Məhkəmə qərarları › İş №1(011)-118/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-118/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-118/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hümbət qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Sevinc” kiçik müəsissəsində nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində nəzarətçi işlədiyi ünvan 3 ünvanında yerləşən “Panorama Park” yaşayış kompleksinin qarşısında həmin bina sakini Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun iş fəaliyyəti ilə bağlı iradından sonra başlanmış mübahisə gedişatında heç bir əsaslı səbəb olmadan mübahisə edib ünvanına nalayiq ifadələr işlətməklə, şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərinə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə inasanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq ve mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, Zərərçəkmiş şəxs boğazından tutub, hərəkətlərini məhdudlaşdıraraq yumruqla sonuncunun baş və hər iki bazu nahiyəsindən ümumilikdə üç zərbə vurub, ona başın sağ alın gicgah nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin və hər iki bazunun qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə müddət ərzində davam etdirib xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, hadisə anının videogörüntüsü və işin tədqiq olunmuş digər halları ilə aşaqıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama” park yaşayış kompleksində mühafizəçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdən Zərərçəkmiş şəxs onun mühafizəçi işlədiyi binanın sakini olduğu ona məlum olmuşdur. Baş vermiş hadisədən əvvəl də Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuşdur. Bu mübahisələrin səbəbi isə Zərərçəkmiş şəxs onun mühafizəçisi işlədiyi binanın giriş hissəsində olan şlaqbaumu açıb-bağlamaq olmuşdur. O hər dəfə Könülə şlaqbaumun yalnız jetonla açıldığını, buna görə ona müdriyyət tərəfindən söz gəldiyini bildirsə də, Könül ona jetonu itirdiyini, ecdə unutduğunu bildirmişdir. Öz istifadəsində olan jetonla şlaqbaumu açmaq yerinə ondan açmağı tələb etmişdir. Şlaqbaumu açmadıqda Könül onu təhqir etmiş və səs küy salmışdır. 04 oktyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində bina sakinləri ilə işlədiyi binanın qarşısındakı olan tıxaca baxırmışlar. Bir qədər sonra Könül onlara yaxınlaşmış və onunla bağlı öz narazılığını bildirmişdir. Könül onu təhdid edərək işlədiyi yerdən qovduracağını bildirmişdir. Bu zaman əsəblərini cilovlaya bilməmiş və Zərərçəkmiş şəxs bir neçə dəfə əli ilə vurmuşdur. Ətrafda olan şəxslər onların arasına girərək onu ordan uzaqlaşdırmışlar.Hadisəni görən yaxınlıqdakı polis əməkdaşları ona yaxınlaşmış, onları Polis Bölməsinə dəvət etmişlər. Üzü olmadığı üçün qapısına gedib üzrxahlıq edə bilməmişdir. Videogörüntüyə baxanda özü də etdiyi hərəkətdən peşman olmuşdur. Daha sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama” park yaşayış kompleksində yaşayır. Özünün rahatlığı üçün həmin binanı seçmişdir. Orada bir neçə mühafizəçi işləyir. Əfqan adlı şəxs də həmin binada mühafizəçi vəzifəsində işləmiş, onunla aralarında əvvəllər bir neçə dəfə şlaqbaumu açmadığına görə sözlə mübahisələr olmuşdur. Əfqan ona bildirirdi ki, şlaqbaumu açmağa icazə verilmir, ancaq ciplə açıla bilər. Cip oxunan hissə kənarda şlaqbaumun aşağı hissəsində olmuş, onun avtomobili hündür olduğu üçün hər dəfə düşüb əyilib cipi oxuda bilmirdi. Əfqan əlində şlaqbaum açmaq üçün pult olduğu halda açmırdı, təkcə ona qarşı belə hərəkət edirdi. Digər mühafizəçilər hər biri o gələndə şlaqbaumu açmışlar , Əfqan isə açmayaraq hər dəfə mübaisəyə səbəb olmuşdur. 04 oktyabr 2022-ci il yaşadığı binanın dayanacağında özünə məxsus olan avtomobili dayandırıb, binanın giriş hissəsincə bir sıra şəxsin toplaşdığını görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda tanımadığı bir nəfər şəxsin Əfqan adlı şəxslə sözlə mübahisə etdiyini görmüşdür. O da mühafizəçi işləyən Əfqandan narazılığını bildirmişdir. Ətrafa toplaşan bina sakinlərinə Əfqanın işdən çıxarılması ilə bağlı müraciət etməyi təklif etmişdir. Sözünü deyib həmin yerdən uzaqlaşdıqda Əfqan onu arxadan tutub, boğazından tutub divara vurmuş, daha sonra onu sağ-sol tərəflərdən yumruqla vurmuşdur. Anası Pərnaz onu Əfqanın əlindən alarkən anasının əlindən tutub burmuşdur. Daha sonra ətrafda olan polis əməkdaşları Əfqanı ondan uzaqlaşdırmışlar. Polis əməkdaşları onu anasıyla birlikdə Xətai RPİ-nin 36-cı polis bölməsinə dəvət etmişlər.Bölmədə baş verənlər barədə ərizə yazaraq Əfqandan şikayətçi olduğunu qeyd etmişdir.Üzür istəməsinə baxmayaraq təqsirləndirilən şəxslə barışmadığını və onun qadına əl qaldırdığı üçün cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yunis qızı ifadəsində göstərmişdir ki, “Forte Kids” mağazasında işləyir. 04 oktyabr 2022- ci il tarixdə bir neçə şəxsin mağazının yaxınlağındakı binanın giriş hissəsində toplaşdığını görmüşdür. Həmin şəxslərə baxan zaman binanın mühafizəçisi Əfqan ilə bir xanımın mübahisə etdiyini görmüşdür. Xanımın Əfqanı söydüyünü eşitmişdir. Lakin həmin söyüşləri dilənə gətirə bilmir. Daha sonra Əfqan həmin xanımın üstünə gedərək əli ilə onu vurmuşdur.Xanimda Əfqana əl-qol atmışdır.Sonra yaxında olan polis əməkdaşları Əfqanı götürüb aparmışlar. Mağazanın, yaxınlıqda olan aptek işçiləri də orada olmuşdur. Mübahisəyə nəyin səbəb olduğunu isə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü Sumqayıt şəhərində yaşayır, hadisədən bir gün əvvəl qızı Könülün evinə gəlmişdir. 04 oktyabr 2022-ci il tarixdə Könüllə birlikdə binanın yaxınlığındakı marketə gedərkən binanın giriş hissəsində bir sıra şəxsin toplaşdığını görmüşdür. Qızı da həmin yerə toplaşan şəxslərə yaxınlaşıb orada mühafizəçi işləyən Əfqan adlı şəxsdən narazılığını bildirmişdir. Əfqanı əvvəl tanımırdı. Könül öz sözünü deyib həmin yerdən uzaqlaşdıqda görmüşdür ki, Əfqan arxadan onun boğazından tutmuş, divara çırpmış, daha sonra Könülü əli ilə təkrar vurmuşdur. Ətrafdakı şəxslərlə birlikdə onları ayırmağa cəhd göstərərkən Əfqan onun əlindən tutub burmuşdur. Daha sonra ətrafda olan polis əməkdaşları Könülü Əfqanın əlindən almışlar. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq məhkəmə iclasında iştirak etməyən şahidlər Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3, Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir.Elan olunmuş ifadələr təqsirləndirilənin ,zərərçəkmişin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş , hadisənin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmiş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1123 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs başın sağ alın-gicgah nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin və hər iki bazunun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən olunan xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayla baxış keçirdikdə, videogörüntünün birinci saniyəsindən etibarən video görünütünün ünvan 3 ünvanın yaxınlığındakı müşahidə kamerası vasitəsi ilə qeydə alındığı müəyyən edilir. Video görüntüyə baxış zamanı müəyyən edilir ki, həmin binanın girişindəki şlaqbaumun qarşısında bir neçə nəfər şəxs toplaşmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs sözlə mübahisə etdikləri və ətrafdakı şəxslərin onların mübahisəsinə baxdığı müşahidə gedilir. Diskdə olan videogörüntünün 01 dəqiqə 05 saniyəsində Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşması əks olunur. Videogörüntünün 01 dəqiqə 10cu saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gedir, ilk olaraq Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs boğazından itələyərək onun həmin binanın giriş hissəsində olan sütuna sıxaraq hərəkətini məhdudlaşdırır, başının və bədənin müxtəlif hissələrinə yumruqla ardıcıl zərbələr endirir, ətrafa toplaşan şəxslər və Zərərçəkmiş şəxs anası Şahid1 ayırmağa cəhd edirlər. Bu zaman həmin yerdə olan polis əməkdaşları baş verən dav-dalaşa müdaxilə edirlər. Bununla da Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan dava-dalaş sonlanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama Park” yaşayış kompleksininin giriş hissəsində baş vermiş mübahisənin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, hadisə yerinin videogörüntüsü, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən aşkar cinayət törətməsi, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama Park” yaşayış kompleksininin giriş hissəsində baş vermiş mübahisənin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdrəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən “Panorama Park” yaşayış kompleksininin giriş hissəsində baş vermiş mübahisənin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar