Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-117/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 5-də qeydiyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 5-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,322 qram, 0,427 qram, 0,210 qram, 0,155 qram, 0,440 qram, 0,155 qram, 0,402 qram və 0,690 qram olmaqla ümumi təmiz çəkisi 3,199 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə asetilə edilmiş tiryək əldə edib üzərində daşımaqla qanunsuz saxlamış, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasınm yaxınlığında saxlanılıb ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarışı aparılan zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan 09 ədəd bükümdə ümumi təmiz çəkisi 3,199 qram narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. 20 noyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində o Xətai rayonu, kənd Əhmədli ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. O həmin şəxsə 120 manat verərək 9 büküm kakos deyilən tiryək almış və narkotik vasitəni cibinə qoyaraq yaşadığı evə getmişdir. 23.11.2021-ci il tarixdə təxminən saat 11 radələrində Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qəbulunda şübhəli olduğundan onu Xətai RPİ-nin 34-cü PŞ-nə gətirərək təhvil vermişlər. Bundan sonra polis şöbəsində polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O buna etiraz etməmişdir. Polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər və ona bildirmişlər ki, əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O əynində olan qara rəngli idman şalvarının cibindən siqaret qutusunun içərisində gizlətdiyi 9 büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə narkotik vasitə tiryəkdir və narkotik vasitəni Xətai rayonu kənd Əhmədli ərazisindən öz şəxsi istifadəsi üçün almışdı. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırıb götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib edib iştirakçılara ucadan oxumuş, iştirakçılar isə protokolun doğruluğunu imza etməklə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 noyabr 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Bəhruz» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində metrostansiyanın yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Bəhruz» adlı şəxs xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 5-də qeydiyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o, digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 23 noyabr 2021-ci il tarixdə Xətai rayonu Əhmədli qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və saat 11:15-də Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xətai Rayon Polis İdarəsinin 34cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 34-cü PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısına həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindən 09 ədəd bükümdə maddəni təqdim edərək həmin maddənin narkotik vasitə tiryək olduğunu və Suraxanı rayonu ərazisindən aldığını bildirmişdir. Həmin bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuş, bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 göstərmişdir ki, 23 noyabr 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Bəhruz» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində metrostansiyanın yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Bəhruz» adlı şəxs xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 5-də qeydiyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o, digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 23 noyabr 2021-ci il tarixdə Xətai rayonu Əhmədli qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və saat 11:15-də Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 34-cü PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısına həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindən 09 ədəd bükümdə maddəni təqdim edərək həmin maddənin narkotik vasitə tiryək olduğunu və Suraxanı rayonu ərazisindən aldığını bildirmişdir. Həmin bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuş, bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. (i.v.80-81). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:15 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 23 noyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan 09 büküm maddəni təqdim etmişdir (i.v. 31-32); məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2021-ci il tarixli, 6/5189 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 152v möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram; 0,322 qram; 0,427 qram; 0,210 qram; 0,155 qram; 0,440 qram; 0,155 qram; 0,402 qram; 0,690 qram ümumi təmiz çəkiləri 3,199 qram olan tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəasetilə edilən tiryəkdir. 09 bükümdəki asetilə edilən tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: .Asetilə edilmiş tiryək (tiryək) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ) daxildir (i.v.38-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.50-51); Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23.11.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (i.v.65-68); Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 09 büküm tünd qəhvəyi rəngli maddə olan siqaret qutusunu təqdim edərək, həmin maddələrin narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni şəxsi istifadsi üçün tan.madığ şəxsdən 120 manata aldığını bildirmişdir. Həmin 9 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 4,12 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Elxan Qəribov tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə əks olunan, yəni, özünə məxsus qara rəngli idman şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan 09 ədəd bükümü polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu bildirib, video görüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı təqdim etdiyi 09 ədəd büküm narkotik vasitənin tiryək olduğunu, sadəcə olaraq narkotik vasitə tiryəkə də öz aralarında kakos dedikləri üçün çəkiliş zamanı narkotik vasitənin kakos olduğunu dediyini bildirmişdir.Video görüntü 09 dəqiqə 35 saniyə davam etmişdir (i.v.72-73); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən, hökmün surətindən və amnistiya qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 16.02.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.04.2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 31.03.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum edilmiş, 02.08.2016-cı ildə Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (i.v.83-90); məhkəmə-narkoloji ekspertizanın 22 dekabr 2021-ci il tarixli, 5231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.91-92); sübutların qiymətləndirilməsi haqqında 18.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3,199 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək maddi sübut kimi tanınmış və hazırkı çəkisi 3,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək məhkəmənin hökmünə qədər saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.93- 97); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.06.2018-ci il təvəllüdlü X3 və 31.01.2021-ci il təvəllüdlü X2 vardır. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt X4 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan 09 ədəd bükümdə ümumi təmiz çəkisi 3,199 qram narkotik vasitə asetilə edilmiş tiryək olan bükümü çıxararaq təqdim edir, Təqsirləndirilən şəxs həmin vasitənin nə olması və haradan əldə etməsi soruşulduqda, o, həmin kütlənin tiryək olduğunu və narkotik vasitəni Suraxanı rayonu ərazisində əldə etdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 3.199 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını (CM-nin 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.02.2012-ci il tarixli hökmü və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş 3.199 qram çəkidə olan tədqiqatdan sonra qalıq qalmış 3.064 qram kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 109.90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 3.199 qram çəkidə olan tədqiqatdan sonra qalıq qalmış 3.064 qram kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-117/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-117/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver