Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-129/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1964-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,741 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 14 sentyabr 2023cü il tarixdə saat 15:20-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3i RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,741 qrarı olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən alıb qəbul edir. xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində metronun “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirimi) manat pul müqabilində 01 (bir) büküm heroin almışdır. O, həmin bükümü şalvarının sol yan cibinə qoyub sonra istifadə etmək üçün özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Xətai rayonu, Gəncə prospekti 15 saylı ünvanın yaxınlığında olduğu zaman 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət etmişlər. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə axtarış və götürmə keçirməyə başlamışlar. Həmin vaxt o şalvarının cibinə qoyduğu heroini təqdim etmişdir. Təqdim etdiyi büküm çəkilmiş, daha sonra 01 (bir) ədəd zərfə qoyulmuş, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 01 ədəd “Ketel” markalı mobil telefon aparatı, 02 ədəd kilid açarı, həmin pencəyin sol yan cibindən 01 ədəd alışqan və içərisində 01 ədəd siqaret olan 01 ədəd “Viceroy” markalı siqaret qutusu, həmin pencəyin sağ tərəf iç cibindən öz adına verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi, içərisində "xxxx" MMC tərəfindən verilmiş plastik kart, sürücülük vəsiqəsi və Bakı kart plastik kartı olan qara rəngli pul qabı aşkar olunmuşdur. Qeyd olunanlardan əlavə üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o Şahid1 Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirməyə başlamışlar. 14 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Gəncə prospekti 15 ünvanında olduğunu öyrənib həmin yerin yaxınlığında onu saxlayıb 35-ci Polis Bölməsinə dəvət etmişlər. 35-ci Polis Bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, öz istəyi ilə hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı başqa hər hansı narkotik vasitə o cümlədən digər qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o və 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirməyə başlamışlar. 14 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Gəncə prospekti 15 ünvanında olduğunu öyrənib həmin yerin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. 35-ci Polis Bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, öz istəyi ilə hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, o cümlədən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı başqa hər hansı narkotik vasitə o cümlədən digər qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin olduğu büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitənin kütləsi 1,0 qram olmuş, şəxsi axtarışla protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli çins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəklində maddə olan bükülünü təqdim edərək bükülünün içərisindəkinin “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Xətai rayonu ərazisində metronun H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pul müqabilində alaraq əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoyaraq ehtiyacı olduğu zaman istifadə etməsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 1.00 qram çəkidə olması müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sağ yan çibindən bir ədəd “KETEL” modelli mobil telefon aparatı, iki ədəd kilid açarı, sol yan cibindən bir ədəd göy rəngli alışqan, içərisində bir ədəd siqaret olan bir ədəd siqaret qutusu, həmin pencəyin sağ tərəf içəri cibindən içərisində Təqsirləndirilən şəxs adına verilmiş Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi “BAKU BUS” gediş haqqı kartı, Leobank kartı və üzərində Seyid Sadiq yazısı qeyd edilmiş fotoşəkil aşkar olunmuşdur. Aşkar olunmuş qeyd edilən əşyalar əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 30-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4873 nömrəli 15 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №154” dairəvi möhür əksləri, “(imza) Səmədov...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.741 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəb etmə haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 49-50); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 64-65); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 67-67a); mobil telefon aparatına baxış keçirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Ketel” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (i.v. 69-70a); Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İŞ-də üzərindən götürülmüş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi, AE403190 seriyalı sürücülük vəsiqəsi, Bakı kartı, Leo kartı, evin açarı və bir ədəd alışqan tərəfindən təhvil alınmışdır (i.v. 71); “CD-R” diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 77); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 6267 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 83-84); Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası SSR CM-nin 145.2.1, 145.2.2, 145.2.6, 220.1, 215, 38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası SSR CMnin 185.2, 39-cu maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci ildə azad edilərək X5 vilayətinə göndərilmişdir (i.v. 129-129a); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-narkoloji ekspertizasının 6/4873 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.741 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.641 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd “CD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur (i.v. 133-138); X1 və Sosial uyğunlaşma mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Sumqayıt şəhəri, Corat bağları ərazisi, B-2056 ünvanında yerləşən “Azad İnsanlar” Reabilitasiya Mərkəzində stasioanr psixoloji xidmət göstərilir. Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli çins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəklində maddə olan bükülünü təqdim edərək bükülünün içərisindəkinin “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Xətai rayonu ərazisində metronun H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pul müqabilində alaraq əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoyaraq ehtiyacı olduğu zaman istifadə etməsi üçün özündə saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.741 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq narkomaniya ilə bağlı stasionar psixoloji xidmət almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.741 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.641 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.741 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.641 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-129/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-129/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver