Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-117/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, satıcı işləyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında «facebook» sosial şəbəkədə özünə məxsus “Təqsirləndirilən şəxs” adlı səhifəsində «2+ boyrey ve qara ciyər donoru oluram. Ciddi istiyen direkte yazsın» yazısını paylaşdıqdan sonra Zərərçəkmiş şəxs onunla əlaqə yaradaraq «xroniki böyrək xəstəliyi V mərhələ, XBX V terminal mərhələ proqramlı hemodializ (xx.xx.2021), Ağırlaşma Nefrotik sindrom. Əhəmiyyətsiz yumaqcıq pozğunluqları, Nefrotik sindrom» xəstəliyindən əziyyət çəkən İ dərəcəli əlil arvadı Şahid1 böyrək donoru axtardıqlarını bildirmiş, o, 10000 (on min) manat pul məbləğində insan orqanı olan bir böyrəyini qanunsuz olaraq alqı-satqı yolu ilə Şahid1 transplantasiya edilməsinə razı olmuş, bundan sonra onun donor kimi transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalında özünün sağlamlıq haqqında sənədlərini 6 saylı Bakı “Asan Xidmət’’ mərkəzində yerləşən Notariat ofisindən özünün və resipiyent olan Şahid1 razılıq ərizələrini əldə edib həmin sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi” X22 təqdim etmiş, həmin sənədlərin toplanması zaman o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Hərbi Hospitalda aparılan müayinələr ilə əlaqədar edilən ödənişlər barədə Zərərçəkmiş şəxs yalan məlumatlar verərək aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun bank kartına xx.xx.2024-cü il tarixdə Qusar rayonundan köçürtdüyü 305 manat, xx.xx.2024-cü il tarixdə Qusar rayonundan köçürtdüyü 740 manat və xx.xx.2024-cü il tarixdə Quba rayonundan köçürtdüyü 1250 manat pulları, habelə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən ünvan 4 verdiyi, bununlada əldə eldiyi cəmi 4295 manat puldan müayinə ödənişi olan 510 manat pulu Hərbi-tibb Baş İdarəyə ödəyərək Zərərçəkmiş şəxs 3785 (üç min yeddi yüz səksən beş) manat pulunu ələ keçirtmiş, onun donor olub-ola bilməməsi haqqında rəy verilməsindən ötrü toplanmış bütün sənədlər X3 Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”na göndərilmiş, həmin vaxt o, Şahid1 ilə qohum olduğunu göstərməklə yanaşı sonuncunun da aparılan yoxlamalar zamanı qohum olduqlarını təsdiq etməsini tələb etmiş və Etika Komissiyasının xx.xx.2024-cü il tarixli iclasında onun «facebook» sosial şəbəkəsində özünə məxsus səhifəsində «2+boyrey ve qara ciyər donoru oluram. Ciddi istiyen direkte yazsın» yazısını paylaşdığı və Şahid1 ilə qohum olmadığı aşkar edilmiş və o, təkzibedilməz faktlar qarşısında və Etika Komissiyasının üzvlərinin verdiyi suallar qarşısında bir böyrəyini 10000 (on min) manata satması barədə Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyini etiraf etmiş, tərəflər arasında maddi sövdələşmənin olduğu müəyyən edilərək Etika Komissiyası tərəfindən donor orqanının transplantasiyasının qeyrimümkün hesab edilməsi barədə qərar qəbul olunması səbəbindən o, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli, yəni insan orqanının qanunsuz alqı-satqısını öz iradəsindən asılı olmayan səbəblərə görə başa çaldıra bilməyib insan orqanının alqısatqısına cəhd etmiş və Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29.137.1 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,137.1 və 178.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-nin 178.1-ci maddəsi ilə tam, həmin məcəllənin 29,137.1 – ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Metropolitenin kollecində davam etdirmiş, maşinist sənətinə yiyələnmiş, 2007-ci ildə ordu sıralarında xidmətə çağırılmış və 2008-ci ilin oktyabr ayında ordu sıralarından qayıtdıqdan sonra Metroda elektrik işləmiş, daha sonra isə ticarətdə işləmişdir. O, 2015-ci ildə Bayramova Aygül ilə rəsmi nikaha daxil olmuş, 2016-cı ildə bir qızı anadan olmuş, lakin 2021-ci ildə o, arvadından boşanmış və məhkəmənin qərarı ilə qızı onun himayəsinə verilmişdir. İşləri düz gəlirmədiyinə görə o, psixoloji sarsıntı keçirmiş və həyatdan bezdiyinə görə donor kimi böyrəyini vermək qərarına gəlmişdir. Ona görə də, 2024-cü ilin yanvar ayının əvvəlində “Facebook” sosial şəbəkəsində "Donor ol həyat ver" adlı səhifəsində “2+ böyrək və qara ciyər donoru oluram, ciddi istəyən direktə yazsın" paylaşımını etmişdir. Bununla əlaqədar Rafiq adlı şəxs onunla əlaqə saxlayıb görüşməyi təklif etmiş, doğma bacısı X5 əvvəllər böyrək donoru olduğundan bu işdə ona köməklik etməsini xahiş etmişdir. Qarışılıqlı danışıqlardan sonra o, Leyla, Rafiq və onun arvadı Mədinə 2024-cü ilin yanvar ayının əvvəlində ünvan 3 ünvanında yerləşən 6 saylı Asan Xidmət Mərkəzinin yanında yerləşən kafedə görüşmüşlər. Görüş zamanı Mədinə demişdir ki, o, böyrək çatışmazlığından əziyyət çəkir, ona böyrək lazımdır. O da, müalicənin bütün xərcləri qarşılandığı halda böyrəyinin birini Şahid1 verə biləcəyini demiş, Rafiq və Mədinə bununla razılaşmışlar. DTX-nın hərbi Tibb Hospitalında müayinələrin keyfiyyətli aparıldığına görə onlar həmin Hospitalı seçmiş, onun və Mədinənin müayinələri həmin Hospitalda aparılmış, notariusda sənədlər toplanmış, həmin vaxt bütün yol xərcləri, rüsumlar və müayinə pulları Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs yol və xəstəxana xərcləri daxil olmaqla ona hissə-hissə göndərməklə ümumilikdə 4295 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs aldığı pulları DTX-nın Hospitalında müayinələri üçün və yol xərclərinə görə, bir hissəsini isə öz xərcləri üçün sərf etmişdir. Onun böyrəyini satmaq fikri olmamış, sadəcə olaraq təmənnasız böyrəyini vermək istəmişdir. Lakin, Zərərçəkmiş şəxs ona bildirmişdir ki, əməliyyatdan sonra ona 10.000 manat pul hədiyyə edəcəkdir, həmin pul ilə özünə ev ala bilər. O, ilk əvvəl Zərərçəkmiş şəxs ilə razılaşmasa da, sonradan övladı üçün həmin təklif ilə razılaşmışdır. Həmin 10.000 manat pul ona hədiyyə olaraq veriləcəkdi. Onunla Zərərçəkmiş şəxs arasında böyrək alışı-satışı barədə hər hansı müzakirə aparılmamışdır. Bütün sənədlər yığıldıqdan sonra həmin sənədlər Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzinə təqdim edilmişdir. Sənədlərin toplandığı müddət 3-4 ay çəkmiş, həmin müddətdə o, etdiyi əməldən peşman olmuş, övladını atasız qoymamaq qərarına gəlmiş və böyrəyini Mədinəyə verməkdən imtina etmək qərarına gəlmişdir. Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiya üzrə Etika Komissiyasının vaxtı təyin olunmuş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə o, Rafiq və Mədinə həmin Komissiyanın iclasında iştirak etmək üçün getmişlər. O, həmin vaxt ora donor olmaqdan imtina etmək üçün getmişdir. İlk olaraq Komissiyanın iclasına Mədinə daxil olmuş, Mədinədən sonra komissiyaya o dəvət edilmişdir. Komissiyanın iclasında onu çoxlu sorğu sual edərək «Facebook» sosial şəbəkəsində etdiyi paylaşımla və Mədinə ilə necə qohum olması, böyrəyini Mədinəyə neçəyə satdığını və 10.000 manat pulu nə üçün alması soruşulmuşdur. Komissiyada o, böyrəyini satmaq fikrinin olmadığını və donor olmaqdan imtina etdiyini bildirmiş və imtina barədə ərizə yazmışdır. Komissiyada ona pul qarşılığında böyrəyini verdiyinə görə işinin prokurorluğa göndəriləcəyi bildirilmişdir. Sonradan məlum olmuşdur ki, Etika Komissiyası orqan transplantasiyasının qeyri-mümkün hesab etmişdir. İlk əvvəl böyrəyini Mədinəyə vermək qərarına ona görə gəlmişdir ki, psixioloji olaraq özündə olmamış, yaşamaq həvəsi olmamışdır. Əgər əməliyyat baş tutsa idi, əməliyyatdan sonrakı müddətdə müalicə almaq fikri olmamış, bununla bağlı isə Zərərçəkmiş şəxs heçnə bildirməmişdir. Zərərçəkmiş şəxs hədiyyə kimi ona verəcəyi 10.000 manatı qızı üçün xərcləmək fikri olmuşdur. Onun Zərərçəkmiş şəxs aldatmaq və böyrəyini satmaq fikri olmamışdır. Sonradan peşman olaraq qızını tək qoymaq istəmədiyi üçün ərizə yazaraq donor olmaqdan imtina etmişdir. O, bütün bunların cinayət məsuliyyətinə səbəb olduğunu bilməmiş, etdiyi hərəkətlərin mahiyyətini dərk etməmişdir. İbtidai istintaq zamanı böyrəyini 10.000 manat qarşılığında satması barədə izahat verməmiş, izahatını oxuyan zaman həmin hissəyə nəzər yetirmək diqqətindən qaçmışdır. Məhkəmə istintaqı zamanı o əlavə olaraq bildirmişdir ki, bu müddət ərzində bacısı Leyla onun yanında olsa da, lakin böyrəni verməsi barədə Leyla tərəfindən ona hər hansı müdaxilə olunmamışdır. Sadəcə olaraq adaptasiya olunması mərhələsində bacısı Leyla ona dəstək olmuşdur. Komissiyaya sənəd toplamaq mərhələsində bir çox dövlət qurumlarında olmuşlar və həmin qurumlarda əgər aralarında qohumluq əlaqələri olmasa, donor olmağın mümkün olmadığı bildirilmiş, buna görə də, Rafiq və Mədinə ilə qohum olmalarını bildirmələri barədə razılığa gəlmişlər. O, bütün bunların cinayət məsuliyyətinə səbəb olduğunu bilməmiş, etdiyi hərəkətlərin mahiyyətini dərk etməmişdir. İbtidai istintaq zamanı böyrəyini 10.000 manat qarşılığında satması barədə izahat verməmiş, izahatını oxuyan zaman həmin hissəyə nəzər yetirmək diqqətindən qaçmışdır. Sonda Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini dərk etməməsini, böyrəyini satmağa cəhd etməməsini, zərər çəkmiş şəxsə maddi ziyan vurduğu üçün əməlindən səmimi peşmançılıq çəkməsini, sonuncuya dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxs ilə aralarında barışıq əldə edilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində ədalətli məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü ildə Şahid1 ilə evlənmiş, birgə nikahdan 2015ci ildə qız övladı anadan olmuşdur. Təxminən 4-5 il olar ki, arvadı Mədinənin böyrəyində problemlər yaranmağa başlamışdır, təqribən 2021-ci ilin dekabrında Mədinənin xəstəliyi ağırlaşmış və dializ olunmağa başlamışdır. Mədinəyə «xroniki böyrək xəstəliyi V mərhələ, XBX V terminal mərhələ proqramlı hemodializ, Ağırlaşma Nefrotik sindrom, Əhəmiyyətsiz yumaqcıq pozğunluqları, Nefrotik sindrom» diaqnozu qoyulmuş və xx.xx.2021-ci il tarixindən 1 dərəcəli əlildir. Təqribən 2 il əvvəl böyrək transplantasiyası üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edərək növbəyə yazılmışlar, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. 2024-cü ilin yanvar ayının əvvəlində onlar sosial şəbəkədə böyrək donoru kimi elan qoymuş Təqsirləndirilən şəxs adlı şəxs ilə əlaqə saxlamış, Orxan fikrində ciddi olduğunu demiş, onlar görüşmək barədə razılıq əldə etmişlər və o, arvadı Mədinə ilə birlikdə Orxanın təyin etdiyi yerə, yəni Bakı şəhəri, Xətai rayonu, Vunk Tau küçəsində yerləşən 6 saylı Asan Xidmət Mərkəzinin qarşısında görüşmüşlər. Həmin görüşə Orxanın bacısı Leyla da gəlmiş, görüş zamanı Leyla və Orxan sonuncunun könüllü olaraq bir böyrəyini Mədinəyə verəcəklərini vəd etmişlər. Eyni zamanda Orxan və Leyla onlara demişdir ki, bunun üçün tibbi müayinələr keçirilməlidir, zəruri sənədlər toplanmalıdır. Onlar razılığa gəlmişlər və o, müalicə, analiz və yol xərcləri üçün hissə-hissə olmaqla ümumilikdə Orxana 4295 manat pul vermişdir. Həmin pulları özü Orxana vermiş, pulların bir hissəsi müalicə və analizlər üçün xərclənmişdir. Bütün sənədlər yığıldıqdan sonra həmin sənədlər Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzinə təqdim edilmişdir. Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiya üzrə Etika Komissiyasının vaxtı təyin olunmuş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə o, həyat yoldaşı Mədinə və Orxan həmin Komissiyanın iclasında iştirak etmək üçün getmişlər. Onlar razılaşmışlar ki, iclasda Orxanın Mədinənin qohumu olmasını bildirsinlər. İclasa ilk əvvəl Mədinə daxil olmuş və Orxanın əmisi nəvəsi olduğunu bildirmişdir, daha sonra isə Orxan daxil olmuşdur. Özü iclasa daxil olmamışdır. Lakin, sonradan öyrənmişdir ki, Orxan komissiyanın iclasında böyrək verməkdən imtina etmiş amma bir söz deməmiş, o bu barədə soruşduqda Orxan imtina etməsini boynuna almamış və həkimlərin transplantasiyaya icazə vermədiyini demişdir. Bundan sonra o, Orxana müayinə və sənədləşdirmə üçün verdiyi pulların qaytarılmasını tələb etmişdir. Orxana müayinə və sənədləşmə işlərinin aparılması üçün verdiyi 4295 manat pul onun öz puludur, həmin pulları o, Orxana vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Orxan böyrəyini satması qarşılığında ondan hər hansı pul tələb etməmiş, o, özü Orxana 10.000 manat hədiyyə edəcəyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin X20 Mübarizə Baş idarəsinin əməliyyat tədbirləri şöbəsinin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”-nın üzvüdür. Qüvvədə olan xx.xx.2020-ci il tarixli «İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında» Qanunun tələblərinə əsasən orqan donorluğu təmənnasız həyata keçirilməlidir. Hər hansı bir vətəndaş orqan transplantasiyası etmək istədikdə özünə donor tapır, onların hər ikisi Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi” PHŞ-ə müraciət edir. X7 donora və resipiyentə müayinədən keçmələri üçün tibb müəssisələrin siyahısı təqdim olunur və seçdikləri tibb müəssisəsinə göndəriş verilir. Göndərişdə gen və toxuma tipləndirilməsinin yoxlanılmadan tibbi sənədlərin toplanması xahiş olunur. Belə ki, gen və toxuma tipləndirilməsi bahalı analiz olduğundan ən sonda, bütün mərhələlər keçirildikdən sonra aparılır. Transplantasiya əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənişsiz həyala keçirilir, amma müayinələrin bir qismi ödənişli ola bilər. Donor və resipiyent həmin tibb müəssisəsində tam müayinə olunurlar, sağlamlıqları imkan verdikdə tibb müəssisəsində toplanmış sənədlər Koordinasiya Mərkəzinə göndərilir, həmin Koordinasiya Mərkəzi donor və resipiyenti qəbul edir, sorğular aparır, zəruri əlavə sənədləri toplayır və bütün toplanmış sənədləri Səhiyyə Nazirliyi yanında “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”-na təqdim edir. Hazırki iş üzrə donor Təqsirləndirilən şəxs və resipiyent Şahid1 Koordinasiya Mərkəzinə müraciətləri əsasında onlar öz seçimlərinə əsasən tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikası DTX-nın Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına göndərilmiş, toplanmış sənədlər Hərbi Hospitaldan Koordinasiya Mərəkəzinə, oradan isə Etika Komissiyasına daxil olmuşdur. Donor Təqsirləndirilən şəxs və resipiyent Şahid1 müraciətləri ilə bağlı Etika Komissiyasının iclası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Etika Komissiyasının məqsədi transplantasiyanın mümkünlüyü barədə qərar qəbul etməkdir. Bu halda, Etika Komissiyasında Təqsirləndirilən şəxsla və Şahid1 ilə edilən söhbətlər zamanı, aparılan sorğular zamanı Təqsirləndirilən şəxs «Facebook» sosial şəbəkəsində onun böyrək donoru olmaq istəməsi barədə elan aşkarlanmış, həmçinin toplanan məlumat əsasında Təqsirləndirilən şəxs bankda ödənilməmiş və gecikdirilmiş kreditlərinin olduğu müəyyən edilmiş, habelə Orxan ilə Mədinənin göstərdikləri kimi qohum olmadıqları aşkarlanmışdır. Bunlarla bağlı Orxana dəqiq suallar verildikdə, faktlar qarşısında qalan Təqsirləndirilən şəxs Şahid1 750 manat pul aldığını bildirmiş, bunun 150 manatını sənədlərin düzəlməsi üçün, 600 manatı isə özü üçün aldığını etiraf etmiş, son olaraq Təqsirləndirilən şəxs öz böyrəyini Mədinəyə 10000 (on min) manata satdığını etiraf etmiş və pulu əməliyyatdan dərhal sonra alacağını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs böyrəyini 10000 manata Şahid1 satmasına dair razılaşma əldə eldikləri barədə ərizəsi alınmışdır. Bundan sonra Etika Komissiyası transplantasiyanın mümkün olmamağı barədə qərar qəbul etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə həmkəndlisi Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2015-ci il təvəllüdlü qızı Dilarə anadan olmuşdur. 2019-cu ildə onda böyrək ağrıları başlamış, bir neçə dəfə həkim müayinəsindən keçmiş və onda böyrək çatışmazlığı aşkar olunmuşdur. O, 2021-ci ildən dializ müalicəsi alır, həmin il ona «xroniki böyrək xəstəliyi V mərhələ, XBX V terminal mərhələ proqramlı hemodializ, Ağırlaşma Nefrotik sindrom, Əhəmiyyətsiz yumaqcıq pozğunluqları, Nefrolik sindrom» diaqnozu qoyulmuşdur və о, İ dərəcəli əlillir. Təqribən 2 il əvvəl böyrək transplantasiyası üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etmiş, həmin xəstəxanada orqan transplantasiyası etmək istəyən vətəndaşlar çox olduğu üçün o, növbəyə yazılmış, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Xəstəliyi ağırlaşdığından təqribən 2024-cü ilin yanvar ayının əvvəlində o və əri Rafiq “Facebook” sosial şəbəkəsində böyrək axtarışına başlamış, Təqsirləndirilən şəxs profil səhifəsini tapmış, Orxan öz səhifəsində böyrək donoru olduğunu göstərmişdir. Rafiq həmin Orxan ilə əlaqə saxlamış, Orxan fikrində ciddi olduğunu demiş, 2024-cü ilin yanvar ayının əvvəlində o və Rafiq Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6 saylı Asan Xidmətinin qarşısında Orxan ilə görüşmüşlər. Orxan könüllü olaraq bir böyrəyini ona verəcəyinə vəd vermişdir. Həmin vaxt Orxan bunun müqabilində onlardan hər hansı pul tələb etməsə də, o və həyat yoldaşı halallıq üçün Orxana əməliyyatdan sonra 10.000 manat pul verəcəklərini bildirmişlər. Belə ki, Orxanın himayəsində bir azyaşlı uşağının olduğunu və maddi çətinliklər çəkdiyini öyrənmişlər. Buna görə də, Orxana maddi yardım etmək qərarına gəlmişlər. Lakin Təqsirləndirilən şəxsla aralarında böyrək alışı və satışı barədə hər hansı razılaşma olmamışdır. Görüşdən sonra xəstəxana, müalicə, analizlər və müayinə üçün onların təklifi əsasında həyat yoldaşı Rafiq Orxana hissə-hissə olmaqla ümumilikdə 4295 manat pul vermişdir. Həmin pulu Orxan istəməmiş, onlar sadəcə olaraq əməliyyatdan əvvəl xərclər üçün Orxana həmin pulu vermişlər. Orxanın bacısı Leylanı tanısa da, lakin sonuncu tərəfindən bütün bu məsələlərə müdaxilə olunmamışdır. Mirzəbalanın isə Orxanın atası olduğunu bilmişdir. Orxan donor olmaq qarşılığından ondan və həyat yoldaşı afiqdən hər hansı pul tələb etməmişdir. Bütün sənədlər toplanaraq Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzinə təqdim edilmişdir. Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiya üzrə Etika Komissiyasının vaxtı xx.xx.2024-cü il tarixə təyin edilmiş və o, həyat yoldaşı Rafiq və Orxan həmin Komissiyanın iclasında iştirak etmək üçün getmişlər. İclasa ilk əvvəl o, daxil olmuş, daxil sonra isə Orxan daxil olmuşdur. İclasdan bir müddət sonra isə bilmişdir ki, Orxan donor olmaqdan imtina etmiş və bu barədə ərizə vermişdir. Bundan sonra həyat yoldaşı Rafiq Orxanın müalicə və analiz xərcləri üçün verilmiş 4295 manat pulu sonuncudan geri tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Orxanın onlara böyrəyini satması və bunun qarşılığında onlardan ilk əvvəl 4295 manat pul alması və əməliyyatdan sonra isə satdığı böyrəyin qarşılığında 10.000 manat tələb etməsi barədə hər hansı ifadə verməmiş, sadəcə olaraq müstəntiq tərəfindən ona verilmiş sənədlərə imza çəkmiş, o, həmin ifadəsini oxumamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunda toplanmış 174-c-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” fəaliyyət göstərir və Komissiyanın əsas vəzifəsi yaxın qohum olmayan canlı donordan donor orqanının götürülməsi məsələsinə baxaraq qərar qəbul etməkdən ibarətdir. Komissiyanın 24 may 2024-cü il tarixli iclasında donor Təqsirləndirilən şəxs və resipiyent Şahid1 haqqında müraciətə baxılarkən donor və resipiyent arasında donor orqanlarının alqı-satqısına dair razılığın olması barədə məlumatlar əldə olunmuşdur (i.v.4); xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” tərəfindən tərtib edilmiş aktın məzmunundan və akta əlavə olunmuş fotoşəkillərdən görünür ki, iclasda Təqsirləndirilən şəxs psixioloji təzyiq və maddi sıxıntı təsiri altında daxili orqanlarını satmaq məqsədi ilə «Facebook» sosial şəbəkəsində özünə məxsus səhifəsində «2+boyrey ve qara ciyər donoru oluram. Ciddi istiyen direkte yazsın» yazısını paylaşdığı müəyyən olunmuşdur və ekran görüntüsü çap edilərək iş materiallarına əlavə edilmişdir (i.v.5-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nın 24 may 2024-cü il tarixli iclasının protokolundan görünür ki, donor və resipiyent bir-birinin tanışlığına dair hər hansı bir sübut təqdim etməmişdir. Sorğularda qeyri-səmimidirlər. Sosial şəbəkədə donorun orqan alqı-satqısı ilə bağlı yazıları aşkar edilmişdir. Tərəflər arasında maddi sövdələşmələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq ərizə ilə böyrəyini verməkdən imtina etmişdir. Toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa məlumat verilməsi zəruri hesab olunur (i.v.9-15); “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası”nin 24 may 2024-cü il tarixli, 42 nömrəli qərarından görünür ki, donor orqanın transplantasiyası qeyri-mümkündür (i.v.16-17); Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirinə ünvanlandığı ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs böyrəyini 10.000 manat qarşılığında Şahid1 satması barədə razılığa gəldiyini etiraf etmişdir (i.v.18-19); Şahid1 məxsus qanın ümumi analizinin nəticəsindən görünür ki, Şahid1 hər iki böyrəyin hipoplaziyası 1-ci dərəcəli diaqnozu qoyulmuşdur (i.v.47-48); Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinin həkim komissiyasının 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şahid1 gen və toxuma tipləndirilmənin analizinin cavabına uyğun olarsa təcili böyrək transplantasiyası (i.v.55); Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinin həkim komissiyasının 08 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şahid1 gen və toxuma tipləndirilmənin uyğun nəticəsindən sonra ona böyrək transplantasiyası uyğundur (i.v.91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzi” X16 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının xx.xx.2024cü il tarixli, 42 saylı qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli, 263 nömrəli qərarı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyinin xidmətlər zərfi çərçivəsində böyrək transplantasiyası əməliyyatının həyata keçirilməsi nəzərdə tutulmuş resipiyent xx.xx.1985-ci il təvəllüdlü X12 donor xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs böyrək transplantasiyası əməliyyatının keçirilməsinə etiraz edilir (i.v.98); Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Qusar rayonundan Təqsirləndirilən şəxs kart hesabına 305 manat, xx.xx.2024-cü il tarixdə Qusar rayonundan Təqsirləndirilən şəxs kart hesabına 740 manat və xx.xx.2024cü il tarixdə Quba rayonundan X1 hesabına 1250 manat pul köçürtmüşdür (i.v.154); zərər çəkmiş şəxs qismində tanınma haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.155); cinayət işi üzrə icraatın dayandırılması barədə 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 137.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 182); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 189); Abşeron Xırdalan-1 MMMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (i.v. 194); Abşeron Rayon Məhkəməsinin 2(012)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X13 arasında 28 iyul 2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 350 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 03 iyul 2016-cı il təvəllüdlü X9 iddiaçı Təqsirləndirilən şəxs (atanın) yanında qalması müəyyən edilir (i.v. 204-206); X4 Sistemindən çıxarılmış əlillik məlumatından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X8 «xroniki böyrək xəstəliyi V mərhələ, XBX V terminal mərhələ proqramlı hemodializ (xx.xx.2021), Ağırlaşma Nefrotik sindrom, Əhəmiyyətsiz yumaqcıq pozğunluqları, Nefrotik sindrom» diaqnozu ilə İ dərəcəli əlildir (i.v. 208); X4 Sistemindən Məhkumluq məlumatlarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsinə əsasən qəti olaraq qazancının 20 faizi tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 209); sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirtdiyi 3785 manat pulu sənədlərin toplanmasna və tibbi müayinələrdən keçməsinə sərf etməsi barədə ifadəsi onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 137.1 və 178.1-ci maddələri ilə ittiham elan olunması, X2 barəsində Azərbaycan Respublikası CM-nin 137.1 və 178-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs ödəniş terminalları vasitəsi ilə köçürtdüyü pullara dair üç ədəd qəbzlər, habelə Etika Komissiyası tərəfindən təqdim edilmiş CD diskin iş üçün xüsusi əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər istintaq materiallarının iş üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır (i.v. 210-221); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,137.1 və 178.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar elan olunmuşdur (i.v. 230-231); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 241); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, dəymiş ziyan ödənilmişdir, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Cinayət işinin hissəvi, yəni CM-nin 178.1-ci maddəsinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyanı ödəmişdir, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR CM 127.2.3, 221.2.1, 221.2.2, 62, 66.3-cü maddələrinə ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Amnistiya aktı tədbiq olunaraq “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarı ilə islah işləri cəzasından azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı – altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən insan orqanları – şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahididir. 4.1-ci maddəsinə əsasən orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. 16.5.1-ci maddəsinə əsasən canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2-ci maddəsinə əsasən yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1 və 178.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə dair hissəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərər çəkmiş şəxsə ödənilməsini, zərər çəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsi ilə törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş «Facebook» sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən paylaşılan elan, habelə daha sonra zərərçəkmiş şəxsdən sənədləşmə üçün pul alması, iş üzrə şahid qismində dindirilən Şahid1 komissiya tərəfindən verilən suallara yayındırıcı cavablar verməsi, Təqsirləndirilən şəxs özünə məxsus olan böyrəyini pul müqabilində satmasına cəhd etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin həmin məcəllənin 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Təqsirləndirilən şəxs ilə böyrəyini vermək istədiyi şəxsin qohum olmaması komissiya tərəfindən bildirildiyindən qeyd olunan əməl başa çatmamışdır. Bununla da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin böyrək donorluğu etmək üçün komissiya qarşısına çıxması onun böyrəyini satmağa cəhd hesab edilməlidir. Məhkəmə bu haqlı mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs komissiya qarşısına çıxanadək böyrəyini satması ilə bağlı bütün hərəkətləri etmiş, daha sonra komissiya tərəfindən niyyətinin üzə çıxarılması, böyrək donorluğu edə bilməsinin mümkünsüzlüyü bildirildikdən sonra təqsirləndirilən şəxsin böyrək donorluğundan imtina etməsi həmin əməli törətməkdən könüllü olaraq imtina etmə yox, onu törətməyə cəhd hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30.1-ci maddəsinin anlayışına əsasən şəxs cinayəti başa çatdırmaq imkanına malik olmasını dərk etməli, lakin özü müstəqil iradəsi, heç bir kənar təsirə məruz qalmadan həmin əməli törətməkdən imtina etməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs komisiyya qarşısına çıxdıqdan sonra, həmin əməli törətməyin mümkünsüzlüyünü dərk edərək donorluqdan imtina etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa məhkəmə cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs pul müqabilində daxili orqanının (böyrəyini) satmaması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq niyyəti daşıyır. Belə ki, dələduzluq epizodu üzrə vurulmuş zərər ödənildiyindən işə xitam verilməsini xahiş etmişlər. Bu səbəbdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 bu ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkib əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurorluğa məlumat verilməsi məqsədə müvafiq hesab edilməməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırkı cinayət işi üzrə əməli törədərkən onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 29,137.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanımış bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,137.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 6.000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanımış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-117/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-117/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver