Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-130/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi – Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan X6, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində “BC” kateqoriyalı, AC № 039196 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mesedez Benz E 270 CDİ” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə üzü Zığ şossesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Zərifə” Şadlıq sarayının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda, azaltmaq üçün mümkün olan tədbirləri görüb, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru adi yerişlə keçən piyada X7 vuraraq ehtiyatsızlıqdan sonuncuya başın sol alın nahiyəsində əzilmiş yaralar və sol ənsə nahiyəsində hematoma və dərialtı qansızmalar ilə qeyd olunan sol alın, gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, hər iki göz almasının ağıl qişasında qansızmalar, hər iki baldır sümüklərinin açıq sınıqlar ilə müşayət olunan hər iki baldır nahiyələrində geniş ölçülü əzilmiş-cırılmış yaralar, başın sağ alın, sağ gicgah, döş qəfəsininsağ yan səthindən, qarın nahiyəsinin sağ yarısının ön və sağ yan səthlərinə qədər davam edən sahədə, döş qəfəsinin sol yan səthi, döş qəfəsinin ön səthi, qarın nahiyəsinin sol yan səthi, sağ dirsək oynağı, sağ əlin İİİ, İV, V barmaqları, sol bud, sol diz oynağı, sol baldır və sol ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlarla müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, ölümə səbəb olan xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxs, onun müdafiəçisi cinayət işinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aid olduğunu, heç bir pozuntuya yol vermədiyini və cinayət işinin məhkəmə baxışına verilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində X4 bacısı Plujnikova (Kovalyova) Alyona Gennadiyevnanın tanıyaraq onun prosessual statusuna xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288-289-cu maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, X8 X9 ilə qeyri rəsmi nikahda olmuşlar və onların xx xxxxxx 2019-cu il tarixdə Qleb adlı bir övladı doğulmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində “BC” kateqoriyalı, AC № 039196 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Mesedez Benz E 270 CDİ” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə üzü Zığ şossesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Zərifə” Şadlıq sarayının qarşısında idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru adi yerişlə keçən piyada X7 vuraraq ehtiyatsızlıqdan sonuncuya başın sol alın nahiyəsində əzilmiş yaralar və sol ənsə nahiyəsində hematoma və dərialtı qansızmalar ilə qeyd olunan sol alın, gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, hər iki göz almasının ağıl qişasında qansızmalar, hər iki baldır sümüklərinin açıq sınıqlar ilə müşayət olunan hər iki baldır nahiyələrində geniş ölçülü əzilmiş-cırılmış yaralar, başın sağ alın, sağ gicgah, döş qəfəsininsağ yan səthindən, qarın nahiyəsinin sağ yarısının ön və sağ yan səthlərinə qədər davam edən sahədə, döş qəfəsinin sol yan səthi, döş qəfəsinin ön səthi, qarın nahiyəsinin sol yan səthi, sağ dirsək oynağı, sağ əlin İİİ, İV, V barmaqları, sol bud, sol diz oynağı, sol baldır və sol ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlarla müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, ölümə səbəb olan xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. xx xxxxxxx 2020-ci il tarixdə X8 travmatik subaraxnoidal qansızma nəticəsində ölmüşdür. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Qurbanovun xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən X9 cinayət işi üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınaraq, zərərçəkmiş şəxsin hüquqi varisi qismində bildiriş, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokol təqdim edilmiş, bundan başqa X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmişdir. İttiham aktının təsviri-əsaslandırıcı və nəticə hissəsində ehtimal olunan cinayət nəticəsində X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı heç bir şikayətinin və tələbinin olmadığına dair ərizəsinin nəzərə alınması qeyd edilmişdir. Halbuki, X4 yaxın qohumu olan bacısı Plujnikova (Kovalyova) Alyona Gennadiyevna zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmamış, dindirilməmiş nə də ki, cinayət işinin materialları ilə tanış olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş №321- 05/15 arayışdan görünür ki, X6 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Şaumyan rayon VVAQD tərəfindən xx xxxxxxxx 1981-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 447944 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X11 Vinidiktoviç, anası X2. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Şaumyan rayon VVAQD tərəfindən xx xxxxx 1972-ci il tarixdə verilmiş İ-KГ seriyalı 384598 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X11 Vinidiktoviç, anası X2. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində yaxın qohumu və ya qohumu olmayan X9 deyil, X4 yaxın qohumu olan doğma bacısı Plujnikova (Kovalyova) Alyona Gennadiyevna tanınmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, X9 zərərçəkmiş şəxs X8 ilə rəsmi nikahda olmadığından, qanunvericiliklə onun arvadı qismində yaxın qohumu və qohumu hesab edilə bilməz, bu səbəbdən X9 zərərçəkmiş şəxsin yaxın qohum və ya qohum olmadığından cinayət prosessual qanunvericilik onun hüquqi varis qismində tanınmasını qadağan etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Həmin Məcəllənin 7.0.33-cü maddəsinə əsasən qohumlar — babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır; Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin yaxın qohumunun və ya qohumunun hüquqi varis qismində tanınmaması həmin şəxslərin hüquqlarının pozulması ilə nəticələnməklə həmin pozuntuların məhkəmə baxışında aradan qaldırılması mümkün deyildir. Belə ki, həmin şəxs hüquqi varis qismində tanındıqdan sonra cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak etməli, bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə etməli və digər vəzifələri daşımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. 284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 284.3. Təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır. Həmin Məcəllənin 286-cı maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. 286.2. Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 286.3. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 286.4. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 286.5. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən istintaqın nöqsanlı aparılması məkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud pozuntu olmaqla və zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınmaması onun digər hüquqlarını pozmaqla yanaşı məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-nin tələbləri pozulmasına dəlalət edir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəməbaxışına keçməsinin qarşısını alır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2 və 306-cı maddələrinin tələblərinə münasibətdə isə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-130/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-130/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver