Məhkəmə qərarları › İş №1(011)-118/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-118/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-118/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Samux rayonunun, Alabaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hal-hazırda heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mağazanın qapısının kilidini üzərində olan vintaçanla sındıraraq mağazaya qanunsuz daxil olub, mağazada olan soyuducudan 1 ədədinin qiyməti 13,25 manat olmaqla cəmi 53 manat dəyərində 4 ədəd “Sevimli-Dad doktorskaya” markalı kolbasanı, 1 ədəd 11 manat dəyərində “Xəzər” markalı kolbasanı, 1 ədədinin qiyməti 8,5 manat olmaqla cəmi 17 manat dəyərində 2 ədəd “Flamingo” markalı kolbasanı, 1 ədədinin qiyməti 12 olmaqla cəmi 24 manat dəyərində 2 ədəd “Sab” markalı kolbasanı, 1 ədəd 12 manat dəyərində “Sab toyuq” markalı kolbasanı, 1 ədədinin qiyməti 7,5 manat olmaqla 15 manat dəyərində 2 ədəd “Sucuk” markalı kolbasanı, 1 ədədi 1,5 manat olmaqla cəmi 6 manat dəyərində 4 ədəd “Salan”nı, 1 ədədi 2 manat olmaqla cəmi 6 manat dəyərində 3 ədəd hisə verilmiş toyuq budunu, 1 ədəd 6 manat dəyərində “Flamingo” markalı kolbasanı, piştaxtadan 1 ədədi 3,50 manat olmaqla 42 manat dəyərində 12 ədəd “Kent 4” nazik markalı, 1 ədədi 3,40 manat olmaqla 47,60 manat dəyərində 14 ədəd “Winston” markalı, 1 ədədi 2,70 manat olmaqla 43,20 manat dəyərində 16 ədəd “LD” markalı, 1 ədədi 2,40 manat olmaqla 24 manat dəyərində 10 ədəd “Rothmons” markalı, 1 ədədi 2,40 manat olmaqla 50,40 manat dəyərində 21 ədəd “Winchestr” markalı, 1 ədədi 2,40 manat olmaqla 33,60 manat dəyərində 14 ədəd “Palma” markalı, 1 ədədi 1,90 manat olmaqla 11,40 manat dəyərində 06 ədəd “Viceroy” markalı, 1 ədədi 1,90 manat olmaqla 43,70 manat dəyərində 23 ədəd “Magna” markalı, 1 ədədi 2 manat olmaqla 30 manat dəyərində 15 ədəd “Want” markalı, 1 ədədi 2,20 manat olmaqla 24,20 manat dəyərində 11 ədəd “West” qalın markalı, 1 ədədi 1,90 manat olmaqla 19 manat dəyərində 10 ədəd “Prima” markalı, 1 ədədi 4 manat olmaqla, 40 manat dəyərində 10 ədəd “Sobrania” markalı, 1 ədədi 1,70 manat olmaqla 27,20 manat dəyərində 16 ədəd “Kingston” markalı, 1 ədədi 1,70 manat olmaqla 34 manat dəyərində 20 ədəd “Argo” markalı, 1 ədədi 1,90 manat olmaqla 19 manat dəyərində 10 ədəd “Vegas” markalı siqaretləri, 1 ədəd 17 manat dəyərində 1 litrlik “Arxangelsk” markalı və 1 ədədi 9 manat olmaqla 18 manat dəyərində 2 ədəd 0,5 litrlik “Kontingent” markalı spirtli içkiləri gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 674,30 (altı yüz yetmiş dörd manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, Şahid təxminən 2-3 ay olmuşdur ki, tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində o, Səbuhi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsindən keçən zaman orada yerləşən həyət evlərinin birinin qarşı hissəsində ərzaq mağazası olduğunu görmüşlər. O, Səbuhiyə həmin mağazaya girib, oğurluq etməyi təklif etmiş, lakin Səbuhi ona oğurluq etmək istəmədiyini demişdir. O da Səbuhiyə özünün girib oğurluq edəcəyini demişdir. Səbuhidə orada qalmayıb getmişdir. Bundan sonra o, mağazaya yaxınlaşmış və mağazanın giriş qapısını üzərində olan vintaçanla açmışdır. O, vintaçanı plastik qapının kilid hissəsindən içəri salaraq aralayıb qapını açmışdır. O, mağazaya daxil olub oradan 33 qutu müxtəlif markalı siqaretlər və 3 ədəd kolbasa götürüb mağazadan çıxaraq oradan uzaqlaşdır. O, həmin siqaretləri məhəllədə olan tanımadığı şəxsə 80 manata satmışdır. Kolbasanı isə özü yemişdir. xx xxxxxx 2020-ci il tarixdə onu 37-ci PŞ-nə dəvət etmişlər, o da polis bölməsinə gələrək oğurluq etdiyini etiraf etmişdir. O, ünvan 3 ünvanında yerləşən mağazadan təxminən 33 qutu müxtəlif markalı siqaret və 3 ədəd kolbasa oğurlamışdır. Oğurladığı siqaretləri tanımadığı şəxsə 80 manata satmış, kolbasanı isə özü yemişdir. O, oğurladığı siqaretləri tanımadığı şəxsə satan zaman siqaretlərin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs siqaretlərin oğurluq olduğunu bilməmişdir. Ona oğurluq edərkən heç kim köməklik etməmişdir. O, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, evinin həyətindən çölə tərəf qapı açaraq, mağaza tikmiş və həmin mağazada gündəlik tələbat mallarının satışı ilə məşğul olmuşdur. Hər gün səhər saat 06:30-da mağazanı açaraq işə başlamış və həmin günü axşam 20:00 radələrində bağlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 07:00 radələrində oğlu Şahmar mağazanı açmağa getmişdir. Bir müddət sonra oğlu onu evdən çağıraraq mağazadan oğurluq olmasını bildirmişdir. O, dərhal mağazaya düşmüş və mağazanın plastik giriş qapısının sındırıldığını görmüşdür. Mağazaya daxil olan zaman piştaxtada olan müxtəlif markalı siqaretlərin, soyuducuda olan kolbasa məhsullarının və digər piştaxtada olan ümumi spirtli içkilərin yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, bir müddət həmin oğruları özü axtarsa da tapa bilməmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Sonra o, işlədiyi mağazadan nələrin oğurlandığına baxan zaman mağazadan 1 ədədi 3,50 manat olan 12 ədəd 42 manat dəyərində “Kent 4” nazik markalı, 1 ədədi 3,40 manat olan 14 ədəd 47,60 manat dəyərində “Winiston” markalı, 1 ədədi 2,70 manat olan 16 ədəd 43,20 manat dəyərində “LD” markalı, 1 ədədi 2,40 manat olan 10 ədəd 24 manat dəyərində “Rothmons” markalı, 1 ədədi 2,40 manat olan 21 ədəd 50,40 manat dəyərində “Winchestr” markalı, 1 ədədi 2,40 manat olan 14 ədəd 33,60 manat dəyərində “Pallma” markalı, 1 ədədi 1,90 manat olan 06 ədəd 11,40 manat dəyərində “Viceroy” markalı, 1 ədədi 1,90 manat olan 23 ədəd 43,70 manat dəyərində “Magna” markalı, 1 ədədi 2 manat olan 15 ədəd 30 manat dəyərində “Want” markalı, 1 ədədi 2,20 manat olan 11 ədəd 24,20 manat dəyərində qalın “West” markalı, 1 ədədi 1,90 manat olan 10 ədəd 19 manat dəyərində “Prima” markalı, 1 ədədi 4 manat olan 10 ədəd 40 manat dəyərində “Sobrani” markalı, 1 ədədi 1,70 manat olan 16 ədəd 27,20 manat dəyərində “Kingston” markalı, 1 ədədi 1,70 manat olan 20 ədəd 34 manat dəyərində “Argo” markalı, 1 ədədi 1,90 manat olan 10 ədəd 19 manat dəyərində “Vegas” markalı siqaretlərin, vitrində olan 1 ədəd 17 manat dəyərində 1 litrlik “Arxangelsk” markalı, 1 ədədi 9 manat olan 2 ədəd 18 manat dəyərində 0,5 litrlik “Kontingent” markalı spirtli içkilərin və soyuducuda olan 53 manat dəyərində “Sevimli-Dad doktorskaya” markalı 4 rulon kolbasanın, 11 manat dəyərində “Xəzər servilat” markalı 1 rulon kolbasanın, 17 manat dəyərində “Flamingo servilat ” markalı 2 rulon kolbasanın, 24 manat dəyərində “Sab Qaviyajna” markalı 2 rulon kolbasanın, 12 manat dəyərində “Sab toyuq” markalı 1 rulon kolbasanın, 15 manat dəyərində “Sucuk” markalı 2 rulon kolbasanın, 6 manat dəyərində 4 ədəd “Salanın”, 6 manat dəyərində 3 ədəd bud kapçiyonun, 6 manat dəyərində “Flamingo xlebnaya” markalı kolbasanın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 674,30 manat maddi ziyan dəymişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir olar ki, tanımış və Elsevər Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində tanışı Elsevərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsindən keçən zaman orada yerləşən həyət evlərinin birinin qarşı hissəsində ərzaq mağazası olduğunu görmüşlər. Həmin vaxt Elsevər ona mağazaya daxil olub oradan oğurluq etməyi təklif etmişdir. O, Elsevərlə razılaşmayaraq oğurluq etmək istəmədiyini bildirmişdir. Elsevər də ona “özün bilərsən mən onsuzda mağazaya girəcəm” sözlərini demişdir. Bundan sonra Elsevər onu orada qoyub mağazaya yaxınlaşmışdır. Elsevər üzərində olan nə iləsə mağazanın qapısını açıb içəri girmişdir. O, Elsevərin mağazaya daxil olmasını gördükdən sonra orada qalmayıb uzaqlaşdır. Daha sonra isə Elsevərin mağazadan müxtəlif markalı siqaretlər və kolbasa oğurlamasını bilmişdir. O, Elsevərə heç bir köməklik göstərməmişdir. Elsevər ona mağazaya girməyi təklif etmiş, lakin o, Elsevərlə razılamamışdır. Elsevər isə həmin mağazaya tək girmişdir. O da orada qalmayıb yaşadığı evə getmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 128-132-ci vərəqələrində olan Azərbaycan Respublikası «xxxx» MMCnin xx xxxxxx 2020-ci il tarixli, 644 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, istintaqa təqdim edilmiş siyahıda sadalanan ərzaq mallarının xx.xx.2020-ci il tarixə mövcud olmuş bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 674,30 manat müəyyən edilir. Qeyd: Respublika ərzaq mallarının satışı məntəqələrində mövcud olan qiymətlərdən, tələblə təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (mallara tətbiq olunan endirimdən, qiymət artımı-azalması və sair amillərdən) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2.000 (iki min) manat cərimə cəzasın məhkum edilmişdir. Təyin edilmiş cərimə cəzası ödənilmişdir; 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə 07 (yeddi) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016cı il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 107-115-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(011)-226/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2015-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixində onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Xətai RPİnin MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə olduğu 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbasdə olduğu 02 (iki) gün müddət, yəni 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar