Məhkəmə qərarları › İş №1(011)-127/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-127/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-127/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, hazırda heç bir yerdə işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü “Fuad” adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs7 işə düzəlmək istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs7 «Bakı Hava Limanında» tibb bacısı kimi işə düzəldəcəyini yalandan vəd edib sonuncunu aldadaraq xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “20 Yanvar” stansiyası yaxınlığında 500 manat, sonra isə həmin işin alınmaması barədə Şahid məlumat verib Zərərçəkmiş şəxs7 Sumqayıt şəhərində olan xəstəxanalardan birinə xadimə kimi işə düzəldəcəyini bildirib 2020-ci ilin may ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında Şahid vasitəsilə 1.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü “Fuad” adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 qızının sosial yardım alması barədə istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncuya sosial yardım düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq xx xxxxxx 2020-ci il tarixdə Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsi 73 saylı ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 570 manat pul vəsaitini sonuncunun vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 qızına ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü “Fuad” adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs3 sosial yardım alması barədə istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncuya və iki nəfər tanışına sosial yardım düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq xx xxxxxx 2020cı il tarixdə ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 1.710 manat pul vəsaitini sonuncunun vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1.710 (min yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü ”Fuad” adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun kürəkəni Zərərçəkmiş şəxs5 işə düzəlmək istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs5 «Bakı Hava Limanında» sürücü kimi işə düzəldəcəyini yalandan vəd edib sonuncunu aldadaraq xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 800 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü “Fuad” adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs1 və ərinin sosial yardım alması barədə istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncuya və ərinə sosial yardım düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq 2020ci ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 1.440 manat pul vəsaitini sonuncunun vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1.440 (min dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü «Fuad» adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun qardaşı X3 oğlu Fərda Əşrəfovun epilepsiya xəstəsi olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncuya təqaüd düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq xx xxxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Elmlər Akademiyası” stansiyası yaxınlığında 1.500 manat pul vəsaitini sonuncunun vasitəsilə alıb ələ keçirməklə zərərçəkmiş şəxs X4 ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü «Fuad» adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs4 sosial yardım alması barədə istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncuya sosial yardım düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq 2020-ci ilin mart ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 870 manat pul vəsaitini sonuncunun vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirmək məqsədilə öz şəxsiyyəti haqqında məlumatları internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid gizlətməklə özünü «Fuad» adı ilə və Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib etibarını qazanmış və sonuncunun tanışı Zərərçəkmiş şəxs8 oğlu Orxanın işə düzəlmək istəyinin olmasını bildikdən sonra yaxın əlaqələrindən istifadə etməklə sonuncunu “xxxx" Neft Şirkətinə sürücü kimi işə düzəldəcəyini yalandan vəd edib Şahid aldadaraq xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 1.000 manat, sonra isə həmin işin alınması üçün Şahid məlumat verib 2020-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanda yerləşən “Həzi Aslanov" stansiyası yaxınlığında sonuncunun vasitəsilə 300 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 1.300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid 10 ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanımış və onların münasibətləri normal olmuşdur. Xatirə ilə tanış olduqdan bir müddət sonra o, onun etibarını qazanmaq üçün dövlət orqanlarında vəzifəli tanışlarının olduğunu və həmin tanışlarının yardımı ilə müəyyən pul müqabilində istənilən şəxsi işə düzəldə biləcəyini bildirmişdir. Belə ki, onun məqsədi və niyyəti Xatirənin və onun tanışlarının pulunu ələ keçirmək olmuşdur. Həmin ərəfələrdə o, heç bir yerdə işləməmiş və onun pulu ehtiyacı olmuşdur. Ona görədə Xatirə ilə tanış olduqdan sonra onu aldatmaq qərarına gəlmişdir. O, Xatirə ilə danışan zaman ilkin olaraq ona qarşılıqsız Ədliyyə Nazirliyinin yeməkxanasında işə düzəldə biləcəyimi, sonra isə Ədliyyə Nazirliyində yeməkxana işinin dolu olduğunu, buna görə də onu ora işə düzəldə bilməyəcəyini bildirmişdir. Daha sonra o, Xatirənin vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Xatirənin tanışı Zərərçəkmiş şəxs7 Bakı Hava Limanına tibb bacısı kimi işə düzəldəcəyi adı ilə ünvan 5 ünvanda 1.100 manat, xx xxxxxx 2020-ci il tarixdə Xatirənin kürəkəni Vüsal Məmmədovu Bakı Hava Limanında müdirin sürücüsü düzəldəcəyi adı ilə ünvan 5 ünvanda 800 manat, xx xxxxxx 2020-ci il tarixdə Xatirənin tanışı X3 oğlu Fərda Əşrəfovun epilepsiya xəstəsi olması ilə əlaqədar təqaüd düzəldəcəyi adı ilə ünvan 6 ünvanda 1.400 manat, 2020-ci ilin mart ayında Xatirənin tanışı Zərərçəkmiş şəxs8 oğlu Orxanı «xxxx» Neft Şirkətinə sürücü düzəldəcəyi adı ilə ünvan 5 ünvanda 1.300 manat pul almışdır. O, Xatirədən tanışları Zərərçəkmiş şəxs2 sosial yardım düzəldəcəyi adı ilə 570 manat, Zərərçəkmiş şəxs3 sosial yardım düzəldəcəyi adı ilə 1.710 manat, Zərərçəkmiş şəxs1 ərinə sosial yardım düzəldəcəyi adı ilə 1.440 manat, Zərərçəkmiş şəxs4 sosial yardım düzəldəcəyi adı ilə 870 manat məbləğində pulları almamışdır. Onun umumiyyətlə xəbəri olmamışdır. O, zərərçən şəxlərlə görüşməmişdir. O, pulları Xatirə vasitəsi ilə alırmış. O, yalnız Xatirənin kürəkəni Vüsal ilə görüşərək pul almışdır. Hazırda onun imkanı yoxdur zərərçəmiş şəxslərə dəymiş ziyanı ödəsin lakin, hansı zərərçəkmiş şəxsə ziyan vurmuşdursa onlara ziyanı qaytarmağa söz verir. Əməlindən peşman olduğunu, ailəli olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Şahid onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda qonşusudur və onların münasibətləri normal olmuşdur. Xatirə ilə arvadı Pərvanənin də ünsiyyəti olmuş və xatırlamadığı tarixdə Xatirə yoldaşına demişdir ki, Fuad adlı tanışı var və həmin şəxs vasitəsilə sosial yardım düzəldə bilər. Xatirəyə inandığına görə sosial yardımı hansı vasitə ilə düzəldəcəyi ilə maraqlanmış, maddi cəhətdən vəziyyəti yaxşı olmadığına görə Xatirədən özü və tanışları üçün də maddi yardım düzəldilməsini xahiş etmişdir. Belə ki, bir neçə nəfər tanışı işsiz olmuş və fikirləşmişdir ki, onlarda işsiz olduğundan sosial yardım almaq istəyərlər. Bir neçə nəfər tanışı ilə görüşüb onlara da bu barədə məlumat vermiş və əlavə olaraq yenədə xəbər edəcəyini demişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Xatirə ilə görüşmüş və ona bildirmişdir ki, Fuadla onların işi barəsində danışmış, sonuncu ona və dostlarına sosial yardım düzəltməsi üçün bir nəfər şəxs üçün 570 manatdan başlayaraq sosial yardım düzəldə bilər. Bu təkliflə razılaşmış və 2-3 üç nəfər tanışı ilə görüşüb onlarada demişdir. Lakin tanışları pulların olmadığını, ancaq sosial yardım almaq istədiklərini demişdir. Həmin vaxtlar 2.000 manat pulu olmuş, tanışları ilə razılaşmışdır ki, onların əvəzinə də pul verəcək və onlar tezliklə pulu qaytaracaqlar. xx xxxxxx 2020-ci il tarixdə öz yaşadığı mənzildə saxladığı 2000 manat pulu götürüb Xatirənin yaşadığı mənzilə gəlmişdir. Xatirənin evində onunla söhbət edib ümmuilikdə 1.710 manat məbləğində pulu Xatirəyə vermişdir. Xatirəyə həmin pulu özü və iki nəfər tanışının olmasını demişdir. Xatirədə pulu götürüb sayaraq Fuada göndərəcəyini bildirmişdir. Bundan başqa Xatirəyə sosial yardım almaqla bağlı ərizələrini göndərəcəyini deyib Fuadın Xatirədən istədikləri sənədlərin surətlərini də vermişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq işinin düzəlmədiyini gördükdə bu barədə Xatirədən soruşmuş, o da artıq pulu Fuad adlı şəxsə verdiyini, Fuadın özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etməsini, vəzifəli tanışlarının olmasını, lakin Respublikanın ərazisində geniş yayılmış virus (Covid 19) infeksiya xəstəliyi ilə əlaqədar olaraq problemlər yaranmasını və həmin məsələlər düzəldikdən sonra sosial yardım veriləcəyini dediyini bildirmişdir. Sonradan yenidən Xatirə ilə əlaqə saxlayıb maraqlanmış, bu zaman Xatirə Fuad adlı şəxsin onu aldatdığını, dələduzluq edərək onun və digər şəxslərin də pulunu ələ keçirdiyini bildirmişdir. O, Fuad kimi tanıdığı lakin adını sonradan Şəmşir olduğunu bildiyi şəxsi görməmiş, tanımamış və onunla görüşməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, Şahid onun qohumudur və onların münasibətləri normaldır. 2020ci ilin əvvələrində o, Xatirə xanım ilə söhbət edən zamanı Fuad adlı şəxslə tanış olduğunu və Fuadın Ədliyyə Nazirliyində işlədiyini və onun yüksək vəzifələrdə işləyən qohumlarının olduğunu demişdir. Sonra Xatirə xanıma işsiz olduğunu deyərək Fuadla əlaqə saxladığını onun geniş əlaqələrinin olduğunu və işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Fuad adlı şəxslə 2020-ci ilin fevral ayının əvvəlində “ Həzi Aslanov” metrosunun yaxınlığında görüşmüş, sonuncu ilə söhbət zamanı o, Hava Limanına sürücü kimi işə düzəldə biləcəyini, aylıq maaşının isə 700 manat olacağını deyərək işin düzəlməsi üçün 800 manat pul istəmişdir. Həmin günü o, Fuada 800 manat pulu vermiş və sonuncu pulu saydıqdan sonra iki gün ərzində işə çıxacağını bildirmişdir. Söhbət zaman Fuad demişdir ki, “hündür boylu olan cavan uşaqlar olsa denən Daxili İşlər Nazirliyinə işə düzəldək, sosial və yardım almaq istəyənlərədə köməklik edə biləcək iqtidarındayam”. O, Fuadla sağollaşıb yaşadığı evə çıxıb getmişdir. Fuad özünün şəklini Xatirə xanıma göndərmiş və Nazirlikdə xidməti otaqların birində olduğunu qeyd etmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Fuadın işə düzəltməməsi ilə əlaqədar olaraq hər-hansı bir xəbər olmadığını görüb, Fuaddan pulunu tələb etməyə başlamışdır. Sonradan məlum olmuşdur ki, özünü Fuad kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Şəmşirdən pulunu tələb etmiş və ona demişdir ki, pulunu vermədiyi təqdirdə polisə şikayət edəcək. Bundan sonra Şəmşir görüşüb 100 manat pulunu qaytarmış, lakin qalan 700 manat pulunu qaytarmasını vəd etsədə qaytarmamışdır. Bundan sonra özü və bir neçə nəfər şəxs Şəmşir barəsində prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişlər. 800 manat pulu X10 sürücü kimi işə düzəltmək məqsədilə “Həzi Aslanov” metrosunun yaxınlığında vermişdir. Hazırda ona dəymiş ziyan tam ödənilməmişdir və o, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Şahid onun bacısıdır və münasibətləri normaldır. 2009-cu il təvəllüdlü oğlu X7 2016-cı ildən bu günə kimi “Epilepsiya” xəstəsidir. Bir neçə dəfə oğlunun müalicəsi ilə bağlı olaraq İran İslam Respublikasına həkimə getmiş, lakin müalicə etsədə hər-hansı bir köməyi olmamışdır. Xatirə ilə arasında olan söhbət zamanı tanışı Fuad adlı şəxsin Ədliyyə Nazirliyində işlədiyini və oğluna əlillik üçün sosial yardım düzəldə biləcəyini bildirmişdir. Oğlunun dərmanlarını almağa maddi cəhətdən imkanı zəif olduğu üçün gücü çatmamışdır. Bu məqsədlə Fuada oğlu üçün də sosial müavinət düzəltməsinə razılıq vermişdir. Bundan sonra Xatirə demişdir ki, Fuad sosial müavinəti düzəltməyinin qarşılığında 1500 manat pul istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə bacısı Xatirəyə 1500 manat pulu Fuada çatdırması üçün vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam Məşhədə getməmişdən əvvəl o, pulu Fuada çatdırmış, buna baxmayaraq Fuad oğlu Fərdaya təqaüd təyin etdirməmiş və aldatmışdır. Sonradan onlara məlum olmuşdur ki, özünü Fuad kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Sonra özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şəmşirə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb pulunun qaytarılmasını tələb etmişdir. Lakin Şəmşir narahat olmamasını deyərək işinin düzəlmədiyi təqdirdə pulunu qaytarmasına söz vermişdir. Şəmşir bu sözünə əməl etməmiş və pulunu qaytarmamışdır. O, Şəmşirə “WhatsApp” vasitəsilə ilə danışıb pulunu qaytarmasını demişdir. Şəmşirlə üzbəüz görüşməmiş və ona pul verməmişdir. Pulu Şəmşirə verilməsi üçün o, Xatirəyə vermişdir. Lakin o, Şəmşirlə bir neçə dəfə mobil telefon və “WhatsApp” vasitəsilə danışıb pulunu istəmiş və telefonda şəklini görmüşdür. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadə verərək göstərmişdir ki, o, Şahid ilə 2020-ci ilin fevral ayında birlikdə Məşhəd ziyarətində olmuş, həmin vaxtdan münasibətləri yaranmış və ziyarətdən qayıdandan sonra yaxından əlaqələri olmuşdur. Bir gün Xatirə bildirmişdir ki, Fuad adlı bir şəxs var, öz vəzifəli qohumlarının köməkliyi ilə müəyyən məbləğdə pul alaraq adamları müxtəlif dövlət orqan və şirkətlərində işə düzəldir. Oğlu Orxan da həmin zaman Türkiyədə işləmiş və Azərbaycana qayıtmaq istəmişdir. Xatirənin dediyini oğlu Orxana bildirmiş, o da Azərbaycana qayıtmaq istədiyi üçün ona iş tapmasını xahiş etmişdir. Xatirədən Fuadla əlaqə saxlamaqla oğlu Orxana iş düzəltməyinə kömək etmək istəməsini xahiş etdikdə Xatirə bir neçə gün sonra Fuadla danışdığını, Fuadı Orxanı “xxxx”da müdür sürücüsü kimi işə düzəldə biləcəyini və bununla da, Orxanın aylıq olaraq 1.200 manata qədər maaş ala biləcəyini bildirmişdir. Fuad Xatirəyə bildirmişdir ki, oğlunu işə düzəltmək üçün ona 1.000 manat məbləğdə pul çatdırmalıdır. Bununla razılaşmış və xx xxxx 2020-ci il tarixdə Xatirəyə həmin məbləği Fuada verməsi üçün çatdırmışdır. Bir ay sonra Fuad Xatirə ilə yenidən əlaqə saxlayaraq oğlu Orxanın işə düzəlməsi üçün əlavə 500 manat pula da ehtiyac olduğunu və həmin məbləği çatdırdıqdan 10 gün sonra oğlunun işə çıxacağını demişdir. O, 500 manat pulu verə bilməyəcəyini, lakin 300 manat məbləğində pul çatdıra biləcəyini bildirmişdir. Fuad ilk olaraq bununla razılaşmasa da, sonra razılaşmış və bu səbəbdən əlavə 300 manat pulu Xatirəyə vermişdir. Xatirədə həmin pulu Fuada çatdırmışdır. Fuad ümumi olaraq 1300 manat pul almasına baxmayaraq, nə oğlunu işə düzəltmiş, nə də pulu geri qaytarmamışdır. Fuad dələduzluq edərək ümumilikdə 1.300 manat məbləğində pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Şahid pulu oğlu Orxanı “xxxx” Neft Şirkətində müdür sürücüsü kimi işə düzəltməsi üçün Fuada verməsindən ötrü vermişdir. Şahid vasitəçi olduğu üçün pul verməmiş, belə ki, pulu Xatirəyə Fuada verməsindən ötrü vermiş və Xatirənin deməsinə görə o, pulun hamısını Fuada çatdırmışdır. Fuad kimi bildiyi Təqsirləndirilən şəxs ilə onun arasında heç bir danışıq olmamış və ona o, pul verməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadə verərək göstərmişdir ki, Şahid əvvəl yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda qonşusu olmuş, münasibətləri daima yaxşı olmuş və özünü Fuad kimi təqdim edən şəxsi Xatirənin vasitəsilə tanımışdır. Xatirə ilə onun ünsiyyəti olmuş və bir gün Xatirə demişdir ki, Fuad adlı tanışı var və həmin şəxs ona bildirmişdir ki, ədliyyə polisi vəzifəsində işləyir, iş yeri Ədliyyə Nazirliyinin inzibati binasında yerləşir, vəzifəli qohumları var və bir çox şəxsi iş düzəltmişdir. Uzun müddət işsiz olmuş, ona görə də Xatirədən Fuadla əlaqə yaradaraq işə düzəlməsinə köməklik edilməsini xahiş etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Xatirə demişdir ki, Fuadla işi barədə danışıb və sonuncu 500 manat müqabilində Bakı Hava Limanına tibb bacısı kimi işə düzəldə bilər. Həmin təkliflə razılaşmış və Xatirə ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan “20 Yanvar" stansiyası yaxınlığında Fuadla görüşmüşlər. Həmin vaxt o, üzərində olan 500 manat pulu Xatirənin yanında Fuada vermiş. Fuad pulu götürüb sayaraq cibinə qoymuş və söz verərək işi düzəltməsini öz öhdəsinə götürmüşdür. Həmin vaxt diplomunun və digər zəruri olan sənədlərin surətlərini də Fuada vermişdir. Uzun müddət keçməsinə baxmayaraq işinin düzəlmədiyini gördükdə o, təkrarən Xatirəyə müraciət edərək Fuadla danışmağını, hava limanındakı işi alınmadığı təqdirdə Sumqayıt şəhərində olan xəstəxanalardan birinə xadimə düzəlməyinə kömək etməsini xahiş etmişdir. Xatirə Fuadla danışdıqdan sonra demişdir ki, sonuncu Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birinə xadimə işinə düzəldə biləcəyini demiş və buna görə əlavə olaraq 1.000 manat verməli olduğumu bildirmişdir. Həmin məbləği Xatirəyə 2020-ci ilin may ayında vermiş və Xatirə ilə danışdıqdan sonuncu həmin pulu taksi vasitəsilə “ Həzi Aslanov” metrostansiyasının yaxınlığına Fuada göndərdiyini demişdir. Fuad ümumilikdə 1.500 manat məbləğində pul alsa da, işi düzəltməmiş, dələduzluq edərək pulunu ələ keçirmişdir. Sonradan öyrənmişdir ki, Fuad başqa daha bir neçə şəxsi də aldadaraq dələduzluq etmişdir. Bundan sonra Fuadla telefon əlaqəsi yaratmış və ona iradını bildirərək pulunu tələb etmiş, sonuncu da heç bir sübutunun olmadığını, qohumlarının yaxşı vəzifələrdə işlədiklərini və ona heç kimin heç nə edə bilməyəcəyini bildirmişdir. Şəmşiri o, ötəri tanımış, belə ki, onunla yalnız bir dəfə görüşmüş və ilk dəfə də onu həmin vaxt görərək tanımışdır. Həmin şəxs özünü Fuad kimi təqdim etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, Şahid onun qonşusudur və münasibətləri normaldır. O, Xatirə ilə söhbət edən zaman bildirmişdir ki, Fuad adlı tanışı var, onun əlaqələri güclüdür və pul qarşılığında sosial yardım düzəldir. Xatirədən Fuadın kim olmasını soruşmuş, o da demişdir ki, Fuadla təsadüfən sosial şəbəkədə tanış olmuş və o, yüksək vəzifədə işləyir. Fuadın yükəsk vəzifədə işləməsinə görə onun sosial yardım düzəldə biləcək səlahiyyətində olmasına inanmışdır. Əri və özü işsiz olduğundan sosial yardım almaq istəməsi barədə Xatirəyə demiş və bu barədə Fuadla danışıb xəbər etməsini bildirmişdir. Xatirədən Fuaddan bunun üçün nə lazıb olmasını öyrənib xəbər verməsini xahiş etmişdir. Həmin gündən bir neçə gün sonra Xatirə zəng edərək Fuadla danışmasını, onun və ərinə sosial yardım düzəltməsi üçün ümumilikdə 1.440 manat pul istəməsini demişdir. Xatirəyə pul tapıb xəbər edəcəyini demişdir. 2020-ci ilin fevral ayının əvvəllərində 1.440 manat məbləğdə pul düzəltmişdir. O, Xatirənin evinə getmiş, orada Xatirə ilə söhbət edib 1.440 manat pulu, özünün və ərinin şəxsiyyət vəsiqələrinin surətlərini ona vermişdir. Xatirə də pulu və sənədləri götürüb Fuada verəcəyini bildirmişdir. Bundan sonra oradan çıxıb getmişdir. Həmin günün səhəri gün Xatirə zəng edərək aldığı 1.440 manat pulu Fuada çatdırmasını bildirmişdir. Lakin bu günə qədər Fuad özü və ərinə sosial yardım düzəltməmişdir. Bununla bağlı, Xatirə ilə danışdıqda sonucu Fuadın özünü ona Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etdiyini, onun özünü və digər şəxsləri aldadaraq dələduzluq yolu ilə pulları ələ keçirməsini demişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, sosial yardım barədə heç bir dövlət idarələrinə müraciət etməmişdir. Fuad kimi tanıdığı, lakin adının sonradan Şəmşir olduğunu bildiyi şəxsi o, görməmiş, tanımamış və onunla görüşməmişdir. Şahid pulu özünə və ərinə sosial yardım almaq üçün vermiş, sonuncuya ümumilikdə özünə məxsus olan 1.440 manat pulu vermişdir. Şahid vasitəçi olduğu üçün pul verməmişdir. Pulu o, Xatirəyə Fuada verməsindən ötrü vermişdir. Xatirənin deməsinə görə o, pulun hamısını Fuada çatdırmışdır. Fuadla onun arasında heç bir danışıq olmamış və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 qızı məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, Şahid onun qonşusudur və onların münasibətləri normaldır. Xatirə ilə söhbət edən zaman o, bildirmişdir ki, Fuad adlı tanışı var, onun əlaqələri güclüdür və pul qarşılığında sosial yardım düzəldir. Xatirədən Fuadı haradan tanımasını soruşmuş, o da bildirmişdir ki, Fuadla təsadüfən sosial şəbəkədə tanış olmuş və sonuncu yüksək vəzifədə işləməklə geniş əlaqələri vardır. Fuadın yüksək vəzifədə işləməsinə və əlaqələrinin geniş olmasına görə onun sosial yardım düzəldə biləcək səlahiyyətində olmasına inanmışdır. İşsiz olduğundan sosial yardım almaq istədiyini Xatirəyə bildirmiş və bu barədə Fuadla danışmasını xahiş etmişdir. Xatirədən Fuaddan bunun üçün nə lazım olmasını öyrənməsini və xəbər verməsini bildirib getmişdir. Həmin gündən bir neçə gün sonra Xatirə zəng edərək Fuadla danışmasını və sosial yardım düzəltməsi üçün 570 manat pul istəməsini demişdir. Bununla razılaşmış və pulu düzəltdikdən sonra evinə gələcəyini demişdir. 2020-ci ilin yanvar ayının 26-da 570 manat pul düzəltmiş və Xatirənin evinə getmişdir. Xatirə ilə görüşüb ona şəxsiyyət vəsiqəsinin surətini və 570 manat pul vermişdir. Xatirə də pulu götürüb saymış və yanında kiməsə zəng etmişdir. Zəng etdiyi şəxs kişi olmuş. Xatirə həmin şəxsə Fuad müəllim deyə müraciət etmiş, Xatirə telefonda Fuad adlı şəxsə 570 manat pul almasını demişdir. Həmin şəxslə danışdıqdan sonra Xatirə aldığı pulu taksi vasitəsilə Fuada göndərəcəyini demiş və çıxıb getmişdir. Həmin günü Xatirə zəng edərək aldığı 570 manat pulu Fuada çatdırmasım demişdir. Lakin Fuad sosial yardım düzəltməmiş, bununla bağlı Xatirə ilə danışdıqda sonuncu Fuadın özünü ona Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etdiyini, onun özünü və digər şəxsləri aldadaraq dələduzluq yolu ilə pulları ələ keçirməsini bildirmişdir. O, sosial yardım alması barədə heç bir dövlət idarələrinə müraciət etməmişdir. O, Fuad kimi tanıdığı, lakin adının sonradan Şəmşir olduğunu bildiyi şəxsi görməmiş, tanımamış və onunla görüşməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, Şahid onun qonşusudur və onların münasibətləri normaldır. Xatirə ilə söhbət edən zaman Xatirə bildirmişdir ki, Fuad adlı tanışı var, onun əlaqələri güclüdür və pul qarşılığında sosial yardım düzəldir. Həmin ərəfələrdə işsiz olduğu üçün Xatirədən xahiş etmişdir ki, Fuadla əlaqə saxlayaraq onun üçün də sosial yardım düzəltməsi barədə danışsın. Xatirədə bu barədə Fuadla danışacağını demiş və yanında kiməsə zəng etmişdir. Zəng etdiyi şəxs kişi olmuş. Xatirə həmin şəxsə Fuad müəllim deyə müraciət etmiş, xatirə telefonda Fuad adlı şəxsə barəsində məlumat verib sosial yardım almaq istədiyini demişdir. Xatirə və Fuad telefonda danışıb qurtardıqdan sonra Xatirə bildirmişdir ki, Fuad sosial yardım düzəltməsi üçün 870 manat pul istəyir. Xatirəyə bu barədə fikirləşib xəbər edəcəyini demişdir. O, 2020-ci ilin mart ayına qədər 870 manat pul toplamış və Xatirənin yaşadığı evə gəlmişdir. Xatirə ilə evdə görüşüb ona 870 manat pul vermiş, Xatirə də pulu götürüb saymış və yanında kiməsə zəng etmişdir. Zəng etdiyi şəxs kişi olmuşdur. Xatirə həmin şəxsə Fuad müəllim deyə müraciət etmiş və Xatirə telefonda Fuad adlı şəxsə 870 manat pul almasını demişdir. Həmin şəxslə danışdıqdan sonra Xatirə aldığı pulu taksi vasitəsilə Fuada göndərəcəyini demiş və çıxıb getmişdir. Həmin günü Xatirə zəng edərək 870 manat pulu Fuada çatdırmasım demişdir. Lakin bu günə qədər Fuad sosial yardım düzəltməmiş, bununla bağlı Xatirə ilə danışdıqda Xatirə Fuadın özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etdiyini, onun özünü və digər şəxsləri aldadaraq dələduzluq yolu ilə pulları ələ keçirməsini bildirmişdir. O, Fuad kimi tanıdığı lakin adının sonradan Şəmşir olduğunu bildiyi şəxsi görməmiş, tanımamış və onunla görüşməmişdir. Məhkəmə iclasında şahid ismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində işsiz olduğu üçün o, özünə iş axtarmağa başlamışdır. Bunun üçün də o, müxtəlif internet sosial şəbəkələrində elan edilmiş işlərə baxmışdır. Həmin vaxt o, “TİKTOK” mobil programmdan istifadə edərkən şərhlərdə iş axtardığını qeyd etmişdir. Şərhinə cavab olaraq özünü Fuad kimi təqdim edən şəxs mesaj yazaraq ədliyyə polisi vəzifəsində işlədiyini. Ədliyyə Nazirliyinin inzibati binasında oturduğunu və vəzifəli qohumları olmasını bildirib iş tapacağını öz öhdəsinə götürmüşdür. Həmin vaxt Fuad telefon nömrəsini vermişdir. Həmin nömrəni o. istintaqa təqdim etmiş, bundan sonra Fuadla telefonda iş barəsində danışdıqda o, Lerik rayonundan özünün də Masallı rayonundan olduğunu əsas götürərək Ədliyyə Nazirliyinin yeməkxanasına heç bir təmənnasız işə götürəcəyini vəd etmişdir. Bir neçə gün sonra Fuadla danışdıqda o, Ədliyyə Nazirliyinin yeməkxanasına başqa şəxslərin artıq işə götürüldüyünü və başqa iş tapacağını demişdir. Fuadla telefonda danışanda o, yeznəsi Zərərçəkmiş şəxs5 də işsiz olduğunu öyrəndikdə sinif yoldaşının Bakı hava limanında işlədiyini demiş və onu 800 manat müqabilində, həmin pulu sinif yoldaşına verməklə həmin yerdə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Bu barədə o, Vüsalla söhbət etdikdə Vüsal bu təkliflə razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə kürəkəni yaşadığı mənzilə gəlmiş və 800 manat pulu gətirməsini demişdir. Fuadın nömrəsini Vüsala vermiş və görüşməsini demişdir. Həmin günü Vüsal Fuadla Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında görüşmüş və ona 800 manat pul vermişdir. Bu barədə Vüsal və Fuad özü də demişdir. Fuad pulu aldıqdan sonra zəng edərək Vüsalın işini tezliklə həll edəcəyinə söz vermişdir. O, Fuada inanmış, belə ki, o, şirinləkdirici vədlər verərək etibarını qazanmışdır. Fuad 800 manat pul aldıqdan sonra söz vermişdir ki, 2 gün müddətində Vüsal işə çıxacaq. Bundan başqa Fuadla danışarkən əmisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini, onun vasitəsilə 570 manat pul müqabilində ünvanlı sosial yardım düzəldə biləcəyini, istəyən olduğu təqdirdə özündən başqa şəxslərə də ünvanlı sosial yardım düzəldə biləcəyini bildirmişdir. Bu barədə qonşularına və tanışlarına dedikdə bir neçə nəfər qonşusu və tanışı maddi vəziyyətlərinin pis olması ilə əlaqədar Fuad vasitəsilə sosial yardım almaq istədiklərini demişlər. Bununla əlaqədar 2020-ci ilin yanvar-fevral aylarının əvvəllərində Sevinc adlı qonşundan oğlu Orxanı “xxxx” Neft Şirkətində müdir sürücüsü kimi işə düzəltməsi üçün ümumilikdə 1.300 manat, Xanım adlı qonşudan hava limanına tibb bacısı və yaxud Sumqayıt şəhərindəki xəstəxanalardan birinə xadimə düzəlməsi üçün ümumilikdə 1500 manat. Fuad adlı tanışından özü və iki nəfər tanışı üçün sosial yardım düzəlməsi üçün 1710 manat, Gülşən adlı tanışına sosial yardım düzəlməsi üçün 870 mnanat, qardaşı Namiqin oğluna təqaüd düzəlməsi üçün ümumilikdə 1500 manat, Mədinə adlı qonşusuna sosial yardım düzəlməsi üçün 570 manat, Gülxandan adlı qonşusuna və ərinə sosial yardım düzəlməsi üçün 1440 manat o, öz qızına sosial yardım düzəlməsi üçün isə 370 manat pul vermişdir. Həmin pulların yalnız qızına görə verdiyi pul özünə məxsus olmuşdur. Fuadın deməsinə görə o, qızı üçün sosial yardımı 370 manata düzəltməsinə səbəb tanış olmalarıdır. Qeyd etdiyi məbləğində pulu Fuadla əlaqə saxlayaraq onun deməsi əsasında tanımadığı taksi sürücülərinin vasitəsilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyası yaxınlığına göndərmişdir. 2020-ci ilin yanvar-fevral ayının əvvəllərində mobil telefonu ilə xatırlamadığı şirkətə zəng edərək taksi sifariş etmiş və pulları taksi sürücüsünə verərək Fuadın götürməsi üçün “Həzi Aslanov” metrosuna göndərmişdir. Taksi sürücüsü gəldikdə pulu ona verib ünvanı demişdir. Taksi sürücüsü getdikdən sonra o, avtomobili və sürücünün nömrəsi barədə məlumatları Fuada bildirmişdir. Fuad göndərdiyi pulu götürüb xəbər vermiş və onu əmin etmişdir ki, narahat olma heç bir problem olmayacaqdır. Fuad söz vermişdir ki, mart ayının 1-dən etibarən həmin şəxslərə plastik kartlar paylanacaq və sosial yardım alacaqlar. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin şəxslərin və qızının işi düzəlməmişdir. Belə ki, Xanım adlı qonşusu uzun müddətdir ki, işsiz olmuş və sonuncu da Fuad barədə məlumat aldıqdan sonra Fuad ilə əlaqə yaradaraq ona iş düzəltməyinə köməklik edilməsini xahiş etmişdir. Fuadla bu barədə danışaraq məlumat vermişdir. Fuad Xanımı Bakı hava limanına sinif yoldaşı vasitəsilə tibb bacısı işinə düzəldə biləcəyini, lakin işin düzəlməsi üçün 500 manat pul lazım olduğunu demişdir. Öz növbəsində Xanıma bu barədə demişdir. Xanım da Fuadın dediyi ilə razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində özü və Xanım Fuadla görüşmək üçün Bakı Metropolitenin “Yasamal” rayonu ərazisində olan “20 Yanvar” stansiyası yaxınlığına gəlmişdir. Orada Fuadla görüşmüşlər və Xanım 500 manat məbləğində pulu yanında Fuada vermişdir. Fuad pulu götürüb sayaraq cibinə qoymuşdur və vəd etmişdir ki, bir neçə gün sonra Xanım işə çıxacaq. Uzun müddət keçməsinə baxmayaraq Xanım işinin düzəlmədiyini gördükdə təkrarən işini soruşmuş, sonuncuya Fuadla danışmasını, hava limanındakı işi alınmadığı təqdirdə Sumqayıt şəhərində olan xəstəxanalardan birinə xadimə düzəltməyinə kömək etməsini xahiş etmişdir. Bu barədə Fuadla danışdıqda sonuncu buna görə Xanımın əlavə olaraq 1000 manat verməli olduğunu demişdir. O, Xanıma dedikdə Xanım həmin məbləği vermiş və tanımadığım taksi sürücüsü vasitəsilə 2020-ci ilin may ayında 1000 manat məbləğindəki pulu Fuadın götürməsi üçün Bakı Metropolitenin Xərtai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyası yaxınlığına göndərmişdir. Fuad pulu götürüb bu barədə bildirmiş və narhat olmamasını və gözləməsini demişdir. 2020-ci ilin mart ayında qardaşı Namiqin oğlu Fərdanın epilepsiya xəstəsi olmasını öyrəndikdə Fuad 1.500 manat müqabilində onun üçün təqaüd düzəldə biləcəyini, bununla da pulsuz dərmanlar ala biləcəyini demişdir. Bu barədə qardaşı Namiqə demişdir. Namiq də razılaşmış və pulu düzəldəcəyini bildirmişdir. Həmin ərəfədə İran İslam Respublikasında Məşhəd ziyarətinə getmişdir. Fuaddan gözləməyini, qayıtdıqdan sonra həmin məbləği verməyini xahiş etmiş, lakin o, tələsmişdir. 2020-ci ilin fevral ayının 9-da Məşhəd ziyarətinə gedənlər Elmlər Akademiyası metrostansiyasmın qarşısına toplaşmışlar və avtobus oradan hərəkət etməli olmuşdur. Həmin gün gecə saatlarında qardaşı Namiq yanına gəlib pulu vermiş və Fuada zəng edərək bildirmişdir. Fuad da yanına gəlib pulu götürmüşdür. Fuad pulu götürən zaman demişdir ki, “sən qayıtdıqda artıq iş düzəlmiş olacaq". Fuada o, inanmış və çıxıb getmişdir. Lakin iş düzəlmədikdə o, Fuadla əlaqə saxlayaraq ondan soruşmuş, o, müxtəlif bəhanələr gətirmiş, sonunda məlum olmuşdur ki, Fuad onları aldatmamışdır. Bundan başqa 2020-ci ilin mart ayının 25-də qardaşı Namiqin bacanağı Fuadın ona da sosial yardım düzəltməsi üçün 770 manat məbləğində, mart ayının 27-də tanışı Gülşanədə Fuadın ünvanlı sosial yardım düzəldilməsi üçün 870 manat məbləğində pul vermişdir. Belə ki, həmin pulları o, Fuada taksi avtomobili ilə göndərmişdir və Fuad pulu Bakı Metropolitenin Xərtai rayonu ərazisində olan “Həzi Aslanov" stansiyası yaxınlığında götürmüşdür. Bundan başqa Məşhəd ziyarətinə gedərkən Sevinc adlı xanımla tanış olmuş və o, oğlu Orxanın Türkiyə Respublikasında işlədiyini, Azərbaycan Respublikasına qayıtmaq istədiyini demiş və oğluna iş axtardığını demişdir. Ona kömək etmək üçün Fuada müraciət etmiş, sonuncu vəzifəli qohumları vasitəsilə Orxanı 1000 manat müqabilində “xxxx” şirkətinə sürücü işinə düzəldə biləcəyini və Orxanın 1200 manat əmək haqqı alacağını bildirmişdir. Bu barədə Sevincə məlumat vermiş və o, da razılaşmışdır. Sevinc 1000 manat pul vermişdir. xx xxxx 2020-ci il tarixdə tanımadığı və xatırlamadığı taksi sürücüsü ilə həmin 1000 manat pulu Fuada göndərmişdir. Fuad həmin pulu Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyası yaxınlığından götürmüş və xəbər vermişdir. 1 ay keçdikdən sonra Fuad əlaqə yaradaraq Orxanın işə düzəlməsi üçün daha 500 manat da lazım olduğunu demişdir. Bu barədə o. Sevincə demiş, sonuncu da 500 manat pul düzəldə bilməyib 300 manat vermişdir. May ayında həmin 300 manat pul Orxanın işə düzəlməsi üçün taksi avtomobili ilə Bakı Metropolitenin Xərtai rayonu ərazisində olan “Həzi Aslanov” metro stansiyası yaxınlığına göndərmiş və Fuad orada taksi sürücüsündən 300 manat pulu götürmüşdür. Fuad Sevincdən 1300 manat pul almasına baxmayaraq hal-hazıradək Orxanın işi düzəlməmişdir. Fuad tərəfindən aldadılmağını başa düşdükdən sonra bu barədə ona iradını bildirmiş, Fuad heç bir sübutunun olmadığını, qohumlarının yaxşı vəzifələrdə işlədiklərini və ona heç kimin heç nə edə bilməyəcəyini demişdir. Sonradan öyrənmişdir ki, özünü Fuad kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin 1-ci cildinin 103-104-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 143-144-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 28-29-cu vərəqələrində olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevin tərtib etdiyi telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, X4 məxsus boz rəngli “Samsung” markalı “J4” modelli mobil telefona baxış keçirlən zaman müəyyən edilmişdir ki, ***-***-**-** nömrəli istifadəçi ilə “WhatsApp” vasitəsilə mesajlaşmada özünü Fuad kimi tanıdan şəxsin Zərərçəkmiş şəxs6 ilə olan yazışmaları var, yazışmalarda Zərərçəkmiş şəxs6 baxış zaman bildirmişdir ki, özünü ona Fuad kimi tanıdan şəxsə 1500 manat qarşılığında Namikin epilepsiya xəstəsi olan oğluna sosial müavinət düzəltməsini vəd etmiş, lakin heç bir sosial müavinət düzəltməmiş və pulu da geri qaytarmamışdır. Həmin yazışmalar fotoşəkil çıxarılaraq halında cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 36-52-ci vərəqələrində olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevin tərtib etdiyi telefona baxış keçrilməsi barədə protokoldan görünür ki, Şahid məxsus qara rəngli “Xiaomi” markalı “Mİ3” modelli mobil telefona baxış keçirlən zaman müəyyən edilmişdir ki, ***-***-**-** nömrəli “FUAD BAKSEL” adlı istifadəçi ilə “WhatsApp” vasitəsilə mesajlaşmada Fuad adlı şəxs Xatirəyə müəyyən pul qarşılığında sosial müavinətlər düzəldə biləcəyini demiş, ehtiyacı olan şəxslər vardırsa yönləndirməsini istəmiş, Xatirə də bununla bağlı öz dost- tanışlarına bildirmiş, həmin şəxslər də Xatirə vasitəsilə Fuadla əlaqə quraraq ondan sosial müavinət düzəlməsini istəmişlər. Həmin yazışmalar fotoşəkil çıxarılaraq halında cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 57-63-cü vərəqələrində olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevin tərtib etdiyi telefona baxış keçrilməsi barədə protokoldan görünür ki, X1 məxsus qara rəngli “Samsung” markalı “J3” modelli mobil telefona baxış keçirlən zaman müəyyən edilmişdir ki, ***-***-**-** nömrəli “Fuad Xatirə” adlı istifadəçi ilə “WhatsApp” vasitəsilə mesajlaşmada özünü Fuad kimi tanıdan şəxsin onun oğlunu “xxxx” Neft Şirkərində işə düzəldəcəyinə vəd verərək ondan 1300 manat məbləğində pul almış, lakin oğlunu işə düzəltməmiş və pulu da geri qaytarmamışdır. Həmin yazışmalar fotoşəkil çıxarılaraq halında cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqəsində olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevin tərtib etdiyi diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərcell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə Şahid məxsus ***-***-**-**, Zərərçəkmiş şəxs5 məxsus 051-342- 04-08 və Zərərçəkmiş şəxs6 məxsus ***-***-**-** mobil nömrələr aid 06 ədəd sms tarixçəsi vardır, ilk sms Şahid məxsus ***-***-**-** saylı mobil nömrəsinə göndərilmiş, mesajlardan görünür ki,sonuncu təqsirləndirilən şəxsdən pulun qaytarılmasını və ya sosial müavinətin düzəltməsini tələb edir, sonrakı iki ədəd sms tarixçəsində olan smslər Zərərçəkmiş şəxs5 aiddir, qalan iki ədəd sms isə Zərərçəkmiş şəxs6 məxsusdur, lakin həmin smslərdə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevin tərtib etdiyi diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, xxxx MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə Şahid məxsus ***-***-**-**, Zərərçəkmiş şəxs8 məxsus 055-8902-59-11 və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrələr aid sms tarixçəsi vardır. Həmin sms tarixçələrdə qeyds edilən nömrələrə aid 06 ədəd sms tarixçəsi, 03 ədəd zənglərin detallaşması və 03 ədəd zənglərin məxsusluq tarixçələri vardır. Orada həmin şəxslərin müxtəlif formada smsləri olmuş, həmin smslər iş üçün əhəmiyyət kəsb etmir. Yalnız sms mətinlərində Şahid Təqsirləndirilən şəxs verdiyi pullların qarşılığında tələb etməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 207-ci vərəqəsində olan təqsirləndirilən şəxs X2 istifadəsində olan 070- 437-30-32, Şahid istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonlara daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəmşir Bəyliyevin istifadəsində olan ***-***-**-** nömrəli telefona çoxsaylı smslər daxil olıııuş, həmin smslərdə Şəmşirə “Fuad” kimi müraciət edilir və ondan işin düzəlməsi və yaxud pulun geri qaytarılması tələb olunur. Şahidnm istifadəsində olan 077- ***-**-** nömrəli telefona da çoxsaylı smslər daxil olmuş və göndərilmiş, həmin smslərdə Şahid Şəmşir Bəyliyevə “Fuad” kimi müraciət edərək işlərin nə yerdə qalmasını soruşur və ondan pulu qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli telefonda çoxsaylı smslər vardır, lakin iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 43-63-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, fotoşəkil halında çıxarılmış SMS mətinləri, “Azərcell” və “xxxx” MMC-dən daxil olmuş 03 (üç) ədəd disklər iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 245-247-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. xx xxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 3.500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir; 3) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 69.4 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il 10 (on ay) 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasına və 3.500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilərək, qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 10 (on) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə şərti cəza bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 2-ci cildinin 38-42-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(008)-131/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 14 (on dörd) gün nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(003)-215/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(010)-222/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(103)-877/2018 saylı qərarı ilə təyin edilmiş 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası 300 (üç yüz) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli, 21-1/82179 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(010)-222/2020 saylı qərarı ilə təyin edilmiş 300 (üç yüz) saat ictimai işlər cəzasını hazırki vaxtadadək çəkməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xatirədən tanışları Zərərçəkmiş şəxs2 sosial yardım düzəldəcəyi adı ilə 570 manat, Zərərçəkmiş şəxs3 sosial yardım düzəldəcəyi adı ilə 1.710 manat, Zərərçəkmiş şəxs1 ərinə sosial yardım düzəldəcəyi adı ilə 1.440 manat, Zərərçəkmiş şəxs4 sosial yardım düzəldəcəyi adı ilə 870 manat məbləğində pulları etibardan sui isitfadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə almamasını bildirsə də, onun bu ifadəsinin verməsində səbəb öz məsuliyyətini yüngülləşdirmək məqsədinin olduğu müəyyən edilir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadə həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq cinayətləri törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarmda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə onun törədilməsi hallarma və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(008)-131/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 14 (on dörd) gün nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilərək, qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə və 3.500 (üç min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(003)-215/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs 10 (on) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə şərti cəza bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(010)-222/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(103)- 877/2018 saylı qərarı ilə təyin edilmiş 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası 300 (üç yüz) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 7(010)-222/2020 saylı qərarı ilə təyin edilmiş 300 (üç yüz) saat ictimai işlər cəzasını hazırki vaxtadadək çəkməmişdir. Belə ola halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(010)- 222/2020 saylı qərarı ilə təyin edilmiş və icra edilməmiş 300 (üç yüz) saat ictimai işlər cəzası ictimai işlər cəzasının bir günü azadlıqdan məhrum etmənin səkkiz saat hesabı ilə hesablanmaqla 37 (otuz yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li qəranının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmünün giriş hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müəssisəsiniin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkil halında çıxarılmış SMS mətinləri, “Azərcell” və “xxxx” MMC-dən daxil olmuş 03 (üç) ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(010)-222/2020 saylı qərarı ilə təyin edilmiş və icra edilməmiş 300 (üç yüz) saat ictimai işlər cəzası ictimai işlər cəzasının bir günü azadlıqdan məhrum etmənin səkkiz saat hesabı ilə hesablanmaqla 37 (otuz yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkil halında çıxarılmış SMS mətinləri, “Azərcell” və “xxxx” MMC-dən daxil olmuş 03 (üç) ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar