Məhkəmə qərarları › İş №1(011)-118/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-118/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-118/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi - X1, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan, nəqliyyat vasitəsi üçün yol vərəqəsi əsasında «B» kateqoriyalı «AD 190019» nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə «Chevrolet Cruze» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində təxminən 60 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, NV-ni müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda bunları etməyərək həmin yolda piyada qismində əlil arabası ilə hərəkətdə olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin ön sağ hissəsi ilə vurub, sonuncunun sağ tərəfli yerini dəyişən qabırğa sınıqları, dərialtı emfizema və alın nahiyəsinin yumşaq toxumasının əziyi ilə nəticələnən ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət əməlini törətməkdə özünü təqsirli bilməmiş, lakin məhkəmə iclası zamanı cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, onun «B» dərəcəli sürücülük vəsiqəsi var. Avtomobili olmasa da, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus kirayə avtomobil şirkətindən **-PF-*** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» minik markalı avtomobili kirayə götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində təxminən 60 km/saat sürətlə hərəkət edən zaman işıqforu keçdikdən sonra yolu soldan sağa keçən akkumulyatorlu əlil arabası ilə yolu keçən şəxs peyda olmuşdur. Bu vaxt əyləcə bassa da həmin əlil arabası ilə avtomobilin ön bufer hissəsi toqquşdur. Bundan sonra əlil arabasında olan qadın yerə yığılmışdır. Zərbənin təsirindən həmin əlil arabasında olan qadın xəsarət almışdır. Daha sonra adının Natalya olduğunu öyrəndiyi qadını xəstəxanaya aparmışdır. Həmin vaxtı avtomobildə tək olmuşdur. Başqa heç kəs orada olmamışdır. Özü spirtli içki qəbul etmir. Həmçinin, hava şəraiti yağmursuz və yol işıqlı olmuşdur. Diqqətsizlik edib fikri yolda olmadığı üçün qəza baş vermişdir. Əməlindən peşmandır. Odur ki, barəsində bəraət verici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2015-ci ildən İ qrup əlil olduğu üçün elektrikli əlil arabası ilə hərəkət edir. 24 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektindən Zığ yolu istiqamətində hərəkətdə olmuşdur. Qədim Qəbələ restoranının qarşısında işıqforun işığı yandıqdan sonra hərəkətə başlamışdır. Bu vaxt yolu keçərkən anidən «Chevrolet» markalı avtomobil peyda olmuş və onu vurmuşdur. Zərbənin təsirindən arabasından yerə yıxılmışdır. Həmin vaxtı xəsarət aldığı üçün onu Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 25 dekabr 2022-ci il tarixli «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə üzü «Qəbim Qəbələ» restoranı istiqamətində baş vermişdir; (i.v.7-12) - 25 dekabr 2022-ci il tarixli 2/33692 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.22) - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsindən görünür ki, **-PF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruise” minik avtomobili xx.xx.2022-ci il tarixədək Əhədova (Alaraibi) Rumiyyə Vasif qızına kirayəyə verilmişdir.(i.v. 21) - 09 fevral 2023-cü il tarixli 8/134 nömrəli Azərbaycan Respublikası Məhkəmə Eksperetizası Mərkəzinin rəyindən görünür ki, «Chevrolet Cruze» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs hərkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.30-31) - 27 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx/xx/2023 nömrəli canlı şəxsin məhkəmətibb müayinəsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ tərəfli qabırğalar sınıqları yerini dəyişmişdir, dəriallı emfizema və alın nahiyəsinin yumşaq toxumasının əziyi bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə xarakter deyildir. (i.v.40-45) - 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (i.v.1) - 12 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;(i.v.61- 62) - 05 may 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmdışdır; (i.v.74) - 25 may 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; (i.v.77) - 18 may 2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(i.v. 81) - 01 iyun 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardad görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işi xitam olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. (i.v. 82-85) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(011)-81/2024 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 01 iyun 2023-cü il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi» haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. (i.v. 89- 92) - 16 iyul 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardad görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir; (i.v.93-94) - 17 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmdışdır; (i.v.97-98) - 22 oktyabr 2024-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət məsuliyyətinə cəlb olunsada həmin tarixdə CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə əsasən icraata xitam verilmişdir.(i.v. 101-102) - 05 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; (i.v.103-104) - 05 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; (i.v.117- 118) - 05 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (i.v.136-137) - 08 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmdışdır; (i.v.147-148) - 13 dekabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; (i.v.152-153) - 5 saylı Bakı ASAN ximdət mərkəzində notarial qaydada təsdiq olunmuş **********974 nömrəli 17 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir; (i.v.70) Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 263.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Eyni zamanda ibtidai istintaq dövründə ********* saylı cinayət işinin istintaqı bir neçə dəfə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair xx.xx.2006-cı il tarixli Qərarında bildirilir ki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq etmək üçün həmçinin, CPM-in 39-cu maddəsində istisna hal kimi göstərilən CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sonuncu maddəyə müvafiq olaraq cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Qeyd olunan Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 24 dekabr 2022-ci ildə törədilib. Beləliklə, cinayətin törədildiyi vaxtdan etibarən iki ildən xeyli çox müddət keçib və təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi halı olmayıb. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan - «Chevrolet Cruze» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.3, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - «Chevrolet Cruze» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci X2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar