Məhkəmə qərarları › İş №1(011)-126/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-126/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-126/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd şəffaf rəngli sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz şəkisi 0,375 qram narkotik vasitə olan heroin əldə edərək üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:20 dəqiqədə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 saylı ünvanının yaxınlığında saxlanılıb ünvan 3tai RPİ-nin 35-ci PB-nə gətirilərək keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 0,375 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edib. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığında tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 15 manata bir ədəd şəffaf salofana bükülmüş narkotik vasitə olan heroin alıb əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat təxminən 18:20 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 saylı ünvanın yaxınlığında olan zaman mülki geyimdə olan şəxsləri görüb, polis olduğundan şübhələnib qaçmağa başlayıb, lakin həmin şəxslər onu saxlamışlar. Həmin şəxslər Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirib onu narkotik vasitə daşımasında şübhəli bildiklərinə görə bölməyə dəvət etmişlər. Polis bölməsində Moskvada yaşayan, özünə oxşayan qardaşı Kamilin adını söyləyərək özünü X1 təqdim etmişdir. Sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə video çəkiliş aparmaqla ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində olan əşyaları təqdim etməsi deyildikdə, o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf salofana bükülmüş formada olan bir büküm heroini çıxardıb təqdim edib, həmin heroini xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Protokolda ad bu səbəbdən Kamil yazılmışdır. Son sözündə əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində, N.Tusi küçəsi 14 saylı yataqxanada yaşayan Kamran adı ilə özünü tanıtmış şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsinə getmişlər. Həmin gün saat 18:20 radələrində məlumata uyğun gələn şübhəli şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda həmin şəxs X5 olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 35-ci PB-nə dəvət ediblər. Həmin şəxs onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında şəxsin hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda həmin şəxsin üzərinə videoçəkiliş ilə baxış keçiriləçəyi elan edilmişdir. Baxış zamanı Mehdiyevə üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin təqdim edilməsi təklif edilmişdir. Bu zaman Mehdiyev əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofanda olan bükülünü masanın üzərinə qoymuş və bükülünün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini öz istifadəsi üçün Həzi Aslanov metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bükülüyə baxdıqda içərisindən tünd qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunaraq götürülmüş heroinə bənzər maddə zərfdə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra axtarış-götürmə barədə protokol tərtib olunmuş və iştirakçılar imzaları ilə gördüklərini təsdiqləmişdir. Bir müddət sonra Kamran Mehdiyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Çağırışlara gəlmədiyindən polis bölməsinə Kamran Mehdiyev barəsində axtarış elan olunması barədə qərar daxil olmuşdur. Ona görə də Kamran Mehdiyev barəsində axtarış işi açılmışdır. Tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, X5 2022-ci il əvvəllərindən ölkə hüdudlarından çıxaraq Rusiya Federasiyasına getmişdir. Axtarışın nəticəsində Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə yaxalanmış və məlum olmuşdur ki, həmin şəxs bilərəkdən axtarış və götürülmə aparılan zaman öz adını yox, özünə oxşayan qardaşı X5 adı ilə özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı etiraf edərək məsuliyyətdən yayınmaq üçün özünə oxşayan qardaşı Kamranın adı ilə özünü təqdim etdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidin ifadəsi məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında"’ protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə X3 üzərinə Xətai RPİ-nin 35-ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5850 saylı, 11 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Tədqiqatdan sonra qalıq 0.325 qram.) İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli (iş vərəqi 64) video diskə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, təqsirləndirən şəxs X3 üzərinə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 01 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin diskə keçirilən baxış zamanı da X3 üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi tam şəkildə müşahidə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs üstünə Xətai RPİ-nin 35-ci PB-də keçirilmiş baxış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X7 Komissiyasının 29 oktyabr 2022-ci il tarixli 7218 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və sonuncunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,325 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 22) 10 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 18:40–da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 80) xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, X5 barəsində Bakı şəhər Xətai Rayon Polis idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan (iş vərəqi 83) xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, X5 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 86) xx.xx.2022-ci il tarixli 103-5881-1222 saylı məktubdan görünür ki, X5 barəsində keçirilən axtarış nəticəsində məlum olmuşdur ki, X5 əslində Təqsirləndirilən şəxsdur. O, tutulduğu zaman özünü Kamran kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs faktiki 27 noyabr 2022-ci il tarixdə saxlanılaraq polis bölməsinə təqdim edilmişdir. İş materiallarında olan (iş vərəqi 91) xx.xx.2022-ci il tarixli “Məlumatların dəqiqləşdirilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs tutulduğu zaman özünü özünə oxşar qardaşı X2 təqdim etmişdir. Bu səbəbdən sənədləşmələrdə təqsirləndirilən şəxs X2 qeyd edilmişdir. Videoçəkilişlə aparılmış axtarış və götürülmə aparılmasından və anket məlumatlarının dəqiqləşməsi zamanı müəyyən olunmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Bu səbəbdən cinayət işinin sənədlərində X3 anket məlumatlarının xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. İş materiallarında olan (iş vərəqi 104) xx.xx.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında (iş vərəqi 119) əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbayacan Respublikası məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş və 2021-ci il tarixli qərarla barəsində amnistiya tətbiq edilərək 2000 manat cərimə cəzasından azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»na əsasən ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, özünün səmimi etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, baxış və götürmə protokolları, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir . Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 06 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından məlum oldu ki, Təqsirləndirilən şəxs faktiki olaraq 27 noyabr 2022-ci il tarixdə axtarışla tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli axtarışla tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.325 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına maddi sübut kimi təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.325 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar