Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-126/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1972-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə uzun müddət aralarında ailə-məişət zəminində olan narazılıq səbəbindən 02 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsi nömrəsiz fərdi yaşayış evində qeyd olunanlarla bağlı oğlu Zərərçəkmiş şəxs ilə baş vermiş mübahisə zamanı kağız kəsilməsində istifadə olunan bıçaqla sonuncunun qulaq, boğaz, sinə və qarın nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin ön səthinin yuxarı-orta mərkəzi hissəsinin 1 ədəd, boynun sol-yan səthində 2 ədəd, boynun sağ-yan səthində 1 ədəd, sağ qulağın 2 ədəd, sol əlin 1 ədəd kəsilmiş yaraları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir fərdi olaraq ev təmiri ustası kimi fəaliyyət göstərir. 1995-ci ildə Şahid1 ilə ailə qurmuş, birgə nikahdan 1997-ci il təvəllüdlü X5, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2004-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailədaxili problemlərə görə təxminən 1 ildir ki, ailəsindən ayrı yaşayır. 2023-cü ilin avqust ayında Naxçıvan MR, Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra həyat yoldaşı Səbinə ilə görüşərək aralarında baş verən mübahisələri unutmağı, artıq normal ailə kimi yaşamağı təklif elmiş, bundan sonra övladları ilə məsləhət etdikdən sonra Səbinə razılaşaraq birlikdə yaşamağı qəbul etmiş, bundan sonra Səbinə ilə övladlarının kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində nömrəsiz fərdi yaşayış evinə gələrək onlarla birlikdə yaşamağa davam etmiş, həmin ev ünvanında birlikdə yaşamağa başladıqdan sonra evdə yenidən həyat yoldaşı və oğlu Samir ilə aralarında münaqişələr başlamış, 01 sentyabr 2023-cü il tarixdə ev ünvanında olarkən həyat yoldaşının mobil telefonunda sevgi xarakterli videolar görmüş, həmin videoları görməsi səbəbindən əsəbləşmiş, bundan sonra Səbinə ilə həmin videolara görə aralarında mübahisə baş vermiş, 02 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Samir anası ilə mübahisə etməsini bəhanə edərək evi tərk etməsini bildirmiş, Samir ilə dalaşaraq evdən çıxıb getmişdir. 02 sentyabr 2023-cü il tarixdə axşam saat 19 radələrində Xətai rayonu, 7-ci Əhmədli küçəsində yaşadıqları fərdi yaşayış evinə gəlmiş, evdə təkcə Samir olmuş, Samirə ata-oğul kimi söhbət etməyi təklif etmiş, razılaşdıqdan sonra Samirə anasının telefonunda sevgi xarakterli videolar görməsini həmin videoların evli və onun yaşında olan xanıma uyğun olmadığını demiş, bu sözdən sonra Samir anası və bacısına istədiyi həyat tərzində yaşamalarına icazə verməsini və onlara hər hansı söz demək səlahiyyətinin olmamasını demişdir. Bu səbəblədə əsəbləşərək Samirlə dalaşmağa başlamış, Samir aqressiv cavablar verməkdə davam etmiş, bundan sonra hirsini cilovlaya bilməyib şalvarının sağ yan cibində olan kağız kəsmək üçün nəzərdə tutulan bıçağı çıxardıb üz və bədən nahiyyələrindən zərbələr endirmiş, daha sonra Samir həmin bıçağı əlindən alaraq qırıb kənara atmışdır. Bundan sonra Samir ev ünvanını tərk etmişdir. Bıçağın yerdə qalan qalıqlarını yerdən götürüb çöldə zibil qutusuna atmış, həmin günü oradan uzaqlaşdıqdan sonra gecəni Xətai rayonunda yerləşən “Heydər” parkında gecələmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, bir il müddətdir ki, atası Təqsirləndirilən şəxs ailəsindən ayrı yaşayır. Buna səbəb Ramiqin müxtəlif bəhanələrlə anası və bacısını təhqir edib döyməsi və rahat yaşamalarına maneçilik törətməsi olmuşdur. Buna görə də Ramiq onlardan ayrı yaşamışdır. 2023-cü ilin avqust ayının sonlarında atası yaşadığı ev ünvanına gələrək artıq normal şəkildə birlikdə yaşamaq istədiyini bildirmiş, bundan sonra ailə üzvləri ilə birlikdə Ramiqin yaşamasına razı olmuş, lakin atası Ramiqin evdə olmayan zamanlarda anası Səbinəyə bir neçə dəfə gərginliklər yaratmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ramiq anası Səbinənin işlədiyi mağazaya gedərək birlikdə yaşamaqlarına davam edəcəyini və buna heç kimin mane ola bilməyəcəyini bildirmiş, həmin gün saat 12 radələrində evdə olan zaman anasının gərgin vəziyyətdə olduğunu görüb bu barədə soruşduqda Ramiqin onu narahat etməsini bildirmiş, bundan sonra anasını və bacısını xalasının yaşadığı ev ünvanına göndərmiş, xx.xx.2023cü il tarixdə saat 19 radələrində evdə tək olan zaman atası Ramiq evin qapısının açıq olmasından istifadə edərək içəri daxil olmuş, daha sonra qapı və pəncərəni bağlayaraq söhbət etmək istədiyini bildirmiş, bundan sonra Ramiq hansı səbəbdən birlikdə yaşamalarına mane olması barədə soruşmuş, bundan sonra aralarında mübahisə başlamış, atası şalvarının sağ yan cibindən çıxardığı kağız kəsmək üçün nəzərdə tutulan bıçağı çıxardaraq üz və bədəninin müxtəlif nahiyələrindən zərbələr yetirərək xəsarət yetirmiş, bundan sonra yerə yıxılmış, daha sonra atasına müqavimət göstərmişdir. Daha sonra atasının əlində olan bıçağı əlindən alaraq qırmışdır. Bundan sonra aldığı xəsarətlər nəticəsində üzündən və bədən nahiyəsindən qan axmağa başlamış bu minvalla xəstəxanaya getmişdir. Lakin o Təqsirləndirilən şəxslə barışmış və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təxminən 26 ildir ki, ailəlidirlər. Onunla aralarında müxtəlif vaxtlarda ailədaxili münasibətlər gərginləşmiş hətta bu səbəblə də ayrı yaşamış, ara-sıra müxtəlif vaxtlarda birlikdə yaşamaq üçün icazə versələrdə gəlib yaşadıqları ev ünvanında narahatçılıq yaratmış, övladlarını döymüş və təhqir etmiş, Təqsirləndirilən şəxs 2022-ci il tarixdə Səbinəni döyərək sağlamlığına xəsarət yetirmiş, bununla bağlı barəsində cinayət işi başlanılmış lakin işin məhkəmə mərhələsində barışmaları səbəbindən cinayət işinə xitam verilmişdir. Buna səbəb isə onu bağışlaması olmuşdur. Bundan sonra Ramiq ayrı yaşamağa davam etmiş, 2023-cü ilin avqust ayının sonlarında Ramiq iş yerinə gələrək səhhətində problem olmasını, qalmağa yerinin olmaması səbəbindən birlikdə qalmağı təklif etmiş, bundan sonra övladları ilə məsləhətləşdikdən sonra Ramiqlə bir evdə yaşamağa razılıq vermiş, Ramiq həmin vaxt kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində fərdi yaşayış evinə gələrək birlikdə qalmağa davam etmiş, Ramiq yenidən evdə gərginliklər yaratmağa övladları ilə mübahisə etməyə davam etmiş, sonuncu dəfə 02 sentyabr 2023-cü il tarixdə Ramiqlə mübahisə etmiş, bu barədə oğlu Samirə bildirmiş, bundan sonra Samir qızı Yeganə ilə birlikdə Səbinəni bacısıgilin Binə qəsəbəsində yerləşən ev ünvanına aparmışdır. Həmin tarixdə axşam saatlarında qızı Yeganə vasitəsi ilə oğlunun bıçaqlanıb xəsarət alaraq Sabunçu xəstəxanasına yerləşdirilməsi xəstaxanada olan zaman isə Ramiqin Xətai rayonu, 7-ci Əhmədli küçəsində fərdi yaşayış evinə gələrək özü ilə birlikdə gətirdiyi kağız kəsmək üçün nəzərdə tutulan bıçaqla Samirə xəsarət yetirməsi məlum olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş X5 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 xx.xx.2023-cü il tarixli, 1056 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin ön səthinin yuxarı-orta mərkəzi hissəsinin 1 ədəd, boynun sol-yan səthində 2 ədəd, boynun sağ-yan səthində 1 ədəd, sağ qulağın 2 ədəd, sol əlin 1 ədəd kəsilmiş yaraları aşkar edilmişdir. Xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - cinayət işinin icraata qəbul edilməsi barədə 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. - cinayət işi üzrə icraatın dayandırılması barədə 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır. - cinayət işi üzrə icraatın təzələnməsi barədə 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir. - cinayət işinin istintaqının başqa müstəntiqə həvalə edilməsi haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi şöbənin müstəntiqi X3 həvalə edilmişdir. - cinayət işinin icraata qəbul edilməsi haqqında 24 noytabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rəhman Cəfərovun icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(008)-481/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 135 saylı Mənzil-Kommunal İstismar sahəsinin 13 noyabr 2023-cü il tarixli 651№-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. - 135 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1972-ci ildə anadan olub, orta təhsillidir. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatysız yaşayır. Qonşularla heç bir narahatçılıq olmayıb, sakit həyat keçirdir. Onun haqqında heç bir şikayət olmayıb. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1972-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, onun törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-126/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-126/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver