Məhkəmə qərarları › İş №1(011)-120/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-120/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-120/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Razaman oğlunun, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs22, Təqsirləndirilən şəxs, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsi, Südçülük sovxozu yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs19 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs19 12 yanvar 2023-cü il tarixdə saat 13:34:26-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz region” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 115 manat, 12 yanvar 2023-cü il tarixdə saat 16:59:37-də Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz” supermarketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 16:07:36-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Hikmət” marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 745 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs20 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs20 13 yanvar 2023-cü il tarixdə saat 16:21:32-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 105 manat, 13 yanvar 2023-cü il tarixdə saat 17:18:14-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 13:38:36-da ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs20 ümumilikdə 735 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs18 kredit təşkilatından 5.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs18 27 mart 2023-cü il tarixdə ünvan 13, ev 13 ünvanında olan zaman mobil telefonunda olan mobil bank tətbiqi vasitəsilə “X18” ASC-yə məxsus 4098 5844 6753 8243 nömrəli "xxxx" bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 345 manat və 28 mart 2023cü il tarixdə yenidən həmin ünvanda olan zaman mobil telefonunda olan mobil bank tətbiqi vasitəsilə “X18” ASC-yə məxsus 4098 5844 6753 8243 nömrəlli "xxxx" bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 227 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs18 ümumilikdə 572 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs17 kredit təşkilatından 7.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs17 04 aprel 2023-cü il tarixdə saat 14:35-də Biləsuvar rayonu, Heydər Əliyev prospekti 28 A ünvanda yerləşən “Uğur” marketə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 128 manat, 04 aprel 2023-cü il tarixdə saat 16:49:09-da eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 315 manat, 04 aprel 2023-cü il tarixdə saat 17:21:31-də eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 315 manat və 04 aprel 2023-cü il tarixdə saat 17:58-də eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan qardaşı Murad Məmmədova məxsus “X21” ASC-nə aid 4098 5844 7843 1867 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsatini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 1073 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod İV). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs16 kredit təşkilatından 7.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs16 09 aprel 2023-cü il tarixdə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən evində olan zaman mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 147 manat pul vəsaitini və Zərərçəkmiş şəxs16 qeyd edilən tarixdə onun istifadəsində olan “X21” ASC-nə aid 4098 5844 7195 6555 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 630 manat pul vəsatini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs16 ümumilikdə 777 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod V). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 “Exspress” bankdan 10000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 20 may 2023-cü il tarixdə saat 16:16:47-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Like” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 200 manat və həmin günü saat 16:41:56-da qeyd edilən ünvanda yerləşən marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 460 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalından nağdılaşdırıb 660 manat pul vəsaiti vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 660 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir (epizod Vİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 30 oktyabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs6 8000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs6 aldadaraq 01 noyabr 2023-cü il tarixdə saat 18:27:26-də Bərdə rayonu, Həsənqaya kəndində yerləşən “Oba Bərdə 3” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsi Zərərçəkmiş şəxs6 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M10” elektron pul qabının hesabına köçürdüyü 410 manat pul vəsaitini və həmin günü saat 19:02:40-da eyni ünvanda yerləşən “Oba Bərdə 3” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs6 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M 10" elektron pul qabının hesabına köçürdüyü 410 manat pul vəsaitini, o cümlədən 03 noyabr 2023-cü il tarixdə saat 19:49:41də Bərdə rayonu, Heydər Əliyev prospektində yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs6 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M 10” elektron pul qabının hesabına köçürdüyü 450 manat pul vəsaitini onun özünə məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 1270 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb həmin məbləğdə pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1270 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod Vİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 21 noyabr 2023-cü il tarixdə saat 15 radələrində “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs4 “İdeal Kredit” təşkilatı tərəfindən 10000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs4 aldadaraq Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 5239 1517 0307 7100 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs4 əldə etdikdən sonra həmin kartın hesabında olan 1831 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 1831 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdılaşdırıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 1831 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod Vİİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 29 noyabr 2023-cü il tarixdə saat 15:40 radələrində “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu X8 bank tərəfindən 10.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Aytac Hüseynovanı aldadaraq Aytac Hüseynovanın istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 4149 3335 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Aytac Hüseynovadan əldə etdikdən sonra həmin kartın hesabında olan 931 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 931 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə nağdlaşdırıb gizli olaraq talayaraq zərərçəkmiş şəxs X8 931 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod İX). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 06 dekabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs7 8.000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs7 aldadaraq 08 dekabr 2023-cü il tarixdə saat 11:40:41-də ünvan 7 ünvanda yerləşən “Qismət” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs7 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə açdığı “M 10” elektron pul qabının hesabına köçürdüyü 310 manat pul vəsaitini və həmin günü saat 12:40:56-da Siyəzən şəhəri, Babək kəndində yerləşən “AL” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs7 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M 10” elektron pul qabının hesabına köçürdüyü 370 manat pul vəsaitini onun özünəməxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 680 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb həmin məlbəğdə pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod X). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 25 dekabr 2023-cü il tarixdə saat 14 radələrində “Tik-Tok” sosial şəbəkəsinin “Fast Loto” səhifəsində tanış olduğu Zərərçəkmiş şəxs2 “Fast Loto” səhifəsində oyun oynamaqdan ötrü qeydiyyatdan keçirmək adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq Zərərçəkmiş şəxs2 istifadəsində olan “X27” ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan "xxxx" bank kartına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs2 əldə etdikdən sonra həmin kartın hesabında olan 1230 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 1230 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 1230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod Xİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 18 fevral 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs8 "xxxx" ASC tərəfindən 2000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs8 aldadaraq Zərərçəkmiş şəxs8 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 7520 2339 nömrəli bank kart hesabına 18 fevral 2024-cü il tarixdə saat 12:20-də ünvan 8 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürdüyü 310 manat pul vəsaitini, Zərərçəkmiş şəxs8 həmin günü saat 12:35-də qeyd edilən ünvanda yerləşən 4169 7388 7520 2339 nömrəli bank kart hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürdüyü 300 manat pul vəsaitini və daha sonra yenidən Zərərçəkmiş şəxs8 həmin günü saat 12:35-də qeyd edilən ünvanda yerləşən 4169 7388 7520 2339 nömrəli bank kart hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürdüyü 300 manat pul vəsaitinin köçürülməsini öyrəndikdən sonra Zərərçəkmiş şəxs8 elektron məlumat daşıyıcısı olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 7520 2339 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs8 əldə etdikdən sonra həmin kartın hesabında olan 910 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 910 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs8 910 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod Xİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 07 mart 2024-cii il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs12 “X39” kredit təşkilatı tərəfindən kredit ayrılmasına köməklik etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs12 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 7472 1594 nömrəli bank kart hesabına aid məlumatları və şilrəni Zərərçəkmiş şəxs12 əldə eldikdən sonra 07 mart 2024-cü il tarixdə saat 20:01:29-da həmin kartın hesabında olan 1400 manat pul vəsaitini və həmin günü saat 20:02:59-da qeyd edilən hesabdan 50 manat pul vəsaitini özünün istifadəsində olan 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından cəmi 1450 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdılaşdınb vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs12 ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod Xİİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 11 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs21 tanışı Şahid kredit təşkilatı tərəfindən 3000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs21 və Şahid aldadaraq Zərərçəkmiş şəxs21 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 3289 1398 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs21 əldə etdikdən sonra həmin kartın hesabında elan 680 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 680 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə nağdlaşdırıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs21 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XİV). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 11 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs22 kredit təşkilatı tərəfindən 10000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs22m aldadaraq istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 3157 2734 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs22 əldə etdikdən sonra həmin kartın hesabında olan 320 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə saat 20:24-də Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 320 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə nağdılaşdınb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs22 320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XV). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 23 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs13 kredit təşkilatı tərəfindən 2000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə Zərərçəkmiş şəxs13 aldadaraq Zərərçəkmiş şəxs13 istifadəsində olan “X22” ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4098 5844 5055 3076 nömrəli "xxxx" bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs13 əldə etdikdən sonra 23 mart 2024-cü il tarixdə saat 16:05-də 310 manat pul vəsaitini özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 310 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə nağdlaşdırıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs13 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XVİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 03 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs14 kredit təşkilatı tərəfindən 2000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı iiə Zərərçəkmiş şəxs14 aldadaraq Zərərçəkmiş şəxs14 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 5239 1517 6826 0153 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs14 əldə etdikdən sonra 03 aprel 2024-cü il tarixdə saat 16:27-də 310 manat pul vəsaitini özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 310 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs14 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XVİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 05 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs15 kredit təşkilatı tərəfindən kredit ayrılmasına köməklik etmək adı ilə istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 1132 7695 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs15 əldə etdikdən sonra 05 aprel 2024-cü il tarixdə saat 15:59-da 2000 manat və həmin günü saat 16:00-da 4169 7388 1132 7695 nömrəli bank kart hesabından 200 manat pul vəsaitini özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa molum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 2200 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 2200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XVİİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 18 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs11 3800 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə aldadaraq 18 aprel 2024-cü il tarixdə saat 14:25:18-də Siyəzən rayonu, Heydər Əliyev küçəsində yerləşən “Oba-2” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs11 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M10” elektron pul qabının hesabına köçürdüyü 400 manat pul vəsaitini onun özünə məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 400 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb həmin məlbəğdə pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XİX). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 18 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs9 kredit təşkilatı tərəfindən kredit ayrılmasına köməklik etmək adı ilə aldadaraq istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 3694 7253 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs9 əldə etdikdən sonra həmin kartın hesabında olan 840 manat pul vəsaitini 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10" elektron pul qabının hesabına 18 aprel 2024-cü il tarixdə saat 14:43-də köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu. Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 840 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs9 840 manat madd. ziyan vurmaqla oğurluq etmişdir (epizod XX). Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 30 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs10 “Exspress Bank” kredit təşkilatı tərəfindən 20000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan 4169 7388 8476 7116 nömrəli bank kart hesabına aid məlumatları və şifrəni Vüsalə Əliyavadan əldə etdikdən sonra 01 may 2024-cü il tarixdə həmin kartın hesabında olan 1700 manat pul vəsaitini, daha sonra 02 may 2024-cü il tarixdə 4120 manat pul vəsaitini özünün istifadəsində olan Kənan Əmirahlıya məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından 5820 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə eməklə nağdlaşdırıb vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 5820 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XXİ). Bundan başqa o, təkrarən özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə talama məqsədi ilə 26 may 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 “X42” tərəfindən 5000 manat həcmində kredit ayrılmasına köməklik elmək adı ilə istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə açılmış elektron məlumat daşıyıcısı olan “M 10” elektron hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “M 10” hesabından 26 may 2024-cü il tarixdə saat 12:12-də 100 manat, saat 12:27-də 200 manat, saat 17:17-də 145 manat və saat 17:40-da 200 manat pul vəsaitini Kənan Əmirahlıya məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə ünvan 9 ünvanda yerləşən "xxxx" ASC-nin “Bravo 1” filialında quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə həmin “M 10” elektron pul qabının hesabından elektron məlumat daşıyıcısından istifadə eməklə vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 645 manat maddi ziyan vurmaqla oğurluq etmişdir (epizod XXİİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. Zahir Xalid oğlu və X19 ilə birlikdə Bakı şəhərində müxtəlif otellərdə yaşamışdır. X6 da hər gün onların yanına gəlmiş və onları idarə etdiyi avtomobillə hara lazım olsa aparmışdır. Cinayət işi üzrə vermiş olduğu ifadələrində dostları Zahir Xalid oğlu, Kənan Əmirahlı və Emin İsmayılovla birlikdə vətəndaşların bank kart hesablarından birlikdə oğurluq etmələri barədə dedikləri həqiqətə uyğun deyil. Belə ki, onların onun cinayətlərindən xəbərləri olduğundan və o, onların hər birinə daim maddi dəstək olduğu üçün o, tutulan zaman onlar onu tək qoymayacaqlarını və vətəndaşları birlikdə aldadıb pullarını oğurlamaları barədə ifadə verəcəklərini dedikləri tamamilə yalandır. Onun özü vətəndaşları aldatmaq məqsədi ilə “Tik-Tok” sosial internet platformasında müxtəlif adda kredit verən, lakin faktiki mövcud olmayan ayrı-ayrı adlarda bank kredit təşilatlarının adına səhifələr açıb, həmin səhifələrdə kredit elanları və əlaqə telefon nömrələri yerləşdirmiş və səhifələrə müraciət edən “Tik-Tok” sosial platforma izləyicilərinin kreditlə bağlı suallarını cavablandırmaqla yanaşı onlarla mobil telefon nömrələri ilə əlaqə saxlayıb danışmışdır. Adlarını qeyd etdiyi tanışlarının onun bu işləri görməyindən məlumatları olsa da belə onlar onun işinə qarışmamışlar və onların belə niyyətləri olmayıb. Bəzən o, Zahir Xalid oğlunun və Kənan Əmirahlının mobil telefon nömrələrindən və bank kart hesablarından istifadə etsə də onları bu işə cəlb etməmiş və vətəndaşları aldadıb əldə etmiş olduğu qazancını onlarla bölüşdürməmişdir. Əldə etdiyi pulları özü xərcləmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində “online_kredit-pul” səhifəsində 7000 manata qədər kredit verilə biləcəyini paylaşmışdır. Daha sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs19 onunla *** *** ** **, 077 *** ** ** və və 070 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlayaraq 7000 manat kredit götürmək istədiyini bildirmişdir. O, həmin şəxsə 7000 manat pulu almaq üçün zamin və xidmət haqqı üçün ödəniş lazım olacağını dedikdə sonuncu onunla razılaşmış və atası X16, qardaşı X16 məlumatlarını zamin kimi qeyd etdirmişdir. Daha sonra həmin şəxs ona bildirmişdir ki, 115 manat pul ödənilməlidir. 12 yanvar 2023-cü il tarixdə saat 13:34-də Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Araz” marketin içərisində olan “Milliön” ödəniş terminalı vasitəsilə 115 manat pul vəsaitini onun verdiyi "xxxx" bank ASC-yə məxsus 4098 5844 6273 5174 nömrəli kart hesabına köçürmüşdür. Təxminən 3 saat sonra yenidən 315 manat pul ödəməli olduğunu bildirmişdir. Səbəb kimi isə bu ödənişi etdiyi təqdirdə kreditin təsdiq edilərək kartına yüklənəcəyini demişdir. Həmin gün yenə onun verdiyi karta 315 manat pul vəsaiti köçürülmüşdür. Həmin gündən 3 gün sonra Zərərçəkmiş şəxs19 onunla əlaqə saxlayaraq ona bildirmişdir ki, baş ofisdə sistemdə 2-ci etdiyi 315 manat pul görsənmir. Bu səbəbdən yenidən 315 manat pul ödəniş etməlidir. O, ona inanmış və 16 yanvar 2023-cü il tarixidə saat 16:07-də Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Hikmət” marketin içərisində olan “Milliön” ödəniş terminalı vasitəsi ilə onların ona göndərdikləri həmin kart hesabına 315 manat pul vəsaitini göndərmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İ). Bundan başqa, şəxsiyyəti barədə onda sonradan məlumat olan Zərərçəkmiş şəxs20 “Tik-Tok” sosial platformasında ona məxsus olan “online_kredit_pul17” adlı səhifəsində yerləşdirmiş olduğu kredit elanı ilə bağlı qiyabi tanımışdır. Bu tanışlıqdan sonra “Whatsapp” tətbiqi vasitəsi ilə onunla danışmış və ona kredit təşkilatından 7000 manat almaqda köməklik edəcəyinə söz verib, Zərərçəkmiş şəxs20 13 yanvar 2023-cü il tarixdə “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 105 manat, 315 manat və 16 yanvar 2023-cü il tarixdə eyni qayda ilə “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASCnə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul əldə etsə də ona kredit pul ayrılmasına köməklik etməmişdir. Hazırda “online_kredit_pul17” adlı “Tik-Tok” səhifəsi mövcud deyil. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İİ). Bundan başqa, Zərərçəkmiş şəxs18 “Tik-Tok” sosial platformasında olan “SKY espress.pdf” səhifəsi vasitəsilə qiyabi tanımışdır. O, onunla istifadəsində olan 070 *** ** ** və 077 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Təranəyə 5000 manat kredit ayrılmasına köməklik etmək adı ilə yalandan söz verib Zərərçəkmiş şəxs18 27 mart 2023-cü il tarixdə onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 345 manat və 28 mart 2023-cü il tarixdə yenidən bu dəfə onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 227 manat pulu almış və ona kredit düzəltməmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İİİ). Bundan başqa, sonradan qiyabi tanıdığı Zərərçəkmiş şəxs17 04 aprel 2023-cü il tarixdə onun “Tik-Tok” səhifəsində olan 070 *** ** ** mobil telefon nömrəsini götürüb onunla danışan zaman Müstəqimə özünü yalandan Şəki rayonunda yerləşən “SKY ekspress”-nin işçisi kimi təqdim edib adının Vidadi olduğunu demişdir. Müstəqim onu Vidadi olaraq tanısa da onu üzdən görməmişdir. Ümumiyyətlə kreditlə bağlı ona nıüraciət edən şəxslərin heç biri onu üzdən görməmişdir. Onlar onun Təqsirləndirilən şəxs olmağımı ona aid olan bank kartında olan məlumatlardan öyrənmişlər. Zərərçəkmiş şəxs17 7000 manat kredit ayrılmasında köməklik edəcəyini deyib Zərərçəkmiş şəxs17 04 aprel 2023-cü il tarixdə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü ümumilikdə 1073 manat pulunu bank kartının vasitəsilə almışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İV). Bundan əlavə, Zərərçəkmiş şəxs16 da onun “Tik-Tok” səhifəsində yerləşdirdiyi kredit elanı ilə bağlı 09 aprel 2023-cü il tarixdə onun 055 *** ** ** saylı mobil nömrəsinin “Whatsapp” proqramına zəng edib 7000 manat kreditə pul götürmək istədiyini bildirəndə o, ona 7000 manat kredit götürmək üçün 777 manat rüsumun depozitə ödəməli olacağını demiş, kreditin şərtlərini izah edib Şəkidə yerləşən filialdan gedib pulu götürə biləcəyini demişdir. Yusifə özünün istifadəsində olan "xxxx"a aid 4169 7388 7877 2924 saylı bank kartının hesab nömrəsini göndərmişdir. Həmçinin ona "xxxx" aid 4169 7388 2695 6322 saylı hesab kartının və "xxxx" banka aid 4098 5844 7195 6555 saylı hesab kartını vermişdir. Yusif 147 manat pulu onun "xxxx" aid 4169 7388 2695 6322 saylı hesab kartına, daha sonra isə 630 manat pulu "xxxx" banka aid 4093 5844 7195 6555 saylı hesab kartına köçürmüşdür. Pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və adını dəqiq xatırlamadığı marketdə quraşdırılmış elektron ödəmə terminalından nağdlaşdırıb çıxartmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod V). Bundan başqa, bütün ona kreditlə bağlı müraciət edən şəxslərin kimliyi ona sonradan məlum olmuşdur. Onlardan biri də Zərərçəkmiş şəxs5dur və Rasim onun “Tik-Tok” səhifəsindən 077 *** ** ** mobil telefon nömrəsini götürüb onunla əlaqə yaratmışdır və o, özünü ona X1 təqdim etmişdir. Rasim Həsənova “Exspress” bankdan 10000 manat kredit ayrılmasına köməklik edəcəyinə söz verib Zərərçəkmiş şəxs5 20 may 2023-cü il tarixdə “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 200 manat və həmin günü yenidən 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 460 manat pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və adını dəqiq xatırlamadığı marketdə quraşdırılmış elektron ödəmə terminalından nağdlaşdırıb çıxartmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Vİ). Bundan başqa, 30 oktyabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs6 8000 manat həcmində kredit ayrılmasına köməklik edəcəyini söz vermişdir. İlkin onunla 055 *** ** ** nömrəsi ilə əlaqə saxlamışdır. 01 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M 10” hesabında 410 manat, daha sonra yenə həmin “M 10” hesabından 410 manat pul və 03 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə açdırdığı “M 10” hesabından 450 manat pulu özünə məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmüş və pulu həmin günü Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və hazırda xatırlamadığı marketdə olan terminaldan çıxartmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Vİİ). Bundan başqa, Zərərçəkmiş şəxs4 21 noyabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində ona aid “İdeal kredit” səhifəsindən öyrəndiyi 055 *** ** ** telefon nömrəsinin “Whatsapp” proqramına mesaj yazmışdır. O, özünü ona X7 təqdim etmişdir. Xatirəyə 10000 manat məbləğində krediti almağın mümkün olduğunu demişdir. Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş bank kart məlumatlarını və kodu Zərərçəkmiş şəxs4 öyrəndikdən sonra həmin kartın hesabında olan 1831 manatı 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Vİİİ). Bundan başqa, 29 noyabr 2023-cü il tarixdə Aytac adlı xanım “Tik-Tok” sosial şəbəkəsindən onun istifadəsində olan mobil telefon nömrəsini öyrənib kreditlə bağlı ona müraciət etmişdir. O, ona bank tərəfindən 10000 manat kredit ayrılmasına köməklik edəcəyini söz verib Aytaca məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kart hesabına aid məlumatları və şifrəni öyrənib kartın hesabında olan 931 manatı özünün 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod İX). Bundan başqa, 06 dekabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində ona aid “@nagd.pul8” kredit səhifəsindən 055 *** ** ** mobil telefon nömrəsini götürüb onunla kreditlə bağlı danışanda Turala yalandan kreditin şərtləri barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs7 8000 manat kredit almaqda köməklik edəcəyinə söz verib 08 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 “M 10” hesabından 310 manat və həmin günü “M 10” hesabında olan 370 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Tural “M 10” hesabı və kodu barədə ona əvvəldən məlumat vermişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod X). Bundan başqa, 25 dekabr 2023-cü il tarixdə “Tik-Tok” platformasında ona aid “Fast Loto” səhifəsində tanış olduğu Zərərçəkmiş şəxs2 onun istifadəsində olan 055 *** **** mobil telefon nömrəsinin Whatsapp nömrəsi ilə əlaqə saxlamışdır. Vüsal ondan “Fast Loto” səhifəsində oyun oynamaqdan ötrü onu qeydiyyatdan keçirməsini istədikdə Vüsala ödəniş etməli olduğunu demişdir. Vüsal da istifadəsində olan “X32“a məxsus "xxxx" bank kartına aid məlumatları və kodu ona göndərmişdir. Həmin kartın hesabında olan 1230 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Xİ). Bundan başqa, 18 fevral 2024-cü il tarixdə “Tik- Tok” platformasında ona məxsus "xxxx" loqosu olan səhifəsindəki 077 *** ** ** mobil telefonuna “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Qəzənfər adlı bir nəfər zəng edib ondan kreditlə bağlı maraqlandıqda o, 2000 manat kreditin şərtlərini ona izah etmiş və kredit alınmasında köməklik edə biləcəyini demişdir. Qəzənfərin "xxxx" ASC tərəfindən verilmiş kart hesabından 18 fevral 2024-cü il tarixdə 310 manat, daha sonra 300 manat və 300 manat pulu çıxartmazdan əvvəl Qəzənfərə aid "xxxx" tərəfindən verilmiş kart hesabına aid məlumatları və kodu öyrənmişdir. Həmin kartın hesabında olan 910 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Xİİ). Bundan başqa, “Tik-Tok” platformasında “Azərbaycan Mərkəzi bank” adlı və “X42” adlı səhifələri də onun özü yaratmışdır. 07 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs12 “X39” kredit təşkilatı tərəfindən kredit ayrılmasına köməklik edəcəyini demiş və kreditin şərtlərini ona izah edəndən sonra o, onunla razılaşmışdır. Müslümə 1500 manat kreditə pul lazım idi. Müslümə "xxxx" ASC tərəfindən verilmiş bank kartına aid bütün məlumatları öyrənmişdir. 07 mart 2024-cü il tarixdə həmin kartın hesabından iki dəfəyə cəmi 1450 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod Xİİİ). Bundan başqa, 11 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs21 tanışı Şahid 3000 manat kredit düzəldə biləcəyini deyib Mehracın tanışı Zərərçəkmiş şəxs21 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs21 aldıqdan sonra həmin kartın hesabında olan 680 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XİV). Bundan başqa, 11 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs22 10.000 manat kredit almasında köməklik edəcəyinə söz vermişdir. Bundan sonra Rəfiqəyə "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabına aid məlumatları və kodu Zərərçəkmiş şəxs22 öyrənmiş və həmin kartın hesabında olan 320 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XV). Bundan başqa, 23 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs13 həmin səhifədə olan elanda yerləşdirilmiş ona məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ona 2000 manat pul kreditə verilməsini ondan xahiş etdikdə 2000 manat kreditin alınmasında ona köməkilik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs13 aldadaraq onun adına olan "xxxx" bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs13 almışdır. 23 mart 2024-cü il tarixdə 310 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XVİ). Bundan başqa, 03 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs14 həmin səhifədə olan elanda yerləşdirilmiş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ona 2000 manat lazım olduğunu demişdir. Kreditin şərlərini izah etdikdən sonra Zərərçəkmiş şəxs14 "xxxx" tərəfindən verilmiş bank kartına aid məlumatları və şifrəni ona demişdir. 03 aprel 2024-cü il tarixdə 310 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XVİİ). Bundan başqa, 05 aprel 2024-cü il tarixdə “Tik- Tok” platformasında tanış olduğu Zərərçəkmiş şəxs15 05 aprel 2024-cü il tarixdə səhifədə olan elanda yerləşdirilmiş ***-***-**- ** monil telefon nömrəsinə zəng edərək ondan kreditə pul verilməsini xahiş etdikdə Ümidə onlayn kredit verilməsinə köməklik edəcəyini və yalnız kart hesabında pul olmasını demişdir. Ümid adlı şəxs bank hesabında pul olduğunu deyib özü haqqında və bank kartının nömrəsi də daxil olmaqla bütün məlumatları ona göndərmişdir. Bank kart hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs15 öyrəndikdən sonra 05 aprel 2024-cü il tarixdə həmin kart hesabından 2000 manat və daha sonra 2000 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XVİİİ). Bundan başqa, “Tik-Tok” platformasında olan “@azpul.online” səhifəsi ona məxsusdur. Həmin səhifədə olan 070 *** ** ** saylı mobil nömrəni yerləşdirmişmişdir. Həmin mobil nömrənin “Whatsapp” proqramına 18 aprel 2024-cü il tarixdə kimliyi barədə onda sonradan məlumat olan Zərərçəkmiş şəxs11 onunla danışıb 3800 manat kreditə pul götürməkdə ona köməklik etməyini xahiş etmişdir. Pərvizə bütün şərtləri izah etdikdən sonra Pərviz onunla razılaşmışdır. 18 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs11 istifadəsində olan “M 10” hesabına aid məlumatları öyrəndikdən sonra 400 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XİX). Bundan başqa, 18 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs9 ona 070 *** ** ** və 070 *** ** ** mobil telefon nömrələrindən birinə zəng edərək nömrələri “Tik-Tok” səhifəsində olan “mikro kredit” adlı səhifədən götürdüyünü demişdir. Həmin şəxsin "xxxx" ASC tərəfindən verilmiş bank kartının məlumatlarını və kodu öyrəndikdən sonra 840 manat pulu 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürmə edib pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XX). Bundan başqa, 30 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs10 “Exspress Bank” kredit təşkilatı tərəfindən 20000 manat kredit ala bilməsində ona köməklik edəcəyini deyib özündən uydurduğu bankın şərtlərini vüsaləyə izah etmiş və Vüsalədə onunla razılaşmış, "xxxx" ASC tərəfindən verilmiş bank kart hesabına aid məlumatları və telefonuna gəlmiş təsdiq kodunu ona vermişdir. 01 may 2024cü il tarixdə həmin kartın hesabında olan 1700 manat, 02 may 2024-cü il tarixdə 4120 manat pulu Kənan Əmirahlıya məxsus 070 620 20 47 telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” hesabına köçürmə edib həmin günü pulu Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adını və yerini xatırlamadığı marketdəki terminalda nağdlaşdırmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XXİ). Bundan başqa, 26 may 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 onun istifadəsində olan 070 *** ** ** və 070 *** ** ** olan mobil telefon nömrələrindən birinə zəng edərək mobil nömrələri “Tik-Tok” platformasında olan “X42” səhifəsindən götürdüyünü və kreditin şərtləri ilə maraqlandığını, 5000 manat kreditə pul götürmək istədiyini deyəndən sonra Lamiəyə həmin məbləğdə kreditin alınmasında köməkilk edəcəyini və yalnız depozitə pul qoyulmasını deyib kredit şərtləri ilə onu tanış etmişdir. Lamiənin istifadəsində olan 051 *** ** ** telefon nömrəsi ilə açılmış “M 10” hesabına aid məlumatları və şifrəni Zərərçəkmiş şəxs1 almış və “M 10” hesabından 26 may 2024- cü il tarixdə 145 manat, 200 manat b.r və 200 manatı da bir olmaqla cəmi 645 manat pulu Kənan Əmirahlıya məxsus 070 *** ** ** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparıb qeyd edilən tarixdə ünvan 9 ünvanda yerləşən "xxxx" ASC-nin “Bravo 1” filialında quraşdırılmış ödəmə terminalından çıxartmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyanı ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur (epizod XXİİ). Həmçinin o, məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 745 manat, Zərərçəkmiş şəxs20 735 manat və Zərərçəkmiş şəxs5 660 manat məbləğində ziyan vurulmasıni etiraf edir və həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində “online_kredit-pul” səhifəsi ilə qarşılaşmışdır. Həmin səhifədə 7000 manata qədər kredit verilə biləcəyi qeyd edilmişdir. Dərhal elanda qeyd edilən *** *** ** **, 077 *** ** ** və və 070 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlayaraq 7000 manat kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs 7000 manat pulu almaq üçün zamin və xidmət haqqı üçün ödəniş lazım olacağını ona dedikdə həmin şəxslə razılaşmış və atası X16, qardaşı X16 məlumatlarını zamin kimi qeyd etdirmişdir. Daha sonra həmin şəxs ona bildirmişdir ki, 115 manat pul ödənilməlidir. 12 yanvar 2023-cü il tarixdə saat 13:34-də Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Araz” marketin içərisində olan “Milliön” ödəniş terminalı vasitəsilə 115 manat pul vəsaitini həmin şəxsin ona verdiyi "xxxx" bank ASC-yə məxsus 4098 5844 6273 5174 nömrəli kart hesabına köçürmüşdür. Ödəniş etdiyi qəbzin üzərində kartın Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmişdir. Təxminən 3 saat sonra yenidən 315 manat pul ödəməli olduğunu bildirmişdir. Səbəb kimi isə bu ödənişi etdiyi təqdirdə kreditin təsdiq edilərək kartına yüklənəcəyini demişdir. Həmin gün yenə həmin yerdən 16:59-da onların verdiyi həmin karta 315 manat pul vəsaiti köçürmüşdür. Lakin nə qədər gözləsə də ona pul krediti həmin günü ayrılmamışdır. Həmin gündən 3 gün sonra həmin əlaqə saxladığı şəxs ona bildirmişdir ki, baş ofisdə sistemdə 2ci etdiyi 315 manat pul görsənmir. Bu səbəbdən yenidən 315 manat pul ödəniş etməlidir. O, onlara yenə inanmış və 16 yanvar 2023-cü il tarixidə saat 16:07-də Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Hikmət” marketin içərisində olan “Milliön” ödəniş terminalı vasitəsi ilə onların ona göndərdikləri həmin kart hesabına 315 manat pul vəsaitini göndərmişdir. O, onlarla həmişə “Whatsapp” ani mesajlaşma proqramı ilə əlaqə saxlayıb danışmışdır. Onlara sonuncu pulu da köçürdükdən sonra həmin gün nömrəsini onlarla əlaqə saxladığı “Whatsapp” ani mesajlaşma proqramında qara siyahıya salmışlar. Həmin vaxtdan sonra onlarla əlaqə saxlaya bilməmişdir. Həmin gün onların onun etibarından suiistifadə edərək onu aldatdıqlarını bilmişdir. Ümumilikdə həmin nömrələri işlədən şəxslər ona 745 manat dəyərində maddi ziyan vurmuşlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində “online_kredit_pul17” səhifəsi ilə qarşılaşmışdır. Orada onlayn qaydada 7000 (yeddi min) manata qədər kredit verə biləcəkləri qeyd olunmuşdur. Dərhal elanda qeyd olunan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamış. Həmin nömrələrə cavab verən şəxsə 7000 manat kredit götürmək istədiyini bildirdikdə həmin şəxs 7.000 manat pul almaq üçün zamin və xidmət haqqı üçün ödəniş lazım olacağını qeyd etmişdir. Həmin şəxslə razılaşmış və bacısı X5, qaynı X14 məlumatlarını zamin kimi qeyd etdirmişdir. Daha sonra ona bildirilmişdir ki, 105 manat pul ödəməlidir. 13 yanvar 2023-cü il tarixdə saat 16:21-də Bakı şəhəri, 8-ci mikrorayonda olan “Raul” marketin içərisində olan “E-manat” ödəniş terminalı vasitəsi ilə 105 manat pul vəsaitini həmin şəxsin ona verdiyi "xxxx" banka məxsus 4098 5844 6273 5174 nömrəli kart hesabına köçürmüşdür. Ödəniş etdiyi qəbzin üzərində kartın Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmişdir. Təxminən 1 saat sonra yenidən 315 manat ödəməli olduğunu bildirib səbəb kimi isə bu ödənişi etdiyi təqdirdə kreditin təsdiq edilərək kartına yüklənəcəyini demişdir. Həmin gün yenə həmin yerdən saat 17:18-do onların verdiyi həmin karta 315 manat pul vəsaiti köçürmüş, lakin nə qədər gözləsə də ona pul krediti həmin günü ayrılmamışdır. Həmin gündən 3 gün sonra əlaqə saxladığı həmin şəxs ona bildirmişdir ki, baş ofisdə sistemə 2-ci etdiyi 315 manat pul görsənmir. Bu səbəbdən yenidən 315 manat pul ödəniş etməlidir. Onlara yenə inanmış və 16 yanvar 2023-cü il tarixdə saat 13:38-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən “Oba” marketin içərisində olan “E-manat” ödəniş terminalı vasitəsilə onların göndərdikləri həmin kart hesabına 315 manat pul vəsaitini göndərmişdir. O, onlarla həmişə “Whatsapp” ani mesajlaşma proqramında əlaqə saxlmışdır. Daha sonra həmin şəxs onu bloka atmışdır. Həmin vaxtdan sonra onlarla əlaqə saxlaya bilməmişdir. Həmin gün onu aldatdıqlarını bilmişdir. Ümumilikdə ona 735 manat dəyərində maddi ziyan vurulmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. ünvan 10 ünvanında yaşayan X9 evində işləyir. 27 mart 2023-cü il tarixdə qeyd olunan ünvanda olan zaman “Tik-Tok” səhifəsində “SKY espress.pdf” qeyri leqal bank xidməti saytı ilə tanış olmuş və bundan sonra həmin saytda olan 070 *** ** ** mobil telefon nömrəsinin Whatsapp proqramı ilə və 077 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Özünü həmin bankın işçisi kimi edən Sadiq adlı şəxs 5000 manat məbləği götürmək şərti ilə ilkin bank komissiyası olaraq 118 manat, birinci aylığa görə 227 manat ödəməli olduğunu ona demişdir. Sadiqlə razılaşdıqdan sonra Sadiq ona "xxxx"a məxsus 4169 7388 2695 6322 nömrəli kartı göndərmişdir. O, ünvan 4 ünvanında olan zaman telefonunun mobil bank tətbiqi vasitəsilə "xxxx" banka məxsus 4098 5844 6753 8243 kart hesabından "xxxx" məxsus 4169 7388 2695 6322 nömrəli hesaba 345 manat ödəmişdir. Bundan sonra Sadiq ona puluin sistemə gəlmədiyini, sabah ona zəng etməyini demişdir. 28 mart 2023-cü il tarixdə Sadiqə zəng edən zaman pulun onun kartına gəlmədiyini bildirib əlavə olaraq həmin karta 227 manat pul ödəməsini Sadiq ona demişdir. O da ünvan 4 ünvanında olan zaman telefonunun mobil bank tətbiqi vasitəsilə "xxxx" banka məxsus 4098 5844 6753 8243 kart hesabından həmin kart hesabına həmin günü 227 manat ödəmişdir. Sonradan Sadiqlə əlaqə saxlaya bilmədiyini görüb aldandığını başa düşmüş və onun 572 manat pulu həmin şəxs tərəfindən ələ keçirilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində bildirmişdir ki, o, “Tik-Tok” sosial şəbəkəsində öz adına səhifə açaraq qeydiyyatdan keçmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində təcili zaminsiz kredit verildiyi yazılmışdır. Həmin səhifədə qeyd edilmiş 070 *** ** ** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış və həmin şəxsə 7000 manat kreditə pul götürmək istədiyini demişdir. Həmin şəxs ona demişdir ki, 7000 manat kredit götürmək üçün 128 manat rüsum ödənilməlidir. O, 04 aprel 2023-cü il tarixdə Şəki rayonunda yerləşən “SKY ekspress”-in işçisi və Vidadi kimi özünü təqdim edən şəxslə ondan kredit götürməsinə razılığa gəlmişlər. Həmin şəxsin ona göndərdiyi X10 adına məxsus "xxxx" banka aid 4098 5844 7843 1867 saylı plastik karta 128 manat pulu komissiya haqqı olaraq göndərmişdir. Özünü Vidadi kimi təqdim edən şəxs onlayn şəkildə kredit götürdüyü üçün birinci ayın aylıq 1315 manat ödənişinin ödənilməli olduğunu dedikdən sonra Vidadin ona göndərmiş olduğu Təqsirləndirilən şəxs məxsus 4169 7388 2695 6322 saylı kart hesabına 315 manat pulu həmin günü saat 16:49-da Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Uğur” marketdəki “MilliÖn” ödəniş aparatı vasitəsilə göndərmişdir. Vidadi adlı şəxlə əlaqə saxladıqda Vidadi ona pulun sistemdə görsənmədiyini ona bildirib əlavə olaraq 315 manat göndərməsini, həmin məbləğin kreditə əlavə ediləcəyini demişdir. "xxxx" aid 4169 7388 2695 6322 saylı hesaba 315 manatı həmin giınü saat 16:49-da Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Uğur” marketdəki “MilliÖn” ödəniş aparatı vasitəsilə göndərmişdir. Vidadi ona sistemdə 630 manat pulun görsənmədiyini və problem yarandığını bildirib əlavə olaraq 315 manatı X10 "xxxx" banka aid 4098 5844 7843 1867 saylı hesaba göndərməsini dedikdən sonra o, həmin hesaba yenə 315 manat göndərmişdir. Bundan sonra həmin şəxs onu “Whatsapp” sosial şəbəkəsində qara siyahıya atmışdır. Aldandığını görüb bu barədə Biləsuvar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində bildirmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində onlayn kredit səhifəsi görmüşdür. 09 aprel 2023-cü il tarixdə həmin səhifəni işlədən şəxslə onun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış və həmin şəxsə 7000 manat kreditə pul götürmək istədiyini demişdir. Həmin şəxs ona demişdir ki, 7000 manat kredit götürmək üçün 777 manat rüsum ödənilməlidir. 7000 manat pulun ona necə veriləcəyi barədə həmin şəxsdən soruşduqda həmin şəxs ona demişdir ki, 25 dəqiqə ərzində onun hesabına yatırılacaq, yada ki, 3 gündən sonra kredit şəbəkəsinin Şəkidə yerləşən filialından gedib götürə bilər. 7000 manat pulun öznün kartına köçürülməsi üçün həmin şəxsə özünə məxsus olan "xxxx"a aid 4169 7388 7877 2924 saylı kartını göndərmişdir. Daha sonra rüsum pulunu göndərmək üçün həmin şəxs ona özünün istifadəsində olan "xxxx" aid 4169 7388 2695 6322 saylı hesab kartının və "xxxx" banka aid 4098 5844 7195 6555 saylı hesab kartlarını vermişdir. O, ilk dəfə 147 manat pulu həmin şəxsin ona verdiyi "xxxx" aid 4169 7388 2695 6322 saylı hesab kartına, daha sonra isə 630 manat pulu həmin şəxsin"xxxx" banka aid 4098 5844 7195 6555 saylı hesab kartına göndərmişdir. Bundan sonra həmin şəxs onu “Whatsapp” sosial şəbəkəsində qara siyahıya atmışdır. Aldandığını görüb bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 20 may 2023-cü il tarixdə özünü ona bank işçisi kimi təqdim edən, adını və soyadını ona X1 təqdim edən şəxs “Exspress” bankdan 10000 manat kredit götürməkdə köməklik edəcəciyinə görə ona söz vermiş və onların aralarında olan razılaşmaya əsasən ona ilkin olaraq bankda olan kredit gecikdirmələrini sildirəcəyinə söz verərək bunun müqabilində ondan 640 manat pul istəmişdir. O da belə olan halda həmin məbləğdə pulu göndərəcəyinə həmin şəxsə söz vermişdir. O, Vidadi kimi özünü təqdim edən şəxslə 077 *** ** ** mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamış və həmin şəxs ona Təqsirləndirilən şəxs məxsus "xxxx" tərəfindən verilmiş 5243 7544 4255 6112 saylı hesab nömrəsini göndərmişdir. 20 may 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, R.Talıbov küçəsində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə 200 manat, sonradan isə həmin kart hesabına 460 manat göndərmişdir. Pulu göndərdikdən sonra həmin mobil telefon nömrəsinə dəfələrlə zəng etməsinə baxmayaraq həmin şəxs onun telefon zənglərinə cavab verməmişdir. Daha sonra ona həmin şəxsin onu aldatdığı məlum olmuşdur. Ona görə də bu barədə məcbur qalıb polisə şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində aşağı faizlə kreditin verilməsi barədə elanı görmüş və həmin elanda 055 *** ** ** saylı nömrə əlaqə vasitəsi kimi qeyd edilmişdir. 01 noyabr 2023-cü il tarixdə həmin telefon nömrəsinə zəng etsə də nömrəyə zəng çatmamışdır. Bundan sonra o, həmin nömrənin “Whatsapp” proqramına yazaraq kredit götürmək istədiyini bildirmirşdir. Bu zaman həmin şəxs ona şablon şəkildə yazılmış kredit şərtlərini göndərmişdir. Həmin şəxsdən ona nə qədər kredit soruşanda həmin şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Kreditin faizini soruşduqda isə həmin şəxs ona demişdir ki, ona 10 faizlə kredit veriləcək. Daha sonra həmin şəxs ona zəng etmiş və söhbət zamanı həmin şəxsə 8000 manat məbləğində kredit götürmək istədiyini dedikdə həmin şəxs ona demişdir ki, kredit götürmək üçün depozit verilməli və “M 10” hesabına 410 manat qoyulmalıdır. Bundan sonra 01 noyabr 2023-cü il tarixdə axşam saatlarında həmin şəxslə danışan zaman həmin şəxs ona mobil telefonuna kod gələcəyini bildirib həmin kodu ona göndərməsini demişdir. Həmin günü o, Bərdə rayonu, 866 saylı qəsəbədə olan terminal vasitəsilə özünün istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə yaratdığı “M 10” hesabına 410 manat pul yükləmişdir. Daha sonra həmin şəxs ona demişdir ki, 10 dəqiqə sonra krediti aktivləşəcək. Beləlikə 410 manat onun hesabından çıxarılmışdır. Həmin şəxs onunla danışan zaman sistemdə problemin olduğunu bildirib demişdir ki, onun ödəmiş olduğu 410 manat sistemdə görsənmir və yenidən 410 manat yüklənməlidir. Həmin şəxsin sözlərinə inanaraq növbəti dəfə hesabına 410 manat pulu ikinci dəfə yükləmişdir. Bundan sonra həmin şəxs ona cavab verməmişdir. Səhərisi günü, yəni 02 noyabr 2023-cü il həmin şəxslə danışan zaman ona bankın krediti təsdiq etmədiyini və əlavə 450 manat pul göndərməli olduğunu bildirib bankın krediti aktiv edəcəyini demişdir. Həmin 450 manat pulun 410 manatı hesaba oturmalı idi, 40 manat isə həmin şəxsə şirinlik olaraq çatmalı idi. Həmin şəxsin deməsinə görə 450 manat ödənildiyi halda kredit bir dəqiqə ərzində nağdlaşdırılmalı, həmçinin onun ödəmiş olduğu pullar geri qaytarılmalı idi. Bundan sonra həmin şəxs onun istifadəsində olan 051 *** ** ** telefon nömrəsinə “M 10” hesabı yaratmışdır. O, üçüncü dəfə 03 noyabr 2023-cü il tarixdə saat 19:49 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rahat” marketdə olan terminaldan 051 *** ** ** telefon nömrəsinin “M 10” hesabına 450 manat yükləmişdir. Həmin şəxs bankomatın yanına getməsini bildirib ona xəbər edəcəyini demişdir. Daha sonra həmin şəxs onu qara siyahıya atmış və ona məxsus 1270 pulunu ələ keçirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 21 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman özünə məxsus mobil telefonunda “Tik-Tok” sosial şəbəkəsində “İdeal kredit” adı altında kredit verildiyini görüb həmin profildə olan 055 *** ** ** nömrəsinin “Whatsapp” proqramına mesaj yazmışdır. Yazdığı mesajdan sonra özünü ona X24 adı ilə təqdim edən şəxs onun mesajını oxuduqdan sonra cavab olaraq yazmışdır ki, kredit vermək imkanları vardır. Daha sonra həmin şəxs ona “Whatsapp” proqramı vasitəsilə zəng etdikdə həmin şəxsdən hansı miqdarda kredit vermək imkanlarının olduğunu soruşmuşdur. Həmin şəxs şəxsiyyət vəsiqəsini göndərməsini ondan xahiş etdiyi üçün o da şəxsiyyət vəsiqəsini göndərmişdir. Həmin şəxs ona 10000 manat kredit vermək imkanının olduğunu demişdir. Bundan sonra razılaşdığı üçün oğlan ona dörd nəfər yaxın qohumunun telefon nömrəsini göndərməyi bildirdikdə o da dörd nəfər yaxın qohumunun telefon nömrəsini oğlanın saytına göndərmişdir. Oğlan ondan bank kartını istədikdə o, oğlana "xxxx"a məxsus 5239 1517 0307 7100 saylı tam bir kartının şəklini çəkib göndərmişdir. Daha sonra həmin şəxs ondan kartın balansında nə qədər məbləğin olduğunu soruşduğuna görə yalandan bildirmişdir ki, kart hesabında pul yoxdur. Həmin şəxs ona bildirmişdir ki, kartda 370 manat pulun olmalı olduğunu demişdir. Həmin şəxsdən nəyə görə pul olmağını soruşanda həmin şəxs demişdir ki, balans boş olmamalıdır və komissiya haqqı tutulacaq. Həmin şəxsə balansında 370 manat yox, 250 manat pulun olduğunu demişdir. Həmin şəxs onunla razılaşmış və ona telefonuna 4 qərəmli kodun gələcəyəni bildirib həmin kodu ona göndərməsini demişdir. 4 rəqəmli kod gəldikdən sonra kodu oğlana göndərmiş, o cümlədən kartın 3D kodunu da bildirmişdir. Həmin kodu verdikdən sonra onun kart balansından 1851 manat pul hissə-hissə çıxarılmışdır. Telefonuna kartından pulun çıxarılması barədə sms gəldikdən sonra ona məlum olmuşdur ki, kartında olan pul ələ keçirilib. 01 fevral 2024-cü il tarixdə onu aldadan şəxsin profilində polis tərəfindən saxlanıldığını, zərərçəkmiş şəxslərin 050 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamaları barədə məlumatın qeyd edildiyini görüb həmin nömrə ilə əlaqə saxlayıb danışmış və həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Bu barədə 102 xidmətinə zəng edərək şikayət etmiş və Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 29 noyabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman özünə məxsus mobil telefonunda “Tik-Tok” sosial şəbəkəsində kredit vermə elanı ilə rastlaşmış və orada olan 055 *** ** ** nömrəsinin “Whatsapp” proqramına yazıb kredit verilməsi qaydası ilə maraqlanan zaman ona cavab verən şəxs bildirmişdir ki, 10000 manatadək krediti aylıq 320 manat ödəmək şərti ilə verə bilər. Razılaşdıqdan sonra həmin şəxs onun özünə məxsus olan kart hesabının şəklini çəkib ona göndərməsini demişdir. O da özünəməxsus "xxxx"a aid 4169 7388 4149 3335 saylı bank kartının şəklini çəkib həmin nömrənin “Whatsapp”ına göndərmişdir. Bundan sonra həmin bank kart hesabına 331 manat, daha sonra hissə-hissə ümumilikdə 931 manat pul köçürmüşdür. Daha sonra karta köçürdüyü 931 manat pulun “M 10” proqramı vasitəsilə çıxarıldığını aşkar etmişdir. Həmin nömrəyə zəng etdikdə onun nömrəsinin əngəlləndiyini görmüşdür. Bu barədə 102 xidmətinə zəng edərək şikayət etmiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 11 radələrində istifadəsində olan mobil telefonunda daimi istifadə etdiyi “Tik-Tok” sosial platforması vasitəsilə müəyyən məbləğdə kredit əldə etmək üçün kredit səhifələrinin axtarışı ilə məşğul olmuşdur. Axtarış zamanı həmin sosial platformada “@nagd.pul8” adlı hesab onun qarşısına çıxmışdır. Səhifədə müvafiq kredit əldə etmək üçün 055 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamağın lazım olduğu göstərilmişdir. Qeyd olunan nömrə ilə istifadəsində olan mobil nömrəyə aid “Whatsapp” ani-mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış və 055 *** ** ** mobil telefon nömrəsinin “Whatsapp” ani-mesajlaşma tətbiqi vasitəsilə səsli mesajlarla onunla danışan kişi cinsindən olan şəxs ona kredit təşkilatının olduğunu, təşkilatın Bakı şəhərində yerləşdiyini ona bildirib şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini demişdir. Buna görə də o, şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmişdir. Həmin şəxs ona 8000 manat kredit düşdüyünü, həmin məbləğin 15 dəqiqə ərzində onun bank kart hesabına yüklənəcəyini, aylıq ödəniş olaraq 24 ay ərzində hər ay 369 manat ödəməli olacağını demişdir. Təklif ona uyğun olduğundan həmin şəxslə razılaşmışdır. Daha sonra həmin şəxs ona bildirmişdir ki, 8000 manat kredit almaq üçün 310 manat komissiya haqqı ödənilməlidir. Həmin şəxsə 310 manatı özünə aid “M 10” ödəmə sistemi vasitəsilə ödəyəcəyini dedikdə həmin şəxs onunla razılaşmışdır. Özünün “M 10” hesabına 310 manat yükləmiş və həmin hesaba aid 4 rəqəmli kodu həmin şəxsin Whatsapp proqramına göndərmişdir. Daha sonra həmin şəxs ona aid “M 10” hesabına girərək 310 manat pulu məxaric edib özünün istifadəsində olan “M 10” ödəmə sisteminin hesabına köçürmüşdür. Bir neçə dəqiqədən sonra həmin şəxs ona “M 10” hesabına əlavə olaraq 370 manat yükləməsini və bundan sonra ona 8000 manat kreditin ayrılacağını demişdir. Bundan sonra o, dərhal “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə özünə məxsus “M 10” hesabına 370 manat da yükləmişdir. İləmin şəxs tərəfindən ona məxsus “M 10” hesabından 370 manat məbləğində pul da nağdsız formada məxaric edilmişdir. Ona “M 10” hesabından həmin şəxs tərəfindən cəmi 680 manat pulunun oğurlandığı məlum olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 25 dekabr 2023cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı evdə olan zaman özünə məxsus mobil telefonun vasitəsilə “Tik-Tok” sosial şəbəkəsində səhifələrə baxarkən “Fast Loto” oyun səhifəsində uduşun olduğunu görmüşdür. Həmin oyunu oynayıb uduş əldə etmə üçün həmin səhifəyə daxil olmuş və yazışdıqdan sonra onun istifadəsində olan Whatsapp nömrəsinə 055 *** ** ** mobil telefon nömrəsindən həmin oyun haqqında reklam rolikləri göndərilmişdir. Həmin oyun haqqında reklam roliklərinə baxdıqdan sonra qeydiyyatdan keçmək istədiyini yazmışdır. 055 *** ** ** mobil telefon nömrəsinin sahibi ona qeydiyyatdan keçmək üçün kart məlumatlarını göndərməli olduğunu dediyinə görə o, istifadəsində olan "xxxx" banka məxsus kart məlumatlarını Whatsapp vasitəsilə həmin şəxsə göndərmişdir. Bundan sonra o, istifadəsində olan "xxxx" banka məxsus kartından 1230 manat pulunun naməlum şəxs tərəfindən çıxarıldığını görmüş və həmin mobil telefon nömrəsi ilə əlaqə saxlayıb nəyə görə pulunun çıxarıldığını soruşduqda həmin tanımadığı şəxs onu təhqir edərək onun telefon nömrəsini blok etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Abşeron RPİ-nin Saray PB-nə onu dəvət etdikdə o, bölməyə gedərək ərizə və izahat yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 18 fevral 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində səhifələrə baxan zaman qarşısına əsas səhifəsinin üzərində "xxxx" məxsus loqo olan onlayn kredit səhifəsi çıxmışdır. Səhifədə qeyd edilən 077 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq kreditlə bağlı müraciət etmək istədiyini bildirmişdir. Parfüm dükanında işlədiyinə görə kreditə pul götürüb həmin pulun müqabilində dükana parfüm alıb qazanc əldə etmək fikrində olmuşdur. Qeyd etdiyi mobil telefon nömrəsilə əlaqə saxlayan zaman onunla danışan şəxs beş nəfərə yaxın qohumunun telefon nömrəsini və şəxsiyyətini təsdiq edən sənədinin surətini Whatsapp tətbiqi vasitəsilə göndərməsini ona demişdir. Bundan sonra həmin şəxslə əlaqə saxlayan zaman 2000 manat kredit istədiyini dedikdə həmin şəxs bunun mümkün olduğunu və 2000 manatın müqabilində 2 illik faiz 97 manat ödənilməli olduğunu demişdir. Həmin şəxslə danışan zaman o, ona istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7520 2339 nömrəli plastik kartın şəklini atmağı və onun telefonuna gələcək təsdiq kodunu ona bildirməsini demişdir. Bundan başqa həmin şəxs ona demişdir ki, kartında 300 manat depozit olmalıdır, kredit verilən zaman isə həmin depozitdə olan 300 manat onun özünə geri qaytarılacaq. Onunla danışan şəxsin dediklərinə inanaraq işlədiyi ünvan 11 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7520 2339 nömrəli plastik kart hesabına 300 manat pul yükləmiş və 077 *** ** ** saylı mobil telefon nömrəsi ilə onunla danışan şəxsə 300 manatı kartına yüklədiyini dedikdə həmin şəxs təsdiq kodunun gələcəyini və həmin kodu ona deməsini bildirmişdir. Onun kartında ümumilikdə 310 manat olmuşdur. Kartın hesabında buna qədər 90 manat olmuşdur. Bundan sonra o, kart hesabından 310 manat pulun çıxarıldığını görmüşdür. Həmin şəxslə əlaqə saxlayan zaman həmin şəxs ona demişdir ki, sistemdə problem yarandığından pul oturmayıb və həmin karta əlavə olaraq 300 manat yüklənməlidir. Həmin şəxsə inanaraq ünvan 11 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7520 2339 nömrəli plastik kart hesabına 300 manat pul yükləmiş və pulu karta köçürməsi barədə həmin şəxsə məlumat vermişdir. Daha sonra "xxxx" tərəfindən sms vasitəsilə ona təkrarən gələn dörd rəqəmli kodu həmin şəxsə bildirmişdir. Həmin şəxs tərəfindən yenidən kartından 300 manat pulu çıxartdığını bildikdə həmin şəxslə əlaqə saxlayıb ona bu barədə məlumat versə də həmin şəxs ona sistemdə ödənilən məbləğlərin sistemdə görsənmədiyini və bu barədə müdiriyyətə xəbər verdiyini demişdir. Onunla danışan şəxsə bu dəfə ona 070 *** ** ** mobil telefon nömrəsi ilə zəng edərək nömrənin müdirə məxsus olduğunu, sistemdə problem olduğundan kreditin verilməsinin alınmadığını və təkrarən 300 manat pul göndərməli olduğunu, əks halda kredit verilmədiyini dedikdən sonra o, yenə həmin şəxsə inanaraq ünvan 11 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7520 2339 nömrəli plastik kart hesabına 300 manat pul yükləmiş və pulu karta köçürməsi barədə həmin şəxsə məlumat vermişdir. Yenidən bankdan sms-lə daxil olan təsdiq kodunu həmin şəxsə göndərmiş və bu dəfə də kartından 300 manatın çıxarılmasını aşkar etmişdir. Bu barədə həmin şəxsə bildirdikdə həmin şəxs ona sistemdə problemin yarandığını, “M 10” hesabının açılması üçün 500 manat göndərməsini bildirdikdə o, aldandığını başa düşüb ödədiyi pulları geri qaytarmasını bildirmişdir. Həmin şəxs bir həftə ərzində pulunu qaytarmasını desə də pulu qaytarmamışdır. Daha sonra həmin mobil telefon nömrələrinə zəng çatmamışdır. Ona məlum olmuşdur ki, kartından pullar “M 10” hesabına köçürülüb. Həmin şəxs sonra onun mobil telefon nömrəsini blok etmişdir. Ona cəmi 910 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, 14 yaşlı övladı Təbriz Abuşov 8 yaşından 1-ci tip diabet xəstəliyinə tutulmuşdur. Övladını müalicə etdirməyə maddi imkanı olmadığı üçün müxtəlif banklardan kredit götürməyə çalışmışdır. Təxminən bir il bundan əvvəl "xxxx" ASC-dən içərisindən 1500 manat olan kredit kartı əldə etmişdir. Həmin pulu övladına xərcləmiş və vaxtlı-vaxtında pulu geri qaytarmışdır. Sonuncu dəfə həmin kartın hesabında 1450 manat pul olmuşdur. Əvvəl hesabında 1500 manat olmuş və sonra pulun 50 manatını özü xərcləmişdir. Müxtəlif banklardan kreditə pul götürmək istəməsinə baxmayaraq banklarda adına gecikmələr olduğundan ona kredit verməmişlər. 05 mart 2024-cü il tarixdə saat 22:30 radələrində “Tik-Tok” sosial şəbəkəsini izləyən zaman orada qarşısına onlayn kredit verilməsi barədə “Azərbaycan Mərkəzi bank” adlı səhifə onun qarşısına çıxmışdır. Həmin səhifədə mesaj yazıb kreditin şərtləri ilə maraqlanmış və həmin krediti necə əldə edə biləcəyini soruşmuşdur. Daha sonra oturub cavab gözləmiş, lakin həmin günü cavab gəlməmişdir. Səhəri gün, yəni 06 mart 2024-cü il tarixdə saat 08:41 radələrində “X42” adlı səhifədən onun Whatsapp ani mesajlaşma tətbiqinə 099 *** ** ** saylı mobil nömrədən mesaj gəlmişdir. Həmin mesajda ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini göndərməli olduğunu və nə qədər kreditə pul düşəcəyini ona deyəcəklərini bildirmişlər. Bundan sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsinin şəklini həmin nömrənin Whatsapp tətbiqinə göndərmiş, yaşadığı ünvanı da yazmışdır. Lakin həmin şəxs ona cavab yazmamışdır. 07 mart 2024-cü il tarixdə həmin şəxsə yazaraq kreditlə bağlı ona məlumat verilməsini bildirmişdir. Daha sonra həmin şəxs ona zəng edərək 5 ədəd mobil telefon nömrəsini və kreditin yüklənməsi üçün kart nömrəsi deməsini ona demişdir. O da 5 ədəd mobil telefon nömrəsini və özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7472 1594 saylı kart hesabının şəkilini çəkib həmin şəxsə göndərmişdir. Həmin günü saat 19:59-da onunla danışan şəxs yenidən ona zəng edərək ona telefon nömrəsinə mesajın gələcəyini, həmin mesajda olan 4 rəqəmli kodu da göndərməli olduğunu demişdir. Bundan sonra onun istifadəsində olan mobil telefon nörməsinə gələn təhlükəsizlik kodunu həmin şəxsə demişdir. 07 mart 2024-cü il tarixdə saat 20:01-də ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 7472 1594 saylı kart hesabından 1400 manat pulun çıxarılması barədə sms gəlmişdir. Həmin günü saat 20:02-də isə əlavə olaraq kartından 50 manat pul da çıxarılmışdır. Həmin şəxsə zəng etsə də o, telefonu açmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, əri vəfat etdiyindən və 5 övladı olduğuna görə ona hər ay 680 manat pensiya verilir. Həmin pensiyanı özünə məxsus olan "xxxx"a məxsus 4169-7388-3289-1398 saylı plastik kart vasitəsi ilə alır. 11 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman qardaşı Şahid pula ehtiyacı olduğunu, kredit götürmək istədiyini, sosial yardım aldığından hər ay ona məxsus 4169-7388-3289-1398 saylı hesaba köçən 680 manat puldan götürəcəyi krediti ödəyə biləcəyini bildirmişdir. Həmin vaxt Şahid onlayn qaydada kredit götürməyi təklif etdikdə o, Mehraca onlayn qaydada kredit götürməkdən başı çıxmadığını bildirmişdir. Mehrac onun üçün kredit götürə biləcəyini bildirdikdə Mehracla razılaşmışdır. Beləliklə Mehrac mobil telefonunda olan videoya baxdıqdan sonra ***-***-**-** saylı mobil nömrəyə özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə “Salam” yazıb, daha sonra kredit götürmək istədiyini bildirmişdir. Tanımadığı şəxs Mehracla əlaqə saxlayacaqlarını və istənilən hesaba onlayn qaydada 3000 (üç min) manat kredit verə biləcəklərini bildirmişdir. Bir qədər keçdikdən sonra ***-***-**-** saylı nömrədən Whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Mehracın istifadəsində olan mobil nömrəyə mesaj formasında kredit şərtlərinin gəldiyini görmüşdür. Həmin mətnlərdə 3000 (üç min) manat kreditin tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz verilməsi nəzərdə tutulmuşdur. Mehrac onun razılığından sonra kredit götürmək istədiyini ***-***-**-** saylı nömrəyə mesaj yazaraq bildirmişdir. Bundan sonra tanımadığı şəxs ***-***-**-** saylı mobil nömrədən Mehraca pulun köçəcəyi kartın şəklini və ona məxsus ***-***-**-** saylı mobil nömrəyə gələn mühafizə kodlarını ona göndərməyi barədə mesaj gəlmişdir. Mehrac onun razılığından sonra "xxxx"a məxsus olan 4169-7388-3289-1398 saylı plastik kartın üzərində qeyd olunan CVV kodu ilə birlikdə foto şəklini çəkərək Whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ***-***-**-** saylı nömrəyə göndərmişdir. Bir qədər keçdikdən sonra ona məxsus ***-***-**-** saylı mobil nömrəyə dörd rəqəmli mühafizə kodu gəlmişdir. Mehrac həmin kodu Whatsapp ani mesajlaşma mobil tə'biqi vasitəsi ilə ***-***-**-** saylı nömrəyə göndərmişdir. Bu zaman ona məxsus 4169-7388-3289-1398 saylı hesabdan 370 manat pulun çıxmasını görmüşlər. Daha sonra gələn ikinci dörd rəqəmli kodu təkrar ***-***-**-** saylı mobil nömrəyə göndərdikdən sonra ikinci dəfə 310 manat olmaqla ümumilikdə ona məxsus olan hesabdan 680 manat pul çıxarılmışdır. Mehrac ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayan zaman tanımadığı şəxs ona texniki səhvlik olduğunu bildirmişdir. Daha sonra Mehrac bir neçə dəfə həmin mobil nömrələrlə əlaqə saxlamağa çalışsa da qara siyahıya salındığını anlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət edərək onun kart hesabından 680 manat pulun çıxarıldığını bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu şəxsə ona kredit təşkilatı tərəfindən 10000 manat ayrılmasına köməklik edəcəyinə söz vermişdir. Həmin şəxs ondan bank kartı haqqında məlumatları istədiyi üçün özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 3157 2734 nömrəli bank kartının şəklini və daha sonra mobil telefon nömrəsinə daxil olmuş təsdiq edici kodu həmin şəxsə göndərmişdir. Həmin şəxs qısa zamanda pulun onun hesabına köçürüləcəyini desə pulun köçmədiyini görüb həmin şəxslə telefon əlaqəsi saxlamış və bu zaman onunla danışan şəxs sistemdə problemin olduğunu və 310 manat pulun sistemdə görülmədiyini demişdir. Daha sonra müəyyən etmişdir ki, onun bank kartından 310 pul çıxılaraq “M 10” hesabına köçürülmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və onu 12-ci Polis Şöbəsinə bu məsələ ilə bağlı dəvət etmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, 23 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində kreditə pul verilməsi barədə elan görmüş və həmin səhifədə olan elanda yerləşdirilmiş ***-***-**-** monil telefon nömrəsinə zəng edərək əlaqə yaradıb danışmış, ona 2000 manat pul kreditə verilməsini xahiş etdikdə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onlayn şəkildə 2000 manat kredit verilməsinə köməklik göstərə bilər və buna görə də kart onun hesabında 310 manat pul olmalıdır. Bundan sonra o, 23 mart 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində evdə olan zaman istifadəsində olan 4098 5844 5055 3076 nömrəli "xxxx" bank kart hesabına 310 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ona mobil telefonuna sms-lə daxil olan kodu ona göndərməyini dediyi üçün o, da 8022 nömrəli kodu Raqifin istifadəsində olan Whatsapp proqramına göndərmişdir. Daha sonra onun bank kartının arxa tərəfində olan üç rəqəmli kodu ona göndərməyini Raqif dediyi üçün həmin üç rəqəmini, yəni 191 kodunu göndərmişdir. Onun istifadəsində olan mobil telefon nömrəsinə “təsdiq et” sms-i gəldikdən sonra o, həmin əməliyyatı aparmış, bundan sonra onun kart hesabından 310 manat çıxılmışdır. Daha sonra ona həmin şəxs telefon zəngi edərək yenidən 310 manat kart hesabına pul yükləməli olduğunu və belə olan halda kreditin aktiv olacağını demişdir. Həmin şəxslə razılaşmayıb 310 manat pulunu qaytarmasını demişdir. Daha sonra həmin şəxslə əlaqə saxlaya bilmədiyi üçün aldandığını düşünüb polisə şikayət etmişdir. Ona cinayət nəticəsində 310 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində bildirmişdir ki, 03 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində kreditə pul verilməsi barədə elan görmüş və həmin səhifədə olan elanda yerləşdirilmiş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək əlaqə yaradıb danışmış, kreditə pul verilməsini xahiş etdikdə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onlayn şəkildə 2000 manat kredit verilməsinə köməklik göstərə bilər. O, özü haqqında və bank kart nömrəsi də daxil olmaqla bütün məlumatları həmin günü Whatsapp proqramı ilə Raqifə göndərmişdir. Hətta onun telefon nömrəsinə gələn 4 rəqəmli kodu da Raqifə göndərmişdir. Əvvəl həmin şəxs özünü ona Zamir Əliyev kimi təqdim etmişdir. Bundan sonra o, 03 aprel 2024-cü il tarixdə Naftalan şəhərində işdə olan zaman istifadəsində olan 5239 1517 6826 0153 nömrəli “Kapital” bank kart hesabından 310 manat pulun çıxılması barədə məlumat daxil olmuşdur. Daha sonra həmin şəxslə əlaqə saxlaya bilmədiyi üçün aldandığını düşünüb polisə şikayət etmişdir. Ona cinayət nəticəsində 310 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, 05 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində kreditə pul verilməsi barədə elan görmüş və həmin səhifədə olan elanda yerləşdirilmiş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək əlaqə yaradıb danışmış, kreditə pul verilməsini xahiş etdikdə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onlayn şəkildə kredit verilməsinə ona köməklik göstərə bilər və buna görə də onun kart hesabında pul olmalıdır. Bank hesabında pul olduğunu deyib özü haqqında və bank kartının nömrəsi də daxil olmaqla bütün məlumatları həmin günü yaşadığı evdə olan zaman Whatsapp proqramı ilə Raqifə göndərmişdir. Bundan sonra ona 05 aprel 2024-cü il tarixdə istifadəmdə olan 4169 7388 1132 7695 nömrəli “Kapital” bank kart hesabından 2200 manat pulun çıxılması barədə məlumat daxil olmuşdur. Daha sonra həmin şəxslə əlaqə saxlaya bilmədiyi üçün aldandığını düşünüb polisə şikayət etmişdir. Ona cinayət nəticəsində 2200 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə saat 11 radələrində kredit almaqdan ötrü “Tik-Tok” sosial şəbəkəsində səhifələrə baxmış, bu zaman qarşısına çıxan “@azpul.online” səhifəsinə daxil olmuşdur. Həmin səhifədə olan 070 *** ** ** saylı mobil nömrəsini götürüb “Whatsapp”la həmin şəxslə əlaqə saxlamış, həmin şəxs ona kredit təşkilatı olduğunu bildirib demişdir ki, ofisləri də var. Onunla danışan kişi cinsindən olan şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini istədiyi üçün həmin şəxsə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Həmin şəxs ona 2000 manat kredit düşdüyünü bildirib demişdir ki, 15-20 dəqiqə ərzində pul onun kartına köçəcək, aylıq ödəniş olaraq 24 ay müddətində 93 manat ödəniləcək. Həmin şəxslə razılaşmışdır. Onunla danışan şəxs ona demişdir ki, 3800 manat pul götürə bilər. Həmin şəxs ona “M 10” hesabı açaraq həmin hesaba 400 manat pul qoymasını demişdir. Buna görə də o, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Oba” market mağazasındakı “MilliÖn” ödəniş terminalında öz telefon nömrəsini yazaraq “M 10” hesabı açmış və 400 manat hesabına mədaxil etmişdir. Bundan sonra həmin şəxs hesabını 8290 saylı kodu ondan istədikdə həmin 4 rəqəmli kodu ona göndərmişdir. Bundan sonra o, məbləğin kartına köçürülməsini gözləmiş, lakin həmin şəxs ona cavab verməmişdir. Bundan sonra o, həmin şəxs tərəfindən aldandığını anlamışdır. 28 aprel 2024-cü il tarixdə o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Siyəzən RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 18 aprel 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində səhifələrə baxan zaman qarşısına üzərində “mikro kredit” adlı səhifə çıxmışdır. Həmin səhifədə 5 nəfər qohum nömrəsi qeyd edilən zaman kreditin verilməsinin mümkün olduğu qeyd edilmişdir. 14 aprel 2024-cü il tarixdə onun istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsinə 070 *** ** ** saylı mobil telefon nömrəsindən sms gəlmiş və həmin smsdə ona kredit almaq təklif edilmişdir. Həmin vaxt o, həmin sms-i oxusa da məhəl qoymamışdır. Lakin 18 aprel 2024-cü il tarixdə "xxxx" MMC-də işdə olan zaman atasının pula ehtiyacı olduğundan ona kredit təklifi verən mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Daha sonra 070 *** ** ** saylı mobil telefonun Whatsapp tətbiqindən ona sms gəlmiş və kreditin şərtləri izah edilmişdir. Bundan sonra həmin şəxsə özünə məxsus olan "xxxx"a aid 4169 7388 3694 7253 saylı kart məlumatlarını vermişdir. Bundan başqa o, şəxsi anket məlumatlarını və kreditin məbləğini də bildirmişdir. Təxminən 10 dəqiqə sonra kartından 842 manat pulun çıxarılmasını aşkar etmişdir. Həmin şəxsə bu barədə məlumat verdikdə həmin şəxs ona bildirmişdir ki, pul depozit şəklində çıxıb və kredit verildikdən sonra onun özünə qaytarılacaq. Pulun geri qaytarılmadığını görüb 070 *** ** ** saylı mobil telefon nömrəsinə zəng etsə də telefon zənglərinə cavab almaq mümkün olmamışdır. Buna görə də həmin şəxsin onu aldatdığını bilib polisə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində səhifələrə baxan zaman qarşısına üzərində “Klass Exspress” onlayn kredit adlı səhifə çıxmışdır. Səhifədə qeyd edilən 077 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlayaraq kreditlə bağlı müraciət etmək istədiyini bildirmişdir. Kredit götürüb həmin pulun müqabilində yaşadığı evi təmir etdirmək niyyətində olmuşdur. 077 *** ** ** saylı mobil nömrənin Whatsapp tətbiqi vasitəsilə əlaqə saxlayıb onunla danışan şəxs depozitdə 2000 manat pulu olduğu halda ona 20000 manat kreditə verilə biləcəyini demişdir. Həmin şəxslə razılaşaraq istifadəsində olan "xxxx"a aid 4169 7388 8476 7116 saylı karta tanışları tərəfindən 2000 manat ödənmişdir. Daha sonra ona 099 *** ** ** saylı mobil nömrədən zəng gələrək Whatsapp tətbiqinə baxmağı bildirilmişdir. 077 *** ** ** saylı mobil nömrənin Whatsapp tətbiqindən gələn sms-ə oxuduqda bank kartı haqqında məlumatlarını göndərməsi bildirilmişdir. Onunla əlaqə saxlayan şəxs 2000 manat pulun depozit olacağını bildirib demişdir ki, ən sonda 20000 manatla birlikdə depozitə qoyulan pul da onun kart hesabına köçürüləcək, bundan sonra həmin kredit üçün 60 ay ərzində 495 manat pul ödənilməlidir. O, kart məlumatlarını 077 *** ** ** saylı mobil nömrənin Whatsapp tətbiqinə göndərmiş, həmin şəxs smslə daxil olan təsdiq kodunu göndərməsini ona demişdir. 30 aprel 2024-cü il tarixdə kart hesabından 1700 manat pulun çıxarıldığını aşkar etmişdir. Həmin şəxsə kartından pulun çıxarılmasını bildirdikdə həmin şəxs ona demişdir ki, sistem bağlanıb, artıq kredit növbəti gün veriləcək. 01 may 2024-cü il tarixdə 099 *** ** ** saylı mobil nömrədən əlaqə saxlayan şəxs ona Whatsapp tətbiqinə daxil olmağını bildirdiyi üçün o, da Whatsapp tətbiqinə daxil olmuş, həmin şəxs bildirmişdir ki, onun istədiyi məbləğ çox olduğundan pulu sistemdə blok olunaraq batacaq, pulun batmamasına görə əlavə olaraq həmin bank hesabına 3000 manat göndərilməlidir. Tanışlarından borc alıb 3820 manat pulu 4169 7388 8476 7116 saylı karta yükləmişdir. Bundan sonra hər dəfə onun telefonuna təsdiq kodu gəldikdə həmin bank kartından 01 may 2024-cü il tarixdə hissə-hissə olmaqla yəni, 420 manat, 2400 manat, 600 manat və sonuncu dəfə 700 manat pul çıxarılmışdır. Həmin şəxs banka yaxınlaşıb pulu götürməsini ona dedikdə o, 01 may 2024-cü il tarixdə saat 22:45-dək Neftçilər metrosunun yanındakı "xxxx"ın qarşısında gözləmiş, lakin kartına pul köçürülməmişdir. Bundan başqa o, şəxsi anket məlumatlarını və kreditin məbləğini də bildirmişdir. Təxminən 10 dəqiqə sonra kartından 842 manat pulun çıxarılmasını aşkar etmişdir. Həmin şəxsə bu barədə məlumat verdikdə həmin şəxs ona bildimrişdir ki, pul depozit şəklində çıxıb və kredit verildikdən sonra onun özünə qaytarılacaq. Pulun geri qaytarılmadığını görüb 070 *** ** ** saylı mobil telefon nömrəsinə zəng etsə də telefon zənglərinə cavab almaq mümkün olmamışdır. Buna görə də həmin şəxsin onu aldatdığını bilib polisə müraciət etmişdir. Aldandığını görüb polisə şikayət etmək qərarın gəlmişdir. Ona 5820 manat maddi ziyan dəymişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ailəsinin maddi vəziyyəti çətinləşdiyi üçün kredit götürmək fikrinə gəlmişdir. 26 may 2024-cü il tarixdə səhər saatlarında o, “Tik-Tok” sosial şəbəkəsində videoçarxlara baxan zaman onlayn kredit təşkilatı kimi “X42” adı ilə qeydiyyatdan keçən səhifəni görmüşdür. Həmin vaxt səhifədə olan 070 *** ** ** və 070 *** ** ** nömrələrlə o, özünün istifadəsində olan 051 *** ** ** nömrəsinin “Whatsapp’’ proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Onunla danışan şəxs özünü ona bank işçisi kimi təqdim edən şəxsə 5000 manat kreditə pul götürmək istədiyini dedikdə həmin şəxs ona 6000 manat pul düşdüyünü demişdir. O, isə həmin şəxsə bildirmişdir ki, ona 5000 manat pul lazımdır. Bundan sonra həmin şəxs ona telefonunda “M 10” hesabının açılmasını, həmin hesaba 150 manat köçürməsini, həmçinin 5000 manat krediti köçürmək üçün bank kartının şəklini də göndərməsini dedikdə o, həmin şəxsin sözünə əməl etmişdir. Bundan sonra həmin şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə gələn kodları ondan istədikdə o, həmin şəxsə telefonuna sms ilə gələn kodları vermişdir. Həmin gün o, kredit gözləsə də onun kartına 5000 manat köçürülməmişdir. Lakin onun “M 10” hesabından ümumilikdə hissəhissə köçürdüyü 645 manat pul çıxılmışdır. Buna görə də o, həmin şəxsin mobil telefon nömrələrinə zəng etsə də zəng çatmamış, o cümlədən onun Whatsapp zənglərinə cavab verilməmişdir. Həmin vaxt bu barədə ərinə demədiyinə görə şikayət etməmişdir. Həmin şəxsin həbs edildiyini eşitdikdən sonra onun barəsində şikayət etmək qərarına gəlmişdir. Onun “M 10” hesabında 26 may 2024-cü il tarixdə saat 12:12-də 100 manat, saat 12:27də 200 manat, saat 17:17-də 145 manat və saat 17:40-da 200 manat pul çıxılmışdır. Pul çıxılan zaman o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evində olmuş və evdə olan zaman “M 10” hesabında pulun çıxarılmasını aşkar etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 10 mart 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində videolara baxan zaman, qarşısına tək şəxsiyyət vasiqəsi ilə zaminsiz kredit verilməsi ilə bağlı reklam çıxmışdır. O, lazım olar deyə həmin videonu telefonun yaddaşına yazmışdır. Ertəsi gün, yəni 11 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman bacısı Zərərçəkmiş şəxs21 ona pula ehtiyacı olduğunu, kredit götürmək istədiyini, sosial yardım aldığından hər ay ona məxsus 4169-7388-3289-1398 saylı hesaba köçən 680 manat puldan götürəcəyi krediti ödəyə biləcəyini bildirmişdir. Həmin vaxt “Tik-Tok” sosial şəbəkəsində kreditlə bağlı qarşısına çıxan reklam yadına düşmüş və Heyrana onlayn qaydada kredit götürməyi təklif etmişdir. Heyran ona onlayn qaydada kredit götürməkdən başı çıxmadığını bildirdikdə, Heyrana onun üçün kredit götürə biləcəyini bildirmişdir. Heyran onunla razılaşmışdır. Beləliklə, “Tik-Tok” sosial şəbəkəsindən yüklədiyi videoya baxdıqdan sonra, həmin videoda qeyd olunmuş, ***-***-**-** saylı mobil nömrəyə, özünə məxsus ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə “Salam” yazıb, daha sonra kredit götürmək istəyini bildirmişdir. Tanımadığı şəxs onunla əlaqə saxlayacaqlarını və istənilən hesaba onlayn qaydada 3000 (üç min) manat kredit verə biləcəklərini bildirmişdir. Bir qədər keçdikdən sonra ***-***-**-** saylı nömrədən “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə istifadəsində olan mobil nömrəyə mesaj formasında kredit şərtlərinin gəldiyini görmüşdür. Həmin mətnlərdə 3000 (üç min) manat kreditin tək şəxsiyyət vasiqəsi ilə zaminsiz verilməsi nəzərdə tutulurdu. O, Heyranın razılığından sonra krediti götürmək istədiklərini ***-***-**-** saylı nömrəyə mesaj yazaraq bildirmişdir. Bundan sonra tanımadığı şəxs ***-***-**-** saylı mobil nömrədən ona pulun köçəcəyi kartın şəklini və Heyrana məxsus ***-***-**-** saylı mobil nömrəyə gələn mühafizə kodlarını ona göndərməsi barədə mesaj gəlmişdir. O, Heyranın razılığından sonra "xxxx"a məxsus olan 4169-7388- 3289-1398 saylı plasitk kartın üzərində qeyd olunan CVV kodu ilə birlikdə foto şəklini çəkərək, “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ***-***-**-** saylı nömrəyə göndərmişdir. Bir qədər keçdikdən sonra Heyrana məxsus ***-***-**-** saylı mobil nömrəyə dörd rəqəmli mühafizə kodu gəlmişdir. O, həmin kodu “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ***-***-**-** saylı nömrəyə göndərmişdir. Bu zaman 4169-7388-3289-1398 saylı hesabdan 370 manat pulun çıxmasını görmüşlər. Daha sonra gələn ikinci dörd rəqəmli kodu təkrar ***-***-**-** saylı mobil nömrəyə göndərdikdən sonra, ikinci dəfə 310 manat, ümumilikdə Heyrana məxsus olan 680 manat pul kart hesabından çıxarılmışdır. O, ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayan zaman ona texniki səhvlik olduğunu bildirmişlər. Daha sonra həmin mobil nömrələrlə əlaqə saxlamağa çalışsa da, qara siyahıya salındığını anlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bacısı Zərərçəkmiş şəxs21 əri vəfat etdiyindən və başsız olduğundan, hər dəfə sənədləşmə ilə bağlı polis şöbəsinə gəlməsini istəmədiyindən 4169-7388-3289-1398 saylı hesabın ona məxsus və onun istifadəsində olduğunu bildirmiş, əsl həqiqətdə qeyd olunan hesab Zərərçəkmiş şəxs21 məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınması haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, istintaq aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs1 hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 1); cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrəsi altında istintaqı davam etdirilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 14); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 34-35); şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 dəqiqədə CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 52); Zərərçəkmiş şəxs2 Abşeron RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 1, i.v. 62); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild 1, i.v. 64-65); cinayət işlərinin birləşdirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaqı davam etdirilmişdir (cild 1, i.v. 75-76); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 80); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Hüseynova (Həsənova) Aytac Əlsafa oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 100-101); cinayət əməlinin tövsif edilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 114-115); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 118-119); Abşeron Rayon Məhkəməsinin 4(012)-75/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 137-140); Sumqayıt Apellyasiya Məhkəməsinin 4(015)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-75/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 1, i.v. 142-145); Abşeron Rayon Məhkəməsinin 4(012)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, i.v. 146-150); zərərçəkmiş şəxs Hüseynova (Həsənova) Aytac Əlsafa qızı Bakı şəhəri 16 saylı notariat ofisində verdiyi **********330 saylı ərizəsində və Abşeron RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir və onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur (cild 1, i.v. 151- 152); materialın cinayət işinə birləşdirilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 şikayəti əsasında toplanmış HK-1/351 saylı material Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, i.v. 161-162); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild 1, i.v. 174); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 191-192); cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş, Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v. 202- 203); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (cild 1, i.v. 207); “m10” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2023-cü il tarixdə 460 manat və 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür (cild 1, i.v. 214-215); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 223-224); cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən edilənədək dayandırılmışdır (cild 1, i.v. 233); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 28 mart 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (cild 1, i.v. 237); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 240); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun saxlanıldıqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 1, i.v. 242-243); materialın cinayət işinə birləşdirilməsi haqqında 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 şikayəti əsasında toplanmış HK-1/4541 saylı material Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, i.v. 249-250); “m10” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən xx.xx.2023-cü il tarixdə ümumilikdə 820 manat və xx.xx.2023-cü il tarixdə 450 manat məbləğində pul vəsaiti ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə yaradılmış “m10” hesabına köçürülmüşdür (cild 2, i.v. 5-7); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 26-27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan 240020026, ********* və ********* saylı cinayət işləri, Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi və Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi hal-hazırda icraatdadır (cild 2, i.v. 37- 39); cinayət işlərinin birləşdirilməsi, icraata qəbul edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş, Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır (cild 2, i.v. 42-44); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Siyəzən RPŞ-nin İB-nə göndərilmiş, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 48); “m10” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs7 tərəfindən xx.xx.2023-cü il tarixdə 310 manat və 370 manat məbləğində pul vəsaiti ***-***-**-** saylı mobil nömrə ilə yaradılmış “m10” hesabına köçürülmüşdür (cild 2, i.v. 54- 55); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 72); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 92-93); təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun saxlanıldıqdan sonra Siyəzən RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 2, i.v. 94-95); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 08 aprel 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (cild 2, i.v. 99); axtarışda olan şəxsin tutulması haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 2, i.v. 108); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (cild 2, i.v. 110-111); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 128-130); Abşeron Rayon Məhkəməsinin 4(012)-457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmışdır (cild 2, i.v. 147-150); Abşeron Rayon Məhkəməsinin 4(012)-467/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild 2, i.v. 165-168); cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 2, i.v. 172-174); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 2, i.v. 178); zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 191); “Birbank” tətbiqindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə ümumilikdə 910 manat məbləğində pul vəsaiti **********202339 saylı kart hesabından silinmişdir (cild 2, i.v. 200-203); materialların cinayət işinə birləşdirilməsi haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, HK-1/1047/25PŞ və HK-1/1166/25PŞ saylı materiallar ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 2, i.v. 204); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 12 ünvanına baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 214-217); “Birbank” tətbiqindən əldə olunmuş ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs9 məxsus **********947253 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 840 manat məbləğində pul vəsaiti silinmişdir (cild 2, i.v. 218-220); "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs10 keçmiş əri Azər Əliyevə məxsus **********767116 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə ayrıayrılıqda 420 manat, 1700 manat və xx.xx.2024-cü il tarixdə 600 manat, 700 manat və 2400 manat məbləğində pul vəsaiti silinmişdir (cild 3, i.v. 18, 20-21); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 qarşı törədilmiş oğurluq hadisəsi zamanı onun olduğu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 1 saylı uşaq evinin qarşısına baxış keçirilmiş, fotoşəkil və videogörüntü çəkilərək protokola əlavə edilmişdir (cild 3, i.v. 28-30); zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 44); şübhəli şəxsin tutulması haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40 dəqiqədə CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 3, i.v. 67-68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 78); ifadənin yerində yoxlanılması haqqında 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 baş vermiş oğurluq hadisəsinin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, i.v. 87-90); cinayət işinin tövsif edilməsi haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş (cild 3, i.v. 91); ifadənin yerində yoxlanılması haqqında 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsinin təfərruatlarını yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, i.v. 131-133); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir (cild 3, i.v. 134-135); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 138-141); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla, xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild 3, i.v. 191- 193); "xxxx" ASC tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs13 məxsus 409858******3076 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 310 manat məbləğində pul vəsaiti silinmişdir (cild 3, i.v. 227-232); Zərərçəkmiş şəxs8 Nizami RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 3, i.v. 258); cinayət işinin icraata qəbul edilməsi və ********** nömrəli cinayət işinə birləşdirilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəul edilmiş və ********* saylı cinayət işinə birləşdirilməklə istintaqı davam etdirilmişdir (cild 3, i.v. 259); cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Siyəzən RPŞ-nin İB-nə göndərilmiş, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. 3-4); “milliön” ödəniş portalından əldə olunmuş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs11 məxsus “M10” elektron pul qabından xx.xx.2024-cü il tarixdə köçürülmüş 400 manat məbləğində pul vəsaiti silinmişdir (cild 4, i.v. 12-17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, i.v. 46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 4, i.v. 87-88); zərərçəkmiş şəxs Əliyev X25 RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 4, i.v. 102); Zərərçəkmiş şəxs4 Nizami RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 4, i.v. 103); "xxxx" ASC tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli “m 10” elektron pul qabına müxtəlif tarixlərdə müəyyən ödənişlər edilmişdir (cild 4, i.v. 104-130); Zərərçəkmiş şəxs9 Nizami RPİ-nin İŞ-də təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 4, i.v. 133); cinayət təqibinə xitam verilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 4, i.v. 144-146); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 4, i.v. 148-150); materialların cinayət işinə birləşdirilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/430, HK-1/7980 və HK-1/7975 saylı materiallar ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 4, i.v. 171); "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs13 23 mart 2024-cü il tarixdə saat 16:05-də 310 manat pul vəsaitini özünün istifadəsində olan ***-***-**- ** telefon nömrəsi ilə qeydiyyatdan keçirilən “M 10” elektron pul qabının hesabına köçürmə əməliyyatı aparmış və həmin 310 manat məbləğində pul vəsaiti onun hesabından silnmişdir (cild 4, i.v. 184, 190-194); materialın ərazi aidiyyəti üzrə göndərilməsi və cinayət işinə birləşdirilməsi haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 müraciəti əsasında toplanmış Hk-1/430 saylı material ********* saylı cinayət işinə birləşdirilmiş və istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir (cild 4, i.v. 218-219); materialın ərazi aidiyyəti üzrə göndərilməsi və cinayət işinə birləşdirilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 müraciəti əsasında toplanmış Hk-1/7980 saylı material ********* saylı cinayət işinə birləşdirilmiş və istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir (cild 4, i.v. 224-225); “Birbank” ödəniş tətbiqindən əldə olunmuş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs15 məxsus 416973******7695 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə ümumilikdə 2200 manat məbləğində pul vəsaiti silinmişdir (cild 4, i.v. 230-231); “Birbank” ödəniş tətbiqindən və "xxxx" ASC-dən əldə olunmuş çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs14 məxsus **********260153 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 310 manat məbləğində pul vəsaiti silinmişdir (cild 5, i.v. 6-9); "xxxx" ASC tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs14 məxsus 523915******0153 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 310 manat məbləğində pul vəsaiti silinmişdir (cild 5, i.v. 43-44); cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Ağdaş RPŞ-nin İB-nə göndərilmişdir (cild 5, i.v. 67-68); "xxxx" ASC tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli və "xxxx" ASC tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs12 məxsus 416973******1594 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə ümumilikdə 1450 manat məbləğində pul vəsaiti silinmişdir (cild 5, i.v. 99-100, 118-119); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 5, i.v. 104-105); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 5, i.v. 147-148); qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 5, i.v. 167); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 5, i.v. 182); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 5, i.v. 191); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 5, i.v. 200); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 5, i.v. 230-238); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 5, i.v. 242); "xxxx" ASC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli çıxarışdan və həmin çıxarışa əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs17 məxsus 416973******6322 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə ümumilikdə 758 manat məbləğində pul vəsaiti çıxarılmışdır (cild 6, i.v. 28-30); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 6, i.v. 32, 196-197); toplanmış materialın cinayət işinə birləşdirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 müraciəti əsasında toplanmış HK-1/637 saylı material ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Bakı şəhəri Səbail RPİ-nə göndərilmişdir (cild 6, i.v. 33-34); cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 6, i.v. 39); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 6, i.v. 43); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 6, i.v. 80); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 6, i.v. 88); cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 6, i.v. 95); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 qarşı törədilmiş əməlin baş verdiyi ünvan 13 ünvanına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, i.v. 108-110); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 6, i.v. 145-146); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 6, i.v. 163-164); şübhəli şəxsin tutulması haqqında 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 dəqiqədə CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 6, i.v. 188); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Səbail RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 6, i.v. 222-224); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 6, i.v. 227-228); cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işlərinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 6, i.v. 236-237); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 6, i.v. 241); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 8, i.v. 85); “eManat” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs20 tərəfindən Təqsirləndirilən şəxs hesabına xx.xx.2023-cü il tarixdə ümumilikdə 420 manat və xx.xx.2023-cü il tarixdə 315 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 8, i.v. 91); “m10” ödəniş portalından əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs19 tərəfindən Təqsirləndirilən şəxs hesabına xx.xx.2023-cü il tarixdə ümumilikdə 430 manat və xx.xx.2023-cü il tarixdə 315 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 8, i.v. 100-102); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 8, i.v. 134-135); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs20 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 8, i.v. 159-160); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 9, i.v. 16-17); təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun saxlanıldıqdan sonra Siyəzən RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 9, i.v. 20-21); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (cild 9, i.v. 37); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 9, i.v. 44- 45); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 9, i.v. 50); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 9, i.v. 52); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 9, i.v. 61); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun saxlanıldıqdan sonra Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 9, i.v. 63); cinayət işi üzrə icraatın dayandırılması haqqında 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 9, i.v. 65); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 11 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (cild 9, i.v. 72); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 9, i.v. 78-80); cinayət işi üzrə icraatın dayandırılması haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 9, i.v. 89); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (cild 9, i.v. 91); təqsirləndirilən şəxsin həbsdən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 9, i.v. 124-127); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işinə birləşdirilmişdir (cild 9, i.v. 218-221); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs21 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 10, i.v. 25-26); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 10, i.v. 67-68); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixədək uzadılması nəzərə alınmışdır (cild 10, i.v. 79-80); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işinə birləşdirilmişdir (cild 10, i.v. 90-93); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 10, i.v. 97); “Birbank” ödəniş tətbiqindən əldə olunmuş və "xxxx" ASC tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs22 məxsus **********572734 saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 320 manat məbləğində pul vəsaiti silinmişdir (cild 10, i.v. 104-106, 126-127); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs22 qarşı törədilmiş əməlin baş verdiyi ünvan 14 ünvanına baxış keçirilmiş və fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 10, i.v. 107-109); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs22 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 10, i.v. 157-158); sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.1 və 178.2.4-cü maddələrindən Azərbaycan Respublikası CM-inn 177.2.2,177.2.3-1,177.2.4 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş materiallarında olan “MilliÖn” elektron ödəmə terminalına aid qəbzlər, "xxxx" ASC-yə və “X21” ASC-nə aid hesabdan çıxarışlar və qəbzlər cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən X19 və XXX Zahir Xalid oğlunun barəsində X3 əmlakının ələ keçirilməsi epizodu üzrə olan ********* nömrəli və X11 əmlakının ələ keçirilməsi epizodu üzrə olan ********* nömrəli cinayət işinin ayrılması haqqında qərar qəbul edilmişdir (cild 11, i.v. 29-74); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən X19 və XXX Zahir Xalid oğlunun barəsində X3 əmlakının ələ keçirilməsi epizodu üzrə olan ********* nömrəli və X11 əmlakının ələ keçirilməsi epizodu üzrə olan ********* nömrəli cinayət işi ayrılmış, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild 11, i.v. 76-90); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmək haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 11, i.v. 92-101); Sumqayıt Şəhər Polis İdarəsininin 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 58-5/2- 1166 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi ərazisində “Star Baku” gecə klubunda saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmışdır; Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs20 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; zərərçəkmiş şəxs Hüseynova (Həsənova) Aytac Əlsafa qızı məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs15 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs22 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs9 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs10 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs17 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs19 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs19 12 yanvar 2023-cü il tarixdə saat 13:34:26-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz region” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 115 manat, 12 yanvar 2023-cü il tarixdə saat 16:59:37-də Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz” supermarketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 16:07:36-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Hikmət” marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 745 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İ epizod üzrə, həmçinin onun Zərərçəkmiş şəxs20 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs20 13 yanvar 2023-cü il tarixdə saat 16:21:32-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 105 manat, 13 yanvar 2023-cü il tarixdə saat 17:18:14-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 13:38:36-da ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs20 ümumilikdə 735 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İİ epizod üzrə, həmçinin onun Zərərçəkmiş şəxs5 “Exspress” bankdan 10000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 20 may 2023-cü il tarixdə saat 16:16:47-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Like” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 200 manat və həmin günü saat 16:41:56-da qeyd edilən ünvanda yerləşən marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 460 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalından nağdılaşdırıb 660 manat pul vəsaiti vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 660 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair Vİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, ittiham aktında qeyd olunan İ, İİ və Vİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, İ və İİ epizodlar üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, bundan əlavə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cinayət işi üzrə icraatın dayandırılması nəzərə alınmaqla həmin əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini, Vİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 2025-ci ilin may ayında bitməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs18 kredit təşkilatından 5.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs18 27 mart 2023-cü il tarixdə ünvan 13, ev 13 ünvanında olan zaman mobil telefonunda olan mobil bank tətbiqi vasitəsilə “X18” ASC-yə məxsus 4098 5844 6753 8243 nömrəli "xxxx" bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 345 manat və 28 mart 2023-cü il tarixdə yenidən həmin ünvanda olan zaman mobil telefonunda olan mobil bank tətbiqi vasitəsilə “X18” ASC-yə məxsus 4098 5844 6753 8243 nömrəlli "xxxx" bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7388 2695 6322 nömrəli bank kart hesabına köçürdüyü 227 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs18 ümumilikdə 572 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İİİ epizod üzrə, eləcə də onun Zərərçəkmiş şəxs17 kredit təşkilatından 7.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs17 04 aprel 2023-cü il tarixdə saat 14:35-də Biləsuvar rayonu, Heydər Əliyev prospekti 28 A ünvanda yerləşən “Uğur” marketə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 128 manat, 04 aprel 2023-cü il tarixdə saat 16:49:09-da eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 315 manat, 04 aprel 2023-cü il tarixdə saat 17:21:31-də eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 315 manat və 04 aprel 2023-cü il tarixdə saat 17:58-də eyni ünvandakı “MilliÖn” elektron ödəmə sistemi ilə onun istifadəsində olan qardaşı Murad Məmmədova məxsus “X21” ASC-nə aid 4098 5844 7843 1867 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsatini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 1073 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İV epizod üzrə, həmçinin onun Zərərçəkmiş şəxs16 kredit təşkilatından 7.0 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs16 09 aprel 2023-cü il tarixdə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən evində olan zaman mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2695 6322 bank hesab nömrəsinə köçürdüyü 147 manat pul vəsaitini və Zərərçəkmiş şəxs16 qeyd edilən tarixdə onun istifadəsində olan “X21” ASC-nə aid 4098 5844 7195 6555 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 630 manat pul vəsatini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs16 ümumilikdə 777 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair V epizod üzrə icraat xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla, ümumilikdə 5 ay 18 gün müddətinə dayandırılmışdır. Bu səbəbdən icraatın dayandırılması nəzərə alınmaqla Təqsirləndirilən şəxs verilmiş ittihamda yuxarıda qeyd edilən İİİ, İV və V epizoda dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2025-ci ilin sentyabr ayında bitir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini və onlara dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12, CM-59.1.13), əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəzalar ilə cəzanın məqsədinə nail olunmayacağını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, onun 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək, 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 30 may 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), ittiham aktında qeyd olunan İ, İİ və Vİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə icraata xitam verilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 04 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut hesab edilən “MilliÖn” elektron ödəmə terminalına aid qəbzlərin, "xxxx" ASC-yə və “X21” ASC-nə aid hesabdan çıxarışların və qəbzlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək, 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 30 may 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs19 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs19 12 yanvar 2023-cü il tarixdə saat 13:34:26-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz region” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 115 manat, 12 yanvar 2023-cü il tarixdə saat 16:59:37-də Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Araz” supermarketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 16:07:36-da Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Hikmət” marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 745 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İ epizod üzrə, həmçinin onun Zərərçəkmiş şəxs20 kredit təşkilatından 7000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs20 13 yanvar 2023-cü il tarixdə saat 16:21:32-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 105 manat, 13 yanvar 2023-cü il tarixdə saat 17:18:14-də ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat və 16 yanvar 2023-cü il tarixdə saat 13:38:36-da ünvan 3 ünvanında yerləşən “Raul” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalından onun adına olan “X26” ASCnə aid 4098 5844 6273 5174 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 315 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs20 ümumilikdə 735 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair İİ epizod üzrə, həmçinin onun Zərərçəkmiş şəxs5 “Exspress” bankdan 10000 manat həcmində kredit ayrılmasına köməklik etmək adı ilə yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 20 may 2023-cü il tarixdə saat 16:16:47-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Like” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 200 manat və həmin günü saat 16:41:56-da qeyd edilən ünvanda yerləşən marketdə quraşdırılmış eyni adlı elektron ödəmə terminalından “X26” ASC-nə aid 5243 7544 4255 6112 nömrəli "xxxx" bank kart hesabına köçürdüyü 460 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən və istintaqa məlum olmayan marketdə quraşdırılmış elektron ödəmə terminalından nağdılaşdırıb 660 manat pul vəsaiti vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 660 manat maddi ziyan vurmaqla dələduzluq etməsinə dair Vİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - “MilliÖn” elektron ödəmə terminalına aid qəbzlərin, "xxxx" ASCyə və “X21” ASC-nə aid hesabdan çıxarışların və qəbzlərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar