Məhkəmə qərarları › İş №1(011)-115/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-115/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-115/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2nvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən saxlanc yeri hesab edilən anbarım həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olub oradan ümumi qiyməti 520 manat olan 2 metr uzunluqda olmaqla 13 ədəd dəmir şvelleri, ümumi qiyməti 168 manat olan 2 metr uzunluqda olmaqla 70 diametrli 7 ədəd dəmir borunu, ümumi qiyməti 750 manat olan 50 ədəd dəmir materialdan hazırlanmış ayaqaltı üçün dirsək avadanlığını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1438,00 (min dörd yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın yaxınlığından keçərək içəridə olan əşyalara baxmışdır. Daha sonra oradan oğurluq etmək üçün həmin günü gecə saat 03 radələrində yaşadığı evdən çıxaraq həmin anbarın yanına gəlmiş və daş hasardan içəri keçərək anbarın həyatyani sahəsindən 2 metr uzunluğunda olmaqla, 13 ədəd dəmir şvelleri, 2 metr olmaqla 70 diametrli 7 ədəd dəmir borunu və 50 ədəd dəmir materialdan hazırlanmış ayaqaltı üçün dirsək avadanlığını oğurlayaraq hasardan keçirdib kənara yığmışdır. 16.11.2021-ci il tarixdə saat 11 radələrində tanımadığı “VAZ 2104” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq oğurladığ çaterialların özünə məxsus olduğunu bildirib həmin avtomobilə yığmışdır. Oğurladığı əşyaları Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən dəmir zavoduna aparıb təhvil verib 100 manat pul almış, taksi sürücüsünə isə 30 manat gediş haqqı olaraq pul vermişdir. Qalan 70 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada binaların tikinti quraşdırma işləri ilə məşğul olur. Tikinti zamanı istifadə edilən zəruri material və avadanlıqları özünə məxsus ünvan 3 ünvanda yerləşən anbarda saxlamış, lazım olduqda həmin materiallardan hissə-hissə götürərək istifadə etmişdir. Cinayət hadisəsinin baş verdiyi anbar təxminən 2 metr hündürlükdə olan daş hasarla əhatəli olunub, girişi dəmir materialdan hazırlanmış darvazadan ibarətdir. Anbar müşahidə kameraları ilə təchiz edilmişdir, mütəmadi olaraq həmin kameralar vasitəsi ilə anbardan oğurluq edilib-edilməməsinə nəzarət edir. 16 noyabr 2021-ci il tarixdə anbara gəldiyi zaman, anbarda saxlanılan ona məxsus əşyaların saylarının azalmasını görmüşdür. Anbarda saxladığı əşyaları saydıqa, orada 1 metrinin qiyməti 30 manat olan, hər biri 2 metr uzunluqda olmaqla, 13 ədəd dəmir şvellerin, 1 metrinin qiyməti 30 manat olan, hər biri 2 metr olmalqa 70 diametrli 7 ədəd dəmir borunun və 1 ədədinin qiyməti 30 manat olan 50 ədəd dəmir materialdan hazırlanmış ayaqaltı üçün dirsək avadanlığının yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Malların kim tərəfindən oğurlandığını öyrənmək üçün, anbarda olan mühafizə kameralarının yaddaş qurğusuna baxış keçirmişdir. Bu zaman əvvəllər yaxından tanımadığı, ancaq adının Əli olduğunu bildiyi şəxsin həmin günü gecə saatlarında anbara daxil olub, anbarda saxladığı ona məxsus əşyaları oğurladığını, aşkar etdi. O, Əli adlı şəxsi anbarın yerləşdiyi yerin yaxınlığında yaşayan şəxs kimi tanımışdır. Əli adlı şəxs tərəfindən anbardan ona məxsus ümumilikdə 2.700 manat əmlakın oğurlanmasını düşünməsinə baxmayaraq bununla bağlı hüquq- mühafizə orqanlarına müraciət etməyib, Əli adlı şəxsi özü tapıb, oğurladığı əmlakını geri qaytarmaq qərarına gəlmişdir. Həmin şəxsin olduğu yeri müəyyən etmək üçün çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. 20 noyabr 2021-ci il tarixdə saat 02 radələrində müşahidə kameralarına baxan zaman Əli adlı şəxsin anbarın ətrafında olduğunu görüb onun yenidən anbarın həyatyani sahəsinə oğurluğa girəcəyini güman edib onun arxasınca qaçıb onu saxladıqda nə səbəbdən 16.11.2021-ci il tarixdə oğurluq etdiyini soruşmuşdur. Əli ona ehtiyacı üzündən oğurluq etdiyini səmimi etiraf etmişdir. Buna görə də, 26 noyabr 2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək, hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. İşk olaraq düşünmüşdür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.700 manat maddi ziyan dəymişdir, lakin sonradan ekspert rəyi ilə tanış olduqda müəyyənləşdirmişdir ki, ona 1438 manat ziyan dəymişdir, həmin ekspert rəyi ilə razıdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qüdrət oğlu göstərmişdir ki, 2001-ci il buraxılışlı “VAZ 21043” markalı Az-**-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil ilə uzun müddətdir ki, taksilik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 16 noyabr 2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanda dayanıb müştəri gözlədiyi zaman sonradan adının Əli olduğunu bildiyi şəxs ona yaxınlaşaraq küçələrdən yığdığı tullantı dəmir metalları Bakı şəhəri, Nərimanov rayonu, “Bakı Elektriktökmə“ zavoduna təhvil verilməsi üçün onun avtomobilinə ehtiyyacı olduğunu bildirmişdir. O, Əlinin dediyi yerə avtomobilini sürmüşdür. Qeyd olunan ərazidə dəmir materialdan hazırlanmış avadanlıqları avtomobilinin yük yerinə və üst hissəsinə qoymuşdur. Bundan sonra həmin dəmir materialları Bakı şəhəri, Z.Bünyadov prospektində yerləşən dəmir zavoduna aparıb təhvil vermişdir. Dəmir materialları təhvil verdikdən sonra taksi kimi gediş haqqı olaraq 30 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Bakı Elektriktökmə’' zavodunda qara metalın qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. 16 noyabr 2021-ci il tarixdə saat 10:30-da məntəqəyə “VAZ 2104“ markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə bir nəfər şəxs 1 metr uzunluğunda şiveller vc metal qırıntıları gətirmişdir. Həmin metalların ümumi çəksi 255 kq təşkil etmişdir. O, həmin metalın 1 kq 0,39 qəpikdən almışdır. Həmin şəxsə metalın ümumilikdə çəkisinə 100 manat pul vermişdir. Metalı gətirən şəxs həmin metalları müxtəlif ərazilərdən topladığını bildirmişdir. Metalların oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 26.11.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 37 ünvanında yerləşən tikinti materialları saxlanılan anbarda baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 06-08); hadisə yerinə baxış keçirilməsi haqqında 26.11.2021-ci il tarixli protokoldan görünür ki, 26.11.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Elektriktökmə ərazisində qara metal qəbulu məntəqəsində hadisəni törətmiş Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, o qeyd olunan ünvanda oğurladığı tikintidə istifadə olunan dəmir avadanlıqları və təmir parçalarını satdığını göstərmiş və həmin hadisə yerinin sonuncunun iştirakı ilə fotoşəkillər çəkilmişdir (i.v. 11-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 20); şübhəli şəxsin tutulması barədə 27.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də tutulmuşdur (i.v. 36); diskə baxış keçirilməsi haqqında 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 16.11.2021-ci il tarixdə saat 05:45 radələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 37 ünvanında yerləşən saxlanc yeri hesab olunan ərazinin daxili görüntüsü müşahidə olunur. Bir nəfər şəxsin əynində qara rəngli papaq, qara rəngli gödəkçə və açıq mavi rəngli cins şalvar geyinmiş orta boylu kişi cinsli bir nəfər şəxs əlində dəmir şiveler ilə saxlanc yeri hesab edilən anbarın ərazisindən hasara tərəf getməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını bildirmişdir (i.v. 40); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 41-42); ifadənin yerində yoxlanılması haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 52- 54); Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir (i.v.55); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v.58-59); barəsində qətimkan tədbirinin seçilməsi barədə 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 64); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 9/8698 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan nümunə əsasında malın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olanorta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1438 manat təşkil edir (i.v.76); sübutların qiymətləndirilməsi haqqında 14.01.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar sübüt növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmiş 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (i.v. 81-84); Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdən göürünür ki, Təqsirləndirilən şəxs ünvan 2nvanında yaşayır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı bir ədəd diskə baxış keçirilmiş, həmin videogörüntüdən görünür ki, 16.11.2021-ci il tarixdə saat 05:45 radələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 37 ünvanında yerləşən saxlanc yeri hesab olunan ərazinin daxili görüntüsü müşahidə olunur. Bir nəfər şəxsin əynində qara rəngli papaq, qara rəngli gödəkçə və açıq mavi rəngli cins şalvar geyinmiş orta boylu kişi cinsli bir nəfər şəxs əlində dəmir şiveler ilə saxlanc yeri hesab edilən anbarın ərazisindən hasara tərəf getməsi müşahidə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. 13 ədəd dəmir şvellerin 30 sm-ni, 2 metr uzunluqda olmaqla 70 diametrli 7 ədəd dəmir borunun 40 sm-ni və 50 ədəd dəmir materialdan hazırlanmış ayaqaltı üçün dirsək avadanlığının 1 ədədinin məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirildikdən sonra Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar