Məhkəmə qərarları › İş №1(011)-117/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-117/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-117/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 67 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində “BC” kateqoriyalı, AB № 496449 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, “Hyundai Sonata” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Məzahir Rüstəmov küçəsi istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yaranmasını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinin kəsişməsində işıqforun piyadalar üçün nəzərdə tutulmuş yaşıl işığında piyada zolağı ilə hərəkətdə olduğu yolu soldan sağ doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona üz hissədə sıyrıqlar və hematoma, üst dodağın ön səthinin sağ yarısının selikli qişasında əzilmiş yara və həmin yaraya uyğun nahiyədə üst çənənin ön səthinin sağ yarısında iki ədəd dişlərin travmatik laxlanması, diş yuvaları ətrafında qansızma və şişkinlik, sol diz nahiyəsində baş qopması və sol ayaq pəncəsində V daraq sümüyü başının sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə işlədiyi “xxxx” MMC-dən çıxıb yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə gələn zaman saat 17:30 radələrində idarə etdiyi 2013-cü il buraxılışlı **-SO-*** dövlət qeydiyyat nişanlı, “Hyunday Sonata” markalı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən keçib üzü Məzahir Rüstəmov küçəsi ilə Neapol küçəsi istiqamətində saatda 40 km sürətlə hərəkət etmişdir. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinin kəsişməsini düzünə işıqforun yaşıl işığından keçərək Məzahir Rüstəmov küçəsinə daxil olarkən adının sonradan Kənan Quliyev olduğunu öyrəndiyi bir nəfər uşaq piyada keçidində yolu soldan sağa maşınların arasından qaça-qaça çıxaraq onun idarə etdiyi avtomobilin qabaq sol güzgüsünə dəyərək yerə yıxılmışdır. Kənan avtomobilin güzgüsünə dəyən zaman o, dərhal maşını saxlamış və Kənanın üst-başını təmizləyərək uşağı maşına otuzdurmuşdur. Maşına otuzdurduqdan sonra Kənanı əvvəlcə Xətai rayonu, Sarayev küçəsində yerləşən “Diaqnoz” Tibb Mərkəzinə aparmışdır. X7 xəstələrin çox olduğunu görüb Kənanı öz istəyi ilə yaşadığı S.Ə.Şiravi küçəsindəki dəqiq ünvanı və mənzilini xatırlamadığı evlərinə aparmışdır. Qapını döyən zaman qapını uşağın valideyni açmış və o, həmin vaxt Kənanın anasına uşağın onun maşınına çırpıldığın bildirmişdir. Həmin vaxt adını bilmədiyi Kənanın qohumlarından biri özünü çatdıraraq nə baş verdiyini maraqlanmışdır. O da həmin şəxsə hadisənin necə baş verdiyini izah etdikdən sonra həmin şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra onlar Kənanı maşına əyləşdirib “X9” xəstəxanasına aparmışlar. Həmin xəstəxanada olarkən orada Kənanı müayinə etmişlər. Daha sonra olduqları xəstəxanaya polis əməkdaşları gələrək ondan hadisə barədə məlumat almışlar. O, hadisənin baş verdiyi yeri polis əməkdaşlarına göstərdikdən sonra yenidən xəstəxanaya qayıtmışdır. Hadisə baş verən zaman o, avtomobili saatda 40 km surətlə hərəkət etdirmişdir. O, piyadanı təxminən 1 metr məsafədən görmüş, görən zaman dərhal əyləci basmış, lakin əyləci basan zaman həmin piyada onun maşınımın sol güzgüsünə dəyərək yerə yıxılmışdır. Hadisə baş verən zaman onun idarə etdiyi avtomobil texniki vəziyyəti əla olub, heç bir problemi olmamışdır. O, hadisə vaxtı avtomobili idarə edərkən spirtli içki və ya bihuşedici maddə qəbul etməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə, onun qanuni nümayəndəsi ilə barışdığını, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdidir. Ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar olaraq məktəbə getməmiş, dərsləri onlayn şəkildə evdə keçmişdir. Dərsləri ilə əlaqədar hər gün, günün müxtəlif saatlarında müxtəlif fənlərdən hazırlıqlara getmişdir. Elə vaxt olmuşdur ki, hazırlıqdan çıxanda artıq axşam saatları olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə Riyaziyyat fənnindən hazırlığa getmək üçün saat 14:30 radələrində evdən çıxıb hazırlığa getmişdir. Həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində hazırlıqdan çıxaraq evə getməyi qərara almışdır. Xətai rayonu, S.Ə.Şirvani küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində olan piyada keçidində işıqforun piyadalar üçün nəzərdə tutulan yaşıl işığında adi addımlarla Məzahir Rüstəmov küçəsini düzünə keçən zaman qəflətən onu piyada keçidinin üzərində maşın vurmuşdur. Zərbənin təsirindən o, zərblə yerə çırpılmış və huşunu itirmişdir. Ayılarkən artıq xəstəxanada olduğumu görmüşdür. Hadisə baş verən zaman o, zərblə yerə çırpıldığından heç nə yadında qalmamış, sadəcə gözünü açan zaman xəstəxanada olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs bağışlayır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, onun Kənan onun oğludur. Övladı hal hazırda Xətai rayonu, Humanitar Təmayüllü məktəb- liseyin 9-cu sinif şagirdidir. xx xxxxxxxx 2020-ci il tarixdə o, evdə olan zaman qəflətən qapının döyüldüyün eşitmişdir. Qapını açan zaman o, əvvəllər tanımadığı bir nəfər kişi cinsinə mənsub şəxs oğlu Kənan ilə qapının qarşısında dayandığını görmüşdür. Uşağın üz gözünün qan içərisində olduğunu görüb nə baş verdiyini maraqlandıqda məlum olmuşdur ki, həmin şəxs öz idarə etdiyi avtomobili ilə oğlu Kənanı vurmuşdur. Bu sözü eşidən kimi o, dərhal yeznəsi olan Şahid zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmişdir ki, yeznəsi Elçin artıq onların evində olmuşdur. Elçin dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermiş və onlar Elçinlə Kənanı götürüb evin yaxınlığında yerləşən “X9” xəstəxanasına getmişlər. Xəstəxanada 1 gün yatdıqdan sonra Kənan evə buraxılmış və müalicəsini evdə davam etdirmişlər. Baş vermiş hadisə zamanı oğlu Kənan ciddi xəsarət almışdır. Hazırda onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə işdən evə qayıdarkən baldızı Qanuni nümayəndə onun istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonuna zəng vuraraq azyaşlı uşağı olan Zərərçəkmiş şəxs maşın vurduğunu bildirmişdir. O, bu xəbəri eşidən kimi cəld olaraq baldızı gilə getmişdir. Lalə gilin yaşadığı bina ilə onların binası eyni binadır. Baldızı gilin mənzilinə çatan zaman o, tanımadığı bir şəxsin mənzilin qapısının qarşısında dayandığını görmüşdür. Həmin şəxsin kim olduğunu maraqlandıqda baldızı Qanuni nümayəndə həmin şəxsin Kənanı vuran şəxs olduğunu bildirmişdir. O, həmin şəxsə Kənanı niyə həkimə aparmayıb evə gətirdiyini bildirdikdə adının sonradan Məhəmməd olduğunu öyrəndiyi şəxs ona cavab olaraq Kənanı həkimə apardıqdan sonra evə gətirdiyini bildirmişdir. O, Kənanı hansı xəstəxanaya apardığını soruşduqda Məhəmməd Kənanı hansı xəstəxanaya apardığını deməkdə çətinlik çəkmişdir. Həmin vaxt o, öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vurub baldızı oğlu Zərərçəkmiş şəxs piyada yolunu keçən zaman markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil tərəfindən vurulduğunu bildirmişdir. Bundan sonra o, Kənanın halsız vəziyyətdə evdə uzandığını görüb Kənanı cəld qucağına alaraq evin yaxınlığında yerləşən “X9” xəstəxanasına aparmışdır. Orada Kənana ilk tibbi yardım göstərildikdən sonra Kənan 1 gün həmin xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2012-ci il tarixində verilmiş AB seriyalı 496449 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx xxxxxx 2022-ci il tarixinədək etibarlıdır. Cinayət işinin 13-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN DDYPİ QİŞ tərəfindən xx xxxxxxx 2013-cü il tarixində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013, «Hyunadi Sonata» markalı, ağ rəngli, mühərrikin nömrəsi G4NADA254148, ban nömrəsi KMHEB41ABDA597028, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 10-cu vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli, 2/8633 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx xxxxxxx 2020-ci il tarixli, 1061 saylı ekspert rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər – üz hissədə sıyrıqlar və hematom, üst dodağın ön səthinin sağ yarısının selikli qişasında əzilmiş yara və həmin yaraya uyğun nahiyədə üst çənənin ön səthinin sağ yarısında iki ədəd dişlərin travmatik laxlanması , diş yuvaları ətrafında qansızma və şişknlik, sol diz nahiyəsində bağ qopması və sol ayaq pəncəsində V daraq sümüyü başının sınığı küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2019-cu il tarixdə və şəraitdə yəni, piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurma aiddirlər. K.S.Qədiməliyevin bədənindəki xəsarətlər qısa müddət ərzindən yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barə dəqiq fikir söyləmək mümkün deyildir. K.S.Qədiməliyevin bədənində müəyyən edilmiş xəsarətlərin sayma, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Cinayət işinin 26-31-ci vərəqələrində olan Azərbaycan Respublikası “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 457 saylı məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə Hyundai Sonata markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə riayət etməklə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 114-120-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Hyunadi Sonata» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 68-69-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 73-cü vərəqəsində olan Bakı şəhər Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 89 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 67 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, yaşadığı müddət ərzində onun barəsində qonşular tərəfindən Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şifai yazılı şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs ilə barışmışdır. Onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və onu cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmışdır və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməsi sübuta yetdiyinə görə, Təqsirləndirilən şəxs əməli həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olan zaman xx xxxxxxx 2017-ci il tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun 2017-ci ilin dekabrın 1-dən qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilən ittiham ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. 2017-ci ilin dekabr ayının 1-dən qüvvəyə minən Qanuna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs ilə barışmışdır. Onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışdığını və zərərçəkmiş şəxsə dəymiş ziyan ödədiyini bildirib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə elan edilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yazılı ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmasını və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş buraxılış ili 2013, «Hyunadi Sonata» markalı, ağ rəngli, mühərrikin nömrəsi G4NADA254148, ban nömrəsi KMHEB41ABDA597028, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2, 40.2, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş buraxılış ili 2013, «Hyunadi Sonata» markalı, ağ rəngli, mühərrikin nömrəsi G4NADA254148, ban nömrəsi KMHEB41ABDA597028, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar