Məhkəmə qərarları › İş №1(011)-13/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-13/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-13/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, S.Ələsgərov adına incəsənət musiqi məktəbində müəllimə işləyən, məhkum olunmamış, Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 28, mənzil 29-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə xx xxxxxx 1986-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xocalı rayonu, Daşbulaq kəndində qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, 18 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən 2347/48 saylı binanın 11-ci mərtəbəsində liftdə sıxlıq olmasına baxmayaraq həmin vaxt liftlə xəstə atasını aşağı endirən qonşusu Şahid3 iradına məhəl qoymayaraq liftə daxil olub sonuncunun xəstə atasının ayağına toxunduğu üçün aralarında mübahisə yaranmış, həmin gün saat 18 radələrində qeyd olunan mübahisəni, yəni açıq-aşkar cuzi səbəbi bəhanə edərək oğlu Şahid6, başqa ünvanda yaşayan gəlini Təqsirləndirilən şəxs2 və oğlu Şahid5 ilə birlikdə yaşadığı binanın həyətinə gəlmiş, gəlini ilə birlikdə binanın 14-cü mərtəbəsinə qalxaraq qapını açan Şahid3 anası Zərərçəkmiş şəxs2 söyüb təhqir etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin mərtəbədə 7 ailənin yaşamasına fikir vermədən 15-20 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək Şahid3 anası Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələmiş, zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrinə zərbələr vuraraq sol bazu, hər iki said, hər iki əl, sağ və sol baldır nahiyyələrində qançırlar, sağ said nahiyyəsində səthi dəri yarası və sol diz oynağı nahiyyəsində sıyrıqdan ibarət ümumilikdə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonra binanın həyətinə düşərək xuliqanlıq hərəkətlərini davam etdirib həyətdə Şahid3 qardaşı Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş, ətrafda çox saylı insanların onları görməsinə fikir vermədən özünü cəmiyyətin fövqündə qoyub gəlini Təqsirləndirilən şəxs2, oğlanları Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs1lə dalaşmış, özü və gəlini Təqsirləndirilən şəxs2 əllərində olan taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, başın sol gicgah nahiyəsində hematoma və üzərində əzilmiş yara, başın təpə nahiyəsində hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən 2347/48 saylı binanın 11-ci mərtəbəsində liftdə sıxlıq olmasına görə qayınanası Təqsirləndirilən şəxs1 ilə həmin vaxt liftlə xəstə atasını aşağı endirən Şahid3 aralarında mübahisəni, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək əri Şahid5, sonuncunun qardaşı Şahid6 ilə birlikdə qayınanası Təqsirləndirilən şəxs1 yaşadığı binanın həyətinə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə binanın 14-cü mərtəbəsinə qalxaraq qapını açan Şahid3 anası Zərərçəkmiş şəxs2 söyüb təhqir etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin mərtəbədə 7 ailənin yaşamasına fikir vermədən 15- 20 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək Şahid3 anası Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələmiş, zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrinə zərbələr vuraraq sol bazu, hər iki said, hər iki əl, sağ və sol baldır nahiyyələrində qançırlar, sağ said nahiyyəsində səthi dəri yarası və sol diz oynağı nahiyyəsində sıyrıqdan ibarət ümumilikdə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonra binanın həyətinə düşərək xuliqanlıq hərəkətlərini davam etdirib həyətdə Şahid3 qardaşı Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş, ətrafda çox saylı insanların onları görməsinə fikir vermədən özünü cəmiyyətin fövqündə qoyub qayınanası Təqsirləndirilən şəxs1, əri Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs1lə dalaşmış, özü və qayınanası Təqsirləndirilən şəxs1 əllərində olan taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona sol əlin V barmağı nahiyəsində sıyrıq və bel nahiyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əri X11, oğlu Zərərçəkmiş şəxs1 və qızı Şahid3 ilə birlikdə yaşayır. 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində yaşadığı həmin mənzildə olan zaman oğlu Rüfət və qızı Sevinc də evdə olmuşlar. Həmin vaxtı mənzilin qapısı döyülmüş və yaxınlaşaraq qapını açdıqda qapının yaxınlığında iki nəfər cavan oğlan, həmçinin bir nəfər yaşlı və bir nəfər cavan qadınların dayandıqlarını görmüşdür. Sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi yaşlı qadın Sevincin yaşadığı ev olub-olmamasını soruşmuş və cavabında Sevincin anası olduğunu, nə baş verdiyini soruşmuşdur. Həmin vaxtı cavan oğlanlardan biri, yəni sonradan Şahid5 olduğunu bildiyi şəxs qızı Sevincin ünvanına xoşagəlməz sözlər deyərək Sevincin onun anasını təhqir etdiyini bildirmiş, təkrarən nə baş verməsi barədə soruşduqda Xatirə adlı qadın qızı Sevinclə onun arasında liftdə söz-söhbət olduğunu, həmin vaxtı Sevincin onun ünvanına nalayiq sözlər dediyini bildirmişdir. Xatirəyə yəqin ki, Sevinci təhqir etdiyinə görə Sevincin də ona cavab verdiyini demişdir. Bu zaman Xatirə qəflətən əli ilə onun sifət nahiyəsinə vurmuş, daha sonra yanında olan, sonradan gəlini olduğunu bildiyi Təqsirləndirilən şəxs2 ilə Xatirə birlikdə əlləri ilə onun sinəsindən və qollarından tutub mənzilə tərəf itələmiş, müvazinətini itirib mənzilin dəhlizinə yıxılmışdır. Həmin vaxtı sağ qolu qapının kilidinə ilişərək sıyrılmış, həmçinin ayaqlarına xəsarət yetirilmişdir. Bu zaman oğlu Rüfət mənzilin dəhlizinə gəlmiş və dəhlizdə olan döşəmə silmək üçün nəzərdə tutulmuş taxtanı götürüb, həmin dörd nəfəri itələyərək mənzildən çıxartmış, Rüfətin əlində olan taxta parçası həmin şəxslərdə qalmışdır. Qapını bağlasa da, onlar qapını təpikləməyə, ünvanlarına nalayiq sözlər deməyə davam etmiş, qapının tutacağı və şüşəsi sınmışlar. Evin yataq otağında yatmış qızı Sevincə yaxınlaşıb baş verənlər barədə ona danışmış, Sevinc isə 102 zəng mərkəzinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Xatirə və onun yanında olan şəxslər sakitləşmiş və pəncərədən binanın həyətinə baxdıqda görmüşdür ki, həmin şəxslər artıq binanın həyətindədirlər. Bu zaman oğlu Rüfət mənzildən çıxıb binanın həyətinə düşmüş və ünvanlarına nalayiq sözlər demələrini onlara irad kimi bildirmişdir. Bu zaman Xatirə əlində olan taxta parçası ilə Rüfətin baş nahiyəsinə bir neçə dəfə vurmuş və Rüfət zərbənin təsirindən yerə yıxılmış, taxta parçası iki hissəyə bölünmüşdür. Daha sonra Xatirə və gəlini Nuranə sınmış taxta parçaları ilə oğlu Rüfətin kürəyinə və bədəninin müxtəlif nahiyyələrə zərbə vurmağa davam etmişlər. Bu zaman Tuncay da əli ilə və ayağı ilə Rüfətin müxtəlif bədən nahiyyələrinə vurmuşdur. Ona görə də qızı Sevinclə birlikdə mənzildən çıxıb binanın həyətinə qaçmış Rüfəti yerə yıxılmış vəziyyətdə görmüşlər. Bundan sonra hadisə baş verən yerə gələn polis əməkdaşları davadalaşı sakitləşdirmiş və onları polis bölməsinə aparmışlar. Şahid6 ifadəsində göstərdikləri tamamilə yalandır, belə ki, həmin hadisə zamanı oğlu Rüfət heç kimi vurmamış, əlində olan taxta parçası ilə onları itələyib mənzildən çıxarmışdır. Şahid6, Təqsirləndirilən şəxs1 və Şahid5 bədənləri üzərində müəyyən edilmiş xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməklə əmələ gəlməsini bilmir. Hadisənin şahidləri yaxınlıqda yaşayan və hadisə baş verən zaman hadisə yerinin yaxınlığından keçən tanımadığı şəxslər olmuşlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq onlara ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, müddətli həqiqi hərbi xidmətdə olması səbəbindən məhkəmə iclasına gəlməmiş, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Müddətli həqiqi hərbi xidmətdə olduğu N saylı hərbi hissə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlar barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, atası Mahmud, anası Sevda və bacısı Sevinclə birlikdə yaşayır. Orta məktəbi yenicə bitirmişdir. 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman anası və bacısı da evdə olmuşlar. Həmin vaxtı öz otağındakı çarpayıda uzanıb mobil telefonun qulaqcığından istifadə etməklə kinoya baxmış və otağının qapısını bağlamışdır ki, heç kim mane olmasın. Daha sonra ayaqyoluna getmək üçün otağından dəhlizə çıxmış və görmüşdür ki, ikisi qadın olmaqla 4 nəfər tanımadığı şəxs anası ilə mübahisə edərək ona əl-qol atırlar. Dərhal evin dəhlizində olan döşəmə silmək üçün istifadə edilən ağacı götürüb həmin şəxsləri çölə itələmiş, anası isə qapını bağlamışdır. Döşəmə silmək üçün istifadə edilən döşəmə ağacı həmin şəxslərdə qalmışdır. Həmin şəxslər təpiklə, eləcə də həmin taxta ilə qapıya vurmuş, qapının tutacağı və şüşəsi sınmışdır. Daha sonra həmin şəxslər oradan uzaqlaşmış, binanın həyətinə çıxıb nalayiq sözlər işlətdiklərinə görə həmin şəxslərə iradını bildirmişdir. Bu zaman Xatirə adlı qadın əlində olan ağacla onun baş nahiyəsinə arxa tərəfdən bir dəfə zərbə vurmuş, zərbənin təsirindən başı silkələnmiş və yerə yıxılmış, başından qan axmağa başlamışdır. Sonradan gəlinləri olduğunu öyrəndiyi şəxs əlindəki taxta parçası ilə onun baş, bel nahiyələrindən zərbələr vurmağa başlamış, zərbələrin təsirindən huşunu itirmişdir. Bu zaman adının Tuncay olduğunu bildiyi şəxs də həmin yerdə olmuş, lakin digər şəxs oradan getmişdir. Yaranmış səs-küyə Xatirənin adını bilmədiyi əri gəlib dava-dalaşı sakitləşdirməyə, onları aralaşdırmağa çalışmışdır. Daha sonra hadisə baş verən yerə polis əməkdaşları gələrək hər kəsi sakitləşdirmişlər. Hadisə baş verən zaman yaranmış səsküyə binanın sakinləri toplaşmış, hadisə təxminən 20 dəqiqə davam etmişdir. Xatirə və onun ailə üzvləri onun yaşadığı mənzilə gələn zaman mənzilin qapısını anası Sevda açmış, özü həmin vaxtı yataq otağında qulağında qulaqcıq olduğu üçün dəhlizdə olan səsküyü eşitməmişdir. Bacısı Sevinc isə yataq otağında yatmışdır. Otağından çıxarkən dəhlizdə anası ilə tanımadığı şəxslərin mübahisə etdiklərini və anasının üzərinə hücum çəkdiklərini görmüş, bu zaman döşəmə silmək üçün nəzərdə tutulan taxta ilə onları itələyib qapını bağlamışdır. Sonra bacısı Sevinc bu barədə 102 zəng mərkəzinə məlumat vermişdir. Xatirə və ailə üzvləri isə binanın həyətində ünvanlarına nalayiq sözlər dediklərinə görə əsəbləşərək aşağıya düşmək qərarına gəlmiş, bu zaman blokda olarkən bacısı Sevinc, anası Sevda və qonşuluqlarında yaşayan Elnarə adlı qadın qarşısını almağa çalışsalar da aşağıya düşmüş, bu zaman yanında heç kim olmamış, həmçinin əlində heç bir əşya olmamışdır. Həmin vaxtı yenidən aralarında mübahisə baş vermiş, Xatirə və gəlini Nuranə onu əllərindəki taxta parçası ilə vurmuşlar. Belə ki, onu vurmasın deyə gəlini kənara itələdikdə, Xatirə əlindəki taxta parçası ilə arxadan baş nahiyəsinə vurduqda yerə yıxılmış və Nuranə onu taxta ilə kürəyindən vurmuş, Tuncay isə təpikləmişdir. Həmin vaxtı Orxan orada olmamışdır. Hadisə zamanı heç kimi bıçaqla vurmamış, qonşuluğunda yaşayan Elnarə blokda və binanın direktoru olan Böyükağa adlı şəxs isə binanın həyətində şahid olmuşlar ki, hadisə vaxtı tək olmuş və əlində heç bir əşya olmamışdır. Qardaşı Fuad hadisə baş verən yerə polis əməkdaşları gəldikdən sonra gəlmiş və onu Polis Şöbəsinə aparmışdır. Xatirənin əri Vaqif həyətə sonda gəlmiş, heç kimi vurmamışdır. Binanın həyətində olarkən Xatirə və Nuranənin əlində taxta parçası olmuş, Nuranə onu kürəyinə həmin taxta ilə vurduqda taxta sınaraq iki hissəyə bölünmüş, Xatirənin əlində olmuş taxta parçasını haradan əldə etməsini bilməmişdir. Şahid6 və ümumiyyətlə heç kimə bıçaqla xəsarət yetirməmişdir. Belə ki, əgər Orxanın boyun nahiyyəsinə bıçaqla zərbə endirsəydi, bu halda zərbə daha ağır nəticələrə səbəb olardı, lakin, onları çölə itələdikdən sonra Orxan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2019-cu il tarixdə dükanda olmuş, oğlu zəng edərək iki xanım və iki oğlanın onların yaşadığı mənzilin qapısını döyərək qonşuları Sevinc və Sevdanı axtardıqlarını bildirmiş, oğluna qapını açmamasını demişdir. İdarə etdiyi **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gəlmiş, avtomobildən düşərkən binanın həyətində çoxlu sayda şəxslərin yığışdığını görmüş və səs-küy eşitmişdir. Həmin binanın yaşadığı 14-cü mərtəbəsinə lift vasitəsilə qalxmış, liftdən çıxıb bloka keçərkən dava dalaş olduğunu, iki xanım və iki oğlanın Sevda xanımın mənzilinin qapısını açmağa çalışdığını və təpiklə mənzilin qapısına vurduğunu görmüşdür. Mənzilin qapısının üstündə olan şüşə sınmış, Sevda xanımın əli qapının arasında qalıb qanamışdır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sevda xanımı hədələmiş, əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrinə zərbələr vurmuşlar. Həmin vaxt Rüfət arxa tərəfdə olmuş, sonradan adını bildiyi Tuncay Rüfətə “aşağı düş gör neynəyəcəm” demiş, bundan sonra Rüfət binanın həyətinə qaçmış, o, da Sevinclə birlikdə aşağı düşməyə başlamışdır. Aşağıda Təqsirləndirilən şəxs1 və Vəliyeva X2 davam etmiş, Rüfət onlara söyməməsini demiş, bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rüfətin üzərin hücm çəkmiş, Nuranə maşının altından götürdüyü taxta parçası (pol ağacı) ilə Rüfətin başına vurmuş, taxta parçası iki hissəyə bölünmüş, Rüfətin başı qanamış və aşağı çökmüşdür. Rüfəti daha çox Nuranə vurmuş, Tuncayla Xatirə xanım arxadan gələrək Rüfəti vurmağa başlamışlar. Rüfət özünü müdafiə etmiş, Rüfətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vumasını görməmişdir. Rüfəti onların əlindən o, Böyükağa müəllim və Xatirənin əri almışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nalayiq ifadələr işlətmiş, səs-küyə ətrafa xeyli insan toplaşmış, qonşular narahat olmuş, binaya giriş-çıxış çətinləşmişdir. Hazırkı ifadəsi həqiqəti əks etdirmiş, istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli binanın direktoru işləyir. 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində həmin binanın həyətində nalayiq sözlər eşitdikdə nə baş verməsini bilmək üçün səs-küy gələn yerə yaxınlaşmış, binanın sakini olan Təqsirləndirilən şəxs1, qara rəngli geyimdə olan digər qadın və saqqallı, hündür boylu bir oğlanın nalayiq ifadələr işlətdiklərini görmüşdür. Həmin şəxslər yuxarı qalxmış, binadan səs-küy eşidilmiş, bir müddət sonra aşağı düşmüşlər. Bundan sonra həmin binada yaşayan Zərərçəkmiş şəxs1 binadan çıxıb həmin şəxslərə nalayiq sözlər işlətməmələrini demiş, Rüfət və saqqallı oğlan biri-birilərini əlləri ilə itələməyə başlamışlar. Bu zaman bəstə boylu qadın əlində olan təxminən 1 metr, 50 santimetr ölçüdə ağac parçası – pol taxtası ilə arxa tərəfdən Rüfətin baş nahiyəsinə vurmuş, Rüfət isə əlləri ilə başını tutub aşağı çökmüşdür. Həmin vaxtı Rüfətin ailə üzvləri də həmin yerə gəlmiş, lakin heç nəyə müdaxilə etməmişlər. Sonradan adını bildiyi Nuranənin Rüfətin başından bir dəfə vurmasının şahidi olmuşdur. Aşağıda Xatirə xanım və Nuranə xanım söyüş söymüş, qarşı tərəf onlara söyüş söyməmələrini bildirmişdir. Sevinc, Sevda və Rüfət Xatirə və Nuranəni vurmamış, Xatirə xanımın xəsarəti necə almasını bilməmişdir. Binanın həyətində müşahidə kamerası olmuş, lakin həmin vaxt işlək vəziyyətdə olmamışdır. Taxta parçası Nuranənin əlində olmuş, Rüfəti Nuranə taxta parçası ilə vurmuş, Xatirə xanımın Rüfəti vurmasını görməmişdir. Aşağıda Xatirə xanım və Nuranə xanım söyüş söymüş, baş vermiş hadisəyə görə binanın həyətinə insanlar toplaşmış, binaya gediş-gəliş çətinləşmiş, binada yaşayanların dincliyi pozulmuşdur. Nuranənin taxtanı hardan əldə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində atası şəkərli diabet xəstəsi olduğu üçün birlikdə DİN-nin Hospitalına getmək məqsədi ilə yaşadığı binanın 14-cü mərtəbəsində liftə daxil olmuş, bu zaman adının sonradan Xatirə olduğunu bildiyi şəxs də 11-ci mərtəbədə liftə daxil olmuşdur. Xatirə liftə daxil olarkən liftdə yer olmamışdır. Belə ki, həmin vaxtı liftdə tanımadığı 3 nəfər də olmuşdur. Xatirə liftə daxil olarkən onu itələdiyinə görə liftdə olan yaşlı bir qadının üstünə yıxılmışdır. Xatirəyə irad tutaraq bir az yavaş olmasını demişdir. Xatirə isə onu təhqir edərək “işinin üstünə yıxılmamısan ki” deyə cavb vermişdir. Liftdə Xatirə ilə aralarında sözlə mübahisə baş vermiş, atası onu sakitləşdirməyə çalışmışdır. Binanın 1-ci mərtəbəsinə çatdıqda hamı liftdən çıxmış, mübahisə uzanmasın və Xatirə getsin deyə atası onu blokda saxlamışdır. Biz qədər gözlədikdən sonra blokdan binanın həyətinə çıxarkən Xatirənin onları gözlədiyini görmüşdür. Bu zaman Xatirə yenidən onu təhqir etməyə başladıqda Xatirənin cavabını vermiş, daha sonra atası ilə birlikdə avtomobilinə əyləşərək oradan uzaqlaşmışlar. Həmin günü saat təxminən 15 radələrində yaşadığı evə qayıtmış, öz otağında yatmışdır. Saat təxminən 18 radələrində anası onu yuxudan oyatmış və evə bir neçə şəxs gəlib onları döydüyünü demiş, bu səbəbdən polisə məlumat verməsini demişdir. Həmin şəxslər dörd nəfər olmuş, ikisi qadın, ikisi oğlan olmuşdur. Həmin şəxslər onları söymüş, onları bir təhər mənzildən çıxara bilmişlər. Həmin şəxslər aşağı düşməyə başlamış, oğlanlar Rüfəti söyüb aşağı çağırmışlar. Rüfət əllərindən çıxıb aşağı qaçmışdır. Qonşuları Elnarə ilə Rüfətin arxası ilə aşağı düşməyə başlamış, blokun pəncərəsindən baxdıqda Nuranənin əlində olan taxta parçası ilə Rüfətin başından vurdğunu, Rüfətin aşağı çökdüyün görmüşdür. Həyətə düşmüş, taxta parçasının sınmış bir hissəsinin Xatirənin, digər hissəsinin Nuranənin əlind olduğunu və həmin taxta parçaları ilə Rüfəti vurduqlarını görmüş, Tuncay da əli və ayağı ilə Rüfəti vurmuşdur. Polis əməkdaşları gələrək onları Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, valideynləri X7 və Zərərçəkmiş şəxs2 ilə eyni yaşayış binasının ayrı-ayrı mərtəbələrində, yəni valideynləri həmin binanın 14-cü, özü isə 16-cı mərtəbəsində yaşayır. 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində ailə üzvlərini idarə etdiyi BMW markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan qayınatasının evindən götürüb yaşadığı mənzilə gələrkən bacısı Şahid3 zəng edərək mənzillərinə başqa bir ailənin gələrək qapını sındırdıqlarını, anasını və qardaşı Zərərçəkmiş şəxs1 döydüklərini bildirmişdir. Yaşadığı binanın həyətinə çatanda görmüşdür ki, həyətə polis əməkdaşları və çoxlu sayda tanımadığı şəxslər toplaşmışlar. Yaxınlaşıb baxdıqda qardaşı Rüfətin başının arxa tərəfinin qanamış vəziyyətdə olduğunu görmüş, daha sonra polis əməkdaşları dava-dalaş edən şəxsləri Polis Şöbəsinə aparmışlar. Baş vermiş həmin dava-dalaşa heç bir müdaxilə etməmiş, “Qoca” adlı şəxsi tanımır, hadisə baş verən yerə gələrkən qardaşından başqa anası Zərərçəkmiş şəxs2 hər iki qolunun qanlı vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir, 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman anası Təqsirləndirilən şəxs1 mobil telefonla arvadı Təqsirləndirilən şəxs2 zəng etmiş və onunla danışdıqdan sonra Nuranə demişdir ki, həmin günü səhər saatlarında anasının qonşuluğunda yaşayan tanımadığı qadınla anasının arasında, binanın liftində yaranmış sıxlığa görə sözlə mübahisə yaranmışdır. Ona görə də dərhal arvadı Nuranə və həmin vaxt yaşadığı evdə olan qardaşı Şahid6lə birlikdə özünə məxsus Lexus markalı ** RK *** nömrəli avtomobillə anasının yaşadığı Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən evin qarşısına getmişdir. Həmin evin qarşısına çatanda avtomobili saxlamış və birlikdə avtomobildən düşdükdə atası Şahid7 binanın qarşısında olduğunu görmüşdür. Daha sonra atası ilə baş vermiş hadisənin səbəbi barədə söhbət etməyə başlamış, arvadı Nuranə və qardaşı Orxan birlikdə valideynlərinin yaşadığı mənzilə qalxmışlar. Təxminən 10 dəqiqədən sonra valideynlərinin yaşadığı binanın yuxarı mərtəbəsindən səs-küy gəldiyini eşitmiş və az sonra qardaşı Orxan binanın girişindən çıxdıqda onun boyun nahiyyəsindən qan axdığını görmüşdür. Nə baş verdiyini soruşduqda Orxan demişdir ki, özünü pis hiss edir, onu döyüblər. Həmin vaxtı anası ilə arvadı da binadan çıxmış və yaşadıqları binanın 14-cü mərtəbəsində yaşayan, sonradan adının Rüfət olduğunu bildiyi şəxs tərəfindən döyüldüklərini bildirmişlər. Ona görə də atası, anası və arvadı birlikdə binanın qarşısında saxladığı avtomobilinə əyləşərək baş vermiş hadisə ilə əlaqədar şikayət etmək məqsədi ilə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmək qərarına gəlmişlər. Həmin vaxtı üç nəfər əvvəllər tanımadığı oğlanlar onlara tərəf yaxınlaşmış və ünvanlarına nalayiq sözlər deməyə başlamışlar. Bu zaman iki nəfər əvvəllər tanımadığı oğlanlar qollarını tutmuş, adının sonradan Rüfət olduğunu bildiyi oğlan isə yumruqla bir neçə dəfə baş nahiyəsinə vurmuş, tanımadığı iki nəfər isə ayaqları ilə ayaq nahiyələrinə vurmağa başlamışlar. Bunu gördükdə atası, anası və arvadı yaxınlaşaraq həmin şəxsləri sakitləşdirməyə çalışmışlar. Bu zaman Rüfət ayağı ilə atasını vurmuş və zərbədən atası yerə yıxılmış, digər iki nəfər isə anasını və arvadını ayaqları ilə vurmağa başlamışlar. Bundan sonra birtəhər yerdən qalxıb atası, anası və arvadı ilə birlikdə özünə məxsus avtomobilə tərəf getmək istəsələr də Rüfət, həmçinin onun yanında olan iki nəfər tanımadığı şəxslər əlləri və ayaqları ilə onları vurmağa davam etmişlər. Həmin vaxtı polis əməkdaşları xidməti avtomobillə yaxınlaşaraq onu avtomobillə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman Rüfət də həmin polis şöbəsinə gəlmiş, polis əməkdaşlarına baş vermiş hadisə ilə əlaqədar məlumat verib, ərizə ilə müraciət etmişdir. 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində baş vermiş həmin hadisə zamanı heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir, hadisə zamanı adının sonradan Rüfət olduğunu bildiyi şəxs yumruqla bir neçə dəfə baş nahiyəsinə, tanımadığı digər iki nəfər isə əlləri və ayaqları ilə ayaq, sinə, kürək, qarın nahiyələrinə vurub ona xəsarət yetirmişlər. Məhkəmə tibbi ekspertizasından keçən zaman yalnız baş nahiyəsində xəsarətlər aşkar edilsə də, bədəninin digər nahiyələrində xəsarətlər aşkar edilməmişdir. Lakin, tanımadığı iki nəfər şəxslər əlləri və ayaqları ilə baş, kürək, qarın və ayaq nahiyələrinə vurmuşlar. Yuxarıda qeyd etdiyi hadisə zamanı Rüfət adlı şəxs binanın yuxarı mərtəbəsindən onlara tərəf taxta parçası atmış, lakin, həmin taxta parçası heç kimə dəymədiyinə görə xəsarət yetirməmişdir. Hadisə baş verən zaman hadisə yerində olmuş tanımadığı şəxslər hadisənin şahidləri olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində qardaşı Tuncaya məxsus Türkan qəsəbəsində yerləşən bağ evində Tuncay və onun arvadı Nuranə ilə birlikdə olan zaman anası Xatirə, Nuranəyə zəng edərək bildirmişdir ki, yaşadıqları binanın yuxarı mərtəbəsində yaşayan sonradan adının Sevinc oğluduğunu bildiyi şəxs anasını nalayiq sözlərlə təhqir etmiş və bununla əlaqədar anasının halı pisləşmişdir. Ona görə də Tuncay və Nuranə ilə birlikdə qərara almışlar ki, həmin binaya gedib anasını təhqir edən Sevincin ailəsi ilə danışıb məsələyə aydınlıq gətirsinlər. Beləliklə, həmin günü saat 18 radələrində ünvan 3 saylı binanın qarşısına gəlmiş, daha sonra Nuranə ilə birlikdə yuxarıya qalxmışlar ki, anası Xatirə və Nuranə, Sevincin valideynləri ilə danışıb məsələyə aydınlıq gətirsinlər, özü isə yaşadığı mənzilə əynini dəyişmək üçün getmişdir. Mənzildə olan zaman yuxarıdan qışqırıq səsləri eşitmiş, dərhal yuxarıya qalxmış və sonradan adının Rüfət olduğunu bildiyi şəxsin sağ əlindəki döşəməni silmək üçün nəzərdə tutulan taxta ilə anası Xatirənin sol sinə nahiyyəsinə, Nuranənin isə baş nahiyyəsinə dayanmadan zərbələr yetirdiyinin şahidi olmuşdur. Bu zaman onları müdafiə etmək üçün Rüfətin qarşısına keçmiş, taxta parçasını onun əlindən almağa cəhd etmişdir. Həmin vaxtı Rüfət onun başının arxa nahiyəsindən taxta ilə zərbə endirmiş, zərbə nəticəsində başının arxasından qan gəlməyə başlamışdır. Xəsarət aldıqdan sonra anası Xatirə və Nuranəni binanın həyətinə aparmış, qardaşı Tuncay da orada olmuşdur. Başından qan gəldiyi üçün yaşadıqları binanın əks tərəfində yerləşən aptekə getmiş, aptekdən sarğı alıb başını aptekin qarşısında dayanaraq sarımış, özünü pis hiss etmişdir. Bir müddət sonra anası Xatirəyə zəng edib halını soruşmuş, anası bildirmişdir ki, hadisə ilə bağlı polis bölməsindədirlər. Sevincin yaşadığı mənzilin qarşısında səs-küyə görə gedərkən Rüfət əlindəki taxta ilə onun boyun nahiyəsinə zərbə endirmiş, həmin vaxtı həmçinin boyun, sağ kürəküstü, döş qəfəsinin arxa səthi nahiyyəsində sıyrıqlar, sağ çiyin qurşağı və sağ bazu nahiyyələrində qançırlar əmələ gəlmişdir. Məhkəmə tibbi ekspertizasından keçərkən süründürməçiliyə mərzur qaldığı üçün artıq yaranın üzəri bağlanmış, bu səbəbdən hər hansı kəsik müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun arvadıdır. 18 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı evə gəlmiş və arvadı Xatirədən eşitmişdir ki, həmin günü səhər saatlarında qonşuluqlarında yaşayan tanımadığı qadınla aralarında, binanın liftində yaranmış sıxlığa görə sözlə mübahisə yaranmışdır. Bundan sonra arvadı Xatirə bu barədə mobil telefon vasitəsilə oğlu Tuncayın arvadı Nuranəyə məlumat vermiş, həmin günü saat 16 radələrində yaşadığı mənzildən çıxıb binanın qarşısına çıxmış, az sonra oğlanları Tuncay, Orxan və Tuncayın arvadı Nuranə birlikdə Tuncaya məxsus Lexus markalı ** RK *** nömrəli avtomobillə yaşadığı Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən evin qarşısına gəlmişlər. Orada Tuncayla baş vermiş hadisənin səbəbi barədə söhbət etməyə başlamış, digər oğlu Orxan isə gəlini Nuranə ilə birlikdə yaşadığı mənzilə qalxmışlar. Təxminən 10 dəqiqədən sonra binanın yuxarı mərtəbəsindən səs-küy gəldiyini eşitmiş və az sonra oğlu Orxan binanın girişindən çıxdıqda onun boyun nahiyyəsindən qan axdığını görmüşdür. Nə baş verdiyini soruşduqda Orxan demişdir ki, onu döyüblər. Həmin vaxtı arvadı Xatirə və gəlini Nuranə birlikdə yaşadıqları binadan çıxmış və binanın 14-cü mərtəbəsində yaşayan, sonradan adının Rüfət olduğunu bildiyi şəxs tərəfındən döyüldüklərini bildirmişlər. Ona görə də arvadı Xatirə, oğlu Tuncay və gəlini Nuranə birlikdə binanın qarşısından aralaşaraq Tuncaya məxsus avtomobilə tərəf addımlamağa başlamışlar. Məqsədləri baş vermiş hadisə ilə əlaqədar şikayət etmək məqsədi ilə Xətai rayon polis idarəsinin 34-cü polis şobəsinə getmək olmuşdur. Həmin vaxtı üç nəfər əvvəllər tanımadığı oğlanlar yaxınlaşaraq ünvanlarına nalayiq sözlər deməyə başlamış, iki nəfər əvvəllər tanımadığı oğlanlar Tuncayın qollarından tutmuş, adının sonradan Rüfət olduğunu bildiyi oğlan isə yumruqla Tuncayın baş nahiyəsinə vurmağa başlamışdır. Bunu gördükdə yaxınlaşaraq həmin şəxsləri sakitləşdirməyə çalışmış, bu zaman Rüfət əli ilə onu vurmuş və zərbədən yerə yıxılmışdır. Rüfət daha sonra arvadı və gəlinini vurmağa başlamış, bundan sonra polis əməkdaşları xidməti avtomobillə hadisə baş verən yerə gəlib onları Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Həmin hadisə zamanı heç kimi vurmamış, heç kimə xəsarət yetirməmiş, hadisə zamanı adının sonradan Rüfət olduğunu bildiyi şəxs əli ilə onu itələdikdə yerə yıxılmış, lakin, heç bir xəsarət almamışdır. Hadisə baş verən zaman hadisə yerində olmuş tanımadığı şəxslər hadisənin şahidləri olmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Süleyman Ələsgərov adına incəsənət musiqi məktəbində müəllimə işləyir. 18 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində işə getmək məqsədi ilə yaşadığı binanın liftinə daxil olmuş, insanlar çox olduğu üçün üzr istəmişdir. Liftdə olarkən sonradan adının Sevinc olduğunu öyrəndiyi şəxs ona söz ataraq sıxlıq yaratdığını bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmış və binanın həyətinədək davam etmişdir. Öz avtomobilinə əyləşərkən ondan polisə şikayət edəcəyini bildirmiş, daha sonra oradan uzaqlaşıb iş yerinə getmiş, iş yerində 102 zəng mərkəzinə məlumat vermiş və ərizə yazaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin dəftərxanasına təqdim etmişdir. Bu zaman dəftərxanadan sahə inspektorunun mobil nömrəsini istəmiş, daha sonra yaşadığı binaya gəlib liftə daxil olaraq 11-ci mərtəbəyə, yaşadığı mənzilə qalxmaq istəyərkən liftə sonradan adının Rüfət olduğunu öyrəndiyi şəxs əlində formasını və rəngini xatırlamadığı bıçağı nümayiş etdirərək toxundurmadan hədələyib, onun bacısından şikayət etməsini, təcili şikayətini geri götürməsini, əks təqdirdə onu öldürəcəyini demişdir. Baş verənlərdən qorxmuş, mənzilinə gəlib gəlini Nuranəyə zəng etmiş və baş verənlər barədə ona bildirmişdir. Nuranə isə onun halının pis olduğundan narahat olub oğlu Tuncay və Orxanla birlikdə gələcəyini bildirmişdir. Bundan sonra polis sahə inspektoruna zəng edib köməyə ehtiyacının olduğunu, həyatına təhlükə olduğunu bildirmiş, sahə inspektoru iclasda olduğunu və gələcəyini demişdir. Həmin günü saat 18 radələrində oğlu Tuncay, gəlini Nuranə və oğlu Orxan yaşadığı evə gəlmiş, binanın həyətində görüşmüş, Rüfətin yaşadığı mənzilin 14-cü mərtəbədə yerləşdiyini qonşulardan öyrənmiş, gəlini Nuranə ilə birlikdə həmin mənzilə qalxmış, oğlu Orxan isə öz mənzillərinə paltarını dəyişməyə qalxmışdır. Mənzilə yaxınlaşıb qapını döymüş, bu zaman Rüfət qapını açmış, onu görən kimi heç bir aydınlıq gətirmədən döşəməni silmək üçün istifadə edilən taxta parçası ilə onun və gəlini Nuranənin üstünə şığımış, bu zaman Orxan səsə gəlib Rüfətin qarşısını almağa çalışarkən Rüfət həmin taxta ilə Orxanın boynunun arxa nahiyyəsinə zərbə endirmiş, daha sonra təpik və yumruqları ilə bədəninin arxa nahiyəsinə zərbələr endirmişdir. Rüfətin əlindən qaçıb binanın həyətinə düşmüş, Orxanın boyun nahiyəsində kəsik izləri görmüşdür. Binanın həyətində olarkən Tuncay da orada olmuş və səsə əri Vaqif gəlmişdir. Bu zaman Rüfət binanın həyətinə, onların arxasınca gəlmişdir. Binanın həyətinə düşənədək Rüfətin qardaşları Qoca və adını bilmədiyi şəxs onları vurmaq məqsədi ilə orada olmuşlar. Həmin qardaşlar binanın yaxınlığında olan avtoyuma məntəqəsində işləyirlər. Bu zaman Rüfətin əlində həmin taxta parçasının hissələri olmuş, həmin iki qardaş Tuncayı kənara çəkmək istəmişlər. Bu zaman Rüfət yumruq və təpikləri ilə Tuncayın bədəninin müxtəlif nahiyələrinə, həmçinin baş nahiyəsinə vurmağa başlamış, əri Vaqif onları ayırmaq istədikdə onu da təpiklə qarın nahiyəsinə vuraraq yerə yıxmışlar. Həmçinin, Rüfət təpiklə onun döş qəfəsinin sağ yanından vuraraq yerə yıxmış, bu zaman Tuncay 102 zəng mərkəzinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrkən Rüfət oradan qaçmış, polis əməkdaşları aranı sakitləşdirdikdən sonra polis şöbəsinə getmişlər. Hadisə zamanı dəqiq olaraq Rüfətin əlində bıçaq görməmiş, lakin xəsarətin xarakterinə baxanda yəqin etmişdir ki, Orxana xəsarət bıçaqla yetirilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri yalandır, özünü müdafiə xarakteri daşıyır. Özü, həmçinin gəlini Nuranənin fiziki cəhətdən Rüfətə xəsarət yetirməsi qeyri mümkündür. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Bədəni üzərində aşkar edilmiş xəsarətlər, Rüfətin onu binanın blokunda və həyətində taxta parçası, yumruq və təpiklə vurması nəticəsində yaranmışdır. Belə ki, blokda olarkən döşəmə silmək üçün nəzərdə tutulan taxta ilə oğlu Orxanı onun əlindən almaq üçün qarşısına keçdikdə Rüfət taxta parçası ilə onun qoluna vurmuş, binanın həyətində olarkən isə təpiklə bel nahiyəsinə vurmuşdur. Hadisə zamanı yaxınlıqda heç kim olmamışdır, ailə üzlərinin bu işdə heç bir günahı yoxdur, xüsusən də gəlini Nuranənin heç bir təqsiri yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayında Şahid5 ilə ailə qurmuş və birgə nigahdan bir qızı dünyaya gəlmişdir. 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman qayınanası Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib həmin günü səhər saatlarında qonşuluqlarında yaşayan tanımadığı qadınla binanın liftində yaranmış sıxlığa görə sözlə arasında mübahisə yarandığını demişdir. Bu barədə Tuncaya demiş və Tuncay, onun həmin vaxt yaşadıqları evdə olan qardaşı Şahid6lə birlikdə Tuncaya məxsus Lexus markalı ** RK *** nömrəli avtomobillə qayınasının yaşadığı Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən evin qarşısına getmişlər. Binanın qarşısına çatdıqda Tuncay avtomobili saxlamış və birlikdə avtomobildən düşdükdə qayınatası Şahid7 binanın qarşısında dayandığını görmüşlər. Daha sonra Orxanla birlikdə Tuncayın valideynlərinin yaşadığı mənzilə qalxmış, Tuncay və atası isə binanın qarşısında qalmışlar. Bundan sonra qayınanası Xatirə ilə birlikdə binanın 14-cü mərtəbəsinə, qayınanası Xatirənin mübahisə etdiyi tanımadığı qadının yaşadığı mənzilə qalxmış, mənzilin qapısını döydükdə adının sonradan Rüfət olduğunu bildiyi şəxs qapını açmışdır. Həmin vaxtı Rüfət onu əlləri ilə kənara itələdiyinə görə qışqırmış, yaranmış səs-küyə qaynı Orxan da 14-cü mərtəbəyə qalxmışdır. Rüfət isə yaşadığı mənzildən götürdüyü pol ağacı ilə qayınanası Xatirənin bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bunu gördükdə Orxan yaxınlaşmış, Rüfət əlində olan pol ağacı ilə Orxanın bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Orxan xəsarət aldığına görə aralaşıb aşağı düşmüş, onun ardınca isə qayınanası ilə birlikdə binanın qarşısına çıxmışlar. Həmin vaxtı Tuncaya, binanın 14-cü mərtəbəsində yaşayan, sonradan adının Rüfət olduğunu bildiyi şəxs tərəfindən döyüldüklərini demiş, bundan sonra birlikdə Tuncayın binanın qarşısında saxladığı avtomobilə əyləşərək baş vermiş hadisə ilə əlaqədar şikayət etmək məqsədi ilə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmək qərarına gəlmişlər. Həmin vaxtı Rüfət və iki nəfər əvvəllər tanımadığı şəxslər yaxınlaşaraq ünvanlarına nalayiq sözlər demiş, Tuncayın bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Həmçinin, qeyd etdiyi şəxslər Tuncayı döydüklərinə görə əlləri ilə Rüfətin bədəninin müxtəlif nahiyələrinə vurmuş və Rüfət də ayağı ilə onun qarın nahiyəsinə vurmuşdur. Qayınatası Vaqif yaxınlaşaraq həmin şəxsləri sakitləşdirməyə çalışmış və Rüfət ayağı ilə qayınatasını da vurmuşdur. Həmin vaxtı polis əməkdaşları xidməti avtomobillə hadisə baş verən yerə gəlmiş və Tuncayı avtomobillə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə aparmışlar. Hadisə zamanı adının sonradan Rüfət olduğunu bildiyi şəxs əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Hadisə zamanı qayınanası Xatirə Rüfəti vurmamış, özü isə Rüfəti taxta parçası ilə deyil, əlləri ilə özünü qorumaq məqsədi ilə vurmuşdur. Rüfətin yaşadığı mənzilin qapısını Rüfət açmış, həmin vaxtı Rüfətin anasını görməmiş, Tuncay həmin vaxtı binanın qarşısında olmuşdur. Hadisə baş verən zaman hadisə yerində olmuş tanımadığı şəxslər hadisənin şahidləri olmuşlar. Baş verən hadisə zamanı onun heç bir təqsiri olmamışdır. Qeyd edilənləri nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 28 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (İ cild, i.v. 1); 18 sentyabr 2019-cu il tarixli, 1NK1771 saylı raportdan görünür ki, 18.09.2019-cu il tarixdə, saat 18:33-də Şahid3 tərəfindən iki nəfər şəxsin (kişi) evinin qapısını sındırıb, anası Zərərçəkmiş şəxs2 qolu kəsilməsi barədə məlumat daxil olmuşdur (İ cild, i.v. 4); 18 sentyabr 2019-cu il tarixli, 1NK1772 saylı raportdan görünür ki, 18.09.2019-cu il tarixdə, saat 18:35-də Şahid5 tərəfindən yaşadığı ünvanda adını bilmədiyi qonşu onun anası Xatirəni təhqir etməsi, qardaşı Orxana isə bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur (İ cild, i.v. 5); 19 sentyabr 2019-cu il tarixli, 2-NK-1615 saylı raportdan görünür ki, 19.09.2019-cu il tarixdə saat 08:00 radələrində 12 saylı TTYS-dən həkim Əliyeva zəng edərək 1993-cü il təvəllüdlü Şahid5 Telnov küçəsi ev 2347/48 ünvanında kəllə daxili travma və sol gözdə görmənin itməsi xəsarəti ilə daxil olması barədə məlumat vermişdir (İ cild, i.v. 14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədbir Birliyinin 923 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın sol gicgah nahiyəsində hematoma və üzərində əzilmiş yara, başın təpə nahiyəsində hematoma, sol əlin V barmağı nahiyəsində sıyrıq və bel nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın sol gicgah nahiyəsində hematoma və üzərində əzilmiş yara və başın təpə nahiyəsində hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir (İ cild, i.v. 46- 48); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədbir Birliyinin 922 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-sol bazu, hər iki saidin, hər iki əl, sağ və sol baldır nahiyələrində qançırlar, sağ said nahiyəsində səthi dəri yarası və sol diz oynağı nahiyəsində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə və şəraitdə, yən kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (İ cild, i.v. 49-50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədbir Birliyinin 930 nömrəli ekspert rəyindən görünür ki, Şahid6 bədənində aşkar edilmiş xəsarətlər-boyun nahiyəsində əzilmiş yara, boyun, sağ kürəküstü, döş qəfəsinin arxa səthi nahiyələrində sıyrıqlar, sağ çiyin qurşağı və sağ bazu nahiyələrində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, boyun nahiyəsindəki əzilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (İ cild, i.v. 51-52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədbir Birliyinin 928 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər- sağ said nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ said nahiyəsində qançır, bel və sol bud nahiyələrində hematomalar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild, i.v. 53-54); cinayət işinin icraata qəbul edilməsi haqqında 29 oktaybr 2019-cu il tarixli qərardan görünür ki, 19116182 nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai araşdırması aparılmışdır (İ cild, i.v. 72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədbir Birliyinin 929 nömrəli ekspert rəyindən görünür ki, Şahid5 almış olduğu xəsarətlər-OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər (İ cild, i.v.73-75); baxış keçirilməsi haqqında 14 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, hal şahidləri X3, X4 iştirakları ilə hadisə baş verən yer ünvan 3 ünvanında yerləşən yeri inşa olunmuş yaşayış binasının bloklara giriş qapısı dəmirdən hazırlanmışdır. Binanın yaxınlığında müxtəlif markalı avtomobillər dayanmışdır. Yaşayış binası on altı mərtəbəlidir. 18.09.2019-cu il tarixdə qeyd edilən yaşayış binasının yaxınlığında baş vermiş dava-dalaş hadisəsi zamanı həmin binada yaşayan Zərərçəkmiş şəxs2, onun oğlu Zərərçəkmiş şəxs1, həmçinin Şahid5, Təqsirləndirilən şəxs1 və Şahid6 müxtəlif dərəcədə bədən xəsarətləri almışlar (İ cild, i.v. 89-90); zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında 17 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmadığından onun dindirilməsində və digər istintaq hərəkətlərində anası Zərərçəkmiş şəxs2 onun qanuni nümayəndəsi qismində tanınmışdır (İ cild, i.v. 94); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 98); könüllü təqdim etmə və götürmə haqqında 17 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 2 (iki) ədəd taxta parçalarını təqdim edərək, 18 sentyabr 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu Telnov küçəsində baş vermiş dava-dalaş hadisəsi zamanı Təqsirləndirilən şəxs2 həmin taxta parçaları ilə ona xəsarət yetirdiyini bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə Zərərçəkmiş şəxs1 təqdim etdiyi həmin 2 ədəd taxta parçaları X10 tərəfindən götürülmüşdür (İ cild, i.v. 110); maddi sübut kimi tanınma haqqında 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 2 ədəd taxta parçaları maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v. 144); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16.01.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 167- 168); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16.01.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 169); cinayət işinin tövsif edilməsi haqqında 21 yanvar 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.2.1, 221.3 və 126.1-ci maddələrinə tövsif edilməklə istintaqı davam etdirilmişdir (İ cild, i.v. 186-187); cinayət prosesində zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakına xitam verilməsi və yeni qanuni nümayəndənin təyin edilməsi haqqında 23 yanvar 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində təyin edilmiş Zərərçəkmiş şəxs2 iştirakına xitam verilmiş və X11 iş üzrə Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində təyin edilmişdir (İ cild, i.v. 191- 192); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir (İ cild, i.v. 208); qətimkan tədbirinin seçilməsi haqqında 07 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 229); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir (İ cild, i.v. 235); qətimkan tədbirinin seçilməsi haqqında 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 9); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 fevral 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild, i.v. 15); sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən 2347/48 saylı binanın həyətində baş vermiş hadisə zamanı Şahid5 Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi faktı aparılmış istintaqla öz təsdiqini tapmadığından Şahid5 barəsində cinayət təqibinə xitam verilmiş, 18 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində Şahid3 ilə Təqsirləndirilən şəxs1 aralarında baş vermiş hadisə ilə əlaqədar Şahid3 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, həmin xüsusat üzrə Şahid3 barəsində cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşmə protokolları, ekspertiza rəyləri, maddi sübut kimi tanıma qərarı və cinayət işinə əlavə edilmiş digər zəruri sənədlərlə tam sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 baş vermiş hadisə ilə əlaqədar özlərini təqsirli bilməmələri özünümüdafiə, həmçinin məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından rədd edilmiş, 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Telnov küçəsində yerləşən 2347/48 saylı binanın blokunda, həmçinin həyətində baş vermiş dava-dalaş hadisəsi zamanı Şahid6 boyun nahiyəsində əzilmiş yara, boyun, sağ kürəküstü, döş qəfəsinin arxa səthi nahiyələrində sıyrıqlar, sağ çiyin qurşağı və sağ bazu nahiyələrində qançırlar kimi sağlamlığa yüngül zərərvurmaya və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, Təqsirləndirilən şəxs1 sağ said nahiyələrində əzilmiş səthi dəri yaraları, sağ said nahiyəsində qançır, bel və sol bud nahiyələrində hematomalar kimi sağlamlığa yüngül zərərvurmaya aid, Şahid5 isə OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, və sıyrılmış yara kimi ümumilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almaları faktlarına, həmçinin iş üzrə ortaya çıxa biləcək digər xüsusatlara hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddələri ilə ayrıca cinayət işi ayrılmış, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETTB-nin 02 oktyabr 2019-cu il tarixli 923 nömrəli rəyi, üzləşmə protokolları, maddi sübut kimi tanıma qərarı iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir (İİ cild, i.v. 26-42); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 21 fevral 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 126.1, 221.2.1 və 221.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 126.1 və 221.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (İİ cild, i.v. 43-45); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 22 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir (İİ cild, i.v. 46); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 24 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir (İİ cild, i.v. 61-62); Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsindən verilmiş 17 nömrəli, 31 may 2020-ci il tarixli arayışdan görünür ki, Rzayev X8 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən verilmiş 30 mart 2017-ci il tarixli, 292709 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 09 iyul 2014-cü il tarixli, AA seriyalı, 316496 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 1965-ci ildə Şuşada anadan olmuşdur. Hazırda onun məcburi köçkün statusu vardır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03.05.2018-ci il təvəllüdlü Nihan adlı bir övladı var. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olmayaraq tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 11-ci bəndində göstərilir ki, «Xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 18 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində yaşadıqları binanın 14-cü mərtəbəsinə qalxaraq Zərərçəkmiş şəxs2 söyüb təhqir etmiş, həmin mərtəbədə yeddi ailənin yaşamasına fikir vermədən 15-20 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələmiş, zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrinə zərbələr vuraraq ona sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonra xuliqanlıq hərəkətləri davam etdirilərək binanın həyətinə düşüb həyətdə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş, ətrafda çox saylı insanların onları görməsinə fikir vermədən özünü cəmiyyətin fövqündə qoyub Zərərçəkmiş şəxs1lə dalaşmış, əllərində olan taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Güründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əlavə olaraq həmin əməllərin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməsinə zərurət qalmamışdır. Həmçinin, dövlət ittihaçısı da vəsatət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan Вялийева Нураня Явяз гызынын вя Аьайева Хатиря Вагиф гызынын Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməляриня dair cinayət işi üzrə онлара irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 221.2.1-ci maddəsinin xaric edilməsini təklif etmiş, щяр биринин barəsində CM-nin 221.3-cü maddəsi ilə ittihamın müdafiəsini davam etdirmişdir. Azərbaycan Respublikası CPM-nin 17.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 9-cu bəndinə əsasən müttəhim bir cinayət etmiş və bu, səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri hissəsində əsaslandırmaqla, müttəhimin səhvən təqsirli hesab olunduğu cinayət qanunu maddəsinin çıxarılmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi xaric edilməlidir (çıxarılmaldır). Məhkəmə, təqsirləndirilən şəxslərin xüliqanlıq etməmələri, zərərçəkmiş şəxsə xəsarət yetirməmələri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxslərin, şahidər Şahid1, Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq dövründə və məhkəmə iclasında vermiş olduqları ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələri təkzib edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsərə və şahidər Şahid1, Şahid2, Şahid3, Şahid4 bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ciddi ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin, şahidər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Şahidlərdən Şahid5 Təqsirləndirilən şəxs2 əri, Təqsirləndirilən şəxs1 oğlu, Şahid6 Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 qaynı, Şahid7 Təqsirləndirilən şəxs1 əri, Təqsirləndirilən şəxs2 qayınatasıdır. Beləliklə, şahidlərdən Şahid5, Şahid6 və Şahid7 təqsirləndirilən şəxslərlə yaxın qohumluq münsibətinin təsiri altında ifadə verməsini güman etməyə əsas verən hallar nəzərər çarpır. Həmçinin, Şahid5 və Şahid6 zərərçəkmiş şəxslərin onlara xəsarət yetirməsini göstərmişlər və ayrılmış digər cinayət işində Şahid5 və Şahid6 yetirilən xəsarətlərə hüquqi qiymət veriləcəyi qeyd edilmişdir. Şahid5, Şahid6 və Şahid7 zərərçəkmiş şəxslərlə qərəzli münasibətinin olması onların ifadələri ilə aydındır və bu hal onların prosesin gedişində maraqlı olması anlamına gəlir. Məhkəmə nəzərə alır ki, şahidərdən Şahid1 və Şahid2 tərəflərlə qohumluq münasibətində olmayan şahidlərdir, iş üzrə hər hansı maraqları yoxdur. Ona görə də onların ifadələri daha inandırıcı və mötəbər hesab olunmalıdır. Hadisə ictimai yerdə - çoxmərtəbəli yaşayış binasının dəhlizində və qarşısında baş vermiş, kiminsə evində yatdığı və istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydaları qərəzli surətdə pozulmuş, təxminən yarım saat ərzində binaya gedişgəliş çətinləşmiş, binada yaşayan insanların dincliyi pozulmuş, təqsirkarlar ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edilmişdir. Məhkəmə qeyd edir ki, özbaşına, başqasının mülkiyyətinə (mənzilinə) daxil olma və orada digər təqsirkarla birləşib qəsdən zorakılıqla və nalayiq söyüşlərlə müşayiət edilən cinayət əməlini törətmə mülkiyyətin toxunulmazlığına, hər kəsin öz evində sərbəst yaşamaq haqqına əsaslanan birgəyaşayış qaydalarının aşkar və qərəzli olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi çıxış edir. Məhkəmə nəzərə alır ki, mübahisə şəxsi münasibətlər zəminində başlasa belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirildiyindən xuliqanlıq kimi qiymətləndirilməsi düzgün olmuşdur. Şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 binanın həyətində söyüş söydüklərini, baş vermiş hadisəyə görə binanın həyətinə xeyli insanların toplaşdığını, binaya gediş-gəlişin çətinləşdiyini, binada yaşayanların dincliyinin pozulduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 taxta parçası ilə Zərərçəkmiş şəxs1 baş və bədən nahiyəsində vurduqlarını bildirmişlər. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müəllimə olmasını, xəstə olmasını, İİ qrup əlil olmasını, yaşını, məcburi köçkün olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, məcburi köçkün olmasını (CM-59.2) himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut kimi tanınan 2 ədəd taxta parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhru metmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut –Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2 ədəd taxta parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar