Məhkəmə qərarları › İş №1(011)-112/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-112/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-112/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə İmişli rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 02 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində sərxoş halda Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında qonşusu Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın yanından keçib yaşadığı binanın girişində qapını səs küylə açıb bağlayarkən, Zərərçəkmiş şəxs mobil telefonla şəxsiyyəti istintaqa məlum olmayan şəxslə telefon vasitəsi ilə danışan zaman sonuncunun ünvanına təhqiramiz sözlər işlətməsini Təqsirləndirilən şəxs həmin təhqirlərin onun ünvanına deyilməsini zənn etməsi, bu səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyəsindən bir dəfə vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, hər iki qulaq pərdəsinin hiperemiyası, kürək, bel və sağ bazu nahiyələrinin qançırları ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın qısa müdətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında kafedə əyləşərək yemək yeyib spirtli içki qəbul edərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan binanın həyətində icarəyə götürərək işlətdiyi meyvə tərəvəz mağazasına gəlib və axşam saat 23 radələrində iş yerindən çıxaraq evinin giriş qapısını istiqamətində gəlib blokun qapısını açan zaman qapı bərkdən açılaraq səs etmiş və içəri daxil olub lift istiqamətində gedən zaman eşitmişdir ki, işlətdiyi mağazasının qarşısında əyləşən Mirnağı arxasınca ünvanına nəlayiq küçə söyüşləri ifadə edir. Bundan sonra geri qayıdararaq blokun qapısını açıb Mirnağıdan kimin ünvanına nəlayiq söz işlətdiyini soruşmuş bu zaman Mirnağı onun ünvanına nəlayiq küçə söyüşləri işlətdiyini demişdir. Bundan sonra aralarında söz mübahisəsi yaranmışdır. Söz mübahisəsi zamanı Mirnağı əli ilə ona şillə vurmaq istəyəndə geri çəkilməsinə baxmayaraq Mirnağı bu kimi hərəkətlərinə son qoymayaraq onu təpiklə vurmaq istəyəndə əlində saxladığı gödəkçəni Mirnağı istiqamətində ataraq geri çəkilməsini demişdir. Onun Mirnağı ilə mübahisəsini görən onun həyat yoldaşı onlara yaxınlaşaraq və öz həyat yoldaşı Rəvanə evdən düşərək məsələyə aydınlıq gətirmək İstəmişdir. Söhbət əsasında Mirnağıdan onunla nə prinsip apardığını soruşanda demişdir ki, "sən eşşək adamsan". Ona görədə əsəbləşərək Mirnağıya yaxınlaşaraq bir dəfə şillə ilə sifat nahiyəsinə vuraraq döymüşdür. Himayəsində 01 azyşalı uşağının olmasını nəzərə alaraq ona cərimə cəzası verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona 2 dəfə yumruq və 1 dəfə isə təpiklə blokda vurmuş, qeyd etdiyi fakta ibtidai istintaq zamanı heç bir qiymət verilməmiş, məhkəmə tərəfindən Nağı tərəfindən ona qarşı edilmiş hərəkətlərə qiymət verilməsini və Mirnağının onu döyməsi barədə Xətai Rayon Prokurorluğunda araşdırma aparılması üçün məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, iki aya yaxındır Xətai rayonu, ünvan ünvanın həyətindəki Məhəllə marketi icarəyə götürərək işlədir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saat 23 radələrində icarəyə götürdüyü marketin qarşsıında əyləşərək telefonla hazırda xatırlamadığı tanışı ilə danışan zaman borcu olduğuna görə və aldığı borcunu vaxtında çatdırmadığı üçün əsəbləşərək sonuncunun ünvanına nəlayiq söz işlətmişdir. Bu zaman həmin binada yaşayan Elpərəst adlı qonşu gəlib onun mağazamın qarşısından keçərək bloka daxil olan zaman qapını bərkdən çırpmış və o elə başa düşmüşdür ki, onun ünvanına nəlayiq söz işlədir. Bundan sonra o blokun qapısını açaraq ondan kimin ünvanına nəlayiq küçə söyüşü ifadə etdiyini soruşmuş və cavabında bildirmişdir ki, mən telefonla danışırdım və həmin şəxsin ünvanına nəlayiq söz işlətmişəm istəyirsənsə gəl kameralara bax gör ki, telefonla danışırdım. Bu zaman Elpərəst onun ünvanına blokun içərisində nəlayiq söz işlətdiyinə görə ona əli vurmaq istəmiş lakin atdığı zərbələrin heç biri ona dəymədiyini bildirmişdir. Bundan sonra Elpərəstin həyat yoldaşı onların səs küyünü eşidib evdən aşağı düşmüş ki, məsələni aydınlaşdırsın və həmin vaxtı həyat yoldaşı Şahid1 onun yanımda idi. Bundan sonra Elpərəstin həyat yoldaşı Rəvanə onunla söhbət edib mübahisəni sakitləşdirmək istəyən zaman Elpərəst sərxoş olduğuna görə ani bir vaxtda üstünə hücum çəkərək onun oturaqlı vəziyyətindən istifadə edib əli ilə sifətinin sağ hissəsindən vuraraq onu döymüş və o ayağa qalxaraq kənara çəkilməsinə baxmayaraq o yenidən üstünə hücum edərək əynindəki köynəyindən tutum üstünə çəkən zaman bornunda olan 31 qramlıq 585 əyyarlıq qızıl boyunbağını dartaraq qırmışdır və mübahisə zamanı boyunbağının necə olduğunu bilməyərək itirmişdir. Bundan sonra həmin vaxtı həyətdə sifarişlə gələn taksi sürücüsü bizi aralaşdırmış və Elpərəst çıxararaq evinə getmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin ifadəsinə uyğun olaraq analoji ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 13 ildir ki, ailə həyatı qurmuş və birgə nigahdan 13 yaşlı X1 adlı övladı vardır. 10 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında kirayədə yaşayır və yaşadıqları binanın həyətində kirayə olaraq obyekt götürərək meyvə tərəvəz satışı ilə məşğul olurlar. Uzun müddətdir ki, yaşadıqları binanın həyətində market işlədən Zərərçəkmiş şəxs ilə aralarında münasibətlər soyuqdur. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında işlədiyi mağazadan çıxaraq evə qalxmış və bir neçə dəqiqə keçdikdən sonra qonşu binada yaşayan Gülnarə ona telefon zəngi edərək məhəllədə Mirnağı ilə Elpərəst söz mübahisəsi etdiklərini demişdir. Bundan sonra dərhal evdən həyətə düşmüş və görmüş ki, Mirnağının yoldaşı, Mirnağı və həyat yoldaşım Elpərəst söz mübahisəsi edirlər. Söhbət əsasında ona məlum olmuşdur ki, Elpərəst mağazadan çıxaraq bloka gəlib blokun qapısını açan zaman blokun qapısından yüksək səs gəlmiş və Mirnağı yoldaşının arxasınca nəlayiq sözlər İşlətdiyindən aralarında söz mübahisəsi yaranıb. Bu zaman o söhbətə müdaxilə edərək Mirnağıya bildirmişdir ki, nə məsələdir niyə yoldaşımın arxasınca təhqiramiz söz işlədirsən bu zaman Mirnağı ona demişdir ki, "eşşək adamsız" deyəndə Elpərəst əsəbləşərək bir dəfə Mirnağının sifət nahiyəsinə vurduğunu bundan sonra o Elpərəsti tutaraq aralaşdıraraq gətirib bloka salıb evə qaldırmışdır. Onu da qeyd etmişdir ki, hadisə vaxtı həyat yoldaşı Elpərəst sərxoş vəziyyətdə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində ifadəsi alınmış Şahid2 Hüseynağa qızının ifadəsinə uyğun olaraq anoloji ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK1/1988 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v 1) Zərərçəkmiş şəxs tərəfindən 34-cü PŞ-yə ünvanlanmış ərizədən görünür ki, 0.10.2024-cü il tarixində satıcı işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında məhlə sakini olan tanımadığı şəxs onu döymüşdür. Həmin vaxt boynundakı sepi qırmışdır. Qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 5) xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/54048 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül sərxoş olmuşdur.(i.v 10) xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən “Məhəllə” marketin qarşısıdır. Müşahidə kamerasında görsənir ki, ilk öncə Elpərəstin yoldaşı Mirnağı ilə söhbət edir. Daha sonra Elpərəst Mirnağının üzərinə hücum edərək üz nahiyyəsindən zərbə enidirir. Daha sonra avtomobilin arxa hissəsinə keçib mübahisəyə davam edirlər.(i.v 12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1075 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, hər iki qulaq pərdəsinin hiperemiyası, kürək, bel və sağ bazu nahiyələrinin qançırları müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü özünə yetirməsi mümkün deyildir.(i.v 16-17) 01 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 27) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X1 adlı övladı vardır.(i.v 43) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 48) 24 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 67) 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 79-80) 25 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından faktla bağlı cinayət işinin başlanması rədd edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib alamətləri olmadığından cinayət işinin başlanması rədd edilməsi, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilsin və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v 87-92) Məhkəmə iclas zalında təqsirləndirilən şəxs cniayət işi materiallarında olan diskə baxış keçirilmiş xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, blokda söhbət edərkən Mirnağı Elpərəstə 2 dəfə yumruq, 1 dəfə təpik vurmuş, Elpərəst isə ona cavab olaraq pençəklə vurmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması(CM59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD-R disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, habelə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsi döyməsini əks etdirən görüntülərlə bağlı müvafiq araşdırma aparılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna məlumat göndərilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD-R disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsi döyməsini əks etdirən görüntülərlə bağlı müvafiq araşdırma aparılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna məlumat göndərilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar