Məhkəmə qərarları › İş №1(011)-125/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-125/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-125/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə adı tanışı qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 06 aprel 2022-ci il tarixdə saat 04:55 dəqiqədə ünvan 2 ünvanda yerləşən hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “meyvə-tərəvəz” mağazasının qarşısında dayanaraq rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi mağazanın qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, o isə əvvəlcədən əldə etdiyi dəmir alətlə plastik qapının üzərində olan kilidi sındırıb mağazaya qanunsuz daxil olub, oradan kassa aparatının saxlanc yeri hesab edilən siyirtməsindən 250 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Samir Abbasova 250 (iki yüz əlil) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 06 aprel 2022-ci il tarixdə saat 05:15 dəqiqədə ünvan 2 ünvanda yerləşən hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Seville iç” geyimləri mağazasının qarşısında dayanaraq rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi mağazanın qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs isə əvvəlcədən əldə etdiyi dəmir alətlə plastik qapının üzərində olan kilidi sındırıb mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri hesab edilən iş masasının siyirtməsində olan dəftərin arasından 750 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan xx.xx.2022-ci il tarixdə saat 03 radələrində tanışı Nikolay ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşdükdə oğurluq elmək qərarına gəlmişlər. Həmin ərazidə yerdən tapdıqları dəmir parçasını üzərində gütürüb saat 05 radələrində Məhəmməd Hadi küçəsində yerləşən binaların arasında gəzərkən meyvə-tərəvəz mağazasını ətraflı olaraq müşahidə etdikdə mağazanın giriş qapısının ağ rəngli plastikdən ibarət olmaqla üzərində kilid asıldığını görmüşdür. O, əlində olan dəmir alət ilə kilidi sındırmışdır. Bundan sonra ətrafda kimsənin olmadığını görüb hər ikisi mağazaya daxil olmuşlar. O, birbaşa mağazanın içərində olan kassa aparatına yaxınlaşıb siyirtmədə olan qəpik pulları və kağız pulları götürmüşdür. Təxminən həmin mağazadan 250 manat civarında pul götürmüşlər. Nikolay ilə razılaşmışlar ki, həmin mağazanın yanında olan geyim mağazasına daxil olsunlar. Birlikdə meyvə-tərəvəz mağazasından çıxıb qonşuluqda olan “Sevilli İç” geyimləri mağazasına yaxınlaşmışlar. Yenidən ətrafa baxıb heç kimin olmadığını gördükdə əlindəki dəmir alətlə ağ rəngli plastik qapının üzərində olan kilidi sındırıb içəri daxil olmuşlar. İçəriyə daxil olarkən mağazanın daxilində yerləşən dolaba yaxınlaşıb siyirtməni açdıqda qarşısına dəftər çıxmışdır. Həmin dəftərin arasında 750 manat nağd pul aşkar etmişdir. Həmin pulları götürdükdən sonra Nikolay ilə birlikdə mağazadan çıxaraq Sabunçu rayonunda yerləşən vağzala getmiş, orada pulu yarı bölmüşlər. Daha sonra əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi 82 saylı ünvanda yerləşən meyvə-tərəvəz mağazasını icarəyə götürərək fəaliyyət göstərir. Mağazanı bağlayarkən gündəlik olaraq alış-veriş etdiyi 250 manat pulları mağazada olan kassa aparatının siyirməsinə qoyaraq mağazanın giriş qapısım bağlayıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində mağazaya gələrkən giriş qapısının üzərində olan kilidin naməlum şəxs tərəfindən sındırılaraq qanunsuz olaraq mağazaya daxil olub kassa aparatının saxlanc yeri hesab olunan siyirtməsində ona məxsus 250 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 telefonoqram vasitəsilə təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə telefonoqramı və təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilərək tədqiq etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Seville” iç geyimləri mağazasını icarəyə götürərək fəaliyyət göstərir. Gündəlik olaraq mağaza saat 10 radələrindən saat 19 radələrinədək işləyir. Mağazanı bağladıqdan sonra gündəlik alış veriş etdiyi və satdığı geyimlərin 750 manat pullarını mağazada olan dolabın siyirməsində dəftərin arasına qoyaraq getmişdir. 06 aprel 2022-ci il tarixdə saat 10 radələrində işlədiyi mağazaya gəldikdə giriş qapının üzərində olan kilidi sındıraraq naməlum şəxsin qanunsuz olaraq mağazaya daxil olub masanın saxlanc yeri hesab olunan siyirtmədə olan dəftərin arasına qoyduğu 750 manat pulun oğurlandığını aşkar etmişdir. İş materiallarında olan ifadəsi yerində yoxlanılması haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixə keçən gecə saat 04:55 dəqiqədə adı istintaqa “Nikolay” kimi məlum olan şəxs ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 82 ünvanda yerləşən "meyvə-tərəvəz” mağazasının plastik qapısının üzərində olan kilidi dəmir alətlə sındırıb mağazaya qanunsuz daxil olub, oradan kassa aparatının saxlanc yeri hesab edilən siyirtmədən 250 (iki yüz əlli) manat nağd pulu gizli olaraq talayıb, daha sonra həmin ünvanda olan “Sevilli İç” geyim mağazasının plastik qapısının üzərində olan kilidi dəmir alətlə ilə sındırıb mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri hesab edilən iş masasının siyirtməsindən 750 (yeddi yüz əlli) manat nağd pulu gizli oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, video fayl açıldıqda ekranda xx.xx.2022-ci il tarixdə 04:55:45 saniyədə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olan yaşayış binasının birinci mərtəbəsində yerləşən “meyvə-tərəvəz” mağazasının daxili görüntüsü müşahidə olunur. Görüntüyə baxan zaman əynində papaqlı gödəkçəsi olan hündür boylu kişi cinsli bir nəfər şəxs meyvə tərəvəz mağazasında müşahidə olunan kassa aparatına birbaşa olaraq yaxınlaşıb kassanın dəmirdən olan siyirməsinin üzərindəki açarı sola doğru çevirərək siyirməni açıb kassanın dəmirdən olan qəpik pullarının yığıldığı qabı masanın üzərinə qoyub əlində olan mobil telefonun işığı ilə axtarış aparır. Həmin zaman mağazaya digər bir kişi cinsli əynində gödəkçəsi həmin gödəkçənin papağını başına keçirmiş hündürboylu şəxs masanın üzərinə qoyulmuş qəpik pulları sellofan torbaya yığır. Digəri isə axtarışlarını davam etdirir. Onların hər ikisi kassa aparatını və tərəzini qaldıraraq alt hissəsinə baxırlar. Sellofan torbaya pulları yığan şəxs başının üzərində video müşahidə kamerasının olduğunu görüb kameranın qarşısını əli ilə bağlayır. İkinci video fayl açıldıqda ekranda xx.xx.2022-ci il tarixdə 05:43:34 saniyədə həmin iki nəfər şəxsin əllərində sellofan torba ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində marketin qarşısından keçərkən başında qara papaq olan şəxsin əlindəki sellofan torbanı yerə qoyaraq mağazaya daxil olduğu, digərinin isə çöldə gözlədiyi müşahidə olundu. 05:45-də mağazada olan şəxsin çölə çıxaraq çöldə gözləyən şəxsə siqaret verdiyi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:55-də ünvan 2 ünvanda meyvə-tərəvəz mağazasına əynində papaqlı gödəkçə olan hündür boylu kişi cinsli şəxsin özü olmasını yanında olan şəxsin isə Nikolay adlı tanışının olduğunu bildirir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-177/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 170.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 500 manat cərimə cəzası ilə birləşdirilərək qəti olaraq 01 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 500 manat cərimə cəzasına və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasını Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə çəkib qurtarmış və cəza müddətinin sonu ilə azad edilmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ziyanın ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı tələb və şikayəti yoxdur. İş materiallarında olan telefonoqramdan və iş vərəqi 124-də olan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ziyan ödənildiyindən, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, videogörüntü ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərə alınmaqla bu hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və bu günədək ödənilməmiş qalan 500 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 12 oktyabr 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 500 (beş yüz) manat məbləğində cərimə cəzası tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar