Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-13/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu. S.Rəhman küçəsi 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan işgüzar şəxs kimi təqdim edib onu tikintilərə nəzarət komissiyasına üzv kimi işə düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə- hissə, ilk dəfə 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 8 ünvanında yerləşən "Space" telekanalının yaxınlığında 30000 (otuz min)manat məbləğində pul vəsaitini, 01 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda H.Əliyev adına sarayın yaxınlığında 5000(beş min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs 35000 (otuz beş min)manat məbləğində, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan işgüzar şəxs kimi təqdim edib sonuncunun qızı olan X3 təhsil aldığı məktəbi dəyişdirəcəyinə dair yalan vəd verib inandırmaqla, 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A ünvanında "28Mall" ticarət mərkəzinin yaxınlığında 2500(iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan işgüzar şəxs kimi təqdim edib sonuncuya lombarddan aşağı faizlə pul götürüb vermək imkanına malik olduğuna dair yalan vəd verib inandırmaqla, 24 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 3, mənzil 31-də 15000(on beş min) manat dəyərində qızıl zinət əşyalarını yəni 01 ədəd 26 qram üzərində briliant qaşları olan qızıl boyunbağını, 01 ədəd 40,4 qram qızıl tros boyunbağını, 01 ədəd 22 qram moruq formalı qızıl boyunbağını, 01 ədəd qızıl yaxalığı, 01 ədəd İtaliya istehsallı qızıl qolbağı, 01 cüt svetofor formalı brilliant qaşlı qızıl sırğanı, 01 ədəd paxlava formalı qızıl brilliant üzüyü, 02 ədəd üzərində 1911 yazısı olan qızıl 10-luq sikkəni, 05 ədəd üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl beşlik sikkələri ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs 15000(on beş min) manat məbləğində, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qizının qeyd edilən cinayəti törətməsi özünün etirafi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu və digər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş ümumi zərərdən 5000 manat məhkəmə istintaqı zamanı ödəməsini, həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxsdən götürmüş olduğu 11.216 manat dəyərində qızıllar qaytarmasını nəzərə alınmasını və ona aşağı həddə cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qohum kimi tanıyırmış. Belə ki, Şəmsiyyə onun həyat yoldaşının atasının bibisi qızı imiş. Şəmsiyyə dələduzluq etdiyinə görə məhkum kimi cəza çəkmiş və 2019-cu ildə həbsdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə orucluq bayramının sonuncu günündə Şəmsiyyə onu və yoldaşını iftar süfrəsinə dəvət etmişdir. O yoldaşıyla həmin məclisə getmişdir. Məclisdə görmüşdür ki, tanınmış müğənnilər, aktrisalar həmin məclisdədir. Məclisdəki insanlara baxmış və Şəmsiyyənin sağlam çevrəsi olmasını görmüşdür. Həmin tədbirdən sonra işsiz olduğundan Şəmsiyyədən ona iş tapması üçün kömək istəmək qərarına gəlmişdir. 15 gündən sonra Şəmsiyyənin evinə qonaq getmişdir. Evdə söhbət zamanı işsiz olduğundan şikayət etmiş və Şəmsiyyədən kömək istəmişdir. Şəmsiyyə onu dinləyib 2-3 gündən sonra xəbər verəcəyini demişdir. Həmin günün səhərisi Şəmsiyyə onun yoldaşına zəng vuraraq onun üçün iş tapa biləcəyini söyləmişdir. İşi maraqlanan zaman Şəmsiyyə işin mahiyyətinin Qarabağda gedən işlərlə bağlı tikintilərə nəzarət komissiyasının üzvü kimi işə düzəldə biləcəyini və həmin işin müqabilində pul ödəməyin lazım olduğunu bildirmişdir. Bu işin düzəlməyi ilə bağlı 35.000 (otuz beş min) manat pul vermək lazım olduğunu söyləmişdir. Onun o qədər pulu olmadığından qaynanası vasitəsilə ordan-burdan borca pul yığıb 30000 manat pul toplamışdır. 25.05. 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində "Space" telekanalının yanında avtomobilin içərisində 30000 manat pulu Şəmsiyyəyə vermişdir. Pulu verərkən avtomobildə onunla yanaşı yoldaşı Şahid1, qaynanası Şahid2, qaynı Şahid3 Əfsələddin oğlu da var imiş. Şəmsiyyəyə pulu verərkən qaynanası Tahirə Şəmsiyyəyə pulu borca tapdığını ona görə də işi ehtiyatı tutmasını bildirmişdir. Aralarında olan danışıq zamanı hətta Şəmsiyyə bu işin həll olunması zamanı yığdıqıları pulda da köməklik edə biləcəyini yəni ona vaxtında bildirsələr onlar üçün aşağı faizlə deməsinə görə, 3-5 faizlə, pulu təşkil edə biləcəyini söyləmişdir. Avtomobildə Şəmsiyyəyə pulu verdikdən sonra o, avtomobildən enmiş və işin düzəlməsi üçün sonradan əlaqə saxlayacağını bildirmişdir. Təxminən bir neçə gün keçdikdən sonra Şəmsiyyə həyat yoldaşı Aynurla əlaqə saxlamış işin tam və problemsiz həll olunması üçün əlavə 5000 manat pulun lazım olduğunu söyləmişdir. Onunla da razı olmuş və Şəmsiyyə ilə xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, H.Əliyev adına sarayın yaxınlığında həyat yoldaşı Aynurla birlikdə görüşmüş və ona əlavə 5000 manat pulu da vermişdir. Onun ümumi danışığından arxayın olmuş və həmin müddətdə onunla bir neçə dəfə əlaqə saxlayan zaman Şəmsiyyə pulu lazımi yerlərə çatdırdığını, xəbər gözlədiyini qısa bir zaman ərzində xəbər verəcəyini söyləyirmiş. Həmin ərəfələrdə yəni təxminən 2022-ci ilin iyun ayının əvvəllərində qızı 2006-cı il təvəlüldlü X5 artıq 10-cu sinifə keçdiyi üçün onun rahat şəkildə ali məktəb imtahanlarına hazırlaşması üçün başqa bir məktəbə keçirtmək qərarına gəlmişdir. Qızı üçün onu oxuduğu məktəbdən çıxardıb 8 saylı məktəbə keçirtməyi düşünürmüş lakin orada işləyən bir tanışı və həmin məktəblə əlaqəsi olan yaxını yox imiş. İşə düzəlmə məsələsində Şəmsiyyənin özünü inamlı aparması və ətrafının geniş olmasını gördüyündən bu məsələ ilə bağlı da Şəmsiyyəyə müraciət etmiş qızının məktəbinin dəyişdirilməsində kömək edib edə bilməyəcəyini maraqlanmışdır. Bu zaman da Şəmsiyyə özünü inamlı apararaq həmin məktəbin direktorunu yaxından tanıdığını onunla münasibətlərinin yaxşı olmasını söyləmiş və köməklik göstərəcəyini 2500 manat pul müqabilində qızının məktəbini dəyişdirə biləcəyini bildirmişdir. Şəmsiyyə ilə razılaşmış və 2022-ci ilin iyun ayının əvvəllərində onunla Bakı şəhəri, Nəsimi rayonu, "28 Mall" ticarət mərkəzinin yaxınlığında görüşmüş və 2500 manat pulu ona ödəmişdir. Həm işə düzəlmə məsələsi həm də qızının məktəbinin dəyişdirilməsi üçün borca girdiyindən borcları qaytarmağın vaxtı çatdığı üçün əlində olan qızılları lombarada qoyub pul götürməyi həmin vaxta qədər də işinin düzələcəyini düşünmüşdür. Bu zaman Şəmsiyyənin aşağı faizlə təklif etdiyi lombard məsələsi yadına düşmüş və yenidən Şəmsiyyəyə müraciət etmişdir. Yenə də Şəmsiyyə heç bir problemin olmadığını lazım olan köməkliyi edə biləcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında ona və yoldaşına məxsus ümumilikdə 15000 (on beş min) manat edən 01 ədəd 26 qram üzərində brilliant qaşları olan qızıl boyunbağı, 01 ədəd 40,4 qram qızıl tros boyunbağı, 01 ədəd 22 qram moruq formalı qızıl boyunbağı, 01 ədəd qızıl yaxalıq, 01 ədəd İtaliya istehsallı qızıl qolbağ, 01 cüt svetofor formalı brilliant qızıl sırğa, 01 ədəd paxlava formalı qızıl brilliant üzük, 02 ədəd 1898-ci il istehsallı olan Nikolay dövründən qalmış üzərində 1911 yazısı olan qızıl 10-luq sikkə, 05 ədəd Nikolay dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl beşlik sikkələri girov qoyub sələmə 11000 (on bir manat) pul versin deyə Şəmsiyyəyə vermişdir. Sonra telefon əlaqəsi yaratmış və dedi ki, qızılları yoxlanışa verdiyini bildirmişdir. Həmin günü axşam qızıllar üçün nigaran qaldığından yoldaşına Şəmsiyyəyə zəng vurub qızıları gətirib qaytarmasını deməsini bildirmişdir. Şəmsiyyə isə qızılları sabah gətirib qaytaracağını bildirmişdir. Lakin Şəmsiyyənin dediyi vaxtdan xeyli müddət keçsə də Şəmsiyyə nə qızılları qaytarmış, nə onu işə düzəltmiş, nə də uşağın məktəbini dəyişdirmişdir. Sonda anlamışdır ki, Şəmsiyyə ona qarşı dələduzluq edib ümumilikdə 52500 (əlli iki min beş yüz) manat pulunu mənimsəmiş, ona qarşı dələduzluq etmişdir. Ona vurulmuş zərərdən ekspertiza tərəfindən 11216,0 manat qiymətləndirilən qızılları qaytarmış, 2000 və 3000 manat olmaqla ümumilikdə 5000 manat məhkəmə istintaqı zamanı pul ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmsiyyə atasının bibisi qızıdır. Şəmsiyyə dələduzluq etdiyinə görə məhkum kimi cəza çəkmiş və 2019-cu ildə həbsdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə orucluq bayramının sonuncu günündə Şəmsiyyə onu və yoldaşını iftar süfrəsinə dəvət etmişdir. O yoldaşıyla həmin məclisə getmişdir. Məclisdə tanınmış müğənnilərin, aktrisaların olmasını görmüşdür. O, məclisdəki insanlara baxmış və Şəmsiyyənin sağlam çevrəsinin olmasını görmüşdür. Həmin tədbirdən sonra həyat yoldaşı Zərərçəkmiş şəxs işsiz olduğundan Şəmsiyyədən ona iş tapması üçün kömək istəmək qərarına gəlmişdirlər. 15 gündən sonra Şəmsiyyənin evinə qonaq getmişdirlər. Evdə söhbət zamanı həyat yoldaşının işsiz olduğundan şikayət etmiş və Şəmsiyyədən kömək istəmişdirlər. Şəmsiyyə onları dinləyib, 2-3 gündən sonra xəbər verəcəyini demişdir. Həmin günün səhərisi Şəmsiyyə ona zəng vuraraq həyat yoldaşı Sadiq üçün iş tapa biləcəyini söyləmişdir. İşi maraqlanan zaman Şəmsiyyə işin mahiyyətinin Qarabağda gedən işlərlə bağlı tikintilərə nəzarət komissiyasının üzvü kimi işə düzəldə biləcəyini və həmin işin müqabilində pul ödəməyin lazım olduğunu, işin düzəlməyi ilə bağlı 30 000 (otuz min) manat pul verməyin lazım olduğunu söyləmişdir. O qədər pulları olmadığından anası vasitəsilə ordan-burdan borca pul yığıb 30000 manat pul toplamışdırlar. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində "Space" telekanalının yanında avtomobilin içərisində 30000 manat pulu həyat yoldaşı Sadiq Şəmsiyyəyə vermişdir. Pulu verərkən avtomobildə onunla yanaşı anası Şahid2, qardaşı Şahid3 Əfsələddin oğlu da var imiş. Şəmsiyyəyə pulu verərkən anası Tahirə Şəmsiyyəyə pulu borca tapdıqlarını, ona görə də işi ehtiyatlı tutmasını bildirmişdir. Aralarında olan danışıq zamanı hətta Şəmsiyyə bu işin həll olunması zamanı yığdığı pulda da köməklik edə biləcəyini yəni ona vaxtında bildiriləcəyi halda onlar üçün aşağı faizlə onun deməsinə görə, 3-5 faizlə, pul təşkil edə biləcəyini söyləmişdir. Avtomobildə Şəmsiyyəyə pulu verdikdən sonra o, avtomobildən enmiş və işin düzəlməsi üçün sonradan əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra onunla yenidən əlaqə saxlamış və işin tam və problemsiz həll olunması üçün əlavə 5000 manat pulun lazım olduğunu söyləmişdir. Onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev adına sarayın yaxınlığında yoldaşı Sadiqlə birlikdə görüşmüş və ona əlavə 5000 manatı da vermişdir. Onun ümumi danışığından arxayın olmuş və həmin müddətdə onunla bir neçə dəfə əlaqə saxlayan zaman Şəmsiyyə pulu lazımi yerlərə çatdırdığını, xəbər gözlədiyini qısa bir zaman ərzində onlara xəbər verəcəyini söyləyirmiş. Həmin ərəfələrdə yəni təxminən 2022-ci ilin iyun ayının əvvəllərində qızı 2006-cı il təvəllüdlü X5 artıq 10-cu sinfə keçdiyi üçün onun rahat şəkildə ali məktəb imtahanlarına hazırlaşması üçün başqa bir məktəbə keçirtmək qərarına gəlmişdirlər. Qızı üçün onu oxuduğu məktəbdən çıxardıb 8 saylı məktəbə keçirtməyi düşünmüş lakin orada işləyən bir tanışı və həmin məktəblə əlaqəsi olan yaxınları yox imiş. Sadiqin işə düzəlmə məsələsində Şəmsiyyənin özünü inamlı aparması və ətrafının geniş olmasını gördüklərindən bu məsələ ilə bağlı da Şəmsiyyəyə müraciət etmiş onun qızının məktəbinin dəyişdirilməsində kömək edib edə bilməyəcəyini maraqlanmışdırlar. Bu zaman da Şəmsiyyə özünü inamlı apararaq həmin məktəbin direktorunu yaxından tanıdığını onunla münasibətlərinin yaxşı olmasını söyləmiş və köməklik göstərəcəyini 2500 manat pul müqabilində qızının məktəbini dəyişdirə biləcəyini bildirmişdir. Şəmsiyyə ilə razılaşmış və 2022-ci ilin iyun ayının əvvəllərində onunla Bakı şəhəri, Nəsimi rayonu, "28 Mall" ticarət mərkəzinin yaxınlığında görüşmüş və 2500 manat pulu ona ödəmişdir. Həm işə düzəlmə məsələsi həm də qızının məktəbinin dəyişdirilməsi üçün borca girdiyindən borcları qaytarmağın vaxtı çatdığı üçün əlində olan qızılları lombarada qoyub pul götürməyi həmin vaxta qədər də Sadiqin işinin düzələcəyini düşünmüşdür. Bu zaman Şəmsiyyənin aşağı faizlə təklif etdiyi lombard məsələsi yadlarına düşmüş və yenidən Şəmsiyyəyə müraciət etmişdirlər. Yenə də Şəmsiyyə heç bir problemin olmadığını lazım olan köməkliyi edə biləcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında ona və yoldaşına məxsus ümumilikdə 15000 (on beş min) manat edən 01 ədəd 26 qram üzərində briliant qaşları olan qızıl boyunbağı, 01 ədəd 40,4 qram qızıl tros boyunbağı, 01 ədəd 22 qram moruq formalı qızıl boyunbağı, 01 ədəd qızıl yaxalıq, 01 ədəd İtaliya istehsallı qızıl qolbağ, 01 cüt svetofor formalı brilliant qızıl sırğa, 01 ədəd paxlava formalı qızıl brilliant üzük, 02 ədəd 1898-ci il istehsallı olan Nikolay dövründən qalmış üzərində 1911 yazısı olan qızıl 10-luq sikkə, 05 ədəd Nikolay dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl beşlik sikkələri girov qoyub sələmə 11000 (on bir manat) pul versin deyə Şəmsiyyəyə vermişdirlər. Şəmsiyyə sonra telefon əlaqəsi yaratmış və qızılları yoxlanışa verdiyini demişdir. Həmin günü axşam qızıllar üçün nigaran qaldıqlarında yoldaşı Sadiq ona Şəmsiyyə ilə əlaqə saxlamağını Şəmsiyyənin qızılları gətirib qaytarmasını deməyini istəmişdir. Şəmsiyyə ilə əlaqə saxladıqda Şəmsiyyə qızılları sabah gətirib qaytaracağını bildirmişdir. Lakin Şəmsiyyənin dediyi vaxtdan xeyli müddət keçsə də Şəmsiyyə nə qızılları qaytarmış, nə Sadiqi işə düzəltmiş, nə də uşağın məktəbini dəyişdirmişdir. Sonda Şəmsiyyənin onlara qarşı dələduzluq edib ümumilikdə 52500 (əlli iki min beş yüz) manat pulunu mənimsədiyini, dələduzluq etdiyini anlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid2 və X2 məhkəmə iclasına gəlməmiş, Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iştirak etməyən şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş prokurorun İ müavini Elçin Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılması haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK-1/771 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəlsi ilə cinayət işi başlanması qərara alınmışdır. (i.v. 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzaına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin məcəllənin 66.5ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2014-cü il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü dəyişdirilərək onun əməli Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsindən həmin məcəllənin 317-2.1-ci maddəsinə tövsif edilərək, 66.5-ci maddəyə əsasən 10 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli qərarı tədbqi edilməklə ona təyin edilmiş cəza 08 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.(i.v 32-34) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasıə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki höküm ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 08 iyun 2012-ci il tarixdən hesablanması hökm olunmuşdur.(i.v 35-38) zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 44); 22 sentyabr 2022-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, tərcümeyi halının, diplomunun, tibbi və yaşayış yerindən arayışının, "CV"-nin surətlərini təqdim etmişdir.(i.v 91) 22 sentyabr 2022-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məxsus olan ondan dələduzluq yolu ilə almış olduğu 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl rəngli beşlik sikkələri təqdim etmişdir.(i.v 94) 22 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 95-98). 22 sentyabr 2022-ci il tarixli əşyaların tanınmaya təqdim edilməsi haqqında protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim olunmuş 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd üzərlərində 1901, 1902, 1901, 1889 va 1899 yazıları olan qızıl rəngli beşlik sikkələrin ona məxsus olmasını bildirmişdir.(i.v.100-102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompleks zərgərlik məmulatının məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6054-3/1456-9/7561 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarının cədvəl | üzrə sıra nömrələri: -1,2,3 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır; -4,5,6 olanlar təxminən 900 əyarlı qızıldan hazırlanmışdır, -7,8,9,10 olanların qulpları(asılqan hissələri) 583/585 əyarlı qızıldan digər hissələri təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanlardan sıra nömrələri 1, və 3 olanların qaşları qiymətli qaşlara aiddir- brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri(qaşalrının təbiəti, damğası, adları və s) Cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11216,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Tədiqiqata təqdim edilmiş bir cüt sırğanın, bir ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağının, bir ədəd sarı rəngli boyunbağının, iki ədəd onluq sikkənin, beş ədəd beşlik sikkənin üzərində trasoloji zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir cüt sırğanın, bir ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağının üzərində trasoloji zədə olmadığından onlar üzərindəki qaşların dəyişdirilməsini müəyyən etmək mümkün deyil.(i.v 122-131)(ekspertiza xərci 204 manat) 02 noyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixində, saat 00:20-də tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhduydlaşdırıldığı 01 noyabr 2022-ci il tarix, saat 23:10-dan hesablanmışdır.(i.v 142) 02 noyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.(i.v 152-153) “Laçın” kiçik müəssisəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə 01 ədəd 40,4 qram qızıl tros boyunbağının dəyəri 1500 manat, 01 ədəd 22 qram moruq formalı qızıl boyunbağının dəyəri 1000 manat, 01 ədəd İtaliya istehsallı qızıl qolbağın dəyəri 400 manat, 01 ədəd paxlava formalı qızıl brilliant üzüyün dəyəri 884 manatdır.(ümumi cəmi 3784 manat)(i.v 155) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 156-157); 03 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Hüseyn Novruzlunun vəsatətinin müdafiə edilməsindən imtian edilməsi və onun dərhal Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 177-179) 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 180-181) 10 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində iki və ya daha çox şəxsin qabaqcadan razılaşaraq birgə iştirakı ilə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, tərcümeyi halının, diplomunun, tibbi və yaşayış yerindən arayışının, "CV"-nin surətləri maddi sübut kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus olan ondan dələduzluq yolu ilə almış olduğu 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl rəngli beşlik sikkələr maddi sübut kimi qiymətləndirilməsi və cinayət işi üzrə ibtidai istintaq tamamlandıqdan sonra Zərərçəkmiş şəxs geri qaytarılması, istintaq zamanı iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, baxış keçirilməsi haqqında, əşyaların tanınmaya təqdim edilməsi haqqında protokollarla və kompleks zərgərlik məmulatının məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6054-3/1456- 9/7561 saylı rəyi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v 185-194) 11 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs vermiş olduğu qızıl zinət əşyalarından 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan Nikolay dövründən qalmış üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd Nikolay dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl rəngli beşlik sikkələri qəbul etmişdir.(i.v 201) Şahid2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxsin axtarışı elan edilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxili olmuş 06 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə Xətai RPİ-nin CAŞnin əməkdaşları tərəfindən tutularaq 04 iyun 2024-cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məhkəmə istintaqı zamanı 5000(beş min) manat pul ödənilməsini və ibtidai istintaq zamanı ekspert tərəfindən 11.216(on bir min iki yüz on altı) manat məbləğində qiymətləndirilmiş və zərərçəkmiş şəxsə qaytarılmış qızılları vurulmuş zərərin qismən ödənilməsi(CM59.1.14) kimi qiymətləndirir, həmçinin törətdiyi əməldən səmimi peşman olması(CM59.2) onun cəzasını yüngülləşdirən hallar hesab edilməlidir. Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və həmin cinayətə görə yaranmış məhkumluq ödənilmədən və ya götürülmədən, yəni 16 mart 2019-cu il tarixdən 06 il keçmədən yenidən az ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivi(61.1.1) onun əməlini ağırlaşdıran hal kimi qiymətləndirilməlidir . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslə barışıq əldə etməməsi və ona dəymiş ziyanı tam olaraq ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, tərcümeyi halının, diplomunun, tibbi və yaşayış yerindən arayışının, "CV"-nin surətləri cinayət işi materiallarında saxlanılmalı, 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan Nikolay dövründən qalmış üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd Nikolay dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl rəngli beşlik sikkələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək tutulub saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və o, qəti olaraq 02(iki) il 05(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 204 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, tərcümeyi halının, diplomunun, tibbi və yaşayış yerindən arayışının, "CV"-nin surətləri cinayət işi materiallarında saxlanılsın. 01 ədəd üzərində qaşları olan qızıl rəngli boyunbağı, 01 ədəd qızıl rəngli yaxalıq, 01 cüt svetofor formalı qaşlı qızıl rəngli sırğa, 02 ədəd 1898-ci il istehsallı olan Nikolay dövründən qalmış üzərində 1911 yazısı olan qızıl rəngli 10-luq sikkə, 05 ədəd Nikolay dövründən qalmış üzərlərində 1901, 1902, 1901, 1889 və 1899 yazıları olan qızıl rəngli beşlik sikkələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin istifadəsində saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-13/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-13/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver