Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-131/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya sonuncu üçün dolab düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 700 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mebel ustasıdır və vətəndaşlardan sifarişlər götürərək mebel düzəldir. 2024-cü ilin mart ayının əvvəllərində Könül adlı şəxsin mənzilində sifariş əsasında mebel quraşdırdığı zaman Könül ona tanışı Zöhrə adlı şəxsin qohumu Zərərçəkmiş şəxs evinə dolab düzəltmək lazım olduğunu deyərək, Zərərçəkmiş şəxs telefon nömrəsini ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış və mənzilinə dəvət etmişdir. xx.xx.2024cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ünvan 3 ünvanındakı mənzilinə gedərək, sifariş verilən dolabın ölçülərini götürmüşdür. Zərərçəkmiş şəxs sifariş etdiyi dolabın ümumi qiymətini 1350 manat olmuş və Zərərçəkmiş şəxs dolabın düzəlməsi üçün lazım olan materialların alınması üçün 700 manat pul almışdır. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs mebeli 09 aprel 2024-cü il tarixədək hazırlayıb, təhvil verəcəyinə söz vermişdir. Lakin sonra Zərərçəkmiş şəxs verdiyi vədinə əməl etməmiş və sifarişi yerinə yetirməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona hansısa rayona gedəcəyini və 5-6 gün ərzində rayonda olacağını bildirmişdir. Təxminən 5-6 gün sonra Zərərçəkmiş şəxs günorta saatlarında ona zəng edib sifariş verdiyi dolabı gətirməsini istəmişdir. O, isə başqa bir şəxs üçün düzəlmiş dolabın şəkillərini və videosunu çəkib mobil telefonla Zərərçəkmiş şəxs göndərərək, dolabın hazır olduğunu, lakin başqa sifarişə getməli olduğundan həmin gün gətirə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs aldığı 700 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyindən ona vəd etdiyi dolab üçün material ala bilməmişdir. Əməlindən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin mənzildə yataq otağına dolab sifariş etmək istəyirmiş. Bu məqsədlə qohumu X2 vasitəsilə tanıdığı mebel ustası Təqsirləndirilən şəxs ilə danışmış və mebel sifariş etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun yaşadığı mənzilə gələrək dolab üçün sxem çəkib ölçüləri götürmüş və yerində qiymət çıxararaq dolabın qiymətinin 1350 manat olduğunu demişdir. O, da Təqsirləndirilən şəxs dediyi qiymətlə razılaşmışdır. Ümüdvar ondan 600 manat beh istəmiş, o da ona 700 manat beh vermişdir. Aralarında olan razılaşmaya əsasən Ümüdvar dolabı 09 aprel 2024-cü il tarixdə ona təhvil verməli imiş. 09 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq danışdıqda. Ümüdvar ona Ramazan ayı olduğu üçün xx.xx.2024-cü il tarixdə dolabı gətirib təhvil verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla yenidən telefon əlaqəsi saxlasa da zənglərinə cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla müxtəlif vaxtlarda telefon vasitəsilə danışdığı zaman Ümüdvar hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonrakı günlərdə bir neçə dəfə dolabın hazır olması ilə bağlı ona video çəkiliş göndərmişdir. Bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşərək, ondan pulunu geri qaytarmasını tələb etsə də Ümüdvar onun pulunu qaytarmamışdır. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacının həyat yoldaşıdır. Zərərçəkmiş şəxs evində qonaq olduğu zaman Anar ona evində dolab düzəltdirmək istədiyini deyərək, ondan münasib bir mebel ustası tapmasını xahiş etmişdir. Bundan bir neçə gün sonra qonşusu Könül adlı şəxslə aralarında olan söhbət əsnasında Zərərçəkmiş şəxs evində dolab düzəltdirmək üçün mebel ustası lazım olduğunu demiş, Könül də ona onun evində mebel düzəltmiş Təqsirləndirilən şəxs məsləhət görmüşdür. O da bu barədə Zərərçəkmiş şəxs demiş, sonuncu Təqsirləndirilən şəxsla görümüşdür. Bundan sonrakı proseslərdə iştirak etməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs mebel düzəldirməsi üçün ondan 700 manat pul aldığını, ancaq vədinə əməl etməyərək onu aldatdığını və aldığı pulu qaytarmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 25 sentyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - cinayət işi başlanmasının rədd edilməsi barədə 04 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.12) - cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü polis şöbəsində toplanmış HK-1/904 saylı material üzrə təhqiqatçı Elçin Qəhrəmanlının 04 may 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmişdir. (i.v.15-16) - cinayət işinin icraata qəbul edilməsi barədə 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.29) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.35-36) - ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır. (i.v.52) -cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır. (i.v.55) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 21 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəza çəkməkdən azad edilmişdir. (i.v.58-59) - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saat 05:10-da saxlanılmışdır. - cinayət işi üzrə icraatın təzələnməsi barədə 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə müvafiq olaraq həmin iş üzrə icraat təzələnmişdir. (i.v.61) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 77-78) - təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.93-94) - Gədəbəy Rayon Məhkəməsinin 1(042)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək tutulması və 15 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək həbsdə olması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v.97-105) - Salyan Rayon Məhkəməsinin 7(057)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(042)-1/2023 saylı hökmü üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurmuş olduğu zərəri tam ödəməsini və dövlət büdcəsinə iyirmi beş faiz məbləğində pul ödəməsi ilə əlaqədar həmin iş üzrə cinayət məsuliyyətindən azad edilərək cəza çəkməkdən azad edilmişdir. (i.v.106- 108) - Salyan rayon İHB-nin Şorsulu kənd inzibati ərazi dairəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Kənd əhalisinə qarşı qeyri etik davranışları olmamışdır. Kənddə yaşadığı müddətdə Cəmiyyətdə etik normalara riayət edib, böyüklərə hörmət edib özündən kiçiklərə isə hər zaman yaxşı münasibət bəsləmişdir. O uzun müddətdir ki, Şorsulu kəndində yaşamır. (i.v. 109) - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 uşağı var: xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4. (i.v.111-113) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilməsi, X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. - İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu, Ulduz metrostansiyası yaxınlığında saxlanılmışdır. - İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - İş materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçının xeyrinə 700 (yeddi yüz) manat məbləğində maddi ziyanın və iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək 22 dekabr 2024-cü il tarixdən saat 05:10-dan 23 dekabr 2024-cü ilədək, 23 may 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) ay 16 (on altı) gün həbsdə saxlama müddəti 05 (beş) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyat yerində - Salyan rayonu, Şorsulu kəndində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs 730,40 (yeddi yüz otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saat iş saatına görə 187 (bir yüz səksən yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) ay 16 (on altı) gün həbsdə saxlama müddəti 05 (beş) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə mülki iddia tam həcmdə təmin edilsin, Təqsirləndirilən şəxs 730,40 (yeddi yüz otuz manat qırx qəpik) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 18 (on səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 187 (bir yüz səksən yeddi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-131/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-131/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver