Məhkəmə qərarları › İş №1(011)-125/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-125/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-125/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Şahid1, təqsirlədirilən şəxs - Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Şahid3, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 iştirakı ilə, xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Tofiq adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun istifadə etdiyi “İnstagram” sosial şəbəkəsində olan “baxıcı_falcı_cadugar_” adlı səhifəsi vasitəsi ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, həmin hesabın mesaj bölməsində yazışdıqları “narmin_jabbar_” adlı hesabın sahibi Zərərçəkmiş şəxs fala baxmaq üçün əvvəlcədən 5 manat pul ödəməsini deyib, ona keçid linki göndərmiş, Zərərçəkmiş şəxs həmin keçid linkinə özünə məxsus 416973......9496 nömrəli "xxxx" ASC-yə aid, içərisində 4900 manat məbləğində pul vəsaiti olan “Birkart” kredit kartının məlumatlarını daxil etmiş, beləcə 10 fevral 2021-ci il tarixdə, saat 20:53-dən 21:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus həmin “Birkart” kredit kartından bir dəfə 11 manat, iki dəfə 101,20 manat, beş dəfə hər biri 202,40 manat, üç dəfə hər biri 506 manat, dörd dəfə hər biri 5 manat olmaqla, 15 əməliyyata cəmi 2763,40 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə, anası Şahid1 adına olan "xxxx" KB ASC-yə məxsus 524375......9337 nömrəli plastik karta köçürtdükdən sonra, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən "xxxx" KB ASC-nin “Nonstop Telecom” bankomat terminalından pul vəsaitini nağd şəkildə çıxarma yolu ilə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2763,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Tofiq adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun istifadə etdiyi “İnstagram” sosial şəbəkəsində olan “baxıcı_falcı_cadugar_” adlı səhifəsi vasitəsi ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, həmin hesabın mesaj bölməsində yazışdıqları “narmin_jabbar_” adlı hesabın sahibi Zərərçəkmiş şəxs fala baxmaq üçün əvvəlcədən 5 manat pul ödəməsini deyib, ona keçid linki göndərmiş, Zərərçəkmiş şəxs həmin keçid linkinə özünə məxsus 416973......9496 nömrəli "xxxx" ASC-yə aid, içərisində 4900 manat məbləğində pul vəsaiti olan “Birkart” kredit kartının məlumatlarını daxil etmiş, beləcə 10 fevral 2021-ci il tarixdə, saat 20:53-dən 21:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus həmin “Birkart” kredit kartından bir dəfə 11 manat, iki dəfə 101,20 manat, beş dəfə hər biri 202,40 manat, üç dəfə hər biri 506 manat, dörd dəfə hər biri 5 manat olmaqla, 15 əməliyyata cəmi 2763,40 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə, Təqsirləndirilən şəxs1 anası Şahid1 adına olan "xxxx" KB ASC-yə məxsus 524375......9337 nömrəli plastik karta köçürtdükdən sonra, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən "xxxx" KB ASC-nin “Nonstop Telecom” bankomat terminalından pul vəsaitini nağd şəkildə çıxarma yolu ilə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2763,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə müraciət edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 bildirdi ki, tanışı Təqsirləndirilən şəxs2 ona “İnstagram” sosial şəbəkəsində izləyici artırmağı öyrədəcəyini demiş və onlar sosial şəbəkədəki səhifə vasitəsi ilə insanları fala baxmağı vəd edib aldatmışlar. Belə ki, fala baxdırmaq üçün müştəri ilə Əliamin istifadə etdiyi “baxıcı_falcı_cadugar_” səhifəsində yazışaraq, müştərinin ödəniş etməsi üçün göndərdiyi kart məlumatları əsasında onun anası Şahid1 məxsus "xxxx"dakı kart hesabına yönəltməklə məşğul olmuşlar. Həmin bank kartını o, istifadə edirmiş və bank kartına daxil olan vəsaitlərin bir hissəsini o, Əliaminin kart hesabına göndərirmiş. 2021-ci ilin fevral ayında yaşadığı Sumqayıt şəhərində yerləşən mənzildə olduğu zaman, anasının kart hesabına bir neçə dəqiqə ərzində müxtəlif məbləğlərdə vəsait köçürülmüşdür. Toplam məbləğ 2763,40 manat təşkil etmiş və həmin məbləğdən o, 500 manatını əldə olunmuş qazanc kimi payı olaraq Əliaminin kart hesabına göndərmişdir. Bundan səhəri gün isə Sumqayıt şəhərində yerləşən bankomat terminalından qalan məbləği kart hesabından çıxarmışdır. Sonradan ona məlum olmuşdur ki, anasının kart hesabına köçürülən məbləğ Zərərçəkmiş şəxs adlı qadının hesabından köçürülmüşdür. Anasının kart hesabına köçürülən 2763,40 manat pul hazırda tam olaraq sahibinə qaytarılmışdır. Göstərilənlərə əsasən, məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Xəzər rayonunun Binə qəsəbəsində yaşayır və 2021-ci ilin fevral ayında Sumqayıt şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb işlətdikləri “İnstagram” sosial şəbəkəsindəki “baxıcı_falcı_cadugar_” səhifəsi vasitəsi ilə insanlara fala baxmağı vəd etməklə, onların bank kartındakı pul məbləğlərini başqa hesaba köçürməklə məşğul olmuşlar. 10 fevral 2021-ci il tarixdə sosial şəbəkədə olan səhifəyə “narmin_jabbar_” adlı istifadəçi yazaraq, fala baxdırmaq istədiyini bildirmişdir. O, həmin qadına 5 manat müqabilində falına baxa biləcəyini yazıb cavab göndərmişdir. Ona yazan qadın müştəriyə ödəniş etməsi üçün keçid linkini göndərmişdir. Qadın həmin linkə daxil olub, öz bank hesab məlumatlarını yazmış, sonra isə qadının kart hesabında olan pul vəsaitini tanışı Əlinin anasına aid bank hesabına yönəltmişdir. Nəticədə Əlinin anasına aid bank hesabına 2763,40 manat məbləğində pul köçürülmüş, Əli isə həmin məbləğdən 500 manatını onun bank hesabına köçürmüşdür. Qalan məbləği isə Əli sonradan Sumqayıt şəhərində olan bankomat terminalından hesabdan çıxartmışdır. Hazırda 2763,40 manat vəsait tam olaraq sahibi olan Zərərçəkmiş şəxs qaytarılmışdır. Göstərilənlərə əsasən, məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi X4 müraciət edərək, hazırki iş üzrə təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan “Tofiq” adlı şəxs müəyyən edilmədən və istintaqa cəlb edilmədən, cinayət işinə baxılmasını mümkünsüz hesab etməklə, cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi X3 iş üzrə təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə iclasında təqsirləndirilən şəxslərin verdiyi ifadələrdən və cinayət işinin materiallarından müəyyən olunur ki, cinayətin törədildiyi yer Sumqayıt şəhəridir. Belə ki, verilmiş ittihama görə, 2763,40 manat pul vəsaiti elektron məlumat daşıyıcılarından istifadə edilməklə, Təqsirləndirilən şəxs1 anası Şahid1 adına olan "xxxx" KB ASC-yə aid plastik karta köçürüldükdən sonra, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən "xxxx" KB ASC-nin “Nonstop Telecom” bankomat terminalından pul vəsaitini nağd şəkildə çıxarma yolu ilə gizli olaraq talamışdır. Bununla da, özgənin əmlakı üzərində təqsirləndirilən şəxsin sərəmcam vermək hüququ, həm vəsait plastik karta köçürülən zaman, həm də vəsait nağdlaşdırılarkən Sumqayıt şəhərində olarkən yaranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göründüyü kimi, qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən, onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılır. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 77, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar