Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-113/2025 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai rayon məhkəməsinin inzibati binasında, xx.xx.1960-cı il tarixdə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Şahid3 məxsus 20 sot torpaq, X6 ilə X2 hər birinə məxsus 12 sot torpaq sahələrinə aid guya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsindən çıxarış alıb həmin torpaq sahələrinin Zərərçəkmiş şəxs satılacağını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi “Duz çörək” restoranının yaxınlığında Zərərçəkmiş şəxs 10.000 manat, 14 avqust 2023-cü il tarixdə həmin ünvanda Şahid3 vasitəsi ilə 6.500 manat, 29 avqust 2023cü il tarixdə həmin ünvanda Günel Vəliyeva ilə Zahid Vəliyevin nümayəndəsi Şahid4 Hüseyn oğlu vasitəsi ilə 20.000 manat, 2023-cü ilin avqust ayının sonlarında Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs 2.000 manat, cəmi 38.500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 38.500 (otuz səkkiz min beş yüz) manat xeyli miqdarda naddi ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 2005-ci ildən hazırkı dövrədək “Araz.az” internet saytında və “Meridian” qəzetində müxbir vəzifəsində işləyir. Evlidir, üç övladı var. 2023-cü ilin iyun ayında tanışı Şahin adlı şəxs Mərdəkan qəsəbəsi ərazisində təxminən 54 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 20 sot və 24 sot olmaqla üç nəfər şəxsə məxsus olduğunu və həmin torpaq sahələrinin sənədlərinin qaydasında olmadığını demiş və sənədlərin düzəldilməsində və çıxarış alınmasında torpaq sahəsini almaq istəyən Əli adlı şəxsə köməklik etməyini istəmişdir. Torpaq sahəsinin sənədləri barədə soruşduqda 20 sot və 24 sot olan torpaq sahəsi X5 idarəsi tərəfindən verilmiş sənəd olması və torpaq sahələri kənd təsərrüfat təyinatlı olmasını bilmişdir. Bundan sonra torpaq sahəsinin sahibləri və həmin torpaq sahəsini almaq istəyən Əli adlı şəxslə görüşmüş və iş barədə müzakirə aparmışlar. O təxminən 55-60 min manat pul verəcəkləri təqdirdə torpaq sahələrinə dair çıxarış ala biləcəyini demişdir. İlk olaraq Əlidən işə başlamaq üçün 2023-cü ilin iyun ayının ortalarında Xəzər rayonu, Mərdəkan qəsəbəsində, “Duz çörək” restoranının yaxınlığında 10.000 manat pul almışdır. Bundan sonra 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontoruna getmiş, orada Əlinin dayısı Qurbanla torpaq sahəsinin sahibi Şahid3 arasında ilkin alqısatqı müqaviləsi bağlanmış və 15.000 manat pul verilmişdir. O və Arif Xəzər rayonu, Mərdəkan qəsəbəsində, “Duz çörək” restoranına getmişlər. Orada 5000 manatı beh kimi 20 sot torpaq sahəsinin sahibi Arif özündə saxlamış, 10.000 manatını isə sənədləşmə üçün götürmüşdür. 29 avqust 2023-cü il tarixdə yenidən Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontoruna getmiş, orada Qurbanla digər torpaq sahəsinin sahiblərinin nümayəndəsi Şahid4 arasında da ilkin alqı-satqı müqaviləsi bağlanmış və 25.000 manat pul verilmişdir. O, Asəflə birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində, “Duz çörək” restoranına getmiş. Orada həmin məbləğin 5000 manatı beh kimi torpaq sahəsinin sahibləri olan Zahid və Günel adlı şəxslərin adından çıxış edən Asəf götürmüş, 15.000 manatı isə özünə götürmüşdür. Həmin məbləğin 5000 manatını isə Şahin vasitəçilik etməsi müqabilində özünə götürmüşdür. Səhəri gün Əliyə yenidən zəng etmiş və əlavə 2000 manat da pul istəmişdir. 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontorunun qarşısında Əli ona 2000 manat da vermişdir. Təxminən 3-4 ay sonra Əli işin nə yerdə olduğu barədə soruşmuş, o isə prosesin getdiyini müvafiq məhkəmə qərarı tələb olunduğunu, bununla bağlı məhkəməyə müraciət etdiyini demişdir. Lakin məhkəmədə çıxarış verilməsi üçün qərar çıxmamışdır. Həmin vaxt Arif məhkəmədə qohumunun olduğunu demiş və onların xeyrinə qərar çıxarılması üçün Bakı İnzibati Məhkəməsində hakim vəzifəsində çalışan Nəriman müəllimə 3500 manat verilməli olduğunu demiş və o da həmin məbləği Arifə vermişdir. Daha sonra Əli işin uzanacağını demiş və verilmiş pulları ondan geri tələb etmişdir. Lakin o, pulları işlə bağlı aidiyyəti üzrə digər məqsədlər istifadə etdiyindən qaytara bilməmişdir. Daha sonra o əməlindən səmimi peşman olmasını, barəsində amnistiya aktının tətbiq edilərək bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2018-ci ildən "xxxx" MMC-nin təsisçisi vəzifəsində işləyir. Təxminən 2023-cü ilin iyun ayında qonşuluqdan tanıdığı Şahin adlı şəxslə söhbət edən zaman Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən təxminən 54 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 20 sot, 24 sot və 10 sot olmaqla üç nəfər şəxsə məxsus olduğunu və həmin torpaq sahələrini ucuz qiymətə almağın mümkün olduğunu demişdir, ö da bağ evi tikmək üçün torpaq sahəsi almaq fikrində olduğundan Şahinə həmin torpaq sahəsinə baxmağı və xoşuna gələrsə ala biləcəyini demişdir. Bundan sonra torpaq sahəsinə Şahinlə birlikdə gedib baxmış və həmin torpaq sahəsini bəyənmişdir. Torpaq sahəsinin sahibləri Arif və nümayəndə olan Asəflə görüşmüş və onların hər ikisi ilə danışdıqdan sonra torpağın hər sotuna görə 7000 manat olmaqla, ümumilikdə təxminən 370-400 min manata torpaq sahələrini ala biləcəyini demişdir. Torpaq sahəsinin sənədləri barədə soruşduqda 20 sot və 24 sot olan torpaq sahəsinin X5 idarəsi tərəfindən verilmiş sənəd olması, torpaq sahələri kənd təsərrüfat təyinatlı olduğu məlum olmuşdur. 10 sot torpaq sahəsinin isə ümumiyyətlə heç bir sənədi olmamışdır. Bunu bildikdən sonra torpaq sahəsini almağa tərəddüd etmiş, lakin Şahin tanışı olan Təqsirləndirilən şəxs qısa müddətdə həmin torpaq sahələrinə dair sənədlər hazırlaya biləcəyini və çıxarış almasının mümkün olduğunu demişdir. Bundan sonra onlar Nadirlə görüşmüş, o təxminən 55-60 min manat pul verəcəkləri təqdirdə torpaq sahələrinə dair çıxarış ala biləcəklərini demişdir. Nadir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışları olduğunu və onlar vasitəsi ilə bu məsələni həll edəcəyini demişdir. O da razılaşmış və bundan sonra torpaq sahələrinin sahiblərinə beh vermişlər və müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən sənədlər hazır olduqdan sonra torpaq sahələrinin alqı-satqısı həyata keçiriləcəkmiş. Nadir bütün işi özünün görəcəyini bildirmiş və ilkin olaraq 2023-cü ilin iyun ayının ortalarında işə başlamaq üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsində, “Duz çörək” restoranının yaxınlığında ondan 25.000 manat pul almışlar. Pulla bərabər torpaq sahələrinə dair sənədləri də Nadirə vermişlər. Təxminən 10 gün sonra isə Nadir zəng edərək əlavə pul istəmişdir. O da 15.000 manat məbləğində pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontorunun qarşısında Nadirə vermişdir. 2023-cü ilin iyul ayının ortalarında isə Nadir yenidən pul istəmiş və Xəzər rayonu. Mərdəkan qəsəbəsində, “Duz çörək” restoranının yaxınlığında 10.000 manat pulu ondan almışdır. Bir neçə gün sonra isə Nadir yenidən pul istəmiş və əlavə 2000 manat pulu da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən 6 saylı notariat kontorunun qarşısında Nadirə vermişdir. Nadir 3 ay ərzində torpaq sahəsinin çıxarışlarının hazır olacağını demişdir. Təxminən 3-4 ay sonra işin nə yerdə olduğu barədə soruşduqda Nadir müxtəlif bəhanələr gətirərək müddətin gecikdiyini deyirmiş. Bir müddət sonra Nadirin onu aldatdığından şübhələnərək verdiyi ümumilikdə 52.000 manat məbləğində pulu geri tələb etmişdir. Lakin Nadir yenidən bəhanələr gətirərək, pulu qaytarmaqdan imtina etmişdir. Bir müddət sonra Nadir ondan aldığı puldan beh kimi 5000 manat Arifə və 5000 manat da Asəfə verdiyini, həmçinin sənədləri həll edə bilməyən zaman köməklik etməsi üçün Arifə əlavə 3500 manat da verdiyini bildirmişdir. Nadiri dediklərini Arif və Asəflə görüşən zaman onlarda təsdiqləmişlər. Nadir Şahinə də vasitəçilik etdiyi üçün 5000 manat verdiyini qeyd etsə də Şahinə verib vermədiyini bilməmişdir. Həmin pullardan beh kimi Arif və Asəfə hər birinə 5.000 manat verən zaman onun məlumatı olmuşdur. Digər pulları verməsini isə bilməmişdir. O, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Nadir barədə şikayət etmişdir. Şikayət etdikdən sonra Nadir həmin puldan 12000 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma bacısı oğludur. Təxminən 2023-cü ilda Əli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən təxminən 54 sot torpag sahəsini almaq qərarına gəlmiş, müəyyən söhbətlərdə böyük kimi onun da iştirak etməyini xahiş etmiş. Torpaq sahələrinin sənədlərində problem olduğu üçün almağa tərəddüd etmiş, lakin Şahin tanışı olan Təqsirləndirilən şəxs qısa müddətdə həmin torpaq sahələrinə dair sənədlər hazırlaya biləcəyini və çıxarış alınmasının mümkün olduğunu dedi. Bundan sonra onlar Nadirlə görüşmüş, o təxminən 55-60 min manat pul verəcəkləri təqdirdə torpaq sahələrinə dair çıxarıș ala biləcəyini demiş, ilkin olaraq 2023cü ilin iyun ayının ortalarında işə başlamaq üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsində, "Duz çörək" restoranının yaxınlığında Əlidən 25.000 manat pul almış, pulla bərabər torpaq sahələrinə dair sənədləri də Əli Nadira vermiş, təxminən 10 gün sonra Əli 15.000 manat məbləğində pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşon 6 savli notariat kontorunun qarşısında Nadirə vermiş, 2023-cü ilin iyul ayının ortalarında Əli əlavə olaraq 10.000 manat pulu Xəzər rayonu, Mərdəkan qəsəbəsində, "Duz çörək” restoranının yaxınlığında Nadirə vermiş, bir neçə gün sonra isə əlavə 2000 manat pulu da Əli Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanında yerləşən notariat kontorunun qarşısında Nadirə vermişdir. (iş vərəqi 43-46) Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdirki, Biləsuvar rayonunun Çaylı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təxminən 2023-cü ilin iyun ayında qonşuluqda yaşayan Məftun adlı şəxsin qohumu Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi olarsa xəbər etməyini və alıb bağ evi tikmək istədiyini bildirmişdir. Həmin vaxt onunla qonşuluqda Şahid3 və bitişik olan digər şəxslərə məxsus 20 sot, 24 sot və 10 sot olmaqla üç nəfər şəxsə məxsus torpaq sahəsinin satıldığını bildirmişdir. Əli həmin torpaq sahələrini almaq istədiyini demişdir. O, zəng edib Ariflə danışmış və görüşmüşdür. Arif ona torpaq sahəsinin icra hakimiyyətinin sərəncamı ilə ayrıldığını, çıxarışın olmadığını demiş, o, Ariflə torpaq sahəsi almaq istəyənləri görüşdürmüşdür. Həmin vaxt Bakı şəhər, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən “Duz çörək” restoranının yaxınlığında olan kafedə tanışları ilə söhbət zamanı həmin kafedə olan Təqsirləndirilən şəxs torpaq sənədlərinin alınmasında köməklik edə biləcəyini demişdir. Nadir torpaq sahəsinin sənədlərinə baxdıqdan sonra 50-55 min manata çıxarış ala biləcəyini demişdir. O, Nadiri torpaq sahəsinin sahibləri və almaq istəyən şəxslərlə görüşdürəcəyini, onlarla söhbət etməsini bildirmişdir. Bir neçə gün sonra Nadiri həmin şəxslərlə görüşdürmüş, Nadir onlara da ona dediyini bildirmişdir. Daha sonra torpaq sahələrinin sahibləri ilə Əli və qohumları görüşüb danışmışlar və müqavilə imzalamışlar. Lakin həmin proseslərdə o, iştirak etməmişdir. 14 avqust 2023-cü il tarixdə Arif ona zəng edərək, notariusa gedib müqavilə bağladıqlarını, pulu götürdüklərini və hazırda Mərdəkan qəsəbəsi ərazisində olan kafedə oturduqlarını onun da oraya gəlməyini demişdir. O da həmin kafeyə gedən zaman orada Arif, tanışı Şaiq, Arifin oğlu Bədir, Rauf və Nadir oturmuşlar. Arif ona kağıza yazılmış bir sənəd göstərmiş və 10000 manat pulu Nadirə verdiyini onun da imzalamağı xahiş etmişdir. O da onların yanında həmin kağızı imzalamışdır. Nadir 3 ay müddətində çıxarışları hazır edəcəyini demişdir. Lakin 3 ay keçdikdən sonra çıxarışlar hazır olmamışdır. Daha sonra ona Nadirin həmin torpaq sahələrinin çıxarışlarının alınması müqabilində təxminən 52.000 manat pul aldığı, Bundan sonra Əli verdiyi pulları geri tələb etdiyi, lakin bildiyinə görə Nadirin hər hansı məbləğdə pulu geri qaytarmadığı məlum olmuşdur. (iş vərəqi 37-39) Cinayət işi materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 torpaq sahələrinə çıxarışın alınması üçün 20 000 manat pul alması barədə yazaraq imza etmişdir. (iş vərəqi 10) Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 torpaq sahələrinə çıxarışın alınması üçün 10.000 manat pul alması barədə yazaraq imza etmişdir. (iş vərəqi 35) 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 90-92) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əl yazmaları olan 2 ədəd A4 vərəqi maddi sübut kini tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə; 93-100) Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat mövcud deyildir. (iş vərəqi 52) Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var: xx.xx.2016-cü il təvəllüdlü X7 (FİN: 818P4ZU, AA5311603) xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “X1” xidmətinə 1(011)-113/2025 saylı cinayət işi üzrə nağd şəkildə 1000 manat pul ödənilmişdir. xx.xx.2026-cı il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində amnistiya aktının tətbiq edilərək işə xitam verilməsini xahiş etmişdir. Əməlin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət təqibinə xitam verilməsi əsasları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3.-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 Dekabr 2025-ci İl tarixli Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.14. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. 5-ci bəndinə əsasən məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 10-cu bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19.5-ci bəndinə əsasən – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini amnistiya aktının qüvvəyə mindiyi tarixə qədər törətmiş, xx xxxxx 1960-cı tarixdə anadan olmaqla amnistiya aktı qüvvəyə mindiyi günədək 60 yaşına çatmışdır, həmçinin öhdəsində yetkinlik yaşına çatmayan uşağı var. Həmçinin, Aktın 6 və 7-ci bəndinə nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq, dövlət ittihamçısının amnistiya aktını tətbiqinə dair təklifini, müdafiə tərəfinin isə buna razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 40-cı bəndinin 4-cü hissəsinə əsasən dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir: 197.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən müdafiəçiyə ödənilməli olan haqqın məbləği 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. 132.1.4-cü maddəsinə əsasən. maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar məhkəmə tərəfindən müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-348, 358, 384-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14, 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minəndən sonra qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs əlyazmaları olan 2 ədəd A4 vərəqi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən “X1” xidmətinə xx.xx.2025-ci il tarixli qəbzlə (hesab: AZ66CTRE********************1) nağd şəkildə ödənilmiş 1000 manat pul ona geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(011)-113/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-113/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver