Məhkəmə qərarları › İş №1(011)-123/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-123/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-123/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsn iştirakları ilə, 11 aprel 1985-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 66.2-ci maddələri tətbiq olunmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2850 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Raphis Musaevə ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə 19 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına giriş qapısının kilidini vintaçan və kəlbətinlə sındırmaq yolu ilə qanunsuz daxil olub, mənzilin yataq otağındakı dolabın üstündə olan saxlanc yeri hesab edilən mücrünün içərisindən bir ədəd 500 (beş yüz) manat dəyərində qızıl qolbağı, bir ədəd 400 (dörd yüz) manat dəyərində qızıl qolbağı, bir ədəd 180 (bir yüz səksən) manat dəyərində «Swarovski» markalı, Swarovski qaşlarla bəzədilmiş gümüş boyunbağını, bir ədəd həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 289 (iki yüz səksən doqquz) manat, yəni 170 (bir yüz yetmiş) ABŞ dolları dəyərində «Michael Kors» markalı qadın üçün qol saatını, bir ədəd 400 (dörd yüz) manat dəyərində «Anne Klein» markalı qadın üçün qol saatını, bir ədəd 300 (üç yüz) manat dəyərində qızıl boyunbağını, bir cüt 500 (beş yüz) manat dəyərində qızıl sırğanı, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində «Pandora» markalı gümüş qolbağı, ümumi dəyəri 400 (dörd yüz) manat olan bujiteriyaları, qonaq otağında olan dolaba düzülmüş bir ədəd 0,7 lt həcmdə 80 (səksən) manat dəyərində «Jagermeister» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə 80 (səksən) manat dəyərində «Monkey Shoulder» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə 240 (iki yüz qırx) manat dəyərində «İsis» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə 75 (yetmiş beş) manat dəyərində «X4» markalı spirtli içkini, taxtadan olan pul qabının içərisindən həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 35,81 (otuz beş manat səksən bir qəpik) manat, yəni 20 (iyirmi) avro dəyərində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3629,81 (üç min altı yüz iyirmi doqquz manat səksən bir qəpik) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Raphis Musaev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta məktəbi Gürcüstanda oxusa da, təhsilini azərbaycan dilində almışdır. 2003-cü ildən Azərbaycana gələrək Bakı şəhərində yaşayır. Təhsilini azərbaycan dilində almış, gürcü dilini bilmir, azərbaycan dilində yazıb oxumağı mükəmməl bilir. Əvvəllər bir neçə dəfə oğurluq cinayətinə görə məhkum edilmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 19 oktyabr 2023-cü il tarixdə, 13 radələrində «Həzi Aslanov» metrostansiyasından çıxaraq hündürmərtəbəli binalara tərəf getmişdir. O, həmin binalara daxil olaraq üst mərtəbən alt mərtəbəyə qədər olan mənzillərin qapısını döyüb evdə heç kim olmadığına əmin olduqdan sonra həmin mənzillərdən oğurluq etmək istəmişdir. Bu məqsədlə bir nəfər şəxsin çıxdığını görüb binalardan birinə daxil olmuşdur. Daha sonra 19-cu mərtəbəyə qalxmışdır. Həmin mərtəbəyə qalxdıqdan sonra mərtəbələrdəki mənzilləri yoxlamağa və mənzildə adam olub olmadığına baxmışdır. 16-cı mərtəbəyə düşdükdən sonra həmin mərtəbədə olan mənzillərdən birinə qulaq asmış, həmin mənzildə səs gəlmədiyi üçün mənzildə adam olmadığına əmin olmuş və üzərində olan bir ədəd vintaçan və kəlbətin vasitəsi ilə həmin mənzilin giriş qapısının kilidini sındırıb içəri daxil olmuşdur. O, mənzilə daxil olduqdan sonra mənzilin yataq otağına keçib axtarış aparmağa başlamış və həmin vaxt, yataq otağındakı dolabın üzərindəki mücrünün içərisindən iki ədəd qızıl qolbaq, bir ədəd gümüş boyunbaq, iki ədəd qadın üçün qol saatlarını, bir ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir ədəd gümüş qolbağı, bir qədər bujiteriyaları, həmçinin qonaq otağında olan şkafdan bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə «İsis» markalı spirtli içkini, bir ədəd 0,7 lt həcmdə «X4» markalı spirtli içkini, taxtadan olan pul qabının içərisindən 20 (iyirmi) avro nağd pulu oğurlayaraq həmin mənzildən çıxıb getmişdir. Bundan sonra əvvəllər kirayənişin kimi yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən məhəlləyə getmişdir. Həmin yerdə Sabir adlı şəxsin işlətdiyi mağaza olmuş və o, mənzildən oğurladığı spirtli içkiləri Sabirə ümumilikdə 50 (əlli) manata satmışdır. Daha sonra «Neftçilər» metrostansiyasının yaxınlığına getmişdir. Həmin yerdə mənzildən oğurladığı qızıllardan bir ədəd qızıl boyunbağını 195 (bir yüz doxsan beş) manata özünə məxsus Gürcüstan dövlətinin pasportu ilə satmışdır. Digər qızılları isə başqa mağazaya satmaq istəmişdir ki, heç kim qızılların oğurluq olduğundan şübhələnməsin, lakin digər mağazalar həmin qızılları özünə məxsus Gürcüstan dövlətinin pasportu ilə almadıqlarından yenidən həmin mağazaya qayıdaraq bir ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı ümumilikdə 205 (iki yüz beş) manata həmin mağazaya satmışdır. Daha sonra o, «Əcəmi» metrostansiyasına getmiş, orada mənzildən oğurladığı gümüş əşyaları, bujiteriyaları və saatları zibilliyə atmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə o, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın qismən ödənildiyini və əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o və arvadı hər gün səhər saat 06:30-da evdən çıxaraq işə gedir və axşam saat 19 radələrində yaşadıqları evə qayıdırlar. 19 oktyabr 2023-cü il tarixdə həmişəki kimi səhər saat 06:30-da o və arvadı evdən çıxaraq işə getmişlər. Axşam saat 19:00-da yaşadığı ünvana qayıdan zaman liftdən çıxıb mənzilin qapısını açmaq istədikdə mənzilin giriş qapısının kilid hissəsinin sındırıldığını görmüş və mənzildən oğurluq olmasını başa düşərək içəri daxil olmuşdur. O, mənzilə daxil olan zaman mənzilin dağınıq vəziyyətdə olmasını görüb dərhal polisə zəng edərək məlumat vermişdir. Təxminən 15 dəqiqədən sonra arvadı Minayə də yaşadıqları mənzilə gəlmiş və onlar mənzilə baxış keçirən zaman müəyyən etmişlər ki, mənzilin yataq otağındakı dolabın üstündə olan mücrünün içərisindən bir ədəd 500 (beş yüz) manat dəyərində qızıl qolbaq, bir ədəd 400 (dörd yüz) manat dəyərində qızıl qolbaq, bir ədəd 180 (bir yüz səksən) manat dəyərində «Swarovski» markalı, Swarovski qaşlarla bəzədilmiş gümüş boyunbağı, bir ədəd 170 (bir yüz yetmiş) ABŞ dolları dəyərində «Michael kors» markalı qadın üçün qol saatı, bir ədəd 400 (dörd yüz) manat dəyərində «Anne Klein» markalı qadın üçün qol saatı, bir ədəd 300 (üç yüz) manat dəyərində qızıl boyunbağı, bir cüt 500 (beş yüz) manat dəyərində qızıl sırğa, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində «Pandora» markalı gümüş qolbaq və ümumi dəyəri 400 (dörd yüz) manat olan bujiteriyalar, həmçinin qonaq otağında olan şkafdan bir ədəd 0,7 lt həcmdə 80 (səksən) manat dəyərində «Jagermeister» markalı spirtli içki, bir ədəd 0,7 lt həcmdə 80 (səksən) manat dəyərində «Monkey Shoulder» markalı spirtli içki, bir ədəd 0,7 lt həcmdə 240 (iki yüz qırx) manat dəyərində «İsis» markalı spirtli içki, bir ədəd 0,7 lt həcmdə 75 (yetmiş beş) manat dəyərində «X4» markalı spirtli içki, taxtadan olan pul qabının içərisindən 20 (iyirmi) avro nağd pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3.330 manat, 170 ABŞ dolları və 20 Avro olmaqla, ümumilikdə 3654,81 (üç min altı yüz əlli dörd manat səksən bir qəpik) manat məbləğində maddi ziyan dəymişdir və o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, lakin ona dəymiş ziyan qismən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid2 ifadəsində bildirmişdir ki, yaşadığı ünvanın qarşısında özünə məxsus ərzaq mağazası vardır. Günün səhər saatlarında həmin mağazada anası, digər saatlarda isə özü mağazada satıcılıq edir. Özünü «Afo» kimi təqdim edən, Xətai RPİ-nin 36-cı PB-də adının Raphis Musaev olduğunu bildiyi şəxsi təxminən 3 ildir ki, tanımış, münasibətləri normal olmuşdur. Belə ki, Afo təxminən 2-3 il əvvəl yaşadığı ünvanın qarşısında olan mağazaya gələrək araq və şokolad gətirib satmaq istədiyini bildirmişdir. Lakin onun xarici görünüşü və həmin malların oğurluq olmasından şübhələnib onları almaqdan imtina etmişdir. Bundan sonra bir neçə müddət o, Afonu görməmiş və sonuncu mağazaya gəlib getməmişdir. 19 oktyabr 2023-cü il tarixdə təxminən saat 17 radələrində o, mağazada olan zaman Afo mağazaya gəlib, ona bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı, bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı, bir ədəd 0,7 lt həcmdə «İsis» markalı və bir ədəd 0,7 lt həcmdə «X4» markalı spirtli içkilər təqdim edərək onları satdığını bildirmişdir. O, həmin içkiləri haradan əldə etdiyini soruşduqda, sonuncu bildirmişdir ki, həmin içkilər qaynatasına məxsusdur, lakin qayınatası həkim nəzarətində müalicə aldığı üçün pula ehtiyacı olduğundan içkiləri satır. O, həmin içkiləri hansı qiymətə satdığını soruşduqda, Afo ona bildirmişdir ki, ümumilikdə həmin içkilər üçün 50 (əlli) manat məbləğində pul istəyir. O da Afonun təklifi ilə razılaşmış və ona ümumilikdə 50 (əlli) manat məbləğində pul vermişdir. Həmin içkiləri aldıqdan sonra özünə məxsus mağazada satmaq üçün vitrinə qoymuşdur. Lakin sonradan o, bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı və bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı spirtli içkiləri Ceyhun adlı taksi sürücüsünə ümumilikdə 45 (qırx beş) manata satmışdır. Belə ki, onunla Ceyhun arasında yaxın münasibətlər olduğu üçün sonuncu həmin içkiləri almaq istədiyini və bunun müqabilində 45 manat pul verə biləcəyini dediyi üçün o, Ceyhunla razılaşıb həmin içkiləri 45 manata sonuncuya satmışdır. Bir ədəd 0,7 lt həcmdə «İsis» markalı spirtli içkini isə özü içmişdir. Qalan bir ədəd 0,7 lt həcmdə «X4» markalı spirtli içki isə hazırda özündədir və onu istintaqa təqdim etmişdir. Onun «Afo» ləqəbli Təqsirləndirilən şəxsn satdığı bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı, bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı, bir ədəd 0,7 lt həcmdə «İsis» markalı və bir ədəd 0,7 lt həcmdə «X4» markalı spirtli içkiləri cinayət yolu ilə əldə etməsindən heç bir məlumatı olmamışdır, əgər bu barədə bilsəydi həmin içkiləri almaqdan imtina edərdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid3 ifadəsində bildirmişdir ki, onun əsl adı Şahid3 olsa da, dostları, tanışları və qohumları onu «Ceyhun» deyə çağırır. Şahid2 təxminən 3-4 aydır ki, tanımış və aralarında normal münasibətləri olmuşdur. Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında Sabirə məxsus mağaza vardır. 19 oktyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində o, Sabirə məxsus mağazada olan zaman vitrində bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı və bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı spirtli içkilərin olduğunu görmüşdür. Sabirdən həmin içkiləri hansı qiymətə satdığını soruşduqda ona bildirmişdir ki, təcili pul lazım olduğundan həmin içkiləri dəyərindən aşağı qiymətə satır. O, qiymət barədə maraqlandıqda Sabir həmin içkiləri ümumi olaraq 60 (altmış) manata satdığını bildirmişdir. Lakin o, Sabirə demişdir ki, ümumi olaraq 45 manat pulu var və həmin içkiləri ümumi 45 manata ona sata bilərsə ala bilər. Sabir onun bu təklifi ilə razılaşıb bir ədəd 0,7 lt həcmdə «Jagermeister» markalı və bir ədəd 0,7 lt həcmdə «Monkey Shoulder» markalı spirtli içkiləri ona ümumilikdə 45 manata satmışdır. O da həmin içkiləri alaraq yaşadığı evə getmiş və həmin içkiləri içmişdir. Həmin spirtli içkilərin cinayət yolu ilə əldə olunmasından məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən «FH Telecom» mağazası ona məxsusdur, həmin mağazada mobil telefonların alışı və satışından əlavə qızıl əşyalarının alışı ilə də məşğul olur. 19 oktyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində o, mağazada olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs mağazaya daxil olaraq bir ədəd qızıl boyunbağını təqdim edib uşağının xəstə olmasını deyib həmin qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. O, həmin boyunbağıya baxdıqdan sonra onu 195 (bir yüz doxsan beş) manata ala biləcəyini demişdir. Həmin şəxs onun dediyi qiymətlə razılaşdıqdan sonra o, sonuncudan şəxsiyyətini təsdiq edən sənədi istəmiş və həmin şəxs özünə məxsus Gürcüstan vətəndaşı olmasını təsdiq edən pasportunu təqdim etmişdir. O da həmin pasportun kserosurətini çıxararaq üzərində qeydlər aparmaqla həmin şəxsə 195 manat məbləğində pul verib sonuncunun satdığı qızıl boyunbağını almışdır. Həmin sənədin kserosurətini çıxaran zaman ona məlum olmuşdur ki, həmin şəxs Raphis Musaevdir. Bundan sonra həmin şəxs mağazadan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra həmin şəxs, yəni Raphis Musaev yenidən mağazaya qayıdaraq uşağına dərman almaq üçün pulunun çatmadığını deyib özündə olan digər qızıl-zinət əşyalarını da, yəni bir ədəd qızıl qolbaq və bir cüt qızıl sırğanı da satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin sənədinin kserosurətini çıxardığı üçün sonuncudan sənəd tələb etməmiş və həmin qızıl-zinət əşyalarını ümumilikdə 205 (iki yüz beş) manat dəyərləndirib almağa razılıq vermişdir. Raphis Musaev həmin qiymətlə razılaşaraq qızılları ona satıb getmişdir. O, həmin qızılları da onun sənədinin altında qeyd etməyi düşünsə də, sonradan bunu yadından çıxardığı üçün onları həmin kağıza qeyd etməyi unutmuşdur. Daha sonra Raphis Musaevdən aldığı bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı həmin gün lom kimi ümumilikdə 419 (dörd yüz on doqquz) manata satmışdır. Həmin şəxsdən aldığı sənədin surətini təqdim etmişdir. O, həmin şəxsi əvvəllər tanımamış, birinci dəfə həmin gün görmüşdür. O, qızıl-zinət əşyalarının alışı zamanı satan şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, lakin qızıl-zinət əşyalarının satışı zamanı heç bir sənədləşdirmə aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-10); ifadənin yerində yoxlanılması haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Raphis Musaev törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 44-51); cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Raphis Musaev həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 62); Şahid4 tərəfindən istintaq orqanına təqdim edilmiş Raphis Musaevə məxsus pasportun surətindən görünür ki, vəsiqənin üzərində “tarix xx.xx.2023”, “Qızıl 750”, “Çəki 2.64”, “Qiymət 195”, “Tel: ***-***-**-**”, “İmza” yazıları qeyd edilmişdir (i.v. 87); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Raphis Musaev ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 89-90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-690/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsn barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 112-116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Raphis Musaev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 67.1-ci maddələri tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5, 66.2 və 68.2-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2850 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2850 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (i.v. 119-121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8297 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 0,7 litr həcmli “X4” markalı spirtli içkinin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 75.00 manat müəyyən edilir (i.v. 128-132); sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Raphis Musaevə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Şahid2 təqdim etdiyi 01 ədəd “X4” markalı spirtli içki, həmçinin iş üzrə Şahid4 təqdim etdiyi Raphis Musaevə məxsus pasportun kserosurəti maddi sübut kimi tanınmış, 01 ədəd “X4” markalı spirtli içkinin Zərərçəkmiş şəxs geri qaytarılması və qızıl-zinət əşyasının alışı zamanı qeydlər aparılmış Təqsirləndirilən şəxsn pasportunun kserosurətinin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması barədə protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2023-cü il tarixli, 9/8297 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 136-142); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Raphis Musaevə yenidən ittiham elan olunmuşdur (i.v. 148-149); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 23 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd 0,7 litr həcmli “X4” markalı spirtli içki Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v. 168); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs Raphis Musaev ilə barışmış, lakin ona dəymiş ziyan qismən ödənilmişdir; Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, il Suraxanı Rayon Məhkəməsinin 1(010)-130/2019 saylı, xx.xx.2019-cu tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2850 manat məbləğində cərimə növündə cəzaya məhkum edilmiş Raphis Musaev ona təyin edilmiş cərimə məbləğindən 70 (yetmiş manat) ödəniş etmiş, xx.xx.2024-cü il tarixə ona təyin edilmiş cərimə məbləğinin ödənilməmiş hissəsi 2780 (iki min yeddi yüz səksən) manat təşkil edir. Əlavə olaraq bildirilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən (axtarışda olan) məhkum Təqsirləndirilən şəxsn 7 gün müddətə tutulması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Raphis Musaev tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsn əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsn zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.12, 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxsn Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, məhkəmə qeyd edir ki, X3 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2850 manat məbləğində cərimə cəzasına və yekun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.5, 66.2 və 68.2-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2850 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Lakin, Raphis Musaev yuxarıda qeyd olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmlərinə əsasən iki dəfə qəsdən az ağır cinayətin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, həmin hökmlər üzrə olan məhkumluqları üzərindən götürülmədən və ödənilmədən yenidən az ağır cinayət əməli törətmişdir ki, qeyd olunan hal Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi hesab olunur. Belə ki, CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. İş materiallarından məlum olduğu kimi Raphis Musaev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, əlavə cəza qismində təyin edilmiş cərimə cəzasını bugünədək tam olaraq ödəməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Məhkəmə, cinayət işinin materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxsn Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, yəni 19 oktyabr 2023-cü il tarixdə təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini nəzərə alaraq, hesab edir ki, Raphis Musaevə cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxsn əməlində cinayətin təhlükəli residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın tətbiq edilməsi istisna edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Raphis Musaevə islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Raphis Musaev Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin üçdə ikisindən az olmamalı (CM-65.2), Raphis Musaevə hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(010)-130/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2780 (iki min yeddi yüz səksən) manat hissəsi ilə tam birləşdirilməklə üzərində qəti cəza saxlanılmalı (CM-67.1), cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “X4” markalı spirtli içkinin Zərərçəkmiş şəxs geri qaytarılması və qızıl-zinət əşyasının alışı zamanı qeydlər aparılmış Təqsirləndirilən şəxsn pasportunun kserosurətinin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Raphis Musaev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Raphis Musaevə hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(010)-130/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 2780 (iki min yeddi yüz səksən) manat hissəsi ilə tam birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2780 (iki min yeddi yüz səksən) manat məbləğində cərimə cəzası saxlanılsın. Raphis Musaevə təyin edilmiş 2780 (iki min yeddi yüz səksən) manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Raphis Musaev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “X4” markalı spirtli içkinin Zərərçəkmiş şəxs geri qaytarılması və qızıl-zinət əşyasının alışı zamanı qeydlər aparılmış Təqsirləndirilən şəxsn pasportunun kserosurətinin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Raphis Musaevndan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Raphis Musaevə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar