdə plastmas hissələrin olduğunu görmüşdür. Daha sonra hər iki avtomobil hərəkət edərək “Zığ şossesi” istiqamətində hərəkətlərinə davam etmişlər, həmin tarixdə saat 11 radələrində “Naxçıvanski” dairəsinə çatan zaman “Opel” markalı, 77-KL- 408 dövlət qeydiyyat nişanlı avtomobil dairəyə daxil olaraq yavaşca idarə etməni dayandırdıqdan bir neçə saniyə sonra “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni dairəyə daxil olduğu üçün ani olaraq dayandıra bilməyib avtmobilin qabaq hissəsi ilə digər avtomobilin arxa hissədindən ehmallıca toxunaraq dayanmış, bu zaman avtomobilin sürücüsü avtomobili digər avtomobilin yan hissəsinə verərək dayanmış, avtomobillərin dairədə toqquşmasını gördükdən sonra sürücülərin arasında mübahisə yaranacağını hiss etməsi səbəbindən dərhal avtomobilini “Naxçıvanski” dairəsi yaxınlığında saxlayaraq aşağı enmişdir. Bundan sonra “Opel” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən sürücünün aşağı düşərək digər avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan qapısını açaraq avtomobilin salonuna daxil olduğunu görmüşdür. “Opel” markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən bir nəfər qadın cinsindən qucağında azyaşlı uşaq olan şəxsin endiyini görmüş, həmin qadın sürücünün əlində bıçaq olmasını uca səslə qışqıraraq bildirmiş, bu zaman ətrafda olan 3 nəfər polis əməkdaşı avtomobillə yaxınlaşaraq əlində bıçaq olan şəxsi avtomobilin salonundan çıxartmışlar və onu saxlamışdırlar. Digər avtomobilin sürücüsü xəsarət almışdır. Bundan sonra tənziflə “Opel Astra” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün üzündən axan qanı kəsməyə çalışmışdır. Hadisə zamanı orada bir çox adam olmuş, avtomobillərin hərəkəti dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X8 Alayının Xüsusi təyinatlı üçüncü taborunda polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində iş yoldaşları Şahid4 və X3 ilə birlikdə ünvan 4 ünvanına getmək üçün taksi sifariş verib gözləmiş, həmin vaxt işdən çıxmaqları səbəbindən hər üçü də polis formasında olmuşlar, orada gözləyən zaman “Naxçıvanski” dairəsində hərəkəti dayandıran “Opel” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 1 nəfər kişi cinsindən olan şəxsin digər “Opel Astra” markalı, 50- FP-290 qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan qapısını açaraq avtomobilin salonuna daxil olduğunu görmüş, bundan sonra “Opel” markalı, **-KL- *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən bir nəfər qadın cinsindən olan qucağında azyaşlı uşaq olan şəxsin avtomobildən endiyini görmüşdür. Həmin qadın sürücünün əlində bıçaq olmasını uca səslə qışqıraraq bildirmiş, bu zaman qaçaraq avtomobilə yaxınlaşmış, həmin vaxt dərhal əlində bıçaq olan şəxsi avtomobilin salonundan çıxardaraq onu saxlamışdır. Hadisə zamanı yaralanan şəxsin xəstəxanaya getməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatlara oxşar ifadə verərək onun göstərdiyi halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); baxış və götürmə keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naxçıvanski dairəsində baş vermiş cinayət hadisəsi yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bıçaq götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 5-7); baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, “Opel Astra” markalı, **-KL-*** və **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə baxış keçirilmiş, **-KL-*** nömrəli avtomobildə hər hansı bir qırılma, əzilmə müəyyən edilməmiş, **-EP-*** nömrəli avtomobilin sol yan güzgüsünün isə qırılmış vəziyyətdə olması aşkar edilmiş və hər iki avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 08 avqust 2023-cü il tarixli 887 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sağ əlin səthi kəsilmiş yarası, boyunun geniş qançırı, sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sol çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən, sağ əlin səthi kəsilmiş yarası iti kənarlı əşya (alət) təsirindən, qançır və sıyrıq isə bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində və ya onun özü-özünə yetirməsi nəticəsində törənməsi inandırıcı deyildir (i.v. 21-22); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 3-16-16/2-3/1295 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, təqdiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və istifadəyə yararlıdır (i.v. 23-25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); ehtiyyat hissələrinin topdan satış anbarı tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə ümumilikdə 403 manat məbləğində ödəniş edilmişdir (i.v. 48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzasının çəkilməmiş qalan 04 ay 04 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 57-59); axtarışda olan şəxsin tutulması haqqında 11 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da polis əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmişdir (i.v. 66); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 87-88); 02 ədəd “DVD-R” formatlı disklərə baxış keçirilməsi haqqında 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin TŞ-dən daxil olmuş disklərdə olan görüntülər 04 avqust 2023-cü il tarixdə saat 11:00-dan 12:00-dək qeydə alınmışdır. TŞ 5-020 saylı diskdən qeyd olunan tarixdə və saatda Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Naxçıvanski” dairəsi olması müəyyən edilir. Həmin görüntülərdə saat 11:36:05 saniyədə ilkin olaraq dairəyə boz rəngli “Opel” markalı avtomobilin daxil olaraq hərəkəti dayandırması daha sonra arxadan gələn digər “Opel” markalı avtomobilin qarşıdakı avtomobilə yaxınlaşan zaman əyləci sıxaraq hərəkəti dayandırmaq istəsədə buna nail olmaması nəticəsində avtomobilin qabağı ilə digər avtomobilin arxa hissəsindən yavaş şəkildə toxunması müşahidə edilir. Ardında digər avtomobilə arxadan toxunan avtomobilin sürücüsü avtomobili önündə olan avtomobilin sol yanına hərəkət etdirərərək avtomobili saxlayır. Bundan sonra dairəyə ilk olaraq daxil olan avtomobilin sürücüsü avtomobili tərk edərək digər avtomobilin sol yan qapısını açaraq maşının salonuna daxil olur. 11:36:25 saniyədə avtomobilin içərisindən bir nəfər qadın və azyaşlı uşaq avtomobili tərk edir. 11:36:40 saniyədə yaxınlıqda olan DİN-nin X9 məxsus polis geyim formasına məxsus geyimdə olan 3 nəfər polis əməkdaşı avtomobilə yaxınlaşaraq Təqsirləndirilən şəxs avtomobilin salonundan çıxararaq yaxalayır. Baş vermiş hadisə nəticəsində ətrafa digər şəxslər yaxınlaşır. Bundan sonra polis əməkdaşları hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını görüb onun xəstəxanaya getməsini təmin edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs isə ərazi aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilir. Digər diskə baxış keçirən zaman 02 ədəd video faylın olması müəyyən edilir. Hər iki faylda olan videogörüntülərin xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 12:00-dək olan müddət ərzində olması müəyyən edilir. Birinci fayla baxış keçirən zaman TŞ 5-020-01 saylı təhlükəsizlik şəhər kamerası olması həmin görüntülərin Zığ Yolu-Sovxoz 28 küçəsi istiqamətini görüntüyə alması müşahidə edilir. Həmin faylda hadisə baş verəndən sonra ətrafa vətəndaşların toplaşması müəyyən edilir. İkinci fayla baxış keçirən zaman birinci faylda olan tarix və saatın üst-üstə düşməsi müşahidə edilsədə iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı videogörüntü müəyyən edilməmişdir (i.v. 102-103); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-707/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 115-118); 18 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 152-154); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 19 dekabr 2023-cü il tarixli 6407 saylı məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, baş verən hadisələri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Məsuliyyətsizlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərini faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 155-159); Azərbaycan Respublikası Cəbrail Rayon İcra Hakimiyyətinin Xəlfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 161); sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6407 saylı, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 887 saylı, məhkəmə-ballistik ekspertizasının 24 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1295 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 228.4 və 263.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir, DİN-nin X2 Xidmətindən daxil olmuş 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə 01 ədəd məişət təyinatlı turist bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış və götürmə haqqında protokollar və digər istintaq hərəkətlərinə dair protokollar sübut növü kimi qiymətləndirilmişlər (i.v. 162-175); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri, 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, cəzasının əvvəli xx.xx.2021-ci il, cəzasının sonu xx.xx.2022-ci il) Bakı İstintaq Təcridxanasından xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD-R” formatlı disklərə baxış keçirilmiş, birinci diskdə olan görüntülərdə saat 11:36:05 saniyədə ilkin olaraq dairəyə boz rəngli “Opel” markalı avtomobilin daxil olaraq hərəkəti dayandırması daha sonra arxadan gələn digər “Opel” markalı avtomobilin qabağı ilə digər avtomobilin arxa hissəsindən yavaş şəkildə toxunması müşahidə edilir. Ardında digər avtomobilə arxadan toxunan avtomobilin sürücüsü avtomobili önündə olan avtomobilin sol yanına hərəkət etdirərərək avtomobili saxlayır. Bundan sonra dairəyə ilk olaraq daxil olan avtomobilin sürücüsü avtomobili tərk edərək digər avtomobilin sol yan qapısını açaraq maşının salonuna daxil olur. 11:36:25 saniyədə avtomobilin içərisindən bir nəfər qadın və azyaşlı uşaq avtomobili tərk edir. 11:36:40 saniyədə yaxınlıqda olan DİN-nin X9 məxsus polis geyim formasına məxsus geyimdə olan 3 nəfər polis əməkdaşı avtomobilə yaxınlaşaraq Təqsirləndirilən şəxs avtomobilin salonundan çıxararaq yaxalayır. Baş vermiş hadisə nəticəsində ətrafa digər şəxslər yaxınlaşır. Bundan sonra polis əməkdaşları hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını görüb onun xəstəxanaya getməsini təmin edir. İkinci diskə baxış keçirən zaman isə hadisə baş verən zaman ətrafda çoxlu adamlar olmasını, avtomobillərin hərəkətinin dayandırılması müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalnız bir bıçaq zərbəsi yetirməsi barədə ifadəsi ilə razılaşmayaraq hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 08 avqust 2023-cü il tarixli 887 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən də məlum olduğu kimi Zərərçəkmiş şəxs sol çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sağ əlin səthi kəsilmiş yarası, boyunun geniş qançırı, sağ saidin sıyrığı müəyyən edilmişdir. Həmçinin, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, avtomobilin sağ tərəfinə yaxınlaşıb qapını açmış, əlində olan bıçağın arxa hissəsi ilə həmin şəxsin baş nahiyəsinə bir neçə zərbə vurmuş, o isə əli ilə ona vurmasına mane olamağa çalışmış, ona vurduğu zərbələrdən biri çənə nahiyəsinə dəymiş, bundan sonra çənə nahiyəsindən qan gəlməyə başladığını gördüyündən hərəkətini dayandırmışdır. Habelə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində Təqsirləndirilən şəxs avtomobilinin salonuna daxil olduğunu, bundan sonra heçnə deməyərək əlində olan bıçaqla baş, çənə nahiyələrinə zərbələr endirməyə başladığını, əli vasitəsi ilə mane olmağa çalışan zaman əlindən xəsarət aldığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM 59.2-ci maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 04 avqust 2023-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın tətbiq edilməsi istisna edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), cəzasının əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disklər iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-112/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-112/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver