Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-130/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 satdığı və sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 2 ünvanından hər birinin dəyəri 300 manat, cəmi dəyəri 900 manat olan üç ədəd «Beko» markalı kondisioneri, cəmi 150 manat dəyərində qonaq otağındakı stol və stulları, 550 manat dəyərində «Samsung» markalı televizoru, 250 manat dəyərində künc divanını, cəmi 150 manat dəyərində mətbəxdəki stol və stulları, 400 manat dəyərində «Beko» markalı soyuducunu, 400 manat dəyərində «Samsung» markalı paltaryuyan maşını, 400 manat dəyərində sobanı, hər birinin dəyəri 150 manat, cəmi dəyəri 300 manat olan yataq otağındakı iki ədəd dolabı və 2.000 manat dəyərində mətbəx mebelini, ümumilikdə 5.500 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 5.500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. (epizod İ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya sonuncunu «Pasha Holding» şirkətində təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon Səttar Bəhlulzadə küçəsində Zərərçəkmiş şəxs3 1.700 manat, 23 yanvar 2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən «Koala» parkda 1.300 manat, 26 yanvar 2024-cü il tarixdə saat 11:42-də Zərərçəkmiş şəxs3 "xxxx" ASCnin «Leobank» plastik kart hesabından onur. "xxxx" ASC-nin 4098 5844 6744 2917 Jsfe-li «Leobank» plastik kart hesabına köçürülmüş 368 manat və 350 manat və 04 fevral 2024cü il tarixdə saat 18:32-də Zərərçəkmiş şəxs3 həmin kart hesabından eyni qaydada köçürülmüş 50 manat, cəmi 3.768 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 3.768 (üç min yeddi yüz altmış səkkiz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (epizod İİ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək guya sonuncuya 100 qutu «A4» formatlı kağız satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 fevral 2024-cü il tarixdə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs4 tanışı X10 arasında «A4» formatlı kağızın alqı-satqısına dair müqavilə bağlanmasına nail olduqdan sonra 08 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən Tural Məmmədovun AZ37NABZ******************** nömrəli bank hesabı vasitəsi ilə "xxxx" MMC-yə aid AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Hüseyn Cavid» parkında istintaqla müəyyən edilməyən şəxs tərəfindən ona verilmiş 1.850 manat pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs4 1.850 (bir min səkkiz yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (epizod İİİ). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək guya sonuncunu Azərbaycan Respublikası Prezidentinin Qəbələ rayonunda yerləşən İqamətgahında işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 03 yanvar 2024-cü il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2 5.000 manat, 06 yanvar 2024-cü il tarixdə saat 17:35-də Qəbələ şəhəri, Qaraməryəm-İsmayıllı-Şəki yolunda yerləşən «ínter Petrol» yanacaq doldurma məntəqəsindəki «eManat» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən onun "xxxx" ASC-nin 4098 5844 6744 2917 .Nç-li «LeoBank» plastik kart hesabına köçürülmüş 500 manat, 15 yanvar 2024-cü il tarixdə saat 22:13-də Qəbələ şəhəri, Qutqaşınlı küçəsindəki «Yeni Market» mağazasında «eManat» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən onun həmin kart hesabına köçürülmüş 100 manat, 20 yanvar 2024-cü il tarixdə saat 09:22-də Zərərçəkmiş şəxs2 "xxxx" ASC- nin plastik kart hesabından onun həmin kart hesabına köçürülmüş 1.500 manat və 2024-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə General Həmidov küçəsinin kəsişməsində yerləşən «Naringi» kafesinin qarşısında Elmar Soltanının tərəfindən verilmiş 1.100 manat, cəmi 8.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 8.200 (səkkiz min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (epizod İV). Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək guya sonuncunun arvadı X2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymətulla küçəsindəki «Nuş&Can» restoranında Zərərçəkmiş şəxs5 16.000 manat, daha sonra əlavə 5.000 manat veriləcəyi təqdirdə Mahizər Əliyevanı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifəsinə işə qəbul etdirəcəyini bildirib 01 aprel 2024-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən «Bakı Zooloji Parkı»nın yaxınlığında Zərərçəkmiş şəxs5 1.500 manat, 13 aprel 2024-cü il tarixdə saat 14:27-də Zərərçəkmiş şəxs5 070 ***-**-** GSM nömrəsinin «M 10» hesabından onun "xxxx" ASC-nin 4098 5844 6744 2917 nömrəli «Leobank» plastik kart hesabına köçürülmüş 300 manat, 08 may 2024-cü il tarixdə saat 11:26-da həmin «M 10» hesabından onun həmin kart hesabına köçürülmüş 200 manat və 09 may 2024-cü il tarixdə saat 19:40-da Xətai rayonu, Gəncə prospekti 29/42 A ünvanında yerləşən «Bravo Express» mağazasındakı «mpay» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs5 tərəfindən onun həmin hesabına köçürülmüş 100 manat, cəmi 18.100 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 18.100 (on səkkiz min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (epizod V). Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilməyərək, CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında 2 otaqlı mənzili olmuş və həmin mənzili satmaq qərarına gəlmişdir. Evin satışı 155.000 manata razılaşdırılmışdır. O, həmin evi 2023-cü ilin əvvəlində 145.000 manat müqabilində Zərərçəkmiş şəxs1 adlı xanıma satmışdır. Zərərçəkmiş şəxs1 ona 100.000 manatı vermişdir. Aralarında olan razılşamaya əsasən o, 5.000 manat müqabilində doqquz ay müddətincə evdə kirayə qalacaqdı. Bundan başqa həmin mənzildə ona məxsus əşyalar olmuşdur. Belə ki, mənzildə olan üç ədəd kondisioner, qonaq otağında stol və stullar, divan, həmçinin bir ədəd soba, soyuducu, paltaryuyan maşın, yataq otağında olan iki ədəd çarpayıya görə əlavə 3600 manat pul istəmişdir. Gülşad xanım onunla razılaşmış və həmin əşyalara görə ona 3.600 manat pul vermişdir. O da Gülşad xanımla razılaşmışdır ki, həmin əşyalar sonuncuda qalacaqdı. Bundan əlavə mənzilin mətbəx mebeli evin qiymətinə daxil olmamışdır, daxil olsaydı belə, dəyəri 2000 manat ola bilməzdi. Həmin əşyaların bir qismini tanımadığı şəxslərə satmışdır. 3600 manatdan iki dəfə olmaqla, hər dəfə 200 manat ödəniş etmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs1 ilə arasında 3.200 manat pul qalmışdır. (epizod İ). Bundan başqa əvvəllər tanıdığı Şahid2 2024-cü ilin yanvar ayının axırlarında ona müraciət edərək oğlu Nüsrəti işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyi üçün pul lazım olduğundan o, Nüybərlə razılaşmışdır və sonuncu onu oğlu Nüsrətlə tanış etmişdir. Nüsrətlə aralarında olan danışıq zamanı o, Nüsrəti «Pasha Holding» şirkətinə 1.179 manat əməkhaqqı ilə təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Nüsrət onunla razılaşdıqdan sonra o, ilkin olaraq Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə anasının işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, Səttar Bəhlulzadə küçəsində yerləşən qutab satışı yerində 1.700 manat, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Koala» parkın yaxınlığındakı kafedə 1.300 manat pul almışdır. Həmçinin həmin görüş zamanı Nüsrətdən «kadrların uçot vərəqəsini», ali təhsil haqqında diplomu, hərbi bileti, şəxsiyyət vəsiqəsinin kserosurətini, 2 ədəd fotoşəkil və məhkumluğun olub olmaması barədə arayış gətirməsini istəmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, yenidən Nüsrətə zəng edərək xidməti geyim formasına görə 368 manat məbləğində pul vəsaitinin tələb olunduğunu demiş və Nüsrət də həmin məbləği ona məxsus 4098 5844 6744 2917 nömrəli «LeoBank» plastik kart hesabına göndərmişdir. Bir müddət sonra o, yenidən Nüsrətə zəng edərək bir neçə günə işə qəbul olunacağını, şirkətin kadrlar idarəsinin əməkdaşına «şirinlik» kimi 500 manat məbləğində pul vəsaitinin tələb olunduğu və işə qəbul olunan kimi içərisində bir aylıq əməkhaqqı və sosial yardım olan əməkhaqqı kartının veriləcəyini demişdir. Nürət isə o qədər pulunun olmadığını bildirərək onun 4098 5844 6744 2917 nömrəli «LeoBank» plastik kart hesabına 350 manat göndərmişdir. O isə demişdir ki, qalan 150 manatı özü pula əlavə edib həmin şəxsə verər, işə qəbul olunduqdan sonra əmək haqqı aldıqda onun pulunu qaytarar. Lakin xx.xx.2024-cü il tarixdə o, Nüsrətə zəng edərək pulunun olmadığını bildirmiş və ona 50 manat göndərməsini demişdir, Nüsrət də həmin pul məbləğini 4098 5844 6744 2917 nömrəli «LeoBank» plastik kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə yenidən Nüsrətə zəng edərək bildirmişdir ki, işə qəbul edilməsinə görə narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «MedEra Hospital» klinikasına getməlidir. Həmçinin Nüsrətə demişdir ki, analizlərə görə heç bir ödəniş alınmayacaqdır, ödənişini guya işə götürən şirkətin etdiyini və nəticənin bir nüsxəsinin klinika tərəfindən «Pasha Holding»-ə göndəriləcəyini bildirmişdir. Bundan sonra həmin gün Nüsrətin verdiyi analizləri «MedEra Hospital» klinikasından əldə edən zaman analizlərin cavabının pozitiv olduğunu görmüş və Nüsrətə zəng edərək, bu səbəbdən işə qəbul edilə bilməyəcəyini demişdir. Lakin Nüsrət bu analizin cavablarına inanmayaraq başqa klinikalarda, həmçinin «MedEra Hospital» klinikasında yenidən analiz vermiş və nəticələr neqativ olmuşdur. Daha sonra Nüsrət onunla əlaqə saxlamışdır, lakin analizlərin cavabının pozitiv olması səbəbi ilə onu işə düzəltmək mümkün olmamışdır. O, Nüsrətə pulu qaytaracağını bildirmişdir. 09 avqust 2024-cü il tarixdə isə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulan zaman X6 aldığı puldan 1.100 manat pulu Nüsrətə geri qaytarmış, qalan pulu isə, 15 sentyabr tarixində qaytaracağını bildirmişdir. Lakin 03 sentyabrda həbs edildiyindən pulu qaytara bilməmişdir. Onun Nüsrəti aldatmaq məqsədi olmamışdır, analizlərin cavabının pozitiv olması səbəbindən onu işə düzəltmək mümkün olmamışdır. Həmin epizod üzrə özünü qismən təqsirli bilir. (epizod İİ). Bundan başqa təxminən 3 və ya 4 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ilə «Facebook» sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Ramin ucuz qiymətə «A4» formatlı kağız axtarmış və onlar bu barədə sosial şəbəkədə razılaşan zaman qiymətdə razılaşmışlar. Belə ki, Zərərçəkmiş şəxs4 100 qutu «A4» formatlı kağız istəmiş və ümumi qiyməti 1.850 manata razılaşmışlar. Razılaşmadan sonra Zərərçəkmiş şəxs4 ondan hansısa şirkətə məxsus bank hesabı istəmiş və həmin şirkətlə müqavilə bağlayaraq pulu şirkətin hesabına göndərəcəyini demişdir. O, əvvəllər rəsmi olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-də işlədiyi üçün «A4» formatlı kağızların alqısatqısı ilə məşğul olan şirkətləri tanımışdır. Bu səbəbdən həmin əlaqələri ilə maraqlanan zaman hazırda adını xatırlamadığı şəxslə Zərərçəkmiş şəxs4 100 qutu «A4» formatlı kağız istəməsi barədə danışmışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs4 ondan rəsmi müqavilə tələb edir və onun şirkəti olmadığı üçün o, həmin müqaviləni bağlaya bilmir. Bu səbəbdən həmin şəxsə şirinlik kimi pul verəcəyini bildirib kömək istəmişdir. Onlar belə razılığa gəlmişlər ki, pul şirkətin hesabına köçdükdən sonra həmin məbləği ona versin, o, həmin şəxsin şirinliyini verdikdən sonra özü Zərərçəkmiş şəxs4 100 qutu “A4” formatlı kağızla təmin edəcəkdir. Həmin şəxs onunla razılaşdıqdan sonra ona "xxxx" MMC-nin rekvizitlərini göndərmiş, o da həmin rckvizitləri Zərərçəkmiş şəxs4 göndərmişdir. Bundan sonra 05 fevral 2024-cü il tarixdə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs4 dediyi şəxslə müqavilə bağlanmış və 08 fevral 2024-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Zərərçəkmiş şəxs4 "xxxx" MMC-nin bank hesabına 1.850 manat pul göndərmişdir. Həmin pul göndərildikdən sonra o, hazırda adını xatırlmadığı şəxslə əlaqə saxlamış və sonuncu pulun hesaba köçdüyünü bildirmişdir. Bundan sonra o, həmin şəxslə Yasamal rayonundakı «Hüseyn Cavid» parkında görüşərək görüşərək qeyd olunan məbləği sonuncudan tam olaraq almış və söz verdiyi kimi həmin şəxsə 250 manat şirinlik vermişdir. Qalan pulla 100 qutu “A4” formatlı kağız almaq istəmiş, lakin qiymətlər qalxdığından o, 100 qutu “A4” formatlı kağız ala bilməmişdir. O, Raminə pulu qaytaracağını bildirmişdir. Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulan zaman X8 aldığı puldan 400 manat pulu Raminə geri qaytarmaq istəmiş, qalan pulu isə, 15 sentyabr tarixində qaytaracağını bildirmişdir, Ramin həmin məbləği qəbul etməmiş, verdiyi pulu tam həcmdə istəmişdir. Lakin 03 sentyabrda həbs edildiyindən pulu qaytara bilməmişdir. Onun Ramini aldatmaq məqsədi olmamışdır, 100 qutu “A4” formatlı kağız almaq istəmiş, lakin qiymətlər qalxdığından o, 100 qutu “A4” formatlı kağız ala bilməmişdir. Həmin epizod üzrə özünü qismən təqsirli bilir. (epizod İİİ). Bundan başqa Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Onların arasında heç bir zaman düşmənçilik və ədavət olmamış, əsgər yoldaşı olmuşlar. Elmar ona bir neçə dəfə işsiz olduğunu, iş axtardığını bildirmişdir. 2024-cü ilin yanvar ayında maddi cəhətdən çətinlik çəkdiyi üçün pul lazım olmuş və düşünmüşdür ki, Elmara zəng edib onu işə düzəldə biləcəyini deməklə müəyyən məbləğdə pul əldə edə bilər. Bu məqsədlə Elmarla mobil telefonla danışıq zamanı onu işə düzəldə biləcəyini demişdir. Belə ki, o, Elmarla danışıq zamanı onu 8.200 manat müqabilində Qəbələ rayonunda yerləşən Prezidentin İqamətgahına işə düzəldə biləcəyini demişdir. Elmar onunla razılaşmış və o, xx.xx.2024-cü ildə Qəbələ rayonuna getmişdir. Orada o, Elmarın yaşadığı evdə sonuncudan 5.000 manat pulu alaraq Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində gəldikdən sonra Elmardan əlavə pul məbləği də istəmiş və Elmar onun 4098 5844 6744 2917 nömrəli «LeoBank» plastik kart hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 1.500 manat pul göndərmişdir. Bundan sonra Elmar onunla işlə bağlı maraqlanmağa başladıqda o, sonuncunu Bakı şəhərinə dəvət etmiş və Elmar atası ilə birlikdə Bakı şəhərinə gələn zaman onlar Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə General Həmidov küçəsinin kəsişməsində yerləşən «Naringi» kafesinin qarşısında görüşmüşlər. Həmin görüş zamanı o, Elmardan əlavə olaraq 1.100 manat pul istəmiş və Elmar idarə etdiyi avtomobildə ona əlavə olaraq 1.100 manat pul vermişdir. O, Elmardan ümumilikdə 8.200 manat məbləğində pul almış və həmin pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir, lakin maddi durumu pis olduğu üçün həmin pul məbləğini qaytara bilməmişdir.Həmin epizod üzrə özünü tam təqsirli bilir. (epizod İV). Bundan başqa Zərərçəkmiş şəxs5 2021-ci ilin əvvəllərində tanımışdır. Belə ki, sonuncu "xxxx" MMC-də daşınmaz əmlak satışı üzrə menecer vəzifəsində çalışmış, həmin vaxt onun qohumlarına mənzil satılması barədə sənədlərin tərtibatı və rəsmiləşdirilməsi sonuncu tərəfindən icra edilmiş və beləliklə münasibətləri yaranmışdır. Bir müddət ünsiyyətdə olmasalar da, 2 il yarım sonra o, istifadəsində olan 051 ***-**-** nömrəsi ilə Heydərin istifadəsində olan 070 ***-**-** nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına, "xxxx" MMC-dən işdən çıxmasını bildirib, sonuncunu dövlət sturukturunda işə düzəldə biləcəyini demişdir. Belə ki, həmin ərəfədə onun pula ehtiyacı olmuş və düşünmüşdür ki, Heydərdə pul vardır və sonuncudan bu adla pul alıb problemlərini həll edə bilər. Lakin Heydər hal-hazırda işlədiyini və başqa iş yerinə keçməsini istəmədiyini bildirmişdir. Buna baxmayaraq o, bir-iki gün sonra yenidən Heydərə zəng edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarında müxtəlif vəzifələr üzrə vakansiyaların mövcudluğunu və həmin vakansiya üzrə işə qəbul etdirə biləcəyini demişdir. Lakin Heydər yenə də, başqa işə ehtiyacı olmadığını, ancaq arvadının iş yerini dəyişmək istədiyini bildirib, dövlət orqanında iş axtarmasını demişdir. O, düşünmüşdür ki, bu məqamdan istifadə edərək Heydərdən pul ala bilər. Qısa müddət sonra o, Heydərə zəng edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində insan resurslarının idarəedilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya olduğunu, vəzifə maaşı, iş vaxtı və sair barədə məlumatları bildirmiş və Heydər onunla görüşüb bu məsələni üzbəüz danışmaq istədiyini demişdir. Onlar ilk dəfə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən «Coffemoon Azerbaijan» adlı məkanda görüşmüşlər. Onlar danışıb razılaşdıqdan sonra Heydərə demişdir ki, arvadı X16 tərəfindən təşkil edilən və həyata keçirilən dövlət qulluğuna qəbul üzrə yazılı test imtahanında iştirak etdikdən sonra müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək. Bu söhbətdən iki-üç gün sonra o, Heydərə zəng edib arvadının işini 16.000 manat düzəldə biləcəyini və əlavə 2.000 manatı da ona verməli olduğunu bildirmişdir. Bu müddət ərzində o, Heydərə zəng edərək, sonuncunu razı salmağa çalışmışdır. 2024-cü ilin fevral ayının sonlarında Heydər ona zəng edərək pulu hazır etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə onlar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, «Nuş&Can» adlı çay evində görüşmüşlər və Heydər ona 16.000 manat pul, həmçinin arvadının sənədlərini vermişdir. Bundan sonra o, Heydərə bildirmişdir ki, arvadı «MedEra Hospitala» yaxınlaşıb narkotik vasitələrdən istifadə edibetməməsi barədə analiz versin. Heydərin arvadı analizi verdikdən sonra Heydər telefonla analizin cavablarını ona göndərmişdir. Bir müddət sonra o, Heydərə zəng edərək Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifəsində çalışmış bir nəfər qadının yaşı ilə əlaqədar olaraq, pensiyaya çıxacağını və arvadını ora işə düzəldə biləcəyini demişdir. Həmçinin bildirmişdir ki, verdiyi 16.000 manatdan əlavə olaraq 5.000 manat pul da verməlidir ki, bu iş alınsın. Heydər isə əlində pulu olmadığını demişdir. O da Heydərin etimadını qazanmaq üçün bildirmişdir ki, ona verəcəyi 1.500 manat istisna olmaqla 3.500 manat versin və o, bu işi həll edəcəkdir. Heydər onunla razılaşmış və onlar 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən «Bakı Zooloji Parkın» yaxınlığında görüşən zaman Heydər ona 1.500 manat pul vermişdir. Heydər bu müddət ərzində ona bildirmişdir ki, arvadı imtahandan keçə bilməyib, həmin vaxt o, demişdir ki, arvadını imtahandan keçirə bilər və bunun üçün Heydərdən əlavə 875 manat pul istəmişdir. Heydər də onunla razılaşaraq ona məxsus 4098 5844 6744 2917 nömrəli «LeoBank» plastik kart hesabına xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla ayrı-ayrılıqda pullar göndərmişdir. Lakin o, hər hansı iş həll etməmiş və Heydərdən aldığı ümumilikdə 18.100 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin epizod üzrə özünü qismən təqsirli bilir. Göstərilənlərə əsasən, Onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. (epizod V). Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında 2 otaqlı mənzilim olmuş və həmin mənzili satmaq qərarına gəlmişdir. O, həmin evi 2023-cü ilin əvvəlində 150.000 manat müqabilində Zərərçəkmiş şəxs1 adlı xanıma satmışdır. Aralarında olan razılşamaya əsasən o, 5.000 manat müqabilində doqquz ay müddətində evdə kirayə qalacaqdı. Bundan başqa həmin mənzildə ona məxsus əşyalar olmuşdur. Belə ki, mənzildə olan üç ədəd «Beko» markalı kondisioner, qonaq otağında stol və stullar, «Samsung» markalı televizor və künc divanı, mətbəxdə stol və stullar, həmçinin bir ədəd soba, «Beko» markalı soyuducu, «Samsung» markalı paltaryuyan maşın, yataq otağında olan iki ədəd dolab və çarpayıya görə əlavə 4.000 manat pul istəmişdir. Gülşad xanım onunla 4.000 manata deyil 3.600 manata razılaşmış və həmin əşyalara görə ona 3.600 manat pul vermişdir. O da Gülşad xanımla razılaşmışdır ki, həmin əşyalar sonuncuda qalacaqdı. Bundan əlavə mənzilin mətbəx mebeli də Gülşad xanıma məxsus olmuşdur. Lakin bundan başqa mənzildə onun özünə məxsus əşyalar da olmuşdur. 2023-cü ilin oktyabr ayında Qarabağda həyata keçirilən tikinti ilə əlaqədar olaraq işləmək üçün oraya getmişdir. O, işləmək üçün gedən zaman mənzildə olan əşyalardan bəzilərini özü ilə götürmüş və ona pul lazım olduğundan qeyd olunan əşyaları tanımadığı şəxslərə müxtəlif qiymətə satmışdır. Lakin mənzilin yataq otağındakı çarpayı və digər əşyalar mənzildə qalmışdır. Belə ki, üç ədəd «Beko» markalı kondisionerin hər birini 200 manata, qonaq otağının stol, stulları və künc divanını 640 manata, «Samsung» markalı televizoru 400 manata, mətbəxdəki stol və stulları, həmçinin bir ədəd sobanı 100 manata, «Beko markalı soyuducunu 450 manata, «Samsung» markalı paltaryuyan maşını 320 manata, yataq otağında olan iki ədəd dolabı 450 manata, mətbəx mebelini isə 600 manata tanımadığı şəxslərə satmışdır. Bundan başqa əvvəllər tanıdığı Şahid2 2024-cü ilin yanvar ayının axırlarında ona müraciət edərək oğlu Nüsrəti işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyi üçün pul lazım olduğundan o, Nüybərlə razılaşmışdır və sonuncu oğlu Nüsrətlə onu tanış etmişdir. Nüsrətlə aralarında olan danışıq zamanı o. Nüsrəti «Pasha Holding» şirkətinə 1.179 manat əməkhaqqı ilə təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Nüsrət onunla razılaşdıqdan sonra o, ilkin olaraq Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə anasının işlədiyi Bakı şəhəri. Binəqədi rayonu, 8-ci mikrorayon, Səttar Bəhlulzadə küçəsində yerləşən qutab satışı yerində 1.700 manat, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Koala» parkın yaxınlığındakı kafedə 1.300 manat pul almışdır. Həmçinin həmin görüş zamanı Nüsrətdən «kadrların uçot vərəqəsini», ali təhsil haqqında diplomu, hərbi bileti, şəxsiyyət vəsiqəsinin kserosurətini, 2 ədəd fotoşəkil və məhkumluğun olub olmaması barədə arayış gətirməsini istəmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, yenidən Nüsrətə zəng edərək xidməti geyim formasına görə 368 manat məbləğində pul vəsaitinin tələb olunduğunu demiş və Nüsrət də həmin məbləği ona məxsus 4098 5844 6744 2917 №-li «LeoBank» plastik kart hesabına göndərmişdir. Bir müddət sonra o, yenidən Nüsrətə zəng edərək bir neçə günə işə qəbul olunacağını, şirkətin kadrlar idarəsinin əməkdaşına şirinlik kimi 500 manat məbləğində pul vəsaitinin tələb olunduğu və işə qəbul olunan kimi içərisində bir aylıq əməkhaqqı və sosial yardım olan əməkhaqqı kartının veriləcəyini demişdir. Nürət isə o qədər pulunun olmadığını bildirərək onun 4098 5844 6744 2917 №-li «LeoBank» plastik kart hesabına 350 manat göndərmişdir. O isə demişdir ki, qalan 150 manatı özü pula əlavə edib həmin şəxsə verər, işə qəbul olunduqdan sonra əmək haqqı aldıqda onun pulunu qaytarar. Lakin xx.xx.2024-cü il tarixdə o, Nüsrətə zəng edərək pulunun olmadığını bildirmiş və ona 50 manat göndərməsini demişdir, Nüsrət də həmin pul məbləğini 4098 5844 6744 2917 №-li «LeoBank» plastik kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə yenidən Nüsrətə zəng edərək bildirmişdir ki, işə qəbul edilməsinə görə narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «MedEra Hospital klinikasına getməlidir. Həmçinin Nüsrətə demişdir ki, analizlərə görə heç bir ödəniş alınmayacaqdır, ödənişini guya işə götürən şirkətin etdiyini və nəticənin bir nüsxəsinin klinika tərəfindən «Pasha Holding»-göndəriləcəyini bildirmişdir. Lakin Nüsrəti işə düzəltdiyinə inandırmaq üçün həmin analizlərin ödənişini özü vermişdir. Bundan sonra həmin gün Nüsrətin verdiyi analizləri «MedEra Hospital» klinikasından əldə edən zaman analizlərin cavabının pozitiv olduğunu görmüş və Nüsrətə zəng edərək, bu səbəbdən işə qəbul edilə bilməyəcəyini demişdir. Lakin Nüsrət bu analizin cavablarına inanmayaraq başqa klinikalarda, həmçinin «MedEra Hospital» klinikasında yenidən analiz vermiş və nəticələr neqativ olmuşdur. Daha sonra Nüsrət onunla əlaqə saxlasa da, o müxtəlif bəhanələrlə zaman qazanmağa çalışmış, lakin maddi imkanı olmadığı üçün Nüsrətdən aldığı ümumilikdə 3.768 manat pulu qaytara bilməmişdir. 09 avqust 2024-cü il tarixdə isə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulan zaman X6 aldığı puldan 1.100 manat pulu Nüsrətə geri qaytarmışdır. Bundan başqa təxminən 3 və ya 4 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ilə «Facebook» sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Ramin ucuz qiymətə «A4» formatı kağız axtarmış və onlar bu barədə sosial şəbəkədə razılaşan zaman qiymətdə razılaşmışlar. Belə ki, Zərərçəkmiş şəxs4 100 qutu «A4» formatlı kağız istəmiş və ümumi qiyməti 1.850 manata razılaşmışlar. Razılaşmadan sonra Zərərçəkmiş şəxs4 ondan hansısa Şirkətə məxsus bank hesabı istəmiş və həmin şirkətlə müqavilə bağlayaraq pulu şirkətin hesabına göndərəcəyini demişdir. O, əvvəllər rəsmi olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-də işlədiyi üçün «A4» formatı kağızların alqı-satqısı ilə məşğul olan şirkətləri tanımışdır. Bu səbəbdən həmin əlaqələri ilə maraqlanan zaman hazırda adını xatırlamadığı şəxslə Zərərçəkmiş şəxs4 100 qutu «A4» formatı kağız istəməsi barədə danışmışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs4 ondan rəsmi müqavilə tələb edir və onun şirkəti olmadığı üçün o, həmin müqaviləni bağlaya bilmir. Bu səbəbdən həmin şəxsə şirinlik kimi pul verəcəyini bildirib kömək istəmişdir. Onlar belə razılığa gəlmişlər ki, pul şirkətin hesabına köçdükdən sonra həmin məbləği ona versin, o, həmin şəxsin şirinliyini verdikdən sonra özü Zərərçəkmiş şəxs4 100 qutu «A4» formath kağızla təmin edəcəkdir. Həmin şəxs onunla razılaşdıqdan sonra ona "xxxx" MMC-nin rekvizitlərini göndərmiş, o da həmin rekvizitləri Zərərçəkmiş şəxs4 göndərmişdir. Bundan sonra 05 fevral 2024-cü il tarixdə «Techtor Supply>>> MMC ilə Zərərçəkmiş şəxs4 dediyi şəxslə müqavilə bağlanmış və 08 fevral 2024-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Zərərçəkmiş şəxs4 «Techtor Supply>>> MMC-nin bank hesabına 1.850 manat pul göndərmişdir. Həmin pul göndərildikdən sonra o, hazırda adını xatırlmadığı şəxslə əlaqə saxlamış və sonuncu pulun hesaba köçdüyünü bildirmişdir. Bundan sonra o, həmin şəxslə Yasamal rayonundakı «Hüseyn Cavid» parkında görüşərək görüşərək qeyd olunan məbləği sonuncudan tam olaraq almış və söz verdiyi kimi həmin şəxsə 250 manat şirinlik vermişdir. Qalan 1.600 manat pulu isə maddi durumu pis olduğu üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 2021-ci ilin əvvəllərində tanımışdır. Belə ki, sonuncu "xxxx" MMC-də daşınmaz əmlak satışı üzrə menecer vəzifəsində çalışmış. hamin vaxt onun qohumlarına mənzil satılması barədə sənədlərin tərtibatı və rəsmiləşdirilməsi sonuncu tərəfindən icra edilmiş və beləliklə münasibətləri yaranmışdır. Bir müddət ünsiyyətdə olmasalar da, 2 il yarım sonra o, istifadəsində olan 051 ***-**-** nömrəsi ilə Heydərin istifadəsində olan 070 ***-**-** nömrəsinin «Whatsapp ani mesajlaşma proqramına, "xxxx" MMC-dən işdən çıxmasını bildirib, sonuncunu dövlət sturukturunda işə düzəldə biləcəyini demişdir. Belə ki, həmin ərəfədə onun pula ehtiyacı olmuş və düşünmüşdür ki, Heydərdə pul vardır və sonuncudan bu adla pul alıb problemlərini həll edə bilər. Lakin Heydər hal-hazırda işlədiyini və başqa iş yerinə keçməsini istəmədiyini bildirmişdir. Buna baxmayaraq o, bir-iki gün sonra yenidən Heydərə zəng edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarında müxtəlif vəzifələr üzrə vakansiyaların mövcudluğunu və həmin vakansiya üzrə işə qəbul etdirə biləcəyini demişdir. Lakin Heydər yenə də, başqa işə ehtiyacı olmadığını, ancaq arvadının iş yerini dəyişmək istədiyini bildirib, dövlət orqanında iş axtarmasını demişdir. O, düşünmüşdür ki, bu məqamdan istifadə edərək Heydərdən pul ala bilər. Qısa müddət sonra o, Heydərə zəng edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnsan resurslarının idarəedilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya olduğunu, vəzifə maaşı, iş vaxtı və sair barədə məlumatları bildirmiş və Heydər onunla görüşüb bu məsələni üzbəüz danışmaq istədiyini demişdir. Onlar ilk dəfə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən «Coffemoon Azerbaijan» adlı məkanda görüşmüşlər. Onlar danışıb razılaşdıqdan sonra Heydərə demişdir ki, arvadı X16 tərəfindən təşkil edilən və həyata keçirilən dövlət qulluğuna qəbul üzrə yazılı test imtahanında iştirak etdikdən sonra müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək. Bu söhbətdən iki-üç gün sonra o. Heydərə zəng edib arvadının işini 16.000 manat düzəldə biləcəyini və əlavə 2.000 manatı da ona verməli olduğunu bildirmişdir. Bu müddət ərzində o, Heydərə zəng edərək, sonuncunu razı salmağa çalışmışdır. 2024-cü ilin fevral ayının sonlarında Heydər ona zəng edərək pulu hazır etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə onlar Bakı şəhəri, Nərimanov rayonu. Ağa Neymətulla küçəsi, «Nuş&Can» adlı çay evində görüşmüşlər və Heydər ona 16.000 manat pul, həmçinin arvadının sənədlərini vermişdir. Bundan sonra o, Heydərə bildirmişdir ki. arvadı «MedEra Hospitala» yaxınlaşıb narkotik vasitələrdən istifadə edib-etməməsi barədə analiz versin. Heydərin arvadı analizi verdikdən sonra Heydər telefonla analizin cavablarını ona göndərmişdir. Bir müddət sonra o, Heydərə zəng edərək Azərbaycan Respublikasımın Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifəsində çalışmış bir nəfər qadının yaşı ilə əlaqədar olaraq, pensiyaya çıxacağını və arvadım ora işə düzəldə biləcəyini demişdir. Həmçinin bildirmişdir ki, verdiyi 16.000 manatdan əlavə olaraq 5.000 manat pul da verməlidir ki, bu iş alınsın. Heydər isə əlində pulu olmadığım demişdir. O da Heydərin etimadını qazanmaq üçün bildirmişdir ki, ona verəcəyi 1.500 manat istisna olmaqla 3.500 manat versin və o, bu işi həll edəcəkdir. Heydər onunla razılaşmış və onlar 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən «Bakı Zooloji» Parkın» yaxınlığında görüşən zaman Heydər ona 1.500 manat pul vermişdir. Heydər bu müddət ərzində ona bildirmişdir ki, arvadı imtahandan keçə bilməyib, həmin vaxt o. demişdir ki, arvadını imtahandan keçirə bilər və bunun üçün Heydərdən əlavə 875 manat pul İstəmişdir. Heydər də onunla razılaşaraq ona məxsus 4098 5844 6744 2917 №-li “LeoBank” plastik kart hesabına xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla ayrı-ayrılıqda pullar göndərmişdir. Lakin o, hər hansı iş həll etməmiş və Heydərdən aldığı ümumilikdə 18.100 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 arvadı X2 hər hansı işlə təmin etmək niyyəti və həmin şəxsləri işə düzəltmək üçün hər hansı şəxslə razılaşması olmamışdır. Həmin ərəfədə onun maddi cəhətdən çətinliyi olduğu üçün o, həmin şəxslərə yalan vəd verərək, işə düzəldəcəyini bildirib pullarını ələ keçirmiş və həmin pul məbləğlərini şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin şəxslərdən yalnız Zərərçəkmiş şəxs3 aldığı puldan 1.100 manat məbləğində pul qaytarmışdır. Onun "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq Zərərçəkmiş şəxs4 ondan hansısa şirkətlə müqavilə bağlayıb pulu da həmin şirkətin hesabına ödəmək istədiyini dediyi üçün o, keçmiş əlaqələrindən istifadə edərək həmin şirkəti tapmışdır. "xxxx" MMC-nin rekvizitlərini və bank hesab nömrəsini təqdim edən şəxsi əvvəllər tanımış, lakin sonuncunun anket məlumatlarını və əlaqə nömrəsini hazırda xatırlamır. Binəqədi RPİ-nin İstintaq Şöbəsində ifadə verən zaman məsuliyyətdən yayına biləcəyini düşünüb, həmin şəxsin adının Məhəmməd olmasını demiş və bunun müqabilində sonuncuya 250 manat verməsini bildirmişdir. Lakin həmin şəxsin adını hazırda xatırlamır və sonuncunun onun niyyətindən heç bir məlumatı olmamışdır. Sadəcə olaraq həmin şəxs Zərərçəkmiş şəxs4 ilə rəsmi müqavilə bağlaması üçün şirkət təşkil etdiyindən o, həmin şəxsə əldə etdiyi puldan şirinlik kimi 250 manat pul vermişdir. "xxxx" MMC-nin müdiri kimi qeyd edilən Əliyev Samir oğlunu tanımır, sonuncu ilə heç bir münasibəti yoxdur, anket məlumatları, həmçinin əlaqə nömrələri barədə heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs5 hər hansı vəsiqə göstərməmiş və Azərbaycan Respublikası Prezident Administrasiyasının işçisi olmasını bildirməmişdir. O, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 arvadı X2 işə düzəldəcəyinə inandırmaq məqsədi ilə analiz vermələri üçün “MedEra Hospital”a göndərmişdir. ( İİ cild, i. v. 255-262). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hadisənin üzərindən çox vaxt keçdiyindən tarixləri dəqiq xatırlamır. O, qızı üçün iki otaqlı mənzil almışdır, həmin mənzili Rəşad 155.000 manata ona satmışdır, alqı-satqı olanda bildirmişdir ki, 5 min qalsın, bir müdət orada qalacaqdır, o, isə qızı hələ gəlmədiyindən Rəşadla razılaşmışdır. Danışdıqları vaxt çatdıqda, o, sonuncuya bildirmişdir ki, vaxt tamam olduğundan evdən çıxsın, Rəşad aylıq ödəniş edib bir müddətdə qalmaq istəmişdir, o da razılaşmışdır. Bir neçə ay ödəniş etsə də, daha sonra ödənişləri kəsmişdir. O, sonuncuya zəng edərək, ödəniş etməsini tələb etmişdir. Rəşad ona Qarabağda olduğunu, orada işlədiyini, hal-hazırda gələ bilmədiyini bildirmişdir. O, sonuncuya inanaraq bir müddət gözləmişdir. Daha sonra qızı gəldiyindən, Rəşadın yoldaşına zəng edərək, evdən çıxmalarını xahiş etmişdir. Bu zaman sonuncu ona bildirmişdir ki, artıq Rəşadla ayrılmış, onunla əlaqəsi yoxdur, o uşaqlarına baxır, onu bu məsələyə qatmasınlar. O da bir ana olduğu üçün, onu başa düşmüş, amma ona bildirmişdir ki, evdən çıxanda ona xəbər verməliydi, çünki o, onları ailə olduqları üçün evdə qalmağa icazə vermişdir. Daha sonra evə baxmağa getdikdə, nə qədər qapını döysələr də cavab verən olmamışdır, birdən-birə görmüşdü ki, kondisonerlər sökülüb, yerində deyildirlər. Mühafizəçidən soruşduqda, sonuncu bildirmişdir ki, bir maşın gəlmiş, əşyaları yükləyib aparmışdır. Daha sonra polisə məlumat vermişlər. Polis əməkdaşları gəldikdən sonra birgə evə daxil olmuşlar. Rəşad həmin ərəfədə ona bildirmişdir ki, evdə bir paçka dollar var, evə girə bilməzsən, o, isə ona görə polislə gəldikdən sonra evə daxil olmuşdur. Ev darma-dağın edilmiş, qapılar sındırılmış, ev əşyaları aparılmışdır. Evdə isə bir paçka dollar olmuş, lakin polislər baxdıqda saxta olduğunu müəyən etmişlər. Daha sonra Rəşadla əlaqə saxlamaq istəmişlər, lakin sonuncu ortadan itmiş, 1 il sonra gəlib zəng edərək, anlaşmazlıq olduğunu, dəymiş zərəri ödəyəcəyini bildirərək, şikayətçi olmamağını xahiş etmişdir. Onunla razılaşmış, amma sonuncu, onu aldadaraq ortadan itmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, işə düzəltmək adi ilə ondan pul almışdır. Pulu 2-3 dəfəyə vermişdir, diplomunun və hərbi biletinin Rəşadda olmasını sübut kimi göstərə bilər. Birinci dəfə 1700 manatı anasının işlədiyi qutab yerində vermişlər, ikinci dəfə 1300 manat “Koala” parkda olan kafedə vermişdir, yerdə qalanı isə, 368 manat bir, 350 manat bir, 50 manatda bir olmaqla 3 dəfəyə kartla atmışdır. Bir müddət sonra işi düzəltmədiyini görüb, gedib korupsiyaya şikayət etmiş, onlar aidiyyəti üzrə Binəqədi rayon Polis idarəsinə göndərmişlər. Rəşad tutulandan sonra polis idarəsində 1100 manat qaytarmış, lakin qalanı pulu qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rəşad bir neçə dəfə anasının işlədiyi qutab yerinə gəlmiş, söhbət edərkən anası onun işsiz olduğumu bildirdikdə onu işə düzəldə biləcəyini bildirib, ilk dəfə demişdir ki, 15 000 manat qarşılığında onu Təbi Sərvətlər Nazirliyində mühafizəçi kimi işə düzəldə bilər, lakin imkanıları olmadığından razılaşmamışlar, daha sonra anasına demişdir ki, 1000 manat qarşılığında sosial yardım düzəldə bilər, bu təkliflədə anası razılaşmamışdır, sonuncu dəfə nömrəsini götürüb onunla əlaqə saxlayaraq bildirmişdir ki, onu «Pasha Holding» şirkətinə 1.179 manat əməkhaqqı ilə təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsinə işə düzəldə bilər, onlar sonuncuya inanıb razılaşmışlar. Rəşad vəsiqə göstərərək bildirmişdi ki, Prezident Administrasiyasında işləyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi əvvəldən tanıyır. Belə ki, həmin şəxs onun əsgər yoldaşı olmuşdur. O, Rəşada işsiz olduğunu iş axtardığını bir neçə dəfə bildirmişdir. 2024-cü ilin yanvar ayında isə sonuncu onunla telefon əlaqəsi saxlamış və Bakı şəhərində Prezident Aparatında mətbuat şöbəsində rəhbər şəxs kimi işədiyini bildirərək onu Qəbələ rayonunda yerləşən Prezident İqamətgahında işə düzəldə biləcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad onunla bu məsələ ilə əlaqədar söhbət aparılması üçün tək özü Qəbələ rayonuna gəlmişdir. O da Rəşadı öz yaşadığı ünvanda qonaq etmiş, Rəşad onu işə düzəldə biləcəyini, lakin sənədlərin hazırlanması üçün pul verməli olacağını bildirmişdir. Rəşad ona 8.200 manata onu işə düzəldəcəyini bildirmişdir. Onun həmin vaxtda deyilən miqdarda pulu olmadığından o, Rəşada əvvəlcə 5.000 manat verə biləcəyini demişdir. Sonuncu da Qəbələ rayonunda yerləşən yaşadığı ünvanda ondan əlbəəl 5.000 manat pul almışdır. Həmin vaxtda atası Şahid1 da onun yanında olmuşdur. Daha sonra Rəşad pulu götürüb Bakı şəhərinə getmişdir. O, Qəbələ rayonunda olarkən Rəşid Ləbibovla bir neçə dəfs telefon əlaqəsi saxlayaraq işin gedişatı barədə məlumat almış, sonuncu ona sənədlərin hazırlandığını, lakin yenə pul göndərməsini bildirmiş, o da xx.xx.2024-cü il tarixdə Qəbələ rayonunda olarkən sonuncunun ona göndərdiyi «Leobank» kart hesabına 500 manat, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon İ.B.Qutqaşınlı küçəsində yerləşən Yeni marketdə «Emanat» terminalı vasitəsilə 100 manat, 20.01,2024-cü il tarixdə Qəbələ rayonunda mobil tətbiq vasitəsilə onlayn formada 1.500 manat pul göndərmişdir. Qəbələ rayonunda olarkən Rəşada 7.100 manat pul vermişdir. Daha sonra son gedişatla maraqlanmaq üçün atası Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayon, Yeni Yaşamal adlanan ünvana Rəşid Ləbibovun onu çağırdığı yerə getmişdir. Sonuncu ona artıq 1.100 manat pulu verdikdən sonra onu işə düzəldəcəyini qeyd etmişdir. O da özü ilə gətirdiyi 1.100 manat pulu Bakı şəhəri, Yasamal rayon Yeni Yasamal adlanan ünvanda özünə məxsus olan nəqliyyat vasitəsində əlbəəl formada Təqsirləndirilən şəxs atası Şahid1 da iştirakı ilə vermişdir. Daha sonra atası ilə birlikdə Qəbələ rayonuna qayıtmışdır. Bir neçə dəfə Rəşid Ləbibov ilə telefon əlaqəsi saxlamış, sonuncu ona müxtəlif yalanlar demiş, daha sonra isə işin alınmadığını və pulunu geri qaytaracağını bildirmişdir. Lakin Rəşad onun pulunu geri qaytarmamış və onu aldadaraq 8.200 manat pulumu dələduzluqla ələ keçirmşdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, əvvəllər "xxxx" QSC-də baş mühasib işləsə də, hazırda "xxxx" MMC-də maliyyə işləri üzrə mütəxəssis işləyir. Təxminən 2024-cü ilin fevral ayında biznes qurmaq üçün bir neçə sahə ilə araşdırma aparıb qənaətə gəlmişdir ki, «A4» formatlı kağızların topdan və pərakəndə satışı ilə məşğul olaraq pul qazanmaq olar. Bununla bağlı şirkət və fərdi şəxslərdən markasım, idxalım, ixracını və digər tərəflərini maraqlanmaq üçün bu işi həm dostu, həm də birlikdə ticarət edəcəyi Şahid3 həvalə etmişdir. Birlikdə etdikləri araşdırmalardan qərara gəlmişlər ki, «A4» formatlı kağızın Bakı şəhərində satışını təmin edən şirkətlərə də bu barədo sorğular versinlər. Bununla bağlı «Facebook» sosial şəbəkəsində araşdırma aparan zaman topdançılar profili ilə fəaliyyət göstərən səhifənin reklam bölümündə Təqsirləndirilən şəxs adlı istifadəçinin profili ilə rastlaşmışlar. Həmin vaxt səhifəyə yerləşdirilmiş 051 ***-**-** GSM nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxsla danışıqlar aparıb fikir mübadilosi etmişlər və şifahi olaraq birgə ticarət etmək qərarına gəlmişdir. Belə ki, həmin ərəfədə o, fiziki şəxs kimi vergi orqanlarında rəsmi qeydiyyatdan keçmədiyindən və hesab nömrəsi olmadığı üçün bununla bağlı dostu X7 müraciət etmiş və fikirlərini sonuncuya bildirərək, görəcəyi işlə bağlı adından müqavilə bağlanması və pul köçürməsi etməyi xahiş etmişdir. Tural onunla razılaşdıqdan sonra 05 fevral 2024-cü il tarixdə Turalla, Rəşadın onlara verdiyi rekvizitlər əsasında "xxxx" MMCnin direktoru X15 arasında müqavilə bağlanmışdır. 08 fevral 2024-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq o, özü Turalın bank hesabına 1.850 manat pul yerləşdirdikdən sonra həmin hesabdan elektron formada Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" MMC-nin bank hesabına 1.850 manat məbləğində pul köçürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyə əsasən həmin pul müqabilində onlara 10 fevral 2024-cü il tarixdə 100 qutu «A4» formatlı kağız təhvil verməli idi. Lakin Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyə və verdiyi vədə əməl etməyərək xx.xx.2024-cü il tarixdən etibarən müxtəlif bəhanələr gətirməklə məhsulu onlara təhvil verməmiş və telefonlara cavab verməyərək onlardan yayınmışdır. Bundan sonra o, əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq 1.850 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Müqavilə və pul köçürməsi dostu X5 adından aparılsa da, həmin pul məbləği ona məxsus olmuşdur. Belə ki, həmin vaxt o, fiziki şəxs kimi vergi orqanlarında rəsmi qeydiyyatdan keçmədiyindən və hesab nömrəsi olmadığı üçün bununla bağlı Turala müraciət etmişdir. Odur ki, həmin pul məbləği ona məxsus olduğundan maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, X3 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və həmin tarixdə nikahları dövlət qeydiyyatına alınmış, nikahdan sonra arvada «Əliyeva» soyadı verilmişdir. Arvadı Nağıyeva (Əliyeva) Mahizər Əliniyaz qızı Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin bakalavriat və magistratura təhsil pilləri üzrə bitirmiş və müvafiq ixtisaslara yiyələnmişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək müddətdə "xxxx" MMC-də daşınmaz əmlak satışı üzrə menecer vəzifəsində işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə əmək funksiyalarından biri müəssisənin inşa etdiyi binalarda yerləşən mənzillər haqqında texniki-iqtisadi məlumatların müştərilərə təqdim edilməsi, yaşayış sahələrinin satılması, bununla bağlı müqavilələrin və digər lazımi sənədlərin tərtib edilməsi, habelə rəsmiləşdirilməsindən ibarət olmuşdur. Qeyd edilən müddətdə Təqsirləndirilən şəxs yaxın qohumuna (ailə üzvünə) də mənzil satılması barədə sənədlərin tərtibatı və rəsmiləşdirilməsi onun tərəfindən icra edilmişdir. Müvafiq mənzil haqqında texniki-iqtisadi məlumatları isə şifahi müraciətinə əsasən məhz Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə aralarındakı münasibət qeyd edilən hadisədən sonra başlamış və yaranmışdır. Mənzilin satılması ilə bağlı sənədləşmələr başa çatdıqdan sonra isə uzun müddət ərzində Təqsirləndirilən şəxs ilə aralarında heç bir ünsiyyət və əlaqə olmamışdır. Həmin vaxtdan təxminən 2-2.5 il müddət keçdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** nömrəsi ilə qeydiyyat alınmış «Whatsapp» sosial şəbəkəsindəki profili üzərindən onun istifadəsində olan 070 ***-**-** nömrəsi ilə qeydiyyata alınmış «Whatsapp» şəbəkəsindəki profilə səsli və yazılı mətn üslubunda ismarıclar göndərmişdir. İlk ismarıclarında hal-əhvalını soruşmaq məqsədilə ona yazdığını və onun həmin müəssisədən, yəni "xxxx" MMC-dən işdən çıxdığı barədə məlumatlı olduğunu bildirmişdir. Daha sonra isə başqa iş yerinə işə qəbul edilməsi ilə bağlı köməklik göstərməsi barədə istəyi olmamasına baxmayaraq, Rəşad ona dövlət strukturuna, o cümlədən «Paşa Holding» qrupuna daxil olan şirkətlərdən hər hansı birinə işə qəbul edilməsinə dəstək olacağı barədə məlumatlar vermişdir. O isə cavab olaraq hazırda işlədiyini və buna görə də, yeni işə ehtiyacı olmadığını bildirmişdir. Bir neçə gün sonra isə Rəşad yenidən ona zəng etmiş, həmin zəngdə isə ona tikinti sektorunda işlədiyini nəzərə alaraq, eyni sektora aid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarında müxtəlif vəzifələr üzrə vakansiyaların mövcudluğu, həmin qurumlara işə qəbul edilməsində xüsusi köməklik edəcəyi barədə ətraflı məlumatlar vermişdir. O isə cavab olaraq, hazırda öz işini dəyişmək istəmədiyini, lakin arvadının iş yerini dəyişmək istəyinin olduğunu, dövlət sektorunda yeni iş imkanı olarsa, maraqlana biləcəyini bildirmişdir. Rəşad isə ona vakansiyalar barədə məlumatları qısa müddətə təqdim edəcəyini demişdir. Qısa müddət sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnsan resurslarının idarəedilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya olduğunu, vəzifə maaşı, iş vaxtı və s. barədə məlumatları ona bildirmişdir. Arvadı da iş yerini dəyişməsi barədə razılıq verdikdən sonra o, Rəşada zəng edib görüşmək istədiyini bildirmişdir. Rəşadla ilk dəfə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən «Coffemoon Azərbaijan» adlı ictimai iaşə müəssisəsində görüşmüşlər. Görüş başlayandan təxminən 3-4 dəqiqə sonra həmin məkandan kənara çıxmasını xahiş etmişdir. Məkanın qarşısına çıxdıqdan sonra ona qırmızı rəngli üz qabığı olan vəsiqəni göstərmiş və bildirmişdir ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işçisidir. Görüş məkanının qarşısına çıxmalarının vacibliyini də belə əsaslandırmışdır ki, içəridə videokameralar var və kamera görüntüləri altında vəsiqəsini göstərməyə icazə verilmir. Vəsiqədə həmin şəxsin adı «Rəşad» olaraq qeyd edilmiş, lakin soyad və ata adının necə qeyd cdildiyir.i xatırlamır. Bundan sonra isə, yenidən görüş məkanına qayıtmışlar. Adıçəkilən şəxs təxminən 2 il müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işlədiyini və məhz bu cür işlərlə məşğul olduğunu bildirmişdir. Görüşün nəticəsi olaraq, arvadının həmin şəxsin köməkliyi ilə işə düzəlməsi barədə razılaşmışlar. Həmin şəxs ona bu xidmətinin qarşılığında nə qədər ödəniş ediləcəyi barədə məlumatı qısa vaxtda bildirəcəyini demişdir. Həmçinin prosesi izah edərək bildirmişdir ki, arvadı X16 tərəfindən təşkil edilən və həyata keçirilən dövlət qulluğuna qəbul üzrə yazılı test imtahanında iştirak etdikdən sonra müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək. Bu danışıqlardan sonra onda həmin şəxsə qarşı inam yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs 2-3 gün sonra ona «Whatsapp» sosial şəbəkəsi vasitəsilə zəng edərək, xidmət haqqının 16.000 manat olacağını, 2.000 manat məbləğində pul vəsaitini isə məhz onun özünə ödəməli olacağını bildirmişdir. Həmçinin xidmət haqqının ən vacib olan hissəsinin məhz 16.000 manat məbləğində vəsait olduğunu, 2.000 manatı isə istənilən vaxt, hətta arvadı işə qəbul ediləndən sonra da ödəməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra Rəşada daha da inanmağa başlamış, bu müddətdə qarşılıqlı zənglər edilmişdir. Həmin danışıqlardan birində isə, ondan bu məsələ barədə hansı müddətdə qəti qərar verəcəyini soruşmuşdur. Sualını belə əsaslandırmışdır ki, ondan da bu məsələ barədə cavab gözləyirlər. O isə özünə məxsus nəqliyyat vasitəsini satandan sonra razılaşdırdıqları ödənişi edəcəyini demiş və Rəşad onunla razılaşmışdır. 2024-cü ilin fevral ayının sonlarında o, Rəşada zəng etmiş və məlumat vermişdir ki, tələb edilən pulu artıq əldə etmişdir. Rəşad ona pulu götürməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, «Nuş&Can» adlı çay evində görüş təklif etmişdir. Rəşad əvvəlcə ona doldurulması üçün anket göndərmişdir. 4-5 sayda anketi isə, arvadı doldurulmamış formada imzalamış, həmin anketləri isə görüş yerində birlikdə doldurmuşlar. Arvadına aid bakalavr pilləsi üzrə təhsili başa vurması barədə diplomunun, magistratura pilləsi üzrə təhsili bitirməsi barədə diplomunun, insan resurslarının idarəedilməsi üzrə təlimdə iştirak etməsi barədə sertifikatının, şəxsiyyət vəsiqəsinin və məhkumluq haqqında arayışın şəklini «Whatsapp» sosial şəbəkəsi üzərindən Rəşada göndərmişdir. Anketi də imzalanmış və doldurulmuş formada kağız daşıyıcıda Rəşada təhvil vermişdir. 16.000 manat məbləğdə pulu da həmin məkanda Rəşac ondan təhvil almışdır. Rəşad ondan sonra başqa bir nəfərlə də görüşəcəyini demiş və holə həmin məkanda qalacağını bildirərək onunla sağollaşmış, görüş məkanını təklikdə tərk etmişdir. Təqsirləndirilən şəxs tövsiyələrinə əsasən arvadı «MedEra hospital»da narkotik vasitələrin istifadəsinə dair tibbi analiz vermişdir. Həmin analizin nəticəsinə dair məlumatlar elektron poçt ünvanına göndərilmişdir. O, nəticələri Rəşada «Whatsapp» sosial şəbəkəsindəki profilinə göndərmişdir. Rəşad isə nəticələrin tələblərə uyğun olmadığını bildirmiş və ona başqa nümunələr göndərdikdən sonra 12 göstərici üzrə analizin verilməli olduğunu, həmçinin analizin nəticələrinin sürücüsü tərəfindən də tibb müəssisəsindən götürülməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra Rəşaddan şübhələnməyə başlamışdır. O, işdən icazə alaraqa hospitala getmiş, analizin nəticələrinin imzalı və möhürlü formada hazır olduğunu öyrəndikdən sonra xanım əməkdaşa analizin nəticələrini başqa şəxsin götürəcəyini bildirmişdir. Həmin müddətdə kənar şəxsin analizin nəticələrini götürməsinin şahidi olmamışdır. Bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs «Whatsapp» sosial şəbəkəsi üzərindən ona analizin nəticələrini göndərmişdir. Daha sonrakı danışıqlarında isə Rəşad ona Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifəsində çalışmış bir nəfər qadının yaşı ilə əlaqədar olaraq, pensiyaya çıxacağını demişdir. Həmin vəzifəyə arvadının işə götürülməsinin mümkün olmasını bildirmişdir. O isə arvadının bu vəzifəyə işə qəbulunun əvvəldən razılaşdırılmış məbləğlə həll edilməsinin mümkün olub-olmayacağmı soruşmuşdur. Rəşad cavab olaraq ona bunun üçün əlavə 5.000 manat da istənildiyini demişdir. O isə Rəşada əlavə pulunun olmadığını bildirmişdir. Rəşad isə ona arvadının müvafiq sertifikatı olduğunu nəzərə alıb, həmin nazirlikdə 3-5 il müddətində sektor rəhbəri də ola biləcəyini, hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vəzifəyə keçiriləcəyinə köməklik edəcəyini demişdir. O, yenə də Rəşada əlavə pulunun olmadığım bildirmişdir. Rəşad isə ona çatası 1.500 manat istisna olmaqla, 3.500 manat məbləğin ödənilməsinin vacib olduğunu demişdir. Bu danışıqlardan sonra o, Rəşada 2024cü ilin aprelin ayının birində nağd formada əlavə olaraq 1.500 manat pulu Bakı şəhərinin Nərimanov ərazisində yerləşən Bakı zooloji parkının yaxınlığında təhvil vermişdir. Martın sonlarında Rəşad eyni zamanda ona bildirmişdir ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin yazılı test mərhələsi 2024-cü ilin aprel ayının 14-nə təyin edilmişdir. Daha sonra isə İmtahan komissiyasının da 875 manat pul istədəyini, həmin məbləğin də verilməli olduğunu bildirmişdir. Bu səbəbdən 300 manat məbləğində pulu da 2024-cü ilin aprel ayının 13-də həmin şəxsə aid 4098 5844 6744 2917 nömrəli kart hesabına göndərmişdir. Ona arvadının müvafiq test imtahanında 15-20 sayda cavabı qaralamalı olduğunu demişdir. Lakin imtahanın nəticəsində arvadı müvəffəqiyyət əldə etməmişdir. O, Rəşada imtahanın nəticəsinin mənfi olduğunu bildirdikdən sonra sonuncu cavab olaraq ona bildirmişdir ki, narahat olmalarına səbəb yoxdur, məsələ öz müsbət həllini tapacaqdır. Daha sonra isə ona məxsus yuxarıda qeyd edilmiş kart hesabına ayrı-ayrılıqda 200 manat və 100 manat da göndərmişdir. Daha sonrakı danışıqlarında isə, Rəşad ona Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Vüsalə adlı işçiyə yaxınlaşmalı olduğunu, onları nazirin qəbuluna aparacağını demişdir. Onlar da nazirliyə getmişlər. Mühafizəçi isə onlara demişdir ki, nazirlikdə Vüsalə adlı şəxs işləmir. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq əməli törədilmiş, nəticədə ona 18.100 (on səkkiz min bir yüz) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərdən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qutab satışı ilə məşğul olur. Təxminən 2024-cü ilin yanvar ayının əvvəlində oğlu Nüsrət iş axtarmış və həmin ərəfədə onun Rəşad adlı müştərisi olmuşdur. Rəşad ona Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında işlədiyini və 15.000 manat müqabilində oğlu Nüsrəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Lakin onların bu məbləğə maddi imkanları çatmadığı üçün bundan imtina etmişlər. Bu zaman Rəşad 3.000 manat müqabilində oğlu Nüsrəti «Pasha Holding»ə 1.179 manat əməkhaqqı ilə təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsinə işə düzəldə biləcəyini söyləmişdir. O, bu barədə oğlu Nüsrətlə danışması üçün oğlunun mobil nömrəsini Rəşada vermiş və onlar bu barədə danışıb razılaşmışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Səttar Bəhlulzadə küçəsində yerləşən qutab satışı yerində oğlu Nüsrət, Rəşada 1700 manat məbləğində pul vermişdir. Ertəsi gün isə yəni xx.xx.2024-cü il tarixdə oğlu Nüsrət Bakı şəhərində yerləşən «Koala» parkın yaxınlığında yerləşən kafedə Rəşadla görüşərək ona 1.300 manat məbləğində pul vermişdir. Həmçinin oğlu Nüsrət, Rəşada «kardların uçot vərəqəsini», ali təhsil haqqında diplomu, hərbi bileti, şəxsiyyət vəsiqəsinin kserosurətini, 2 ədəd fotoşəkil və məhkumluğun olub olmaması barədə arayış təqdim etmişdir. xx.xx.2024- cü il tarixdə Rəşad oğlu Nüsrətə zəng edərək xidməti geyim formasına görə 368 manat məbləğində pul vəsaitinin tələb olunduğunu söyləmiş və Nüsrət həmin pul məbləğini Rəşadın «Leobank» bank kartına göndərmişdir. Bir müddət sonra Rəşad yenidən oğlum Nüsrətlə əlaqə saxlayaraq artıq bir neçə günə işə qəbul olunacağını bildirmiş və şirkətin kadrlar idarəsinin əməkdaşına «şirinlik» kimi 500 manat məbləğində pul vəsaitinin tələb olunduğunu, həmçinin işə qəbul olunan kimi içərisində bir aylıq əməkhaqqı və sosial yardım olan əməkhaqqı kartının veriləcəyini demişdir. Lakin həmin məbləğdə pul olmadığından Nüsrət Rəşadın istifadəsində olan kart hesabına 500 manat deyil 350 manat məbləğində pul göndərmişdir. X4 işə qəbul olunduqdan sonra ona 800 manat məbləğində pul vəsaitini verməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad yenidən Nüsrətlə əlaqə saxlayaraq pulun olmadığını bildirmiş və 50 manat göndərməsini xahiş etmişdir. Nüsrət də Rəşadın «Leobank» kartına 50 manat göndərmişdir. 19 fevral 2024-cü il tarixdə Rəşad oğlu Nüsrətə zəng edərək narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması üçün onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «MedEra Hospital» klinikasına göndərmişdir. Həmin analizlərə görə Nüsrət heç bir ödəniş etməmiş, Rəşad analizlərin ödənişini işə götürən şikayətin etdiyini və nəticənin bir nüsxəsinin klinika tərəfindən «Pasha Holding»ə göndəriləcəyini bildirmişdir. Nüsrət həmin gün «MedEra Hospital»a müvafiq analizləri vermiş vo cavab olaraq iki narkotik maddə üzrə pozitiv nəticənin olduğu bildirilmişdir. Rəşad isə bu səbəbdən Nüsrətin işə qəbul olunmasının mümkün olmadığını vurğulamışdır. Lakin oğlu Nüsrət heç vaxt narkotik maddə qəbul etmədiyindən onlar nəticədən narazı qalmışlar və növbəti gün Nüsrət AR Səhiyyə Nazirliyinin «Bakı şəhər Narkoloji Mərkəzi»ndə təkrar analiz vermiş, nəticələr neqativ olmuşdur. Bundan sonra həmin analiz nəticəsini «MedEra Hospital»a aparmış, Ləkrar analiz götürülmüş, cavablar isə yenidən neqativ olmuşdur. «MedEra Hospital» klinikasının səhvlik olduğu bildirməsinə və oğlunun təkrar analiz verməsinə baxmayaraq Rəşad işə qəbulun mümkün olmadığını bildirmişdir. Bu səbəbdən onlar Rəşada verdikləri pul məbləğini geri tələb etdikdə sonuncu pulu qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək zaman qazanmağa çalışmış və hal-hazıradək pulu qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasına gəlməmiş, həmin şahidlərin iştirakı olmadan iclasın keçirilməsini məhkəmə mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 uzun illərdir ki, tanıyır, aralarında dostluq münasibəti vardır. Təxminən 2024-cü ilin fevral ayında o və Ramin biznes qurmaq üçün bir neçə sahə ilə araşdırma aparıb qənaətə gəlmişlər ki, «A4» formatlı kağızların topdan və pərakəndə satışı ilə məşğul olaraq pul qazanmaq olar. Bununla bağlı şirkət və fərdi şəxslərdən markasını, idxalını, ixracını və digər tərəflərini maraqlanmaq üçün Ramin bu işi ona həvalə etmişdir. Birlikdə etdikləri araşdırmalardan qərara gəlmişlər ki, «A4» formatlı kağızın Bakı şəhərində satışını təmin edən şirkətlərə də bu barədə sorğular versinlər. Bununla bağlı «Facebook» sosial şəbəkəsində araşdırma aparan zaman topdançılar profili ilə fəaliyyət göstərən səhifənin reklam bölümündə Təqsirləndirilən şəxs adlı istifadəçinin profili ilə rastlaşmışlar. Həmin vaxt səhifəyə yerləşdirilmiş 051 ***-**-** GSM nömrəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxsla danışıqlar aparıb fikir mübadiləsi etmiş və şifahi olaraq birgə ticarət etmək qərarına gəlmişlər. Belə ki, həmin ərəfədə Ramin fiziki şəxs kimi vergi orqanlarında rəsmi qeydiyyatdan keçmədikləri və hesab nömrələri olmadığı üçün Ramin bununla bağlı ortaq dostları X7 müraciət etmiş və fikirlərini bildirərək, görəcəkləri işlə bağlı sonuncunun adından müqavilə bağlanması və pul köçürməsi etməyi xahiş etmişdir. Tural da razılaşdıqdan sonra 05 fevral 2024-cü il tarixdə Turalla, Rəşadın onlara verdiyi rekvizitlər əsasında "xxxx" MMC-nin direktoru X15 arasında müqavilə bağlanmışdır. 08 fevral 2024cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Ramin, Turalın bank hesabına 1.850 manat pul yerləşdirdikdən sonra həmin hesabdan elektron formada Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" MMC-nin bank hesabına 1.850 manat məbləğində pul köçürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyə əsasən həmin pul müqabilində onlara 10 fevral 2024-cü il tarixdə 100 qutu «A4» formatlı kağız təhvil verməli idi. Lakin Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyə və verdiyi vədə əməl etməyərək xx.xx.2024-cü il tarixdən etibarən müxtəlif bəhanələr gətirməklə məhsulu onlara təhvil verməmiş və telefonlara cavab verməyərək onlardan yayınmışdır. Bundan sonra onlar əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onları aldadaraq 1.850 manat məbləğində pulu ələ keçirməklə dələduzluq etmişdir.(İİ cild, i.v 180-182) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 1); Zərərçəkmiş şəxs5 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli talama əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif edilərək, əməli törətmiş şəxs barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.( cild 1, i.v 6-10) Qəbzlərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 4098 5844 6744 2917 nömrəli kart hesabına 2024-cü ilin aprel ayının 13-də 300 manat, xx.xx.2024-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 100 manat pul göndərmişdir.(i.v 23-26) hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/42 ünvanda fəaliyyət göstərən “Bravo” marketin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 31-32); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(cild 1, i.v 52-53) zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, ifadənin yerində yoxlanması məqsədi ilə Zərərçəkmiş şəxs5 hadisənin baş verdiyi ərazidə ifadə vermək təklif olunduqda o, aşağıdakıları bildirmişdir ki, hal-hazırda ibtidai araşdırması aparılan ********* №-li cinayət işi üzrə ifadənin yerində yoxlanılması ilə bağlı ifadəsində qeyd etdiyi kimi 2021ci ilin əvvəllərində tanış olduğu Təqsirləndirilən şəxs onun arvadını işə düzəldəcəyini ona vəd verməsini, 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, Nuş & Can adlı çay evində ona 16.000 manat pul verməsini, bundan başqa əlavə olaraq 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən "Bakı Zooloji Parkın" yaxınlığında 1.500 manat pul ona verməsini, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində mobil telefon vasitəsi ilə Rəşada məxsus 4098 5844 6744 2917 nömrəli karta 300 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində mobil telefon vasitəsi ilə Rəşada məxsus 4098 5844 6744 2917 nömrəli karta 200 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/42A ünvanında yerləşən "Bravo Express" mağazasında olan "Mpay" terminalı vasitəsi ilə Rəşada məxsus 4098 5844 6744 2917 nömrəli karta 100 manat pul köçürməsini göstərmişdir (cild 1, i.v. 66-70); cinayət təqibi üzrə icraatda birləşdirilməsi barədə 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işiləri bir icraatda birləşdirilərək ********* nömrəsi altında istintaqı davam etdirilmişdir (cild 1, i.v. 71-72); cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının əməkdaşı kimi təqdim edən Rəşad adlı şəxs tərəfindən işə düzəlmək adı ilə aldadılaraq 3720 manat məbləğində pulunun ələ keçirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, ibtidai istintaqın aparılması Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilmiş və "Med Era" Hospitalının işçilərinin barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. (cild 1, i.v. 76-80); cinayət işinin icraata qəbul edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü icraata qəbul edilmiş və cinyət işinin istintaqı davam etdirilmişdir (cild 1, i.v. 131); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 133); Qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 368 manat bir, 350 manat bir, 50 manatda bir olmaqla 3 dəfəyə Təqsirləndirilən şəxs adına olan kart hesabına atmışdır.(1 cild, i.v 145) cinayət təqibi üzrə icraatda birləşdirilməsi barədə 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işiləri bir icraatda birləşdirilərək ********* nömrəsi altında cinayət işinin istintaqı davam etdirilmişdir (cild 1, i.v. 146); cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. (cild 1, i.v. 149); xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 08 fevral 2024-cü il tarixdə Turalın bank hesabına 1.850 manat pul yerləşdirdikdən sonra həmin hesabdan elektron formada Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" MMC-nin bank hesabına 1.850 manat məbləğində pul köçürmüşdür. (cild 1, i.v 156) cinayət işinin icraata qəbul edilməsi haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 197); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 199); məcburi gətirmə haqqında 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi üçün məcburi qaydada Binəqədi rayon polis idarəsinin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır (cild 1, i.v. 206); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v 208-209); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, i.v 211); cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Binəqədi RPİ-nin İŞ-nə təqdim edilənədək dayandırılmışdır (cild 1, i.v 213); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul olunması haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 1, i.v 216); cinayət işi üzrə əməlin tövsif olunması barədə 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v 218-219); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v 221- 222); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild 1, i.v 224-225); axtarışda olan şəxsin tutulması barədə 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək Binəqədi RPİ-nin 5-ci PB tərəfindən xx.xx.2024-cü il tarixində, saat 19:45-də saxlanılmışdır (cild 1, i.v 228); cinayət işinin icraatının təzələnməsi haqqında 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (cild 1, i.v 229-230); maddi ziyanın ödənilməsi haqqında 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Rnespubilkasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs maddi ziyandan 1100 (bir min yüz) manat pul vəsaitini zərəçəkmiş Zərərçəkmiş şəxs3 ödənilməsi üçün təqdim etmişdir (cild 1, i.v 252); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Qasım Abbasovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v 256-257); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 258-260); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v 277-278); cinayət işinin icraata qəbul edilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 296-297); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(cild 2, i.v. 1-2); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət MƏcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 06 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. cinayət işinin icraata qəbul edilməsi və iş üzrə icraatın birləşdirilməsi barədə 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəsi altında bir icraatda istintaq olunması qərara alınmışdır (cild 2, i.v. 5-7); cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 2, i.v. 11); baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 13 ünvanına baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 18-22); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 30); şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və tutulduğu andan Yasamal RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır (cild 2, i.v. 44); cinayət iş üzrə icraatın təzələnməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və təzələnərək ibtidai istintaq davam etdirilmişdir (cild 2, i.v. 56); materialın cinayət işinə birləşdirilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/1124 nömrəli material icraatda olan Azərbaycan Respublikasi CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında aparılması qərara alınmışdır (cild 2, i.v. 58-59); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 2, i.v. 65-66); cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Yasamal RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (cild 2, i.v. 69-70); Qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonunda olarkən sonuncunun ona göndərdiyi «Leobank» kart hesabına 500 manat, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon İ.B.Qutqaşınlı küçəsində yerləşən Yeni marketdə «Emanat» terminalı vasitəsilə 100 manat, 20.01,2024-cü il tarixdə Qəbələ rayonunda mobil tətbiq vasitəsilə onlayn formada 1.500 manat pul göndərmişdir (cild 2, i.v 79-82) zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 106); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsii ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v 123- 124); cinayət əməlinin tövsif edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.4, 178.2.2 və 178.2.4ci maddələrinə tövsif edilmişdir (cild 2, i.v 133-134); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (cild 2, i.v 138-139); 05 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı" "Alıcı”-ya Rusiya istehsalı olan A4 kağız (Svetocopy) (bundan sonra "Mal") satmış, "Alıcı” isə həmin Malı qəbul etmiş və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcıya ödəmişdir (cild 2, i.v 176-177); cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 2, i.v 184-187); cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir (cild 2, i.v 191- 194); video diskə baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd “CD” disk açıldıqda həmin diskdə 47 ədəd səs yazısı və 03 ədəd videogörüntü olan fayllar aşkar edilmiş, baxış zamanı iş üzrə təqsirləndirilən şəxs qeyd olunan fayllarla tanış olaraq bildirmişdir ki, təqdim edilmiş səs yazılarında, həmçinin “WhatsApp Video 2024-02-10 at 14.16.56 (1)” adlı videogörüntüdə olan şəxs onun özüdür. Eyni zamanda keçirilmiş baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 məxsus mənzildən ümumi dəyəri 5.500 manat olan məişət əşyaları və mebelləri oğurlaması faktı öz təsdiqini tapmışdır. (cild 2, i.v 220); video diskə baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd “CD-R” disk açıldıqda həmin diskdə bir ədəd 05 dəqiqə 15 saniyədən ibarət “WhatsApp Audio 2024-03-09 at 17.37.03” adlı səs yazısı olan fayl aşkar edilmiş, baxış zamanı iş üzrə təqsirləndirilən şəxs qeyd olunan faylla tanış olaraq bildirmişdir ki, təqdim edilmiş səs yazısında danışan şəxslərdən biri onun özüdür. Eyni zamanda keçirilmiş baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 işə düzəldəcəyi adı ilə yalan verib aldatmaqla 8.200 manat pulunu ələ keçirməsi faktı öz təsdiqini tapmışdır. (cild 2, i.v 221); video diskə baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd “CD-R” disk açıldıqda həmin diskdə 04 ədəd səs yazısı olan fayllar aşkar edilmiş, baxış zamanı iş üzrə təqsirləndirilən şəxs qeyd olunan faylla tanış olaraq bildirmişdir ki, təqdim edilmiş səs yazılarında danışan şəxslərdən biri onun özüdür. Eyni zamanda keçirilmiş baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs3 işə düzəldəcəyi adı ilə yalan verib aldatmaqla 3.768 manat pulunu ələ keçirməsi faktı öz təsdiqini tapmışdır. (cild 2, i.v 222); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi və xx.xx.2024-cü il tarixdə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X13 tərəfindən «həbs qətimkan tədbiri nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 barələrində Azərbaycan Respublikası CM-in 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi "xxxx" MMC-nin iş fəaliyyətinin yoxlanılması məqsədi ilə ********* nömrəli cinayət işinin istintaq materiallarından ayrıca material ayrılması və Xətai rayon prokurorluğuna göndərilməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, OD2 №-li ödəniş tapşırığı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri iş üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi. iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, iş üzrə alınmış ifadələr, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması barədə protokollar, CD disklərə baxış protokolları, habelə tərəflər arasında «Whatsapp» mesajlaşma proqrammı vasitəsi ilə baş tutmuş yazışmaların fotoşəkilləri iş üzrə sübut kimi qiymətləndirilməsi, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilməsi qərara alınmışdır. (cild 2, i.v 223-241); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v 243-246); “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cü il təvəllüdlü X9 adlı övladı vardır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını gizli olaraq talamış, zərərçəkmiş şəxslərin etibarından təkrar olaraq sui-istifadə edərək ona xeyli miqdarda maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilməməsi, dələduzluq epizodları üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadələri özünü məsuliyyətdən kənarda qoymaq niyyətinə dəlalət edir və iş materiallarında olan sübutlarla təkzib edilir. Məhkəmə hər bir epizod üzrə ayrıca qiymət verməyi məqsədə müvafiq hesab edir. Belə ki, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməsi epizodu ilə əlaqədar iş materiallarında olan Zərərçəkmiş şəxs4 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və sonuncunun təqdim etdiyi ödəniş tapşırığı ilə tam təsdiq edilmiş, bununla da təqsirləndirilən şəxsin həmin epizod üzrə özünü qismən təqsirli bilməsi təkzib edilmişdir. Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi epizodu ilə əlaqədar iş materiallarında olan Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, aralarında olan “whatsapp” yazışmaları və sonuncunun təqdim etdiyi ödəniş qəbzləri ilə tam təsdiq edilmiş, bununla da təqsirləndirilən şəxs özü həmin epizodda tam təqsirli bilmişdir. Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodu ilə əlaqədar iş materiallarında olan Zərərçəkmiş şəxs5 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və sonuncunun təqdim etdiyi ödəniş qəbzləri ilə tam təsdiq edilmiş, bununla da təqsirləndirilən şəxsin həmin epizod üzrə özünü qismən təqsirli bilməsi təkzib edilmişdir. Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsi epizodu ilə əlaqədar iş materiallarında olan Zərərçəkmiş şəxs3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, aralarında olan “whatsapp” yazışmaları və sonuncunun təqdim etdiyi ödəniş qəbzləri ilə tam təsdiq edilmiş, bununla da təqsirləndirilən şəxsin həmin epizod üzrə özünü qismən təqsirli bilməsi təkzib edilmişdir. Zərərçəkmiş şəxs1 qarşı xeyli miqdarda zərər vurmaqla oğurluq etməsi epizodu üzrə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin əməli törətməsi ilə bağlı məhkəmədə zərərçəkmişin iştirakı ilə keçirilən iclasda ziddiyyətli ifadələr verməklə zərərçəkmişlə aralarında anlaşılmazlıq olduğunu, əslində niyyətinin əşyaları satmaq olmadığını, zərərçəkmişə ziyanın bir hissəsini ödəməsi ilə bağlı ifadələr versə də, istinad etdiyi hallar digər sübutlarla təsdiq edilməmiş, aralarında pul məsələsinin olmasını əsas gətirsə də, həmin xüsusatı təsdiq edəcək heç bir hal aşkar edilməmişdir. Bunun əksi olaraq zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, iş materiallarında olan görüntülər ilə tam təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs öz mülkiyyətində olan evi və içərisindəki əşyaları zərərçəkmişə satmış olsa da, daha sonra satdığı əşyaları zərərçəkmişdən xəbərsiz gizlin olaraq götürüb digər şəxslərə satmaqla ona istinad edilən əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən özgənin əmlakını xeyli miqdarda oğurluq etmək - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən təkrarən xeyli miqdarda dələduzluq etmək- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurulmuş zərərdən 1100 manat qaytarması CM 59.1.14-cü maddəsinə, himayəsində azyaşlı uşağının olması CM 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslə barışıq əldə etməməsi və ona dəymiş ziyanı tam ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmalı və qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, tutulduğu və həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqlı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, OD2 №-li ödəniş tapşırığı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi xx.xx.2024-cũ tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri iş materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil bürosunun vəkili Müdafiəçi2 müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 178.2.2 və 178.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4 cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 1(101)-491/2025 saylı hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki höküm ilə təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 04 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumemtə cəzasından çıxılsın və üzərində 07 (yedd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(022)-36/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd CD-R formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, OD2 №-li ödəniş tapşırığı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi xx.xx.2024-cũ tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin kserosurətləri iş materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs 40 (qırx) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil bürosunun vəkili Müdafiəçi2 390 (üç yüz doxsan) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-130/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-130/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver