Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-124/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, OMSK vilayəti, Lyubinsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi omadan şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0.329 qram və 0.366 qram olmaqla ümumi təmiz çəkisi 0.695 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci ii tarixdə saat 05:15-də "Komendant saatı” ilə əlaqədar yaradılmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə X3 kəsişməsinin yanında yerləşən 3 nömrəli stasionar postda xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb ünvan 2 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən həmin miqdarda bir ədəd salfet kağızına bükülmüş 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Lənkəran şəhərindən Bakı şəhərinə müştəri gətirmiş və həmin gün saat 14 saat radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən heç bir anket məlumatlarını və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manat müqabilində iki ədəd sellofan bükümdə olan narkotik vasitə hesab edilən heroin almışdır. Bundan sonra həmin heroini əynində olan göy rəngli cins şalvarın arxa sol cibinə qoymuş və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Gecəni Fəridə adlı xalasına məxsus olan mənzildə keçirtmişdir. Səhər saatlarında Lənkəran şəhərinə müştəri aparmaqdan ötrü Bakı şəhəri, 20 Yanvar adlanan əraziyə yollanmışdır, xx xxxxxx 2020-ci il tarixdə saat 05:15-də "Komendant saatı” ilə əlaqədar yaradılmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə X3 kəsişməsində yerləşən postda yaxınlaşdığı zaman həmin postda xidmət aparan polis əməkdaşları idarə etdiyi **- UR-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobili saxladaraq komendant saatında hərəkət etmək üçün icazəsinin olub-olmamasını soruşmuşlar. Onun həyəcanlanmağı səbəbindən postda xidmət aparan polis əməkdaşları ondan şübhələnmişlər və digər polis əməkdaşlarına məlumat vermişlər. Posta gələn digər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu şübhəli şəxs qismində 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil şöbəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoymağı təklif ediləndə, əynində olan cins şalvarının arxa sol cibindən içərisində 02 ədəd sellofan büküm olan 01 ədəd salfet kağızına bükülmüş bağlamanı masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin 02 ədəd bükümün içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əməliyyat qrupunda olan zaman saat 05:15-də Azərbaycan Respublikası ərazisində elan edilmiş hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə X3 kəsişməsində yaradılmış 3 saylı postda xidmət aparan polis əməkdaşları mobil rabitə vasitəsilə məlumat verərək **-UR-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobili idarə edən bir nəfər şəxsin narkotik vasitələrin təsiri altında olmasını, narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində daşımasında şübhəli bilindiyi üçün həmin posta əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupunun tərkibində xidmət apardıqları üçün o və Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 həmin məlumata dərhal reaksiya verərək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə X3 kəsişməsində yaradılmış 3 saylı posta getmişlər. Onlar sözügedən posta yaxınlaşan zaman şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Əkbər Hacıyev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə həmin şəxsi şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Elvin əynində olan şalvarın arxa sol cibindən bir ədəd salfet kağzına bükülmüş içərisində iki ədəd sellofan bükümlərində olan tünd qəhvəyi bağlamanı çıxarıb masanın üzərinə qoymuşdur. Elvin həmin iki ədəd sellofan bağlamanın içərisində “kakos” adlanan nakotik vasitənin olduğunu, həmin narkotik vasitələri "Papanin” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manat pui verib aldığını bildirmişdir. Elvinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən həmin miqdarda bir ədəd salfet kağızına bükülmüş 02 ədəd sellofan bükümlərdə olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2361 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2 ədəd büküm....” və s. yazılar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0.329 qram və 0.366 qram, ümumi təmiz çəkiləri 0,695 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 ədəd bükümdəki heroin kimyəvi tərkiblərinə görə eynilik təşkü edirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli 3306 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,615 qram heroin iş üzrə maddi sübut kimi tanınıraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 10 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli X4 adlı bir azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hal kimi himayəsində azyaşlı uşağının olmasını müəyyən etdi. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, residiv nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,615 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,615 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-124/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-124/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver