Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-130/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs ooğlunun , təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac ərazi dairəsi, Qaraağac kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 24 dekabr 2021-ci il tarixdə saat 02 radolorindo müştəri kimi əyləşdiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun alt hissəsində olan sonuncuya məxsus bir ədəd 1.500 manat qiymətində "‘Samsung” markalı, “Galaxy S10 Plus” modelli mobil telefon aparatı olmasını görüb ələ keçirmək niyyətinə düşərək avtomobil ünvan 2 ünvanda dayandıqda telefonu içərisində 3 manat danışıq kartı olan bir ədəd 5 manat qiymətində "xxxx" MMC-yə aid ***-***-**-** saylı, içərisində 27 manat danışıq kartı olan bir ədəd 5 manat qiymətində "xxxx" MMC-yə aid 051- ***-**-** saylı nömrələr və bir ədəd 50 manat qiymətində qoruyucu qab ilə birlikdə götürüb avtomobildən düşüb hadisə yerindən qaçaraq açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.590 (min beş yüz doxsan) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac ərazi dairəsi, Qaraağac kəndində qeydiyyatda olsada, Bakı şəhərində yaşamışdır. 5 ay olar ki, ünvan 1 ünvanı kirayələmişlər və orada yaşayırlar. Son vaxtlar işi olmadığı üçün pulu olmamış, ona görədə oğurluq etmək qərarına gəlmişdir. 23 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixə keçən gecə yaşadığı evdən çıxaraq piyada küçə ilə hərəkət etməyə başlamışdır. Saat 02 radələrində Bakı Metropolitenin "Xalqlar Dostluğu” stansiyası yaxınlığına olan dayanacaqda dayanmış, lakin oğurluq etməyə münasib yer tapanmamışdır. Buna görədə evə qayıtmağa qərar vermişdir. Dayanacaqda gözləyən zaman taksi avtomobili gəlməsini görmüş və əli ilə ona işarə etmişdir. Taksi avtomobili “Toyota” markalı olmuş, dövlət qeydiyyat nişanını isə bilməmişdir. Avtomobil dayandıqda qapını açıb qabaq sağ oturacaqda əyləşmişdir. Sürücüyə Neapol küçəsinə aparmasını xahiş etmiş, sürücü də oraya getməsini demişdir. Avtomobilə əyləşdikdən sonra sürücü avtomobili idarə etmiş, yolla gələn zaman avtomobilin sürətlər qutusunun alt hissəsində bir ədəd “Samsung” markalı telefon görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Telefonu oğurlamaq üçün sürücünün başını qatmağa başlamışdır. Avtomobil “Azza” şirniyyat evinin qarşısına çatdıqda sürücüdən avtomobili saxlamasını xahiş etmiş, sürücü avtomobili saxladıqda dərhal telefonu götürüb qapını açaraq düşmüşdür. Sürücü qışqırıb dayanmağını demişdir. Qaçaraq binaların arası ilə hərəkət edib uzaqlaşmışdır. Sürücü ilkin olaraq bir neçə metr arxasınca gəlmiş, lakin ona çata bilməmişdir. Oğurladığı telefonun üzərində nömrə olmuş, lakin telefon şifrəli olmamışdır. Telefon ilə tanışı Rüstəmə bir neçə dəfə zəng edərək onunla danışmış, sonra saat 04 radələrini bir qədər keçmişdir ki, həmin telefonda olan “Bolt” taksi proqramı vasitəsilə taksi sifariş vermişdir . Sifariş verdiyi ünvana xatırlamadığı avtomobillə taksi sürücüsü gəlmiş və dediyi bir neçə ünvana aparmışdır. Cinayət törətməyi barədə taksi sürücüsünə heç bir məlumat verməmişdir. Sürücü dediyi ünvanlara apardıqdan sonra çıxıb getmiş, bir daha sürücünü görməmişdir. Taksi sürücüsü ilə cinayət yolu ilə əldə etdiyi telefonda olan nömrlər ilə əlaqə saxlamış, sonradan isə telefonun üzərində olan nömrələri çıxarıb sındırıb yerə atmışdır. Telefonu isə bir neçə gündən sonra tanımadığı şəxsə 170 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Telefonu satdığı şəxs ilə təsadüfən yolda qarşılaşmış və özünə məxsus olmasını bildirməklə 170 manata satmışdır. Həmin şəxsi tanımamışdır. Telefonu götürən zaman sürücüyə xəsarət yetirməmiş, onu vurmamış, hədə-qorxu gəlməmiş, zor tətbiq etməmiş və hər hansı bir əşya tələb etməmişdir. Yalnız telefonu götürüb qaçmışdır. Rüstəmə zəng edərək ondan tanışının nömrəsini istəmişdir. Bundan başqa heç bir yerdə hər hansı bir cinayət hadisəsi törətməmişdir. “Samsung” markalı, “Galaxy S10 Plus” modelli mobil telefonu cinayət yolu ilə ələ keçirdikdən sonra nömrə taxmamışdır. Telefonun üzərində nömrə olmuş və həmin nömrlərdən istifadə etmişdir. Telefonu ilkin ifadəsində həmin günü satdığını bildirmiş, ancaq telefonu hadisəni törətdiyi gün satmamış, hadisəni törətdikdən bir və yaxud iki gün sonra satmışdır. 077- 225-71-18, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin kimə məxsus olmasını bilməmiş və həmin nömrələr onda olmamışdır. “Samsung” markalı, “Galaxy S10 Plus” modelli mobil telefonu satdıqdan sonra ola bilsin ki, həmin nömrələr telefona qoyulmuş və istifadə olunmuşdur. Yaxud telefonun platası dəyişdirilmişdir. Həmçinin o qeyd etmişdir ki, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir ildir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Özünə məxsus “Toyata Prius” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur və avtomobili idarə etmək üçün B dərəcəli sürücülük vəsiqəsi vardır. Həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. “Bolt" şirkətində qeydiyyatdan keçmiş və həmin şirkətin verdiyi müştəriləri ünvanlardan götürmüşdür. 24 dekabr 2021-ci il tarixdə saat 02 radələrində avtomobili ilə yaşadığı mənzilə getmişdir. Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına çatdıqda bir nəfər şəxsin yolun kənarında dayanacaqda gözləməsini görmüşdür. Həmin şəxs uca boylu və arıq bədən quruluşlu olmuşdur. Həmin şəxsin yanına çatdıqda əli ilə işarə etmişdir ki, avtomobili saxlasın. Avtomobilini saxladıqda həmin şəxs avtomobilinin qabaq sağ oturacağına əyləşib Neapol küçəsinə aparmağını xahiş etmişdir. Həmin şəxs avtomobilə əyləşdikdə 27-28 yaşında olmasını görmüşdür. Həmin şəxsin üzü bir qədər tüklü olmuşdur. Yolu da həmin şəxsin dediyi küçə istiqamətində olmuşdur. Bundan sonra avtomobilini idarə etmişdir. “Samsung” markalı “GalaxySlO Plus” modelli mobil telefonu avtomobilinin sürətlər qutusunun alt hissəsində olmuşdur. Yolla gələn zaman həmin şəxs mobil telefonuna baxmış, sonuncunu deməsi əsasında Ə.Şixlinski küçəsinə yerləşən “Azza” şirniyyat evinin yaxınlığına çatdıqda həmin şəxs avtomobili saxlamağı xahiş etmişdir. Avtomobilini saxlamış, avtomobili saxladığı anda həmin şəxs sürətlər qutusunun alt hissəsinə qoyduğu bir ədəd “Samsung” markalı “Galaxy S10 Plus” modelli mobil telefonunu götürüb qapını açaraq qaçmışdır. Həmin şəxsin telefonunu ələ keçirməsini görüb dərhal qapını açıb onuı arxasınca qaçmışdır. Həmin şəxs avtomobildən düşən anda qışqırıb dayanmasını demişdir. Həmin şəxsin arxasınca qaçaraq bir neçə dəfə qışqırıb dayanmasını xahiş etmiş, lakin sonuncu dayanmayıb qaçmaqda davam etmişdir. Həmin şəxsə çata bilməmiş və gözdən itmişdir. Bundan sonra geri avtomobilinə qayıdıb cibində olan digər telefonu ilə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşlarına hadisə yerini göstərmiş və hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişlər. Həmin günü ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin hadisə nəticəsində ona 1.560 manat maddi ziyan dəymişdir. Belə ki, telefonun dəyəri 1.500 manat olmuşdur. Telefonun üzərində bir ədəd 5 manat dəyərində ***-***-**-** və bir ədəd 5 manat dəyərində ***-***-**- ** saylı nömrələt olmuşdur. Bundan əlavə telefonun üzərində 50 manat dəyərində qoruyucu qab olmuşdur. Həmin şəxs onu vurmamış, xəsarət yetirməmiş, hədə-qorxu gəlməmiş və hər hansı bir əmlakını da tələb etməmişdir. Həmin şəxs yalnız avtomobildən telefonumu götürüb qaçmışdır. Həmin şəxsi ünvan 3 ünvanda yerləşən “Azza” adlı şirniyyat evinin qarşısında düşürmüşdür. 055-725-75- 20 saylı nömrədə 3 manat, ***-***- **-** saylı nömrədə isə 27 manat danışıq kartı olmuşdur. Bundan başqa o bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən üç olar ki, taksi sürücüsü işləyir. Özünə məxsus ‘Toyota Prius” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur və avtomobili idarə etmək üçün B dərəcəli sürücülük vəsiqəsi vardır. “Bolt” və “2111” taksi şirkətlərində işləyir. Belə ki, avtomobili ilə həmin şirkətlərdə qeydiyyatdan keçmiş və şirkətlərin verdikləri müştəriləri ünvanlardan götürüb sifariş olunan ünvanlara çatdırır. 24 dekabr 2021-ci il tarixdə saat 04 radələrindən sonra “Bolt” şirkətindən mobil telefonuna sifariş daxil olmuşdur. Sifariş daxil olduqda mobil telefonuna sms gəlmiş və smsdə müştərinin nömrəsi ***-***-**-** yazılmışdır. Sifariş olunan ünvana gəlmiş, oradan ***-***-**-** saylı nömrəyə zəng etmiş, telefonu bir nəfər oğlan götürmüş və gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sifariş olunan ünvanda gözlədikdən sonra bir nəfər uca boylu və arıq bədən quruluşlu, üzü tüklü şəxs gələrək avtomobilinin qabaq sağ oturacağında əyləşmişdir. Həmin şəxs sifarişi Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinə vermişdir. Həmin şəxs 27-28 yaşlarında olmuşdur. Həmin şəxsi Şuşa şəhərciyinə aparmışdır. Oraya çatdıqda həmin şəxs gələcəyini bildirib gözləməyini xahiş etmiş və avtomobildən düşmüşdür. 10 dəqiqə gözlədikdən sonra həmin şəxs gəlmiş və onu Sabunçu rayonuna aparmağını xahiş etmişdir, həmin şəxsi Sabunçu rayonu ərazisinə aparmış, oradan da sonuncunu Xətai rayonu N.Tusi küçəsinə gətirmişdir. Həmin şəxs gözləməyini bildirib avtomobildən düşmüş və 20 manat pul verib getmişdir. Bundan sonra oradan uzaqlaşmışdır. Həmin şəxsi tanımamış, ilk dəfə görmüşdür. İlkin olaraq sifariş ***- ***-**-** saylı nömrədən daxil olmuş və bunun a bağlı sms gəlmişdir. Sonra isə sifariş olunan ünvana çatdıqda proqram sifarişində ***-***-**-** saylı nömrə gəlmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla bir ay olar ki, tanış olmuşdur. Turaııla tanış olduqdan sonra mütəmadi olaraq görüşmüş və söhbət etmişlər. Görüşlərinin birində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona vermişdir. 24 dekabr 2021-ci il tarixdə səhər saatlarında mobil telefonuna zəng gəlmişdir. Həmin vaxt yatmış və hava tam açılmamışdır. Nömrəyə baxdıqda nömrənin ***-***-**-** olmasını görmüşdür. Telefonu açdıqda zəng edən şəxsin Turan olmasını görmüşdür. Turan ondan nə isə soruşmuş, sonra isə telefonu söndürüb yatmışdır. Bir daha isə Turanı görməmiş və onunla danışmamışdır. Turanın hər hansı hadisəni törətməsini görməmiş və bilməmişdir. Turan 24 dekabr 2021-ci il tarixdə səhər saatlarında ***-***-**-** saylı nömrə ilə zəng etmişdir(i.v.55-57). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata götürmək haqqında 10.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanın qarşısında baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-12); "xxxx" MMC-dən əldə edilmiş izahlı qaimədən görünür ki, Təqsirləndirilən şəxs “Samsung” markalı, “Galaxy S10 Plus” modelli mobil telefon aparatını ələ keçirdikdən sonra içərisində olan ***-***-**-** saylı nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etmişdir(i.v.26-34); şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur(i.v.43); 10.01.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.58-60); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62); şəxsin tanınmaya təqdim edilməsi haqqında 10.01.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-də başqa 3 nəfər şəxs ilə birlikdə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs tanıyıb əli ilə göstərərək 24 dekabr 2021-ci il tarixdə avtomobilindən “Samsung” markalı, “Galaxy S10 Plus” modelli mobil telefon aparatını götürüb qaçan şəxs olmasını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur(i.v.70-73); 10.01.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.74- 76); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 77); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-14/2022 saylı 11.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 96-100); şəxsin tanınmaya təqdim edilməsi haqqında 11.01.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-də başqa 3 nəfər şəxs ilə birlikdə Şahid2 tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs tanıyıb əli ilə göstərərək 24 dekabr 2021-ci il tarixdə taksi sifariş verən şəxs olmasını və həmin şəxsi idarə etdiyi avtomobillə dediyi ünvanlara aparmasını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur(i.v.105-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 148); 01.02.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.155-157); sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, hadisə yerinə baxış və tanınmaya təqdim etmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 158-168); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bakı şəhəri Xətai rayonu MKTB-nin 94 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini (CM- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 1 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-130/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-130/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver