Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-121/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkum olunmamış, “Zeytun-224” aptekdə əczaçı işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğunu bildiyi, lakin belə qeydiyyatdan keçirilməmiş külli miqdarda dərman vasitəsini idxal edərək satmaq və satış məqsədi ilə saxlamaq niyyəti ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə dövlət qeydiyyatından keçirilməmiş külli miqdarda 2757,6 manat dəyərində dərman vasitələrini Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə satış məqsədilə qanunsuz idxal edərək əldə edib “Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası əsasında işlədiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanında fəaliyyət göstərən “Zeytun-224'’ adlı aptekdə qanunsuz saxlamış, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən 17 iyul 2023-cü il tarixdə saat 14:18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanında fəaliyyət göstərən “Zeytun-224” adlı aptekə baxış keçirilərkən aptekdə Təqsirləndirilən şəxs saxladığı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu, lakin dövlət qeydiyyatdan keçirilməmiş 114,8 manat dəyərində 03 qutu və 22 list olmaqla “Lustral 50 mg”, 153 manat dəyərində 06 qutu və 18 list olmaqla “Lustral 100 mg”, 42 manat dəyərində 14 qutu “Tobradex %0.3+%0.1”, 38 manat dəyərində 05 qutu “Nevanac 0.1%”, 8 manat dəyərində 02 qutu “Devit-3 ampula”, 6 manat dəyərində 2 list “Atarax", 348 manat dəyərində 12 qutu “NovoRapid”, 60 manat dəyərində 04 qutu "Estrofem 2mg”, 180 manat dəyərində 45 qutu “Expigment %4", 15 manat dəyərində 03 qutu “Zyrtec 10mg" 100 rranat dəyərində 20 qutu “Maxidex 0.1 %”, 5.6 manat dəyərində 01 qutu “Flarex %0.1”, 270 manat dəyərində 18 qutu “Rytmonorm 150 mg”, 224 manat dəyərində 16 qutu “İsoptin 40 mg', 32.2 manat dəyərində 07 qutu "Travatan %0.004”, 18 manat dəyərində 04 qutu “Pred forte %1”, 187 manat dəyərində 11 qutu "Cardura 4mg", 54 manat dəyərində 03 qutu "Januvia 100 mg”, 27.5 manat dəyərində 05 qutu “Qalyviz 0,25 mg”, 10 manat dəyərində 02 qutu “Avmigran", 110 manat dəyərində 01 qutu “Xarelto 15 mg”, 170 marıal dəyərində 10 qutu “Aknetrent 20 mg”, 55 manat deyərində 11 qutu "Proluton 500 mg/2mrt 268 manat dəyərində 04 qutu “Cialis 20 mg”, 61 manat dəyərində 01 qutu “Cialis 5 mg”, 28 manat dəyərində 05 qutu "Tegretol CR 400 mg”, 60 manat dəyərində 05 qutu “Exforge 10 mg/160 mg”, 52,5 manat dəyərində 07 qutu “Triplixam 10 mg”, 60 manat dəyərində 08 qutu “Triplixam 5 mg” narkalı olmaqla ümumilikdə külli miqdarda 2757,6 manat dəyərində dərman vasitələri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahid ifadəsi, ekspert rəyi,baxış axtarış və götürmə protokolları və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 saylı Bakı Baza Tibb Kollecini əczaçılıq ixtisası üzrə bitirmişdir. 2022-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanında yerləşən “Zeytun Pharmaceuticals" MMC-yə məxsus apteki icarəyə götürüb işlətmişdir. Aptek "xxxx" apteklər şəbəkəsinin lisenziyası ilə fəaliyyət göstərmişdir. Aptekin rəsmi adı “Zeytun 224”-dür. Aptek Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında fəaliyyət göstərmişdir, özü də aptekdə əczaçı kimi qeydiyyatdan keçmişdir. Həmçinin işçiləri X2 və X3 da aptekdə rəsmi işçi kimi qeydiyyatdan keçmişlər. Şahid aptek müdiri kimi qeydiyyatda qalsa da, apteki ondan icarəyə götürüb o işlətmişdir. Belə ki, Faiq ondan qabaq həmin apteki işlətdiyi üçün və onun da universitet diplomu olmadığı üçün Şahid aptek müdiri kimi qeydiyyatda saxlamışlar. Lakin faktiki aptek müdiri özü olmuşdur. Aptek səhər saat 09:00-dan gecə saat 23:00-a qədər işləmişdir. Aptekdə satışa nəzarəti o həyata keçirmişdir və aptekə lazımi dərman preparatların gətirilməsini o həyata keçirmişdir. Aptekdə olan satıcılar növbəli şəkildə işləmişlər. Aptekdə dərman preparatlarının, uşaq qidalarının, gigiyenik vasitələrin satışı həyata keçirilmişdir. Bunlardan əlavə aptekdə dövlət qeydiyyatına alınmayan dərman preparatlarının da satışı həyata keçirilmişdir. Həmin dərman preparatlarını aptekə o gətirmişdir. O dövlət qeydiyyatına alınmayan dərman preparatlarının satışının həyata keçirilməsinin qanunla qadağan olunmasını bilmiş və bildiyi halda da bu fəaliyyətlə məşğul olmuşdur. Bunu etməsinin də səbəbi müştəri itirməmək olmuşdur. Belə ki, müştəri aptekə daxil olan zaman hər hansı bir dərman aptekdə olmadıqda aptekdən çıxır və başqa lazım olan dərmanları da almır. Aptekə müştəri cəlb etməkdən ötrü və aptekin fəaliyyətini yaxşılaşdırmaq üçün qeydiyyatsız dərmanların da satışını həyata keçirmişdir. Həmin dərman vasitələrini müxtəlif karqo şirkətləri vasitəsilə az-az Türkiyə Respublikasından gətirtmişdir. Həmin dərmanlar arasında şəkər, təyziq, astma xəstələri üçün, üz səpgilərində istifadə olunan, başqa kişi xəstəlikləri üçün dərman olmuşdur. Həmin qeydiyyatsız dərmanları müştərilərə özü satmışdır.Ümumi satışa o nəzarət etmişdir. 17 iyul 2023-cü il tarixdə saat 14:18 radələrində aptekdə tək olduğu zaman polis əməkdaşları aptekə gələrək onun aptekdə dövlət qeydiyyatından keçməyən dərmanların satışını həyata keçirməsində şübhəli olduğunu, buna görə də aptekə baxış keçiriləcəyini ona bildirmişlər. Həmçinin onu əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla da tanış etmişlər. O buna heç bir etiraz etməmişdir. Videoçəkilişdən istifadə edilməklə aptekə baxış keçirilmişdir. Baxış zamanı o səmimi olaraq aptekdə dövlət qeydiyyatından keçməyən dərman satışını həyata keçirdiyini bildirmiş və həmin dərmanları təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin dərman preparatları protokollaşdırılaraq götürülmüşdür.Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, etdiyi əməlin cinayət olduğunu bilmədiyini,birdaha belə səhfə yol verməyəcəyini ,himayəsində azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını söyləyərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır belə ki, onun atası ilə yaxın münasibətləri olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanında yerləşən "xxxx" apteklər şəbəkəsinin lisenziyası ilə fəaliyyət göstərən obyektin sahibidir. Həmin yeri Orxana o, icarəyə vermişdir. Aptekin rəsmi adı "Zeytun 224”-dür. Aptek Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs oranı 2022-ci ilin avqust ayından icarəyə götürüb işlətmişdir. O, obyekt sahibi olduğu üçün və Orxandan qabaq həmin apteki işlətdiyi üçün sənədlərdə aptek müdiri kimi qeydiyyatda qalmışdır. Lakin orada rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Yəni aptekə dərmanların alınması və satışı hamısı Orxanın nəzarəti altında olmuşdur. O, bu işlərə qarışmamışdır. Təqsirləndirilən şəxs sadəcə aylıq olaraq ona icarə haqqı ödəmişdir. Sonradan Təqsirləndirilən şəxs eşitmişdir ki, 17 iyul 2023-cü il tarixdə polis əməkdaşları aptekə gəlib ora baxış keçirmişlər. Lakin orada nə baş verdiyini dəqiqliklə bilmir. Hazırda Təqsirləndirilən şəxs oradan çxmışdır və həmin ünvanda aptek fəaliyyətini dayandırmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanında fəaliyyət göstərən aptekə baxış keçirilən zaman aptekdən dövlət qeydiyyatının tələb olunduğu, lakin dövlət qeydiyyatdan keçirilməmiş 18 qutu “Rytmonorm 150 mg”, 45 qutu “Expigment %4”, 16 qutu “İsoptin 40 mg”, 11 qutu “Proluton 500 mg/2ml”, 04 qutu “Estrofem 2 mg”, 14 qutu “Tobradex %0.3+%0.1”, 02 qutu “Avmigran”, 04 qutu “Pred Forte %1”, 03 qutu “Zyrtec 10 mg”, 01 qutu “Xarelto 15 mg”, 01 qutu “Flarex %0.1”, 05 qutu Qalyviz 0.25 mg, 10 qutu “Aknetrent 20 mg”, 06 qutu “Lustral 100 mg”, 03 qutu “Lustral 50 mg”, 05 qutu “Exforge 10 mg/160 mg”, 05 qutu “Tegretol CR 400 mg”, 07 qutu “Triplixam 10 mg”, 01 qutu “Cialis 5 mg”, 04 qutu “Cialis 20 mg”, 11 qutu “Cardura 4 mg”, 02 qutu “Devit-3” ampula, 03 qutu “Januvia 100 mg”, 20 qutu “Maxidex 0.1%”, 18 list “Lustral 100 mg, 22 list “Lustral 50 mg”, 94 ədəd flakonda “Ziromin 500 mg", 16 ədəd “Mixtard 30mg”, 04 ədəd flakonda “Humulin M3”, 01 ədəd flakonda “Actrapid" , 02 list “Atarax” markalı dərman vasitələri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1” X5 daxil olmuş 24 iyul 2023-cü il tarixli 3-28-1/2-19349/2023 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim edilən dərman preparatları barəsində hazırlanmış məlumat cədvəli siyahı üzrə təqdim olunmuşdur. Siyahıya əsasən “Lustral 50 mg, tablet N28”, "Lustral Special 100 mq N28 tablet", “Tobradex 5ml göz damcısı”, "Nevanac 0.1%, 5 ml damcı", "Devit-3 300.000 İ.U./ml N1 ampula", "Atarax 25 mg, N30 tablet", "NovoRapid Flexpen 100 U/ml 3 ml N5 əvvəlcə doldurulmuş qələmdə", “Estrofem 2mg N28 tablet", “Expigment 4% krem”, "Zyrtec 10 mg/ml 20 ml oral damcı", "Maxidex 5 ml göz damcısı”, “Flarex 0.1% 5 ml göz damcısı”, "Ritmonorm 150 mg N30 tablet", "İzoptin 40 mg N30 tablet”, "Travatan 2.5 ml göz damcısı”, “”Pred forte 5 ml göz damcısı”, " Kardura 4mg, tablet N20”, “Januvia 100 mg, N28 tablet", "Qalyviz 0,25 mcg N30 kapsul”, "Avmigran N20 tablet”, "Xarelto 15 mg N28 tablet”, "Aknetrent 20 mq N30 kapsul”, “Proluton Depot 500 mg N1 ampula”, “Cialis 20 mg N4 tablet", “Cialis 5 mg N28 tablet", “Tegretol CR 400 mg N20 tablet”, "Expigment 4% 30g krem", "Exforge 10 mg/160 mg”, "Triplixam 10 mg/2.5mg/10mg N30 tablet”, "Triplixam 10 mg 10 mg/2.5mg/5mg N30 tablet" dərman preparatlarının qeydiyyatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 9/5502 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatlarının 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3857.50 manat müəyyən edilmişdir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, aptekdən aşkar edilmiş 03 qutu 22 list “Lustral 50 mg, tablet N28”, 06 qutu 18 list “Lustral Special 100 mq N28 tablet", 14 qutu ‘Tobradex 5ml göz damcısı”, 05 qutu "Nevanac 0.1%, 5 ml damcı", 02 qutu "Devit-3 300.000 İ.U./ml N1 ampula", 2 list "Atarax 25 mg, N30 tablet”, 12 qutu "NovoRapid Flexpen 100 U/ml 3 ml N5 əvvəlcə doldurulmuş qələmdə”, 04 qutu "Estrofem 2mg N28 tablet”, 45 qutu "Expigment 4% krem”, 03 qutu "Zyrtec 10 mg/ml 20 ml oral damcı”, 20 qutu "Maxidex 5 ml göz damcısı”, 01 qutu "Flarex 0.1% 5 ml göz damcısı”, 18 qutu “Ritmonorm 150 mg N30 tablet", 16 qutu "İzoptin 40 mg N30 tablet", 07 qutu “Travatan 2.5 ml göz damcısı”, 04 qutu "Pred forte 5 ml göz damcısı", 11 qutu "Kardura 4mg, tablet N20”, 03 qutu "Januvia 100 mg, N28 tablet”, 05 qutu “Qalyviz 0,25 mg N30 kapsul”, 02 qutu “Avmigran N20 tablet”, 01 qutu “Xarelto 15 mg N28 tablet”, 10 qutu “Aknetrent 20 mq N30 kapsul”, 11 qutu “Proluton Depot 500 mg N1 ampula’’, 04 qutu “Cialis 20 mg N4 tablet", 01 qutu “Cialis 5 mg N28 tablet”, 05 qutu 'Tegretol CR 400 mg N20 tablet”, 05 qutu "Exforge 10 mg/160 mg”, 08 qutu ‘Triplixam 10 mg/2.5mg/10mg N30 tablet”, 07 qutu “Triplixam 10 mg 10 mg/2.5mg/5mg N30 tablet”, markalı dərman vasitələri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut qismində tanınmış, və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in KMBİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlaması və satması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, onun özünün etirafı, şahid ifadəsi, ekspert rəyi, baxış və götürmə protokolu, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 200-1.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş dərman vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Maddi sübut kimi tanınmış axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 03 qutu 22 list “Lustral 50 mg, tablet N28”, 06 qutu 18 list “Lustral Special 100 mq N28 tablet", 14 qutu ‘Tobradex 5ml göz damcısı”, 05 qutu "Nevanac 0.1%, 5 ml damcı", 02 qutu "Devit-3 300.000 İ.U./ml N1 ampula", 2 list "Atarax 25 mg, N30 tablet”, 12 qutu "NovoRapid Flexpen 100 U/ml 3 ml N5 əvvəlcə doldurulmuş qələmdə”, 04 qutu "Estrofem 2mg N28 tablet”, 45 qutu "Expigment 4% krem”, 03 qutu "Zyrtec 10 mg/ml 20 ml oral damcı”, 20 qutu "Maxidex 5 ml göz damcısı”, 01 qutu "Flarex 0.1% 5 ml göz damcısı”, 18 qutu “Ritmonorm 150 mg N30 tablet", 16 qutu "İzoptin 40 mg N30 tablet", 07 qutu “Travatan 2.5 ml göz damcısı”, 04 qutu "Pred forte 5 ml göz damcısı", 11 qutu "Kardura 4mg, tablet N20”, 03 qutu "Januvia 100 mg, N28 tablet”, 05 qutu “Qalyviz 0,25 mg N30 kapsul”, 02 qutu “Avmigran N20 tablet”, 01 qutu “Xarelto 15 mg N28 tablet”, 10 qutu “Aknetrent 20 mq N30 kapsul”, 11 qutu “Proluton Depot 500 mg N1 ampula’’, 04 qutu “Cialis 20 mg N4 tablet", 01 qutu “Cialis 5 mg N28 tablet”, 05 qutu 'Tegretol CR 400 mg N20 tablet”, 05 qutu "Exforge 10 mg/160 mg”, 08 qutu ‘Triplixam 10 mg/2.5mg/10mg N30 tablet”, 07 qutu “Triplixam 10 mg 10 mg/2.5mg/5mg N30 tablet”, markalı dərman vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. Maddi sübut kimi tanınmış axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-121/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-121/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver