Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-114/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui istifadə edərək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 14 ünvanında həmin cəmiyyətin xəzinəsindən istintaqla müəyyən edilməyən şəxs tərəfindən dövlət qeydiyyat nişanı məlum olmayan cəmiyyətdən kredit yolu ilə alınmış “Hyundai Sonata” markalı avtomobilə görə borcunu ödəyə bilməyən müştərinin ilkin ödəniş olduğu məbləğin bir qisminin qaytarılaraq avtomobilin cəmiyyətə gətirilməsi üçün yalan vəd verib aldadaraq 15 iyun 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 14 ünvanda xəzinədar Şahid3 5200 manat pul vəsaitini alıb avtomobilin Şəmkir rayonundan Bakı şəhərinə daşınması üçün 600 manat pul sərf edildikdən sonra qalıq olan 4.600 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 4.600 (dörd min altı yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən “Mersedes Benz E 350" markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə kredit ödənişini gecikdirmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncunun 3.200 manat kredit borcunu MMC-nin xəzinəsinə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs3 30 iyun 2024-cü il tarixdə saat 14:29-da ünvan 4 ünvandan sonuncunun istifadəsində olan ***-***-**-** mobil tətbiqi üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirdiyi 4449 9451 0023 9190 A kart hesabına köçürülmüş 2.000 manat, 13 iyul 2024-cü il tarixdə saat 16:15-də ünvan 5 ünvanın qarşısında 1.200 manat, cəmi 3.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3.200 (üç min iki yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən “Kia Optima K5”, "Hyundai Sonata" və “Hyundai Santa FE” markalı avtomobillərə görə kredit ödənişini gecikdirmiş Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncunun 3.351 manat kredit borcunu MMC-nin xəzinəsinə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs4 2024-cü ilin iyul ayının istintaqla müəyyən edilməyən tarixlərdə Gəncə şəhəri Avtozavod qəsəbəsi, Ə.Mehrəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evindən sonuncunun istifadəsində olan ***-***-**-** mobil tətbiqi üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirdiyi 4449 9451 0023 9190 A kart hesabına köçürülmüş 1.701 və 250 manat, 2024-cü ilin iyun ayının istintaqa məlum olmayan tarixində ünvan 6 ünvanında yerləşən “İmperial Garden” restoranında 1.400 manat, cəmi 3.351 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 3.351 (üç min üç yüz əlli bir) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən “Hyundai İX 30” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobilə görə kredit ödənişini gecikdirmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncunun 2.200 manat kredit borcunu guya MMC-nin xəzinəsinə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs5 tərəfindən yaşadığı, ünvan 7 ünvanından 06 iyul 2024-cü il tarixdə saat 14:32-də sonuncunun istifadəsində olan ***-***-**-** mobil tətbiqi üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirdiyi 4449 9451 0023 9190 nömrəli “A kart” hesabına köçürülmüş 1.200 manat, 07 iyul 2024-cü il tarixdə saat 04:47-də həmin ünvandan eyni qaydada “A kart” hesabına köçürülmüş 150 manat, 08 iyul 2024-cü il tarixdə saat 13:12-də həmin qaydada həmin hesaba köçürülmüş 200 manat, 10 iyul 2024-cü il tarixdə saat 15:01-də həmin qaydada onun istifadəsində olan 5243 7544 4026 9478 kart hesabına köçürülmüş 300 manat, 15 iyul 2024-cü il tarixdə saat 12:54-də həmin ünvandan eyni qaydada 250 manat, cəmi 2.100 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 2.100 (iki min yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən “Kia Cerato” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə görə kredit ödənişini gecikdirmiş Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edərək sonuncunun 1.842 manat kredit borcunu MMC-nin xəzinəsinə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs2 07 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 14 ünvanında 600 manat nağd, 09 iyul 2024-cü il tarixdə saat 18:59-da sonuncunun istifadəsində olan ***-***-**-** mobil tətbiqi üzərindən onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirdiyi M10 hesabına köçürülmüş 150 manat, 16 iyul 2024-cü il tarixdə saat 00:33-də 100 həmin qaydada hesaba köçürülmüş 100 manat, 18 iyul 2024-cü il tarixdə saat 15:33-də həmin qaydada hesaba köçürülmüş 150 manat. 20 iyul 2024-cü il tarixdə saat 21:37-də eyni ilə həmin hesaba köçürülmüş 200 manat və 23 iyul 2024-cü il tarixdə saat 20:37-də eyni ilə həmin hesaba köçürülmüş 150 manat, cəmi 1.350 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.350 (min üç yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 iyun 2024-cü il tarixdə "xxxx" MMC-də hüquqşünas vəzifəsinə qəbul olunmuşdur. İşə qəbul olunmamışdan əvvəl mərc oyunları oynayıb uduzduğuna görə borcları olmuşdur. Borclarını ödəmək üçün "xxxx" MMC-nin avtomobillərə ödəniş üçün ayırdığı pullardan götürüb mərc oyunları oynayıb pul udaraq borcunu qaytarmaq qərarına gəlmişdir. Lakin "xxxx" MMC-dən götürdüyü pulları da mərc oyunlarında uduzmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə şirkətin əməkdaşı Fikrətlə birlikdə Şəmkir rayonunda ödənişi gecikmiş avtomobili götürmək üçün həmin rayona getməli olmuşdur. Fikrət bildirmişdir ki, avtomobilin qaytarılması və pulunun ödətdirilməsi ilə bağlı kassadan pul götürmək lazımdır ki, avtomobil sahibi ilə razılığa gələ bilsinlər. Bu məqsədlə Fikrətlə birlikdə kassaya yaxınlaşmışlar və Fikrət kassirə demişdir ki, ona 5.200 manat pul versin. Kassir Günel xanım da 5.200 manat pul vermiş və pulu götürüb cibinə qoyaraq Fikrətlə birlikdə Şəmkir rayonuna getmişlər. Şəmkir rayonunda arxasınca getdikləri avtomobili kreditlə almış şəxs kredit borcunu ödəyə bilmədiyinə görə təhvil alıb evakuator vasitəsi ilə MMC-nin həyətinə göndərmişlər. Kassadan götürdüyü 5.200 (iki min beş yüz) manat pulun 250 (iki yüz əlli) manat hissəsini avtomobilin MMC-nin Bakı şəhərində yerləşən ofisin həyətinə çatdırılması üçün evakuatora ödəmiş, 100 (yüz) manat yanacağa, 50 (əlli) manat qida xərclərinə, 200 (iki yüz) manat isə digər işlərə xərcləmişdir. Qalan 4.600 manat məbləği isə şirkətə qaytarmalı olmuşdur. Lakin səhəri gün eyni qayda da ödənişi edilməyən avtomobillə bağlı problemi həll etmək üçün Masallı rayonuna getməli olduğuna görə qalan 4.600 (dörd min altı yüz) manat pulu kassaya ödəməyərək üzərində saxlamışdır ki, Masallı rayonunda ehtiyacı olar. Sonra tək Massallı rayonuna getmiş və kredit borcu ödənilməyən avtomobili müştəridən götürüb şirkətin təsisçisi Elxan müəllimlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqdan sonra səhəri günü başqa avtomobilə görə Masallı rayonuna getmiş və avtomobili alan adı yadında qalmayan şəxs 3.200 manat ödənilməmiş borcunu ona ödəmiş və həmin məbləğdə pulu götürüb Bakı şəhərinə gəlib şirkətin kassasına ödəmişdir. 2 gün ərzində Masall rayonunda olan zaman 100 manat yanacağa, 300 manat digər problemlərə görə, 100 manatda qida xərclərinə xərcləmişdir. Xərclədiyi bu pulları da kassadan götürdüyü və onda qalmış 4.600 manat puldan xərcləmişdir. Lakin Bakı şəhərinə gəldikdən sonra onda qalan 4.100 manat pulu kassaya ödəməyərək özündə saxlamışdır. 4.100 manat puldan 1000 manat hissəsini öz şəxsi ehtiyaclarına xərclədiyinə görə düşünmüşdür ki, 4.100 manat pulu tam şəkildə düzəldib kassaya qaytarsın. Lakin xərclədiyi 1000 manat pulu bərpa etmək üçün qalan 3.100 manat pulu “Topaz” mərc oyununa qoymuş və hamısını uduzmuşdur. Bundan sonra 4.100 manat pulu hər hansı bir yolla geri qaytarmaq qərarına gəlmişdir. Buna görə də gecikmədə olan avtomobillərlə bağlı sahibləri ilə əlaqə saxlayıb pulları ödəmələrini demişdir. Avtomobil ödənişlərinə görə Zərərçəkmiş şəxs4 4449-9451-0023-9190 nömrəli A kartına 1.951 (bir min doqquz yüz əlli bir) manat pul göndərmişdir. Sonra isə Gəncə şəhərində Zərərçəkmiş şəxs4lə görüşüb sonuncudan nağd olaraq 1.400 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs4 götürdüyü pulları şirkətin kassasına ödəməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 5243-7544-4026-9478 nömrəli “Uni bank” kartına avtomobilin kredit ödənişi üçün 2.200 manat, Zərərçəkmiş şəxs3 kredit borcuna görə 5243-7544-4026-9478 nömrəli “Uni bank” kartına 3.200 manat məbləğdə pullar göndərmişlər və həmin pulları "xxxx" MMC-nin kassasına ödəməyərək mərc oyunlarında uduzmuşdur. Bunlardan başqa xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin binasında Zərərçəkmiş şəxs2 600 manat nağd olaraq, sonuncu tərəfindən ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirdiyi M10 hesabına xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 150 manat olmaqla ümumi olaraq 1.200 manat məbləğində pullar almış və "xxxx" MMC-nin kassasına ödəməyərək mərc oyunlarında uduzmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, onların ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC 2011-ci ildə təsis edilmişdir. Şirkət əsasən 2-ci əl avtomobillərin nağd və kreditlə satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə MMC-də hüquqşünas vəzifəsində çalışan şəxsə ehtiyac olduğuna görə şirkətin direktoru Zərərçəkmiş şəxs1 sosial şəbəkə üzərindən Təqsirləndirilən şəxs ilə danışaraq MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul etmişdir. Təqsirləndirilən şəxs bir neçə gün işlədikdən sonra, təxminən 2024-cü ilin iyun ayının sonundan işə gəlməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs zəng edilməsinə baxmayaraq zənglərə cavab verməmişdir. Maraqlandıqda müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə xərcləri adı ilə xx.xx.2024-cü il tarixdə MMC-nin kassiri Şahid3 1.200 (bir min iki yüz) manat, xx.xx.2024cü il tarixdə 1.000 (bir min) manat, kreditlə alınmış və ödənişlərini etməyən müştərilərə avtomobil üçün ödədiyi pulların faiz nisbətini ödəyib avtomobilləri müştərilərdən qəbul edib MMC-yə gətirəcəyi adı ilə xx.xx.2024-cü il tarixdə 5.200 (beş min iki yüz) manat pulları götürmüş və öz maddi ehtiyaclarına xərcləmişdir. Bunlardan başqa məlum olmuşdur ki, Təqsirləndirilən şəxs MMC-yə kredit borcları olan Rasim adlı şəxsdən 5.000 (beş min) manat, Zərərçəkmiş şəxs5 2.200 (iki min iki yüz) manat, Fəqan Məmmədovdan 6.784 (altı min yeddi yüz səksən dörd) manat, Zərərçəkmiş şəxs4 3.351 (üç min üç yüz əlli bir) manat, Zərərçəkmiş şəxs3 3.200 (üç min iki yüz) manat, Orxan İsmayılovdan 2.950 (iki min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 1.550 (bir min beş yüz əlli) manat pullar almış və MMC-yə təhvil verməyərək öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmçinin o, ərizə təqdim edərək halhazırda təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq kreditlə “Kia Serato” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 4.000 (dörd min) manat, aylıq ödəniş 662 (altı yüz altımış iki) manat ödəmək şərti ilə almışdır. Avtomobili aldıqdan 10 gün sonra surətlər qutusu sıradan çıxdığına görə bərpa etdirmək üçün 1.200 (bir min iki yüz) manat pul xərcləmişdir. 2024-cü ilin iyun ayında isə avtomobilin mühərriki sıradan çıxmışdır. Bu barədə "xxxx" MMC-yə məlumat verib MMC-nin servisində mühərriki sıradan çıxan hissələrini bərpa etdirmiş və təmir üçün 1.200 manat pul ödəmişdir. Bu səbəblərdən aylıq kredit ödənişi üçün MMC-yə ödəməli olduğu 662 manat pulu 2 ay ödəyə bilməmişdir. 01 iyul 2024-cü il tarixdə MMC-nin müraciəti əsasında avtomobili duracağa yerləşdirildiyinə görə MMC-yə yaxınlaşmışdır ki, duracağa yerləşdirilmə səbəbini aydınlaşdırsın. MMC-də işləyən adını bilmədiyi şəxs demişdir ki, bu işlərə MMC-nin hüquqşünası Təqsirləndirilən şəxs baxır. Buna görə də Təqsirləndirilən şəxs müraciət etmiş və sonuncu demişdir ki, MMC-yə 1.842 (bir min səkkiz yüz qırx iki) manat borcu var. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 600 manat pulu var. Təqsirləndirilən şəxs 600 manat pulu ona ödəməsini və müdiriyyətlə danışıb avtomobili duracaqdan götürməsinə köməklik edəcəyini demişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə "xxxx"-nin binasında Təqsirləndirilən şəxs 600 manat pul ödəmişdir. Lakin Təqsirləndirilən şəxs 600 manat pulu ödəməsinə dair hər hansı bir qəbz verməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib bildirmişdir ki, müdiriyyətlə danışıb avtomobili duracaqdan götürmək üçün icazə alıb. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində MMC-yə getmiş və Təqsirləndirilən şəxs 7 gün müddətinə avtomobili idarə etmək üçün etibarnamə təqdim etmiş və avtomobili duracaqdan götürmüşdür. Təqsirləndirilən şəxs etibarnaməni təqdim edərkən demişdir ki, hissə-hissə olmaqla gecikən krediti ödəsin. O da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçirdiyi M10 hesabına yadında qalmayan ünvanlardan, yəni həmin ərəfədə taksi fəaliyyəti ilə məşğul olduğuna görə müxtəlif ünvanlarda olduğu zamanlar, xx.xx.2024-cü il tarixdə, saat 00:33-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 15:33-də 150 manat, xx.xx.2024-cü il tarixdə saat 21:37-də 200 manat və xx.xx.2024-cü il tarixdə saat 20:37-də 150 manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat pul köçürmüşdür. Bunlardan başqa Təqsirləndirilən şəxs onunla danışan zaman əvvəllər İcra və Probasiya Şöbəsində işlədiyini, bundan sonra isə vəkil kimi fəaliyyət göstərəcəyini deyib Qazax rayon İcra və Probasiya Şöbəsində olan mülki işinə köməklik edəcəyi adı ilə 1.000 manat pul tələb etdiyinə görə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla ünvan 8 ünvanın yaxınlığında yerləşən çay evində görüşüb 980 (doqquz yüz səksən) manat pul vermişdir. Lakin sonradan bilmişdir ki, "xxxx"-yə olan borcuna görə Təqsirləndirilən şəxs ödədyi 1.200 manat pulu sonuncu MMC-nin kassasına ödəməyərək ələ keçirmiş, bundan başqa Qazax rayon İcra və Probasiya Şöbəsində olan mülki işinə köməklik edəcəyinə vəd versə də heç bir köməklik etməyərək bu adla aldığı 980 manat pulu da ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 23 dekabr 2023-cü ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq kreditlə “Mersedes Benz E 350” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 7.000 (yeddi min) manat, aylıq ödənişi 1.160 manat ödəmək şərti ilə almışdır. Lakin avtomobili aldıqdan 1 ay sonra mühərriki sıradan çıxmış və bərpa etdirmək üçün 5.000 (beş min) manat pul xərcləmişdir. Bu səbəbdən "xxxx" MMC-yə aylıq ödəməli olduğu 1.160 manat pulu ödəyə bilməmiş və gecikmələrə görə MMC-yə 6.750 (altı min yeddi yüz əlli) manat borcu yaranmışdır. 25 iyun 2024-cü il tarixdə MMC-nin hüquqşünası Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəyə MMC-nin ***-***-**-** mobil nömrəsindən zəng edib özünü təqdim edərək MMC-yə olan borcunu ödəməməsinin səbəbini xəbər almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili aldıqdan bir ay sonra mühərriki sıradan çıxdığına görə bərpa etdirmək üçün 5.000 manat pul xərclədiyinə görə aylıq ödənişləri ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs da demişdir ki, MMC-nin pulu ödənilməlidir. Cavabında Təqsirləndirilən şəxs demişdir ki, hiss-hissə olmaqla həftə sonundan başlayaraq ödəyəcək. Lakin mühərrikin təmirinə 5.000 manat pul xərclədiyinə görə yaranmış borcun hamısını ödəməyəcək, çünki mühərrikin təmiri üçün MMC-də ödəniş etməlidir. Təqsirləndirilən şəxs köməklik edə biləcəyini bildirib borcunu hansı vaxtdan ödəməyə başlayacağını xəbər almışdır. O da həftənin 6-cü günü, yəni xx.xx.2024-cü il tarixdə ödəyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edib MMC-nin borcunu ödəməsini tələb etmişdir. O da hazırda 2.000 manat pul ödəyə biləcəyini, ancaq Zaqatala rayonunda olduğunu demişdir. Təqsirləndirilən şəxs da 2.000 manat pulu ödəmək üçün özünə məxsus 4449 9451 0023 9190 nömrəli plastik kartın nömrəsini göndərmiş və xx.xx.2024-cü il tarixdə saat 14:29-da Təqsirləndirilən şəxs göndərdiyi yuxarıda göstərilən kart nömrəsinə 2.000 manat pul köçürmüşdür. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edib demişdir ki, rəhbərliyə söz verib buna görə də ən azı 1.500 manat pulu kart hesabına köçürsün ki, qalan borcu silə bilsin. O da Təqsirləndirilən şəxs demişdir ki, təxminən 8-10 gün ərzində ödəniş edəcək. xx.xx.2024-cü il tarixində avtomobilin təmirə dayandırdığı Şahin adlı usta zəng edib demişdir ki, "xxxx" MMC-dən avtomobilə görə bir nəfər tanımadığı şəxs gəlmişdir. Şahinin vasitəsi ilə həmin şəxslə danışanda Təqsirləndirilən şəxs olduğunu bilmiş və sonuncunu ünvan 9 ünvanın yaxınlığına dəvət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:15 radələrində həmin ünvana gəlmiş və sonuncuya demişdir ki, günortadan sonra düzəldə biləcəyi məbləğdə ödəniş edəcək. xx.xx.2024-cü il tarixdə 1.200 (bir min ik yüz) manat pul əldə etdikdən sonra Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verib demişdir ki, 1.200 manat pulu kart hesabına köçürsünmü. Lakin Təqsirləndirilən şəxs özü yanına gəlib pulu nağd alacağını dediyinə görə həmin günü saat 16:15 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxsla görüşüb 1.200 (bir min iki yüz) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs da söz vermişdir ki, cərimələri və gecikən borcu silib yeni kredit cədvəli tərtib edəcək. Lakin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin hesabdarı Fikrət müəllim zəng edib kredit ödənişinin hansı mərhələdə olduğunu xəbər aldığına görə bildirmişdir ki, Təqsirləndirilən şəxs gecikən kreditlərə görə ondan 3.200 manat pul alıb ki, gecikən borca görə cərimələri və gecikmiş borcları silib yeni kredit cədvəli tərtib edəcək. Fikrət də demişdir ki, Təqsirləndirilən şəxs 3.200 manat pulu MMC-nin kassasına ödəməyərək öz maddi ehtiyacına xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2022-ci ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq “Kia Optima K 5”, “Hyundai Sonata” və “Hyundai Santa FE” markalı avtomobilləri kreditlə almış və vaxtı- vaxtında aylıq ödənişləri ödəmişdir. Yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edib demişdir ki, kredit ödənişlərini ona ödəsin, o da "xxxx" MMC-nin kassasına ödəyəcək. Təqsirləndirilən şəxs inanıb sonuncunun göndərdiyi 4449 9451 0023 9190 kart hesabına 1.701 və 250 manat pul köçürmüşdür. 2024-cü ilin iyun ayının yadında qalmayan tarixində isə Gəncə şəhərində yerləşən “İmperial Garden” ailəvi istirahət mərkəzində Təqsirləndirilən şəxsla görüşüb nahar elədikdən sonra nağd olaraq 1.400 manat pulu sonuncuya ödəyib ödəniş qəbzi təqdim etməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs ödəniş qəbzi verməkdən imtina edib Bakı şəhərinə getmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs zəng edib avtomobili idarə etmək üçün yol vərəqəsi tələb etmişdir. Təqsirləndirilən şəxs da avtomobili idarə etmək üçün adına yol vərəqəsi yazıb göndərmişdir. Səhəri günü "xxxx" MMC-nin Bakı şəhərində yerləşən ofisinə gəlib Təqsirləndirilən şəxs 1.400 manat nağd pul verdiyini Fikrət adlı işçiyə bildirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona olan etibarından sui istifadə edərək ödədiyi ümumi 3.351 manat pulu öz maddi ehtiyaclarına xərcləyərək ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü ildə "xxxx" MMC ilə müqavilə bağlayaraq kreditlə “Hyundai İX 30” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 4.850 (dörd min səkkiz yüz əlli) manat, aylıq ödəniş 863 manat ödəmək şərti ilə almışdır. Avtomobili aldıqdan sonra ilk ayların ödənişlərini vaxtında ödəmişdir. Lakin iyun və iyul aylarında maddi durumu yaxşı olmadığına görə kreditləri ödəyə bilməmişdir. Bu səbəbdən MMC-nin rəhbərliyi etibarnaməniə yeniləməmişdir. Buna görə də 04 iyul 2024-cü il tarixdə DYPŞ-nin əməkdaşları avtomobilini duracağa yerləşdirdiklərinə görə kredit ödənişləri üçün MMC-nin Fikrət adlı əməkdaşına yaxınlaşıb etibarnaməni necə yeniləyə biləcəyini xəbər almışdır. Fikrət də bildirmişdir ki, MMC-nin hüquqşünası Təqsirləndirilən şəxs müraciət etsin. Ona görə də MMC-də hüquqşünas işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs da özünə məxsus 4449 9451 0023 9190 nömrəli və 5243 7544 4026 9478 nömrəli plastik kartlarının mömrələrini təqdim edib demişdir ki, 10 gün məddətində 2.200 manat kredit borcunu kart nömrələrinə köçürdükdən sonra yeni etibarnamə yazdıracaq. Ona görə də 06 iyul 2024-cü il tarixdə saat 14:32-də Təqsirləndirilən şəxs verdiyi 4449 9451 0023 9190 nömrəli kart hesabına yaşadığı evdən özünə məxsus 4098 5844 94542 3937 nömrəli "xxxx" ASC tərəfindən adına verilmiş kart hesabından 1.200 (min iki yüz) manat, xx.xx.2024-cü il tarixdə saat 04:47-də yaşadığı evdən Təqsirləndirilən şəxs verdiyi 4449 9451 0023 9190 nömrəli kart hesabına özünə məxsus 4098 5844 94542 3937 nömrəli "xxxx" ASC tərəfindən adına verilmiş kart hesabından 150 manat, 08 iyul 2024-cü il tarixdə saat 13:12-də yaşadığı evdən Təqsirləndirilən şəxs verdiyi 4449 9451 0023 9190 nömrəli kart hesabına özünə məxsus 4098 5844 94542 3937 nömrəli "xxxx" ASC tərəfindən adına verilmiş kart hesabından 200 manat, 10 iyul 2024-cü il tarixdə saat 15:01-də yaşadığı evdən Təqsirləndirilən şəxs verdiyi 5243 7544 4026 9478 nömrəli kart hesabına 4098 5844 94542 3937 nömrəli "xxxx" ASC tərəfindən adına verilmiş kart hesabından 300 manat, 15 iyul 2024-cü il tarixdə saat 12:54-də yaşadığı evdən Təqsirləndirilən şəxs verdiyi 5243 7544 4026 9478 nömrəli kart hesabına 4098 5844 94542 3937 nömrəli "xxxx" ASC tərəfindən adına verilmiş kart hesabından 250 manat olmaqla, ümumilikdə 2.100 (iki min yüz) manat miqdarda pulları köçürmüşdür. Göstərdiyi məbləğlərdə pulları, yəni 2.100 manat pulu Təqsirləndirilən şəxs kart hesabına köçürdükdən sonra sonuncu demişdir ki, avtomobili dayandırılmış duracağa gedib götürə bilər. Ona görə də duracaqdan avtomobilini götürmüş və Təqsirləndirilən şəxs zəng edib etibarnaməni götürmək istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə görüşməmişdir. Bundan sonra Fikrət müəllimə zəng edib bu barədə məlumat vermişdir. Fiktrət müəllim də demişdir ki, Təqsirləndirilən şəxs bir neçə şəxsləri aldadıb kredit pullarını alaraq MMC-nin xəzinəsinə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2011-ci ildən "xxxx" MMC-nin təsisçisidir. Təsisçisi olduğu MMC əsasən 2-ci əl avtomobillərin nağd və kreditlə satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə MMC-yə hüquqşünas vəzifəsində çalışan şəxsə ehtiyac olduğuna görə MMC-nin direktoru Zərərçəkmiş şəxs1 sosial şəbəkə üzərindən Təqsirləndirilən şəxs ilə tanış olaraq MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul etmişdir. Təqsirləndirilən şəxs bir neçə gün işlədikdən sonra, təxminən 2023-cü ilin iyun ayının sonundan işə gəlməmişdir. Zərərçəkmiş şəxs1 dəfələrlə Təqsirləndirilən şəxs zəng etməsinə baxmayaraq zənglərinə cavab verməmişdir. Sonda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə xərcləri adı ilə xx.xx.2024-cü il tarixdə MMC-nin kassiri Şahid3 1.200 (bir min iki yüz) manat, xx.xx.2024-cü il tarixdə MMC-nin kassiri Şahid3 1.000 (bir min) manat, kreditlə alınmış və ödənişlərini etməyən müştərilərə avtomobil üçün ödədiyi pulların faiz nisbətini ödəyib avtomobilləri müştərilərdən qəbul edib MMC-yə gətirəcəyi adı ilə xx.xx.2024-cü il tarixdə MMC-nin kassiri Şahid3 5.200 (beş min iki yüz) manat pulları götürüb öz maddi ehtiyaclarına xərcləmiş, bunlardan başqa Təqsirləndirilən şəxs MMC-yə kredir borcları olan Rasim adlı şəxsdən 5.000 (beş min) manat, Sayalı Yusifovadan 2.200 (iki min iki yüz) manat, Fəqan Məmmədovdan 6.784 (altı min yeddi yüz səksən dörd) manat, Zərərçəkmiş şəxs4 3.351 (üç min üç yüz əlli bir) manat, Zərərçəkmiş şəxs3 3.200 (üç min iki yüz) manat, Orxan İsmayılovdan 2.950 (iki min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 1.550 (bir min beş yüz əlli) manat pulları almış və MMC-yə təhvil verməyərək öz ehitiyaclarına xərcləmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində şikayət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2016-cı ildən "xxxx" MMC-də sürücü işləyir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə işlədiyi MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonuna gedib MMC-dən kreditlə “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobili alan, adı yadında qalmayan müştərinin avtomobil üçün ilkin ödədiyi və kredit üçün ödədiyi pulun bir qismini geri qaytarıb avtomobili ondan qəbul edib MMC-yə gətirsinlər. Həmin şəxsə ödəniş üçün 5.000 manat, yol xərci üçün 200 manat olmaqla Təqsirləndirilən şəxs MMC-nin xəzinədarı Şahid3 5.200 manat pul götürmüş və birlikdə Şəmkir rayonuna getmişlər. Şəmkir rayonunda avtomobili alan şəxslə görüşmüşlər və avtomobilin texniki vəziyyəti çox pis olduğuna görə həmin şəxsə ödəniş etmədən avtomobili ondan qəbul edib MMC-yə gətirmişlər. Təqsirləndirilən şəxsla Şəmkir rayonuna gedib-qayıtmaq üçün təxminən 150 manat pul xərcləmişlər, qalan 5.050 manat pul isə Təqsirləndirilən şəxs qalmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs MMC-nin xəzinədarı Şahid3 götürdüyü 5.200 manat pulun qalığı olan 5.050 manat hissəsini, bundan başqa təxminən 2.000 manatdan çox pulu isə məhkəmə xərcləri adı ilə MMC-nin xəzinədarı Şahid3 götürərək öz maddi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktyabr ayından "xxxx" MMC-də xəzinədar işləyir. xx.xx.2024-cü il tarixdə MMC-də hüquqşünas işləyən Təqsirləndirilən şəxs məhkəmə xərclərinə ödəyəcəyi adı ilə ondan 1.200 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat pul götürmüşdür. Bundan oaşqa Təqsirləndirilən şəxs MMC-dən kreditlə avtomobillər alıb sonradan kreditlərini ödəməyən müştərilərin ödədiyi kredit borclarının bir qismini geri qaytarıb avtomobilləri onlardan geri alıb MMC-yə gətirəcəyi adı ilə xx.xx.2024- cü il tarixdə MMC-nin işçisi Şahid2 yanında xəzinədən 5.200 manat pul götürmüşdür. Lakin sonradan müştərilərin müraciətləri əsasında MMC-nin rəhbərliyi tərəfindən araşdırma aparılan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə xərcləri üçün xəzinədən götürdüyü, yəni xəzinədar kimi ondan məhkəmə xərcləri adı ilə götürdüyü 2.200 manat, bundan başqa kredit ödənişləri edən və sonradan ödəməyən müştərilərin ödədikləri pulların bir qismini ödəyib avtomobili MMC-yə qaytaracağı adı ilə götürdüyü 5.200 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Zirəddin oğlunun müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 25); əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən və əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də hüquqşünas ixtisasına qəbul edilmişdir (i.v. 35-39); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46-47); “m10” ödəniş portalından əldə olunmuş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 150 manat məbləğində pul vəsaiti +994 51 641 12 07 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “m10” hesabına köçürülmüşdür (i.v. 57-61); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 64-65); “Birbank” tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü ildə 2000 manat məbləğində pul vəsaiti 444994******9190 saylı kart hesabına köçürülmüşdür (i.v. 77); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 95-96); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 108-109); "xxxx" tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü ildə 1200 manat, xx.xx.2024-cü ildə 150 manat, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 250 manat məbləğində pul vəsaiti 444994******9190 saylı kart hesabına köçürülmüşdür (i.v. 119-121a); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 161-163); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 165-168); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-664/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 11 gün müddətiə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (i.v. 191-199); 02 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 200-201); qətimkan tədbirinin seçilməsi barədə 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 202-203); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda icraatdadır (i.v. 205-206); ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş 4449 9451 0023 9190 nömrəli “A kart” hesabına xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən 1701 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən 2000 manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən 1200 manat pul köçülmüşdür (i.v. 208); ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş 5243 7544 4026 9478 nömrəli “Unibank” kart hesabına xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən 2000 manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən 300 manat və xx.xx.2024-cü il tarixdə 300 manat pul köçülmüşdür (i.v. 208); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əmək qabilliyəti olmayan şəxsdir (i.v. 219); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əllilik təyin edilmişdir; sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxsin, zəzərçəkmiş şəxslərin və şahidlərin ifadələri, “A kart” hesabının çıxarışına və “Unibank” tərəfindən verilmiş 4449 9451 0023 9190 nömrəli kart hesabının çıxarışına baxış keçirilməsinə dair protokollar iş üzrə sübut kimi qiymətləndirilmişlər, “A kart” hesabından çıxarış, “Unibank” tərəfindən verilmiş 4449 9451 0023 9190 nömrəli kart hesabının çıxarışı və 4700 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə dair 10 ədəd qəbz maddi sübut kimi tanınmışdır (i.v. 220-229); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə BİT-ə təhvil verilmişdir; Zərərçəkmiş şəxs2 Bakı şəhəri 17 saylı Notariat ofisində təqdim etdiyi **********188 nömrəli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs4 Gəncə şəhər 6 saylı Notariat ofisində təqdim etdiyi **********098 nömrəli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs5 Bakı şəhəri 17 saylı Notariat ofisində təqdim etdiyi **********450 nömrəli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs3 Zaqatala rayon 2 saylı Notariat ofisində təqdim etdiyi **********409 nömrəli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir; zərərçəkmiş hüquqi şəxs “Okean Avto-2011” tərəfindən təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxs ilə barışmışlar. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmayan övladının olmasını, İİİ qrup əlil olmasını (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, onlara dəymiş ziyanı tam olaraq ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan” məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 02 dekabr 2024-cü il tarixədək, 13 avqust 2025-ci il tarixdən 02 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu ümumilikdə 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 06 (altı) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən “A kart” hesabından çıxarışın, “Unibank” tərəfindən verilmiş 4449 9451 0023 9190 nömrəli kart hesabının çıxarışının və 4700 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə dair 10 ədəd qəbzin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən “A kart” hesabından çıxarışın, “Unibank” tərəfindən verilmiş 4449 9451 0023 9190 nömrəli kart hesabının çıxarışının və 4700 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə dair 10 ədəd qəbzin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-114/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-114/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver