Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-123/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Səfaralı oğlunun iştirakları ilə, xx xxxxx 1988-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Salyan rayonunun Kürsəngi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Səfaralı oğlunun oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Səfaralı oğlu özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Səfaralı oğlu qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində ünvan 1 ünvanında yerləşən “Ulduz” marketin yanında olan ət satışı mağazasının qarşısından ət kəsimi üçün nəzərdə tutulan açıq şəraitdə olan məkandan iplə yerə bərkidilmiş dəmir parçasına bağlanmış Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd 720 (yeddi yüz iyirmi) manat olan iri buynuzlu dişi inəyi ipdən açmaqla oğurlamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Səfaralı oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 05:00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu, Nobel prospekti tərəfindən NZS-qəsəbəsi istiqamətində Z.Yusifov küçəsi hərəkət edərkən yolun kənarında Z.Yusifov küçəsi 22 ünvanında yerləşən “Ulduz” marketin qarşısından keçən zaman Ət dükanının qabağında açıq şəraitdə bir ədəd iri buynuzlu inəyin iplə dəmir dirəyə baxlandığını görüb həmin inəyi oğurlamaq qərarına gəlmişdir. Avtomobili arxa ara küçələrin birinə sürərək saxlayıb avtomobildən düşərək ət mağazasına yaxınlaşıb dəmir dirəkdən ipi açaraq inəyi dartıb avtomobili saxladığı yerə aparmışdır. O, orada maşının arxa oturacaqları olmayan salona inəyi mindirib avtomobillə uzaqlaşmışdır. Sonra həmin inəyi satıb qazanc əldə etmək məqsədi ilə bir gün öncə danışdığı ət dükanının qarşısında avtomobildən düşürdüb həmin dükanın qarşısında ət kəsilmək üçün nəzərdə tutulan yerdə dəmir dirəyə bağlamışdır. Dükanı işlədən Yasən adlı şəxsin gəlməsini gözləmişdir. O, bir gün öncə xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ət dükanında işləyən Yasənə yaxınlaşaraq yaxınlıqda yaşadığını demiş və ona anasının xəstə olduğu üçün pul lazım olduğuna görə babası rayondan satmaq üçün inək göndərib, həmin inəyi gətirib satmaq istədiyimi və neçəyə alacağını ondan soruşmuşdur. O, da ona heç bir problem yoxdursa gətirib ona sata biləcəyinə razılıq vermişdir. Maşını ustada olduğundan söhbət zamanı o, Yasəndən 40 manat borc pul istəmişdir ki, maşını ustadan çıxartsın. Yasən ona 40 manat borc pul verərək ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da vəsiqəsinin maşında olduğunu deyərək inəyi satmağa gətirdikdə şəxsiyyət vəsiqəni gətirəcəyini demişdir. Yasənlə danışıb razılığa gələrək onu inandırdığı üçün o, oğurladığı inəyi xx xxxxxx 2020-ci il tarixdə saat 07:00 radələrində gətirib onun dükanının qarşısına iplə bağlamışdır. Yasən dükana yaxınlaşdıqda inəyi nə ilə gətirdiyini ondan soruşmuş o, isə cavabında “Qazel” markalı avtomobillə gətirdiyini və maşını yola saldığını demişdir. O, inəyi 700 manata satdığını Yasənə təklif etmiş o, isə razılaşmadıqda sonda o, 640 manata satmağa razılaşmışdır. Nağd olaraq Yasəndən 600 manat pul almış 40 manat pulu isə borcuna çıxılmışdır. İnəyi ona satmağı ilə bağlı ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş o, da səndənin surətini ona vermişdir. Əldə etdiyi pulları o, anasının xəstəliyi ilə bağlı dərmanlara xərcləmişdir. xx xxxxxx 2020-ci tarixdə o, polis əməkdaşları tərəfindən 2 saylı ASAN xidmətin qarşısında idarə etdiyi avtomobillə hərəkət edərkən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlindən peşman olduğunu, dəymiş ziyanın tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, anasının ağır xəstə olduğunu, anasına ondan başqa heç kimin baxa bilməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi, 22 ünvanında yerləşən “Ulduz” marketin yanında olan ət mağazasını işlədir. xx xxxxxx 2020ci il tarixdə təxminən saat 19:00 radələrində o, ət dükanının qarşısına kəsmək üçün açıq şəraitdə ət kəsilən yerə bir baş iri buynuzlu dişi inəyi yerə bərkidilmiş dəmir dirəyə iplə bağlayıb çıxıb getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində o, ət dükanına yaxınlaşanda görmüşdür ki, açıq şəraitdə ət kəsilən yerə iplə bağladığı bir baş iri buynuzlu dişi inək yoxdur. İpdən açılmaqla oğurlanmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Oğurlanmış bir baş iri buynuzlu dişi inək bir yaş iki aylıq, ət çəkisi 131 kiloqram olmuşdur. Bir baş iri buynuzlu dişi inəyi o, 1.400 manata almışdır. Həmin gün onun inəyini öurlayan şəxsi polis əməkdaşları tapmışlar. Həmin şəxs Təqsirləndirilən şəxs Səfaralı oğlu olmuşdur. Təqsirləndirilən şəxs onun inəyini “VAZ- 21063” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə oğurlamışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxs Səfaralı oğlu ilə barışmışdır. Təqsirləndirilən şəxs Səfaralı oğluna qarşı heç bir şikayətinin, tələbinin olmadığını nəzərə alaraq, ona cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən ət mağazasını işlədir. Orada o, iri buynuzlu və xırda buynuzlu heyvan kəsib satır. xx xxxxxx 2020-ci il tarixdə adını sonradan bildiyi Amil adlı şəxs ona yaxınlaşaraq yaxınlıqda yaşadığını anasının xəstə olması ilə bağlı pula ehtiyyacı olduğu üçün rayondan babasının satmaq məqsədi ilə inək göndərdiyini bildirmişdir. Ondan babasının inəyi satmasına etiraz edib etməməsini soruşduqda o, babasının heç bir etirazı olmadığını bildirmişdir. Bu söhbətdən sonra həmin şəxs ondan maşının xarab olması ilə bağlı 40 manat borc pul istədi ki, maşınını ustadan çıxarıb gedib inəyi gətirsin. O, ona 40 manat borc pul vermiş və ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, isə şəxsiyyət vəsiqəsinin maşında olduğunu inəyi gətirən günü gətirib verəcəyini ona bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 07:00 radələrində o, işə gəldikdə görmüşdür ki, Amil inəyi gətirib dəmir dirəyə baxlamışdır. O, Amildən inəyi nə ilə gətirdiyini soruşduqda Amil ona “Qazel” markalı avtomobillə gətirdiyini inəyi düşürdükdən sonra isə maşına 100 manat pul verərək yola saldığını bildirmişdir. O, yaxınlaşıb inəyə baxdıqdan sonra kəsməyə yararlı olduğunu deyərək neçəyə satdığını soruşmuş o, isə 700 manata satdığını demişdir. O, Amilə qiymətin baha olduğunu demişdir. Sonda Amil inəyi 640 manata satmağa razılıq vermişdir. O, Amilə nağd olaraq 600 manat pul vermiş, 40 manat pulu isə borcundan çıxmışdır. Bundan başqa Amil şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir və piyada çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun iş yerinə polis əməkdaşları gələrək Amil adlı şəxsdən oğurluq inək aldığını demişlər. Onun həmin inəyin oğurluq olması barədə heç bir məlumatım olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 60-63-cü vərəqələrində olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”-nın xx xxxxxx 2021-ci il tarixli, 705 saylı ekspertiza rəyindən görünür ki, xx xxxxxx 2021-ci il tarixli ekspertiza təyini haqqında qərarda qeyd olunan 01 (bir) baş diri çəkisi 131 kq. olan dişi inəyin oğurluq hadisəsi baş verən tarixə nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə dəyəri 720 manat müəyyən edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səfaralı oğlu: 1) X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 29, 180.2.2, 310-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qərarına əsasən X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü dəyişdirilərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilişdir. xx xxx 2010-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir; 2) Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellaysiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ləğv edilərək, cinayət işi məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellaysiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) X2 Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsinə tövsif edilərək, cəzası 05 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən 09 (doqquz) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-51-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(007)-126/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Səfaralı oğluna təyin edilmiş 05 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 05 (beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 30-cu vərəqəsində olan Salyan rayonunun Kürsəngi kənd ƏDÜN-nin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Səfaralı oğlu olan Salyan rayonunun Kürsəngi kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixatriya Xəstəxanası” X4 xx xxxxxx 2021-ci il tarixli, 49 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səfaralı oğlu xəstəxanada müalicədə olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 58-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 xx xxxxxx 2021-ci il tarixli, 19/51-51 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səfaralı oğlu müalicədə olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Səfaralı oğlu ilə barışmışdır, onun Təqsirləndirilən şəxs Səfaralı oğluna qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs Səfaralı oğlun cəza verilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Səfaralı oğlunun özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Səfaralı oğlunun, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Səfaralı oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Səfaralı oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Səfaralı oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Səfaralı oğluna cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Səfaralı oğlunun barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səfaralı oğlunun hazırda törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan onun əməlində residiv müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs Səfaralı oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs Səfaralı oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Səfaralı oğlunun üzərinə Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Səfaralı oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Səfaralı oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Səfaralı oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Səfaralı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs Səfaralı oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Səfaralı oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Səfaralı oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Səfaralı oğlunun üzərinə Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Səfaralı oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Səfaralı oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-123/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-123/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver