Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-121/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2001-ci il ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta texniki təhsilli, "xxxx" MMC-də menecer işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, İ Mədən YYM, yeni tikilidə kirayə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndiriləndilməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Belə ki, təqsirləndirilir ondan ötrü ki, o, təqsirləndirilir ondan ötrü ki, o, 15 iyun 2024cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu İİ Yaşıl Ada «Gözəl Həyat» yaşayış kompleksinin nəzdində olan menecer işlədiyi «Neşve» restoranında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zər tətbiq olunması ilə müşayət edilən hərəkətlərlə öz şəxsiyyətini diqər şəxslərdən üstün tutaraq müştəri Zərərçəkmiş şəxs orada olan müştəri xanımlara qarşı guya kobudluq etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək yumruqla sonuncunun sifətinin sağ hissəsindən vuraraq ona sağ göz orbitasının aşağı divarının sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasına qansızıma kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələrindən başqa iş üzrə toplanmış dəlillərin məcmusu ilə - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi protokolu və fotocədvəllə, hadisənin görüntüsünün qeyd olunduğu 01 ədəd CD disk və həmin diskə baxış keçirilməsi protokolu, maddi sübutla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərəçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağının olmasını, dəymiş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə gecə saat 01:30-da dostu Asiflə birlikdə çay içmək üçün Bakı şəhəri, Xətai rayonu Ağ şəhər, 2-ci Yaşıl Ada, Həyat yaşayış kompleksində fəaliyyət göstərən “Neşvə” restoranına getmiş və çöldəki masaların birində əyləşib çay sifariş etmiş, təxminən 30 dəqiqə dostu ilə həmin restoranda oturub çay içərək söhbət etmiş, həmin vaxt oturduqları masanın yanındakı digər masada tanımadığı xanım müştərilər əyləşmiş və onlar da çay içmiş, saat təxminən 02 radələrində xanımlardan biri masanı tərk edib maşınına tərəf getmiş və sükan arxasına əyləşmiş, bu zaman ayağa durub həmin xanımla tanış olmaq məqsədilə maşına yaxınlaşmış və əli ilə xanıma açıq pəncərədən işarə edib “olar sizi bir dəqiqə?” demiş, xanım isə əl işarəsi ilə “olmaz” cavabı vermiş, bundan sonra masasına qayıdıb yerində oturmuş, bu zaman restoranın adminstratoru yaxınlaşaraq “qadını niyə narahat edirsən” deyə soruşmuş,adminstratora cavab verərək “qadına heç bir narahatçılıq yaratmamışam, lazım olsa qadın özü şikayət edərdi” demiş, bundan sonra gözləmədiyi halda restoranın sonradan adını bildiyi adminstratoru Samir üstünə gəlib əl və ayaq zərbələri ilə vurmuş, nəticədə yerə yıxılmış, dostu Asif döyüldüyünü görərək onlara yaxınlaşıb ayırmış və onu kənara çəkmiş, həmin vaxt restoranın qarşısında tanımadığı,sonradan adını bildiyi Fərəc adlı şəxs onunla mübahisə edib üzündən yumruqla vurmuş, Fərəc adlı şəxsin yanında olan qardaşı Fərid isə onları ayırıb kənarlaşdırmış, təxminən 10-15 dəqiqə sonra ara sakitləşmiş və dostu Asif onu götürüb yaşadığı ünvana aparmış, evdə bir qədər özünə gəldikdən sonra səhərin açılmasını gözləmiş və polisə gedib şikayət etmişdir. Mübahisə zamanı onu konkret olaraq restoranın adminstratoru Samir və Fərəc adlı şəxs döymüş, hadisə zamanı dostu Asif mübahisəyə müdaxilə etmədiyi üçün heç bir xəsarət almamış, eləcə də Asif heç kəsə xəsarət yetirməmiş, mübahisə zamanı tərəfindən heç kəsə xəsarət yetirilməmiş, mübahisə zamanı “Neşvə” restoranının əvvəllər tanımadığı adminstratoru sonradan adını bildiyi Samir adlı şəxs yumruqla sağ gözündən, Fərəc adlı şəxs isə yumruqla çənəsindən vuraraq xəsarət yetirmiş, Neşvə restoranında baş vermiş mübahisə zamanı restoranın digər işçiləri onları ayırmağa çalışmış, ilkin ərizə və izahat verən zaman xəsarət aldığı və əsəbi olduğu üçün restoranın bütün işçilərinin üstünə tökülüb döydüyünü bildirmiş, konkret olaraq şikayəti adminstrator Samirdən və Fərəc adlı şəxsdən olmuş, mübahisədən əvvəl həqiqətən xanımlardan birinə maşınına gedən zaman yaxınlaşıb söz demək istəmiş, lakin həmin qız əli ilə yox işarəsi verdiyinə görə heç bir artıq hərəkət etmədən geri qayıtmış və həmin qızlara söz atmamış, baş vermiş dava-dalaşın səhəri günü Neşvə restoranına gedib iki blok “Marlbro” markalı siqaretini götürdüyündən ona heç bir maddi ziyan dəyməmiş, restoranın adminstratoru Samir onu yumruqla vurub xəsarət yetirdikdən sonra əsəbi halda olduğu üçün restoranda oturduğu masaya bir dəfə təpiklə vurmuş, ancaq bu hərəkəti xuliqanlıq niyyəti ilə deyil, hirsini çxarmaq məqsədilə etmiş, həmin vaxt isə masanı və ya başqa bir restorana aid əşyanı vurub sındırmamış və restoranın sahibi Eldar Rəfiyevə heç bir maddi ziyan vurmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayır, subaydır, ali təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin metronun Əhmədli stansiyasının yaxınlığında yerləşən «Dəmli» çay evində nəzarətçi işləyir, əvvəllər məhkum olunmamışdır. 15 iyun 2024-cü il tarixdə saat 01 radələrində qardaşı Şahid1la birlikdə iş yerində olan zaman müdiri Emil Hüseynzadə zəng vuraraq işlədiyi cay evində olan ət məhsulunu gətirməsini xahiş etmiş, sonra həmin ət məhsulunu götürüb qardaşı Fəridlə birlikdə Emilin işlədiyi Xətai rayonunda yerləşən «Neşve» restoranına getmiş, həmin vaxt saat 01:40-da «Neşvə» restoranına çataraq apardığı ət məhsulunu Emilin avtomobilinin bagaj hissəsinə qoyaraq qardaşı Fəridlə birlikdə restoranın qarşısında dayanıb siqaret çəkmiş, saat 01:50-də restoranın qarşısında səs-küy olmasını eşitmiş və mübahisə olduğunu görmüş, orada bir necə nəfər şəxsin sonradan adını bildiyi Seymur adlı şəxslə mübahisə etməsini görərək onları aralaşdırmaq məqsədi ilə qardaşı Fəridlə birlikdə mübahisə olan yerə yaxınlaşmış, daha sonra Fəridlə birlikdə Seymuru sakitləşdirmək üçün kənara çəkmək istəmiş, həmin vaxtı Seymur adlı şəxs spitrli içki təsiri altında olduğu üçün hamını söyüb təhqir etmiş, qardaşı ilə birlikdə Seymuru sakitləşdirməsinə baxmayaraq, Seymur sakitləşmək əvəzinə onu və qardaşı Fəridi də nalayiq sözlərlə təhqir etmiş, hətta əli ilə Seymurun ağzından tutaraq söyüş söyməsinin qarşısını almaq istəmiş, ancaq Seymur sakitləşmək əvəzinə onu və qardaşı Fəridi söymüş, həmin vaxt Seymurun sakitləşmədiyini görüb qəzəblənmiş və əlinin içi ilə bir dəfə Seymurun üzünün sağ yan tərəfindən-çənə hissəsindən vurmuş, sonra qardaşı Fərid onları ayırıb Seymur adlı şəxsi əli ilə itələyib kənara çəkmiş, daha sonra hadisə yerinə toplaşmış şəxslər Seymuru sakitləşdirib aparmış, bundan sonra qardaşı Fəridlə birlikdə avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Baş vermiş mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və ətrafa tanımadığı şəxslər və «Neşvə» restoranının işçiləri toplaşmış, həmin hadisə zamanı özü və qardaşı Fərid xəsarət almamış, Seymur adlı şəxsi əvvəllər tanımamış, mübahisə zamanı Seymuru əlinin içi ilə bir dəfə vursa da qardaşı Fərid Seymuru vurmamış, sadəcə əli ilə sinəsindən itələyərək onu kənara çəkmiş, ancaq ondan əvvəl Seymur restoranın adminstratoru ilə dalaşmışdır. İlkin izahat verən zaman əsəbi olmuş, İİ Qarabağ veteranı olduğu üçün səs-küy başına düşmüş və tez əsəbiləşib özündən çıxaraq hərəkətlərini cilovlaya bilməmiş, əslində Seymur adlı şəxsi tanımamış və onunla dalaşmaq fikri olmamış, sadəcə qardaşı Fəridlə birlikdə Seymur adlı şəxsi sakitləşdirmək istəmiş, ancaq Seymur onları söydüyü üçün onu bir dəfə əlinin içi ilə çənəsindən vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 analoji ifadə verərək Şahid8 ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi ev 13/24-də qeydiyyatda olsa da hazırda anası ilə birlikdə Bakı şəhəri Xətai rayonu K.Kərimov küçəsi, ev 16, mənzil 20-də yaşayır, subaydır, heç bir yerdə işləmir, hazırda “UNEC”-də İV kurs tələbəsidir, əvvəllər məhkum olunmamışdır. 15 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində əmisi qızı Şahid4 ilə birlikdə yaşadığı ünvanda olarkən hava alıb kofe içmək məqsədilə evdən çıxaraq idarə etdiyi özünə məxsus «KİA-PİCANTO» markalı avtormobili ilə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada, «Gözəl Həyat» yaşayış kompleksində fəaliyyət göstərən "xxxx" restoranına getmiş, maşınını restoranın qarşısında saxlayaraq əmisi qızı Fidanla birlikdə restorana daxil olmuş, lakin otaqda oturmayaraq açıq havada masaların birində oturub özlərinə kofe sifariş etmiş, təxminən bir saata yaxın kafedə oturub söhbət etmiş və kofe içmiş, həmin vaxt onlardan təxminən bir-iki masa yan tərəfdə oturmuş əvvəllər tanımadığı, sonradan adını bildiyi Seymur adlı şəxs yanında tanımadığı bir oğlanla oturub kofe içmiş, bu zaman Seymurun yanındakı oğlan onun və Fidanın ətirini tərifləyərək xoş iyi olduğunu bildirmiş və sanki onlara söz atmış, həmin vaxt hər iki şəxsin hərəkətlərindən sərxoş olmaları hiss olunmuş, belə ki, onlar ucadan danışıb gülmüş və onlara söz atmış, sonra Fidanla restorandan çıxmaq qərarına gəlmiş, bu məqsədlə Fidan hesabı vermək üçün getmiş və özü isə avtomobilinə yaxınlaşıb mühərriki hərəkətə gətirmək istəmiş, maşınına yaxınlaşan zaman arxadan Seymurun gəldiyini və onu səsləyib dayanmasını bildirməsini eşitmiş, lakin dayanmayaraq iti addımlarla maşınına yaxınlaşmış və qapını açıb tez oturmuş, hətta dərhal qapını kilidləmiş, çünki Seymurun sərxoş olmasını görüb ondan qorxmuş, avtomobilinin qapısını kilidləməsinə baxmayaraq Seymur maşına yaxınlaşıb qapının tutacağına əl atmış və bağlı olduğunu görüb pəncərəni döymüş, əli ilə işarə edib şüşəni aşağı salmasını xahiş etmiş, ancaq salondan əli ilə işarə edib çıxıb getməsini bildirmiş, bu zaman Seymur əl hərəkətləri ilə telefon nömrəsini istəmiş, lakin ona fikir vermədiyini görərək çıxıb getmişdir. Həmin vaxt Fidan hesabı ödəyib gəlmiş və maşına yaxınlaşıb oturmuş, ona hesabı ödəyən zaman adminstrator Samirə şikayət etdiyini və həmin iki nəfər sərxoş şəxsin onlara söz atmasını bildirməsini demiş, maşını hərəkətə gətirib tərpənmək istəyərkən Samir yaxınlaşmış və üzürxahlıq etmiş, Samirə yenə də şikayət edərək Seymur və yanındakı şəxsin tərbiyəsizlik etmələrini və onlara sataşıb söz atmalarını bildirərək bir daha restorana gəlməyəcəklərini demiş, sonra isə maşını sürüb oradan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra Samirlə onlara söz atıb maşınına yaxınlaşmış Seymur adlı şəxs arasında mübahisə olmasını eşidib-bilmiş, hətta ətrafa çoxlu adamlar toplaşdığını və Seymuru Samirla bərabər orada olan başqa bir oğlanın döyüb xəsarət yetirməsini eşitmiş, Seymur adlı şəxsin döyülməsi Fidanla restorandan çıxıb getdikdən sonra baş verdiyindən həmin mübahisənin və dava-dalaşın şahidi olmamış, Seymur adlı şəxs ona və əmisi qızı Fidana söz atsa da və Seymur maşınına yaxınlaşıb onunla tanış olmaq istəsə də özlərinə və maşınına heç bir xəsarət yetirməmiş, bu səbəbdən Seymurdan şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da analoji ifadə verərək Şahid3 ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 15 iyun 2024-cü il tarixdə gecə saat 01:30-da sonradan adını bildiyi Seymur adlı şəxs yanında bir nəfər tanımadığı oğlanla restoranın həyətinə daxil olub masaların birində əyləşdilər və çay sifariş etdilər. Həmin vaxt həyətdəki masaların birində xanım müştərilər əyləşmişdilər. Bir qədər sonra həmin xanımlardan ikisi çıxıb getdi. Samir hesabı ödəmələri üçün onlara yaxınlaşdıqda həmin qızlar Seymur adlı müştərinin yanındakı oğlanla birlikdə onlara əxlaqsız təklif etdiyini demişdir. Xanım müştərilərin iradından sonra Samir orada oturan müştəri Seymur adlı şəxsə yaxınlaşıb nə üçün xanım müştəriləri narahat etdiyini soruşmuşdur. Seymur isə həmin vaxt sərxoş olduğuna görə Samiri təhqir edib ona «küçük oğlu küçük" demişdir, hətta ayağa durub onu vurmaq üçün üstünə gəlmişdir. Bu zaman Seymurun təhqirinə əsəbləşən Samir yumruqla Seymurun üzündən vurmuşdur. Seymur isə qarşısına çıxan hər kəsi söyüb təhqir etməyə başladı. Sonra mən, işçilər Murad və Yusif gəlib onları ayırmışlar. Ancaq Seymur ünvansız küçə söyüşləri söydüyü üçün yaxınlıqdakı "Don Captilio" restoranı tərəfdən gələn tanımadığı iki nəfər şəxs Seymura yaxınlaşıb onu sakitləşdirmək istədi, bu zaman Seymur həmin 2 nəfəri də söyüb təhqir etdiyi üçün onlardan biri Seymurla mübahisə edib dalaşdı və onu yumruqla vurdu. Seymuru işlədiyi restoranda Samirdən başqa işçilərdən heç kəs vurmamışdır, onunla təkcə Samir mübahisə edib dalaşmışdır. İşlədiyi restoranın həyətində Samirlə Seymur adlı müştəri arasında baş vermiş mübahisə və dava-dalaş təxminən beş dəqiqəyədək, qonşu restorandan gələn iki nəfər tanımadığı müştəri ilə isə mübahisə və dava-dalaş təxminən on dəqiqəyədək davam etmişdir. Həmin mübahisə zamanı Samir xəsarət almamışdır. Qeyd edim ki, mübahisə zamanı Seymurun yanında olan tanamdığı oğlan isə Seymuru ayırıb sakitləşdirməyə çalışırdı, həmin oğlan mübahisəyə müdaxilə etməmişdir. Həmin şəxs yalnız Seymuru Samirdən ayırıb sakitləşdirməyə və restorandan çıxarmağa çalışırdı, ancaq Seymura gücü çatmırdı. Hadisə zamanı Seymur adlı müştəri sərxoş vəziyyətdə olmuşdur. Hətta mübahisə zamanı Seymur təpiklə masanı və qab-qaşıqları vurub sındırmaqla restorana maddi ziyan vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada, Gözəl Həyat yaşayış kompleksində fəaliyyət göstərən “Nəşvə” restoranının qarşısında tanımadığı şəxslər tərəfindən döyülmüşdür. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. ( i.v. 4); 15 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada, Gözəl Həyat yaşayış kompleksində fəaliyyət göstərən “Nəşvə” restoranının qarşısında baş vermişdir.(i.v 9-10) xx.xx.2024-cü il tarixli video kameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xidməti iş otağımda "Harman" markalı kompyuterdə diskdə olan 02 ədəd video fayıla baxış keçirilmişdir. Həmin video fayldakı 05 dəqiqə 51 saniyəlik olan fayla baxış keçirilən zaman müəyyən olunur ki, şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çöl hissədə olan masaların birində əyləşən zaman onlara əvvəlcə bir nəfər şəxsiyyəti Şahid8 olması məlum olan şəxs yaxınlaşıb hər iki şəxsə əl uzadıb salamlaşdıqdan sonra bir qədər ayaq üstə dayanılb onlarla nə isə söhbət edir. Bu zaman Zərərçəkmiş şəxs ayağa qalxır və ora bir neçə nəfər şəxs toplaşırlar. Zərərçəkmiş şəxslə Şahid8 bir birlərinə tərəf gələndə oraya toplaşan şəxslər onları aralaşdırsalar da, Şahid8 yenidən Zərərçəkmiş şəxs üzərinə gəlir, ilk olaraq Şahid8 adlı şəxs yumruqla Zərərçəkmiş şəxs vurmağa başlayır. Ardıyca Seymur da Fərəci yumruqla vuraraq üzərinə gedir. Bu zama ara qızışır. Orada olan Fərəc adlı şəxsin qardaşı Fərid adlı şəxs də hücum edib Seymur adlı şəxsi vurur. Bir qədər ara sakitləşir, sonra Seymur adlı şəxs yenidən gələrək orada olan masaların birinə təpiklə vurur. Yenidən ara qızışır, orada olan digər bir nəfər şəxs Seymurla yaxından dayanıb mübahisə edir, 3 nəfər digər şəxs isə Seymuru sakitləşdirib kənara çəkirlər. Bu zaman digər bir nəfər də (müştəri olması ehtimal olunan) Seymura tərəf gələndə, orada olan işilər və müştərilər həmin 2 nəfər müştərilərin qarşısını alırlar. Seymur adlı şəxsi də kənarlaşdırıb aparırlar. Lakin, həmi iki nəfər müştərilər yenidən Seymura tərəf gəlmək istəsələr də, orada olan insanlar tərəfindən bunun qarşısı alınır. Bundan sonra diskdə olan digər video fayla baxış keçirilən zaman məlum olur ki, həmin video 02 dəqiqə 49 saniyədən ibarətdir. 3 nəfər şəxs Seymur adlı şəxsi sakitləşdirməyə çalışır. Seymur isə onıardan ayrılıb irəliyə getməyə cəhd edir. Sonra orada olan qara paltarlı şəxs Seymurun ağzını əli ilə tutur, Seymur həmin şəxsin əlindən çıxıb irəli getməyə cəhd etsə də, həmin şəxs Seymurun qolundan tutub buna imkan vermir. Sonra dogər çiynində çantası olan ağ köynəkli şəxs də gəlib Seymuru sakitləşdirmə çalşırlar. Həmin 2 nəfər şəxsin Seymuru sakitləşdirmək istəmələri sonra onlar arasında sözlə mübahisəyə çevrilsə də, orada dava-dalaş olmur. Lakin, bir qədər əvvəl çiynində çantası olan şəxs qaçaraq Seymura tərəf hücum edib yenidən Seymuru yumruqla bir neçə dəfə vurur. Bu zaman birinci video faylda Seymura tərəf qaçan ağ köynəkli müştəri də qaçaraq mübahisə olan istiqamətə gəlir və orada olan şəxslər bu dəfə də həmin şəxsi tutub aralaşdırırlar.Odur ki, bu barədə protokol tərtib olundu.(i.v 33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 13 iyul 2024-cü il tarixli, 648 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sağ göz orbitasının aşağı divarının sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasına qansızıma, alt çənə və sol qulaqarxası nahiyələrin sıyrıqları, hər iki bazunun qançırları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə dərəcəsinə sağ göz orbitasının aşağı divarının sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasına qansızma sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir, alt çənə və sol qulaqarxası nahiyələrin sıyrıqları, hər iki bazunun qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v 36-38) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 30.082024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 60) xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınır. (i.v 150) xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində tutulmuşdur.(i. v180) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 212-213) 02 dekabr 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Məhərrəm Hüseynov tərəfindən verilmiş təqdimatın müdafiə edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin dərhal Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 235-237) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 237-239) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 127.1 və 221.1-ci maddələrinə tövsif edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, 02 dekabr 2024-cü il tarixdə onun barəsində tərəfimdən seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə Şahid8 barəsində cinayət işinə hissəvi xitam verilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv olunsun və qəbul edilmiş qərarın surəti onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq kimi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində cinayət təqibi rədd edilsin və qəbul edilmiş qərarın surəti Zərərçəkmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq kimi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, Zərərçəkmiş şəxs yanında olmuş tanışı “Asif” adlı şəxs Türkiyə Respublikasında olduğundan onu dindirmək mümkün olmadığı nəzərə alınsın, hadisə zamanı onun mübahisəyə müdaxilə etməyərək tərəfindən heç kəsə xəsarət yetirilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Şahid2, «Neşvə» restoranının işçiləri, X1, Şahid7 və Şahid5 barələrində cinayət təqibinin başlanması rədd edilməsi, baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən "xxxx" restoranında masa və hər hansı bir şya sındırılması, restoran icarədarı X3 hər hansı bir məbləğdə maddi ziyan vurulmadığından, özgənin əmlakının məhv edilməsi və zədələnməsi kimi hallar bas baş vermədiyindən həmin xüsusat üzrə cinayət Təqibinin başlanması rədd edilməsi, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən "xxxx" restoranında tahlükəsizlik kameralarının qeydə aldığı videogörüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hal kimi himayəsində xx.xx.2023-cü il təvəllüdlü X4 olmasının müəyyən edilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri, maddi sübut olan 01 ədəd CD disk, hadisənin görüntüsünün qeyd olunduğu 01 ədəd CD disk və həmin diskə baxış keçirilməsi protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 278-289). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, 08 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladı vardır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması(CM59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsi(CM 59.1.12), ona vurulmuş ziyanın tam olaraq ödənilməsi (CM59.1.14), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını və antiterror əməliyyatlarda iştirak etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndinə görə CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, 30 noyabr 2024-cü il tarixdən 02 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdən 02 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1200 (min iki yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1000 (bir min) manat məbləğində cərimə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-121/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-121/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver