Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-113/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Qəriblər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə saat 15:23-də “BC” kateqoriyalı, AC seriyalı 339509 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X6 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “X28” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə Nargilə dairəsi istiqamətində saatda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmadan sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 108/2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında sərnişinlərin gözləməsi üçün nəzərdə tutulmuş duyanacaqda hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada 1969-cu il təvəllüdlü X2 avtomobilin qabaq sağ yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncuya baş beynin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başın sol təpə-ənsə, sağ təpə-ənsəgicgah nahiyələrində hematomalar və dərialtı qansızmaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “X28» markalı 99- RY-348 dövlət qeydiyyat nişanlı avtomobil X5 adınadır. O, həmin avtomobili etibarnamə ilə idarə edir. 08 noyabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində etibarnamə əsasında idarə etdiyi “X28» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 noyabr prospekti ilə üzü Nargilə dairəsi istiqamətində sağdan sonuncu zolaqla təxminən 50-60 km sürətlə hərəkət etmişdir. Həmin prospektdə yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə çatmamış yolun kənarında sərnişinlərin dayanması üçün nəzərdə tutulmuş dayanacaqdan bir nəfər orta yaşlı qadının adi yerişlə yola daxil olduğunu görmüşdür. Həmin vaxtı onun idarə etdiyi avtomobil ilə həmin qadının arasında təxminən 3-5 metr məsafə olmuşdur. O, qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edərək avtomobilinin sükanını sola doğru çəkərək avtomobilin siqnalından istifadə etmişdir. Lakin buna baxmayaraq avtomobilinin qabaq sağ yan güzgüsü ilə həmin piyadanın baş nahiyəsindən zərbə ilə vurmuş, zərbənin təsirindən piyada yerə yıxılmışdır. O, dərhal avtomobildən yerə düşərək piyada qadına yaxınlaşıb ətrafdakı vətəndaşlarla birlikdə həmin şəxsi avtomobilinə qoyaraq Neyrocərrahiyyə xəstəxanasına doğru hərəkət etmişdir. O, xəstəxanaya çatan zaman qəbul şöbəsinə yaxınlaşıb şəxsin köməyə ehtiyacı olduğunu bildirmişdir. Orada olan tibb işçiləri xəstənin anket məlumatları barədə soruşan zaman o, anket məlumatlarını bilmədiyi üçün və xəstəyə dərhal ilkin tibbi yardım göstərilməsi üçün həmin şəxsin anası olduğunu bildirmiş və anket məlumatlarını anasının anket məlumatlarına oxşar şəkildə vermişdir. O, tibb işçilərinə həmin şəxsin 08.03.1956-cı il təvəllüdlü X15 olduğunu bildirərək əlaqə telefonu kimi də özünə məxsus nömrəni qeyd etmişdir. Daha sonra isə baş vermiş hadisə ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən onunla telefon əlaqəsi saxlanılmışdır. Həmin vaxtı telefon vasitəsi ilə baş vermiş hadisənin özünün törətdiyini, hadisə nəticəsində xəsarət almış şəxsin anket məlumatlarını bilmədiyini, ona görə də anasının anket məlumatlarına oxşar məlumat verdiyini bildirmişdir. Həmin vaxtı onun yanında qardaşının oğlu Şahid olmuşdur. Hadisə vaxtı avtomobildə bir ədədinin çəkisi 18 kiloqram olmaqla 40 ədəd dolu su bidonu və bir ədədinin çəkisi 850 qram olmaqla 20 ədəd su bidonu olmuşdur. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində bildirmişdir ki, X3 onun anasıdır. X18 10.07.1969-cu ildə Biləsuvar rayonu, Səmədabad kəndində doğulmuşdur. Anası Məlahət bir müddətdir ki, onunla birlikdə ünvan 3 ünvanında kirayə yaşamışdır. 08 noyabr 2021-ci il tarixdə dostları ilə “8 noyabr Zəfər günü” bayramı münasibəti ilə keçirilən tədbirə baxmaq üçün getmiş və həmin gün saat 15 radələrində anası Məlahət onunla əlaqə saxlayaraq ərzaq məhsulları almaq üçün “Rahat Marketə” getmək məqsədi ilə yaşadıqları evdən çıxdığı barədə məlumat vermişdir. Həmin gün saat 18 radələrində şəhərdə olan zaman bacısı Çinarə Məmmədova onunla əlaqə saxlayaraq X18nı yolu keçən zaman avtomobil vurduğunu və anasının Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildiyini bildirmişdir. O, xəstəxanaya gedən zaman anasının həkimlər tərəfindən baş nahiyəsindən əməliyyat oldunduğunu öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, 08 noyabr 2021-ci il tarixdə X18 Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 108/2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə anasını vuraraq xəsarət yetirmiş, hadisədən sonra isə anasını avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər tərəfindən anasına lazımı tibbi yardımlar göstərilsə də, X18 aldığı xəsarətlərdən 12 noyabr 2021-ci il tarixdə xəstəxanada ölmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. 08 noyabr 2021-ci il tarixdə əmisi Bayram ilə birlikdə saat təxminən 15 radələrində sonuncunun idarə etdiyi “X28» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 noyabr prospekti ilə üzü Nargilə dairəsi istiqamətində ən sonuncu zolaqla təxminən 50-60 km sürətlə hərəkət etmişdir. O, telefonla sosial şəbəkələrdə xəbərlər oxuyan zaman əmisinin gözlənilmədən avtomobili sola doğru çəkməsini görüb yola doğru baxan zaman bir nəfər yaşlı qadının avtomobilin sağ tərəfdən yan güzgüsünə dəydiyini görmüşdür. Zərbənin təsirindən piyada yerə yıxılmışdır. Onlar dərhal avtomobildən yerə düşərək qadına yaxınlaşıb ətrafdakı vətəndaşlarla birlikdə həmin şəxsi avtomobilə qoymuşlar. Bundan sonra əmisi Bayram həmin şəxsi Neyrocərrahiyyə xəstəxanasına doğru aparmışdır. O, da onların arxası ilə taksiyə əyləşərək həmin xəstəxanaya doğru getmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Nümayəndə izahatında bildirmişdir ki, 1969-cu il təvəllüdlü qadın cinsli piyadanın adi yerişlə hərəkət sürətinin orta həddi 4.5 km/saat olmuşdur, həmçinin vurulma yerinə qədər piyadanın qət etdiyi məsafə 6 metr olmaqla, nəqliyyat vasitəsinin qabaq hissəsindən onun yan tərəfində piyada ilə kontakt yerinə qədər olan məsafə 0,9 metr kimi hesablanmışdır. Sürücünün hərəkəti istiqamətində piyada yolun sağ hissəsindən avtobus dayanacağından sağa doğru keçmişdir. Aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 35,2-46,7 metrdir, həmçinin nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 65,8-79,2 metr aralı məsafədə olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyükdür. Ona görə də avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ 2 saylı Asan xidmət tərəfindən 22.02.2016-cı il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı BC 339509 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 8); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/32540 nömrəli 08.11.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 11); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 08 noyabr 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 08 Noyabr prospekti, 08/2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan avtobus dayanacağının qarşısında üzü Nargilə dairəsi istiqamətində baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 14-21); avtomobilə baxış keçirilməsi haqqında 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 2011-ci il buraxılışlı WF0XXXTTFXBK59957 ban nömrəli, 2402 kub santimetr mühərrik yüklü, ağ rəngli, “X28” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin xarici görünüşündə heç bir zədə və xəsarət izi aşkar edilməmiş, yük hissəsində bir ədədinin çəkisi 18 kiloqram olmaqla 40 ədəd dolu su bidonu, bir ədədinin çəkisi 850 qram olmaqla 20 ədəd boş su bidonu olması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 22- 24); diskə baxış keçirilməsi haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, TŞ-5- 076 nömrəli Təhlükəsiz Şəhər görüntü kamerası vasitəsi ilə 08.11.2021-ci il tarixdə saat 15:20-dən saat 15:30-dək olan müddətdə qeydə alınan video görüntülərə baxış keçirilmiş, baxış zamanı 08.11.2021-ci il tarixdə saat 15:23:26-da Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü Nargilə dairəsi istiqamətində ağ rəngli “Ford Transit” markalı avtomobilin hərəkətdə olduğu yolun sol zolağından yolun sağ kənarına keçərək avtomobili yolun kənarında saxlaması, asfaltın üzərində bir nəfər şəxsin uzanıqlı vəziyyətdə yerdə olması, “Ford Transit” markalı avtomobildə olan sürücü və ətrafda olan şəxslərin yerdə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşaraq avtomobilə qoyub aparmaları aşkar olunmuşdur (i.v. 45-46); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 232808 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 12.11.2021-ci il tarixdə baş beyin diffuz travması nəticəsində vəfat etmişdir (i.v. 48); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X16 ********* saylı cinayət işi üzrə ölmüş anası X1 hüquqi varisi qismində tanınmışdır (i.v. 51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 61-62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 12 noyabr 2021-ci il tarixli, 100 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - baş beynin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başın sol təpə - ənsə, sağ təpə - ənsə gicgah nahiyələrində hematomalar və dərialtı qansızmalar ilə qeyd olunan sol təpə - ənsə - gicgah sümüklərinin kəllə əsasına keçən əsasən iri və xırda qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmalar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 08.11.2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Ölüm Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-ın reanimasiya şöbəsində 12.11.2021-ci il tarixdə saat 21:15-də bas vermişdir ki, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur (i.v. 63-66); Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 529375 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X12 arasında 12.09.2009-cu il tarixdə nikah bağlanmış və 1298 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir (i.v. 72); Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 313156 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 03.08.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r (i.v. 74); Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 772471 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 10.07.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r (i.v. 75); Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 077180 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 26.01.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r (i.v. 76); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 8/3318 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Ford Transit” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 77-79); sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 12.11.2021-ci il tarixli, 100 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasının 11.01.2021-ci il tarixli, 8/3318 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs idarə etdiyi “X28” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılması, 01 ədəd “DVD” diskin maddi sübut kimi cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 80-87); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 98- 99); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 17.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 116-118). Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində 3 (üç) azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “X28” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan “X28” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-113/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-113/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver