Məhkəmə qərarları › İş №1(011)-132/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-132/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-132/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X18 və X9 etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və müdafiəçisi 13 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 və X9 xüsusi ittiham qaydasında verdikləri şikayətlərinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X18 və X3 Samir Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilən X13 xüsusi ittiham qaydasında şikayət verən şəxslərdən X12 həyat yoldaşıdır. X14 Lalə 2019-cu ildə ailə həyatı qurmuş və azyaşlı bir qız övladları var. Hacıyev Samir nikahın pozulması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, lakin Hacıyeva Lalə azyaşlı övladı olduğu üçün, ailəsinin heç bir əsas olmadan dağılmaması naminə məhkəmədən vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verməklə məhkəmə iclasını təxirə salmışdır. X20 Lalənin boşanmanı dərhal qəbul etmədiyinə görə dəfələrlə ona təzyiqlər edib, onu şərləyəcəyi, öldürəcəyi barədə mesajlar yazıb. Cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdikləri şəxs Hacıyev Samirin xüsusi ittiham qaydasında şikayətçilərə qarşı AR CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş sonuncu hərəkətləri - yalan olduğunu bilə-bilə həmin şəxslərin şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları, eyni zamanda həmin şəxslərin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları 29.12.2021-ci il tarixində “watsapp” sosial şəbəkəsi vasitəsi ilə xüsusi ittihamçıların qohumlarına və tanışlarına göndərməklə törədilmişdir. Belə ki, Hacıyev Samir istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xüsusi ittihamçılar barəsində yalan olduğunu bilə-bilə həmin şəxslərin şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları, eyni zamanda həmin şəxslərin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, X10 istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə, X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, X8 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə “watsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Həmin mesajlarda mətnlər eyni olmaqla xüsusi ittihamçıların şərəf və ləyaqətinə böhtan və təhqiredici xarakterli çox ağır ifadələr qeyd olunmuşdur. Belə ki, həmin mesajlarda xüsusi ittihamçı X16 barədə “ee şerefsiz oğraş e biqeyret sen deyildin menim yanımda bankda gəl ip pul alan” və “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şerefsiz oğraş və biqeyret”, “şərəfsizlər”, soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və bununla da AR Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda, həmin mesajlarda xüsusi ittihamçı X18 barədə “Mənnən qabaq mənim qrup yoldaşımla sevgili olduğunu niyə demir, onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”. “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi. Durub mənə qeyrət davası döyməyin şerefsizler”, “Sizin hamınız bir köpüysüz insanlarsız aylarca maşında mənnən yediyi qələtləri soruş”, “soxun içinizə eşidirsiz” cümlələrində qeyd etdiyi “onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”, “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi” - məlumatlarının yalan olduğunu bilə-bilə Lalə Hacıyevanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmış, eyni zamanda, “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şərəfsizlər”, “soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və bununla da AR Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd olunan təhqir və böhtan xarakterli mesaj mətnlərinin göndərildiyi telefon nömrələrinin kimə məxsus olduğuna dair mobil operatorların verdiyi arayışlar, mesaj mətnlərinin kağız daşıyıcıda çıxarışları sübut kimi xüsusi ittiham qaydasında şikayətə əlavə olunur. Xüsusi ittihamçılar və onların ailə üzvləri dövlətimizin qayda-qanununa, cəmiyyətimizin əxlaqi-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşıb, bunu hər kəsə münasibətdə qoruyub saxlamağa çalışıblar. Bunu onları tanıyan hər kəs də təsdiq edə bilər. Bütün qonşularla və onları tanıyan hər kəslə mehriban münasibətləri var. Hacıyev Samir etdiyi əxlaqa zidd hərəkətlərindən nəticə çıxarmaq əvəzinə xüsusi ittihamçılara qarşı qanunazidd hərəkətlər etməkdə davam edir. Xüsusi ittihamçılar və onların digər ailə üzvləri artıq bu şəxsin abır-həyadan kənar, qeyri-etik, onların və ailələrinin digər üzvlərinin barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yayan, şərəfini və ləyaqətini hamının yanında qəsdən alçaldan qanunsuz hərəkətlərinə dözə bilmir. X2 və X16 qohumlarının və tanışlarının yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yaymaqla onlara böhtan atdığına görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X18 və X9 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 vəkilləri Müdafiəçi1 və X5 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndələrini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Şikayət ərizəsində X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmişdir. Bundan əlavə şikayətdə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı hissəsi ilə məsuliyyətə cəlb olunmalı olduğu qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 və X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar