Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-118/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı ilə cəzası 4 (dörd) ilə endirilmiş, 21 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, talama məqsədi olmadan, tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan razılaşmaqla, əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında olan razılığa əsasən, Orxan Nəbiyevin ünvan 4 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 Bəhman oğluna məxsus “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırıb, avtomobildən öncədən götürdüyü ehtiyat açarını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 ehtiyat açarı ilə avtomobilin mühərrikini işə saldıqdan sonra, Təqsirləndirilən şəxs2 və Orxan Nəbiyev avtomobilə əyləşmiş, onlar avtomobili idarə etməklə, talama məqsədi olmadan, qanunsuz olaraq, avtomobili ələ keçirməklə qaçıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsinə kimi sürüb səkiyə çırparaq, avtomobilin zədələnməsi nəticəsində ümumilikdə 1995 (bir min doqquz yüz doxsan beş) manat ziyan vurub, həmin ərazidə saxlamış, saat 04 radələrində Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə, avtomobilin salonunda olan bir ədəd 140 manat dəyərində akkumulyatoru, bir ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitofonu, bir ədəd 1000 manat dəyərində açar dəstini, bir ədəd 70 manat dəyərində “KİA CEED” markalı avtomobilin baqaj dəstini, hər birinin qiyməti 100 manat təşkil edən iki ədəd 200 manat dəyərində videoqeydiyyat kamerasını, bir ədəd 150 manat dəyərində qara rəngli dəri çantanı gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1760 (bir min yeddi yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan, 22 avqust 2021-ci il tarixdə, saat 01 radələrində ünvan 5 ünvanının arxa hissəsində saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının kilidini üzərində olan bıçaqla qırıb qapını açdıqdan sonra, sükanın alt hissəsindəki mühərriki işə salmaq üçün olan kilidi qırıb, elektrik naqillərini bir-birinə toxundurmaqla, mühərriki işə salıb, avtomobili sürüb, talama məqsədi olmadan, qanunsuz olaraq ələ keçirməklə qaçırmış və Bakı şəhəri, Yasamal rayonu ərazisində “Ford Transit” markalı avtomobili ilə toqquşub, yol-nəqliyyat hadisəsi törədərək, Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, talama məqsədi olmadan, tanışı Təqsirləndirilən şəxs1 və X4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, 13 avqust 2021-ci il tarixdə, saat 02 radələrində cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında olan razılığa əsasən, Orxan Nəbiyevin ünvan 4 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 Bəhman oğluna məxsus “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırıb, avtomobildən öncədən götürdüyü ehtiyat açarını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 ehtiyat açarı ilə avtomobilin mühərrikini işə saldıqdan sonra, Təqsirləndirilən şəxs2 və Orxan Nəbiyev avtomobilə əyləşmiş, onlar avtomobili idarə etməklə, talama məqsədi olmadan, qanunsuz olaraq, avtomobili ələ keçirməklə qaçıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsinə kimi sürüb səkiyə çırparaq, avtomobilin zədələnməsi nəticəsində ümumilikdə 1995 (bir min doqquz yüz doxsan beş) manat ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər avtomobil ustası kimi işləmişdir. Orxan Nəbiyevi və Təqsirləndirilən şəxs2 təxminən bir ildən artıq olar ki, tanımışdır. Tanıdığı müddətdə Orxan və Lazımağa ilə dostluq münasibəti yaranmışdır. 12 avqust 2021-ci il tarixdə, axşam saatlarında Orxan onunla əlaqə saxlayıb, “20 Yanvar” metrostansiyasının yaxınlığına çağırmışdır. O da, həmin yerə gedib, Orxanla görüşmüşdür. Həmin vaxt Lazımağa da Orxanın yanında olmuşdur. Görüş zamanı, Orxan ona Nəsimi rayonu, A.Salamzadə küçəsində saxlanılmış “BMW 320” markalı avtomobilin olduğunu, həmin avtomobilin qabaq sağ şüşəsini sındırıb, avtomobilə aid ehtiyat açarını avtomobilin salonundan götürdüyünü deyərək, avtomobili qaçırıb sürməyi təklif etmişdir. Bundan sonra, Orxan və Lazımağa taksi ilə onu aparıb avtomobilin yerinin göstərdikdən sonra, Orxan avtomobilin açarını ona verərək, avtomobili qaçırmağını bildirmişdir. O da, Orxanla razılaşmış və gecə saatlarında avtomobilin dayandığı Nəsimi rayonu, A.Salamzadə küçəsinə gedib, həmin “BMW 320” markalı avtomobilin qabaq sağ şüşəsinin sındırıldığını aşkar etmişdir. Orxanın ona verdiyi ehtiyat açarı ilə avtomobilin mühərrikini işə salmış və avtomobili idarə edərək, Orxan və Lazımağanın olduğu ünvana, yəni “20 Yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Oradan Orxan və Lazımağanı götürüb, avtomobili Xırdalan şəhəri istiqamətində idarə etmişdir. Daha sonra, onlar “Ulduz” metrostansiyasına tərəf getmiş və avtomobili saxlayaraq, düşmüşlər. Orada o, avtomobilin arxa yük yerində olan əşyaları yerə boşaltmışdır. Daha sonra, onlar birlikdə Günəşli qəsəbəsinə getmişlər. Günəşli qəsəbəsinə qədər avtomobili, o, idarə etmişdir. Qəsəbəyə çatdıqda, o, avtomobildən düşmüş və Lazımağa, daha sonra isə Orxan sükan arxasında əyləşərək, avtomobili idarə etməyə başlamışlar. O, isə yorğun olduğu üçün, arxa oturacaqda əyləşmişdir. Orxan elə yenicə avtomobili idarə etməyə başlayan zaman, Günəşli qəsəbəsində anidən idarəetməni itirib, avtomobili səkiyə vurmuşdur. Orxan avtomobili səkiyə vurduğu üçün, avtomobilin qabaq sol qanadı, qabaq buferi, avtomobilin hər iki qabaq və arxa sol təkərləri yararsız vəziyyətə düşmüşdür. Avtomobili Orxan səkiyə vurduqdan sonra, Orxan və Lazımağa avtomobildən düşmüşlər. O isə, avtomobili Günəşli qəsəbəsində tanımadığı küçədə saxlamışdır. O, avtomobilin “Pioneer” markalı maqnitafonunu və iki ədəd səs gücləndiricilərini söküb, özü ilə götürmüşdür. Orxan və Lazımağa isə avtomobildən heç bir əşya və ehtiyat hissələri götürməmişlər. Daha sonra, onlar birlikdə taksi ilə “Neftçilər” metrostansiyasının yanına getmişlər. Oradan isə avtobusa minərək, “Papanin” adlanan körpüyə getmişdir. “Papanin” körpüsünün yanında dayanıb bir qədər gözlədikdən sonra, tanımağı şəxsə yaxınlaşıb, oğurladığı “Pioneer” markalı maqnitafonu və iki ədəd səs gücləndiricini 15 manata sataraq, yaşadığı evə getmişdir. Həmin şəxs maqnitofonu və səsgücləndiricinin oğurluq olduğunu bilməmişdir. Bundan başqa, 22 avqust 2021-ci il tarixdə, gecə saatlarında Xətai rayonu, Zığ yolu küçəsində piyada hərəkət edən zaman, bir evin həyətində saxlanılmış göy rəngli “VAZ-2107” markalı avtomobili görmüşdür. Həmin vaxt o, avtomobili qaçırıb, yaşadığı Ağcabədi rayonuna getmək qərarına gəlmişdir. Buna görə də, bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra, həmin avtomobilə yaxınlaşıb, üzərində olan bıçaqla avtomobilin qabaq sol qapısını açaraq, sükan arxasına əyləşmişdir. O, avtomobilin sükanın alt hissəsində olan kilidi bıçaqla sökmüş və elektrik naqillərini bir-birinə toxundurub avtomobili işə salmışdır. Sonra isə o, avtomobili idarə edərək, “20 Yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Avtomobildə yanacaq az olduğu üçün, rayona getmək istəyən sərnişin olarsa, pul qarşılığında rayona aparmağı düşünmüşdür. Buna görə də, “20 Yanvar” metrostansiyasının qarşısına gedərək, rayona getmək istəyən müştəri axtarmağa başlamışdır. Həmin vaxt o, adını sonradan öyrəndiyi Nəsimi adlı şəxsin orada dayanıb, rayona getmək üçün avtomobil axtardığını görmüşdür. O, həmin şəxsə yaxınlaşıb, bir qədər söhbət etdikdən sonra, sonuncunun Ağdam rayonunun Üçoğlan kəndindən olduğunu öyrənmişdir. O, rayona getmək məqsədi ilə, avtomobilə yanacaq vurması qarşılığında, sonuncunu Ağdam rayonuna apara biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşdıqdan sonra, birlikdə “VAZ-2107” markalı avtomobilə əyləşib, hərəkət etməyə başlamışlar. Onlar Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşlar. Həmin vaxt Nəsimi adlı şəxs avtomobilə gediş haqqı kimi 15 manat yanacaq vurmuş və onlar yanacaq doldurma məntəqəsindən çıxaraq, Ağdam rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yasamal rayonunun ərazisində yerləşən “Asan Xidmət” Mərkəzinin yaxınlığında hərəkət edən zaman, anidən idarə etdiyi avtomobilin qarşısına “Fort Transit” markalı avtomobil çıxmışdır. Həmin vaxt o, idarə etməni itirmiş və avtomobilin ön hissəsi ilə “Fort Transit” markalı avtomobilin ön hissəsi toqquşmuşdur. Həmin vaxt o, hadisə yerinə polis əməkdaşlarının gələcəyindən ehtiyat etdiyi üçün, Nəsimi adlı şəxsə heç bir söz deməyib, avtomobildən düşüb qaçaraq, oradan uzaqlaşıb çıxıb getmişdir. Bu hadisədən bir müddət sonra, dostu Orxan hündür bir yerdən yıxıldığı üçün, ayağı sınmış və sonuncu Travmatologiya İnstitutunda əməliyyat olmuşdur. O, da bu səbəbdən tez-tez Orxanın yanına gedib-gəlmişdir. 21 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Travmatologiya şöbəsində olarkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ona avtomobil qaçırmaqda şübhəli olduğunu bildirmişlər. O da, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Orxan Nəbiyevi və Təqsirləndirilən şəxs1 bir ildən artıq olar ki, tanımışdır. Tanıdığı müddətdə Orxan və Hümbət ilə dostluq münasibətləri yaranmış və sonuncular onu “Nazim” kimi tanımışlar. 12 avqust 2021-ci il tarixdə, axşam saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Badisəba” şadlıq sarayının qarşısında olmuşdur. Həmin vaxt tanışı Orxan orada təsadüfən qarşısına çıxmışdır. Onlar bir qədər gəzdikdən sonra, digər tanışı Hümbət gəlmişdir. Həmin vaxt X7 rayonu, A.Salamzadə küçəsində olan “BMW 320” markalı avtomobili qaçırmağı təklif edib, həmin avtomobilin açarını çıxardıb, Hümbətə verərək, həmin maşının dəqiq yerini başa salmışdır. Hümbət açarı götürüb getmişdir. Bir qədər keçdikdən sonra, Hümbət “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Badisəba” şadlıq sarayının qarşısına gəlmişdir. Onlar birlikdə avtomobilə əyləşib, Xırdalan şəhərinə getmişlər. Orada bir qədər gəzdikdən sonra, “Ulduz” metrostansiyasının yanında yerləşən beton zavodun qarşısına getmişlər. Orada Hümbət avtomobildən düşərək, avtomobilin yük hissəsindən açar dəstini götürüb maşından düşmüşdür. Bundan sonra, onlar Günəşli qəsəbəsinə getmişlər. Ora çatdıqda, Hümbət avtomobildən düşmüş, Orxan isə sükan arxasına əyləşərək, avtomobili idarə etməyə başlamışdır. Hümbət isə yorğun olduğu üçün, arxa oturacaqda əyləşmişdir. Orxan elə yenicə avtomobili idarə etməyə başlayan zaman, bir anda idarə etməni itirdiyi üçün, avtomobili səkiyə vurmuşdur. Orxan avtomobili səkiyə vurduğu üçün, avtomobilin bəzi hissələri yararsız vəziyyətə düşmüşdür. Avtomobili səkiyə vurduqdan sonra, Orxan avtomobildən düşərək, qaçmağa başlamış, o, isə düşüb kənarda dayanmışdır. Hümbət isə avtomobili Günəşli qəsəbəsində tanımadıqları küçədə saxlamışdır. Hümbət avtomobildə olan maqnitafonu və səs gücləndiricilərini söküb, yerindən çıxarmışdır. Bundan sonra, onlar birlikdə taksi ilə “Neftçilər” metrostansiyasının yanına getmişlər. Həmin yerə çatdıqda, taksidən düşmüşlər və Hümbət maqnitafonu və səsgücləndiricilərini götürüb getmişdir. Daha sonra o, yaşadığı evə getmişdir. Bu hadisədən sonra, bildiyinə görə Orxan hündür bir yerdən yıxıldığı üçün, ayağı sınmış və Travmatologiya İnstitutunda əməliyyat olmuşdur. O da, bu səbəbdən tez-tez Orxanın yanına gedib-gəlmişdir. 25 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında Travmatologiya şöbəsində olarkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ona avtomobil qaçırmaqda şübhəli olduğunu bildirmişlər. Lakin, onun “BMW 320” markalı avtomobili qaçırmaq niyyəti olmamış və həmin avtomobilin açarlarını Orxan Hümbətə verəndə, avtomobili satmaq barədə heç bir təklifləri olmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ünvan 6 ünvanında yaşayır. 12 avqust 2021-ci il tarixdə, saat təxminən 21 radələrində sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında, yolun kənarında saxlayıb, evə getmişdir. Həmin günün səhəri, yəni 13 avqust 2021-ci il tarixdə, səhər saatlarında işə gedən zaman, avtomobilini saxladığı yerə getdikdə, avtomobilinin saxladığı yerdə olmadığını aşkar etmişdir. O, həmin vaxt dərhal DİN-nin 102 xidmətinə zəng edərək, avtomobilinin qaçırılması barədə məlumat vermişdir. O, avtomobilinin qaçırılan vaxtdan sosial şəbəkələrdə paylaşım etməyə başlamış və paylaşımda istifadəsində olan mobil nömrəni qeyd etmişdir. 15 avqust 2021-ci il tarixdə, gecə saat 00 radələrində tanımadığı mobil telefon nömrəsindən ona zəng gəlmiş və ona zəng edən şəxs sosial şəbəkədə avtomobilinin qaçırılması barədə elan gördüyünü və maşının nömrəsini görərək, onun maşınının Günəşli qəsəbəsində yeni massiv binaların arasında aşkar etdiyini bildirmişdir. O, dərhal Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə məlumat vermiş və polis əməkdaşları ilə birlikdə ünvanı bir daha dəqiqləşdirdikdən sonra, onlara məlum olmuşdur ki, onun avtomobili Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsindədir. Onlar dərhal deyilən ünvana getmiş və həmin ünvanda avtomobilini aşkar etmişlər. O, avtomobilimdə olan 140 manat dəyərində akkumulyatorun, 200 manat dəyərində “Pioneer” markalı maqnitafonun, 1000 manat dəyərində açar dəstinin, 70 manat dəyərində “KİA CEED” markalı avtomobilin baqaj dəstinin, hər birinin qiyməti 100 manat təşkil edən, iki ədəd videoqeydə alıcının, 150 manat dəyərində qara dəri çantanın yerində olmadığını aşkar etmişdir. Ümumilikdə avtomobilindən 1760 manat dəyərində avtomobilinə məxsus hissə və əşyalar maşından sökülüb aparılmışdır. Həmçinin, avtomobilinin qabaq sağ qapısının şüşəsinin sındırıldığını görmüşdür. Avtomobilin qabaq sol qanadı yararsız vəziyyətdə idi və həmin sol qanadın qiyməti 200 manat təşkil edir. İki ədəd diski-təkər yararsız vəziyyətə olmuş, onların da hər birinin qiyməti 150 manat olmaqla, ümumilikdə 300 manat təşkil etmişdir. Həmçinin, avtomobilin qabaq buferi yararsız vəziyyətə salınıb və həmin buferin qiyməti də 200 manat təşkil etmişdir. Avtomobilin təkər hissəsində olan çaşkası yararsız hala salınmış və həmin çaşkanın qiyməti 100 manat təşkil etmişdir. Bundan başqa, avtomobilin usta xərclərinə 500 manat sərf etmişdir. Ümumilikdə ona 1350 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilində pul olmamış, ancaq avtomobilə aid əşyalar olmuşdur. Avtomobilindən 140 manat dəyərində akkumulyator, 200 manat dəyərində “Pioneer” markalı maqnitafon, 1000 manat dəyərində usta açar dəsti, 70 manat dəyərində “KİA CEED” markalı avtomobilin baqaj dəsti, hər birinin qiyməti 100 manat olmaqla, iki ədəd, ümumilikdə 200 manat təşkil edən videoqeydə alıcı sökülmüş və 150 manat dəyərində qara dəri çanta götürülmüşdür. Avtomobilindən əşyaların sökülməsi və avtomobilə aid əşyaların götürülməsi nəticəsində, ümumilikdə 1760 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilinin qabaq sağ qapısının şüşəsi sındırılmasına görə 50 manat, avtomobilin qabaq sol qanadının yararsız vəziyyətdə salınmasına görə 200 manat, iki ədəd disk-təkərin yararsız vəziyyətə salınmasına görə hər birinin qiyməti 150 manat olmaqla, ümumilikdə 300 manat, avtomobilin qabaq buferi yararsız vəziyyətə salınmasına görə 200 manat, təkər hissəsində olan çaşkası yararsız hala salınmasına görə 100 manat maddi ziyan dəymişdir. Bundan başqa, avtomobilin usta xərclərinə 500 manat xərcləmişdir. Avtomobilin hissələrinin yararsız hala salınması nəticəsində ümumilikdə 1350 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, “BMW 320” markalı avtomobilini qaçıraraq, avtomobildən əşyalarını götürüb, sonra isə avtomobilini yararsız vəziyyətə salan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Orxan Nəbiyev adlı şəxslərdir. Hazırda isə iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur və həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmiş, digər Təqsirləndirilən şəxs1lə isə barışmır, ona dəymiş ziyan ödənilməmiş və bu səbəbdən, həmin şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı ildə alaraq idarə etmişdir. O, həmin avtomobili yaşadığı ünvanın arxa hissəsində, həyətdə saxlamışdır. Sonuncu dəfə 15 avqust 2021-ci il tarixdə özünə məxsus avtomobili idarə edərək, həmin gün saat 15 radələrində yaşadığı binanın arxa hissəsində həyətdə saxlayıb, yaşadığı mənzilə getmişdir. İşi ilə bağlı, avtomobili idarə etməsə də, hər gün avtomobilə baş çəkib, yerində olub-olmadığını yoxlamışdır. 21 avqust 2021-ci il tarixdə, saat 21 radələrində işdən çıxıb yaşadığı ünvana gələn zaman, “VAZ-2107” markalı avtomobilin saxladığı yerdə, yəni binanın arxa hissəsində həyətdə olduğunu görüb yaşadığı mənzilə getmişdir. 22 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı mənzildə olan zaman, polis əməkdaşları onunla əlaqə saxlayaraq, ona məxsus “VAZ-2107” markalı avtomobilin qaçırıldığını və qaçıran şəxsin avtomobillə Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat verib avtomobilin duracağa qoyulması barədə məlumat vermişlər. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub, yaşadığı binanın arxa hissəsində saxladığı özünə məxsus “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırılması və yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat vermişdir. Bundan sonra, Xətai RPİ-in 36-cı Polis Bölməsinə gedərək, baş vermiş hadisə barədə ərizə yazıb izahat vermişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən 5 nömrəli avtomobil dayanacağı olan cərimə meydançasına getmişlər. Həmin vaxt o, özünə məxsus “VAZ-2107” markalı avtomobilin qabaq sağ farasının sındığını, sağ qanad hissəsinin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmçinin o, avtomobili ətraflı yoxlayan zaman, naməlum şəxsin avtomobilin sol qabaq qapısının kilidinin sındırıb qapısını açaraq, sükanın altında avtomobili işə salmaq üçün olan kilidi qırıb elektrik naqillərini bir-birinə toxundurmaqla, mühərriki işə salıb qaçırmasını müəyyən etmişdir. Daha sonra o, avtomobili duracaqdan götürmüş və Xətai rayonu, Zığ qəsəbəsində avtomobil təmiri servisinə aparmışdır. Servisdə avtomobili yoxlayan zaman, avtomobilin mühərrik və salon hissəsinin bəzi yerlərinin zədələndiyini müəyyən etmişlər. Sonra o, 1000 manat pul xərcləyib, bəzi hissələrini düzəldib avtomobili satmışdır. Avtomobilinin qaçırılaraq, yol-nəqliyyat hadisəsi törədilməsi zamanı, ona 1000 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, “VAZ-2107” markalı avtomobilini qaçıraraq, avtomobilinin bəzi hissələrini zədələyən Təqsirləndirilən şəxs1 adlı şəxsdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs1 qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X4 bildirmişdir ki, Hümbətlə hadisədən təxminən iki ay əvvəl tanış olmuşdur. 12 avqust 2021-ci il tarixdə, saat təxminən 23 radələrinə Hümbət “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” metrostansiyasının yaxınlığında olan “Badi Küba” şadlıq sarayının yanına gəlmişdir. Həmin vaxt o və əsl adı Lazımağa olan, lakin öz aralarında Nazim kimi çağırdıqları tanışı da orada dayanmışdır. Hümbət onlara yaxınlaşıb, “BMW 320” markalı avtomobilin onun dayısına məxsus olduğunu bildirib, onlara gəzməyi təklif etmişdir. O və Nazim avtomobilin arxa oturacağına əyləşmiş, Hümbət isə avtomobili Xırdalan şəhəri istiqamətində, oradan da “Ulduz” metrostansiyasına tərəf sürmüşdür. “Ulduz” metrostansiyasının yaxınlığında Hümbət avtomobildən düşərək, arxa yük yerini axtarmağa başlamışdır. Həmin vaxt o, artıq Hümbətin avtomobili oğurladığını başa düşmüşdür. O, Hümbətə etirazını bildirmiş, Hümbət də ona narahat olmamağı, avtomobilin dayısına məxsus olduğunu bildirmiş və avtomobili Günəşi qəsəbəsi istiqamətinə sürmüşdür. Günəşli qəsəbəsində avtomobili Nazim, sonra isə o, sürməyə başlamışdır. O, avtomobili idarə edən zaman, Nazim və Hümbət onu çaşdırdığı üçün, o, idarə etdiyi avtomobili səkiyə çırpmışdır. Bundan sonra, Hümbət avtomobilin maqnitafonunu və səs gücləndirdicini sökərək oğurlamışdır. O, artıq Hümbətin avtomobili oğurladığına əmin olub, çıxıb getmişdir. O, “BMW 320” markalı avtomobilin sahibi olan Zərərçəkmiş şəxs2 tanımamış və həmin avtomobilin açarını Hümbətə o, verməmişdir. Həmin avtomobili Hümbət özü oğurlamış və dayısına məxsus olduğunu bildirmişdir. O, avtomobilin oğurluq olduğunu bildikdən sonra, avtomobildən düşüb çıxıb getmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X2 bildirmişdir ki, o, Ağdam rayonu, Üçoğlan kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 22 avqust 2021-ci il tarixdə, saat təxminən 03 radələrində Sumqayıt şəhərindən çıxaraq, Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmişdir. “20 Yanvar” metrostansiyasının yaxınlığında yaşadığı Ağdam rayonu, Üçoğlan kəndinə getmək üçün taksi axtarmışdır. Həmin vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb, ondan danışmaq üçün mobil telefon istəmişdir. O da, həmin şəxsə mobil telefonunun olmadığını bildirmişdir. Sonra həmin şəxs ona adını Tural kimi təqdim etmiş və onlar bir az söhbət etdikdən sonra, ona “VAZ 2107” markalı avtomobilinin olduğunu, pula ehtiyacı olduğundan ucuz qiymətə satmağını bildirmişdir. Ona maraqlı olduğundan avtomobilin harada olmasını soruşmuşdur. Həmin vaxt özünü ona Tural kimi təqdim edən, sonradan əsl adını öyrəndiyi Hümbət adlı şəxs bir az aralıqda saxladığı göy rəngli “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərmişdir. O, Hümbətə avtomobili yaşadığı Ağdam rayonu, Üçoğlan kəndinə aparmağı və orada atasına göstərərək, ucuz olmasına görə alacağını bildirmişdir. Hümbət də onunla razılaşmış və avtomobil ilə kəndə getmələrini bildirmişdir. O, avtomobilə əyləşmiş və onlar Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşlar. Həmin vaxt Hümbət avtomobildə yanacaq az olduğu üçün, yanacaq vurmağını istəmişdir. Buna görə də, o, avtomobilə 15 manat yanacaq vurmuş və onlar yanacaq doldurma məntəqəsindən çıxaraq, yaşadığı Ağdam rayonuna getmək üçün hərəkət etməyə başlamışlar. Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət” Mərkəzinin yaxınlığında avtomobillə hərəkət edən zaman, anidən hərəkət etdikləri avtomobilin qarşısına “Ford Transit” markalı avtomobil çıxmışdır. Həmin vaxt Hümbət idarə etməni itirmiş və avtomobilin ön hissəsi ilə “Ford Transit” markalı avtomobilin ön hissəsi toqquşmuşdur. Həmin vaxt Tural avtomobildən düşərək, qaçmağa başlamışdır. O isə, nə baş verdiyini anlamaq üçün hadisə yerində qalmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra, ona məlum olmuşdur ki, həmin avtomobil Hümbət tərəfindən Xətai rayonu ərazisindən qaçırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri Təqsirləndirilən şəxs1 tam, Təqsirləndirilən şəxs2 isə qismən etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13 sentyabr 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsinin videogörüntüsü köçürülmüş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə küçədə, gecə saatlarında üç nəfər şəxsin hərəkət edərək, keçmələri, həmin şəxslərdən birinin əlində nə isə olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin şəxslərdən əlində əşya olan şəxsin özü, həmin əşyaların “BMW 320” markalı avtomobildən oğurladığı maqnitafon və səsgücləndirici olduğunu, digər iki nəfər şəxsin isə tanışları Təqsirləndirilən şəxs2 və Orxan Nəbiyev olmasını bildirmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Bəhman oğluna məxsus “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə təhvil verilmişdir. Həmçinin, 13 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, ********* nömrəli cinayət işindən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokuroru vəzifəsini icra edən Şükran Məmmədovun qərarından görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 21 dekabr 2021-ci il tarixdə həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 21 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Bölməsinin məlumatından görünür ki, 1(011)-118/2022 nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 Nizami RPİ tərəfindən digər cinayətə görə saxlanılaraq, istintaq təcridxanasına təhvil verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarından görünür ki, Nizami RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və o, hazırda həmin cinayət işi üzrə həbsdədir. Həmçinin, iş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı ilə cəzası 4 (dörd) ilə endirilmiş, 21 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardığı gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, həmin cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri etiraf etməsini və əməllərindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun 21 oktyabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini və iş üzrə Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun 25 oktyabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Bəhman oğluna məxsus “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 13 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 2 (iki) ay həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Bəhman oğluna məxsus “BMW 320” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - 13 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisənin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-118/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-118/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver