Məhkəmə qərarları › İş №1(011)-13/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-13/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-13/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və “Xırdalan şəhər” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Sadiqcan küçəsi 15№-li göz xəstəxanasının yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,958 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Xətai RPİ-nın 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2ləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilərək, polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtanş və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyində olan bükümün içərisində təmiz çəkisi 0.958 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsinə bildirmişdir ki, o, ittiham aktında qeyd edildiyi kimi 25 aprel 2023-cü il tarixində yox, 24 aprel 2023-cü il tarixində tutulmuşdur. 24 aprel 2023-cü il tarixndə özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 051 *** ** ** saylı mobil nömrədən zənglər gəlmiş və "xxxx" MMC-dən 300 manat məbləğində uduş qazandıqları bildirilmişdir. O da, bacısı qızı ilə birlikdə "xxxx" MMC-nin Əhmədli filialına getmiş mağazanın içində olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu tutaraq 34-cü Polis Şöbəsinə təhvil vermişlər. Sonradan bilmişdir ki, ona zəng vuranlar elə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. O bildirmişdir ki, üzərində heç bir narkotik vasitə olmamış, sadəcə olaraq ona təzyiq göstərərək narkotik vasitəni götürməsini bildirərək onu döymüşlər. Həmçinin onu Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin MSY-nə gətirdikdə sənədləri imzalamadığı üçün onu təkrar döymüşlər. Əlavə olaraq bildirmişdir ki, 34-cü polis şöbəsində ona bildirilmişdir ki, sənədlərə imza etməsə onu Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayətdə ittiham edəcəklər. O çəkindiyi üçün “2” rəqəminə bənzəyən işarə çəkərək imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi tarixdən 02 ildən artıq müddət keçdiyindən hadisənin təffərüatını xatırlamır. Sadəcə olaraq Təqsirləndirilən şəxs Sarayevo küçəsində tutmaqları yadındadır. Məhkəmə iclasına sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, cinayət işi materiallarında onun adının qarşısında olan bütün imzalar ona məxsusdur. Məhkəmə iclas zalında qolunda olan saatı təzə almışdır. Şəxsi axtarış və götürmə zamanı qolunda olan saatın protokolda yazılandan fərqli göstərməsini dəqiq xatırlamır, ola bilsin ki, saatı işləməyib. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı hansı mobl nömrəni istifadə etməsini dəqiq xatırlamır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən 34-cü Polis Şöbəsinə məlumat daxil olmuş, o həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə vermişdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün Şahid2lə birlikdə məlumata əsasən ünvan 4 ünvanının yaxınlığına gəlmiş, saat təxminən 13:30 dəqiqədə Sarayev küçəsi 13 unvanının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb yaxınlaşmış, həmin şəxsə xidməti vəqisələrini göstərmiş özlərini təqdim etmiş və həmin şəxsdən özunü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də adının Ramil, soyadının isə Əliyev olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şubhəli olmasını bildirilmiş, həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Ramil də heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, şöbədə onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb şöbə rəsinə məruzə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmis, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmış, 34-cü şöbədə hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl Ramilə üzərində olan qeyri-qanuni əşyalan təqdim etməsi təklif olunmuş əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxsin aynində qara rəngli şalvarın sağ yan cibindən 01 idəd şəffaf sellofan kəsiyinə bükülmuş, oz deməsinə görə metamfetamini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxsın uzərində şəxsi axtarış keçirilmiş, lakin, hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümdə nə olduğu Təqsirləndirilən şəxs sual verildikdə cavabında psixotrop maddə olduğunu bildirmişdir. Psixotrop maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd heroinin ümumi çəkisi 1.11 qram çəkidə elektron tərəzi ilə çekilən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tertib edilmiş və o protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs onlarda qalmış və səhər yeməyi yeyən zaman dayısının mobil telefonuna zəng gəlmiş, dayısı bildirmişdir ki, onun mobil telefonuna kimin zəng vurduğunu bilmir. O , dayısına telefona cavab verəcəyini bildirmiş bu zaman xəttdə olan şəxs bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs 300 manat uduşu qazanmışdır. Həmin uduşu əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "xxxx"-ə yaxınlaşmaları təklif olunmuşdur. O, hədiyyəni əldə etmək üçün dayısı Ramil ilə birlikdə "xxxx"-ə getmişlər. Bu zaman 2 nəfər mülki şəxs mağazanın içərisində yaxınlaşaraq dayısına zor tədbiq edərək maşına mindirib aparmışlar. Həmin şəxslərin ad soyadlarını bilmir. Daha sonra Elburus adlı şəxs ona zəng edərək dayısının 34-cü PŞ-də olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, 24 aprel 2024-cü il tarixində, səhər saat 10-11 radələrində evdə olarkən onun qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı mobil telefona əvvəli 200 ilə başlayan mobil nömrədən zəng gəlmişdir. Qardaşı Ramil səhər yeməyi yediyi üçün telefonu qızı Zülfiyyənin açmasını xahiş etmişdir. Qızına suallar verdikdən sonra uduşu qazandıqlarını və əldə "xxxx" Əhmədli filialına yaxınlaşmasını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə, saat 14:05-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 13:30-dan hesablanmışdır (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 34-ci PŞnin əməliyyat müvəkkili Şahid2 oğlunun, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq A 51” markalı video kamera istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 1.11 qram olan ağ rəngli, kristal şəkilli maddəni cibindən çıxarmış təqdim etmiş, həmin bükümü həmin gün tanımadığı şəxslə görüşərək ondan 10 (on) manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bidirmiş, aşkar olunmuş 01 ədəd şəffal rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli şəkilli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə subut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Elbrus Məmmədov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın «Zərflər üçün möhürı ilə möhurlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı(başlandı 14:20, qurtardı 14:28) (i.v 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2023-cü tarixli 6/2411 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN «Zərflər üçün » möhür əksi, «Təqsirləndirilən şəxs…» və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə, 0,958 qram olan ağ rəngli, kristal şəkilli maddə psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.(i.v 38-41) (ekspertiza xərci 80 manat) 27 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmaqla qərarın surəti təqdim edilmişdir (i.v 50) Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilməklə həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmışdır. Həmin qərardan görünür ki, məhkəmə iclas zalında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilmədiyini, əvvəllər istifadə etdiyini, hazırda isə istifadə etmədiyini, yalnız ona məcbur etiraf etidirildiyini bildirmişdir (i.v 71-74) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2018- cil tarixli, 1(103)-336/2018 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cərimə cəzasının təyin edilməsi haqqında və Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə dair göstərişlər hökmdən xaric edilmiş (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmündən görünür), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3, 180.2.2, 234.1,66.2, 67.1-ci maddələri ilə təqsirli bilinmiş 04 il 06 ay müddətinə azdlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının qalan hissəsində vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. (i.v 82-83) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs, qəti olaraq 04(dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci tarixli 1(101)-1320/2017 saylı hökmü ilə (Bakı Apellayasiya Məhkəməsinin 23 Fevral 2018-ci il tarixli qərarı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 7(010)-576/2018 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərarı üzrə çəkilməmiş 10 (on) ay 09 (doqquz) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması,Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 24 dekabr 2018-ci il tarixindən hesablanması hökm edilmişdir. (i.v 84-104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 25 iyun 2023-cü il tarixli 4075 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v.124-125); Sübutların qiymətləndirilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanması, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümə tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,908 qram olan ağ rəngli ,kristalşəkili maddə kütləsi kustar üsulla hazırlanmış psoxotrop maddə metamfetamin maddi sübut qismində tanınması və saxlanması üçün Xətai RPİ-nin saxıanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumuğu ödənilmədiyindən və məhkumluq müddəti ərzində yenidən cinayət törətməsi səbəbi ilə cinayətlərin residivi müəyyən edilməsi, qərarın təsvir hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs anket məlumatlarında evli olması nəzərə alınması və anket məlumatlarında evli olması göstərilməsi, Azərbaycan Respublikası 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs şamil edilməməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman psixotrop maddə metamfetaminin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 1,11 qram olması kimi müəyyən edilmiş göstərici nəzərə alınmayaraq məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2023-cü il tarixli 6/2411 saylı rəyində qeyd olunan 0,958 qram çəki əsas kimi götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından həmin fakt üzrə cinayət işindən material ayrılaraq icraata qəbul edilməsi, təqsirləndirilən şəxsin ifadəsi,şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protool, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, bundan başqa cinayəti baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması,təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-ə təqdimat verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai rayonprokuroruna göndərilməsi, qərar barəsində maraqlı tərəflərə yazılı məlumat verilməsi qərara alınmışdır.(i.v. 131-136); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-456/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2023xx.xx.2023-cü il tarixə olan müddət ərzində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı,SMS mesajlarının yazılı mətnləri, danışıqlar aparılan zaman anten əhatə dairəsi və həmin nömrələrin hansı İMEİ kodlu telefonlarda istifadə edilib-edilməməsi barədə məlumatlar müvafiq "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. 12 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o Xətai Rayon Polis İdarəsinin 34-cü PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa , təhdidlərə məruz qalmış, qanuni tədbirlər görülməsini xahiş etmişdir. 15 avqust 2023-cü il tarixli Azercell Telekom MMC-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi ***-***-**-** nömrəsindən onun istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəyə zəng gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli , 4/1662 nömrəli rəyindən görünür ki, “ekspertizaya təqdim edilmiş 1(011)-456/2023 nömrəli cinayət işinin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə, 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında" protokolda, 19-21-ci vərəqlərində olan "Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında" bildirişdəki 3 ədəd imza, 22-23-cü vərəqlərində xx.xx.2023cü il tarixli "İnsan hüquqlarının və azadlıqlarının müdafiəs haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokolda, 24-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" protokolda, 25-ci vərəqində olan xx.xx.2023-cü il tarixl "Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqındı protokolda, 26-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında protokolda, 29-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərarda, 30- 31-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Şəxs axtarış və götürmə aparılması haqqında" protokolda 3 ədəd imza, 30-31-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatda 3ədəd imza, 43-cü vərəqində olan xx.xx.2023-cü tarixli "Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda, 46-cı vərəqinda olan xx.xx.2023-cü il tarixli müstentia ve ya prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokolda 47-49-cu vereglerinde olan xx.xx.2023-cü il tarixli "Şübhəl şəxsin dindirilməsi haqqında protokolde 4 ǝdə imza, 50-51-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilen şaxs qismində cəlb etmə haqqında" qərarın elan edilməsi haqqında sənəddə, 53-55-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə 3 ədəd imza, 56-cı vərəqinde olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsin "İnsan hüquqlarının ve esas azadlıqlarının müdafiəsi haqqında" xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları barədə bildirişdə, 57-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, qərarın surətinin verilməsi haqqında" protokolda, 58-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda, 59-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "Həbsə alma və həbsdə saxlanılmanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilən materiallarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında" protokolda, 60-62-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi haqqında" protokolda 5 ədəd imza, 63-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "diske baxış keçirilməsi haqqında" protokolda, 65-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin ekspertiza təyin olunması haqqında qərarla tanış edilməsi barədə" protokolda "Təqsirləndirilən şəxs" qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 30-31-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqində "Əliyev" yazısı və 2-ci vərəqində "Cavab:" qrafasındakı "İzahata əlavəm yoxdur, izahat mənim tərəfimdən yazıldı, ucadan oxundu, imzamla təsdiq edirəm" yazıları və "İmza" qrafasındakı "Əliyev" yazısı - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

3. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlığı aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyəni veririk: imza qrafasında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). (ekspertiza xərci 124 manat) 06 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki. Cinayət hadisəsi olması müəyyən edilmədiyindən 337-C-23 nömrəlimaterial üzrə cinayət işinin başlanması rədd edilmişdir Azerfon MMC-nin AZF/LGL-2928/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmi qoşmada CD şəklində diskə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs adında olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları xx.xx.2023-cü il tarix saat 14:28-dən- xx.xx.2023-cü il tarix, saat 12:14:41-dək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisini göstərir. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə dəfələrlə zənglər gəlmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 15:56:45-də zəng gəlmiş və 40 saniyə danışılmış, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix saat 16:02:16-da olunmuş zəng əsasında 369 saniyə danışılmış, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 04.2023-cü il tarix, saat 16:32:44-da zəng edilmiş və 415 saniyə danışılmışdır. xx.xx.2023-cü il tarixində isə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə olunan zənglər: 09:49:38-də 28 saniyə, 09:50:13-də 156 saniyə, 10:04:58də 57 saniyə, 10:05:57-də 3294 saniyə danışıqlar olmuş və Təqsirləndirilən şəxs anten məlumatları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini göstərir. xx.xx.2023-cü il tarix, saat 12:14:42-də isə anten məlumatları Xətai rayonu, Sarayevo küçəsini göstərir. xx.xx.2023-cü il tarix saat 12:34:28-14:44:51 Xətai rayonu, Qaçaq Nəbi küçəsi 7, həmin günü saat 16:57:32-17:00:22 Xətai rayonu Seyidəzim Şirvani 25 küçəsini göstərir. 03 mart 2025-ci il tarixli Azercell Telekom MMC-nin məktubundan görünür ki, Nömrələrin istifadə edildiyi İMEİ kodlara dair məlumat təqdim edilən zənglər siyahısında əks edilmişdir. ********** saylı nömrənin qərarda qeyd edilən müddətdə SMS mətni aşkar edilməmişdir. Qərarda göstərilən ********** saylı nömrədə xx.xx.2018-ci il tarixdə nömrə daşınma xidmətindən istifadə edilmiş, nömrə "Bakcell" operatoruna keçmişdir. Həmin nömrə adına "xxxx" MMC-də rəsmiləşdirilmiş sonuncu şəxsə dair məlumat təqdim edilir. 515252222-Şahid2, Bakı şəhəri, Nəsimi ray., Ak.F.Qasımzadə küç, ev.9, m.43 26may-1994, AZE N 15955550, FİN xxxxxxx Məlumat üçün bildiririk ki, internet üzərindən göndərilən, həmçinin qısa nömrələr və xüsusi təyinatlı xidmətlər istiqamətlərindən göndərilən SMS mətnlərinin qeydiyyatı "xxxx" MMC-də aparılmır. Hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Həmin diskə məhkəmə tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 15:56:45-də zəng gəlmiş və 40 saniyə danışılmış, ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarix saat 16:02:16-da olunmuş zəng əsasında 368 saniyə danışılmış, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 04.2023-cü il tarix, saat 16:32:44-da zəng edilmiş və 414 saniyə danışılmışdır. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə olunan zənglər: 09:49:38-də 28 saniyə, 09:50:13-də 156 saniyə, 10:04:58-də 57 saniyə, 10:05:57-də 3294 saniyə danışıqlar olmuşdur. X4 adında və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə zənglər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 10:22:09-da 179 saniyə, 11:04:09-da 36 saniyə, 11:39:29-da 107 saniyə, 12:15:57-də 38 saniyə, 12:32:24-də 34 saniyə, 12:52:29-da 23 saniyə danışıqlar olmuşdur. Həmçinin ***-***-**-** saylı mobil nömrənin Şahid1 adına olması və həmin nömrənin işlək nömrə olması müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixə olan anten məlumatları: 11:54:38-də Xətai rayonu, Seyidəzim Şirvani küçəsi 1, 13:34:54-də Xətai rayonu, Seyidəzim Şirvani küçəsi 1, 13:50-də Xətai rayonu, R.Rüstəmov küçəsi, 13:51:37 Babək prospekti, M.Əliyev küçəsi kəsişməsi, Qəbələ kafe, 14:08:28-də Abşeron rayonu, Zabrat dairəsi, Sahbazov küçəsi 29, 15:55:55də Sabunçu rayonu, Elşən Mehdiyev döngə 5, 16:12:21- 17:19:47-dək isə Xətai rayonu, Seyidəzim Şirvani küçəsi göstərir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 21:00 radələrində Xətai Rpi 34-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq Xətai RPİ MSY-nə təhvil verilmişdir. Onun üzərinə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxumaları, sol saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai RPİnin MSY-dan Baki İstintaq təcridxanasına daxil olarkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 10 iyul 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində DİN-nin Xətai RPİ-nin müvəqqəti saxlama yerindən gətirilərək Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, hazırkı iş üzrə Xətai RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 02 (iki) ay müddətinə həbs atimkan tədbiri seçilmiş, hazırda Xətai RPİnin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində müəssisənin tibb-sanitar ssəsində müayinədən keçirilən zaman sol böyründə bənövşəyi rəngli qançır izləri və yumşaq toxumaların əziyi aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarəti Xətai RPl-nin müvəqqəti saxlama yerində olarkən almışdır. Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Baş Prokurorluğuna və Ombudsman Aparatına ünvanladığı ərizəsinin məzmunundan görünür ki, o, hazırki cinayət işi üzrə özünü təqsirli bilmir, polis əməkdaşlarının onu qanunsuz saxlaması və üzərinə narkotik vasitə qoymalarını bildirir və ərizədə göstərilən digər xüsusatlar hazırkı iş üzrə məhkəmə istintaqı zamanı vediyi ifadəsi ilə tam üst-üstə düşür. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ibtidai istintaq materiallarına olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:

1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştiakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Qanunverciliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə iş üzrə ibtidai araşdırma dövründə tərtib edilmiş bir sıra protokollara münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə cinayət işinin 30-31-ci vərəqələrində olan 25 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürülmə haqqında protokol, həmçinin cinayət işinin 33-34-cu vərəqələrində olan şübhəli şəxsin izahatı, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən protokollarla işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokolların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, qeyd edilən protokollarda göstərilənlərin əksinə Təqsirləndirilən şəxs saxlanılan andan etibarən üzərində psixotrop maddə olması ilə bağlı hər hansı etiraf etməmiş, sənədləri könüllü imzalamamış və yalnız kənar təsirlər altında video çəkiliş zamanı üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, o yalnız təhqiqat zamanı sənədlərə təzyiq altında imza etmiş, istintaq zamanı isə heç vaxt özünü təqsirli bilməmiş və sənədləri də imzalamaqdan imtina etmişdir. Təhqiqat zamanı sənədləri könüllü deyil, qeyri-könüllü, təsir altında imzalamasını sonradan təsdiq edə bilməsi üçün sənədləri daimi çəkdiyi imzası ilə deyil, fərqli formada imzalamışdır. Məhkəmə bu mövqeyini onunla əsaslanıdırır ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, o təzyiq altında qaldığı üçün verilən sənədlərə imza etməmiş, sadəcə olaraq “2” rəqəminə oxşayan işarə çəkmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli , 4/1662 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən,”İzahata əlavəm yoxdur,izahat mənim tərəfindən yazıldı,ucadan oxundu,imzamla təsdiq edirəm” yazıları və “İMZA”qrafasındakı Əliyev yazısı Təqsirləndirilən şəxs tərəfindən yox,başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilən fakt ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilkin tutularkən onun adından komyuter vasitəsi ilə yazılmış izahat ona məxsus deyil, hətta onun yerinə kənar şəxs tərəfindən əl yazısı ilə cinayət işi materiallarında səhifə 34-da olan yazılar yazılmışdır. Təqsirləndirilən şəxs daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə iclas zalında özünü təqsirli bilmədiyini, əvvəllər narkotik vasitədən istifadə etməsini, üzərindən narkotik vasitə aşkar edilmədiyini bildirmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxumaları, sol saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin MSY-dən Baki İstintaq təcridxanasına daxil olarkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilmişdir. Həmçinin iş üzrə xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi barədə, xx.xx.2023-cü il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə, xx.xx.2023cü il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolları Təqsirləndirilən şəxs təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təhqiqat mərhələsində könüllü olaraq bütün sənədləri imzaladığı iddia edilən şəxsin həmin anda fərqli formada imza çəkməsi, daha sonra istintaq mərhələsində isə heç bir sənədi imzalamayaraq imtina etməsi halının özü də könüllü imzalanması iddia edilən sənədlərin kənar təsirlər altında imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə bu haqlı mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sənədləri imza etməkdən imza etmiş, daha sonra xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasında müayinə edilərkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, bacısı Arzu Əliyevanın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mənzildə olarkən 24 aprel 2023-cü il tarixndə özünə məxsus istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə 051 *** ** ** saylı mobil nömrədən zənglər gəlmiş və "xxxx" MMC-dən 300 manat məbləğində uduş qazandıqları bildirilmişdir. O da, bacısı qızı ilə birlikdə "xxxx" MMC-nin Əhmədli filialına getmiş mağazanın içində olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu tutaraq 34-cü Polis Şöbəsinə təhvil vermişlər Təqsirləndirilən şəxs bacısı qızı Zülfiyə Babayeva da, dayısı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hətta 051 *** ** ** saylı mobil nömrə ilə özü istifadəsində olan ***-***-**-** saylı mobl nömrə ilə danışdığını və Əhmədli qəsəbəsində yerləşən "xxxx"-ə daxil olarkən mülki paltarda olan şəxslərin Təqsirləndirilən şəxs tutub aparmalarını bildirmişdir. Məhkəmə hesab edir ki, əldə edilmiş anten məlumatları ilə müəyyən edilmişdir ki, həqiqətəndə 051 *** ** ** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobl nömrə və ***-***-**-** mobil nömrələr arasında xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində birneçə dəfə danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs anten məlumatları ilə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix, saat 12:14:42-də anten məlumatları Xətai rayonu, Sarayevo küçəsini göstərir. X4 adında və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə zənglər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 10:22:09-da 179 saniyə, 11:04:09-da 36 saniyə, 11:39:29-da 107 saniyə, 12:15:57-də 38 saniyə, 12:32:24-də 34 saniyə, 12:52:29-da 23 saniyə danışıqlar olmuşdur. Göstərilən anten məlumatları Təqsirləndirilən şəxs və Zülfiyə Babayevanın ifadəsində bildirdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 anten məlumatlarına nəzər saldıqda sonuncunun xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində ittiham aktında qeyd edildiyi kimi Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsi 13 ünavanını yox, 13:34:54-də Xətai rayonu, Seyidəzim Şirvani küçəsi 1, 13:50-də Xətai rayonu, R.Rüstəmov küçəsi, 13:51:37 Babək prospekti, M.Əliyev küçəsi kəsişməsi, Qəbələ kafe, 14:08:28-də Abşeron rayonu, Zabrat dairəsi, Sahbazov küçəsi 29, 15:55:55-də Sabunçu rayonu, Elşən Mehdiyev döngə 5, 16:12:21-17:19:47-dək isə Xətai rayonu, Seyidəzim Şirvani küçəsi göstərir. Təqsirləndirilən şəxs oğunun xx.xx.2023-cü il tarixdə saat 13:30-da tutulması, onun üzərində şəxsi axtarış və baxış keçirilməsinin saat 14:20-də baxşlaması və 14:28-də bitməsi həmin istintaq hərəkətinin formal olaraq keçirilməsinə və onun vaxtının şərti olaraq göstərilməsinə dəlalət edir. 25 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş görüntülərin əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilərkən həmin görüntülərin 12-ci saniyəsində görünür ki, Şahid1 sol əlində olan saat 18:21 radələrini göstərir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin izahatının alınması , xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolu və 27 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “şübhəli şəxsin üstünə baxış keçirilməsi haqqında” protokol saxlanıldığı kimi(saat 13:30) dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 50 dəqiqə sonra saat 14:20-dən başlayaraq Xətai RPİ 34-cü PŞ-də keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 50 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Nəzərə alınmalıdır ki, 34-cü PŞ-nin yerləşdiyi M.Rüstəmov küçəsi 4/6 saylı ünvanla Sarayev küçəsi 13 ünvanına olan məsafəni maşınla maksimum 10 dəqiqə ilə getmək mümkündür. Həmçinin cinayət işi materiallarında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə hərəkətinin 14:28-də bitməsi qeyd olunmuş, Təqdiat üçün nümunələrin götürülməsi və qaytarılması aktından görünür ki, 0,958 qram psixotrop maddə xx.xx.2023-cü il tarixində saat 10:22-də qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsun üzərindən narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkəti qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, həmin istintaq hərəkəti aparılarkən video çəkiliş zamanı Təqsirləndirilən şəxs etirafı könüllü deyil, kənar təsirlərin atında olmuş və ona təqdim edilən sənədləri iradəsinə zidd imzalamışdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxsa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, baxış, məhkəmənarkoloji, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxsun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsun saxlanılması anından etibarən keçirilmiş əməliyyat tədbirinin halları təhrif edilmiş, əməliyyat tədbirində Şahid1 iştira etməsi qeyd edilsə də, əməliyyat saatında Şahid1 Sarayev 13 ünvanında yox başqa ünvanda olması müəyyən edilmişdir(görüntülərdə Şahid1 qolunda olan saatın başqa vaxt göstərməsi qeyd olunan xüsusatı bir daha təsdiq edir). Həmçinin Təqsirləndirilən şəxsun üzərinə baxış saxlanıldığı yerdə deyil, 50 dəqiqə sonra 34-cü PŞ-də keçirilmiş, şəxsi-axtarış və götürmə istintaq hərəkəti zamanı video çəkiliş edilərkən, həmin istintaq hərəkətinin protokolu tərtib edilərkən, həmçinin təhqiqat zamanı Təqsirləndirilən şəxsun ifadəsi alınarkən sonuncunun iradəsinə zidd olaraq ona istinad edilən cinayət əməlini törətməyini etiraf etməsi ilə bağlı təsir və təzyiqlərə məruz qalmış, istintaqın gedişinə etiraz olaraq prosessual sənədləri belə imzalamaqdan imtina etdiyi halda guya onun hadisəni tam etiraf etməsi barədə ifadə yazılmışdır. İşin halları ilə onun istintaq dövründə özünü təqsirli bilməməsi öz təsdiqini tapsa da məhkəməyədək icraat materiallarında bu barədə heç bir qeyd aparılmayaraq sadəcə göstərilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən sənədləri imzalamaqdan imtina edir, bu imtina isə müstəntiq tərəfindən özünü müdafiə kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilmiş və həmin vəsatətlərin rədd edilməsi barədə əsassız qərarlar qəbul edilmişdir. Bununla da iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər mövcud olması, Təqsirləndirilən şəxsun barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan 0,958 qram metamfetaminin Təqsirləndirilən şəxsa aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. HəminMəcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxsa bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat və Məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 124(yüz iyirmi dörd) manat, ümumilikdə 204(iki yüz dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən 0,958 qram çəkidə olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı ümumi 0,908 qram çəkidə qalıq hissəsi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Xətai RPİ-nin saxlanc otağına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxsa aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan 0,908 qram metamfetamin qalığı həmin fakta görə aparılan cinayət təqibi üzrə Bakı şəhəri Xətai RPİ-də saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Xətai Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 0,908 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 03 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və ilkin çəkisi 0,958 qram psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, qalıq çəki 0,908 qram metamfetamin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 204(iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübutlar –4 ədəd disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 130 (yüz otuz) saat üçün nəzərdə tutulan 780 (yeddi yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar