Məhkəmə qərarları › İş №1(011)-116/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-116/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-116/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, yataqxana 5, ev 9, mənzil 187-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli ərazisində yerləşən Ukrayna dairəsi yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,068 qram və 0,726 qram olan, ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, o cümlədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram və 0,164 qram olan, ümumi təmiz çəkisi 0,509 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini əldə edib, əlindəki üzərində “Feraqama" yazısı olan qara rəngli dəri materialdan hazırlanmış pul kisəsinin içərisində saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı yataqxananın qarşısına daşımış, xx.xx.2020-ci il tarixdə saat l6:50-də Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı yataqxananın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində yaxalanıb Xətai RPl-nin 36-cı Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlində olan və üzərində Feraqama yazısı olan qara rəngli dəri materialdan hazırlanmış pul kisəsinin içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,068 qram və 0,726 qram olan, ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, o cümlədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram və 0,164 qram olan, ümumi təmiz çəkisi 0,509 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini, həmçinin əlində olan kiçik ölçülü qara rəngli dəri materialdan hazırlanmış əl çantasının cibliyindən üzərində “Constant” yazısı olan 1 ədəd metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər normal həyat tərzinə sahib olsa da, 2019-cu ildə sol qasıq nahiyəsində şişkinlik və ağrı əmələ gəlmişdir. Aktiv hərəkət və hissiyatı pozularaq ayağı soyuduğu üçün ailəsi onu M.A.Topçubaşov adına elmi-cərrahiyə şöbəsinə yerləşdirmişdir. Vəziyyəti ağır olduğu üçün sol ayağı həkimlər tərəfindən amputasiya edilmişdir bi ayağını amputasiya etmişlər və daha sonra ailəsi dağılmışdır. Həmin vaxtdan sonra narkotik vasitələrə qurşanmışdır. Narkotik vasitələrdən aralanmağa cəhd göstərsə də bunu bacara bilməmişdir. Daha sonra yoldaşından ayrılması və atasının ölümü ona pis təsir etdiyi üçün bir müddət depresiyada olmuş və bu depresiya müddətində narkotik vasitələrə aludə olmuşdur. 2020-ci ilin yanvar ayında xəstəxanadan çıxıb müalicəsini evdə etdirmişdir. Ağrılar səbəbindən narkotik vasitələrə olan aludəçiliyindən əl çəkməmişdir. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli ərazisində yerləşən Ukrayna dairəsi yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat pul müqabilində 5 büküm narkotik vasitəni özünün şəxsi istifadəsi və satış üçün almış və pul kisəsinin içərisinə qoymuşdur xx xxxxxxx 2020-ci il tarixdə saat 16:50-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 5 saylı yataqxananın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onunla bir qədər söhbət etdikdən sonra onu Xətai RPlnin 36-cı polis bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsindən ötrü dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Həmçinin polis əməkdaşları üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya varsa təqdim etməsini ona təklif etmişlər. Bu təklifdən sonra o, əlində olan və üzərində ‘Feraqama" yazısı olan qara rəngli, dəri materialdan hazırlanmış, puf kisəsinin içərisindən ilk əvvəl 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümləri və 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümləri otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra həmin pul kisəsinin içərisindən 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngli sellofan bükümü də masanın üzərinə qoymuşdur. Bundan sonra əlində olan kiçik ölçülü əl çantasının cibliyindən 01 ədəd yumru formada sarı plastikdən hazırlanmış içərisində iri toz şəklində ağ şəffaf rəngli maddə olan qutu, 01 ədəd içərisində iri toz formasında ağ şəffaf rəngli maddə olan kiçik ölçülü şpris, 02 ədəd 1 ml ölçüdə şprislər, 01 ədəd kiçik ölçülü boş şüşə qab, 01 ədəd üzərində "Constant" yazısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli plastmasdan olan qayçılar və 01 ədəd qara rəngli əl fanarı aşkar edilmişdir. 3 ədəd tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin içərisində narkotik vasitə olan kokos (heroin) olduğunu və 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin içərisində psixotrop maddə şüşə (metafetamin) olduğunu polislərə bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, əlilliyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PBnin əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:50-də alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru polis kapitanı Şahid2 və özünün iştirakı əməliyyat-axtarış tədbiri keçirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı yataqxananın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xətai RPİ 36-cı PB-nin sahə inspektoru polis kapitanı Şahid2 iştirakı ilə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Məftun Şirinov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan və üzərində ‘Feraqama" yazısı olan qara rəngli, dəri materialdan hazırlanmış, pul kisəsinin içərisindən ilk əvvəl 02 ədəd içərisində spesifik iyə malik tozşəkillı maddə olan gümüşü rəngli kağız bükümləri və 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümləri otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmçinin pul kisəsinin içərisində özünə məxsus olan 73 manat pulu da təqdim etmişdir. Daha sonra həmin pul kisəsinin içərisindən 01 ədəd içərisində spesifik iyə malik tozşəkrlli maddə olan şəffaf rəngli sellofan bükümü də masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan kiçik ölçülü əl çantasının cibliyindən 01 ədəd yumru formada sarı plastikdən hazırlanmış içərisində iri toz şəklində ağ şəffaf rəngli maddə olan qutu, 01 ədəd içərisində iri toz formasında ağ şəffaf rəngli maddə olan kiçik ölçülü şpris, 02 ədəd 1 ml Ölçüdə şprislər, 01 ədəd kiçik ölçülü boş şüşə qab, 01 ədəd üzərində Constant yazsısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli ofan qayçılar və 01 ədəd qara rəngli əl fanarı aşkar edilmişdir. Bükümlər barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin və 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə olan kokos (heroin) olduğunu bildirmiş, həmçinin 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin içərisində psixotrop maddə şüşə (metafetamin) olduğunu demişdir Həmin bükümləri 3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli ərazisində yerləşən Ukrayna dairəsi yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi və satış üçün 80 manat müqabilində aldığını bildirmişdir. Maddələr kağız zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol şəxsi axtarışda iştirak edən bütün şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsinə oxşar eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi ifadəsi nəzərə alınaraq məhkəmə iclasına gəlməyən Şahid3 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin səmimi etirafına oxşar olaraq bir daha təqsirləndirilən şəxsin cinayət əməlini təsdiq etmişdir. İş materiallarında olan axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan və üzərində Teraqama yazısı olan qara rəngli, dəri materialdan hazırlanmış, pul kisəsinin içərisindən ilk əvvəl 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümləri və 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağtz bükümləri otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmçinin pui kisəsinin içərisində özünə məxsus olan 73 manat pulu da təqdim etmişdir. Daha sonra həmin pul kisəsinin içərisindən 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngli sellofan bükümü də masanın üzərinə qoymuşdur Bundan sonra Təqsirləndirilən şəxs əlində olan kiçik ölçülü əl çantasının cibliyindən 01 ədəd yumru formada sarı plastikdən hazırlanmış içərisində iri toz şəklində ağ şəffaf rəngli maddə olan qutu, 01 ədəd içərisində iri toz formasında ağ şəffaf rəngli maddə olan kiçik ölçülü şpris, 02 ədəd 1 ml ölçüdə şprislər, 01 ədəd kiçik ölçülü boş şüşə qab, 01 ədəd iizərində “Constant” yazısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli olan qayçılar və 01 ədəd qara rəngli əl fanarı aşkar edilmişdir. Bükümlər barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin və 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngfi sellofan bükümün içərisində narkotik vasitə olan kokos (heroin) olduğunu bildirmiş, həmçinin 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin içərisində psixotrop maddə şüşə (metafetamin) olduğunu demişdir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video çəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs videogörüntünün 03-cü dəqiqəsinin 26-cı saniyəsindən etibarən əlində olan və üzərində “Feraqama" yazısı olan qara rəngli, dəri materialdan hazırlanmış, pul kisəsinin içərisindən ilk əvvəl 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümləri və 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan gümüşü rəngli kağız bükümləri otaqda olan masanın üzərinə qoyaraq təqdim edir. Həmçinin videogörüntünün 05-ci dəqiqəsinin 46-cı saniyəsindən etibarən pul kisəsinin içərisirdə özünə məxsus olan 73 manat pulu da təqdim edir. Daha sonra videogörüntünün 06-cı dəqiqəsinin 13-cü saniyəsindən etibarən həmin pul kisəsinin içərisindən 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngli sellofan bükümü də masanın üzərinə qoyur. Bundan sonra videogörüntünün 07-ci dəqiqəsinin 26cı saniyəsindən etibarən əlində olan kiçik ölçülü əl çantasının cibliyindən 01 ədəd yumru formada san plastikdən hazırlanmış içərisində iri toz şəklində ağ şəffaf rəngli maddə olan qutu, 01 ədəd içərisində iri toz formasında ağ şəffaf rəngli maddə olan kiçik ölçülü şpris, 02 ədəd 1 ml ölçüdə şprisfər, 01 ədəd kiçik ölçülü boş şüşə qab, 01 ədəd üzərində "Constant" yazsısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli olan qayçılar və 01 ədəd qara rəngli əl fanarı aşkar edilir. Videogörüntünün 11-cı dəqiqəsinin 10-cu saniyəsindən etibarən bükümlər barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu 02 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan gümüşü rəngli kağız bükümlərin və 01 ədəd içərisində spesifik iyə malik tozşəkilli maddə olan şəffaf rəngli sellofan bükümün içərisirdə narkotik vasitə olan kokos (heroin) olduğunu bildirir. Həmçinin 02 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə oian gümüşü rəngli kağız bükümlərin içərisində psixotrop maddə şüşə (metafetamin) olduğunu deyir. Həmin bükümləri 3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli ərazisində yerləşən Ukrayna dairəsi yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manat müqabilində aldığını bildirir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2224 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Arayışlar üçün № 151” möhür əksi və “Saxlanılan şəxs Təqsirləndirilən şəxs,," və s. yazılar, imzalar olan 01 ədəd zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,068 qram və 0,726 qram olan ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bu heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.345 qram və 0,164 qram olan, ümumi təmiz çəkisi 0, 509 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd sarı rəngli ptastik qabda təmiz çəkisi 0.254 qram və 01 ədəd 2ml-lik şprisdə təmiz çəkisi 0.164 qram, ümumi təmiz çəkisi 0,418 qram narın kristal şəkilli madə limon turşusudur 01 ədəd şüşə flakonda heroinin izləri müəyyən edilmiş lakin iz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata sərf edilmiş 0.06 qram heroin qalıq qalmış 1.441 qram. Metamfetamin tədqiqata sərf edilmiş 0.06 qram qalıq qalmış 0.449 qram. İş materialında olan xx.xx.2020-ci il tarixli “Maddi sübut kimi tanınma” haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üstündə aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,068 qram və 0,726 qram olan, ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,441 qram narkotik vasitə heroin, o cümlədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram və 0,164 qram olan, ümumi təmiz çəkisi 0,509 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,449 qram psixotrop maddə metamfetamin, tədqiqatından sonra qalıq qalmış 0,358 qram narın kristal şəkilli maddə limon turşusu və 01 ədəd şüşə flakon, 02 ədəd 1 ml ölçüdə şprislər, 01 ədəd üzərində “Constant” yazısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli olan qayçılar maddi sübut qismində tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarının 128-139 vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda müxtəlif mobil nömrə istifadəçiləri ilə narkotik vasitə verməsi barədə yazışmalar aparmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3013 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun ayağının birinin amputasiya olunması, İİ dərəcəli əlil olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,441 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,449 qram psixotrop maddə metamfetamin, tədqiqatından sonra qalıq qalmış 0,358 qram narın kristal şəkilli maddə limon turşusu və 01 ədəd şüşə flakon, 02 ədəd 1 ml ölçüdə şprislər, 01 ədəd üzərində “Constant” yazısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli olan qayçılar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı, onun faktiki tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,441 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,449 qram psixotrop maddə metamfetamin, tədqiqatından sonra qalıq qalmış 0,358 qram narın kristal şəkilli madə limon turşusu və 01 ədəd şüşə flakon, 02 ədəd 1 ml ölçüdə şprislər, 01 ədəd üzərində “Constant” yazısı olan elektron tərəzi, 01 ədəd içərisində xırda kəsiklər formasında siqaretin gümüşü kağızları olan qara rəngli karton qutu, 02 ədəd biri metal, digərinin isə dəstəyi qara rəngli olan qayçılar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar