Məhkəmə qərarları › İş №1(011)-127/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-127/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-127/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Rusiya Federasiyasının Tümen şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tovuz rayonu, Ağacqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,346 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq saxlamış, 26 yanvar 2024-cü il tarixdə saat 20:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,346 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,355 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq saxlamış, 27 aprel 2024-cü il tarixdə saat 19:00-da Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 5 yerləşən Nizami RPİ-nin 25-ci PŞ- nə gətirilərək şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,355 qram olan kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,465 qram psixotrop maddə olan metamfetamin əldə edib, daşıyaraq saxlamış Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə axtarışı ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 21 avqust 2024-cü il tarixdə saat 00:30-da zamanı ünvan 7 ünvanın qarşısında saxlanılıb ünvan 8n 25-ci PŞ-nə gətirilərək şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin göy rəngli kağız bükümündə təmiz çəkisi 0,465 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aydır "şüşə" "patı" olaraq tanıdığı psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb çəkmək yolu ilə istifadə edir. Üç dəfə ayrı-ayrı vaxtlarda üzərində psixotrop maddə saxladığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmişdir. 26 yanvar 2024-cü il tarixdə günorta saatlarında dəqiq xatırlamadığı vaxtda saatda metronun "20 yanvar" stansiyası yaxınlığında əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün "patı" olaraq tanıdığı psixotrop maddə metamfetamini 20 manat pulu nağd şəkildə ödəməklə alıb, üzərində saxlamışdır. Həmin gün saat 20 radələrində Xətai rayonu Mingəçevir küçəsində olarkən iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi və saxlanmasında şübhəli olduğunu deyərək saxlayıb Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Həmin polis şöbəsində üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilən bükümdə olan maddə zərfə qoyulmaqla qablaşdırılıb ekspertizaya göndərilmişdir. Aparılan istitnaq zamanı xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş maddə təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan oldunub barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna baxmayaraq yenə də, müxtəlif şəxslərdən psixotrop maddələr alıb, qəbul etməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə tanışı X5 ilə birlikdə günorta saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində tanımadığı şəxsdən hər birimi arı-ayrılıqda 10 manat ödəməklə öz istifadələri üçün psixotrop maddə alıb üzərlərində saxlamışlar. Həmin gün saat 19 radələrində o, Yusif, Nicat Tundayev və Murad Atakişiyev ilə birlikdə Nizami rayonu, Nefçilər metrosunun yaxınlığında "maklerlər bağı" adlanan yerin yaxınlığında görüşüb bir qədər piyada yeriyərək yaxınlıqda olan məktəblərin birinin qarşısında dayanmışlar. Bu zaman məktəbin yaxınlığında mülki geyimdə şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduqlarını izah edib polis şöbəsinə dəvət etdikdə heç bir etiraz etmədən onlarla Nizami RPİ-in 25-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsində adı, soy adı və digər məlumatarı dəqiqləşdirildikdən sonra şöbədə olan iş otaqlarından birinə aparılıb PŞ-nə dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunub üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Üzərinə axtarış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibində saxladığı siqaretin qızılı rəngli kağızına bükülmüş halda olan "patı” adı ilə tanıdığı maddəni həmin cibində olan "Samsung” markalı mobil telefonu və sağ yan cibində olan “sobranie" adlı siqaretin qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddə zərfə qoyulmaqla qablaşdırılıb ekspertizaya göndərilmişdir. Barəsində aparılan istitnaq zamanı xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş maddə təmiz çəkisi 0,355 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikas CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olub istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Həbs olunacağından qorxduğu üçün İstintaqın çağrışlarından qəsdən yayınmış, bu müddət ərzində də, psixotrop maddə əldə edib istifadə etməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı Xətai rayonu NZS qəsəbəsində tanımadığı şəxsdən şəxs istifadəsi üçün 10 manat ödəyərək "patı" kimi tanıdığı psixotrop maddəni alıb üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Xətai rayonu Mingəçevir küçəsi 52-20 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib ondan ad və soy adını soruşduqdan sonra əvvəllər törətdiyi cinayət ilə əlaqədar axtarışda olduğunu deyib Nizami RPİ-nin 25-cü PŞ-nə gətirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində "patı" olaraq tanıdığı maddə olduğunu, artıq başqa çıxış yolunun olmadığını dərk etdiyi üçün PŞnə aparan əməkdaşlara üzərində qanunsuz maddə olmasını yolda olarkən etiraf etmişdir. Həmin şöbədə növbətçi hissədə şəxsiyyəti bir daha dəqiqləşdirildikdə sonra PŞ-dəki xidməti otaqlardan birinə aparıb hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilib videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindəki göy rəngli cins şalvarın sağ yan cibindəki siqaretin göy rəngli kağızına bükülmüş içərisində "patı" kimi tanıdığı maddəni, ekran qırıq vəziyyətdə olan "Samsung" markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Əliyev X6 25-ci PŞ-nə "Nicat” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla bağlı Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qəbul edilmiş qərara əsasən "Nicat" adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupunun üzvlü təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00-da ünvan 10 ünvanının qarşısında "Nicat” adlı şəxsə oxşayan bir nəfər kişini və onun yanında üç nəfər naməlum şəxsi müşahidə edib, onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən özlərini təqdim etməsini istədikdə, X3, X2, X5 və Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Həmin şəxslərə daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmaları, üzərlərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirib Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edərək gətirmişlər. Nizami RPİ-nin 25-ci PŞ-də həmin şəxslərin, xx.xx.1990-cı il təvəllüdlü Sabirabad rayon sakini X3, xx.xx.1994-ci il təvəllüdlü Masallı rayon sakini X2, xx.xx.1995-ci il təvəllüdlü Şirvan şəhər sakini X5 və xx.xx.1990-cı il təvəllüdlü Tovuz rayon sakini Təqsirləndirilən şəxs olduqları dəqiqləşdirilmişdir. Həmin şəxslərin barəsində araşdırmaların aparılması Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Gündüz Zeynalova və təhqiqatçı, polis kapitanı Yusif Yusifzadəyə həvalə edilmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs və Yusif Əliyevin üzərlərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Baş təhqiqatçı Gündüz Zeynalovun xidməti otağında Nicat Tundayevin və Murad Əkbərovun üzərlərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində isə şöbənin əməliyyat müvəkili Şahid3 və sahə inspektoru Şahid4 iştirak etmişlər. Polis şöbəsinə dəvət olunmuş müdafiəçinin, digər əməliyyat müvəkkilinin və onun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarının sol cibindən içərisində ağ rəngli maddə olan bir ədəd qızılı rəngli kağız bükümü, həmin cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində olan “patı” kimi tanıdğı maddəni xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılıb, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan hər hansı əşya aşkar edilməmişdir. Sonradan məlum olmuşdur ki, Nicat Tundayev və Murad Əkbərovun üzərlərində keçirilən şəxsi axtarış zamanı onlarda da, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahidlər Şahid2, X1, Şahid4, Şahid5 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında dindirilən şahidlər Şahid1 və Şahid6 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild İ, i.v. 04); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 11 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 27 aprel 2024-cü il tarixdə 0,355 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi faktı ilə bağlı təqsirləndirilməsinə dair ********* cinayət işi ayılaraq icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (cild İ, i.v. 01-02); şübhəli şəxsin tutulması haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli şalvarının sol cibində olan 01 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristallik maddə olan bükümü və həmin cibində olan 01 ədəd "Honor" markalı mobil telefonu və sağ yan cibində olan "Sobranie" adlı siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə "patı" kimi tanıdığı psixotrop maddənin olduğunu sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzər maddələr olan bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild İ, i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2342 nömrəli, 28 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №165" dairəvi möhür əksi olan, "Vət. Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir (cild İ, i.v. 76-79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İ, i.v. 99-100); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (cild İ, i.v. 127-129); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 130-131); cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Xətai Rayon Polis İdarəsindən göndərilmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işinin ********* nömrə altında istintaqı aparılmışdır (cild İ, i.v.138-139); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild İ, i.v. 143); şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 162); şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Cəlal oğlunu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Cəlal oğlu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü falqasına bükülmüş 1 ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddəni təqdim etmişdir. Ondan həmin ağ rəngli kristalşəkilli kütlənin nə olması soruşulduqda, o həmin kütlənin narkotik maddə olan "patı" adı ilə bildiyi "metafetamin" olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisində ağ rəngli kristalşəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələrin elektron tərəzidə çəkiləri çəkildi və məlum oldu ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,62 qramdır. O, həmin ağ rəngli kristalşəkilli kütləni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığından anket məlumatllarını bilmədiyi şəxsdən 20 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Cəlal oğlunun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild İ, i.v. 173-174); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/691 nömrəli, 27 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 153" dairəvi möhür əksləri, "...(imza) Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir (cild İ, i.v. 182-185); materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyatı üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (cild İ, i.v. 188); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İ, i.v. 195-196); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (cild İ, i.v. 208-209); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 211-212); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24011063 saylı cinayət işi icraata qəbul edilmişdir (cild İ, i.v. 217); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild İ, i.v. 235); cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, 24011063 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır (cild İ, i.v. 236); ünvan 11 ünvanlanmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Ağacqala kəndində qeydiyyatda olsa da, həmin kənddə yaşamır. Nümayəndəlikdə olan təsərrüfatbaşına qeydiyyat kitabında heç bir qeyd aparılmamışdır. Ona görə Təqsirləndirilən şəxs ailəsi və xasiyyəti haqqında heç bir məlumat yoxdur (i.v. 239); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmayıb (cild İ, i.v. 240); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-295/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-53/2020 saylı qərarı ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs dövlət büdcəsinə borclu olduğu üçün barəsində Tovuz RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir (cild İ, i.v. 242-259, cild İİ, i.v. 01-03); axtarışda olan şəxsin tutulması barədə 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə, saat 16:30-da tutulmuşdur (cild İİ, i.v. 06); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v. 07); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild İİ, i.v. 12-13); “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Şamil İsrəfilov həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə "patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükümün çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis kapitanı Şamil İsrəfilov elektron tərəziyə qoymuş və bükümün çəkisinin 0,62 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün" 153 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, qadın iştirakçı və polis əməkdaşları tərəfindən imzalanmışdır (cild İİ, i.v. 19-20); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2610 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İİ, i.v. 22-23); Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Nizami RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı edilən ********* saylı saylı cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild İİ, i.v. 26-27); 12 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild İİ, i.v. 48-49); 12 iyul 2024-cü il tarixli qərarla ********** saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək icraat dayandırılmışdır (cild İİ, i.v. 53-54); şübhəli şəxsin tutulması barədə 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə, saat 00:30-da tutulmuşdur (cild İİ, i.v. 59); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v. 102-103); şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin göy rəngli kağız kəsiyinə bükülmüş bükümü və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd Samsung markalı ekran şüşəsi qırıq vəziyyətdə mobil telefonu çıxardıb təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellefon büküm açılanda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində psixotrop maddəyə bənzər maddə olan bükümlə bağlı sual verdikdə sonuncu narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, həmin bükümün içərisində «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bir bükümdə psixotrop maddə matemfetamini tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddəyə oxşar maddə cinayət təqibi üzrə subut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bir ədəd mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (cild İ, i.v. 80-81); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4263 nömrəli, 21 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N 165"- li dairəvi möhür əksi," şübhəli şəxs (İmza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,465 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildir (cild İİ, i.v. 92-95); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə yenidən ittiham elan edilmişdir daxildir (cild İİ, i.v. 117-118); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(007)-229/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 21 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild İİ, i.v. 138-141); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(007)-326/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 20 yanvar 2025-ci il tarixinədək uzadılmışdır (cild İİ, i.v. 172-174); cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğunun vasitəsi ilə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir (cild İİ, i.v. 175-177); cinayət işinin icraata qəbul edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild İİ, i.v. 180-181); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-21/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 04 fevral 2025-ci il tarixinədək uzadılmışdır (cild İİ, i.v. 247-252); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2610 saylı rəyi sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,346 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,335 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,305 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,465 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,415 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 03 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild İİ, i.v. 207-218); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,346 qram, 0,335 qram və 0,465 qram olan psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri təkrar törətməsi həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)- 295/2019 saylı hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsəsən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci hissəsinin “a” bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-295/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(011)-53/2020 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsinə və əməlində cinayətin residivinin olmasına dəlalət etmir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(011)-295/2019 saylı hökmü ilə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək, 22 aprel 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 05 (beş) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.346 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.296 qram, təmiz çəkisi 0.335 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.305 qram, təmiz çəkisi 0.465 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.415 qram olan psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 259 (iki yüz əlli doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək, 22 aprel 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 05 (beş) gün müddət ona təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.346 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.296 qram, təmiz çəkisi 0.335 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.305 qram, təmiz çəkisi 0.465 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.415 qram olan psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 259 (iki yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar