Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-125/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X5 katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, mənzil 16 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarında, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 0,73 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin CAŞ və Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 sentyabr 2023-cü il tarixdə saat 20:05-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2rləşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 0,73 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 22:10-da sonuncunun yaşadığı Xətai rayonu, Cavanşir küçəsi 30 saylı ünvanda yerləşən 16 nömrəli mənzilə müdafiəçi və mütəxəssisin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq göstərməklə xeyli miqdarda kultivasiya etməsi müəyyən olunmuş, eləcə də mənzilə baxış zamanı yataq otağındakı masanın üzərindən 01 ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi 43,99 qram, həmin torbanın içərisində olan 03 ədəd sellofan torbalarda təmiz çəkiləri 2,16 qram, 9,06 qram və 30,46 qram - ümumi çəkisi 85,67 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkibində olan kannabinoidli komponentlərə görə eyni olmaqla ümumi çəkisi 86,40 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin eyvanından plastmas qablarda aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə, 12 ədəd olmaqla xeyli miqdarda - ümumi çəkisi 217,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə, saat 20:05 radələrində şəxsi işləri ilə əlaqədar yaşadığı Xətai rayonu, Cavanşir küçəsi 30 saylı ünvanın yaxınlığında dayandığı zaman 3 nəfər ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onu 36-cı PB-nin inzibati binasına dəvət etmişlər. O etiraz etmədən onlarla 36-cı PB-nə getmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına vəkil dəvət edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynində olan şalvarın cibində saxladığı kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, qutunun içərisində marixuana olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşlarına 2 il bundan əvvəl keçirmiş olduğu insultla əlaqədar bədənində olan ağrıları azaltmaq məqsədilə yaşadığı mənzildə də tərkibində narkotik maddələr olan bitkilər əkdiyini, onlara qulluq etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın da mənzildə əkdiyi və qulluq etdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini və üzərində saxladığını etiraf etmişdir. Bundan sonra isə həyata keçirilmiş bütün hərəkətlər protokollaşdırılmışdır. Təqdim etmiş olduğu 1 ədəd kibrit qutusu içərisində olan bitki mənşəli kütlə ilə birlikdə onun və digər iştirakçıların iştirakları ilə zərfə qoyulub möhürlənmişdir. Zərfin üzəri imzalanmışdır. Bundan əlavə protokol tərtib olunmuşdur. Protokol imzalarla təsdiq etmişlər. Bundan sonra o, müdafiəçi, mütəxəssis qismində dəvət olunmuş şəxs və polis əməkdaşları ilə birlikdə yaşadığı Xətai rayonu, Cavanşir küçəsi 30 saylı ünvanda yerləşən 16 nömrəli mənzilə getmişlər. Polis əməkdaşları ondan mənzilə baxış keçirilməsinə dair etirazının olub-olmadığını soruşmuşlar. O da hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ona mənzildə olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmetləri və ya narkotik tərkibli çətənə bitkilərini təqdim etməsi təklif olunmuşdur. O, əvvəlcə mənzilin yataq otağındakı stolun üstündə olan 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd dəmir qabı göstərərək sellofan torbanın içərisində olan kütlələrin narkotik vasitə olan marixuana olmasını, dəmir qabın içərisində isə toxumlar saxladığını bildirmişdir. 1 ədəd ağ rəngli sellofan torba açıldıqda içərisindən müxtəlif sellofan torbalarda narkotik vasitə olan marixuana müəyyən edilmişdir. Dəmir qab açıldıqda içərisində toxumlar və 2 ədəd kibrit qutusu olması, kibrit qutuları açıldıqda isə içərilərində bitki toxumları olması aşkar edilmişdir. O, polis əməkdaşlarına bitki toxumlarını yaşadığı ünvanın yaxınlığında tapdığını, onlardan bir hissəsini əkdiyini, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra eyvanda plasmas qablarda əkdiyi 12 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına göstərərək onların marixuana bitkiləri olduğunu, həmin bitkiləri də marixuanadan şəxsi istifadəsi üçün əkdiyini və yaşadığı mənzildə saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofan torbanın içərisində olan narkotik vasitə marixuana, 1 ədəd dəmir qabın içərisində olan 2 ədəd kibrit qutusu, dəmir qabın içərisinə dağılmış bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra götürülmüş torba, dəmir qab, bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri ayrı-ayrılıqda zərflərdə və torbalarda qablaşdırılmışdır. Hər bir zərfin üzəri o, müdafiəçi, mütəxəssis və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra mənzilə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokolla tanış olaraq doğruluğunu o və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Ona qarşı hər hansı bir psixi və ya fiziki zor göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində saxlaması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən idarə rəhbərliyinə məruzə edilmişdir, idarə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, Xətai RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət və rəhbəri olduğu əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 və Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında 01 sentyabr 2023-cü il tarixdə saat 20:05-də ünvan 1 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar və 36-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər. Daha sonra vəkil dəvət edilmiş və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində yaşlı rəngli, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə olan mariuxana olmasını və onu yaşadığı evdə özü tərəfindən əkilmiş çətənə bitkisindən topladığı və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı Anar Xəlilov tərəfindən yoxlanılsa da hər hansı bir əhəmiyyətli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən həmin kütlənin çəkisinin 3,31 (üç tam yüzdə otuz bir) qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən başqa yaşadığı evdə də narkotik tərkibli çətənə bitkiləri olmasını bildirdiyinə görə mənzilə baxış keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı, polis kapitanı Anar Xəlilov tərəfindən bitkiçilik sahəsində xüsusi biliyə malik mütəxəssis dəvət olunmuşdur. O, Şahid2, Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, mütəxəssis və təhqiqatçı Anar Xəlilov birlikdə ünvan 1 binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs göstərməsi əsasında həmin binada 16 nömrəli mənzilə qalxmışlar. O, Şahid2, Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, mütəxəssis və təhqiqatçı Anar Xəlilovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə video çəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı mənzilin yataq otağındakı stolun üstündən 1 ədəd ağ rəngli sellofan torba, 1 ədəd dəmir qab aşkar edilmişdir. Həmin torba açıldıqda içərisində müxtəlif sellofan torbalarda yaşıl rəngli, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə, dəmir qab açıldıqda isə içərisindən toxumlar və 2 ədəd kibrit qutusu olması, kibrit qutuları açıldıqda isə içərilərində bitki toxumları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin və toxumların nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, müəyyən edilmiş bitki toxumlarını yaşadığı ünvanın yaxınlığında tapdığını, onlardan bir hissəsini əkdiyini, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs eyvanda plasmas qablarda əkdiyi 12 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri də marixuanadan istifadə edə bilməyi üçün əkdiyini və yaşadığı mənzildə saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofan torbanın içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlələr, 1 ədəd dəmir qabın içərisində olan 2 ədəd kibrit qutusu, dəmir qabın içərisinə dağılmış bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet, həmçinin sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra götürülmüş torba, dəmir qab, bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri ayrı-ayrılıqda içərisi boş olan zərflərə və torbalara qablaşdırılmışdır. Hər bir zərfin və torbanın üzəri möhürlənmişdir. Mənzilə baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilənə qarşı hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Xətai RPİ-nin CAŞ-da əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən idarə rəhbərliyinə məruzə edilməsindən sonra idarə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Xətai RPİ-nin CAŞ-da əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbəri olduğu o və Xətai RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 və Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında 01 sentyabr 2023-cü il tarixdə saat 20:05-də ünvan 1 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, təxminən 50-55 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar və birlikdə getməsi üçün Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİnin 36-cı PB-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmələri ilə bağlı tərəfindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün onu bölmənin təhqiqatçısı, polis kapitanı Anar Xəlilova təhvil vermişlər. Anar Xəlilov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid2, Şahid3 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində yaşlı rəngli, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə olan mariuxana olmasını və onu yaşadığı evdə özü tərəfindən əkilmiş çətənə bitkisindən topladığı və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı Anar Xəlilov tərəfindən yoxlanılsa da hər hansı bir əhəmiyyətli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən həmin kütlənin çəkisinin 3,31 (üç tam yüzdə otuz bir) qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən başqa yaşadığı evdə də narkotik tərkibli çətənə bitkiləri olmasını bildirdiyinə görə mənzilə baxış keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı, polis kapitanı Anar Xəlilov tərəfindən bitkiçilik sahəsində xüsusi biliyə malik mütəxəssis dəvət olunmuşdur. O, Şahid2, Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, mütəxəssis və təhqiqatçı Anar Xəlilov birlikdə ünvan 1 binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs göstərməsi əsasında həmin binada 16 nömrəli mənzilə qalxmışlar. O, Şahid2, Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, mütəxəssis və təhqiqatçı Anar Xəlilovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə video çəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı mənzilin yataq otağındakı stolun üstündən 1 ədəd ağ rəngli sellofan torba, 1 ədəd dəmir qab aşkar edilmişdir. Həmin torba açıldıqda içərisində müxtəlif sellofan torbalarda yaşıl rəngli, ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə, dəmir qab açıldıqda isə içərisində toxumlar və 2 ədəd kibrit qutusu olması, kibrit qutuları açıldıqda isə içərilərində bitki toxumları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin və toxumların nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o, müəyyən edilmiş bitki toxumlarını yaşadığı ünvanın yaxınlığında tapdığını, onlardan bir hissəsini əkdiyini, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs eyvanda plasmas qablarda əkdiyi 12 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri də marixuanadan istifadə edə bilməyi üçün əkdiyini və yaşadığı mənzildə saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd ağ rəngli sellofan torbanın içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlələr, 1 ədəd dəmir qabın içərisində olan 2 ədəd kibrit qutusu, dəmir qabın içərisinə dağılmış bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet, həmçinin sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra götürülmüş torba, dəmir qab, bitki toxumları və 12 ədəd narkotik tərkibli çətənə bitkiləri ayrı-ayrılıqda içərisi boş olan zərflərdə və torbalarda qablaşdırılmışdır. Hər bir zərfin və torbanın üzəri möhürlənmişdir. Mənzilə baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1-2); şübhəli şəxsin tutulması haqqında 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 01 sentyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən yaşıl rəngli, otşəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan kütlənin marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 3.31 qram çəkidə olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində olan marixuananı evdə özü tərəfindən əkilmiş çətənə bitkisindən topladığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 32-33); mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 01 sentyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, mənzilə baxış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, mənzil 16 ünvanına baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra baxışda iştirak edən şəxslərlə birlikdə təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmuş. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı stolun üstündən 01 ədəd açıq rəngli sellofan paketi götürüb təqdim edərək həmin paketin içərisində yaşadığı evdə əkib-becərdiyi çətənə bitkilərinin yarpaqları olduğunu, həmin yarpaqları özünün istifadə etməsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs evin yataq otağındakı stolun üstündən 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd dəmir qabın içərisində olan 2 ədəd kibrit qutularını və dəmir qabın içərisinə dağılmış şəkildə toxumları göstərərək həmin toxumları tapdığını, bir hissəsini əkdiyini, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. 1 ədəd ağ rəngli sellofan torba içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və torbanın içərisində olan kütlənin çəkisinin 110 qram olması məlum olmuşdur. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvanında plasmas qablarda əkdiyi 12 (on iki) ədəd bitkiləri təqdim edərək həmin bitkilərin marixuana (çətənə) bitkiləri olduğunu, həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini və yaşadığı mənzildə saxladığını bildirmişdir. Mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan torba, 1 ədəd dəmir qab, dəmir qabın içərisində olan toxumlar, 2 ədəd kibrit qutusu və 12 ədəd bitki qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 42-43); alim-aqranom X1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, mənzil 16 ünvanına baxış keçirilməsinə dair tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı məlum olmuşdur ki, vətəndaş yaşadığı evin balkonunda plastik qablarda əkini qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmişdir. Çətənə bitkilərinə aqrotexniki qulluq göstərilmiş, suvarılmış, dibləri yumşaldılmış qidalı torpaq əlavə edilmiş və digər kultivasiya tədbirləri yerinə yetirilmişdir. Çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarılmış, sayılaraq 12 ədəd olduğu məlum olmuşdur. Çətənə bitkiləri orta inkişaf fazasında olmuş, hündürlüyü ortalama 25-45 sm olmuşdur. Götürülmüş çətənə bitkiləri qablaşdırılmış və təhvil verilmişdir (i.v. 44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1242 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «...Алиев Расим» yazılar və imzalar olan 1№-li ağ rəngli kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 0,73 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində «...Алиев Р.» yazılar və imzalar olan 2№-li ağ rəngli kağız paketdə 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi - 43,99 qram, həmin torbada 3 ədəd sellofan torbalarda təmiz çəkiləri - 2,16 qram; 9,06 qram; 30,46 qram - ümumi çəkisi 85,67 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 86,40 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada 1 ədəd üzərində «БОГАТЫРИ» yazısı olan dəmir qutuda 2 ədəd kibrit qutusunda, 2 ədəd siqaret sellofanında və 1 ədəd polietilen paketdə ümumi çəkisi - 6,56 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Həmin torbada yaş vəziyyətdə, ümumi sayı 12 (on iki) ədəd, ümumi çəkisi - 217,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabinoidli komponentlərinə görə eynilik təşkil edirlər (i.v. 51-54); diskə baxış keçirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 01 sentyabr 2023-cü il tarixli protokollara uyğun olmuşdur (i.v. 67-69); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 70-71); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 84-85); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 86-87); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs baş beynin yarımkürəsində işemik insultu və arterial hipertenziya İİ dərəcəli diaqnozu qoyulmuşdur (i.v. 97-98); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 99-100); maddi sübut kimi tanınma haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi çəkisi 86.40 qram olan tədqiqatdan sonra qalıq qalmış 86.30 qram çəkidə marixuana, ümumi çəkisi 6.56 qram olan tədqiqatdan sonra qalıq qalmış 6.50 qram çəkidə çətənə bitkilərinin toxumları və ümumi çəkisi 217 qram olan tədqiqatdan sonra qalıq qalmış 216.40 qram çəkidə çətənə bitkiləri maddi sübut kimi tanınmışdır (i.v. 101-102); maddi sübut kimi tanınma haqqında 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman, həmçinin yaşadığı mənzilə baxış və götürmə həyata keçirilən zaman qeydə alınmış 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmışdır (i.v. 104-105); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2023-cü il tarixli, 6003 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 111-112); qətimkan tədbirinin nəzərə alınması haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır (i.v. 143-144); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 86.30 qram çəkidə marixuana, 6.50 qram çəkidə çətənə bitkilərinin toxumları və 216.4 qram çətənə bitkiləri saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, mənzilə baxış keçirilməsi və götürmə aparılması, diskə baxış haqqında protokollar, maddi sübut kimi tanınma haqqında qərarlar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 146-155); Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 936756 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AZE 12944918 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda mövcud olan məlumata əsasən, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü, Azərbaycan Respublikası CM-nin 263.1, 264, 68.1.2, 66.3-cü maddələri, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, cəzanın əvvəli xx.xx.2005-ci il, cəzanın sonu xx.xx.2006-cı il) 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən xx.xx.2006-cı il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-22034/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2005-ci il tarixli hökmü ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti xx.xx.2008-ci il tarixdə bitmişdir. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan birinci fayldakı videgörüntüyə baxış keçirdikdə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Həmin kibrit qutusu açıldıqda içərisindən yaşıl rəngli, otşəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan kütlənin marixuana olmasını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 3.31 qram çəkidə olması müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində olan marixuananı evdə özü tərəfindən əkilmiş çətənə bitkisindən topladığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Daha sonra həmin diskdə olan ikinci fayldakı videgörüntüyə baxış keçirdikdə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı stolun üstündən 01 ədəd açıq rəngli sellofan paketi götürüb təqdim edərək həmin paketin içərisində yaşadığı evdə əkib-becərdiyi çətənə bitkilərinin yarpaqları olduğunu, həmin yarpaqları özünün istifadə etməsi üçün yaşadığı evdə saxladığını bildirir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs evin yataq otağındakı stolun üstündən 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd dəmir qabın içərisində olan 2 ədəd kibrit qutularını və dəmir qabın içərisinə dağılmış şəkildə toxumları göstərərək həmin toxumları tapdığını, bir hissəsini əkdiyini, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvanında plasmas qablarda əkdiyi 12 (on iki) ədəd bitkiləri təqdim edərək həmin bitkilərin marixuana (çətənə) bitkiləri olduğunu, həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini və yaşadığı mənzildə saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələrinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 86.40 qram olan qurudulmuş marixuana, həmçinin “Tərkibində narkotik maddələr olan bitkilər” adlı siyahının 1.2-ci qrafasına əsasən 12 ədəd çətənə növlü bitki istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən həmçinin ehtiyyatsızlıqdan törədilmiş cinayət olduğundan cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını və 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın və çətənə bitkilərinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), cəzasının əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 86.40 qram olan tədqiqatdan sonra qalıq qalmış 86.30 qram çəkidə marixuana, ümumi çəkisi 6.56 qram olan tədqiqatdan sonra qalıq qalmış 6.50 qram çəkidə çətənə bitkilərinin toxumları və ümumi çəkisi 217 qram olan tədqiqatdan sonra qalıq qalmış 216.40 qram çəkidə 12 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 86.40 qram olan tədqiqatdan sonra qalıq qalmış 86.30 qram çəkidə marixuana, ümumi çəkisi 6.56 qram olan tədqiqatdan sonra qalıq qalmış 6.50 qram çəkidə çətənə bitkilərinin toxumları və ümumi çəkisi 217 qram olan tədqiqatdan sonra qalıq qalmış 216.40 qram çəkidə 12 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-125/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-125/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver