Məhkəmə qərarları › İş №1(011)-129/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-129/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-129/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 17 sentyabr 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid2 «Veysəloğlu» şirkətlər qrupuna işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin oktyabr ayında Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən Dəmir yol poliklinikasının inzibati binasında Zərərçəkmiş şəxs6 870 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 870 (səkkiz yüz yetmiş) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 guya «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim edərək «ƏDV» kart hesabında 50.000 manatadək «ƏDV» yığılmasını, lakin bunu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə Zərərçəkmiş şəxs2 etibarından süi-istifadə edərək «Bank of Baku»a olan 8.000 manat kreditini tam ödəyib 2.000 manat üzərində sonuncuya qaytaracağı barədə yalan vəd verib aldararaq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 14 noyabr 2023-cü il tarixdə saat 18 radələrində onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 27 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs2 8.000 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 8.000 (səkkiz min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İİ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Şahid5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü guya «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim edərək «ƏDV» kart hesabında 50.000 manatadək «ƏDV» yığılmasını, lakin bunu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə sonuncunun etibarından sui-istifadə edərək banka və digər borcların qismən təmin edilməsini təşkil edəcəyi adı altında 5.000 manat alıb üç gün müddətinə 6.000 manat qaytaracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu «8 Noyabr» prospekti 159 ünvandakı T.Bağırov adına 59 saylı tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs4 5.000 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 5.000 (beş min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Şahid5 vasitəsi ilə tanış olduğu X2 özünü guya «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim etməklə «ƏDV» kart hesabında 50.000 manatadək «ƏDV» yığılmasını, lakin bunu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə sonuncunun etibarından sui-istifadə edərək ipotekaya olan borcunun qismən ödənilməsini təşkil edəcəyi barədə 5.000 manat alıb on gün müddətində 7.000 manat qaytaracağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs5 ünvan 5 ünvanında yerləşən «Bravo» marketin qarşısındakı ödəmə terminalı vasitəsilə onun «M 10» hesabına köçürülmüş 5.000 manat pul vəsaitini aldıqdan on beş gün sonra 3.000 manatı qaytarmaqla 2.000 manatı ələ keçirməklə Zərərçəkmiş şəxs5 2.000 (iki min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İV). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə özünü tanışı Şahid5 cğluna güya «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim edərək «ƏDV» kart hesabında 50.000 manatadək «ƏDV» yığılmasını, lakin bunu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək İpoteka fonduna olan kreditin aylıq 800 manatını 400 manat müqabilində ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 04 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında Zərərçəkmiş şəxs1 3.620 manat, 15 noyabr 2023-cü il tarixdə Xətai rayonu, «8 Noyabr» prospekti 159 ünvanındakı T. Bağırov adına 59 saylı tam orta məktəbin yaxınlığında 8.000 manat, 16 noyabr 2023-cü il tarixdə Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanındakı «Baku Electroniks» mağazasında 5.090 manat dəyərində «İphone 15 ProMax» markalı mobil telefonu, 29 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanından istifadəsində olan ***-***-**-** mobil nömrədən «M 10» pul kisəsi vasitəsi ilə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindəki «M 10» pul kisəsinə köçürülmüş 1000 manat və 2024-cü ilin fevral ayının əvvəllərində Xətai rayonu, «8 Noyabr» prospekti 159 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 1.400 manat nağd halda, cəmi 14.020 manat pul vəsaiti ilə 5.090 manat dəyərində «İphone 15 ProMax» markalı mobil telefonu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdikdən sonra 600 manat pul vəsaitini qaytarmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 18.510 (on səkkiz min beş yüz on) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod V). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək guya Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində yerləşən «Mənzil İnşaat Dövlət Agentliyi» (MİDA) tərəfindən satışa çıxarılacaq evlərdən hər biri üçün ilkin ödəniş 10.000 və ya 12.000 manat ödəyib qalan hissəsini 15 illik kredit şərti ilə aylıq 270 manat ödəməklə iki mənzilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə 2021-ci ilin aprel ayında Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən Dəmir yol poliklinikasının inzibati binasında Zərərçəkmiş şəxs6 11.000 manat, 2021-ci ilin aprel ayininin sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Bravo» marketin qarşısında 11.000 manat, 16 mart 2024-cü il tarixdə Yasamal rayonu ərazisində 3.000 manat, 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Elvirə Abbasovanın yaşadığı Hacıqabul şəhəri, X.Məmmədov küçəsi 3 ünvanından istifadəsində olan «Bir Bank» tətbiqi vasitəsi ilə "xxxx"m 4169 73** x*** 8301 nömrəli plastik kart hesabından onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 2.250 manat, 19 mart 2024-cü il tarixdə saat 19 radələrində həmin ünvandan eyni qaydada köçürülmüş 600 manat, 27 mart 2024-cü il tarixdə saat 10:16-da Hacıqabul şəhəri H.Həmidov küçəsindəki «AL» marketdə «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına 5000 manat, 27 mart 2024-cü il tarixdə saat 19 radələrində ünvan 9 ünvandan istifadəsində olan «Bir Bank» tətbiqi vasitəsi ilə "xxxx"ın 4169 73** **** 8301 nömrəli plastik kart hesabından onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına 1500 manat, 28 mart 2024-cü il tarixdə, saat 11:48-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 055-476-79- 79 mobil telefon nömrəsinin «M-10» hesabına 1000 manat, 29 mart 2024-cü il tarixdə saat 12:46-da həmin ünvandan eyni qadada 1000 manat, 29 mart 2024-cü il tarixdə saat 18:35-də ünvan 10 ünvanında «eManat» ödəmə terminalı vasitəsi ilə onun ''4098 **** **** 6743 nömrəli Leobank” kart hesabına 2000 manat, 02 aprel 2024-cü il tarixdə, saat 14:55-də ünvan 11 ünvanında «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M- 10» hesabına 1000 manat, 03 aprel 2024-cü il tarixdə, saat 14:45-də Şirvan şəhəri, 11.Əliyev prospektindəki «7/24» marketdə «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına 1500 manat, 06 aprel 2024-cü il tarixdə saat 19 radələrində Hacıqabul şəhəri, X.Məmmədov küçəsi 3 ünvanından istifadəsində olan «X12» tətbiqi vasitəsi ilə "xxxx" 4169 73** **** 8301 nömrəli kart hesabından onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına 950 manat, 08 aprel 2024-cü il tarixdə saat 16:53-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində «AL» marketə «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «M-10» hesabına 1000 manat, 09 aprel 2024-cü il tarixdə saat 16:13də həmin ünvandan eyni qaydada 1000 manat, 10 aprel 2024-cü il tarixdə saat 11:15-də həmin ünvandan eyni qaydada 1000 manat, 03 iyun 2024-cü il tarixdə saat 15:49-da Hacıqabul şəhəri, H.Həmidov küçəsi 7 ünvanında «Mpay» ödəmə terimanlı vasitəsi ilə onun istifadəsində olan 4098 **** **** 6743 nömrəli “Leobank” kart hesabına Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 145 manat, cəmi 44.945 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 44.945 (qırx dörd min doqquz yüz qırx beş) manat xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir (epizod Vİ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu iş yoldaşı Zərərçəkmiş şəxs3 guya «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim edərək «ƏDV» kart hesabında 50.000 manatadək «ƏDV» yığılmasını, lakin bunu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə sonuncunun etibarından sui-istifadə edərək 3.000 manat müqabilində «Acsees Bank»a olan 4.200 manat kreditini tam şəkildə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, metronun «Həzi Aslanov» stansiyası yaxınlığında Zərərçəkmiş şəxs3 2.200 manat nağd halda, 08 yanvar 2024-cü il tarixdə saat 16:57-də sonuncunun yaşadığı ünvan 12 ünvandan istifadəsində olan «Bolkart» hesabından onun «Leobank» kart hesabına köçürülmüş 1.900 manat, 18 yanvar 2024-cü il tarixdə saat 18:29-da həmin ünvandan "xxxx" hesab kartından onun «Bank of Baku» kart hesabına köçürülmüş 1.000 manat və 30 iyul 2024-cü il tarixdə həmin ünvandan eyni qaydada köçürülmüş 200 manat, cəmi 5.300 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirdikdən sonra 1.350 manat qaytarmaqla Zərərçəkmiş şəxs3 qızma ümumilikdə 3.950 (üç min doqquz yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod Vİİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-2021-ci illərdə «Oba» marketlər şəbəkəsinin baş ofisində, 2021-2022-ci illərdə «Araz» mağazalar şəbəkəsinin baş ofisində, 2023-cü ilin mart ayından 2023-cü ilin dekabr ayına kimi «Bravo» mağazalar şəbəkəsinin baş ofisində əmlak şöbəsində əmlak mütəxəssisi işləmişdir. ünvan 14 məktəbdə idman müəllimi işləyən Şahid5 uzun müddətdir tanımış, onunla qonşuluqda yaşamış və münasibətləri yaxşı olmuş, ünvan 14 məktəbdə fizika müəlliməsi işləyən Zərərçəkmiş şəxs1 və ünvan 14 məktəbdə riyaziyyat müəlliməsi işləyən Zərərçəkmiş şəxs3 tanışı Natiq lmanovun vasitəsilə tanımış, Zərərçəkmiş şəxs2 bacısı Ülkər müəlliməyə görə, Zərərçəkmiş şəxs5 dostu Zərərçəkmiş şəxs2 görə, Zərərçəkmiş şəxs4 isə Zərərçəkmiş şəxs1 görə tanımışdır. Onun istifadəsində 01 ədəd «Kapital Banka»a məxsus nömrəsi yadında qalmayan və 01 ədəd «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart» debet kartları olmuş, hazırda hər iki kartı bloklanmış və istifadə etməmiş, bundan başqa istifadəsində ***-***-**-** saylı Bakcell nömrəsinə və ***-***-**-** saylı Azercell nömrəsinə bağlı «M10» pul kisəsi olmuşdur. 2020-2021-ci illərdə «Oba» marketlər şəbəkəsinin baş ofisində, 2021-2022-ci illərdə «Araz» mağazalar şəbəkəsinin baş ofisində, 2023-cü ilin mart ayından 2023-cü ilin dekabr ayına kimi «Bravo» mağazalar şəbəkəsinin baş ofisində əmlak şöbəsində əmlak mütəxəssisi işlədiyi dövrdə, ondan əvvəl və sonra uzun müddət oyun aparatlarının və televizorlarının, cərəyan saxlayıcılarının (yupies) alışı və satışı ilə məşğul olmuş, bundan başqa Nərimanov rayonu ərazisində «Playstation» oyun zalını icarəyə götürüb işlətmiş, Bakı şəhərində oyun zalı işlədənlərin çoxu onu oyun aparatlarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, alqı-satqı ilə məşğul olduğu dövrdə istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart» debet kartına ay ərzində müxtəlif məbləğlərdə alıb-satdığı elektronika mallarının ƏDV-si yüklənmiş, həmin ƏDV-ləri nağdlaşdıra bilməmiş, 93 gün ərzində isə həmin ƏDV-ləri istifadə etməli olmuş, əks halda həmin ƏDV balansından silinmiş, ƏDVlərlə yalnız ödənişlər etmək və ya kredit ödəmək mümkün olmuş, ay ərzində kart hesabına ən azı 500 manat, ən yüksək isə 3.800 manat ƏDV yığılmışdır 2023-cü ilin əvvəlində kartına yığılmış ƏDV barədə tanışı Şahid5 bildirmiş və ona «kreditin varsa mənə nağd şəkildə ver, sənin kreditini ƏDV ilə ödəyim, hətta sənə qazanc verərəm» demiş, məbləği dəqiq yadında qalmasa da Natiq nağd pul vermiş və onun kreditini ödəmiş, bir müddət sonra təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində Natiq onu iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə tanış etmiş və onun krediti olmasını demiş və ƏDV hesabına ona köməklik göstərməsini xahiş etmişdir. Dəqiq tarixləri yadında qalmasa da, 2023-cü ilin noyabr ayının əvvəlindən 2024-cü ilin əvvəlinə kimi Zərərçəkmiş şəxs1 müxtəlif məbləğlərdə nağd pul alıb onun ipoteka kreditini ödəmiş, bundan başqa Ülkər müəllimə bir neçə dələ Bol kartına müxtəlif məbləğlərdə pul göndərmiş, hətta Ülkər müəllimə onun sözü ilə «Baku Electronics»dən kreditlə 5.090 manat dəyərində «İphone 15 Pro» markalı telefon və 3.073 manat dəyərində məişət əşyası götürmüş, bütün krediti ödəyəcəyinə söz vermiş, Ülkər müəllimə isə qazanc olaraq paltaryuyan götürmüş, yəni Ülkər müəllimə təklilı ilə razılaşaraq telefonla bərabər özünə paltaryuyan götürmüş, bir neçə ay krediti ödəmiş, ancaq sonradan imkanı olmadığı üçün, yəni ƏDV balansı vaxtında yüklənmədiyi üçün krediti ödəyə bilməmiş, «İphone 15 Pro» markalı telefonu isə «Tap.az» elan saytında tanımadığı şəxsə öz telefonu kimi təqdim etməklə 1.800 manata sataraq nağd pul əldə etmiş, daha sonra Ülkər müəllimə bir dəfə «Turan Bank»dan 3.600 manat, bir dələ isə 8.000 manat kredit götürüb nağd pul kimi ona vermiş, ancaq 3.600 manat krediti bağlasa da 8.000 manatı ödəyə bilməmişdir. Bundan başqa, Ülkər müəllimənin vasitəsi ilə qardaşı Zərərçəkmiş şəxs2 ilə tanış olaraq ondan da 2023-cü ilin noyabr ayının əvvəlində pul almış, belə ki, Zərərçəkmiş şəxs2 “M10” pul kisəsinə 2.500 manat göndərmiş və onun «Bank of Baku»da olan 3.471 manat kreditini bağlamış, qəbzi isə “Whatsapp” vasitəsilə Babəkə göndərmiş, ikinci dəfə isə Babək «Bank of Bakın”dan 8.000 manat kredit götürüb ona vermiş, əvəzində isə həm krediti ödəyəcəyinə, əlavə olaraq Babəkə 2.000 manat pul verəcəyinə söz vermiş, ancaq Babəkin də kreditini bağlaya bilməmiş, çünki ƏDV balansı vaxtında yüklənməmişdir. Bundan başqa, 2023-cü ilin noyabr ayının ortalarında Ülkər müəllimənin vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 «Bol Kart» hesabına 1.000 manat göndərmiş və onun «Bank of Baku»ya olan kreditindən 1.200 manat ödəniş etmiş, ikinci dəfə 2023-cü ilin noyabr ayının sonlarında Musa ona 5.000 manat nağd pul vermiş, bunun əvəzində isə Musanın «Bank of Baku»ya olan kreditindən 6.000 manat ödəyəcəyinə söz vermiş, ancaq ƏDV balansına vaxtında pul yüklənmədiyi üçün sözünə əməl edə bilməmişdir. Bundan başqa, dəqiq tarixi yadında qalmasa da, 2023-cü ilin noyabr ayının ortalarında Babəkin vasitəsilə tanış olduğu Kənan İsmayılov M10 hesabına 800 manat göndərmiş və razılaşdığı kimi ƏDV hesabından Kənanın 1.100 manatlıq ipoteka kreditini ödəmiş, sonuncu dəfə isə 2023-cü ilin noyabr ayının ortalarında M10 hesabına 5.000 manat göndərmiş, həmin məbləğə görə Kənana 2.000 manat artıq qaytaracağına söz vermiş, üç aydan sonra Kənana iki dəfəyə cəmi 3.000 manat qaytarsa da işləri alınmadığı üçün 2.000 manatını ödəyə bilməmişdir. Bundan başqa, dəqiq tarixi yadında qalmasa da Zərərçəkmiş şəxs3 2023-cü ilin noyabr ayında bir neçə dəfə müxtəlif məbləğlərdə pul alaraq ƏDV vasitəsilə onun «Access Bank»a olan kreditini ödəmiş, Tərgül verdiyi pulları nağd şəkildə deyil, istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart» debet kartına göndərmiş, sonuncu dəfə isə tarixi dəqiq yadında qalmasa da 2023-cü ilin noyabr ayının sonlarında Tərgül müəllimə kartına 1.000, 1.800 və 2.200 manat olmaqla cəmi 5.000 manat pul göndərmiş, həmin məbləğin 1.200 manatını qaytarmış, lakin göstərdiyi kimi ƏDV hesabına pul gec yükləndiyinə görə yerdə qalan 3.800 manatını qaytara bilməmişdir. Bundan başqa, 29 avqust 2024-cii il tarixdə Rənaya zəng vurub 300 manat göndərəcəyi halda əvəzində kartına 520 manat göndərəcəyini bildirmiş və Rəna ona inanıb həmin günü axşam saatlarında yaşadığı Sumqayıt şəhərindəki evindən "xxxx" kartı ilə 300 manat pulu istifadəsində olan «Lcobank» kartına göndərmişdir. Daha sonra 09 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Rəna yaşadığı Sumqayıt şəhərindəki evindən "xxxx" kartından 571 manat pulu «Leobank» kartına göndərmiş, eləcə də 2024-cü ilin sentyabr ayının əvvəllərində Rəna Muxtarova bir neçə dəfə yaşadığı Sumqayıt şəhərindəki evində olan zaman zəngi ilə 165 manat, 75 manat pul göndərmiş, həmin məbləğin əvəzində isə Ronanın 500 manat kreditini tam şəkildə bağlayacağına söz vermiş, beləliklə, Rəna Muxtarovadan ümumilikdə 2.556 manat pul almış, daha doğrusu Rəna həmin məbləğin hamısını Sumqayıt şəhərindəki evində olan zaman öz kart hesabından istifadəsində olan «Leobank» kart hesabına göndərmiş, Rəna Muxtarova ilə heç vaxt üzəbüz görüşüb ondan əlbəəl nağd pul almamışdır. Adlarını göstərdiyi zərərçəkmiş şəxslərə verdiyi vədinə əməl etməyərək kreditlərini ödəməmişdir. Zərərçəkmiş şəxs6 qıznı Hacıqabul rayon dəmiryol xəstəxanasında stomatoloq həkim işləyən Şahid4 vasitəsi ilə tanımış, Şahid4la telefonla danışdıqları zaman o, işlədiyi xəstəxanada tibb bacısı işləyən X3 işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Elviranın oğlu Anan “Veysəloğlu” şirkətində işə düzəldə biləcəyini bildirmiş, təxminən 2020-ci ilin oktyabr ayında Anarla Bakı şəhərində görüşəndən sonra onu «Veysəloğlu» şirkətində sürücü kimi işə düzəldəcəyimi, bunun müqabilində 870 (səkkiz yüz yetmiş) manat pul lazım olacağını demişdir. Anar da onunla razılaşmış, üzərində pulunun olmadığını, Hacıqabul şəhərinə qayıdıb pul götürüb verə biləcəyini demişdir. 5-6 gündən sonra Sevlanın Hacıqabul şəhərində işlədiyi xəstəxanaya getmiş, həmin vaxtı orada Zərərçəkmiş şəxs6 ilə tanış olmuş, ona oğlu Anarın iş məsələsini həll edəcəyini dedyib 870 (səkkiz yüz yetmiş) manat pulu istəmişdir. Anar da xəstəxanaya gəlib orada Sevlanın və anasının yanında ona 870 (səkkiz yüz yetmiş) manat pulu vermişdir. Zərərçəkmiş şəxs6 aldığı 870 (səkkiz yüz yetmiş) manat pulu şəxsi ehtiyacların üçün xərcləmişdir. Aradan bir müddət keçəndən sonra Anar əlaqə saxlayaraq işi ilə maraqlanmış, iş məsələsinin həll olunmayacağı təqdirdə 870 (səkkiz yüz yetmiş) manat pulunu geri qaytarmasını istəmişdir. Fərqli bəhanələr gətirərək yaxın günlərdə onun işinin düzələcəyini bildirib bir neçə gündən sonra Anar ilə əlaqə saxlayaraq 870 (səkkiz yüz yetmiş) manat pulu “Veysəloğlu” şirkətinin balansına köçürüldüyünü və onun yaxın günlərdə işə çağırılacağını bildirmişdir. Təxminən 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs6 və onun oğlu Anar ilə görüşən zamanı onlar evlərlə maraqlanmış, Bakı şəhəri, Yasamal rayon ərazisində “Mənzil İnşaat Dövlət Agentliyi” (MİDA) tərəfindən satışa çıxarılacaq evlərdən ilkin ödəniş 10-12000 (on-on iki min) manat ödəməklə 15 illik kredit şərti ilə aylıq 270 (iki yüz yetmiş) manat ödəməklə onlara ev ala biləcəyimi bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi yaradıb evi almaq üçün ilkin olaraq 11000 (on bir min) manat ödənilmk üçün pul istəmiş, 2021-ci ilin təxminən aprel ayında Zərərçəkmiş şəxs6 işlədyi xəstəxanaya gəlib ondan 11000 (on bir) manat pulu alıb getmişdir. Bundan təxminən 2 həftə sonra Zərərçəkmiş şəxs6 telefon əlaqəsi yaradaraq daha bir ev ala istədiyini bildirdikdə bunun mümkn olduğunu, ev almaq istəyən başqa tanışları varsa onlar üçün də ev təşkil edə biləcəyimi demişdir. Aradan 2-3 gün keçəndən sonra Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlamış 11000 (on bir min) manat pulu istəmiş, o da Bakı şəhərinə gəlib pulu ona verəcəyini demişdir. Səhər günü Zərərçəkmiş şəxs6 oğlu Anar ilə Bakı şəhərinə gəlib, Xətai rayonunda «Bravo» adlı marketin yanında oğlu Anarın yanında 11000 (on bir min) manat pul sayıb ona vermişdir. Elvira dəfələrlə əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək evi almasına kömək edəcəyinə söz vermişdir. 2023-cii ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs6 oğlu Vüsal Bakı şəhərinə gəlib ona verdikləri ümumilikdə 22000 (iyirmi iki min) manat pul geri tələb etdikdə 10000 (on min) manat pullarını qaytarmış, 12000 (on iki min) manatı da qaytaracağına söz vermişdir. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs6 telefon əlaqəsi yaradıb pulunu geri tələb edərkən ona yenidən ev almaq üçün şansının olmasını demiş, onu aldadaraq vədlər vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs6 zəng edib Hacıqabul şəhər sakini Şahid1 da ev almaq istədiyini bildirdikdə ona da köməklik edəcəyinə söz vermişdir. 2024-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs6 Şahid1 ilə birlikdə Bakı şəhərinə gəib Yasamal ərazisində görüşərək ev məsələmin həll etməsini ya da pulunun qaytarılmasını təldəb etmişdir. Elviranı inandıraq razı salmış, əlavə 4000 (dörd min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs6 ona 3000 (üç min) manat pulu sayaraq Südabənin yanında ona vermişdir. Həmin günə kimi Zərərçəkmiş şəxs6 3000 manat da daxil olmaqla ümumilikdə 15000 (on beş min) manat pulu alamağı barədə öz xətti ilə şəxsiyyət vəsiqəsini təqdim etməklə kağıza qeyd edib 10250 (on min iki yüz əlli) manat aldması barədə yazılı kapğız vermişdir. Həmin məbləği yazanda Elviranın fikri onun yazısında olmadığından istifadə edərək 15000 (on beş) min manat yazmışdır ki, 4750 (dörd min yeddi yüz əlli) manatını itirsin. Həmin vaxtı Südabə də ev almaq üçün söhbət etmiş, Südabədən ilkin ödəniş olaraq 10.500 (on min beş yüz) manat pul istəmiş. Südabədə razılaşmışdır. Bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayaraq ev məsələsinin həll olunduğunu, evin mebellə təmin olunacağını, mebelin pulunu və evə qoyulacaq digər əşyaların pulunu hesab edib 3000 manat pul istəmiş, 18 mart 2024-cü il tarixdə Elvira kart hesabına 2.250 (iki min iki yüz əlli) manat 19 mart 2024-cü il tarixdə günorta vaxtlarında 600 (altı yüz) manat pul göndərmişdir. 26 mart 2024-cü il tarixdə Elvira ilə telefon əlaqəsi yaradaraq bəzi əşyalara görə yenidən pul istəmiş, 27 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 5000 (beş min) manat və 1500 (min beş yüz) manat pul göndərmişdir. 28 mart 2024-cü il tarixdə Elviradan ev üçün pul istəmiş, Elvira da həmin günü 1000 (min) manat pulu «M-10» hesabına göndərmişdir. 29 mart 2024-cü il tarixdə də Elviradan pul istəmiş, Elvira da 1000 (miıı) manat pulu «M-10» hesabıma göndərmişdir. Həmin günü Elvira ilə əlaqə saxlayıb bəzi işlərə görə 1000 (min) manat lazım olduğunu dedikdə Elvira 1000 (min) manat pulu adına olan 9475 **** **** 6743 nömrəli kart hesabıma göndərmişdir. 01 apel 2024-cü il tarixdə ev üçün əlavə 3500 (üç min beş yüz) manat pul istədikdə yenə də həmin günü Elvila 1000 (min) manat, 02 aprel 2024-cü il tarixdə günorta vaxtlarında 1000 (min) manat pulu və 03 aprel 2024-cü il tarixdə saat günort vaxtlarma 1500 (min beş yüz) manat pulu «M-10» hesabına göndərmişdir. 05 aprel 2024-cü il tarixdə yenidən Elvira ilə telefon əlaqəsi yaradaraq bəzi sənədlər üçün 1000 (min manat) pul istəmiş, xx.xx.2024-cü il tarixdə Elvila «M-10» hesabına 950 (doqquz yüz əlli) manat pulu göndərmişdir. Sonra Elvira mənimlə telefon əlaqəsi yaradanda, mən ona artıq ev məsələsinin həll olunduğunu bir neçə min manat pul lazım olacağını və pulu istəyən vaxtı, istədiyi pulu göndərməsini demiş, 07 aprel 2024-cü il tarixdə Elvira ilə əlaqə saxlayıb 3000 (üç min) manat pul istəmiş, 08 aprel 2024cii il tarixdə Elvira 1000 (min) manat, 09 aprel 2024-cü il tarixdə də 1000 (min) manat və 10 aprel 2024-cü il tarixdə isə 1000 (min) manat pulu «M-10» hesabına göndərmişdir. 03 iyun 2024-cü il tarixdə Elvira ilə telefon əlaqəsi yaradıb əlavə 145 (yüz qır beş) manat sənədlər üçün pul istəmiş, həmin günü Elvila 9475 *** *** 6743 nömrəli kart hesabıma 145 (yüz qırx beş) manat pulu göndərmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulların bəzi hissəsini problemlər yarandığından həmin problemlərinin həll edilməsi üçün xərcləmişdir. Məsəl üçün valideyni rəhmətə getmiş və bununla əlaqədar xərcləri olmuşdur. Elviradan ev üçün aldğı pulu bir şəxsə vermis, o şəxs də pulu ona qaytarmayaraq onu aldatmışdır. Verilmiş suallara cavab olaraq o qeyd etmişdir ki, təqsirini etiraf etmir, zərərçəkmişlərə ziyanı ödəyib barışmasının səbəbi o olmuşdur ki, doğurdan da onlardan pul almışdır, lakin cinayət əməli kimi yox. Məhkəmədən bunun onun təqsirinin etirafı kimi qəbul etməməsini xahiş edir, həmçinin iş üzrə ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 13 ünvanda yaşayır, subaydır, hazırda ünvan 14 məktəbdə fizika müəlliməsi işləyir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, belə ki, onunla məktəbdə fiziki tərbiyyə müəllimi işləyən Şahid5 vasitəsilə tanış olmuş, Natiq müəllimin deməsinə görə Təqsirləndirilən şəxsla qonşu olmuş və yaxın münasibəti olmuşdur. Natiq müəllimlə yaxın münasibəti olduğuna görə 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsində mütəxəssis işlədiyini, kart hesabında 40.000-50.000 manat ƏDV yığılmasını, lakin Fərhadın həmin pulu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirmiş, Natiq müəllim ipoteka ilə ev aldığını və hər ay 776 manat ödəniş etməsini bildiyi üçün ona kömək etmək istəmiş, bu məqsədlə Natiq müəllim Təqsirləndirilən şəxs işlədiyi məktəbin qarşısına çağırmış və onunla görüşdürmüş, Fərhad ağızdolusu imkanlarından və istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart», ***-***-**-** saylı Bakcell nömrəsinə və ***- ***-**-** saylı Azcrcell nömrəsinə bağlı "M 10" pul kisəsində ƏDV-dən yığılmış məbləğləri göstərmiş, həmin pulları nağdlaşdıra bilmədiyini, yalnız yaxın adamlarından müəyyən məbləğ alaraq balansda olan ƏDV-dən ödənişlər etdiyini bildirmiş, həmin vaxt Fərhadın hesabında göstərdiyi məbləğ 28.000, 17.000 və 519.870 manat olmuş, Təqsirləndirilən şəxs dediklərini iş yoldaşı Natiq müəllim təsdiq etmiş, sonra Təqsirləndirilən şəxs ona «500-550 manat nağd pul ver, sənin evinə görə olan 776 manat ipoteka kreditini ödəyim» deyə təklif etmiş, Fərhada və Natiq müəllimə inandığı üçün razılaşmışdır, ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 15:03-də yaşadığı Xətai rayonundakı evində olan zaman istifadəsində olan "xxxx"a məxsus 4169-7388-1786-3339 saylı kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart» hesabına 400 manat göndərmiş və xx.xx.2023-cü il tarixdlə Təqsirləndirilən şəxs ipoteka kreditini ödəyərək qəbzini göndərmiş, bununla da Təqsirləndirilən şəxs özünə inam qazanmışdır. İkinci dəfə xx.xx.2023-cü il tarixdə «Turan Bank»dan öz adına 3.620 manat kredit götürmüş və Təqsirləndirilən şəxs zəng vurmuş, sonra Təqsirləndirilən şəxs metronun Neftçilər stansiyasının qarşısına gəlmiş və götürdüyü kreditin hamısını təklikdə ona vermiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin məbləğə görə ipoteka kreditinə 5.000 manat ödəniş edəcəyinə söz vermiş, ancaq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və müxtəlif bəhanələr gətirib vaxtı uzadaraq ipoteka kreditinə 5.000 manat ödəniş etməmiş, yalnız 3.600 manat kreditinin cəmi 600 manat iki aylıq ödənişini etmişdir. Üçüncü dəfə xx.xx.2023-cü il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs3 adına «Bank of Baku»dan 8.000 manat kredit götürərək işlədiyi məktəbin qarşısında Təqsirləndirilən şəxsla görüşərək ona vermiş, həmin vaxt Təqsirləndirilən şəxs «Turan Bank»dan götürdüyü 3.620 manatı və «Bank of Baku»dan iş yoldaşı Tərgülün adına götürdüyü 8.000 manatı tam şəkildə bağlayacağına söz vermiş, ancaq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və atasının rəhmətə getməsini əsas gətirərək ödəniş etməmişdir. Dördüncü dəfə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurub balansında pul olmasını, yalnız mağazalara ödəniş edə biləcəyini bildirmiş, buna görə «Baku Electronics»dən gedib kreditlə 01 ədəd «İphone 15 ProMax» markalı mobil telefon götürməsini, qazanc kimi isə özünə 3.000 manat dəyərində paltaryuyan və ya başqa bir məişət əşyası götürə biləcəyini, telefonu ona verməsini, 8.000 manat krediti isə tam şəkildə ödəyəcəyini bildirmiş, sonra Fərhada inanıb «Ukrayna Dairəsi» deyilən yerin yaxınlığında yerləşən «Baku Electronics»in Xətai rayon filialına gedərək öz adına 01 ədəd 5.090 manat dəyərində «İphone 15 ProMax» markalı mobil telefon aparatı, 01 ədəd 2.073 manat dəyərində «Samsung» markalı kondisioner və 01 ədəd 1.000 manat dəyərində «Samsung» markalı paltaryuyan maşın götürmüş, elə həmin günü Təqsirləndirilən şəxs «Ukrayna Dairəsi» deyilən yerin yaxınlığında yerləşən «Baku Elecroniks»in Xətai rayon filialına gələrək öz adına kreditlə götürdüyü 01 ədəd 5.090 manat dəyərində «İphone 15 ProMax» markalı mobil telefon aparatını götürüb getmiş, ancaq Təqsirləndirilən şəxs vədinə əməl edib 8.000 manat krediti ödəməmiş, yenə də atasının ölümünü bəhanə edib başının qarışıq olmasını bildirmişdir. Beşinci dəfə xx.xx.2023-cü il tarixdə saat 19:38-də yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə «Whatsapp» proqramı vasitəsilə zəng edib təcili 1.000 manat göndərməsini xahiş etmiş və iki gün sonra 1.200 manat qaytaracağına söz vermiş, yenə də Fərhada inanıb elə yaşıdığı ünvanda istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı «M 10» pul kisəsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Bakcell nömrəsinə bağlı «M 10» pul kisəsinə 1.000 manat göndərmişdir. Sonuncu dəfə isə dəqiq tarixi yadında qalmasa da 2024-cü ilin əvvəlində Təqsirləndirilən şəxs işlədiyi orta məktəbin qarşısına gələrək ondan 1.400 manat götürüb getmiş və üç ay müddətində bütün borclarını, yəni ona banklardan götürüb verdiyi kreditləri, mağaza kreditini tam şəkildə ödəyəcəyinə söz vermiş, əlavə olaraq isə ipotekasına 5.000 manat ödəniş edəcəyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək onu aldadıb 19.920 manat pulunu ələ keçirmiş, hazırda öz adına və iş yoldaşı Zərərçəkmiş şəxs3 adına götürdüyü kreditləri, «Baku Electronics»dən kreditlə götürdüyü 5.090 manat dəyərində telefon və 3.073 manat dəyərində məişət əşyalarının pulunu özü ödəmiş, bununla da Təqsirləndirilən şəxs ona ümumilikdə 19.920 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Elşən Süleymanov küçəsi, ev 137, mənzil 5-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, hazırda işləmir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, belə ki, bacısı Zərərçəkmiş şəxs1 işlədiyi 59 saylı orta məktəbdə fiziki tərbiyyə müəllimi işləyən Şahid5 vasitəsilə tanış olmuş, Natiq müəllimin deməsinə görə Təqsirləndirilən şəxsla qonşu kimi yaxın münasibəti olmuşdur. 2023-cü ilin noyabr ayında Natiq müəllimlə görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsində mütəxəssis işləyən kimi təqdim etmiş, onun kart hesabında 40.000-50.000 manat ƏDV olmasını, ancaq Fərhadın həmin pulu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirmiş, hətta Natiq müəllim bu barədə bacısı Ülkərə də bildirmiş və bacısı ipoteka ilə ev aldığı və hər ay 776 manat ödəniş etdiyindən Natiq müəllimin vasitəsilə Təqsirləndirilən şəxsla məktəbin qarşısında görüşmüş və Fərhad ağız dolusu imkanlarından danışmış, istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart», ***-***-**-** saylı Bakcell nömrəsinə və ***-***-**-** saylı Azercell nömrəsinə bağlı “M 10” pul kisəsində ƏDV-dən yığılmış məbləğləri göstərmişdir. Fərhadla görüşdükdə eyni qayda ilə onunla söhbət etmiş və balansındakı ƏDV-dən yığılmış məbləği göstərmiş və həmin pulları nağdlaşdıra bilmədiyini, yalnız yaxın adamlarından müəyyən məbləğ nağd alaraq balansında olan ƏDV dən ödənişlər etdiyini bildirmiş, Fərhadın hesabında göstərdiyi məbləğ 28.000, 17.000 və 519.870 manat olmuş, Təqsirləndirilən şəxs dediklərini bacısı Ülkərin iş yoldaşı Natiq müəllim təsdiq etmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. İlk dəfə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Xətai rayonundakı evində olan zaman istifadəsində olan «M 10» pul kisəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Bakcell nömrəsinə bağlı M 10 pul kisəsinə 2.500 manat göndərmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs «Bank of Baku»da olan 3.471 manat kreditini bağlamış və qəbzi «Whatsapp» vasitəsilə göndərmiş, bununla da Təqsirləndirilən şəxs onu özünə inandırmışdır. İkinci dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, Sadıqcan küçəsindəki evinin yaxınlığında onunla görüşüb 8.000 manat nağd pul vermiş və Fərhad pulu götürüb «Bank of Bakın”da olan kreditini tam şəkildə ödəyəcəyinə və əlavə olaraq ona 2.000 manat pul verəcəyinə söz vermiş, lakin Təqsirləndirilən şəxs kreditini ödəməyərək gecikdirmiş və ona «narahat olma tezliklə kreditini bağlayacağam» deyib arxayın etmiş, Fərhad birinci dəfə vədinə əməl etdiyi üçün ona inanıb gözləməyə başlamış, lakin Təqsirləndirilən şəxs 8.000 manata görə söz verdiyi kreditini ödəməmiş və söz verdiyi 2.000 manat qazancı verməmiş, sonradan isə telefon zənglərinə belə cavab verməyərək gizlənmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək onu aldadıb 8.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 136-da qeydiyyatda olsa da hazırda övladları ilə birlikdə Bakışəhəri, Xətai rayonu H.Aslanov qəsəbəsi K.Kərimov küçəsi ev 130-da yaşayır, subaydır, 21 ildir Bakı şəhəri Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, belə ki, onunla işlədiyi məktəbdə fizika müəlliməsi işləyən Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuş, Ülkər müəllimənin deməsinə görə Təqsirləndirilən şəxs «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsində mütəxəssis işləmiş, onun kart hesabında 40.000-50.000 manat ƏDV yığılmış olur, aneaq Fərhad həmin pulu nağdlaşdıra bilməmiş, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirmiş, Ülkər müəlliməni do Fərhadla məktəbdə fiziki tərbiyyə müəllimi işləyən Şahid5 tanış etmiş, Natiq müəllim Ülkər müəllimənin ipoteka ilə ev aldığını və hər ay 776 manat ödəniş etdiyini bildiyi üçün ona kömək etmək məqsədilə onu Fərhadla tanış etmiş, Ülkər müəllimə Fərhadın kartına bir neçə ay 400 manat göndərmiş və Fərhad onun 800 manat kreditini ödəyib qəbzini göndərmişdir. Həmin ərəfədə «Access Bank»da krediti olduğu və ayda 271 manat ödəniş etdiyi, ümumi borcunun 4.200 manat olmasına görə Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə zəng vurub Ülkər müəllimənin iş yoldaşı olduğunu və krediti olduğunu bildirmiş, Fərhad onunla ətraflı söhbət etmiş və kreditinin hansı bankda olduğunu, nə qədər krediti qalmasını və aylıq ödənişini soruşmuşdur. Birinci dəfə 08 noyabr 2023-cü il tarixdə Fəhad Əsgərov zəng vuraraq ƏDV hesabına bonus yığılmasını bildirmiş və ona 3.000 manat pul verəcəyi halda «Access Bank»da qalan 4.200 manat kreditini tam şəkildə bağlayacağını demiş, ona inanaraq həmin günü saat 15:57-də istifadəsində olan "xxxx"a məxsus kart hesabından 1.100 manat və «Bank of Baku» ya məxsus «Bol kart»ından 1.900 manat olmaqla cəmi 3.000 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan «Bank of Baku»ya məxsus 5315 9921 4504 5164 saylı «Bol kart» hesabına göndərmiş və Fərhad iki həftə ərzində 4.200 manat kreditini tam şəkildə bağlamış və qəbzini göndərmiş, bununla da Təqsirləndirilən şəxs həmin hərəkəti ilə onu özünə bir daha inandırmışdır. İkinci dəfə dəqiq tarixi yadında qalmasa da, 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs zəng vuraraq guya ƏDV balansına pul toplanmasını, istifadə edə bilmədiyini, balansından silinməsinə 2- 3 gün qalmasını bildirmiş, ona «ehtiyacın varsa mənə nağd pul göndər ƏDV-ni istifadə edək, hayıfdır, batmasın» demiş, bu zaman Fərhada universitetdə oxuyan qızının 2.500 manat təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini, cəmi 2.200 manat pul düzəltdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs israrla həmin 2.200 manatı göndərməsini və qızının 2.500 manat təhsili haqqını ödəyəcəyini demiş, artıq birinci dəfə Fərhad ödəniş etdiyi üçün ona inanaraq razılaşmış və həmin günü saat 14 radələrində Xətai rayonu, M.Hadi küçəsində yerləşən metronun H.Aslanov stansiyasının qarşısında Fərhadla görüşərək əlbəəl 2.200 manat pulu təklikdə onun idarə etdiyi markasını bilmədiyi avtomobilin içində vermiş, hətta Fərhad onu məktəbə aparmış, həmin vaxt Fərhad 3-4 gün ərzində qızının 2.500 manat təhsili haqqını ödəyəcəyinə və ona 300 manat xeyir verəcəyinə söz vermişdir. Üçüncü dəfə 2024-cü ilin yanvar ayının 08-də Təqsirləndirilən şəxs zəng vuraraq guya ƏDV balansına yenə pul toplanmasını, təcili pulu vardırsa kartına göndərməsini bildirmiş, Fərhada «artıq kreditim yoxdur, qızımın da ödənişini etsən mənə ehtiyac yoxdur» deyə cavab vermiş, belə olan halda Fərhad bir bank kartından və ya bol kart hesabından 2.000 manat götürüb verməsini, üstündə 300 manat qazanc verəcəyini bildirmiş, həmin günü yaşadğı ünvan 12 ünvanındakı evdən saat 16:57-də istifadəsində olan «Bank of Baku»ya məxsus hesabından Təqsirləndirilən şəxs «Bank of Baku»ya məxsus «Bol kart» hesabına 900 manat göndərmiş, həmin vaxt Fərhad qısa müddətdə ona 300 əlavə qazanc olaraq pulun üstündə qaytaracağını söz vermişdir. Dördüncü dəfə 2024-cü ilin yanvar ayının 18-də Təqsirləndirilən şəxs zəng vuraraq yenə də ƏDV balansına pul toplanmasını bildirmiş, balansından pulun silinməsinə iki saat vaxt qalmasını bildirərək 2.000 manat kredit götürüb verməsini, qısa müddətdə üstündə 300 manat verəcəyini bildirmiş, həmin günü yaşadğı ünvan 12 ünvanındakı evdən saat 18:29-da istifadəsində olan "xxxx"a məxsus hesabından Təqsirləndirilən şəxs «Bank of Baku»ya məxsus «Bol kart» hesabına 1.000 manat göndərmişdir. Sonuncu dəfə isə 30 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq təcili kartına 200 manat pul göndərməsini, axşama ƏDV balansının açılacağını və bütün pulunu göndərəcəyini bildirmiş, yenə də Fərhada inanıb həmin günü saat 12:53-də yaşadığı ünvanda olarkən istifadəsində olan "xxxx"a məxsus hesabından Təqsirləndirilən şəxs «Bank of Baku»ya məxsus «Bol kart» hesabına 200 manat göndərmiş, ancaq Fərhad həmin gündən sonra telefon zənglərinə cavab verməmiş və vədinə əməl edib pulunu qaytarmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə ondan müxtəlif adlarla 5.300 manat pulunu alıb ələ keçirmiş, hətta qızının təhsil haqqını da ödəməmişdir. Lakin Təqsirləndirilən şəxs polisə şikayət etdikdən sonra 10 iyul 2024-cü il tarixdə "xxxx"a məxsus hesabına 700 manat, 19 iyul 2024-cü il tarixdə 300 manat, 26 iyul 2024-cü il tarixdə 350 manat olmaqla ümumilikdə 1.350 manat qaytarmış, hazırda Təqsirləndirilən şəxs ona verməli olduğu məbləğ 3.950 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Cərəkə kəndində qeydiyyatda olsa da hazırda valideynləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsi 31 mənzil 17-də yaşayır, "xxxx" ASC-də əməliyyat və kredit üzrə aparıcı mütəxəssis işləyir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 13-dən etibarən tanımış, belə ki, onunla hazırda Polşada yaşayan dostu Müslüm Novruzovun vasitəsilə tanış olmuş, dostu Müslüm 59 saylı orta məktəbdə oxuduğu müddətdə Təqsirləndirilən şəxs ƏDV-don yığıldmış bonus hesabına insanların kreditini bağladığını və artıq pul verdiyini bildirmiş, həmin vaxt maddi durumu pis olduğuna və ümumilikdə 40.000 manata yaxın borcu olduğuna görə Müslümdən Təqsirləndirilən şəxs nömrəsini tapıb verməsini xahiş etmiş, sonra Müslüm həmin məktəbdə fiziki tərbiyə müəllimi işləyən Şahid5 və Fərhadın nömrəsini tapıb vermiş, Fərhadın Natiq müəllimin yaxını olduğunu bildirmiş, bundan sonra Natiq müəllimə zəng vurub onunla Fərhad barəsində danışmış, Natiq isə Təqsirləndirilən şəxs tərifləmiş və yaxşı insan olduğunu demiş, sonuncunu «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsində mütəxəssis işlədiyini, kart hesabında 40.000-50.000 manat ƏDV olmasını, ancaq Fərhadın həmin pulu nağdlaşdıra bilmədiyini, yalnız ƏDV ilə kredit ödəmək və ya alış-veriş etmək imkanı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng vuraraq danışmış, Natiq müəllimin dediklərini Fərhad da təsdiq etmiş və şirin vədlər verməklə özünə inandırmış, sonra Fərhada krediti və başqa borcları olduğunu, sıxıldığını və pula ehtiyacı olmasını bildirmiş, Fərhad isə telefonda onu dinləyib balansına yığılmış ƏDV-lərin hesabına kreditlərini ödəməkdə köməklik göstərəcəyini bildirərək balansında 17.000 və 28.000 manat ƏDV olmasını demişdir. İlk dəfə 17 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Xətai rayonunda yerləşən "xxxx"ın Əhmədli filialında işdə olan zaman istifadəsində olan "xxxx"a məxsus sonu ***0996 olan kartından Təqsirləndirilən şəxs istifadəsində olan «Bank of Baku»ya məxsus 5315-9921-4504-5164 saya «Bol Kart» hesabına 1.000 manat göndərmiş və üç gün sonra Təqsirləndirilən şəxs «Bank of Baku»ya olan kreditindən 1.200 manat ödəniş etmiş və qəbzi göndərmiş, bundan sonra Fərhad zəng vurub 800 manat, 1.000 manat istəmiş, ancaq pulu olmadığına görə ona istədiyi məbləği göndərə bilməmişdir. İkinci dəfə xx.xx.2023-cü il tarixdə Fərhad zəng vuraraq ƏDV balansında 6.000 manat pul olduğunu, təcili həmin pulu istifadə etmək lazım olduğunu bildirərək 5.000 manat nağd verməsini və «Bank of Baku»ya olan kreditindən 6.000 manat ödəniş edəcəyini təklif etmiş, Təqsirləndirilən şəxs birinci dəfə verdiyi 1.000 manata görə 1.200 manat kredit ödənişini etməsinə görə ona inanaraq Xətai rayonu 59 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxsla təklikdə görüşmüş və ona 5.000 manat pulu nağd şəkildə vermiş, Fərhad pulu götürərək üç iş günü ərzində kreditinə 6.000 manat ödəniş edəcəyini bildirmiş, lakin onun dediyi vaxt tamam olduqda ödəniş etməmiş, Fərhada zəng vurub nə üçün 6.000 manat ödəniş etmədiyini soruşduqda «narahat olma tezliklə ödəyəcəyəm» demiş, nəticə etibarı ilə isə Təqsirləndirilən şəxs onu aldadaraq ödəniş etməmiş və telefon zənglərinə cavab verməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək onu aldadıb 5.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi məhəllə 4048-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ynvanda yaşayır, «Bolmart» maqazlar şəbəkəsində ambardar işləyir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından etibarən tanıyır, belə ki, onunla dostu Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olmuş, Babək isə Təqsirləndirilən şəxs bacısıÜlkərin işlədiyi 59 saylı tam orta məktəbdə idman müəlimi işləyən Natiq vasitəsi ilə tanımış, Babəklə söhbət zamanı Təqsirləndirilən şəxs ƏDV bonusdan yığılmış hesabı olmasını, həmin ƏDV-ni nağdlaşdıra bilmədiyini, buna görə Fərhadın ƏDV ilə kredit bağlamasını və ödədiyi kreditin məbləğindən az məbləğdə nağd pul istəməsini bildirmişdir. Həmin vaxt aylıq 1.100 manat ipoteka krediti olduğundan Babəkdən Təqsirləndirilən şəxs nömrəsini alaraq ona zəng vurub danışmış və Fərhada aylıq 1.100 manat ipotekası olmasını bildirmiş, ona necə köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs da 800 manat müqabilində onun 1.100 manat kreditini ödəyə biləcəyini, yəni 300 manat qazanc verə biləcəyini demiş, Təqsirləndirilən şəxsla danışığından bir həftə sonra Xətai rayonunda yerləşən «Bravo» marketdən onun mobil nömrəsinə bağlı olan «M10» hesabına 800 manat göndərmiş və Fərhad noyabr ayının 1.100 manat kreditini ödəyərək qəbzini verəcəyinə söz vermiş, bir həftə sonra Fərhad söz verdiyi kimi 1.100 manat kreditini ödəmiş və qəbzi «Whatsapp» proqramı vasitəsi ilə telefonuna göndərmiş, dərhal özünə məxsus telefonda "xxxx"a məxsus “Birbank” tədbiqinə daxil olaraq həqiqətən 1.100 manat ödəniş olunduğunu görmüşdür. Bundan bir həftə sonra Təqsirləndirilən şəxs zəng vuraraq «əgər ona 5.000 manat verərsə təxminən 15 gün sonra 7.000 manat pul qaytaracağını» bildirmiş, ipoteka krediti olduğu üçün 5.000 manat düzəldib Xətai rayonunda yerləşən «Bravo» marketin qarşısında Fərhadın M10 tətbiqinə göndərmiş, lakin Fərhad atasının rəhmətə getməsini bəhanə edərək vədinə əməl etməmiş, üç ay sonra isə iki dəfə 1.500 manat olmaqla cəmi 3.000 manatını qaytarmış, yerdə qalan 2.000 manatını isə qaytarmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs onu aldadaraq özünə inandırmaqla 2.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon dəmiryol xəstəxanasında işlədiyinə görə orada stomatoloq şöbəsində həkim işləyən Şahid4 ilə bir iş yoldaşı kimi normal münasibəti olduğu üçün ailəvi gediş-gəlişi olmuşdur. 2020-ci ildə oğlu Şahid2 orta məktəbi bitirdikdən sonra işsiz olduğundan, həkim Sevlan oğlu Anar ilə görüşüb söhbət edən zaman Bakı şəhərində Fərhad adlı dostunun olduğunu, Fərhadın vasitəsi ilə Anarı “Veysəloğlu” şirkətində işə düzəldə biləcəyini demişdir. Oğlu Anar evə gəlib onlarla məsləhətləşmiş və Sevlana inanıb onunla razılaşmışlar. Bundan sonra Sevlan oğlu Şahid2 Bakı şəhərində yaşayan Fərhad adlı şəxsin yanına göndərmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının ilk günləri oğlu Anar Fərhad ilə görüşəndən sonra onunla telefon əlaqəsi yaradaraq Fərhadın «Veysəloğlu» şirkətində sürücü kimi işə düzəldəcəyini, bunun müqabilində 870 (səkkiz yüz yetmiş) manat pul istədiyini demişdir. O da oğlunun işsiz olması səbəbindən Fərhad ilə razılaşmasını demişdir. Anar da razılaşacağını, lakin həmin məbləğdə üzərində pulunun olmadığını, Hacıqabul şəhərinə qayıdıb pul götürüb Fərhada verəcəyini demişdir. Anar evə gəlmiş, aradan 5-6 gün keçmişdir ki, Fərhad onun işlədiyi xəstəxanaya Sevlanın yanına gəlmişdir. Həmin vaxt o, Fərhadla tanış olmuşdur. Fərhad ona narahat olmamağı, oğlu Anarın iş məsələsini həll edəcəyini deyib 870 (səkkiz yüz yetmiş) manat pulu istəmişdir. O, Anar ilə telefon əlaqəsi yaradıb Fərhadın xəstəxanaya gəldiyini və onun istədiyi pulu evdən gətirib verməsini demişdir. Oğlu Anar da evdən 870 (səkkiz yüz yetmiş) manat pulu gətirib onun və Selvanın yanında Fərhada vermişdir. Fərhad pulu alıb çıxıb getmişdir. Anar 3-4 ay gözləsə də Fərhadın onu işə düzəltməyəcəyini görüb Bakı şəhərinə Fərhadın arxası ilə getmişdir. Sonra Anar onunla əlaqə saxlayaraq Fərhadın 870 (səkkiz yüz yetmiş) manat pulu geri qaytarmadığını, Fərhadın fərqli bəhanələr gətirərək yaxın günlərdə işinin düzələcəyini bildirdiyini demişdir. Bir neçə gündən sonra Fərhad Anarın istifadəsində olan mobil telefona çek şəkli ataraq 870 (səkkiz yüz yetmiş) manat pulun “Veysəloğlu” şirkətinin balansına köçürülməsini və onun yaxın günlərdə işə çağırılacağını demişdir. Bundan daha 2 ay keçdikdən sonra yəni 2020-ci ilin dekabr ayında Fərhad onunla telefon əlaqəsi yaradaraq yaxşı təklifinin olmasını, Bakı şəhərində “Mənzil İnşaat Dövlət Agentliyi” (MİDA) tərəfindən satışa çıxarılacaq evlərdən ilkin ödəniş 10-12000 (on - on iki min) manat ödəməklə 15 illik kredit şərti ilə aylıq 270 (iki yüz yetmiş) manat ödəməklə ona ev ala biləcəyini demişdir, ü, əlaqə saxlayacağını demiş və evdə əri X6 ilə məsləhətləşəndən sonra Fərhad ilə telefon əlaqəsi yaradıb evi almaq üçün ilkin ödənişlə və sənədləşmə işləri ilə maraqlanmışdır. Fərhad da ilkin olaraq 11000 (on bir min) manat ödənilməsi üçün pul istəmişdir. O da razılaşmış və 2021-ci ilin aprel ayında Fərhad onun işlədiyi xəstəxanaya gəlib onunla görüşərək ona 11000 (on bir) manat pul ona vermişdir. Bundan təxminən 2 həftə sonra Fərhad onunla telefon əlaqəsi yaradaraq daha bir ev ala biləcəyini, başqa evlərin də satışda olmasını, tanıdığı şəxslərə də təklif edə biləcəyini demişdir. O, Fərhada daha bir ev almaq istədiyini, lakin ev almaq istəyən başqa tanışlarının olmadığını demişdir. Aradan 2-3 gün keçəndən sonra Fərhad onunla əlaqə saxlayaraq 11000 (on bir min) manat pulu istəmiş, o da Bakı şəhərinə gəlib pulu ona verəcəyini bildirmişdir. Səhəri gün Anar ilə birlikdə Bakı şəhərinə gedib, Xətai rayonunda «Bravo» adlı marketin yanında Fərhad ilə görüşüb Anarın yanında 11000 (on bir min) manat pul sayıb ona vermişdir. Bundan sonra Fərhadla dəfələrlə əlaqə saxlasa da o, müxtəlif bəhanələr gətirərək evi alacağını demişdir. Həmin vaxtlarda telefonuna “MİDA” dan Yasamal rayonunda tikilmiş evlərdən ona 5-ci mərtəbədə 3 otaqlı və 2 otaqlı mənzil verilməsi barədə “sms” gəlmişdir. Bundan sonra onun Fərhada inamı yarandığına görə bir qədər də gözləmək qərarına gəlmişdir. Aradan bir neçə gün keçmişdir ki, Fərhad ilə telefon əlaqəsi yaradıb evlər ilə maraqlanmışdır. Fərhad hər dəfə bir bəhanə ilə onu aldatmağa başlamışdır. Fərhad bu minvalla 2023-cü ilin mart ayının ortalarına kimi onu aldatmışdır. Böyük oğlu Şahid3 2023-cü ilin mart ayının sonlarında Bakı şəhərinə gedib Fərhadı taparaq ona verdiyi ümumilikdə 22000 (iyirmi iki min) manat pul geri tələb etmiş, Fərhad həmin puldan 10000 (on min) manatını geri Vüsala qaytarmış və 12000 (on iki min) manatı da qaytaracağını bildirmişdir. Həmin vaxtdan sonra Fərhad hər dələ bir bəhanə ilə onu aldatmağa başlamışdır. 2024-cü ilin mart ayının ilk on günlüyü o, Fərhad ilə telefon əlaqəsi yaradıb pulunu geri tələb edərkən Fərhad ona yenidən ev almaq üçün şansının olmasını, evi və ya pulunu istədiyini, başqa tanışlarına da təklif edə biləcəyini bu dəfə dəqiq ev alacağını bildirdikdə, ona «Fərhad, mən sənə inanmıram, məni 3 ildir ki, aldadırsan, nə evini və nə də ki, pulunu geri qaytarmamışdır”. Fərhad da onu yenidən aldadaraq vədlər vermişdir. O, 12000 (on iki min) manat pulunu geri ala bilmədiyini görmüş, ona görə də, onunla razılaşaraq ev almaq istədiyini demişdir. Onunla eyni xəstəxanada işləyən Hacıqabul şəhər sakini Şahid1 bu barədə bildirərək Bakı şəhərində ipoteka şərtləri ilə ev almaq şansının olmasını demiş, Südabə də onunla razılaşaraq Bakı şəhərində ev almaq istədiyini demişdir. O, yenidən ev almaq üçün Şahid1 ilə birlikdə 16 mart 2024-cü il tarixdə Bakı şəhərinə gedib, Yasamal ərazisində Fərhad ilə görüşüb ya pulunu geri qaytarmasını və ya ev məsələsini həll etməsini demişdir. Fərhad onu inandırıb razı salıb ondan 4000 (dörd min) manat pul istəmişdir. O, özü ilə apardığı 3000 (üç min) manat pulu sayıb Südabənin yanında Fərhada vermişdir. Fərhad həmin günə kimi ondan almış olduğu ümumilikdə 22.000 (iyirmi iki min) manat pulu almasına görə öz xətti ilə yazmış olduğu sənədi ona təqdim etmişdir. Həmin vaxtı Südabə də ev almaq üçün Fərhad ilə söhbət etmişdir. Fərhad Südabəyə ilkin ödəniş olaraq 10.500 (on min beş yüz) manat pul istədikdə, Südabədə razı olmuşdur. Sonra onlar Hacıqabul şəhərinə qayıtmışlar. Həmin vaxtdan bir müddət keçəndən sonra Fərhad onunla əlaqə saxlayaraq ev məsələsinin həll olunduğunu, evin mebellə təmin olunacağını, mebelin pulunu və evə qoyulacaq digər əşyaların pulunu hesab edib ondan K.000 (on dörd min) min manat pul istəmişdir. O isə həmin pulun olmadığını, hissə-hissə verə bikcəyini dedikdə, Fərhad razı olmuşdur. 18 mart 2024-cü il tarixdə Fərhad ondan 2250 (iki min iki yüz əlli) manat pul istəyib istifadəsində olan ***-***-**-** telefon nömrəsinin «M 10» hesabını ona vermişdir. O da həmin günü saat 18 radələrində yaşadığı evdə «X12E» tətbiqi vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4169-73-….-8301 nömrəli plastik kart hesabından Fərhadın öz istifadəsində olan 055-.476-79-79 mobil telefon nömrəsinə açdırdığı «M-10» hesabına 2250 (iki min iki yüz əlli) manat pulu göndərmişdir. Həmin günün səhərisi yəni 19 mart 2024-cü il tarixdə günorta vaxtlarında Fərhadın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng etmiş, Fərhad isə pulu aldığını və əlavə olaraq 600 (altı yüz) manat pul lazım olduğunu demişdir. Həmin günü axşam saat 19 radələrində yaşadığı evdə «BİR BANK-MOBİLE» tətbiqi vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4169-73-....-8301 nömrəli plastik kart hesabından Fərhadın öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə açdırdığı «M-10» hesabına 600 (altıyüz) manat pulu göndərmişdir. 26 mart 2024-cü il tarixdə Fərhad onunla telefon əlaqəsi yaradaraq bəzi əşyalara görə ondan pul istəmişdir. Səhəri günü yəni, 27 mart 2024-cü il tarixdə saat 10:16-da Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 5000 (beş min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. Fərhad onunla əlaqə saxlayaraq pulu aldığını deyib, əlavə 1500 (min beşyüz) manat pul istəmişdir. Həmin günü, yəni 27 mart 2024-cü il tarixdə saat 19 radələrində yaşdığı evdə «BİR BANK-MOBİLE» tətbiqi vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4169-73..-....-8301 nömrəli plastik kart hesabından Fərhadın öz istifadəsində olan 055.476-79-79 mobil telefon nömrəsinə açdırdığı «M-10» hesabına 1500 (min beş yüz əlli) manat pulu göndərmişdir. Səhəri günü yəni 28 mart 2024-cü il tarixdə səhər saat 10 radələrində Fərhad onunla telefon əlaqəsi yaradıb pulu aldığını, əlavə 1000 (min) manat lazım olduğu dedikdə, o da «Fəradev məsələsi həll olunmadı, sənsə məndən pul alırsan» dedikdə, Fərhad da yaxın vaxtlarda ev veriləcəyini demişdir. Həmin günü saat 11:48-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. 29 mart 2024-cü il tarixdə Fərhad onunla telefon əlaqəsi yaradaraq əlavə 1000 (min) manat pul istəmiş, o da Fərhada inanıb saat 12:46-da Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. 29 mart 2024-cü il tarixdə Fərhad onunla telefon əlaqəsi yaradaraq «MİDA»-nın həyətində olduğunu, evin sənədlərini hazırlandığını, əlavə 2000 (iki min) manat lazım olduğunu demişdir. O, Fərhada verdiyi pulları evin pulundan çıxacağını düşünüb etiraz etməmiş və həmin günü saat 18:35-də Hacıqabul şəhəri, M.Əsədov küçəsində 5 №-İi ünvanda yerləşən «e-Manat» ödəmə terminalı vasitəsi ilə 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs öz adına olan 9475-.........-6743 nömrəli kart hesabına göndərmişdir. 01 aprel 2024cü il tarixdə Fərhad ev üçün əlavə 2500 (iki min beş yüz) manat pul stəmiş, o da göndərəcəyini demişdir. 02 aprel 2024-cü il tarixdə saat 14:55-də Şirvan şəhəri, T.İsmayılov küçəsi, bina 1-də yerləşən «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. 03 aprel 2024-cü il tarixdə saat 14:45-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «7/24» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1500 (min beş yüz) manat pulu da Fərhadın «M-10» hesabına göndərmişdir. O, Fərhad ilə telefon əlaqəsi yaradanda, o, artıq ev məsələnin həll olunduğunu, bir neçə min manat pul lazım olacağını və pulu istəyən vaxtı, istədiyi pulu göndərməyini demişdir. O da inanıb razı olmuşdur. 06 aprel 2024-cü il tarixdə Fərhad ona 950 (doqquz yüz əlli) manat pul lazım olduğunu demiş, o da həmin günü saat 19 radələrində yaşadığı evdə «BİR BANK-MOBİLE» tətbiqi vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC- yə məxsus son 4169-73..-....-8301 nömrəli plastik kart hesabından Fərhadın öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə açdırdığı «M-10» hesabına 950 (doqquz yüz əlli) manat pulu göndərmişdir. 07 aprel 2024-cü il tarixdə Fərhad ondan əlavə pul istəmiş, həmin vaxtı pulu olmadığı üçün tapıb göndərəcəyini demişdir 08 aprel 2024-cü il tarixdə saat 16:53-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. 09 aprel 2024-cü il tarixdə saat 16:13-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. Fərhad onunla telefon əlaqəsi yaradıb əlavə pul istədikdə, pulunun olmadığını, səhəri günü düzəldib göndərə biləcəyini demişdir. 10 aprel 2024-cü il tarixdə saat 11:15-də Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən «AL» marketdə olan «Milli ön» ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu Fərhadın «M-10» hesabına göndərmişdir. 2024-cü ilin aprel və may aylarında Fərhad ilə əlaqə saxlasa da o, hər dəfə bir bəhanə ilə onu aldatmışdır. 03 iyun 2024-cü il tarixdə Fərhad onunla telefon əlaqəsi yaradıb əlavə 145 (yüz qırx beş) manat sənədlər üçün pul istəmiş, o da Fərhadla telefonda bir az mübahisə etmiş, lakin sonunu onu yenə də inandırdığı üçün həmin günü saat 15:49-da ünvan 16 ünvanda yerləşən «Mpay» ödəmə terimanlı vasitəsi ilə Təqsirləndirilən şəxs öz adına olan 9475-.........-6743 nömrəli kart hesabına 145 (yüz qırx beş) manat pulu göndərmişdir. Həmin vaxtdan sonra o, dəfələrlə Fərhad ilə əlaqə saxlayaraq ona pulu geri qaytarmasını bildirsə də, o, fərqli bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq və etibarından sui-istifadə edilərək onun ümumilikdə 35815 (otuz beş min səkkiz yüz on beş) manat pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs «MİDA»-dan 2 ədəd ev almaq üçün ona 34945 (otuz dörd min doqquz yüz qırx beş) manat pul vermiş, 870 (səkkiz yüz yetmiş) manat pulu isə oğlu Anarı «Veysəloğlu» şirkətinə işə düzəltmək üçün vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 45815 (qırx beş min səkkiz yüz on beş) manat pul vermiş, həmin puldan 10000 (on min) manatını Təqsirləndirilən şəxs ona geri qaytarmışdır, 35815 (otuz beş min səkkiz yüz on beş) manat pulu ondan ala bilməmişdir. Təqsirləndirilən şəxs üzbə-üz cəmi 14870 (on dörd min səkkiz yüz yetmiş) manat pul vermiş, 20945 (iyirmi min doqquz yüz qırx beş) manat pulları isə kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytardığına görə ona qarşı az da olsa inam yarandığından, o, yenidən Fərhada pul vermişdir. Onun istifadəsində olan mobil telefona 2021-ci ilin orta aylarında «MİDA»-dan SMS gəldikdən sonra gəlmiş, lakin o, Fərhada ir.anıb etibar etdiyi üçün «MİDA»-ya getməmişdir. Lakin iyun ayında «MİDA»-ya getmiş və aldandığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon dəmiryol xəstəxanasında xadimə işləyir. 2024-cü ilin mart ayının ilk on günlüyü onunla eyni xəstəxanada işləyən Zərərçəkmiş şəxs6 Bakı şəhərində “MİDA” ya məxsus olan Yasamal rayonunda tikilmiş ev almaq üçün tanımadığı şəxs ilə telefonla danışmışdır. O, Elvira ilə eyni otaqda oturduğuna görə onun danşıqlarının şahidi olmuşdur. Həmin vaxt Elviranın tanıdığı həmin şəxs ona Bakı şəhəri, Yasamal rayonunda daha bir evin olmasını, tanışlarına bu barədə təklif etməsini bildirmiş, Elvira da ona ev aldığı adamın ona bu cür təklif etməsini, onun da ev almaq istədiyini soruşmuşdur. O, ev almaq istədiyinə görə Elvira ilə razılaşaraq həmin adama bildirməsini demişdir. Bundan sonra Elvira adını sonradan Fərhad kimi bildiyi şəxslə danışaraq onun da ev almaq istədiyini demişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefonla danışıb ev ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs «MİDA»-da onun üçün 3 otaqlı təşkil edə biləcəyini, ilkin ödəniş olaraq 10500 (on min beş yüz) manat ödəməli olduğunu bildirmişdir. Onun həmin pulu ödəməyə imkanı olmadığını, həmin pulu hissə-hissə ödəyə biləcəyini dedikdə Təqsirləndirilən şəxs da onunla razı olmuşdur. 16 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 Surətdin qızı ilə birlikdə Bakı şəhərinə getmişlər ki, Təqsirləndirilən şəxsla görüşüb ev barəsində söhbət etinlər. Həmin günü Bakı şəhəri, Yasamal rayon ərazisində Elvira ilə o Təqsirləndirilən şəxsla görüşmüşlər. Elvin ondan pulunu və ya evi tələb etmişdir. Təqsirləndirilən şəxs da ev məsələsini həll edəcəyini, narahat olmamasını demişdir. Bundan sonra o, Fərhadla «MİDA»-dan ev almaq barədə söhbət etmişdir. Fərhad ona 3 otaqlı ev üçün 10500 (on min beşyüz) manat pul, əyər həmin evə əşyalar ilə mebel quraşdırılsa, əlavə pul ödəniləcəyini dedikdə, o, razı olmamışdır. Təqsirləndirilən şəxs Elviradan aldığı pula görə ona sənəd yazıb imzası ilə təsdiq edib Elviraya vermişdir. O, Hacıqabul şəhərində Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə açdırdığı «M-10» hesabına 2024-cü ilin mart ayından iyun ayının 19-na kimi olan müddət ərzində 10500 (on min beş yüz) manat pulu göndərdim. X1 evin içərisində mebel olmasını bildirərək ondan hissə-hissə çox məbləğdə pul almışdır. Təqsirləndirilən şəxs pulu verdiyi vaxtdan 3 ay keçməsinə baxmayaraq onun tərəfindən aldadıldığım anlayaraq bu barədə oğlu Tehran Babayevə məlumat vermişdir. Bundan sonra oğlu Tehranın tanışlarının təsir göstərməsi ilə Təqsirləndirilən şəxs 10500 (on min beş yüz) manat pulu 2 dəfəyə, birinci dəfə 5000 (beş min) və ikinci dəfə isə isə 5500 (beş min beş yüz) manat pulu ona məxsus «ATB» bank kartına geri göndərmişdir. O, sonra Elviradan Təqsirləndirilən şəxs pulunu geri alıb-almamasını soruşmuş, Elvira da Təqsirləndirilən şəxs ondan 30000-35000 manat pul aldığını və pulunu geri ala bilmədiyini demişdir. Sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs6 Fərhəd Əsgəerov tərəfindən aldadıldığına görə rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 18/11-ci məhəllədə qeydiyyatda olmaqla valideynləri ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, ali təhsillidir və 2010-cu ildən Xətai rayonu, T.Baqırov adına 59 saylı tam orta məktəbdə fiziki tərbiyə müəlimi işləyir. Təqsirləndirilən şəxs ilə 2023-ci ilin fevral ayından tanış olmuş və onunla münasibətləri normal olmuş, Təqsirləndirilən şəxs özünü ona və ətrafında olan ortaq tanışlarına «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsində mütəxəssis işlədiyini bildirmiş və onun kart hesabında yüksək məbləğdə ƏDV bonus yığıldığını, ancaq həmin pulu nağdlaşdıra bilmədiyini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirmişdir. Fərhadı tanıdıqdan bir müddət sonra ona "xxxx"da kredit borcu olduğunu bildirmiş və Fərhad ona «istəyirsənsə aylıq ödənişini ƏDV vasitəsi ilə edim, sən mənə nağd pul ver» demiş, həmin vaxt krediti ödəməkdə çətinlik çəkdiyindən onunla razılaşmış və 2023-ci ildən etibarən müxtəlif vaxtlarda Fərhadın göndərdiyi kart hesablarına pul göndərmiş və onun Xətai rayonu, Sadıqcan küçəsində yerləşən evinin yaxınlığında 200 manat nağd pul vermiş, əvəzində Fərhad ƏDV vasitəsi ilə 350 manat "xxxx"a olan kreditini ödəmiş, hətta Fərhad bankdan əlavə kredit götürüb ona verməsini və ƏDV vasitəsi ilə həmin krediti bağlayacağını təklif etmişdir. Birinci dəfə 2023-cü ilin mart ayında Fəhad Əsgərovla yaşadığı Xətai rayonu, Sadıqcan küçəsinin qarşısında görüşərək ona 200 manat pul vermiş, Fərhad da ƏDV hesabı ilə 350 manat kreditini ödəmiş, buna görə Fərhada inanmışdır. Sonuncu dəfə 05 sentyabr 2024-ci il tarixdə Xətai rayonu, Sadıqcan küçəsində olan zaman Fərhadın göndərdiyi “Leobank” kartına dostu Ruslana məxsus hesabdan 200 manat göndərmiş və Ruslana həmin an 200 manat pulu nağd olaraq vermiş, Fərhad 2-3 qün ərzində kreditini ödəyəcəyinə söz vermiş, 3 gün sonra isə Fərhad həmin məbləği ödəmiş və ödəmə qəbzini göndərmiş, lakin mobil telefonunda olan “Birbank” tətbiqində həmin məbləğin ödənilmədiyini görmüş, bu barədə Fərhaddan soruşduqda sistemdə yanlışlıq olduğunu, həmin pulu ödəməsini bildirmişdir. Təqsirləndirilən şəxs etibarını qazanıb özünə inandırmaqla ümumilikdə 200 manat pulumu ələ keçirmiş, yəni onu aldadıb nağd pulunu alaraq kreditini ödəyəcəyinə söz versə də aldatmışdır. Təqsirləndirilən şəxs inandığı üçün onun barəsində müəllimə yoldaşı Zərərçəkmiş şəxs1 da bildirmiş və Ülkər ipoteka ilə özünə ev götürüb pulunu ödəməkdə çətinlik çəkdiyinə görə Fərhada bir neçə dəfə nağd pul vermiş və Fərhad onun ipoteka kreditini ödəyərək sonradan onun kimi Ülkər müəlliməni də özünə inandırıb aldatmış, Zərərçəkmiş şəxs1 Fərhadla tanış etməkdə heç bir maddi marağı olmamışdır, sadəcə müəllimə yoldaşı kimi Ülkər müəlliməyə kömək etmək istəmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun anasıdır. 2020-ci ildə orta məktəbi bitirdikdən sonra işsiz qalmış və həmin vaxtı iş axtarmışdır. Onun işsiz olmağını və iş axtardığını, anası Elvira xəstəxənada stomotoloq həkimi işləyən Şahid4 demişdir. Sevlan da tanışı Təqsirləndirilən şəxs Nizami oğluna bu barədə demiş, Təqsirləndirilən şəxs da onu işə düzəlməyə köməklik edəcəyini söz vermişdir. Anası Elvira axşam evə gələndə bu barədə ona demişdir. O da etiraz etməmişdir. Bundan sonra Sevlan onu Bakı şəhərində Təqsirləndirilən şəxs yanına göndərmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının ilk günləri o, Fərhadla Bakı şəhərində görüşmüşdür. Fərhad onu «Veysəloğlu» şirkətində sürücü kimi işə düzəldəcəyini, bunun müqabilində 870 (səkkiz yüz yetmiş) manat pul istəmişdir. O da işsiz olduğuna, iş tapa bilmədiyinə görə razı olmuşdur. Lakin Fərhadın istədiyi 870 (səkkiz yüz yetmiş) manat pul üstündə olmadığı üçün Hacıqabul şəhərinə qayıdandan sonra göndərə biləcəyini demişdir. Həmin vaxtı Fərhad ona kart nömrəsi vermişdir ki, həmin pulu kartla göndərsin. O, Təqsirləndirilən şəxs yanında anası Elvira ilə telefon əlaqəsi yaradaraq olmuş söhbətləri ona demişdir. Anası Elvira da etiraz etməmişdir. O, Hacıqabul şəhərinə qayıdıb anası Elvira və atası Vüqarla yenə də məsləhətləşəndə onlar onun işləməyinə etiraz etməmişlər. Aradan 5-6 gün keçmişdir ki, o, evdə olmuş, anası Elvira onunla telefon əlaqəsi yaradaraq onun işlədiyi xəstəxanaya Fərhadın gəldiyini, evdən 870 (səkkiz yüz yetmiş) manat pulu gətirib ona verməyini demişdir. O da evdən anası Elviraya məxsus pulun üzərindən 870 (səkkiz yüz yetmiş) manat pul götürüb xəstəxanaya gəlmişdir. Xəstəxanada Sevlan həkimin iş otağında onun yanında Fərhadı, anası Elviranı görmüşdür. O, salamlaşandan sonra iş barəsində söhbət etmişlər, söhbət zamanı Fərhad narahat olmamağını, iş məsələsini həll edəcəyini deyib 870 (səkkiz yüz yetmiş) manat pulu almışdır. Fərhad pulu alıb çıxıb getmişdir. Aradan bir neçə gün keçəndən sonra Fərhad onunla telefon əlaqəsi yaradaraq onu Bakı şəhərinə çağırmışdır. O, Bakı şəhərinə gedib Fərhad ilə görüşmüşdür. Fərhad ona bir bank kartı açdırmağını, kartın məlumatlarını «Veysəloğlu» şirkətlər qrupuna verəcəyini deyib birgə «Rabitə» banka getmişlər. Orada onun adına kart açdırmışlar. Fərhad ondan kart məlumatlarını götürüb, gələn aydan əmək haqqının həmin karta köçəcəyini bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra o, Fərhadla telefon əlaqəsi yaratmış, Fərhad hər dəfə bir fərqli bəhanələr ilə onu aldatmağa başlamışdır. O, 3-4 ay gözləsə də, Fərhadın onu işə düzəltməyəcəyini görüb Bakı şəhərinə Fərhadın yanına getmişdir. O, Fərhaddan pulunu və ya işinin həll olunmasını istəsə də, o, bir bəhanə ilə onu aldatmağa başlamışdır. Fərhad 870 (səkkiz yüz yetmiş) manat pulu geri qaytarmamışdır. Bir müddət sonra anası Zərərçəkmiş şəxs6 ona Fərhadın yaxşı təklifinin olmasını Bakı şohərində “Mənzil İnşaat Dövlət Agentliyi” (MİDA) tərəfindən satışa çıxarılacaq evlərdən ilkin ödəniş olmaqla 2 ədəd ev almasına köməklik edəcəyini və buna görə müvafiq məbləğdə pul verəcəyini demişdir. O da anam Elviraya öznün bilməsini dedim. Sonra mənə məlum oldu ki, evlərin alınmasına görə anası Elvira Təqsirləndirilən şəxs 2020-ci il noyabr ayından tarixdən 2024-cii ilin iyun aynı akimi olan müddət ərzində 870 manat pul daxil olmaqla 35.815 (otuz beş min səkkiz yüz otuz beş) manat pul vermiş, bu günə kimi həmin pulu geri qaytarmamışdır (cild 2, i.v. 213-214). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiklərinə uyğun məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon dəmiryol xəstəxanasında həkim stamatoloq işləmişdir. O, Hacıqabul rayon dəmiryol xəstəxanasında işlədiyinə görə orada qeydiyyatçı işləyən Zərərçəkmiş şəxs6 ilə iş yoldaşı kimi tanış olmuşdur. Onların normal münasibəti olmuş və ailəvi münasibəti yaranmışdır. 11 mart 2021-ci il tarixdə Bakı şəhərində olarkən universitetdə oxuduğu zaman eyni evdə kirayə yaşadığı X7 ona zəng edərək işlədiyi “Veysəloğlu” şirkətində işçi yerinin olmasını, tanıdığı etibarlı şəxs olduğu halda ona məlumat verməyini demişdir. Elviranın oğlu Şahid2 orta məktəbi bitirdikdən sonra işsiz olduğuna görə Elvira ona oğlu Anarı işə düzəlmək istəməsini bildirməsini xatırladığına görə həmin gün Zərərçəkmiş şəxs6 zəng edərək bu barədə məlumat vermiş və oğlunun işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Fərahdın nömrəsini Elviraya vermiş və özlərinin danışmasını demişdir. Həmin gün Elvira ona Fərhadın ondan işə düzəltmək müqabilində 870 ( səkkiz yüz yetmiş) manat pul istəməsini bildirmişdir. O, Fərhad ilə telefon əlaqəsi yaradıb 870 (səkkiz yüz yetmiş) manat pulu nəyə görə istədiyini soruşmuş. Fərhad da Anarı işə düzəldəcəyi, «Veysəloğlu» şirkətinə köçürüləcəyini və buna görə qəbz veriləcəyini bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayıb Fərhadın dediklərini ona deyib pulu köçürdüyü halda qəbzi Fərhaddan almasını bildirmişdir. Fərhad pulu verdikləri günün səhəri sənədlərin təsdiq olunacağını demişdir. Elvira və o, Fərhaddan pulu köçürməsinə dair qəbzi tələb etmişlər, o, bir Anarın yaxın günlərdə işə çıxacağını, qəbzin onlara verməyə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra guya pandemiya olduğuna görə X5 işinin düzəldiyini bildirərək Anara “Veysəloğlu” şirkətinə məxsus maaşın köçməsi ilə əlaqədar çek atmışdır. Bundan sonra Fərhad fərqli bəhanələr gətirərək Elviranın oğlu Anarı işə düzəltməmişdir. Bundan 2-3 ay sonra Elvira ona Fərhad ilə danışdığını, Fərhadın ona tanışlarının olmasını, Bakı şəhərində “Mənzil İnşaat Dövlət Agentliyi” (MİDA) tərəfindən satışa çıxarılacağını, evlərdən ilkin ödəniş 10-12000 (on-iyirmi min) manat ödəməklə 15 illik kredit şərti ilə aylıq 270 (iki yüz yetmiş) manat ödəməklə ona ev ala biləcəyini dediyini bildirmişdir. O, Elviraya onunla razılaşmamasını, Anarın işini düzəltmədiyini, aldığı pulu geri qaytarmadığını və Fərhadın onu aldada biləcəyini demişdir. Bundan sonra Elvira yenidən Fərhadla danışıb öz aralarında razılığa gələrək ona Bakı şəhəri Yasam rayonunda 2 ədəd 3 və 4 otaqlı evlər almaqla razılaşmışdır. Bundan sonra Elvira Fərhada bir ev üçün 11000 (on bir) və ikinci ev üçün yenidən 11000 (on bir min) manat olmaqla ümumilikdə 22000 manat pul vermişdir. Həmin vaxtdan sonra Fərhad yenidən müxtəlif bəhanələrlə Elviranı aldatmağa başlamışdır. Fərhad onun tanışı olduğundan və Elvira ilə birlikdə işlədiyindən o, Fərhadın bu cür hərəkətlərindən narahat olaraq dəfələrlə Bakı şəhərinə onun yaşadığı evə gedərək Elviradan aldığı pulları geri qaytarmasını tələb etmişdir. 2021-ci ildə Fərhad Elviradan 22000 (iyirmi iki min) və 870 (səkkiz yüz yetmiş) manat bir olmaqla ümumilikdə 22870 (iyirmi iki səkkiz yüz yetmiş) manat pul almışdır. 2023-cü ilin mart ayının orta günləri işdə olduğu zaman Elviranın oğlu Vüsal işədiyi xəstəxanaya gələrək onun yanında Elviraya 10000 (on min) manat pul verərək həmin pulları Fərhaddan geri aldığını, Fərhadın onlara qalmış 12000 (on iki min) manat pulun yaxın vaxtlarda geri qaytaracağını demişdir. xx.xx.2024-cü il tarixdə onun xəbəri olmadan Zərərçəkmiş şəxs6 onlarla birlikdə xəstəxanada işləyən Şahid1 ilə onun üçün «MİDA»-nın tikdiyi Yasamal rayonundakı evlərdən almaq üçün Bakı şəhərinə getmələrini demişdir. Elvira və Südabə ilə səhəri günü görüşən zamanı Elvira Fərhada əlavə 3000 (üç min) manat pul verdiyini və Südabə üçün do ev danışdıqlarını, Südabə hissə-hissə Fərhada 10500 (on min beş yüz) manat pul verəcəyini bildirmişdir. Bundan sonra Elviranın guya alacağı evin içərisində olan mebellər üçün Fərhadın ondan müxtəlif məbləğlərdə pul almasını öyrənmişdir. 2024-cü ilin iyun ayına kimi olan müddət ərzində Təqsirləndirilən şəxs Elvira Abbasovdan 35000 (otuz beş min) manat pul almasını bilmişdir. Şahid1 ev ala bilmədiyinə görə Fərhaddan pulunu geri tələb etmiş, Fərhad da pulu geri qaytarmadığına görə Südabə Bakı şəhərində yaşayan qohumlarının köməkliyi ilə Fərhada verdiyi pulları geri aldığını demişdir. Həmin vaxtdan sonra Fərhadla dəfələrlə əlaqə saxlasa da, sonuncu onun telefonlarına cavab verməmişdir. O, tələbə olduğu zaman Bakı şəhərində kirayə yaşadığı evdə otaq yoldaşı Ramil, Fərhadla sinif yoldaşı olmuşdur. O, Fərhad ilə Ramilin dostu kimi tanış olmuş və ünsiyyəti olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında onun işlədiyi xəstəxanaya gəlmiş və Zərərçəkmiş şəxs6 ona 11000 (on bir) manat pulu onun yanında vermişdir. O, izahatında səhvən göstərmişdir. İfadəsində Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs verilən pulun 11000 (on bir) min manat olması düzdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 aldatmasını biləndən sonra Zərərçəkmiş şəxs6 bu barədə xəbərdarlıq etmişdir ki, Fərhada pul verməsin, lakin Elviranın onun məlumatı olmadan Fərhada müxtəlif illərdə və aylarda pul verməsini sonradan eşitmişdir. Fərhad ilə görüşüb pulu geri qaytarmasını dedikdə, o, hər dəfə bir bəhanə ilə onu da aldatmağa başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və aidiyyatı üzrə İstintaq Şöbəsinə göndərilmişdir(cild 1, i.v. 1-2); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 51); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 69); xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 03 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı həmin disklərdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında "Whatsapp" proqramı vasitəsilə aparılmış danışıqların videogörüntüyə alınması, bu zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi pulu geri qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etməsi barədə danışmaları müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, i.v. 84-87); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 94); xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında "Whatsapp" proqramı vasitəsilə aparılmış danışıqları aparılması, bu zaman Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs verdiyi pulu geri qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etməsi barədə danışmaları müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, i.v. 112-113); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 114); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 128); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20-də CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, 160-161); təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 1, i.v. 177-180); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-614/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 209- 215); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i.v. 3); 85 Saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (cild 2, i.v.15); Azərbaycan Respublikası vətəndaşının AA4461732 seriyalı şəxsiyyət vəsiqəsinin və Ağcabədi rayon Qeydiyyat Şöbəsinin AZ-İİİ seriyalı 970899 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı qızı vardır (cild 2, i.v. 18-19); təqsirləndiriln şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 45-49); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 25 noyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə uzadılmışdır (cild 2, i.v. 116-123); 27 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 arasında üzləşdirmə keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 135-136); cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli iş üzrə cinayət işi başlanılmış, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 147-148); baxış və götürmə keçirilməsinə dair 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 tərəfindən təqdim edilmiş 03 ədəd CD disk götürülmüş, Şahid4 tərəfindən təqdim edilmiş 1 saylı CD-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə 33 sayda səs yazıları və foto şəkillər vardır. Fotoşəkilə baxdıqda şəkillərin əksəriyyətinin telefon ekranından çəkildiyi, şəkillərin içərisində Şahid4 məxsus şəxsiyyət vəsiqəsinin şəklinin və müxtəlif sənədlərin şəkillərinin olması müəyyən edilmişdir. Həmin şəkillərdə ev alınması ilə bağlı yazışmaların olması və pul köçürmələrinin çeklərinin olması görünür. Səs yazılarına daxil olduqda kişi cinsli şəxsin “MİDA”ya məxsus evlərin satışını həyata keçirdiyi, müxtəlif məbləğlərdə pul tələb etməsi müəyyən edilmişdir. Şahid4 tərəfindən təqdim edilmiş 2 saylı CD-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə 4 ədəd səs yazısı 1 ədəd fotoşəkil vardır. Səs yazılarına daxil olduqda kişi cinsli şəxsin eyni qaydada Zərərçəkmiş şəxs6 alınmış evin pulunun bank hesabına ödəmək üçün getdini deməsi müəyyən olunmuşdur. CD diskdə olan fotoşəkildə “Etibarnamə məlumatı” yazılmış şəkilin olması və Təqsirləndirilən şəxs məxsus etibarnamə məlumatının yoxlanılması müəyyən edilmişdir. Şahid4 tərəfində təqdim edilmiş 3 saylı CD-diskə baxış keçirilən zaman diskdə 60 sayda səs yazılarının və fotoşəkillərin olması görünür. Fotoşəkillərə baxış aparılan zaman şəkillərin telefon ekranından çəkilməsi və Təqsirləndirilən şəxsla yazışmaları əks etdirdiyi, səs yazılarına daxil olunan zaman Fərhad adlı şəxsin Orxan adlı şəxs ilə ev alınması barədə danışıqlar aparması, “İmproteks” şirkətinə pul köçürməsi, digər səs yazısında Fərhad Vüsal adlı şəxsə rayonda olmasını, Bakı şəhərinə gələcəyini və məsələni həll edəcəyini deməsi, bundan sonrakı danışıqlarda Vüsal adlı şəxsə müxtəlif səs yazılarında ev işini həll edəcəyini, geri qaytarmaq üçün pulunun olmadığını dediyi müəyyən edilmişdir (cild 2, i.v. 163-166); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 172); təqdim olunan əşyanın köçürülməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 müxtəlif vaxtlarda "xxxx"ın Hacıqabul rayon filialından özünə məxsus olan “Birbank” ödəniş kartından Təqsirləndirilən şəxs adına olan 94756743 nömrəli kart hesabına göndərmiş olduğu pulların ödəniş kartı üzrə çıxarış götürülmüşdür (cild 2, i.v. 186-199); şəxsin törətmiş olduğu cinayət əməlinin tövsif edilməsi barədə 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 2, i.v. 215-217); təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 3, i.v. 10-12); qətimkan tədbirinin nəzərə alınması haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (cild 3. i.v. 29); cinayət işinin icraata qəbul edilməsib haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 3, i.v. 59-60); sübutların qiymətləndirilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, onun barəsində CM-nin 178.2.1, 178.2.3 və 32.4, 311-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, istintaq zamanı Şahid4 tərəfindən təqdim edilmiş 03 ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 03 ədəd DVD disk və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 3, i.v. 77-98); təqsirləndiriln şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 107-111); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün olmaqla, yəni 08 fevral 2025-ci il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs3 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********210 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs5 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********377 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs4 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********499 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs6 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********079 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs1 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********064 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir; Zərərçəkmiş şəxs2 6 saylı Bakı “Asan xidmət” mərkəzində verdiyi notarial qaydada təsdiq edilmiş **********590 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarlarından sui-istifadə edərək onları aldatmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ona oğlu Şahid2 «Veysəloğlu» şirkətlər qrupuna işə götürülməsində köməklik göstərəcəyini, bundan əlavə “Mənzil İnşaat Dövlət Agentliyi” (MİDA) tərəfindən satışa çıxarılan mənzillərdən ona alacağını; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə Təqsirləndirilən şəxs özünü «Bravo» mağazalar şəbəkəsinin baş ofisində «ƏDV» şöbəsinin mütəxəssisi kimi təqdim edərək «ƏDV» kart hesabında ƏDV yığıldığını, lakin bunu nağdlaşdıra bilmədiklərini, yalnız kredit ödəmək və ya alış-veriş etmək mümkün olduğunu bildirməklə onun banka və digər borcların qismən təmin edilməsini təşkil edəcəyi adı altında hər birinin ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pullarını ələ keçirdiklərini, lakin sonuncu tərəfindən verilən vədlərə əməl edilmədiyini və pullarının geri qaytarılmadığını qeyd edərək, Təqsirləndirilən şəxs bu minvalla onların etibarlarından sui-istifadə etdiyini və onlara maddi ziyan vurmaqla pullarını ələ keçirdiyini bildirmişlər. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş Şahid1, Şahid5, Şahid3, Şahid4 məhkəmə iclasında verdikləri ifadələri ilə, eləcə də Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadələri ilə də Təqsirləndirilən şəxs dələduzluq əməli törədərək zərərçəkmiş şəxslərə maddi ziyan vurması sübuta yetirilmiş və bununla da zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini bir daha tapmışdır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət etdiyini hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid2 «Veysəloğlu» şirkətlər qrupuna işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin oktyabr ayında Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən Dəmir yol poliklinikasının inzibati binasında Zərərçəkmiş şəxs6 870 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 870 (səkkiz yüz yetmiş) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etməsinə dair İ epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizod üzrə cinayət əməlinin 2020-ci ilin oktyabr ayında baş verməsini, müdafiə tərəfinin həmin epizodun xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 44.2-ci maddəsinə əsasən həmin epizod üzrə cəza təyin edilməməli, bu hal təqsirləndirilən şəxsə ümumilikdə cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməklə onlarla barışıq əldə etməsini (CM-59.1.12-59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 17 sentyabr 2024-cü il tarixdən 19 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM- 198.1.), iş üzrə maddi sübutlar - Şahid4 tərəfindən təqdim edilmiş 03 ədəd CD diskin, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 03 ədəd DVD diskin və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasında azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Şahid4 tərəfindən təqdim edilmiş 03 ədəd CD diskin, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 03 ədəd DVD diskin və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar