Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-116/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi qızının, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri təqsilri bilinərək, 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək onun üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014cü il tarixli, 1(001)-2/2014 saylı hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsilri bilinərək, 5.000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, inzibati bina ev 185 ünvanında qeydiyyatda olan, ünvan 1, mənzil 14 ünvanında kirayədə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 məhəllədə yerləşən 41 saylı yaşayış binasının həyətində hadisədən bir qədər əvvəl ona yaşayış binasının qiriş qapısının açarlarını gətirməsini bildirərkən aralarında baş vermiş mübahisə zəminində qəsdən həmin binada gözətçi işləyən Zərərçəkmiş şəxs1 əlində olan qapı açarı və əlləri ilə döyüb ona hər iki gözyuvasının yumşaq toxumasının hematoması, hər iki üst və alt göz qapaqlarının, sağ qaşqövsü nahiyəsinin, sağ gözyuvasının bayır bucağının, alının və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 məhəllədə yerləşən 41 saylı yaşayış binasının həyətində xuliqanlıq niyyəti ilə qəsdən həmin binanın digər gözətçisi işləyən Zərərçəkmiş şəxs2 əlində olan qapı açarı, əlləri və ayaqları ilə xüsusi amansızlıqla döyüb ona sol almacıq sümüyünün və sol almacıq qövsünün yerdəyişən qapalı sınıqları, burun sümüyünün yerdəyişən qapalı sınığı, baş beyin, silkələnməsi, sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin, hər iki qulaq seyvanının qançırları, burunun, hər iki qulaq seyvanın, hər iki yanağın, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri yetirərək onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri təqsilri bilinərək, 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək onun üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmü dəyişdirilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsilri bilinərək, 5.000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. O, ona təyin edilən 3.000 (üç min) manat cərimə cəzasını bu günə qədər ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə vaxtı o, kirayədə yaşadığı binanın yaxınlığında yerləşən kafedə oturub bir neçə badə pivə içmiş və saat 05:20 radələrində yaşadığı binaya gəlmişdir. Binanın gözətçisi Zərərçəkmiş şəxs1 blokun qapısını açmasını xahiş etmiş, lakin binanın gözətçisi ona qapını açmayacağını bildirmişdir. Belə olan halda o, Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş və onu bir dəfə yumruqla vurmuşdur. Daha sonra gözətçi Zərərçəkmiş şəxs1 qapını açmayıb çıxıb getmiş və pilləkənlərin altında gizlənmişdir. Həmin vaxt onların davasını görən olmamışdır. Bundan sonra o, digər gözətçi Zərərçəkmiş şəxs2 yaxınlaşıb ondan qapını açmasını xahiş etmiş, lakin həmin gözətçi Zərərçəkmiş şəxs2 qəflətən onun yaxasından tutub nalayiq küçə söyüşləri ilə onu kobudcasına təhqir etməyə başlamışdır. Belə olan halda o, onun sözlərinə əsəbləşərək dözməyib binanın həyətində onun üz və bədən nahiyələrinə əlləri və ayaqları ilə bir neçə dəfə zərbələr endirərək onu möhkəm döymüşdür. Onların davadalaşmasını görən Post Patrul Xidmətinin əməkdaşları gəlib onu saxlayıb Xətai RPİ-nin 36-cı PB-nə gətirmişlər. Həmin vaxt onların davasını kənardan binanın sakinləridə görmüşdür. Hazırda o, zərərçəkmiş şəxslərlə barşımışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin olmadığını, cavan olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, Xətai rayonu, X. Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən 5 yaşayış binasının gözətçisi işləyir. Ondan başqa həmin yerdə Zərərçəkmiş şəxs2 da gözətçi işləyir. Cambulat hadisədən təxminən 3-4 gün qabaq işə götürülüb, işi təzə-təzə öyrənmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində o, Cambulatla birlikdə işə gəlib növbəni qəbul etmişlər. Onların vəzifələri həmin binada yaşayan sakinlərin avtomobillərinə, habelə binanın liftinə və digər komunal xidmətlərə nəzarət etməkdən ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində o, Cambulatla bir yerdə həmin binanın girişində nəzarət etmələri üçün quraşdırılmış butkada oturub Cambulatla yeni ili qeyd edib hərəsinə 50 qram araq içmişlər və işlərini davam etdirmişlər. Gecə saat 05:00 radələrində həyətdə gəzişən zaman görmüşdür ki, əvvəllər tanımadığı bir nəfər şəxs 2-ci yaşayış binasının qarşısında dayanıb. Həmin şəxsdə qapını açmaq üçün maqnit açarları olmadığı üçün o, yəni sonradan adını polisdə bildiyi Natiq adlı şəxs demişdir ki, gəlib qapını açsın evə gedir. O, da Natiqə demişdir ki, maqnit açarı üstündə deyil, gedib butkadan gətirib qapını açar. Butka ilə 2-ci yaşayış binasının arası 200 metrdir. O, gəlib butkadan maqnit açarını götürüb aparmışdır ki, Natiqə versin, Natiq qapını açsın. Natiq ona təkidlə demişdir ki, əziyyət çəkib özü gəlib qapını açmalıdır. Natiq onun ünvanına nalayiq sözlər deyib onu təhqir etmiş, sonra isə gəlib ondan qapı açarını götürüb onun ünvanına nalayiq söyüşlər söymüş, daha sonra isə Natiq qapını açıb ona yaxınlaşaraq əlində olan butkanın açarı və əlləri ilə onun başına vurub onu döyməyə başlamışdır. Daha sonra o, Natiqin əlindən qaçıb gözətçi butkasına gəlmiş və görmüşdür ki, Natiq ondan qabaq gəlib butkada əyləşib. Cambulat həmin vaxtı butkada olmamış, Natiq yenədə onu orada təhqir etmişdir ki, qapını nə üçün açmır. Bu vaxt Cambulat onların yanına gəlmiş, o, Cambulatı butkada Natiqlə biryerdə qoyub həyətə gedib təzə gələn avtomobilləri park etməyə başlamış, sonra isə gedib əl-üzünün qanını yumuşdur. Təxminən 10-15 dəqiqəndən sonra o, qeri qayıdan zaman görmüşdür ki, Cambulat gözətçi butkalarının yanında yerdə uzanıb, halı pisdir, yanında Post Patrul Xidmətinin əməkdaşları var. Sonra polis əməkdaşları onu, Cambulatı və Natiqi polis avtomobilinə mindirib Xətai RPİ-nin 36-cı PB- nə aparıb polis əməkdaşları təcili tibbi yardım həkimlərini çağırmışlar. Həkimlər gəlib onu və Cambulatı xəstəxanaya aparmışlar. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, 1990-cı il tarixdən, 2008-ci il tarixədək X2 müxtəlif vəzifələrdə xidmət etmiş, 2008-ci il tarixdən isə təqaüdə çıxmışdır. Təqaüdə çıxandan sonra o, müxtəlif işlərlə məşğul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdən o, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllədə yerləşən yaşayış kompleksində gözətçi kimi işə düzəlmiş, işi həmin yaşayış kompleksində yaşayan vətəndaşlara məxsus avtomobillərə, binanın həyətinə nəzarət etməkdən ibarətdir. Ondan başqa həmin yerdə Zərərçəkmiş şəxs1 gözətçi işləyirmiş. İşə hər gün o, axşam saat 18:00 radələrində gedib, səhər saat 08:00 radələrinədək işdə olur. xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində o, işə gəlib öz işi ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 05:00 radələrində gözətçi butkasmın yanında dayanan zaman əvvəllər tanımadığı bir nəfər şəxsin butkanm içərisinə girməsini görüb ona yaxınlaşıb demişdir ki, butkanm içərisində nə axtarır. Həmin şəxs ağır təhqiredici söyüşlə ona cavab vermişdir ki, yaxşı edir, o, kimdir. O, ona demişdir ki, o, buranın gözətçisidir, butkadan bayıra çıxsın. Bunu deyən kimi, həmin şəxs butkanın içərisində olan stolları təpiklə vurub dağıtmış, daha sonra isə ona yaxınlaşıb demişdir ki, sən də buranın mühafizəçisən, sənin digər gözətçi yoldaşını indi döyüb pis günə salmışam, indi səni də o, günə salacam. Bunu deyib həmin şəxs əlləri ilə onun sifət nahiyəsinin sağ tərəfinə yumruqla vurmuş, daha sonra isə həmin şəxs ikinci dəfə yumruğu ilə onun sifət nahiyəsinin sol tərəfinə vurub ona xəsarət yetirmişdir. İkinci zərbədən o, huşunu itirərək yerə yıxılmış və özündən getmişdir. O, yerdə huşsuz vəziyyətdə olduğu vaxt həmin şəxs xüsusi amansızlıqla yumruq və təpikləri ilə onun bədəninin müxtəlif yerlərinə vurub ona bədən xəsarətləri yetirmişdir. Həmin şəxs o, yerdə huşsuz vəziyyətdə olduğu vaxt təxminən 15 dəqiqə onu dayanmadan əlləri və ayaqları ilə döymüşdür. Həmin vaxt yolla keçən Post Patrul Xidmətinin əməkdaşları onu görmüş və avtomobili saxlayaraq ona yaxınlaşıb onu həmin şəxsin əlindən almış və onları Xətai RPİ- nin 36-cı PB-nə gətirmişlər. Xətai RPİ-nin 36-cı PB-dən təcili tibbi yardım avtomobili ilə həkimlər onu 3 saylı şəhər kliniki xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada 10 gün müalicə aldıqdan sonra o, evə buraxılmışdır. Çünki həmin şəxs heç bir səbəb olmadan onu döyüb bədən xəsarətləri yetirmişdir. Həmin Natiq adlı şəxs əlində olan qapı açarları ilə onun sifətinə vuraraq xəsarətlər yetirmişdir. Həmçinin onların davasını binada yaşayan qonşularda görmüşlər. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X4 Alayının Patrul bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid1 ifadə verərək göstərmişdir ki, o, 2018-ci il tarixdən Azərbaycan Respublikası DİN-nin X4 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. ünvan 2 məhəllədə yerləşən 41 saylı ünvan onun xidmət etdiyi ərazidə yerləşir. Həmin ərazidə o, postacı yoldaşı Şahid2 ilə xidmət aparır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 05:40 radələrində inzibati ərazidə 2433 çağırış avtopatrul avtomobili ilə xidmət aparan zaman Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942 saylı ünvanında yerləşən 41 saylı yaşayış binasının yanında küçədə bir nəfər şəxsin digər şəxsi yerə yıxıb döyməsini görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb həmin döyən şəxsi kənarlaşdıraraq avtopatrul avtomobilinə əyləşdirmişlər. Sonra məlum olmuşdur ki, həmin şəxs orada iki şəxsi döyüb bədən xəsarəti yetirmişdir. Onlar həmin şəxsləri Xətai RPİ-nin 36-cı PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Xətai RPİ-nin 36-cı PB-də məlum olmuşdur ki, iki nəfər şəxsi döyən şəxs 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tərəfindən qəsdən döyülərək bədən xəsarətləri almış şəxslər isə 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1dur. Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş şəxslərdən ikisinin də sifət nahiyələrində xəsarətləri olmuşdur. Onlar polis bölməsində bildirmişlər ki, həmin xəsarətləri onlara Təqsirləndirilən şəxs qəsdən döyməklə yetirmişdir. Bu barədə onlar tərəfindən 36-cı PB-nin rəisinini adına raport yazılmış və onlar yenidən xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X4 Alayının Patrul bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 2 məhəllədə yerləşən 41 saylı ünvan onun xidmət etdiyi ərazidə yerləşir. Həmin ərazidə o, postacı yoldaşı Şahid1 ilə xidmət aparır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 05:40 radələrində inzibati ərazidə 2433 çağırış avtopatrul avtomobili ilə xidmət aparan zaman Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942 saylı ünvanında yerləşən 41 saylı yaşayış binasının yanında küçədə bir nəfər şəxsin digər şəxsi yerə yıxıb döyməsini görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb həmin döyən şəxsi kənarlaşdıraraq avtopatrul avtomobilinə əyləşdirmişlər. Sonra məlum olmuşdur ki, həmin şəxs orada iki şəxsi döyüb bədən xəsarəti yetirmişdir. Onlar həmin şəxsləri Xətai RPİ-nin 36-cı PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Xətai RPİ-nin 36-cı PB-də məlum olmuşdur ki, iki nəfər şəxsi döyən şəxs 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tərəfindən qəsdən döyülərək bədən xəsarətləri almış şəxslər isə 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1dur. Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş şəxslərdən ikisinin də sifət nahiyələrində xəsarətləri olmuşdur. Onlar polis bölməsində bildirmişlər ki, həmin xəsarətləri onlara Təqsirləndirilən şəxs qəsdən döyməklə yetirmişdir. Bu barədə onlar tərəfindən 36-cı PB-nin rəisinini adına raport yazılmış və onlar yenidən xidmətlərini davam etdirmişlər. Cinayət işinin 45-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-80-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-1/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 81-82-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli, 2/9 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinin 114-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 52 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sol almacıq sümüyünün və sol almacıq qövsünün yerdəyişən qapalı sınıqları, burun sümüyünün yerdəyişən qapalı sınığı, baş beyin, silkələnməsi, sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin, hər iki qulaq seyvanının qançırları, burunun, hər iki qulaq seyvanın, hər iki yanağın, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 135-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 52 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün və sol almacıq qövsünün yerdəyişən qapalı sınıqları, burun sümüyünün yerdəyişən qapalı sınığı, baş beyin, silkələnməsi, sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin, hər iki qulaq seyvanının qançırları, burunun, hər iki qulaq seyvanın, hər iki yanağın, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xəsarətlər üzərində zədə yetirən əşyanın (əşyaların) fərdi xüsusiyyətləri əks olunmadığından əşya (əşyalar) barəsində konkret fikir söyləmək mümkün deyil. Lakin vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərdən-sol qaş qövsü nahiyəsinin əzilmiş yarası- zərərçəkmiş şəxsin iş üzrə dindirilərkən bildirdiyi kimi qapı açarının təsirindən yetirilməsi, eləcədə bədənində olan digər xəsarətlərin isə yumruq və təpiklə vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur. Cinayət işinin 119-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 30 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – hər iki gözyuvasmm yumşaq toxumasının hematoması, hər iki üst və alt göz qapaqlarının, sağ qaşqövsü nahiyəsinin, sağ gözyuvasının bayır bucağının, alının və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 141-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 30 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – hər iki gözyuvasmm yumşaq toxumasının hematoması, hər iki üst və alt göz qapaqlarının, sağ qaşqövsü nahiyəsinin, sağ gözyuvasının bayır bucağının, alının və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlər üzərində zədə yetirən əşyanın (əşyaların) fərdi xüsusiyyətləri əks olunmadığından əşya (əşyalar) barəsində konkret fikir söyləmək mümkün deyil. Lakin vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərdən - sağ qaşqövsü nahiyəsinin sıyrığı- zərərçəkmiş şəxsin iş üzrə dindirilərkən bildirdiyi kimi qapı açarının təsirindən yetirilməsi, eləcədə bədənində olan digər xəsarətlərin isə yumruq və təpiklə vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur. Cinayət işinin 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 757 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, xx/xx-1492 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 131-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri təqsilri bilinərək, 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək onun üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 153-158-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri təqsilri bilinərək, 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək onun üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsilri bilinərək, 5.000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin məktublarından görünür ki, Təqsirləndirilən şəxs ona Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarı ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasını ödəməmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdırlar, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya və xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs təqsirli olmasını özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərçəkmiş şəxsdən məhkəmə iclas zalında üzr istəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-1/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri təqsilri bilinərək, 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək onun üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Daha sonra, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(001)-2/2014 saylı hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsilri bilinərək, 5.000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Hal-hazıradək Təqsirləndirilən şəxs tərəfindən 3.000 (üç min) manat cərimə cəzası ödənilməmiş qalmışdır. Belə ola halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)- 946/2014 saylı qərarı ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-cimaddəsinəəsasənBakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü madələri ilə təqsirli bilinməklə ona təyin olunmuş 3.000 (üç min) manat cərimə cəzası müstəqilicraolunmalıdır. Təqsirləndirilən şəxs cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 4 №-li qəranının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasənhökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 354, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02(iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 02(iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(103)-946/2014 saylı qərarı ilə təyin olunmuş 3.000 (üç min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs 3.000 (üç min) manat cərimə cəzası və 02(iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində 3.000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-116/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-116/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver