Məhkəmə qərarları › İş №1(011)-115/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-115/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-115/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1985-ci il tarixində Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar olaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 10 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanda yerləşlən binanın 4 nömrəli mənzilinin eyvanından qanunsuz olaraq yaşayış sahəsinə daxil olub otaqdakı şkafın üzərindəki saxlanc yeri hesab olunan mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus ümumilikdə dəyəri 1.974 manat olan iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzük, otaqda olan digər şkafın siyirməsindən bir ədəd qızıl kloun, bir ədəd qızıl boyunbağı, həmin şkafın üzərində olan qabın içərisindən isə ümumi dəyəri 12 manat olan iki ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 22,68 qram olan qolbaq və bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 2,58 qram qırıntı hesab olunan sırğa tayını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.986 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, azadlıqda olacağı təqdirdə vurulmuş zərəri ödəyəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, evlidir, bir azyaşlı uşağı var, rəsmi olaraq heç bir yerdə işləmir, lakin müxtəlif yerlərdə tikintilərdə fəhləlik etməklə məşğul olaraq ailəsini dolandırmışdır. Son zamanlar heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı yaranmış və nə edəcəyini bilməyib asanlıqla pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görədə münasib mənzil axtarmağa başlayaraq, 10 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq küçə ilə piyada gedərək mənzillərə baxmışdır. Polad Həşimov küçəsi 35 ünvanda yerləşən binanın birinci mərtəbəsində yerləşən mənzil onun diqqətini çəkmiş və mənzilin eyvanı olduğundan, oradan boylanaraq mənzilin içərisində işıqların yanmadığnı görmüşdür. Bir neçə dəqiqə mənzili seyr edib hərəkətsizlik olmasını görüb evə asanlıqla daxil olacağını fikirləşərək, ətrafa baxıb sakitlik olmasını görüb diqqət çəkməyərək sakit şəkildə mənzilin eyvanına yaxınlaşmışdır. Eyvanının üzərində olan dəmir barmaqlığın bir tayının olmadığını görüb ora qalxaraq mənzilə daxil olmuş və mənzilin qapısını gələn olacağı halda evə daxil olmamasını nəzərə alaraq evdən çıxa bilməsi məqsədilə arxadan bağlamışdır. Mənzilin otaqlarını axtarmağa başlayaraq şkafın üzərində olan mücrünün içərisindəki iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzüyü və digər şkafın siyirməsindən bir ədəd qızıl klounu, bir ədəd qızıl boyunbağı, həmin şkafın üzərində olan qabın içərisindən isə müxtəlif növ bijuteriyaları götürüb cibinə qoymuşdur. Həmin vaxt mənzilin qapısının kilidinə açar daxil olunmasını eşitmişdir. Ev sahibini gəlməsini zənn edərək, dərhal evə daxil olduğu yerdən küçəyə çıxıb həmin ünvandan qaçaraq oradan uzaqlaşmışdır. Həmin günü oğurladığı əşyaları satmaq üçün Sabunçu rayonu ərazisində yerləşən "Rus" bazarı deyilən yerə getmiş, orada tanımadığı şəxs oğurladığı əşyaları göstərib özünə məxsus olmasını bildirmişdir. Həmin şəxs də oğurladığı əşyaların içərisində iki ədəd qolbağı və bir ədəd sırğa tayını ona qaytarıb qızıl və yaxud gümüş olmadığını, digər əşyaları isə alacağını bildirmişdir. Həmin şəxsi qızıl və gümüş əşyalarının dəyərini 600 manata razılaşmışdır. Həmin şəxsdən 600 manat pulu alıb oradan uzaqlaşmış və sonra isə polis əməkdaşalrı tərəfindən saxlanılaraq, Xətai RPİ-nin 35-ci PB-nə gətirilmişdir. Polis bölməsində törətdiyi cinayət hadisəsini etiraf edib izahat yazaraq, həmin günü sata bilmədiyi iki ədəd qolbağı və bir ədəd sırğa tayını polis əməkdaşına təqdim etmiş və bu barədə protokol tərtib olunmuşdur.Həmin hadisəni özü tək törətmiş, heç kim kömək etməmişdir. Oğurluq edəcəyindən heç kimin məlumatı olmamış və bu barədə heç kimə deməmişdir. Qızıl və gümüş məmulatları satdığı şəxsi tanımamış, ilk dəfə görmüş və həmin şəxs haqqında heç bir məlumata sahib olmamışdır. Qızıl və gümüş əşyalarını satdığı şəxsə cinayət yolu ilə əldə etməsini bildirməmişdir. Belə ki, özünə məxsus asını deyərək satmışdır.(i.v 114-116) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yetkinlik yaşına çatmış qızı Şahid ilə birlikdə yaşayır. 10 sentyabr 2022-ci il tarixdə səhər saat 10:30 dəqiqədə yaşadığı evdən çıxaraq iş yerinə getmişdir. İşlərini gördükdən sonra həmin günü qızı Ceyhunə və sonuncunun rəfiqəsi Turanə ilə Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında görüşüb birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən restoranlara baxmağa getmişlər. Yaşadığı mənzil bağlı olmaqla mənzildə heç kim olmamışdır. Həmin günü 18:30 dəqiqədə qızı ilə yaşadığı evə gəlib qapıya yaxınlaşıb açarı qapının klidina daxil edib qapını açmaq istədikdə, qapını aça bilməmişdir. Belə ki, qapı arxadan, yəni evin içəri hissəsindən bağlı olmuşdur. Evdən səs eşidib şübhələnmiş və kimlərinsə evə daxil olmasını fikirləşmişdir. Dərhal bir neçə dəfə qapını itələyərək açmış və qızı ilə birlikdə mənzilə daxil olub pəncərənin açıq olmasını, mənzildə olan əşyaların axtarıldığını görmüşdür. Məlum olmuşdur ki, mənzildə olmadığı müddətdə kənar şəxslər mənzilə daxil olaraq oğurluq etmişlər. Evdə olan əşyalarımı yoxladıqda şkafın üzərində olan mücrünün içərisindən iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzük və digər şkafın siyirməsindən bir ədəd qızıl kloun, bir ədəd qızıl boyunbağı, həmin şkafın üzərində olan qabın içərisindən isə müxtəlif növ bijuteriyaların oğurlanmasını aşkar etmişdir. Bundan sonra qızı Ceyhunǝ DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş yaşadığı evə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişdir. Həmin günü oğurlanan əşyalarımın dəyərini hesablayıb ərizə ilə polis bölməsinə müraciət etmişdir. Mənzildən oğurlanmış bütün əşyalar özünə məxsus olmuşdur. Həmin hadisə nəticəsində ona ümumilikdə 1.974 manat maddi ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmiş, heç bir addımda atılmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanda, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 10 sentyabr 2022-ci il tarixdə səhər saat 10:30 dəqiqədə yaşadığı mənzilin qapılarını bağlayaraq evdən çıxmış və həmin vaxt evdə dayısı qızı Turanə ilə birlikdə olmuşlar. Anası Şəfayət isə evdə olmamışdır. Şəhərdə işlərini gördükdən sonra anası Şəfayət ilə danışıb Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında görüşmüşlər. Anası Şəfayət və dayısı qızı Turanə ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən restoranlara baxmağa getmişlər. Həmin günü saat 18:30 dəqiqədə anası ilə evə gəlmiş və anası qapıya yaxınlaşaraq açarı qapının kilidinə daxil edib qapını açmaq istədikdə qapını aça bilməmişdir. Belə ki, qapı arxadan bağlı olduğundan anası bir neçə dəfə qapını itələyərək açıb içəri evə daxil olmuşdur. Pəncərənin açıq olmasını və evdə olan əşyaların axtarıldığını görmüşdür. Məlum olmuşdur ki, evdə olmadıqları müddətdə kənar şəxslər evə daxil olaraq oğurluq etmişlər. Evdə olan əşyalarını yoxladıqda şkafın üzərində olan mücrünün içərisindən iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzük və digər şkafın siyirməsindən bir ədəd qızıl kloun, bir ədəd qızıl boyunbağı, həmin şkafın üzərində olan qabın içərisindən isə müxtəlif növ bijuteriyaların oğurlanmasını aşkar etmişlər. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən 4 saylı mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 9-12); 19 sentyabr 2022-ci il tarixli təqdim etmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixində cinayət yolu ilə ələ keçirdiyi iki ədəd qolbaq və bir ədəd sırğa tayını təqdim edərək xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində olan 4 nömrəli mənzildən oğurladığını bildirmiş və həmin məmumlatlar sonuncudan götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 19-20) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 24); Şübhəli şəxsin tutulması haqqında 23 sentyabr 2022-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 23 sentyabr 2022-ci il tarixdə, saat 18:20-də Xətai RPİ-də tutulmuşdur( İ cild, i.v. 41-42); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 52-53); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Xətai RPİ-nin müstəntiqi Rövşən Xanbabayevin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v 68-69) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 70-71) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, ünvan 7 ünvanında baş verən oğurluq hadisələri ilə bağlı istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisələrin yerini göstərib, necə baş verməsini əyani təsvir etmişdir (i.v. 74-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(.v 89) Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 6/5678-9/7081 saylı rəyindən görünür ki, Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən məmulatın metalı, çəkisi və digər xüsusatları müəyən edilmişdir. Malin (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir.Qeyd olunan xüsusatlara müvafiq aparılmiş tədqiqat nəticəsində təqdim edilən məmulatların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12,0 manat müəyyən edilir.

1. 2ədəd sarı rəngli metaldan qolbaq- metal qiymətsiz əlvan metaldan ərintisindən hazırlanmışdır, ümumi çəkisi 22,68 qramdır-10,00 manat

2. 1 ədəd sarı rəngli metaldan (qaralmış) sırğa tayı- metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 2,58 qramdır, qırırntı hesab olunur - 2,0 manat. Təqdim edilmiş: - 2 ədəd sarı rəngli metaldan qolbaq –metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 22,68 qramdır. - 1 ədəd sarı rəngli metaldan (qralmış) sırğa tayı- metal dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 2,58 qramdır, qırıntı hesab olunur. Məmulatlar kustar üsulla hazırlanmış bijuteriyadır.(i.v 91-93) Sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların macmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Mehdiyeva Ceyhunǝ Ceyhun qızının ifadəsi, məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 6/5678- 9/7081 saylı rəyi, hadisə yerinə baxış, götürmə, ifadənin yerində yoxlanılması protokollarıiş üzrə sübut növü kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs məxsus iki ədəd qolbaq və bir ədəd sırğa tayının dəyəri materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 6/5678-9/7081 saylı rəyində göstərilmiş məbləğə əsasən götürülməsi, iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzük, bir ədəd qızıl kloun və bir ədəd qızıl boyunbağının dəyəri Zərərçəkmiş şəxs ifadəsinə qeyd etdiyi miqdarlara əsasən götürülməsi, Təqsirləndirilən şəxs iki ədəd qızıl boyunbağı, iki cüt qızıl sırğa, üç ədəd gümüş boyunbağı, bir ədəd gümüş üzük, bir ədəd qızıl kloun və bir ədəd qızıl boyunbağını cinayət yolu ilə ələ keçirdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən "Rus bazarı" adlanan yerdə satdığı istintaqa məlum olmayan şəxsin barəsində cinayət işindən material ayrılması, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus iki ədəd qolbaq, bir ədəd sırğa tayı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş üzrə məhkəmənin qanuni qüvvəi alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilməsi qərara alınmışdır(i.v 98-103). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb olunması ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v. 105-106); Qəbzin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən binanın 4 nömrəli mənzilindən oğurlanmış 2 ədəd qolbaq və 1 ədəd sırğa Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır(i.v 121) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisi nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1289/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cüil tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki azyaşlı övladı var. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını(CM 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədən yayınmasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını və vurulmuş zərərin ödənilməməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - 2 ədəd qolbaq və 1 ədəd sırğa tayının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02(iki) il müdddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 2 ədəd qolbaq və 1 ədəd sırğa tayının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar