Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-13/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış ümumi təmiz çəkisi 23,03 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, 6,999 qram çəkidə olan hissəsini tanışı X11 20 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə X3 RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 04:40-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında saxlanılıb, ünvan 4ləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 04 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkiləri 3.723 qram, 3,767 qram, 6,615 qram və 1,926 qram olmaqla, ümumi təmiz çəkisi 16.031 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-10 ilə yaxın olar ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almış və narkotik vasitələri qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, buna görə də, ona narkotik vasitə lazım olan zaman “Whatsapp” proqramı ilə həmin şəxsin ona vermiş olduğu mobil nömrə ilə əlaqə saxlayaraq narkotik vasitə istəmişdir. Bundan sonra həmin şəxsin ona dediyi bank hesabına pul göndərdikdən sonra narkotik vasitələri qoyulduğu yerlərdən götürmüşdür. 06 may 2022-ci il tarixdə 9-10 radələrində o, evinin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə aparmışlar. Orada olan zaman sonradan tanışı İlqar adlı şəxsi də oraya gətirmişlər. İlqar raçki satışı ilə məşğul olmuş və beləliklə aralarında münasibətləri yaranmışdır. Polis şöbəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəni o, həmin gün Maştağa kəndi ərazisindən anket məlumatları ona məlum olmayan şəxsdən almışdır. Narkotik vasitəni aldığı şəxsin küçədə dayandığını görmüş və ona yaxınlaşaraq narkotik vasitə almaq istədiyini bildirmişdir. O, həmin gün 04 büküm narkotik vasitə almış və buna görə də narkotik vasitəni satan şəxsə 100 manat məbləğindəki pul vəsaitini vermişdir. Həmin gün narkotik vasitəni almağa tək getmiş və hər dəfə narkotik vasitə almaq üçün Maştağa ərazisinə gedə bilmədiyindən 04 büküm almaq qərarına gəlmişdir. Aldığı narkotik vasitəni heç kəsə satmamış və ya pay verməmişdir. Narkotik vasitəni aldıqdan bir saat sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı ifadə verərkən eynəyi olmadığından orada onun adından deyilmiş kimi qeyd olunanları oxuya bilməmişdir və sadəcə həmin ifadənin altından qol çəkmişdir. Həmçinin ifadəsini imzaladığı zaman yanında müdafiəçi olmamışdır, yalnız üzərinə axtarış keçirilən zaman aparılan çəkilişdə müdafiəçi iştirak etmişdir. Polis şöbəsində ona qarşı fiziki və psixi zor tətbiq edilmiş, o bir neçə dəfə döyülmüşdür. O, müdafiəçi ilə birlikdə iş materialları ilə tanış olmamış, bir dəfə müvəqqəti saxlama təcridxanasında ona imzalamağı üçün təqdim olunmuş sənədlərin altından qol çəkmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun İlqar Yusifovdan əvvəl tutularaq polis şöbəsinə gətirilməsinə baxmayaraq, polis əməkdaşları elə görüntü yaratmışlar ki, guya İlqar Yusifov tutulduqdan sonra narkotik vasitəni ondan aldığını bildirmiş və o, tərəflərindən narkotik vasitələrin satışında şübhəli şəxs kimi saxlanılaraq polis şöbəsinə aparılmışdır. Halbuki, o, polis əməkdaşları tərəfindən protokolda qeyd olunan tarixdə və saatda deyil, 06 may 2022-ci il tarixdə axşam saat 21-22:00 radələrində tutulmuşdur. Tutulub bölməyə gətirildikdən sonra bir neçə dəfə döyülmüşdür. O bir neçə saat dözmüş lakin sonda onu məcbur etmişlər ki şəxsi axtarış və baxış keçirilərkən İlqar adlı şəxsə narkotik vasitə satdığını bildirsin. O, İlqar adlı şəxslə birlikdə narkotik vasitədən bir neçə dəfə istifadə etsə də, ona heç vaxt narkotik vasitə satmamışdır. Həmçinin, onunla İlqar Yusifov arasında ümumiyyətlə üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. Bundan sonra istintaq orqanı tərəfindən onun barəsində narkotik vasitələri istifadə etməkdə, üzərində daşımaqda və satılması ilə məşğul olmaqda təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Həmçinin o bildirmişdir ki, xəsarətlərlə bağlı məhkəmə tərəfindən İstintaq təcridxanasına sorğu göndərildikdən sonra, prokurorluq əməkdaşları 27 dekabr 2022-ci il tarixdə ondan izahat almışlar. İndiyə qədər onun döyülmə faktının araşdırılmamasının səbəbini bilmir. Mobil telefonu ilə əlaqədar o qeyd etmişdir ki, 06 may 2022-ci il tarixdə tutulan zaman mobil telefonu əlindən alınmışdır və 2 aydan sonra ailə üzvlərinə verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 may 2022-ci il tarixdə öncədən alınmış əməliyyat məlumatına əsasən İlqar adlı şəxsin narkotik vasitələri qəbul etməsi ilə bağlı 34-cü polis şöbəsində əməliyyat qrupu yaradıldı və bu səbəbdən də Neapol küçəsinə gedildi. İlqar adlı şəxs tərəfimizdən müəyyən edilərək saxlanıldı və 34-cü polis şöbəsinə dəvət olundu. Daha sonra həmin şəxsin X13 olduğu müəyyən olundu. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi, keçirilmiş axtarış nəticəsində 05 büküm gümüşü rəngdə kağıza bükülmüş nakotik maddə aşkar olundu. Həmin maddə marixuana idi. X11 həmin narkotik maddəni haradan əldə etməsi barədə soruşulduqda, o, həmin maddəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Əlavə suallara cavab olaraq o bildirmişdir ki, şəxsi axtarış zamaını verilən məlumatlar əsasında Təqsirləndirilən şəxs saxlanılması üçün bölmənin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs sonradan Polis Şöbəsinə gətirildikdə görmüşdür. Hadisə gününə qədər Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələri satması və ya istifadə etməsi barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, ilk olaraq İlqar adlı şəxs polis şöbəsinə narkotik vasitələrdən istifadə etməsi şübhəsi ilə saxlanılaraq gətirilmişdi. Üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda, o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs saxlanılması üçün başqa əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmışdır. Əlavə suallara cavab olaraq o bildirmişdir ki, Yusifov İlqarın üzrəindən aşkar edilmiş narkotik vasitə marixuana olmuşdur. Təqsirləndirilən şəxs digər əməkdaşlar saxlamışlar, o Natiqi sonradan bölmədə görmüşdür. X16 küçəsində saxlamışlar və Polis Şöbəsinə dəvət etmişlər. İlqar Yuifov saxlanılan zaman yanında Şahid2 olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələri satması və ya istifadə etməsi barədə bölməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində polis şöbəsinə narkotik vasitənin istifadəsində şübhəli bilinən X13 gətirilmişdir. Otaqda olan zaman İlqarla söhbət aparılmışdır. İlqar bildirmişdir ki, üzərində olan marixuananı qonşusu Natiqdən almışdır. Bu məlumatı alan kimi, rəhbərlik tərəfindən əməliyyat qrupunun yaradılması barədə qərar verildi və onlar Natiq adlı şəxsi saxlamaq üçün Neapol küçəsinə getmişlər. Xətai rayonu, Neapol küçəsində saat 04:40 radələrində Yusifov İlqarın təsvir etdiyi xarici əlamətlər əsasında Təqsirləndirilən şəxs saxlamışlar və 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yanında müdafiəçi olmuşdur. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərindən nakotik vasitə aşkar edilmişdir. Əlavə suallara cavab olaraq o bildirmişdir ki, Quliyevin Natiqin üzərində marixuana olmuşdur. 34-cü PŞ-də Təqsirləndirilən şəxs oğluna qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsi ilə bağlı prokurorluq orqanlarına izahat verməmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs bütün əməllərini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 may 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid4 ilə Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Saat 21-22:00 radələrində orada əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi saxlamışlar və narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində müdafiəçi ilə əlaqə saxlanılmış, lakin onun iştirakı təmin edilə bilməmişdir. Buna görə Təqsirləndirilən şəxs bir neçə saat Polis Şöbəsində saxlanılmışdır, səhər saatlarında müdafiəçi gəlmiş və o gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutularının içərisindəki narkotik vasitə marixuanadır və həmin marixuananı öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 30 manata almışdır Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Tutulduqdan sonra bir neçə saat müdafiəçisiz saxlanılan zaman Təqsirləndirilən şəxs heç kim tərəfindən döyülməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə birlikdə aradabir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onlar Təqsirləndirilən şəxslə X9 iştirakçısı olmuşlar və oradan tanışdırlar. Onların arasında dostluq münasibətləri olmuş və onlar eyni küçədə yaşamışlar. O, Təqsirləndirilən şəxslə hadisə günündən 2-3 gün əvvəl görüşmüş və onlar tutulmamışdan təxminən bir həftə əvvəl birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Həmin narkotik vasitəni Natiq Maştağa ərazisindən ona tanış olmayan şəxsdən almışdır. Həmin narkotik vasitəni almağa görə pulun yarısını yəni 20 manatını o, digər yarısını isə Natiq qoymuşdur. O, əsasən balıq üçün Salyan rayonuna getdikdə narkotik vasitəni oradan əldə etmişdir. Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrdə narkotik vasitəni Natiqdən almasını bildirsə də, həmin deyilənlər həqiqəti əks etdirmir, belə ki, polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs döydüklərini görmüş, onun da üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı və beləliklə ağır maddələrlə ittiham olunacağı deyildiyindən qorxaraq orada qeyd olunan ifadələri verməyə məcbur edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs də fiziki təzyiq göstərilmişdir. Orada olarkən həmin təzyiqin nəticəsində, o, törətmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində xəsarət izlərinin olduğunu o, görmüşdür. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxslə ayrı-ayrı vaxtlarda saxlanılmışlar, ilk olaraq polis əməkdaşları Təqsirləndirilən şəxs, daha sonra isə onu saxlamışlar. O, hadisə günü Təqsirləndirilən şəxs təxminən saat 23:00-00:00 radələrində zəng vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs övladı xəstə olduğundan, o, ona dəniz kənarından ucuz qiymətə krevetka gətirmişdir. Natiq isə ona həmin krevetkanın pulunu vermək üçün onların blokunun qarşısına gəlməyini demişdir. O, Təqsirləndirilən şəxs zəng vurduqda telefonu başqa adam götürmüş və səsini Təqsirləndirilən şəxs səsinə oxşadaraq ona binanın blokunun qarşısına gəlməyini demiş, lakin o, onun Natiq olmadığını sonradan başa düşmüşdür. Polis əməkdaşları onu 07 may 2022-ci il tarixdə saat təxminən 01:30-02:00 radələrində saxlamışdırlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismi ayrılaraq onun üzərinə qoyulmuş və sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ayrılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1-4); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X7 barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırılmasının aparılması üçün icraata qəbul edilmişdir (i.v. 5-7); şübhəli şəxsin tutulması haqqında 07 may 2022-ci il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə saat 04:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 9); şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş X7 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra X11 üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra X13 əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 büküm siqaretin gümüşü kağızına bükülmüş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələri çıxarıb təqdim etmişdir. İ.Yusifova həmin maddələrin nədən ibarət olması barədə sual verilərkən, sonuncu tünd boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 05 büküm siqaretin gümüşü kağızına bükülmüş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələri bir gün əvvəl ünvan 6 ünvanın qarşısında “Natiq” adlı şəxsdən 20 manat müqabilində marixuana olduğunu bilərək aldığını bildirmişdir. Həmin 05 ədəd bükümdə olan maddələr elektron tərəzi ilə çəkilmiş və həmin maddələrin ümumi çəkisinin 8.11 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol 04:55-dən 05:15-dək tərtib edilmişdir (i.v. 10-11); şübhəli şəxsin tutulması haqqında 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:40-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 04 ədəd kibrit qutusuna doldurulmuş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nədən ibarət olması barədə sual verilərkən, sonuncu göy rəngli idman şalvarının sol yan cibindən çıxardığı 04 ədəd kibrit qutusuna doldurulmuş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni bir gün əvvəl tanımadığı İran vətəndaşından onlayn şəkildə öz istifadəsi üçün 30 manat müqabilində marixuana olduğunu bilərək aldığını və İlqar adlı şəxsə də narkotik vasitə olan marixuana satdığını bildirmişdir. Həmin 04 ədəd kibrit qutusuna doldurulmuş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddə elektron tərəzi ilə çəkilmiş və həmin maddənin ümumi çəkisinin 28.62 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol 05:50-dən 06:15-dək tərtib edilmişdir (i.v. 37-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 7/450 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.......Yusifov.” yazılar və imzalar olan zərfdəki 5 (beş) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1.711 qram, 1.504 qram, 1.347 qram, 1.588 qram, 0.849 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 6.999 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 7/451 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs........” yazılar və imzalar olan 4 (dörd) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri - 3.723 qram, 3.767 qram, 6.615 qram, 1.926 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi - 16.031 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ) daxildir (i.v. 47-49); 07 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X13 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 59-63); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 68-70); video diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 88); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-258/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 99-103); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 106); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 7/463 saylı rəyindən görünür ki, X5 götürülmüş 5 (beş) ədəd gümüşü rəngli kağız bükümdə olan marixuanalar ilə Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər (i.v. 125-128); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X15 xx.xx.2022-ci il tarixli 2498 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 129-130); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdir (i.v. 133); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, məhkəmə-bioloji ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd kibrit qutusunda ümumilikdə ilkin təmiz çəkisi 16.031 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 15.951 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 144-156); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına 0025003AABQA nömrəli göndərişdən məlum olur ki, xx.xx.2010-cu il təvəllüdlü X1 fibroz diaqnozu qoyulmuşdur; НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-xx.xx.1993-cü illərdə gedən döyüşlərdə iştirak etmişdir; Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-341/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, iş üzrə şahid X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrələrin anten dairələri barədə məlumatlar məhkəməyə təqdim edilməsi, qərarın icrasının "xxxx" və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-13/2023 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, iş üzrə şahid X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrələrin anten dairələri barədə məlumatlar məhkəməyə təqdim edilməsi, qərarın icrasının "xxxx" və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 22:12-dən başlayaraq 23:04-dək, 23:30-dan başlayaraq 23:36-dək, 23:46-dan başlayaraq 23:55-dək, xx.xx.2022-ci il tarixdə saat 00:17-dən başlayaraq 09:35-dək Bakı şəhəri, Xətai rayonu, Rüstəmov və Şirvani kəsişməsi və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 7 ünvanı kimi qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 7 ünvanında aktiv olan zaman xx.xx.2022-ci il tarixdə saat 23:32 və 23:36-da şahid X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, həmin danışıqların müddəti müvafiq olaraq 29 və 20 saniyə davam etmişdir; “GoMap.Az” saytından əldə olunmuş Azərbaycan Respublikasının xəritəsindən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü X20 Nəbi, X21 və Məzahir Rüstəmov küçələrinin arasında olan ərazidə yerləşir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-7634 nömrəli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. O, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ göz ətrafı nahiyədə bənövşəyi qançır müşahidə edilmişdir; Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o, hazırda Bakı İstintaq Təcridxanasında həsdə saxlanılır. 06 may 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilir. Barəsində Xətai RPİ-nin İŞ-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 06 may 2022ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin Nəsrəddin və Abbas adlı əməliyyat müvəkkilləri tərəfindən cinayəti etiraf etmədiyi üçün döyülmüşdür. Göz nahiyəsindən qançır xəsarəti almışdır. Bu barədə Bakı İstintaq Təcridxanasında da müvafiq qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X15 02 dekabr 2022-ci il tarixli 1372 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi az inandırıcıdır; Bakı şəhəri Xətai rayon prokurorluğunun 27 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı toplanmış material üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təsir altında vermiş olduğu özünün etirafedici ifadəsinə və şahid ifadələrinə əsaslandığından, şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiklərindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış ümumi təmiz çəkisi 23,03 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, 6,999 qram çəkidə olan hissəsini tanışı X11 20 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə X3 RPİ-nin 34-cü PŞnin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 04:40-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında saxlanılıb, ünvan 4ləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 04 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkiləri 3.723 qram, 3,767 qram, 6,615 qram və 1,926 qram olmaqla, ümumi təmiz çəkisi 16.031 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:40 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanın qarşısında saxlanılaraq ünvan 8 yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əlavə şahid qismində dindirilmiş X7 ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 06 may 2022-ci il tarixdə Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Natiq adlı şəxsin müəyyən olunması istiqamətində Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən əməliyyat qrupu yaradılaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Saat 21:00 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar isə həmin şəxsə narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Bundan başqa, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə ayrı-ayrı vaxtlarda saxlanılmışlar, ilk olaraq polis əməkdaşları Təqsirləndirilən şəxs, daha sonra isə onu saxlamışdırlar. O, hadisə günü Təqsirləndirilən şəxs təxminən saat 23:00-00:00 radələrində zəng vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs övladı xəstə olduğundan, o, ona dəniz kənarından ucuz qiymətə krevetka gətirmişdir. Natiq isə ona həmin krevetkanın pulunu vermək üçün onların blokunun qarşısına gəlməyini demişdir. O, Təqsirləndirilən şəxs zəng vurduqda telefonu başqa adam götürmüş və ona binanın blokunun qarşısına gəlməyini demiş, lakin o, onun Natiq olmadığını sonradan başa düşmüşdür. Polis əməkdaşları onu 07 may 2022-ci il tarixdə saat təxminən 01:30-02:00 radələrində saxlamışdırlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismi ayrılaraq onun üzərinə qoyulmuş və sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ramil Əhmədov tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 07 may 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 04:40-da tutulmuş, saat 05:50-də üzərində şəxsi axtarış aparılmağa başlanmış və şəxsi axtarış saat 06:15-də qurtarmışdır. Həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ramil Əhmədov tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 07 may 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, X13 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 04:00-da tutulmuş, saat 04:55-də üzərində şəxsi axtarış aparılmağa başlanmış və şəxsi axtarış saat 05:15-də qurtarmışdır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxsin tutulması haqqında protokolda qeyd olunan xx.xx.2022-ci il tarixdə saat 04:40-da tutulması faktı ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 öz ifadələrində bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinə yollanmışlar. Həmin gün saat 04 radələrində orada şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşmuşlar. Həmin şəxs özünün X13 olmasını bildirmiş, onlar isə həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. Şəxsi axtarış və götürmə zamanı X13 bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan marixuanadır və həmin marixuananı öz istifadəsi üçün tanışı Natiq adlı şəxsdən 20 manata alıb istifadə etmək üçün üzərində gəzdirmişdir. Bununlada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər X13 üzərində saat 04:55-də keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitəni “Natiq” adlı şəxsdən aldığını bildirmişdirsə, o zaman Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmazdan 15 dəqiqə əvvəl, yəni saat 04:40-da şübhəli şəxs kimi tutulması ağlabatan hesab edilə bilməz. Qeyd olunan anlaşılmazlıqla bağlı Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində xidmətdə olan zaman polis şöbəsinə narkotik vasitənin istifadəsində əvvəllər tanımadığı, sonradan adının X13 olduğunu bildiyi şəxs gətirilmişdir. Polis şöbəsində otaqda olan zaman İlqarın üzərinə baxış keçirilməsindən ötrü vəkil dəvət olunmuş və vəkil polis şöbəsinə gələnədək İlqarla söhbət aparılmışdır. Söhbət zamanı İlqar bildirmişdir ki, üzərində narkotik vasitə olan marixuana vardır və həmin narkotiki qonşusu və tanışı olan Natiqdən almışdır. Natiq adlı şəxsin İlqar Yusifovun tutulma xəbərini eşidib qaçmasından ehtiyyat etdikləri üçün onlar dərhal əməliyyat-axtarış tədbirləri görərək həmin şəxsi saat 04:40 radələrində yaşadığı ünvanın qarşısında saxlamışlar. Lakin nəzərə çatdırılmalıdır ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi yuxarıda göstərilən hallar məhkəmənin öz təşəbbüsü ilə topladığı sübutlarla tam olaraq inkar olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 22:12-dən başlayaraq 23:04dək, 23:30-dan başlayaraq 23:36-dək, 23:46-dan başlayaraq 23:55-dək, xx.xx.2022-ci il tarixdə saat 00:17-dən başlayaraq 09:35-dək Bakı şəhəri, Xətai rayonu, Rüstəmov və Şirvani kəsişməsi və ünvan 10 ünvanlarda (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ərazisi) aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 7 ünvanında (Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ərazisi) aktiv olan zaman xx.xx.2022-ci il tarixdə saat 23:32 və 23:36-da şahid X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, həmin danışıqların müddəti müvafiq olaraq 29 və 20 saniyə davam etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:12 radələrində ünvan 13 ünvanının qarşısında şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılmasına baxmayaraq, şübhəli şəxsin tutulması barədə protokolda onun heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə, saat 04:40 radələrində tutulması göstərilmiş və üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 05:50-də, yəni şübhəli şəxsin tutulmasından 7 saatdan artıq müddət keçdikdən sonra başlanmışdır. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan başqa, hazırki cinayət işi üzrə obyektivlik baxımından böyük əhəmiyyət kəsb edən və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 5-10 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etməsinə və hadisə zamanı üzərində narkotik vasitə aşkar edilməsinə baxmayaraq, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, sadəcə olaraq əməliyyat müvəkkilləri tərəfindən saxlanılarkən döyüldüyündən və işgəncələrə məruz qaldığından ibtidai istintaq zamanı verdiyi ifadələrində məcbur olub törətmədiyi əməli etiraf etmişdir. Qeyd olunan faktın araşdırılmasını təmin etmək məqsədilə məhkəmə öz təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon prokurorluğuna və təqsirləndirilən şəxsin həbs olunduqdan sonra saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına müvafiq olaraq 24 noyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli sorğu məktubları göndərmişdir. Sorğuya cavab olaraq göndərilmiş məktubda, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlərin aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı toplanmış material üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 dekabr 2022-ci il tarixli qərar qəbul olunduğu qeyd edilmişdir. Həmin qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə “Abbas“ və “Nəsrəddin” adlı əməliyyat müvəkkilləri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş Bakı şəhəri Xətai RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Elşən Həsənov nə özü, nə də ki, Xətai RPİ-nin 34cü PŞ-nin hər hansı digər əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət edilmədiyini, onun heç bir fiziki və psixi zorakılığa məruz qalmadığını və döyülmədiyini, Natiqin dediklərinin tamamilə yalan və böhtan xarakterli olduğunu bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə “Abbas“ və “Nəsrəddin” adlı əməliyyat müvəkkilləri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayət ərizəsində göstərdiyi halların araşdırılmasından ötrü təyin edilmiş canlı şəxsin məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi az inandırıcıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsinin rəisi, tibb xidməti polkovnik leytenantı Rəşad Hüseynov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. O, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ göz ətrafı nahiyədə bənövşəyi qançır müşahidə edilmişdir. Lakin təqsirləndirilən şəxsin bədəni üzərində olan xəsarətlərin vizual olaraq açıq aşkar görünməsinə baxmayaraq, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtına aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zor tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində 27 dekabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, Təqsirləndirilən şəxs fiziki və psixi təzyiq göstərməkdə şübhəli olan “Abbas“ və “Nəsrəddin” adlı əməliyyat müvəkkillərinin izahatlarını almadan, yalnız əldə etdiyi ekspert rəyinin məzmununu təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda isə sözügedən araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 dekabr 2022-ci il tarixli qərarı əsas götürməklə məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni narkotik vasitələrin satışı ilə məşğul olması ilə razılaşmır və hesab edir ki, həmin hissədə təqsiləndirilən şəxsin əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan marixuananın olmasını etiraf edərək narkotik vasitəni üzərində qanunsuz olaraq daşıdığını, istifadə etdiyini qeyd etmiş heç kimin onun üzərinə narkotik vasitə qoymadığını bildirmiş, onun döyülməsinin sırf narkotik vasitənin satışını boynuna alması ilə bağlı olduğunu göstərmişdir. O qeyd etmişdir ki, tutulan zaman narkotik vasitə olan marixuana onun üzərində olmuşdur və bölmədə saxlanıldığı vaxtdan şəxsi axtarış keçirilənədək narkotik vasitə onun cibində olmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham özünün etirafedici ifadəsi ilə, eləcə də iş materiallarında olan mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının “a” bəndinə əsasən təmiz çəkisi 16.031 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı və xəstə övladının olmasını (CM- 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, İ Qarabağ müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 07 may 2022-ci il tarixdən 20 fevral 2023cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 16.031 qram olan, tədqiqatdan sonra qalıq qalmış 15.951 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd özündə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini əks edən “CD-R” formatlı disk, 02 ədəd "xxxx" MMC və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disklər iş materiallarında saxlanılmalı (CPM-132), 144 (yüz qırx dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2nda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 20 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 16.031 qram olan, tədqiqatdan sonra qalıq qalmış 15.951 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd özündə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini əks edən “CD-R” formatlı disk, 02 ədəd "xxxx" MMC və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disklər iş materiallarında saxlanılsınlar. Ekspertiza tədqiqatının dəyəri 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-13/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-13/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver