Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-12/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 01 aprel 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində istintaqa məlum olmayan mənbədən 25 manata qanunsuz olaraq, kimyəvi komponent tərkiblərinə görə eyni olan 0,942 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 aprel 2022-ci il tarixdə saat 05 radələrində ünvan 3 ünvanda tanışı Şahid3 qanunsuz olaraq 0,068 qramını 8 manata satmış, digər hissəsini üzərində şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla daşımış, 01 aprel 2022-ci il tarixdə saat 10:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ukrayna dairəsi yaxınlığından qanunsuz olaraq narkotik vasitələrin satışı və istehlakı ilə məşğul olmasında şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazılanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yaxınlığında saxlanılaraq Polis Bölməsinə aparılmışdır. Polis Bölməsində bir neçə gün saxlanıldıqdan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır, həmçinin tərəfindən heç kimə narkotik vasitə satılmamışdır. Polis əməkdaşları üzərində şəxsi axtarış və götürmə keçirməzdən əvvəl ona fiziki təsir göstərdiklərindən o, məcbur qalıb üzərinə qoyulmuş maddənin ona məxsus olmasını bildirmişdir. Bundan sonra isə ona əsassız olaraq narkotik vasitələrin istifadəsində, daşınmasında və satışında təqsirləndirilməsinə dair ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. Aprel ayının 1-də 2022-ci il tarixdə səhər saatlarında Seyran adlı şəxsin narkotik vasitələri istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və o iş yoldaşı Şahid2la birlikdə İ.İsmayılov küçəsinə yaxınlaşmışlar və verilən əlamətlərə uyğun olaraq Seyran adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və onunla birlikdə bölməyə yaxınlaşmışlar. Bölmədə vəkil otaqlarının birində, vəkilin iştirakı ilə onun üzərinə baxış keçirmişlər və üzərindən narkotik vasitə aşkar etmişlər. Həmin şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 8 manata Yaşar adlı şəxsdən almışdır. Verilən məlumata əsasən onlar Ukrayna dairəsinə yaxınlaşmışlar və orada əlamətlərə uyğun olaraq Yaşar adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu bölməyə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər və üzərində narkotik vasitə aşkar olunmuşdur. Sorğu sual zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Həmçinin, Yaşar özü bildirmişdir ki, narkotik vasitəni bir hissəsini Seyrana 8 manata satmışdır. Hər iki şəxsin üzərinə baxış keçirilən zaman o da iştirak etmişdir. Yaşarın üzərində olan narkotik vasitə heroin olmuşdur. Onlara qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 oğlunun ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, aprel ayında 2022-ci il tarixdə əməliyyət tədbirləri nəticəsində bölməyə 2 nəfər gətirmişlər. Həmin şəxslər Seyran və Yaşar adlı şəxslər olmuşlar. Polis Bölməsində təhqiqatçı İlahi Heydərov tərəfindən Yaşarın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə Yaşarın şalvarının sağ yan cibindən aşkar edilmişdir. Sorğu sual zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni özü almış, yarısını da 8 manata dostu Seyrana vermişdir. Çəkilişdə iştirak etmişdir, lakin narkotik vasitənin miqdarı dəqiq yadında deyil. Hər ikisinin bölməyə gətirilməsində iştirak etmişdir. Seyranın üzərinə baxış keçirilərkən o bildirmişdir ki, həmin narkotik vasitəni Yaşardan 7-8 manata almışdır. Hər iki şəxs müdafiəçilər ilə təmin edilmişdirlər. Onlara heç bir təzyiq göstərilməmişdir. Yaşar tərəflərindən xx.xx.2022-ci il tarixdə saxlanılmışdır və həmin vaxt onun yanında Şahid1 da olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid3 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.1976-cı ildə Kürdəmir rayonu, Topalhəsənli kəndində anadan olmuş və ailəlidir. Bir neçə il olar ki, Bakı şəhəri, 8-ci km qəsəbəsində yerləşən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Yaşar həmyerlisidir, Yaşarda işlədiyi 8-ci km bazarında arabaçı işləyir. Təxminən 10-15 gün olar ki, həmyerlisi olan Yaşar ona məxsus Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində ünvansız evində qonaq qismində qalır. Təxminən 3-4 ildir müxtəlif növ narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotiki tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində ünvan 6 ünvanda olarkən Yaşarla görüşüb ondan şəxsi istifadəsi üçün 8 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini üzərində saxlamışdır. 01 aprel 2022-ci il tarixdə saat təxminən 07 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsi 56 saylı ünvanda olarkən iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək özünü şübhəli apardığı üçün narkotik vasitədən istifadə edib etməməyini soruşmuşlar. Yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini dərk edib, üzərində narkotik vasitə olmasını demişdir. Sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunaraq bir nəfər vəkil dəvət edilib videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş, eyni zamanda həmin narkotiki haradan və kimdən almağını soruşanda, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində tanışı və həmyerlisi olan Yaşardan 8 manata əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə üzərində axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş bağlamada olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Şahid3 üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində onunla birlikdə yaşayan həmkəndlisi və birlikdə işlədiyi Təqsirləndirilən şəxs 8 (səkkiz) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 01 aprel 2022-ci il tarixdə saat 07 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Şahid3 üzərindən aşkar olunan maddə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman ümumi çəkisinin 0.19 qram olması müəyyən edilmişdir. Şahid3 təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33- 35); şübhəli şəxsin tutulması haqqında 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 52); şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Ramana qəsəbəsindən tanımadığı heçbir anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 25 (iyirmi beş) manat pul müqabilində şəxsi istifadəsi və bir qismini tanışı Seyrana satması üçün almasını, 08 manat pul müqabilində aldığı narkotik vasitənin bir qismini Seyrana verməsini, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman ümumi çəkisinin 1.14 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 63-65); şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də verdiyi izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsində üzdən tanıdığı, lakin dəqiq anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 25 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir qismini onunla yarmarkada bir yerdə işləyən Seyran adlı tanışına xx.xx.2022-ci il tarixdə saat təxminən 05:00 radələrində Xətai rayonu, İ.ismayılov küçəsində 8 manata satmış, bir qismini özü istifadə etdikdən sonra qalan qismini üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Polis Bölməsində xidməti otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparan zaman üzərində daşıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır, yalnız bir dəfə xx.xx.2022-ci il tarixdə tanışı Seyrana 8 manatlıq narkotik satmışdır. Üzərində olan narkotik vasitədən başqa hər hansı bir yerdə narkotik vasitə saxlamamışdır. İzahatın sonunda isə Təqsirləndirilən şəxs “izahat mənim sözlərimlə yazıldı, ucadan oxundu, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd etmişdir (i.v. 69); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli, 6/1758 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “...Vətəndaş Şahid3 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 71-75); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli, 6/1759 saylı saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Şahid3 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 78-81); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 90-91); 02 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 56 ünvanında üzərində olan narkotik vasitə heroinin bir qismini 8 manata Şahid3 satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 98-99); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 105-106); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 115-116); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-153/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 129-134); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 154); maddi sübutun tanınması haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizalarına tədqiqat zamanı sərf edildikdən sonra qalıq qalmış 0.824 qram və 0.058 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir (i.v. 173-174); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 2332 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 176-177); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin xx.xx.2022-ci il tarixli 6/1759 və 6/1758 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 2332 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.874 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.824 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.068 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.058 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, 02 ədəd “CD-R” formatlı disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 178-187); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3105/2023 nömrəli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçadan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət olmamışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-12/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan telefon zəngləri, SMS mətnləri, həmin nömrənin anten dairəsi, həmçinin iş üzrə şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan telefon zəngləri, həmin nömrələrin anten dairələri barədə məlumatların “Bakcell” və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır; "xxxx" MMC-dən daxil olmuş çıxarışlara əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS mətnlərinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müxtəlif şəxslər tərəfindən “Dur bura gəl, mal zad lazım deyil”, “15 manat vardı Kola Lazımdır”, “Ele İrannı düz deyir Yaşar, sen nali ordan götürmüsən” məzmunlu SMS-lər göndərilmişdir. Məhkəmə istintaqı zamanı birinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şahid3 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Şahid3 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində onunla birlikdə yaşayan həmkəndlisi və birlikdə işlədiyi Təqsirləndirilən şəxs 8 (səkkiz) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 01 aprel 2022-ci il tarixdə saat 07 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Həmçinin, məhkəmə istintaqı zamanı ikinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Ramana qəsəbəsindən tanımadığı heçbir anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 25 (iyirmi beş) manat pul müqabilində şəxsi istifadəsi və bir qismini tanışı Seyrana satması üçün almasını, 08 manat pul müqabilində aldığı narkotik vasitənin bir qismini Seyrana verməsini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni heç kimə satmaması və üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Ramana qəsəbəsindən tanımadığı heçbir anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 25 (iyirmi beş) manat pul müqabilində şəxsi istifadəsi və bir qismini tanışı Seyrana satması üçün almasını, 08 manat pul müqabilində aldığı narkotik vasitənin bir qismini Seyrana verməsini, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmə bildirmiş, şəxsi axtarış və götürmə barədə protokol onun və müdafiəçisinin imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də müdafiəçisinin iştirakı ilə verdiyi izahatında Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Ramana qəsəbəsində üzdən tanıdığı, lakin dəqiq anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 25 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir qismini onunla yarmarkada bir yerdə işləyən Seyran adlı tanışına xx.xx.2022-ci il tarixdə saat təxminən 05:00 radələrində Xətai rayonu, İ.ismayılov küçəsində 8 manata satmış, bir qismini özü istifadə etdikdən sonra qalan qismini üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. İzahatın sonunda isə Təqsirləndirilən şəxs “izahat mənim sözlərimlə yazıldı, ucadan oxundu, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “...Aprel ayının 1-də 2022-ci il tarixdə səhər saatlarında Seyran adlı şəxsin narkotik vasitələri istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və o iş yoldaşı Şahid2la birlikdə İ.İsmayılov küçəsinə yaxınlaşmışlar və verilən əlamətlərə uyğun olaraq Seyran adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və onunla birlikdə bölməyə yaxınlaşmışlar. Bölmədə vəkil otaqlarının birində, vəkilin iştirakı ilə onun üzərinə baxış keçirmişlər və üzərindən narkotik vasitə aşkar etmişlər. Həmin şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 8 manata Yaşar adlı şəxsdən almışdır. Verilən məlumata əsasən onlar Ukrayna dairəsinə yaxınlaşmışlar və orada əlamətlərə uyğun olaraq Yaşar adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu bölməyə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər və üzərində narkotik vasitə aşkar olunmuşdur. Sorğu sual zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Həmçinin, Yaşar özü bildirmişdir ki, narkotik vasitəni bir hissəsini Seyrana 8 manata satmışdır...” Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, aprel ayında 2022-ci il tarixdə əməliyyət tədbirləri nəticəsində bölməyə 2 nəfər gətirmişdir. Həmin şəxslər Seyran və Yaşar adlı şəxslər olmuşlar. Polis Bölməsində təhqiqatçı İlahi Heydərov tərəfindən Yaşarın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə Yaşarın şalvarının sağ yan cibindən aşkar edilmişdir. Sorğu sual zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni özü almış, yarısını da dostu Seyrana 8 manata vermişdir. Çəkilişdə iştirak etmişdir, lakin narkotik vasitənin miqdarı dəqiq yadında deyil. Hər ikisinin bölməyə gətirilməsində iştirak etmişdir. Seyranın üzərinə baxış keçirilərkən o bildirmişdir ki, həmin narkotik vasitəni Yaşardan 7-8 manata almışdır. Hər iki şəxs müdafiəçilər ilə təmin edilmişdirlər. Onlara heç bir təzyiq göstərilməmişdir. Həmçinin, ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində ünvan 6 ünvanda olarkən Yaşarla görüşüb ondan şəxsi istifadəsi üçün 8 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini üzərində saxlamışdır. 01 aprel 2022-ci il tarixdə saat təxminən 07 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsi 56 saylı ünvanda olarkən iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək özünü şübhəli apardığı üçün narkotik vasitədən istifadə edib etməməyini soruşmuşlar. Yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini dərk edib, üzərində narkotik vasitə olmasını demişdir. Sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunaraq bir nəfər vəkil dəvət edilib videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş, eyni zamanda həmin narkotiki haradan və kimdən almağını soruşanda, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində tanışı və həmyerlisi olan Yaşardan 8 manata əldə etdiyini bildirmişdir. Şahid3 yuxarıda qeyd olunan ifadəsində göstərdiyi xüsusatlar iş materiallarına əlavə edilmiş onun üzərində şəxsi axtarış və götürməni əks etdirən 01 “DVD-R” formatlı disk və xx.xx.2022-ci il tarixli protokolla da öz təsdiqini bir daha tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-kimyəvi ekspertizanın nəticəsində əldə olunmuş 02 aprel 2022-ci il tarixli, 6/1758 saylı rəydə tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin heroin olması və üzərində “...Vətəndaş Şahid3 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan heroinlə kimyəvi komponent tərkiblərinə görə eyni olması göstərilmişdir. Məhkəmə şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Şahid1, Şahid2 və Şahid3 ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında “xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yaxınlığında saxlanılaraq Polis Bölməsinə aparılmasına, polis Bölməsində bir neçə gün saxlanıldıqdan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə və polis əməkdaşlarının üzərində şəxsi axtarış və götürmə keçirməzdən əvvəl ona fiziki təsir göstərmələrinə” dair vermiş olduğu ifadəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini aşağıdakı hallarla izah edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs izahatında göstərilən halların araşdırılması məqsədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına təhvil verilərkən bədənində hər hansı bir fiziki xəsarət izlərinin olubolmaması barədə məlumat verilməsinə dair müvafiq orqana sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3105/2023 nömrəli sorğuya cavab məktubunda və ona əlavə edilmiş tibbi kitabçada həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olması, təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılması və müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət olmaması qeyd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman belə ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan telefon zəngləri, SMS mətnləri, həmin nömrənin anten dairəsi, həmçinin iş üzrə şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan telefon zəngləri, həmin nömrələrin anten dairələri barədə məlumatların “Bakcell” və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmə qərarının icra edilməsi nəticəsində "xxxx" MMC-dən daxil olmuş çıxarışlara əsasən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin müxtəlif ünvanlarda aktiv olması, həmin nömrəyə fərqli mobil nömrələrdən zənglərin və SMS-lərin daxil olması və çıxmasından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulması və ona fiziki zor tətbiq edilməsi barədə göstərdiyi xüsusatlar da həqiqəti əks etdirmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.874 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş az ciddi cəza daha ciddi cəza ilə əhatə olunmaqla qəti cəza təyin edilməli, cəzasının əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.874 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.824 qram narkotik vasitə heroin və Şahid3 üzərindən aşkar edilmiş və hazırkı iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd bükümdə təmiz çəkisi 0.068 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.058 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş az ciddi cəza daha ciddi cəza ilə əhatə olunmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.874 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.824 qram narkotik vasitə heroin və Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.068 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.058 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-12/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-12/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver