Məhkəmə qərarları › İş №1(011)-128/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-128/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-128/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əlağa oğlu və onun nümayəndəsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 26 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Əlağa oğluna Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində X3 Bağçılıq sahəsində yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarış alacağını vəd verib aldadaraq 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında 7.000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Əlağa oğlunun pulunun X7 tərəfindən ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində şikayəti əsasında araşdırması aparılan material üzrə cinayət işinin başlanılması barədə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən sənəd düzəltmək adı ilə zərərçəkmişdən 7000 manat pul almışdır. Əlavə olaraq o qeyd etmişdir ki, 2011-ci ildən 2016-cı ilə kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsində işləmişdir. Zərərçəkmiş şəxs Əlağa oğlunu Şahid2 vasitəsi ilə 2021-ci ildə tanımışdır. 2021-ci il tarixdə Akif onun nömrəsini Elşəndən alaraq ona zəng etmişdir. Söhbət zamanı Akif Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 90 kv metrlik faktiki ona məxsus, sənəd üzrə isə Ələsgər İsgəndərova məxsus olan bağ sahəsini və üzərində olan tikilini özəlləşdirməyə kömək etməyini xahiş etmişdir. Akifi ortaq tanışları olan Elşənin vasitəsi ilə tanıdığı üçün ona sənədləri gətirməsini və necə kömək etmək mümkün olduğunu aydınlaşdıracağını demişdir. Bundan sonra Akif müəyyən sənədləri gətirmiş və Akiflə birlikdə sənədləri aparıb Əmlak Xidmətinə təqdim etmişlər. Akifin təqdim etdiyi sənədlərdə çatışmazlıq olduğundan Akifə bu barədə xəbər vermişdir. Bundan sonra yeni təqdim edilmiş sənədlər əsasında müraciət etmişlər. Səbəbi barədə maraqlandıqda sənədlərdəki boşluqları izah edərək onlara bildirmişlər ki, torpaq sahəsi iki şəxsin adına sənədləşdirilmişdir. Orada ətraflı maraqlanan zaman isə bildirilmişdir ki, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün başqa şəxs də müraciət etdiyi üçün onlara imtina olunmuşdur. Daha sonra bəzi çatışmazlıqları aradan qaldırıb yenidən müraciət etmişlər. Bu dəfə müraciət Akifin öz adından eyni sənədlərlə olmuşdur. Sənədlərdə çatışmazlıqlar olmuş və Akif demişdir ki, onda başqa sənədlər yoxdur, özündə olan bütün sənədləri təqdim etmişdir. Daha sonra müraciətin də gecikdiyini görüb, imtina verilməsindən ehtiyat edərək ərizəni geri götürmüşdür. 2022-ci ilin yanvar-fevral aylarında Akif ilə əlaqə saxladıqda sonuncu demişdir ki, təsadüfən evdən sənədləri tapmış, guya tapdığı sənədlər həmin çatışmayan və gecikməyə səbəb olan sənədlərdir. Akifə tapdığı sənədləri təcili şəkildə gətirməsini və yenidən ərizəyə əlavə edib müraciət edəcəyini bildirmişdir. Akif də həmin sənədləri gətirib vermişdir. Akiflə sonda özəlləşdirmə alındıqda əlavə istəniləcək pulu sonuncunun ödəyəcəyi barədə razılaşmışlar. Akifə qabaqcadan qiymət və müddət deyə bilməyəcəyini də bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs özü Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 90 kv metr torpaq sahəsinə çıxarış alınması üçün ilkin olaraq 2.000 manat, sonradan isə 5.000 manat olmaqla, ümumilikdə 7.000 manat pul vermişdir. Bundan əlavə o bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir və 25% dövlət nəfinə ödəniş etmişdir, odurki onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Digər epizodla əlaqədar olaraq isə o bildirmişdir ki, istintaq orqanı tərəfindən ona ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair ittiham elan olunsa da, o, 10000 manat məbləğindəki pul vəsaitini heç kimlə görüşüb almamışdır. Hər hansı bir işin görülməsi qarşılığında da əldə etməmişdir. Cinayət işinin materiallarında olan diskdəki səs ona məxsusdur və o, həmin səs yazılarında sadəcə olaraq sənədin alınmasının 15000- 20000 manata başa gələcəyini güman etdiyini bildirmişdir. Səslərə qulaq asanda da görünür ki, bütün danışığın məzmunu əmlakda sənəd düzəldilməsi ilə bağlıdır. Zərərçəkmiş şəxs Əlağa oğlu ilə iki dəfə müqavilə bağlanmışdır. İlk olaraq sənədləşmə İsgəndərov Ələsgərin adından başlanmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxsə dəymiş 7000 manat məbləğindəki pul vəsaitini ödəmişdir. İlk qərardan sonra 5000 manat məbləğindəki pul vəsaitini, sonra isə Şahid5 tərəfindən çağırılıb ödəniş etməsi barədə deyildikdə də 2000 manat məbləğindəki pul vəsaitini Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlağa oğlu xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxslə Elşən adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Elşən makler kimi fəaliyyət göstərir və ona bir neçə dəfə kömək etmişdir. Elşənlə aralarında yaxın münasibət vardır. Bir dəfə onun yanında Hövsanda torpaq sahəsinin olduğunu və onu özəlləşdirmək istədiyini demişdir. Elşən də bunu eşidib Təqsirləndirilən şəxs zəng etmiş, daha sonra isə Nail özü onunla əlaqə saxlamışdır. O, həmin torpaq sahəsini Nailə göstərmişdir. Nail həmin torpaq sahəsinə sənəd ala biləcəyini ona demişdir. Nail ona 7000 manat verməli olduğunu da bildirmişdir. Təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs bütün sənədləri və 7000 manat məbləğindəki pulu vermişdir. Pulu verərkən Elşənə onun evinə gəlməsini və Təqsirləndirilən şəxs tanımadığı üçün ona pul verərkən yanında olmasını istəmişdir. Aralarında olan sonrakı söhbətlərin birində Təqsirləndirilən şəxs ona Azərbaycan X3 “snabjeniyesının” rəisi Rasim Mürsəlovun ondan iki kurs aşağıda oxuduğunu və onunla tanış olduğunu demişdir. Onun da bu səbəbdən Nailə inamı artmışdır. Bir neçə dəfə o, Təqsirləndirilən şəxs Maştağaya aparmış və ilk olaraq, o, özəlləşdirmənin başqa şəxsin adı ilə aparılmalı olduğunu bildirmişdir. O da tələbə yoldaşı olmuş İsgəndərov Ələsgərin adına edilməsini istəmişdir. Daha sonra Nail onun adına kadastr olduğundan, elə onun adına olunacağını bildirmişdir. Naildən bu prosesin nə qədər çəkəcəyini soruşduqda, o, “ola bilər beş ay, ola bilər bir il çəksin” ifadəsini işlətmiş və o da onunla razılaşmışdır. Beş ay keçdikdən sonra o, Nailə işlərinin hansı yerdə olduğunu soruşmuşdur. Nail isə cavab olaraq orada struktur dəyişikliyinin getdiyini və bu səbəbdən də prosesin gecikdiyini bildirmişdir. Sonra əsasnamənin təsdiq olunmamasını əsas gətirmiş, bir müddət keçdikdən sonra həmin əsasnamə də təsdiq olunmuşdur. O, Naili Əmlak Xidmətinin işçisi kimi tanımışdır, Nail də özünü oranın işçisi kimi təqdim etmişdir. Təxminən 2022-ci ilin fevral ayında Naildən işlərin hansı yerdə olduğunu soruşduqda, o, ona “bu gün və ya sabah” həll olunacağını demişdir. Onun bacanağının oğlu Rüstəm həmin dövlət orqanında şöbə rəisinin müavini vəzifəsində çalışır. Onunla əlaqə saxlayaraq sənədlərinin hansı yerdə olduğunu öyrənməsini istəmişdir. O, onun sənədlərinin əsasında rədd cavabının verildiyini və həmin sənədin götürüldüyünü demişdir. Rüstəm ondan sənədləri kimə verdiyini soruşduqda, Nail adlı şəxsin sənədləri götürdüyünü demişdir. Rüstəm ona Nail barəsində öyrənib məlumat verəcəyini bildirmişdir. Sonra isə Nail adlı şəxsin orada çalışmadığını və 2016-cı ildən dələduzluq etdiyinə görə işdən azad olunduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə Elşən adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özü ona zəng edərək Elşən adlı şəxsdən nömrəsini götürdüyünü demişdir. Təqsirləndirilən şəxs özünü Əmlak Xidmətinin işçisi kimi təqdim etmişdir. O, təxminən bir il sonra Təqsirləndirilən şəxs 2016-cı ildə Əmlak Xidmətindən işdən azad edildiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxslə görüşdükdə onun üzərində kostyum və qalstuk olmuş və o, öz xarici görünüşü ilə onu həmin orqanın işçisi olduğuna inandırmışdır. O 2022-ci ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs Əmlak Xidmətində işləmədiyini öyrənmişdir. Sonra isə cinayət işi qaldırıldıqda müstəntiqin yanında olarkən bu barədə danışmağa icazənin olub-olmamasını öyrənmiş, o isə hər şeyi danışmağını istəmişdir. O, Təqsirləndirilən şəxs pulu ona məxsus olan qarajda vermişdir. Həmin gün Nail Məhəmməd adlı şəxslə bərabər onun qarajına gəlmişlər və o, pulu Məhəmmədə uzadaraq, ondan onun arxasında dayanan Nailə verməsini istəmişdir. O, 10000 manat məbləğindəki pulu Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında vermişdir. Daha sonra isə pulu 2022-ci ilin mart ayında verdiyini bildirmişdir. Bundan başqa göstərmişdir ki, Nail ona xalasının oğlunun Baş Prokurorun birinci müavini olduğunu demiş və ondan ona qarşı orada çıxarılan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması üçün 10000 manat məbləğindəki pul vəsaitini almışdır. Onun təqsirləndirilən şəxslə münasibətləri 2022-ci ilin mart-aprel aylarında korlanmışdır. Elə həmin vaxt da 102-yə zəng edərək onun barəsində şikayət etmişdir. Məhəmməd adlı şəxs Təqsirləndirilən şəxs şəxsi sürücüsü kimi fəaliyyət göstərmişdir. Məhəmməd adlı şəxsə qarajda pulu uzadan zaman onunla bir stol arxasında üzbəüz əyləşmişlər. Həmin vaxt onlar, yəni Nail, Məhəmməd, Elşən və o özü orada oturub çay içmişlər, Məhəmməd stol arxasında ona daha yaxın olmuşdur. Məhkəmə iclasında təkrar olaraq dindirilən Zərərçəkmiş şəxs Əlağa oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs işlərinin görülməsi üçün ümumilikdə 7000 manat məbləğində pul vermişdir, lakin o, həmin məbləği ilk öncə geri qaytarmamış, dəfələrlə onu həmin məbləği geri qaytarmağa təkid etdikdən sonra ona qaytarmışdır. Həmin məbləğ ona gec qaytarıldığından ona 10000 manat dəyərində ziyan dəymişdir. Məhz buna görə də o, təqsirləndirilən şəxsdən əlavə 10000 manat tələb etmişdir, lakin realda təqsirləndirilən şəxsə 10000 manat pul verməmişdir, Nail ona dələduzluq edərək 7000 manat pul almışdır. Bunda əlavə o hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq 10000 manatla bağlı hissənin ittihamdan xaric edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımışdır, münasibətləri normal olmuşdur. O, daşınmaz əmlak şirkətində işləyirdi, arada şirkətlər yığışıb iclas keçirirdilər. Həmin iclaslarda Təqsirləndirilən şəxs demişdir ki, “BT”-də işləyir, həmin iclaslarda da Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, aralarında yaxın münasibət var. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs o, tanış etmişdir. Onları Hövsandakı obyektin sənədin düzəldiməsi üçün tanış etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çıxarış düzəldəcək idi. Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs tanımırdı deyə özü müraciət etməmişdir. Buna görə ona demişdir sənədin düzəlməsi məsələsini, o da Təqsirləndirilən şəxs bu işlərlə məşğul olduğunu və bir iki adama bununla əlaqədar olaraq kömək etdiyini bildiyi üçün onları tanış etmişdir. Təqsirləndirilən şəxs əvvəllər belə işlərdə problem yaratmamışdır. Lakin Zərərçəkmiş şəxs işində ciddi problemlər yaratmışdır. Naillə Akifin arasında olan borcun nə qədər olduğunu dəqiq bilmir. Təxmini yadındadır ki, 7000 manat, sonra isə 10000 manat Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs almışdır. 2022-ci ilin əvvəllərində yas yeri olduğundan 300 manat Zərərçəkmiş şəxs pul almışdır. Həmin pulu qaytarmağa gələn zaman təsadüfən görmüşdür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Akif Zərərçəkmiş şəxsgildədir. Pulu qarajın içərisində vermişlər. Həmin qaraj Zərərçəkmiş şəxs həyətindədir. Bu hadisə təxminən keçən 2022-ci ilin mart aylarında baş vermişdir. Həmin pulu sənədin düzəlməsi üçün Zərərçəkmiş şəxs vermiş, sənəd Hövsanda yerləşən obyekt üçün olmuşdur. Həmin obyektin altı marketdir, üstü isə ev. Təqsirləndirilən şəxs həmin obyektin kupçasını çıxartmalı idi, buna görə ona cəmi 17000 manat pul vermişdir. Yenədə həmin zaman orada o, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 qalan 10000 manat pulu götürməyə gəlmişdirlər. Zərərçəkmiş şəxs soruşanda ki, məsələ nə vaxt həll olunacaq, Təqsirləndirilən şəxs bildirmişdir ki, bir aya həll olunmalıdır. Cəmi 17000 manat pulu Zərərçəkmiş şəxs kupça məsələsinin həll olunması üçün vermişdir Təqsirləndirilən şəxs. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri iş ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs digər şəxlər ilə olan digər işlərindən məlumatı olmamışdır. O, 10000 manat pulun verilməsinin şahidi olmuşdur. Cəmi 17000 manat ayrı-ayrılıqda verilmiş, 7000 manat bir, 10000 manat isə bir. Həmin məbləğlər kupçanın düzəldiməsi üçün verilmişdir. Akif 10000 manatı vermişdir Şahid1, o da vermişdir Təqsirləndirilən şəxs. Bunun hamısı qarajın içərisində baş vermişdir. Şahid1 qarajın içərisində olmuş, Təqsirləndirilən şəxs isə həmin vaxt çöldə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Nail əvvəllər Əmlak Dövlət Reyestr Xidmətinin ərazi idarəsində işləmişdir. Nailin vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. Nail ilə birlikdə Akifin yaşadığı ünvana gedərək onunla görüşmüşdür. Həmin vaxt Nail ilə Akifin arasında olan torpaq sahəsinə çıxarış alınması barədə gedən söhbətlərdən məlumatı yoxdur. Adı Məmməd olsa da, ailə üzvləri və dostları Məhəmməd deyə müraciət etmişlər. Zərərçəkmiş şəxs Əlağa oğlu ilə Təqsirləndirilən şəxs arasında gedən söhbətlərdən və pul alınıb-verilməsindən məlumatı yoxdur. Daha sonra polis idarəsində olan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 90 kv metr torpaq sahəsinə çıxarış alınması məqsədi ilə 7.000 manat pul aldığını öyrənmişdir. Bundan başqa heç bir məlumatı yoxdur. Bundan əlavə o bildirmişdir ki, Akif yalan danışmışdır, belə ki, Akif onun yanında Təqsirləndirilən şəxs 10000 manat pul verməmişdir. Bundan əlavə o qeyd etmişdir ki, onun yanında ümumiyyətlə heç vaxt Akif Nailə heç bir məbləğdə pul verməmişdir. Onun mobil telefonun anten dairələrinə də baxsalar görərlər ki, 2021 və ya 2022-ci ilin mart ayında Akifgildə olmamışdır Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ittiham aktında Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Əlağa oğlunun pulunun X7 tərəfindən ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayəti əsasında araşdırması aparılan material üzrə cinayət işinin başlanılması barədə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilsə də, hadisənin baş vermə tarixi texniki səhvə yol verilərək 2022-ci il əvəzinə 2021-ci ilin mart ayı kimi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə İstintaq Şöbəsinə göndərilmişdir(i.v. 1); cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlunun müraciəti əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış material üzrə təhqiqatçı, polis kapitanı Budaq Budaqlının qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 14 aprel 2022-ci il tarixli qərarı ləğv edilmişdir(i.v. 16-17); diskə baxış keçirilməsi haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlu 01 ədəd disk təqdim etmişdir. Diskdə olan video görüntüdə Şahid2 ilə Təqsirləndirilən şəxs telefon danışıqlarının səs yazısı, Whatsapp sosial şəbəkəsində mesajları vardır. Həmin disk xidməti otaqda olan «HP» markalı kompyuter vasitəsi ilə açıldıqda bir ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.16 (1).ogg” adlı, 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.16.ogg” adlı, 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.19 (1).ogg” adlı, 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.19.ogg” adlı, 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.20.ogg” adlı və 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.59.00.ogg” adlı səs yazılar aşkar olunmuşdur. İlk olaraq 01 ədəd "WhatsApp Audio 2022-07-21 at 11.42.16 (1).ogg” adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazısı olması aşkar edilmişdir: Nail - mən elə bir adam tanımıram ki, mənə problem yarada bilsin. Haqsız tərəfdir hələm belə ifadələrinə görə də camaatı təhqir eləməyinə görə, camaatı şantaj elədiyinə görə, camaatı rüsvay elədiyinə görə o, özü inşallah ki, ilk növbədə Allah onun cəzasını verəcək. İkinci tərəfdə də, yəni mən özüm bilirəm də nə formada danışacam, nə edəcəm. Mənə hədə qorxu gələn bu günə qədər heç bir xeyir tapmayıb. İkinci 01 ədəd "WhatsApp Audio 2022-07-21 at 11.42.16.ogg" adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: Nail aleykum salam, o ki söyüş söyür ha, indi bilmirəm səni söyüb nə abraotka vermisən. Məni söyüb o, öz haqqını və öz payını alacaq lazımi qaydada. O ki qaldı qaynatama yığmısan, qaynatamı niyə yığmısan, mən götürmürəm, cavab vermirəm. Guya qaynatamı tam yığmaqnan qaynatam mənə nə deyəcək, ya mənə ya Akif, ya qaynatam, ya kimsə nə eliyə bilər. Ondan əlavə də, çörəkli variant ötürmüsən haramçılıq edirsən. Mən haramçılıq eləmirəm, haramçılıq eliyən Akifin özüdür. İşi düzələn yerdə hər dəfə gedir abxod eliyir, əlli dənə yerdən şeyliyir, elə bil ki özü-özünə düşməndi. Problem yaradır, işin zibilə salır, düzəldirəm gəlib yenə iş düzələn yerdə gəlir yenə oradan burdan maraqlanır, zəng eliyir içəridən soruşur neyniyir, aləmi vurur bir-birinə, camaat da deyir görürsən bu problemli adamdı düzəldərik. Deyir a yox siz Allah yaxın adamdı düzəldin, şeyləyin. Gəlib yenə düzələn məqamda yenə çəkilir gedir bir dənə şey görür, problem yaradır işi, sonra da gəlir deyir günahkar sənsən. Mən heç vaxt haramçılıq eləməmişəm eləmərəm də. Sən məni belə tanıyırsan. Birincisi sən özün elə haramçılıq eliyirsən, mənim haqqıma girirsən, sənə kimsə nəsə deyir srazu deyirsən ki fsyo. O, indi yaşlıdırsa, o, indi sənə qohum düşürsə, sənin yerlindirsə odur haqq. Sən bundan qabaqda o tipli hərəkətlər eləmisən. Mən demişəm əşi özümüzünküdü, əsəbi olub neyniyib, ama sən özün də rahatlanmırsan. Sən niyə mənim qaynatama yığmalısan, niyə onun sözü ilə mənimlə münasibətini korlamalısan. Yəni ki nə əldə edirsən. O çox şey deyə bilər o, deyirsə, yerlidirsə, yaşlıdırsa deməli o, haqlıdır. Vallah mən bilmirəme, bu insanları doğurdan da tanımaq olmur da. Belə də ki, ötürmüsən, şeyləmisən, sənin pulun hələ ki iş düzəlməmişdən sənin pulunu verməmişəm. Ehtiyacın olan vaxtlarda neçə dəfə zəng elədin ki, mənə pul göndər o, puldan dedim hələ ki qardaşım o, iş düzəlməyib. Dedin sıxıntım var, problemim var belədir. Götürdüm iş düzəlməyə-düzəlməyə oradan sənə pul göndərdim. O nədi halallıqdı. Mən özümdən göndərdim da. Risk elədim onsuzda düzəldəcəm bu işi səni də pis vəziyyətdə qoymayım. Amma indi hər şey unudulub mən olmuşam pis. Üçüncü 01 ədəd 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.19 (1).ogg” adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: Nail - pulu niyə verirəm əlli dənə sənəd düzəltmişəm, mən ona niyə borcluyam, icradan belə düzəltmişəm. Nə bilim çalışmayan sənədləri düzəltmişəm. Olmayan arxivini araşdırıb, tapıb düzəltmişəm. Xeyir ola mən buna pul verməliyəm. Özü də gedib öz işini burur hər dəfə. Mən ona heç yeri gələndə pul verməli də deyiləm, bu boyda sənəd düzəlt, işini düzəlt gəl axırda get özün öz işini burgina, aləmə car çəkginən sonra da məni borclu çıxartginan xeyir ola. Dördüncü 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.19.ogg” adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: Nail: -ay söhbət nə, gedir gəlir iş düzəlir, gah sənədləri yarı yarımçıq verdi, gedib ona bir ton sənəd düzəltmişəm. Sonra gəlir deyir ki, a nəvəm o gün sənəd çıxarıdıb, ə bəs baxıram ki, bu yerin sənədləri. A deyirəm bəs Allah evini tiksin özün gətirib sənədləri bir-bir verirsən, sənin bu boyda sənədin var bax neynirsən. Bu sənədlərin hamısı verilib ki, bu sənədlər üst-üstə qoyulsun kupça alınsın. Gedib bir sotda yoxe, 90 neçə kvadrat yer tikmişəm o da eskizdən kənardadı, DVJ-dən kənardadı. Pülus da mövcud vəziyyətdə şəhər salmanın qanunvericiliyinə görə o, kvadrat, o sotkanın üstündə iki mərtəbəli ev tikilməyə icazə yoxdur. Özüdə ümumi həmin o verilən bağçılıq sənədində o boyda torpaq vermək hüququ yoxdur bağçılığın. Pülus sənədlər yazılıb, 3-4 dənə sənəd vermişdir, neçəsini də saxlayıb özündə. Sənədlərdə birində bir tarix yazılıb, bir protokol yazılıb, birində bir tarix, bir protokol yazılıb, ayrı-ayrı şeylər, lipa sənədlərdi hamısı. Gəlib onun lipa sənədlərini düzəltdirmişəm oradan burdan əlli dənə idarədən sənəd almışam ki, bunun sənədləri qaydasına düşsün, işi düzəlsin. Sonra da gedib əmlaka məni baqaja qoyub ki, bir araşdırın görün o nədir. Orada da qorxublar, hürküblər. Gah BT-yə səyləyib, gah qohum əqrəbasına zəng eliyib BT-də olan, onlar mənə zəng vurub ki, filan şey belə di. Özü gedib aləmi vurub bir birinə, təzədən gücnən bəlaynan danışmışam, razılaşdırmışam. Deyiblər bu şər xata adamdı, a kişi bu bizə problem yaradacaq, işini düzəldəcəyik, pilus sənədləri lipadı, filan şeyi belədi. Hər dəfə gedib düzüb qoşmuşam aləmi vurub bir-birinə, sonrada gəlib ki sən allah bağışla, bilmədim, belə oldu, ay sənədi nəvəm gətirdi. Baxıram ay sənin nəvən sənəd bilir nədi nə deyil. Niyə yalan danışırsan, özün-özünə düşmənsən yoxsa mənə düşmənsən. Hələm bir məni borclu da çıxardır, hələm bir ağzının qatığın da dağıdır. Sən də o, nə deyir inanırsan, elə bilirsən ki, o elə haqdır. Beşinci 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.42.20.ogg” adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: Nail:- A Akifə mən nə sübut eliyime. Akif nə qanır, nə də qandırır. İş düzələn məqamda gəlir səyləyir, gedir ora bura əlli dənə orqana ağız açır, ay mənim sənədimi sən olmasan filan qiymətə düzəldərdilər. Ay hara düzəldərdilər, mən olmasam o, sənədi Respublikada düzəldə biləcək oğlan mən tanımıram a kişi. O sənədi mən asanlıq eləmişəm, sonra nə bilim, demişəm ağsaqqaldır, demişəm problemləri var, gedib bütün problemlərini aradan qaldırmışam, sənədlərini qaydasına qoymuşam. Hər yerlə danışmışam ki, ə indi yaşlı adamdı, kəm hövsələlik eləyib gedib işi burub, belə eləyib, helə eləyib. Əvəzində mənə təşəkkür əvəzinə gəlir mənə var yox söyüşü söyür. Mənə var yox söyüşü söyən anasından olmayıb mən elə bir oğlan tanımıram mənə var yox söyüşü söysün salamat qalsın. Mən sakitcə dururam, deyirəm əşi buna fikir verməyim qoy işi düzəlsin getsin şər xatasını, mıxını məndən çəksin. Aləmə durub car çəkib özünü də düz göstərir, elə gözəl göstərir ki, guya bu haqq tərəfindədir, bu Allah adamıdı, mənəm şeytan. Məni tanıyan tanıyır, mənə ehtiyac yoxdur kimsə gəlsin fətva versin mənə ad qoysun, neyləsin. Mənə ad qoymaq istəyən, mənə o prizma ilə yanaşanın özüdür elə. Özüdür, özü elə adamdır ki, bax belə hərəkətləri edir. Allah bilir, məni tanıyanlar bilir, bu işi, bu işdə olanlar, prosesdə olanlar bilir kimdir burada günahkar, kimdir burada düz. Mən durub özümü kiməsə sübut eləyib, isbat eləyəsi deyiləm. Sənədlərini verib, ozü də mən ona qiymət də deməmişəm. Gəldi ə bəs bacoğlu-bacoğlu vallah bəs vəziyyətim pisdir, kömək elə 7000 həll edim. Deyirəm bəs bu sənə 15000-20000-lik sənəddir. A sən canı gör neynirsən pulum yoxdur, bəs 2000 verim, sonra da üstünü düzəldərəm verərəm. Mən bir də onu gördüm üstünü düzəldib, deyirəm 15-20 minlik sənəd hara. Bir də görürəm gəlib ki, gəl ala 5000 düzəldib qoşa bildim, onu da ondan bundan dilənib tapmışam. Hə al sən canı bunu 7000 həll elə, onda Nail yaxşı oğlan idi da. Mən də dedim yaxşı çalışaram həll edərəm, indi də siz tanışsız, filankəsnən də tanışsız, qaynatamla da tanışsız. Bu da mənim yaxşılığım, əvəzində məni pis çıxardır, söyüş söyür, bunu mən cəzasız qoyanam. Sonuncu 01 ədəd “WhatsApp Audio 2022-07-21 at 11.59.00.ogg” adlı səs yazıya baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazının olması aşkar edilmişdir: Nail:a kişi imkan verir ki kupçasını alım verim. Kupçası düzələn məqamda gəlir bir dənə ibnəlik eləyir aləmi vurur bir-birinə, sonrasa gəlib deyir günahkar Naildi. A o nə bilim e, mən başa düşmürəm bu nəqədər, bunun kimi adam görməmişəm a kişi. Mən milyonluq sənədlər düzəltmişəm, bunun kimi hərəkət eləməyibe. Gedir özü öz işini burur sorada gəlir günahkar olan da Nail. Nə 17 min, nə filan, nə bəsməkan. A kişi gəlib işini düzəltmişəm, 10 min söhbətində də, özü gəlib gözünün qabağında da, sənədləri vermişəm qardaşım bilib bir qəpik, ağlaya-ağlaya xahiş eliyə-eliyə gəlib şeyləyib. Böyük qardaşıma həvalə eləmişəm onun işini, özləri nömrələşiblər, danışıblar, gətirirəm pulu bu dəqiqə bu qədər. Ə pulu gətirirəm əvəzinə gedib bu işi düzə çıxıb özü, gedib eşidib ki bu iş filankəslərlə görülür, bizə demədən gedib çıxıb özü həmin adamlara. Həmin adamlar da deyiblər ki, kiminlə gəlmisən ona da çıx. Qardaşım onu orada öldürürdü az qala. Mən girdim qanına dedim əşi eləmə ağ saqqal adamdı, kəmhövsələlik eləyib, gəl düzəlt bunun işini bu da rahat olsun, mən də rahat olum. Gedib təzədən yenə ürəyi durmayıb gedib camaata çıxıb ki, gəl mənim işimi düzəlt, sonrada da deyir mən eləməmişəm, filankəs eləyib, bəhmankəs eləyib. Mənə də deyir ki, gör sənin başına nə oyun açacam sonrada bilmirəm daha. Dedim get qardaşıma zəng elə nə danışırsan danışginan. Qardaşım nə desə mən də elə edəcəm. Ozünüz danışmısız, şeyləmisiz. Sonrada da gəlib məni borclu çıxardırsız. Gedin özünüz, həll edin məsələnizi, sənədin də filan yerdədi, get yerdə qalan hissəsini ödə sənədlərini götür. İşini də qardaşım həll eləyir, nömrəsini də bilirsən get danış, məsələn həll olunsun. Lazım olar həll olunmasa pulunu verər, həll olunsa da heç nə sən onun pulunu verərsən. Vəssalam, yenə dinc durmayıb sənə zəng edərək var yox söyüşü söyür. O var yox söyüşünə görə mən onu bilirəm də, ne edəcəm. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olduğunu, həmin səs yazılarını “WhatsApp” proqramı vasitəsi ilə Şahid2 göndərdiyini bildirmişdir (i.v. 43-46); cinayət işinin icraata qəbul edilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 67); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 71); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 104-105); 13 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlu və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 123-127); 13 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Şahid2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 128-132); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 133-135); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-478/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v. 157-162); xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlu ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 5000 manatı müstəntiq Həsənbəy Şərifovdan təhvil almışdır (i.v. 167); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 168); 06 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Əlağa oğlu və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 176-179); Bakı Apellyasiya Məhkəməsinin 4(103)-725/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-478/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (i.v. 211-216); 05 noyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda ödənilmiş 2000 manat məbləğində pul vəsaiti müstəntiqə təhvil verilmiş və zərərçəkmiş şəxs tərəfindən həmin tarixdə qəbul edilmişdir (i.v. 228-230); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 253-255); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308, 309, 310, 312 və 341-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “CD-R” formatlı disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 258-272); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 274-275); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və 4 saylı Bakı “ASAN Xidmət” X1 tərəfindən verilmiş AZ-İİİ seriyalı 699310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Gülnar Hacıyevadır; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12090546 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 979840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Gülnar Hacıyevadır; Zərərçəkmiş şəxs Əlağa oğlu tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, onun ona borcunun olmadığını, ona qarşı şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq 10000 manatla bağlı hissənin ittihamdan xaric edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs Əlağa oğlunun nümayəndəsi İlham Əsədovun məhkəmə istintaqı zamanı vermiş olduğu vəsatətindən görünür ki, o, Təqsirləndirilən şəxs verilmiş ittihamdan 10000 manatla bağlı hissənin(İİ epizodun) xaric edilməsini xahiş etmiş, həmçinin zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqında ziddiyyətli ifadələr verməsini qeyd etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, Zərərçəkmiş şəxs Əlağa oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi, qərarın icrasının "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icrası nəticəsində "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına məhkəmə istintaqı zamanı baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, Şahid2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrənin və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ünvan 2 ünvanında aktiv olması müəyyən edilməmişdir. "xxxx" ASC-nin 01 dekabr 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 7000 manat məbləğində ziyanın 25%-i olaraq 1750 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Əlağa oğluna Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində X3 Bağçılıq sahəsində yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarış alacağını vəd verib aldadaraq 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında 7.000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir (İ epizod). Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Əlağa oğlunun pulunun X7 tərəfindən ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində şikayəti əsasında araşdırması aparılan material üzrə cinayət işinin başlanılması barədə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir (İİ epizod). Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş İ epizod, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması barədə protokollar və digər sənədlərlə öz təsdiqini taparaq sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs İİ epizod üzrə elan edilmiş ittiham sadəcə zərərçəkmiş şəxs və şahidlərin ziddiyətli ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş İİ epizodla razılaşmayaraq qeyd etmişdir ki, istintaq orqanı tərəfindən ona ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair ittiham elan olunsa da, o, 10000 manat məbləğindəki pul vəsaitini heç kimlə görüşüb almamışdır. Hər hansı bir işin görülməsi qarşılığında da əldə etməmişdir. Cinayət işinin materiallarında olan diskdəki səs ona məxsusdur və o, həmin səs yazılarında sadəcə olaraq sənədin alınmasının 15000-20000 manata başa gələcəyini güman etdiyini bildirmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə dəymiş 7000 manat məbləğindəki pul vəsaitini ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlağa oğlu ilkin ifadəsində bildirmişdir ki, 10000 manat məbləğindəki pulu Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında vermiş, daha sonra isə 2022-ci ilin mart ayında verdiyini bildirmişdir. Bundan başqa göstərmişdir ki, Nail ona xalasının oğlunun Baş Prokurorun birinci müavini olduğunu demiş və ondan ona qarşı orada çıxarılan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması üçün 10000 manat məbləğindəki pul vəsaitini almışdır. Onun təqsirləndirilən şəxslə münasibətləri 2022-ci ilin mart-aprel aylarında korlanmışdır. Elə həmin vaxt da 102-yə zəng edərək onun barəsində şikayət etmişdir. Məhəmməd adlı şəxs Təqsirləndirilən şəxs şəxsi sürücüsü kimi fəaliyyət göstərmişdir. Məhəmməd adlı şəxsə qarajda pulu uzadan zaman onunla bir stol arxasında üzbəüz əyləşmişlər. Təqsirləndirilən şəxs isə onun arxasında ayaqüstə dayanmışdır. 2022-ci ilin əvvəllərində Nailin onu aldatdığını, Əmlak Komitəsində işləmədiyini bilmişdir. Həmin vaxt onlar, yəni Nail, Məhəmməd, Elşən və o özü orada oturub çay içmişlər, Məhəmməd stol arxasında ona daha yaxın olmuşdur. Lakin Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli izahatında qeyd etmişdir ki, o, Respublika Prokurorluğunda olan cinayət işinə baxılması üçün 10000 manat pulu Nailə Məhəmmədin vasitəsilə ilə vermişdir (i.v. 6-7). Daha sonra isə zərərçəkmiş şəxs yenidən izahat vermiş və bu səfər qeyd etmişdir ki, torpağın sənədləşmə işlərinin tamamlanması üçün 10000 manat məbləğində pulu Nailin özünə vermişdir (i.v. 18-19). Bundan əlavə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli izahatında isə qeyd etmişdir ki, 2022-ci ilin mart ayının sonlarında Nail yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmişdir. Həmin vaxt Nail dostu Məhəmməd adlı şəxslə birlikdə gəlmişdir. Məhəmməd avtomobildən düşüb ona yaxınlaşan zaman o, Nailin ondan istəmiş olduğu 10000 manat pulu ona vermişdir. Məhəmməd də aparıb həmin pulu Nailə verdikdən sonra çıxıb getmişdir (i.v. 32-34). Məhkəmə iclasında təkrar olaraq dindirilən Zərərçəkmiş şəxs Əlağa oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs işlərinin görülməsi üçün ümumilikdə 7000 manat məbləğində pul vermişdir, lakin o, həmin məbləği ilk öncə geri qaytarmamış, dəfələrlə onu həmin məbləği geri qaytarmağa təkid etdikdən sonra ona qaytarmışdır. Həmin məbləğ ona gec qaytarıldığından ona 10000 manat dəyərində ziyan dəymişdir. Məhz buna görə də o, təqsirləndirilən şəxsdən əlavə 10000 manat tələb etmişdir, lakin realda təqsirləndirilən şəxsə 10000 manat pul verməmişdir, onun sadəcə 7000 manat borcu vardır o da qaytarılmışdır. Odur ki o, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, onun ona borcunun olmadığını, ona qarşı şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq 10000 manatla bağlı hissənin ittihamdan xaric edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin istintaq dövründə, bundan əlavə məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələr heç cür ittihamın əsası kimi qəbul edilə bilməz, belə ki zərərçəkmiş gah pulu Nailə verdiyini, gah Məhəmmədə vediyini qeyd etmiş, bundan əlavə hadisənin 2021-ci ilin mart ayında baş verdiyini bildirmiş, daha sonra 2021 deyil 2022-ci ilin mart ayında baş verdiyini qeyd etmişdir. Məhkəmənin qənaətinə əsasən zərərçəkmiş şəxsin bir neçə dəfə fərqli izahat və ifadə verməsi, onun sözlərinin, ifadə və izahatlarının həqiqətə uyğun olmasını şübhə altına alır. Zərərçəkmiş şəxsin nümayəndəsi belə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs bir birinə uzlaşmayan ziddiyyətli ifadələri Təqsirləndirilən şəxs həmin epizod üzrə məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin iş materiallarının 18-19-cu vərəqlərində olan izahatında isə torpağın sənədləşmə işlərinin tamamlanması üçün 10000 manat məbləğində pulu Nailə verdiyini bildirmişdir ki, bu hal bir daha zərərçəkmiş şəxsin ifadə və izahatlarının həqiqəti əks etdirmədiyini təsdiq edir. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən verilmiş ziddiyyətli ifadələrlə bağlı qeyd edir ki, CM-nin 297.1-ci maddəsinin qeyd hissəsinə əsasən şahid və ya zərərçəkmiş şəxs təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, Akifdən şəxsi ehtiyacları üçün 300 manat borca pul almışdır. Həmin pulu qaytarmaq məqsədi ilə 2022-ci ilin mart ayının sonlarında Akifin yaşadığı ünvana gedərək onunla görüşüb borcunu qaytarmışdır. Həmin vaxt Akif Nailin onun yaşadığı ünvana gəlmək üçün yolda olduğunu bildirsə də, sonuncunun hansı səbəbə onun yaşadığı mənzilə gələcəyini deməmişdir, bundan sonra Nail Məhəmməd adlı tanışı ilə birlikdə Akifin yaşadığı ünvana gələrək onlarla görüşmüşdür. Akif yanında 10000 manat pulu sayaraq Nailə versə də, həmin pulun çıxarış alınması üçün verildiyini düşünüb bu barədə heç nə soruşmamışdır. Sonradan öyrənmişdir ki, Akif 10000 manat pulu Nailə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində olan materiala cinayət işi başlanması üçün vermişdir (i.v. 40-42). Məhkəmə iclasında şahid qismində dindirilən zaman isə Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri iş ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs digər şəxlər ilə olan digər işlərindən məlumatı olmamışdır. O, 10000 manat pulun verilməsinin şahidi olmuşdur. Cəmi 17000 manat ayrı-ayrılıqda verilmiş, 7000 manat bir, 10000 manat isə bir. Həmin məbləğlər kupçanın düzəldiməsi üçün verilmişdir. Akif 7000 manatı onun yanında vermişdir, keçən ilin qış ayları olardı, 10000 manatı isə keçən ilin mart ayında vermişdir. Özü 10000 manat dediyinə görə o, bilmişdir ki, məbləğ o qədərdir. Zərərçəkmiş şəxs həmin məbləği vermişdir Şahid1, o da vermişdir Təqsirləndirilən şəxs. Bunun hamısı qarajın içərisində baş vermişdir. Şahid1 qarajın içərisində olmuş, Təqsirləndirilən şəxs isə çöldə olmuşdur. Şahid2 özü də bu ifadələri ilə zərərçəkmiş şəxsin ifadələrini təkzib etmişdir. Belə ki Zərərçəkmiş şəxs ilkin izahat və ifadələrində hadisənin qarajın içərisində baş verdiyini qeyd etmiş, Məhəmməd, Nail, Zərərçəkmiş şəxs özü və Elşən stol arxasında çay içərkən pulun verildiyini qeyd etmiş, Elşən isə ifadəsində Nailin qarajda olmadığını çöldə olduğunu bildirmişdir. Bundan əlavə istintaq dövründə verdiyi ifadələrində, Elşən pulun, onun yanında məhz Zərərçəkmiş şəxs tərəfindən Nailə verildiyini qeyd etmiş, Məhəmmədə hər hansı bir məbləğin verildiyini qeyd etməmişdir. Göründüyü kimi Şahid2 da zərərçəkmiş şəxs kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı bir birinə uzlaşmayan ziddiyyətli ifadələr vermişdir. Məhkəmə Şahid2 bir birinə uzlaşmayan ziddiyyətli ifadələrinə qiymət verərkən Zərərçəkmiş şəxsla olan yaxın münasibətlərini də nəzərə alaraq onları inandırıcı və həqiqətə uyğun hesab etmir. Bu hal həmçinin "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına dair cavab məktubu ilə də təsdiqlənir, göründüyü kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ünvan 2 ünvanında aktiv olması müəyyən edilməmişdir. Həm ibtidai istintaq zamanı verdiyi, həm də məhkəmə iclasında şahid qismində dindirilən zaman verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Akifin arasında olan torpaq sahəsinə çıxarış alınması barədə gedən söhbətlərdən məlumatı yoxdur. Adı Məmməd olsa da, ailə üzvləri və dostları Məhəmməd deyə müraciət etmişlər. Zərərçəkmiş şəxs Əlağa oğlu ilə Təqsirləndirilən şəxs arasında gedən söhbətlərdən və pul alınıb-verilməsindən məlumatı yoxdur. Daha sonra polis idarəsində olan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 90 kv metr torpaq sahəsinə çıxarış alınması məqsədi ilə 7.000 manat pul aldığını öyrənmişdir. Bundan başqa heç bir məlumatı yoxdur. Akif yalan danışmış, belə ki, sonuncu yanında Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Bu barədə heç bir məlumatı yoxdur. 2021 və ya 2022-ci ilin mart ayında Akifgildə olmamışdır, ümumiyyətlə heç bir ödənişin alınmasında və ya verilməsində iştirak etməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2021-ci ilin mart aylarında ünvan 2 ünvanında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilsə də, habelə şahid qismində dindirilmiş Şahid2 hadisə baş verən zaman həmin ünvanda özünün, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 olmalarını iddia etsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-128/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icrası nəticəsində "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına əsasən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin yuxarıda qeyd olunan ünvanda aktiv olması müəyyən edilməmişdir. Göründüyü kimi, Şahid1 ifadəsi iş materialları və Təqsirləndirilən şəxs ifadəsi ilə üst üstə düşür, həmçinin, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hər hansı ziddiyət müəyyən edilməmiş, bundan başqa həmin ifadələr Bakcell tərəfindən mobil telefonların anten dairəsi ilə bağlı götürülmüş məlumatlarla da uzlaşır ki, buna görə də məhkəmə Şahid1 ifadəsini daha mötəbər və həqiqətə uyğun hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Əlağa oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində X3 Bağçılıq sahəsində yerləşən torpaq sahəsinə çıxarış alınması məqsədilə 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında 7.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs verməsinə, lakin sonuncunun onun işini həll etməyərək ona qarşı dələduzluq əməli törətməsinə baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən yenidən əlavə olaraq da Nailə 10000 manat məbləğində pul vəsaitinin bu dəfə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün verməsi ağlabatan hesab edilə bilməz. Göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi ona məxsus 10000 manat pul məbləği ilə bağlı çoxsaylı ziddiyyətli ifadələr vermiş, bundan başqa iş üzrə dindirilmiş şahid ifadələri bir birinə uyğunsuzluq təşkil etmiş, həmçinin həmin ifadələr Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla da uzlaşmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan WhatsApp Audio yazılarına baxış zamanı həmin audio yazılarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün 10000 manat verməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri iş materialları və şahid ifadəsi ilə uzlaşdığından daha inandırıcı hesab edir. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş şəxsin və şahid ifadələrinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Odur ki, məhkəmə cinayət işinin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən İİ epizod üzrə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək və ya onu aldadaraq 10000 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir əməlin törədilməsi öz təsdiqini tapmadığından, ona həmin epizod üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ona verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmunundan aydın olduğu kimi şəxsin CM-nin 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün ilk öncə dələduzluq əməlinin təkrar törədilməsi halının mövcudluğu müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, İİ epizod üzrə hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı(İİ epizod) elan edilmiş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan İ epizod üzrə əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu İ epizod üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 7000 manat olmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 1750 (min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı(İİ epizod) elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, ittiham tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Əlağa oğluna 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı (İİ epizod) elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar